Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə49/50
tarix06.05.2017
ölçüsü3,19 Mb.
1   ...   42   43   44   45   46   47   48   49   50

 

Сейран  Сахават  является  выдающимся  представителем  современной 

Азербайджанской  прозы.  Его  творчество  привлечь  внимание  к  универсаль-

ности  с  его  национальности  и  глубокого  гуманизма.  Его  работы  также 

сочетает в себе человека и национальных ценностей. Который считается уни-

версальные  темы - жизнь  и  смерть,  мир  и  человек,  добро  и  зло,  нравствен-

ность  и  безнравственность  проблема  анализируется  в  работах  писателя. 

Творчество Сейран Сахават играет важную роль в борьбе с садизмом, тотали-

таризм,  деспотизм,  авторитарного  режима.  Универсальный  характер  этих 

проблем, проанализировать романы писателя, является планетарной природы. 

Писатель "Каменные дома", "Бюст", "Санаторий", "Еврейский алфавит", "Нек-

ролог", и так далее. Работы отбираются высокого интеллектуального уровня, 

социальной несправедливости и бескомпромиссной духа против них. 

 

Rəyçi:  Professor Vaqif Sultanlı 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



458

 

A.Ş.HAŞIMOVA 



(AMİ) 

 

ƏDƏBİYYATŞÜNASLIQDA MİFOLOGİYA VƏ 

BƏDİİ ƏDƏBİYYAT PROBLEMİ  

(E.M.Meletinskinin "Mifin poetikası" əsəri  əsasında) 

 

 



Müasir filoloji fikrin aktual problemlərindən biri də bədii ədəbiyyatın özünün, 

onun müxtəlif növ və janrlarının yaranmasının, inkişaf mərhələlərinin səciyyəvi 

cəhətlərinin müəyyənləşdirlməsidir. Dünya filosoflarının,  ədəbiyyatşünaslarının 

böyük  əksəriyyəti bu problemin araşdırılmasına ardıcıl maraq göstərmişlər. XIX 

əsrin sonu, XX əsrin  əvvəllərinə  qədər qeyd olunan problemə filosoflar üstünlük 

versələr də, XX əsrin əvvəllərindən başlayaraq bu məsəlini filoloqlar da müntəzəm 

şəkildə  tədqiqata cəlb etməyə başlamışlar. Rus filoloji fikrində bu problemi 

A.A.Potebnya (1), A.N.Veselovski (2), O.M.Freydenberq (3) kimi alimlər araşdır-

mışlar. Amma onların tədqiqatında məsələnin ümumi fəlsəfi kontekstdə və folklor 

aspektindən öyrənilməsinə diqqət yetirilmişdir. M. Baxtinin əsərində problem (4) 

bədii ədəbiyyatla birbaşa ələqəli şəkildə araşdırılmışdır. 

Rus  ədəbiyyatşünaslığında bu problemin tədqiqində xüsusi xidməti olan 

alimlərdən biri E.M.Meletinskidir. Onun elmi axtarışlarında mifologiya və  bədii 

ədəbiyyat, bunların qarşılıqlı  əlaqələri kimi  problemlər daha sistematik və ardıcıl 

şəkildə işıqlandırılmışdır. Bütün yaradıcılıq axtarışlarını, demək olar ki, mifologiya-

nın öyrənilməsi üzərində quran araşdırıcının çoxsaylı elmi əsərləri sırasında «Mifin 

poetikası» tədqiqatı mühüm yer tutur. Birincisi, onun çoxsaylı məqalələrində («Mif 

və folklorun tarixi poetikası», «Qədim dünyanın mifləri müqayisəli işıqlandırma-

da», «Mif və nağıl», «Folklor ənənəsində inçest arxetipi haqqında», «Folklor janrı 

sistemində nağıl-lətifə», «Mif və iyirminci əsr» və s.) qaldırılan elmi məsələlərin 

böyük əksəriyyəti adı çəkilən kitabda əksini tapmışdır. 

Ayrıca kitab kimi nəşr etdirdiyi bəzi tədqiqatlarında isə o, ya bu araşdırmasın-

dakı  konkret bir tezisi daha da genişləndiribdir (məsələn, «Dostoyevskinin yaradı-

cılığı barədə qeydlər»-5), ya da irihəcmli bir tədqiqatının elmi nəticələrindən yarar-

lanıbdır. 

İkincisi, «Mifin poetikası» tədqiqatında müəllifin elmi konsepsiyasına uyğun 

mükəmməl bir sistem vardır. Tədqiqatçı ilk növbədə dünya miqyasında mifologiya 

ilə bağlı mövcud əsərləri, konsepsiyaları nəzərdən keçirmiş, bu sahdəki elmi mən-

zərə barədə  (rituallıq və funksionallıq, fransız sosioloji məktəbi, simvolik nəzəriy-

yələr, Analitik psixologiya, strukturalizm, ədəbiyyatşünaslıqda ritual-mifoloji mək-

təb, mif haqqında rus və sovet elmi) mükəmməl təsəvvür yaratmışdır.  

Sistemin növbəti mərhələsində müəllif mifin klassik formasının təhkiyəvi 

folklorda  əksi məsələsini araşdırmışdır. Bununla da o, monoqrafiyasında bir neçə 

dəfə istinad etdiyi Şelliqin belə bir mülahizəsi ilə həmrəy olduğunu təsdiqləmişdir 

ki, mifologiya hər bir sənət üçün zəruri şərt və ilkin materialdır (1,18).  

Mifologiyanı bütün sənətin, o cümlədən, yazılı  ədəbiyyatın formalaşmasının 

və inkişafının əsas qaynağı kimi götürən müəllif iki cəhətə xüsusi diqqət yetirmiş-

dir. Birincisi bundan ibarətdir ki, onun fikrinə görə, mifologiya əvvəlcə folklorun, 

daha sonra isə məhz folklor nümunələri əsasında yazılı ədəbiyyatın formalaşmasına 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



459

təsir göstərmişdir. İkincisi, mifologiya daha sonrakı mərhələdə folklorla birlikdə söz 

sənətinin yaşamasına dolayısı ilə  və ya birbaşa təsir göstərən iki əsas mənbədən 

birinə çevrilmişdir. Müəllifin fikrinə görə, "ədəbiyyat, o cümlədən, bizi ilk növbədə 

maraqlandıran təhkiyəvi ədəbiyyat genetik baxımdan folklor, folklorun dərin qatla-

rından yaranan nağıl və  qəhrəmanlıq eposu vasitəsi ilə mifologiya ilə bağlıdır" 

(1,277). 

Konsepsiyasını  əsaslandırmaq üçün tədqiqatçı mifologiyanın təməl prinsip-

lərini (mifoloji düşüncənin ümumi cəhətləri, mifin funksional istiqamət daşıması, 

mifik zaman, mədəni qəhrəman, yaradılışın arxaik mifləri, xaos-kosmos, kosmik 

model, təqvim, esxatoloji, qəhrəmanlıq mifləri, mifoloji süjetin və sistemin se-

mantikası) tədqiq etmiş  və  gəldiyi elmi mülahizələrin  əsasında mif, nağıl və epos 

məsələlərinin araşdırılmasına xüsusi diqqət yetirmişdir.  

Maraqlı cəhət bundan ibarətdir ki, müəllif mifologiya və yazılı bədii ədəbiy-

yat arasındakı qarşılıqlı əlaqələri sadəcə olaraq ənənənin birbaşa davamı və inkişafı 

kimi götürməmişdir. Onun fikrinə görə, nağıl və qəhrəmanlıq eposu, o cümələdən, 

teatrın qədim növləri eyni zamanda  həm mifologiyanın saxlanılması, həm də  dəf 

olunması formasıdır» (1,277).  Müəllifin bu mülahizəsi ilə razılaşmamaq çətindir. 

Yazılı  ədəbiyyat  ən ilkin formada birbaşa mifologiyanın bazasında yaransa da, 

zaman-zaman inkişafın qanunauyğunluqlarına görə dəyişməli, özünün səciyyəvi və 

orijinal bədii-estetik prinsiplərini formalaşdırmalı idi, yəni araşdırıcının fikrinə 

əsasən, həm mifologiyanı saxlamalı, həm də özünün perspektivi naminə mifo-

logiyanı dəf etməli idi.  Yazılı ədəbiyyatın formalaşıb inkişaf etməsində bu məsələ 

həlledici cəhətlərdən biridir. 

Mifologiyanın bədii  ədəbiyyatın sonrakı inkişaf mərhələsində  təzahürü elmi 

ədəbiyyatda fərqli aspektlərdən şərh olunsa da, bu şərhlərdə ortaq cəhətlər də özünü 

göstərir.  Ən ümumi şəkildə bu ortaq cəhətləri belə ümumiləşdirmək mümkündür: 

birincisi, E.M.Meletinskinin də üzərində geniş dayandığı mifologiyanın bədii 

ədəbiyyatda qeyri-ixtiyari təzahür formasıdır; ikincisi, mifologiyadan, mifoloji 

inamlardan məqsədli  şəkildə istifadə hesabına onun müxtəlif  əsərlərdə  təzahür 

formasıdır. 

Araşdırıcı mifologiyanın qeyd olunan birinci təzahür formasından danışarkən 

mifologiyanın öz təbiətinə, səciyyəvi cəhətlərinə istinad etmişdir. O, belə səciyyəvi 

cəhətlər sırasında mifologiyada dünyanın, insanın yaranması, Tanrının yaratdığı 

kosmosun qorunub saxlanılması, xaosun qarşısının alınması  kimi məsələlərə xüsusi 

diqqət yetirmişdir. "Mifologiya həmişə az anlaşılanı daha çox anlaşılan, ağlagəlm-

əzi ağlagələn, xüsusən də çətin həll olunanı daha az çətinliklə həll olunan vasitəsi 

ilə verir(mediasiya da buradan irəli gəlir). Mifologiya yalnız ibtidai insanın marağı-

nı təmin etmirdi, onun idraki pafosu məqəsədyönlülüyün harmonizə edilməsinə və 

tənzimlənməsinə tabe olurdu, dünyaya elə bütöv yanaşmaya meyl göstərirdi ki, bu 

yanaşmada xaotikliyin ən xırda elementinə, nizamsızlığına belə imkan verilmirdi. 

Xaosun kosmosa çevrilməsi mifologiyanın əsas mahiyyətini təşkil edir, həm də ki, 

kosmos başlanğıcdan dəyərlilik, etik aspekt qazanır" (1,169). 

Deməli, mifoloji sistemin bütün elementləri, o cümlədən, yuxarıda sadalanan 

elementləri yalnız dünyanı dərk etmək vasitələri deyil, həm də yaradılmış (bunlar da 

ayrıca mifoloji inamlardır) dünyanı, insanı qorumaq vasitələridir. Bütün hallarda 

xaos-kosmos qarşıdurması mifoloji inamın tərkib hissəsi kimi həm insanların 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



460

gündəlik təfəkküründə, cəmiyyətlə qarşılıqlı münasibətlərində, həm də bədii ədəbiy-

yatda dünya modelinin yaradılmasında fəal iştirak edir. «Hər bir bədii əsər dünyanın 

bitkin və universal obrazını yaratmağa çalışır. Bu mənada ədəbi əsərin bədii dünyası 

həmişə mifolojidir. Bəlli olduğu kimi, hər bir mifoloji struktura xaosun aradan 

qaldırılmasının və dünya nizamının (və ya kosmosun) təsdiq edilməsinin üzərində 

qurulur. Sehrli nağıllardan başlamış Tolstoyun və onun ardıcıllarının realizminə (ən 

azı rus ədəbiyyatında) qədər bədii mifologiyanın klassik tipi insan, sosium və təbiət 

arasında harmoniyanın bədii modelini yaratmağa meyllidir. Müxtəlif dövrlərdə bu 

tipli bədii mif yaradılmasının-mistik, rasional, psixoloji, sosial, siyasi fərqli  əsas-

landırılması irəli sürülmüşdür. Amma klassik tipli ədəbiyyatda həmişə Kosmosun 

bədii obrazı iştirak edir ki, bu da əsəri bədii bütövlük kimi sona çatdırır,  hansısa 

qaçılmaz dokal süjeti, yaşantıları, hərəkətləri varlığın və insan həyatının mənasının 

təcəssümünə çevirir. Kosmosun bu obrazı əyani – görümlü obrazları özündə ehtiva 

edir və bu obrazlar da – yerin və göyün, işığın, təbiətin dövrülülüyünün, ulduzların, 

sevginin və evin, ananın və uşaqların obrazları və s. – başlanğıcdan dünya düzəni-

nin və həyatın sonsuzluğunun simvollarıdırlar» (6). 

Müəllif mifologiyanın həm dünyanı, insanı yaratmaq, həm də onları qorumaq 

modelinin universal, ümumi mahiyyətinə  əsaslanaraq onun bədii  ədəbiyyatda 

təkrarlandığını vurğulamışdır. Onun fikrinə görə, mifoloji simvollar elə  fəaliyyət 

göstərir ki, insanın fərdi  və sosial davranışı, dünyagörüşü vahid sistem daxilində 

bir-birini dəstəkləsin. Mif mövcud sosial və kosmik nizamı həmin mədəniyyətə xas 

anlamda izah edir. Mif insana onun özünü və  ətraf aləmi bu nizamı  dəstəkləmək 

məqsədi ilə izah edir və belə  dəstəkləmənin praktiki vasitələrindən biri mifin 

müntəzəm təkrarlanan rituallarda əks etdirilməsidir. 

Rituallarda təkralanan miflər tədricən hər bir etnosun etnik-milli düşüncə və 

həyat tərzinə, psixologiyasına, adət-ənənəsinə və s. çevrilməyə başlayır. Mif zama-

nından sonrakı  mərhələdə yaşayan insan mif zamanında yaşayan insandan fərqli 

olaraq miflə yaşamır, amma mifik inamlarla, arxetiplərlə, rituallarla və s., yaxud da 

onların  şüuraltı qatda əbədiləşmiş qalıqları ilə yaşayır. Deməli, mifologiya bütün 

dövrlərin insanının həyatında fərqli şəkildə iştirak edir.  

Müəllif  ən qədim dövrdən – antik yunan ədəbiyyatından başlayaraq  XX əs-

rin II yarısında yaranan ədəbiyyata qədər bir sıra səciyyəvi əsərləri təhlil edərək bu 

qərara gəlir ki, mifologiya bütün dövrün epik, lirik, dramatik nümunələrində bu və 

ya digər dərəcədə özünü göstərir. Bəzi əsərlərin, o cümlədən, D.Defonun "Robinzon 

Kruzo" romanının yığcam təhlilinə əsasən müəllif  bu qənaətə gəlmişdir ki, mifolo-

giyanın dünyanın, insanın yaranması və onun gerçəklikdə yaşamaq uğrunda müca-

diləsi ilə bağlı müəyyənləşdirdiyi model yazılı  ədəbiyyatda təkrarlanır. Robinzon 

qədim əcdadları kimi sivilizasiyanın yaradılmasını təkrarlayır, onun əsas mərhələlə-

rini – ovçuluğu, heyvandarlığı, əkinçiliyi, peşə mənimsənilməsini və s. yenidən ya-

radır, adada başqa adamlar peyda olanda müəyyən sosial nizam formalaşdırır 

(1,281). 

Tədqiqatçı uzun əsrlik dünya ədəbiyyatı tarixinə yığcam elmi baxışdan sonra 

bildirir ki, "mifologizm həm bədii priyom kimi, həm də bu priyomun arxasında 

duran dünyagörüş (məsələ,  əlbəttə, ayrı-ayrı mioloji motivlərdən istifadədə deyil) 

kimi XX əsr  ədəbiyyatının səciyyəvi hadisəsidir" (1,295). Bütün bu deyilənlərdən 

bir daha aydın olur ki, bütün fərqli təsnifatda şərhinin mövcudluğuna baxmayaraq


 

Filologiya  məsələləri – №10, 2013

 

 



461

mifologiyanın yazılı ədəbiyyatda iştirakı ən ümumi şəkildə iki formada təzahür edir. 

Hər iki təzahür formasından – qeyri-ixtiyari və  məqsədli  şəkildə mifologizmdən 

yararlanmanın özü də ən müxtəlif şəkildə özünü göstərə bilir.  

Bu cəhət mifologizmdən məqsədli şəkildə istifadə prosesi üçün daha səciyyə-

vidir. Sənətkarın D.Defo kimi ("Robinzon Kruzo") dünyanın və insanın yaradılması 

modelindən, M.F.Axundzadə kimi ("Aldanmış  kəvakib") ölüb-dirilmə, ölümün 

aldadılması kimi mifoloji motivindən, Ç.Aytmatov kimi ("Qiyamət") totem kul-

tundan, S.Əhmədli kimi ("Yasaq odunmuş oyun") mifoloji düşüncə ilə birbaşa bağlı 

xalq oyunlarından, Y.Səmədoğlu kimi ("Qətl günü") mifoloji düşüncə əsasında mi-

foloji simvol yaradılması prosesində yararlanması mümkündür.  Bundan başqa, mi-

fologiya gerçək həyatın modeli kimi götürülə, bir epizod və ya bütün əsər miqyasını 

əhatə edə, əsərin məzmun və ya ideya planı ilə bağlı ola bilər.  

E.M.Meletinski mifologiyadan yararlanmanı yalnız forma və  məzmuna tam 

sadiq istinad kimi mənalandırmamışdır, eyni zamanda ilkin mənası ilə ziddiyyət 

təşkil edən məna tutumunda çıxış  edə biləcəyinə də diqqət yetirmişdir. Tədqiqatçı 

mülahizəsini  əsaslandırmaq üçün F.Kafkanın  əsərlərinə, xüsusən də onun "Çevril-

mə"  əsərinə üz tutmuşdur. Qəhrəmanın heyvana çevrilməsini miflərdə, nağıllarda 

totem timsalında yenidən dirilməsi kimi qiymətləndirən tədqiqatçı yazıçının əsərin-

də mif bazasında "anti-mif" yaradıcılığı iddiasını irəli sürmüşdür və "anti-mif" 

tezisini də bununla əsaslandırmışdır ki, mifdə totem timsalında dirilən obrazlardan 

fərqli olaraq, Qreqor Zamzanın çevrilməsi və sonda ölməsi onun yaxınlarının 

sevincinə səbəb olur. 

Göründüyü kimi, mifologiyanın yazılı  ədəbiyyatla qarşılıqlı  əlaqələri 

həddindən artıq zəngin, rəngarəng və  fərqlidir. Son vaxtlar bu problemin 

araşdırılması sahəsində mühüm bir mərhələ başlamışdır.  E.M.Meletinskinin elmi 

araşdırmaları da təsdiqləyir ki, problemin ardıcıl və sistematik şəkildə  tədqiqinə 

xüsusi ehtiyac vardır. 

 

Ядябиййат 



 

1.  Мелетинский  Е.М.  Поэтика  мифа.  Москва:  Главная  редакция  восточной   

литературы, 1976 

2.    Весоловский А.Н. Историческая поэтика. Ленинград: 1940 

3.    Фрейденберг О.М. Поэтика сюжета и жанра. Москва: Лабиринт, 1997 

4.   Бахтин М.М. Творчество Франсуа Рабле и народная культура средевековья   

и Ренессанса. Москва: Художественная литература, 1965 

5.  Мелетинский Е.М. Заметки о творчестве  Достоевского. Москва: Российс-

кий государственный гуманитарный университет, 2001 

6.  Лейдерман Н.Л. и Липовецкий М.Н. Мирообразы Космоса и Хаоса в 

русской литературе XX векаhttp://litmisto.org.ua/?p=1417 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



462

А.Ш.Гашимова  

Проблема мифологии и художественной литературы в литературоведении  (на 

основе  исследования Е.М.Мелетинского "Поэтика мифа") 

Резюме 

 

В статье на основе  исследования Е.М.Мелетинского "Поэтика мифа" ис-



следуется взаимосвязь между мифологией и литературы, подробно освещает-

ся роль мифологии как фундамент фольклора в формировании и развитии ху-

дожественной литературы.  

 

A.Sh.Hashimova 



The problem of mythology and imaginative literature in the study of literature 

(based on "Poetics of the Myth" study of E.M.Meletinskiy) 

Resume 

 

The interrelation between mythology and literature are studied, the role of 



mythology is particularly lighted up as the foundation of folklore in the formation 

and development of imaginative literature in the article based on "Poetics of the 

Myth" research of E.M.Meletinskiy. 

 

 



Rəyçi:              M. İmanov 

               filologiya elmləri doktoru 

  

 

 



 

 

 



 

 

 



 

 

 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



463

MÜNDƏRİCAT 

 

ÄÈË×ÈËÈÊ 

 

Bahar Cəfərova, 

İzzət Cabbarova, 

Samirə Orucova. 

Azərbaycan və ingilis dillərində keçmiş zaman formalarının paradiqmatik  

(kateqorial) və sintaqmatik (konseptual) mənaları ..................................................... 3 

O.B.Cəlilbəyli 

Yapon dilində feilin təsriflənmə xüsusiyyətləri ......................................................... 8 



Sevinc Cəlilova 

Rus məktəblərində Azərbaycan dilinin tədrisində 

prof. A.Abdullayevin rolu .......................................................................................... 14 

Gülçin Özmaden 

Türkiyə türkcəsi ağızları ilə Azərbaycanin Qarabağ dialektlərinin  

müqayisəli təhlili ........................................................................................................ 20 

Səidə Ələsgərova, 

Qönçə Kərimova. 

Ənənəvi təlim metodlarına yeni baxış ....................................................................... 28 



Elman Mirzəyev 

Bəzi mikrotoponimlərin mənşəyinə dair 

(dialekt və şivə materiallarə əsasında) ....................................................................... 33 

Hüseyn Sadıqov 

Müasir türk dilinin mənşə etibarilə lüğət tərkibi ....................................................... 38 



Natavan Hacıyeva 

Müstəqillik dövrləri Azərbaycan ədəbi dilinin bəzi qrammatik xüsusiyyətləri ......... 45 



İntizar Salehova 

Qəzet dilində morfoloji norma ................................................................................... 53 



Aysel Xəlilova 

İdman leksikasi KİV-də ............................................................................................. 61 



Bəhram Məmmədov 

Ağtala və Canaxır toponimləri haqqında ................................................................... 69 



Elzanə Musayeva 

İngilis və Azərbaycan dillərində istifadə olunan əksmənali sözlər və onlarin səciyyəvi 

xüsusiyyətləri ............................................................................................................. 75 

Elnurə Zərbaliyeva 

Söz yaradıcılığında omonimlərin yeri ........................................................................ 81 



Şamil Alməmmədov 

İltisaqilik və müasir türk ədəbi dilində bəzi imla qaydaları ....................................... 88 



Незрин Самедова  

Проблема некоррелятивности конструкций фазовый глагол+инфинитив 

в свете понятия точечность ..................................................................................... 93 

Sevinc Bağirova 

Antonimlərin semantik korrelyasiya növünə görə təsnifi .......................................... 99 



Нигяр Кадырова 

Социальная реклама на азербайджанском телевиденье: реальность  

и перспективы .......................................................................................................... 107 

Zemfira Abbasova 

Elçin yaradıcılığında müxtəlif toponimlərin leksik-semantik xüsusiyyətləri ............ 113 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



464

Qətibə Mahmudova 

Türk və Azərbaycan dillərində asemantikləşmiş şəkilçilər ........................................ 118 



Nuriyyə Şirinova 

Sifət düzəldən suffikslər ............................................................................................ 126 



Maya Fərəcova 

Fars dilində mürəkkəb sifətlərin müxtəlif quruluş modelləri (IV hissə) .................... 134 



Aydin Əliyev 

Evaluating language learners without testing  ............................................................ 141 



Афет Искендерова 

Формирование коммуникативных навыков на уроках английского  

языка на основе информационных технологий .................................................... 148 

Turan Musayeva 

Onomastik vahidlərin üslubi funksiyası ..................................................................... 155 



Məhin Sürek 

Söz birləşməsi problemi haqqında ............................................................................. 160 



Reyhan Həbibli 

Onomastik terminlər sosiolinqvistik tədqiqat obyekti kimi  ....................................... 172 



Vafa Asgarzada 

The characteristic features and usage of the personal pronoun “it” in  

modern english ........................................................................................................... 179 

Dinar Rasulova 

Text as linguistic unit and its seven standards  ........................................................... 184 



Sarfinaz  Huseynzadeh 

Morphological characteristics of notional parts of speech in english 189 



Nubar  İsmayılova 

Phraseology  as  a  branch  of  linguistics  .................................................................. 194 



Məlahət Mehdiyeva 

Sintaksisin tədrisi məsələləri ...................................................................................... 199 



Mənsurə Qarayeva 

Явязлийин орфографийа вя орфоепийа иля ялагяли тядриси ......................................... 204 



Arzu Kazımova 

Onomastik sistemdə mifonimlərin yeri ...................................................................... 209 



Nəcəf Nəbiyev, 

Sevinc Hüseynova 

Dilin tədrisində yaranan çətinliklər haqqında ............................................................ 216 



Farizə Şahbazova 

Şifahi nitqin inkişafı haqqında ................................................................................... 222 




Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə