Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə5/50
tarix06.05.2017
ölçüsü3,19 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   50

 

Ədəbiyyat 

 

1. Yusuf Dönmez. “Türk dünyasının Beşeri ve İktisadi Coğrafyasına Toplu  



    Bakış” Türk Dünyası El Kitabı, TKA Enst., Ankara, 1976 

2. Doc. Dr. Nevzat Özkan. Türk Dilinin Yurtları, Ağçay yayınları 

3. S.Cəfərov. Müasir Azərbaycan Dilinin Leksikası, II hissə, Şərq-Qərb  

    nəşriyyatı, Bakı-2007 

4. H.Ə.Həsənov. Müasir Azərbaycan Dilinin Leksikası, “Maarif” nəşriyyatı,  

    Bakı-1988 

5. Fatih Sezgin. Türk Diline Geçen Yabancı Kökenli Kelimeler, 2002 

6. Zeynep Korkmaz. Batı Kaynaklı Yabancı Kelimeler ve Dilimiz Üzerine  

    Etkileri, “ Türk Dili Üzerine Araşdırmalar, TDK Yay № 629, C1 Ankara 1995 

7. Doğan Aksan, Türkcenin Sözvarlığı, Engin Yay. Ankara 1996 

8. Zeynep Korkmaz. “Dilimizin Dünkü ve Bugünkü Sorunları ve Çözüm  

    yolları”, Türk Dili Üzerine Araşdırmalar, TDK Yay № 629, C1 Ankara 1995 

9. Fatih Orbay. Türkçe Sözlüğün İlk ve Son Baskısındaki Batı Kökenli  

    Kelimelere Dair. 

10. A.S.Levend. Türk Dilinde Gelişme ve Sadeleşme Evreleri. TDK Yay.  

     Ankara 1960 

11. Tarkan Tekten 

 

Гусейн Садыгов 



Словарный состав современного турецкого языка по происхождению 

Резюме 


 

  В  статье  дается  краткий  обзор  турецкого  языка  вместе  с  его 

диалектами, а также его место среди языков мира и информация о количестве 

туркоязычного населения в мире.  

Также исследуется словарный состав современного турецкого языка по 

происхождению и особенности употребления иностранных слов в этом языке. 

 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



44

Hussein Sadigov 

The origin of vocabulary composition of modern Turkish language 

Abstract 



 

The article deals with vocabulary of Turkish language, espesially the role of 

loans, used in Turkish language. Also it gives an information about how many 

people in the world speak Turkish.  

Reslarche is contain a number of foreign words which use in Turkish language. 

 

Rəyçi:           Güləhməd İmanov 



                 filologiya üzrə fəlsəfə doktoru 

 

 



 

   


 

 

 



  

 

 



 

 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



45

NATAVAN HACIYEVA  

Azərbaycan İnşaat və Memarlıq Universiteti 

natavan@mail.ru 

 

MÜSTƏQİLLİK DÖVRLƏRİ AZƏRBAYCAN ƏDƏBİ DİLİNİN BƏZİ 

QRAMMATİK XÜSUSİYYƏTLƏRİ 

 

Açar sözlər: Ədəbi mətn, qrammatika, morfologiya, sintaksis, izafət, inkişaf. 

Key words: literary text, grammar, morphology, syntactic, development  

Ключевые слова: литературный текст, грамматика, морфология, синтаксис, 

развитие, избыточность. 

 

Müstəqillik dövrləri Azərbaycan  ədəbi dili müvafiq dovr dil normaları ilə 



səciyyəvidir  (5;36-39).  Bu dövrlərdə qrammatik normalar ciddi dəyişikliyə  məruz 

qalmasa da, onlarda bəzi spesifik xüsusiyyətlər özünü göstərir. 



Birinci dövr ədəbi dilinin morfologiyası barədə  bəzi qeydlər.  Məsələnin 

şərhü üçün müasir dövr ədəbi dili etalon kimi götürüldüyündən onun spesifikliyinə 

varmağı lazım bilmirik. Ancaq ədəbi dilin inkişaf xüsusunda Birinci Müstəqillik 

dövrü ədəbi mətnlərinin morfologiyasına nəzər salaq. 

İsimlər: bəkçi isimi – çi morfemi vasitəsi ilə formalaşmışdır (Nazim paşa: 

Bəkçi takımına  əmr et, silah gücülə ictimai dağıdsınlar). C.Cabbarlı («Ədirnənin 

fəthi). 

Məlumdur ki, dilimizin morfologiyasında – çi şəkilçisi daha çox işləklik xüsu-

siyyətinə malikdir. İkinci Müstəqillik dövrü ədəbi dilimizdə bu morfemlə yaranan 

isimlər daha çoxdur, bəlkə də digər sözdüzəldici morfemlərlə müqayisədə daha çox 

işləkliyə malikdir. Bu da həmin morfemin özünün morfosemantikasındakı sözyara-

dıcı spektrlərin imkanlarının zənginliyi ilə bağlıdır. 

Birinci dövr ədəbi dilində elə sözlər vardır ki, onun sözyaradıcı morfemi müa-

sir ədəbi dilimizdə olsa da, hal-hazırda o struktur və semantikada işlənilmir. 

 Məsələn: ürəkçik (Ramiz …) Haris, cəllad, yırtıcı! Necə  də  qıyıb o zəif 

vücüdü öldürəcək! O, bir zamanlar sevgilə çerpinan ürəkciyi susduracaq! 

C.Cabbarlı (“Ədinənin fəthi”) 

Müasir ədəbi dilimizdə – cik, -cığım əzizləmə mənalı şəkilçisi işlənir və onu 

bir çox isimlərə artırmaq olar. Lakin müasir ədəbi dilimizdə «ürək» sözünə artırılan-

da bu formal cəhətdən mümkün hesab etmək olar, ancaq ədəbi dilimizdə isə 

«ürəkçik» ismi işlənmir. 

Sifətlər: birinci Müstəqillik dövrü ədəbi dilində sifətlər içərisində diqqətimizi 

daha çox cəlb edən «bərkraq» sözüdür. “Mirzə  Məmmədli: «…» sudan bərk olan 

şey sudur ki, bu hamam buluddan əmələ  gəlir. Səs gəlməsin! Görürsünüz ki, biz 

burada söz danışırıq! Belə ağama ərz olsun ki, buluddan bərkraq olan şey yeldir ki, 

buludlara həmişə yeldən fərman çıxır”. M.Cəlil («Anamın kitabı»).  

Çox marqlıdır ki, Müasir ədəbi dilimizdə –raq şəkilçisi sifətin azaltma dərəcə-

sini yaradır. Məsələn: yaxşıraq; lakın yuxarıdakı misalda çoxaltma məzmunu ifadə 

edir ki, bu da ümumtürk dilləri kontekstində şərh oluna bilər.  


 

Filologiya  məsələləri – №10, 2013

 

 



46

Əvəzlik: şu; işbu (Xalid «…» işbu məktubu sizə göndərən sizi bacı kimi se-

vən düşmən əsiri: İnci. Bəradər, Allah eşqinə, bizə bir çarə et…” C.Cabbarlı (“Ədir-

nənin fəthi”). 

“İşbu” əvəzliyi orta əsrlər Azərbaycan ədəbi dilində çox işlək olmuş XVIII -

XIX əsrlərdə dildən çıxmışdır. Qeyd olunan fakt türk ədəbi dilinin təsiri kimi izah 

oluna bilər. 

“Hankı” əvəzliyi. “Xalid: Yalnız Rüfət idi ki o da kim bilir, Ədirnənin hankı 

küncündə ölüb getdi. Ölmüş olmasa da, əsir deməkdir …”» C.Cabbarlı (“Ədirnənin 

fəthi”) 


 «Hankı»  əvəzliyi son dövrlərə  qədər Azərbaycan  ədəbi dilində  işlənmiş 

müasir dövrdə isə işləklikdən qalmışdır. 

Zərf (şimdi). “Xalid: Ax, Kamal bilirsən ki, bu qız İstambul gözəllərinin yıl-

dızdır və birinci dəfə bu qızı sən mənə göstərdin. Onun ardınca İstambuldan buraya 

gəlmişik.  Şimdi onu tərk edib məni ölüməmi dəvət ediyorsan»”. C.Cabbarlı 

(«Ədirnənin fəthi»).  

İşbü əvəzliyi kimi «şimdi» zərfi də müasir ədəbi dilimizdə işlənmir; orta əsr-

lər ədəbi dilimizdə isə çox işlək olmuşdur. 

Birinci Müstəqillik dövrü ədəbi dilimizdə başqa nitq hissələri ilə müqayisədlə 

fellərdə bəzi maraqlı xüsusiyyətlərə rast gəlmək olur. Məsələn: ölərsək; (Rüft: Xalid 

öylə isə dinlə biz şimdi ikimiz də hərbə gedərik. Hər ikimiz hərbdə ölərsək heç biri-

miz ölüb digərimiz sağ qalırsa, Zöhrə onu istəsə, onun başqasını sevmiş olsa, sağ 

qalan kəndi  əzabına razı olub, Zöhrəni hər cəhətdən yardımda bulummalı. 

C.Cabbarlı («Ədirnənin fəthi»).  

Müasir ədəbi dilimizin normasına görə felin sərt şəklinin şəkilçisi felin kökü-

nə artırılır. Lakin qeyd olunan misalda isə türkiyə türkcəsi ədəbi dili normasına görə 

felin gələcək zaman şəkilçisindən sonra artırılır. 

Qoyuban: (Rüstəm bəy! İkinci sinifdə ədəbiyyat dərsləri nəhayət çətinləşib və 

bizim öz mili Azərbaycan dilimizi bilməzsə, nəzərdən salınıb. Keçən zasedaniyada 

müəllim cənablarından xahiş olunub ki, bu barədə camaatın arzusuna hörmət 

qoyuban məsələni mümkün dərəcədə nəzəri diqqətə alsınlar». C.Məmmədquluzadə 

(«Anamın kitabı»). 

- “ban” feli bağlama  şəkilçisi XIX əsrə  qədər  ədəbi dilimizdə  işlək olmuş, 

müasir ədəbi dilimiz üçün normativ fakt hesab olunmur. 

Dilimizdə yuxarıda qeyd etdiyimiz leksik-semantik söz qruplarından  əlavə 

olaraq köməkçi nitq hissələri də birinci dövrdə bir sıra özəlliklərə malikdir. Bu daha 

çox semantik aspektdə deyil, mənşə aspektində müşahidə olunur. Müqayisələr 

apararkən qoşmalar arasında elə  də ciddi fərqlər müşahidə olunmur. Bağlayıcı, 

modal söz və ədatlarda rast gəlinən nisbi fərqlər nəzərdən keçirək. 

“Və lakin” bağlayıcısı. (Mirzə Həsən: Və lakin həmin «A» sövtü millətlərin 

bəzisinin dilində çox işlənir, bəzisinin dilində az işlənir. C.Məmmədquluzadə 

(«Anamın kitabı»). 

Qeyd olunan bağlayıcı müasir ədəbi dilimizdə “lakin” şəklində işlənir.  

 “Fəqət”: (Kamal: “Sən məni bir arkaid bil. Fəqət mən bir türkmən, sən məni 

türklərdən intiqam alan zənn et, fəqət mən sənin qardaşının intiqamını səndən alaca-

ğam. Oğlum, sən mənim burada olduğumu nərədən bildin”? 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



47

“Hərgiz”” (Mirzə Məmmədəli : Əstəğurullah! Əstəğfürullah! Əgər Gülbahar 

mənim bacımdır, mən bu əmrə  hərgiz razı ola bilmənəm.” C.Məmmədquluzadə 

(“Anamın kitabı”). 

Ədatlar: 

 “Əcəba”: (Qalib: Əcəba, Xaliddən nə intiqam almaq istəyirsən? Söylə, bil-

mək istəyirəm.  

C.Cabbarlı (“Ədirnənin fəthi”). 

Modal sözlər: 

“Gərək”: (Rüstəm bəy:  İş belə olan surətdə  mən məsləhət görürəm ki, bir 

surətdə ki, Gülbahar biz dediyimiz adamların heç birinə bələd deyil, sabah axşam 

gərək ki, cəmiyyəti – xeyriyyənin zasedaniyasıdır, özü də növbətə görə gərək bizim 

evə  yığışalar. Aslan bəy – necə ki, üzv – zasedaniyaya gələcək. Cərək hesabnan 

müəllimlərdən də olalar: çünki barəsində proqramlar müəllimlərdən cavab istəyib-

lər. Gərək onlardan şikayət də var. Xülasə, onlar gərək gələlər zasedaniyaya. Gülba-

har da istəyər, Elxan onlarla tanış olar”. C. Məmmədquluzadə (“Anamın kitabı”). 

 “Ola bilsin” modal sözü funksiyasında çıxış edən “gərək” qeyd etdiyimiz mə-

qamda ehtimal modallığını bildirir. 

Qeyd olunan misallar – morfoloji vahidlər Birinci Müstəqillik dövrü ədəbi 

dilinin morfoloji normasına aiddir.  

Ümumən götürdükdə, müstəqillik dövrləri ədəbi dilinin morfologiyasında elə 

də ciddi fərq yoxdur.  



Müstəqillik dövrləri ədəbiyyatının sintaksisinə dair qeydlər. Dövrlər üzrə 

bədii  əsərlərin sintaksisinə  gəldikdə isə, morfologiya ilə müqayisədə sintaksisində 

fərqlər daha qabarıq nəzərə çarpır. Əsas fərq söz birləşmələri və mürəkkəb cümlə 

tiplərində özünü göstərir. 

Birinci dövr ədəbi dilində söz birləşmələri içərisində izafət xüsusi yer tutur; 

bu da klassik şeir üsulunun ədəbi dildə geniş miqyasda işlənilməsi ilə bağlıdır. Miq-

yasın genişliyi ondadır ki, onlar təkcə şeir sferasını deyil, həm də nəzm əsərlərində 

obrazların dilində  təsadüf olunur ki, bu da yazıçı idealı ilə bağlıdır; obrazı tipik-

ləşdirməkdən ötrü ondan bir priyom kimi istifadə olunur. 

Birinci dövr rəsmi və publisistik üsluba aid mətnləri nəzərdən keçirərkən mə-

lum olur ki, izafət təkcə ədəbi mətnlərdə deyil, dildə möhkəm yer tutduğundan həm 

də digər üslublarda işlənilmişdir; həmin dövr Azərbaycan dilinin sintaktik struktu-

runda fəal rol oynamışdır, xüsusən, rəsmi üslubda onun aktivliyi ciddi şəkildə mü-

şahidə olunur. Lakin folklor üslubunda yazılan poetik əsərlərdə və folklor nümunə-

lərində çox az-az hallarda izafətə rast gəlmək olur.  

İzafət fars dili sintaksisinə aid faktdır, onun ədəbi dilimizdə yer alması müəy-

yən ictimai – tarixi şərait və klassik şeir ənənəsi ilə bağlıdır. Folklorumuzda ona gö-

rə belə faktlara az rast gəlinir ki, o, əcnəbi təsirlərə qarşı çox dözümlü və konser-

vativdir.  

İzafətlərə aid misalları nəzərdən keçirək: 

Xudavəndi - aləm; qəbri – ruh. 

(Mirzə  Məmmədəli: “Dəmirdən bərk  şey oddur ki, dəmiri  əridir və özü də 

bərklik ənasirində üçüncü dərəcədədir. Ondan bərk olan şey sudur ki, odu söndürür 

və sərtlik ənasirində üçüncü dərəcədədir. Oddan bərk olan şey sudur ki, odu söndü-

rür və səxtlik ənasirinin dördüncü dərəcəsindədir.  


 

Filologiya  məsələləri – №10, 2013

 

 



48

Sudan bərk olan şey buluddur ki, su haman buluddan əmələ gəlir. Səs gəlmə-

sin! Görürsünüz ki, biz burada söz danışırıq! Bəli, ağama  ərz olsun ki, buluddan 

bərkraq olan şey yeldir ki, buludlara həmişə yeldən fərman çıxır. Yeldən bərk olan 

şey mələkdir ki, yelləri idarə edir, yəni haraya göndərməlidir göndərir, göndərməli 

deyil, göndərmir. Mələkdən bərk olan şey mələkül – mövtdur ki, mələki qəbzi – ruh 

edir. Hi...Gülərsiniz! Gülün, eybi yoxdur, gülün! Vay halınıza! Mələkül mövtdən də 

bərk olan şey bilirsiniz nədir? Ölümdür, ölüm! Hi...Gülərsiniz! Bəs, bilirsinizmi ki, 

ölümdən bərk olan şey nədir? Bilirsinizmi, ey lüğət yazanlar? Ölümdən bərk  şey 

xudavəndi – aləmin əmridir ki, lazım olan yerdə öıüm varid olur, lazım olmayanda 

olmur. Lazım olan yerdə vaqe olur bəlayi – nagəhanlar misli - vəlvəleyi – səqf – 

asimanlar, zəlzəleyi – səthi – xakedanlar, küsuf – küsuf, yenə küsuf, ma – təqəbbəl 

– mələkan! C.Məmmədquluzadə (“Anamın kitabı”). 

C.Məmmədquluzadənin “Anamın kitabı”  əsərində  “əzayi - əncümən”, “bən-

deyi – həqir”, “əzəvizadeyi – cənab” və s. Izafət birləşmələri vardır.  

 

və ya: 



 

“Molla Sübhan! Yeni həvadis yoxdur, yalnız hökumət rəsmi surətdə bildir-

mişdir ki, artıq hərbi kəsməyə və sülh etməyə məcburdur. Xalqın da bir çoxu sülh 

istəyir. Eşitdiyimə görə şurayi – vükəlada əksəriyyət sülh tərəfdarıdır. Kamil və Na-

zim paşalar da o cümlədən, heç kəs hərb etmək istəməyir”. C.Cabbarlı (“Ədirnənin 

fəthi”). 

Maraqlısı buradadır ki, söz birləşməsi sistemində həm ümumtürk, həm də fars 

alınma variantı – izafət bu dövr ədəbi dilində  işlənir. Lakin bunların ümumi həc-

minin nisbəti ümumtürk mənşəli söz birləşmələrinin hesabınadır.  

İkinci Müstəqillik dövrü ədəbiyyatımızda izafətlər demək olar ki, işlənmir, 

ümumtürk strukturlu ismi söz birləşmələri o sferanı tam əhatə edir.  

Əgər birinci dövr ədəbi dilində izafət sintaksisdə  ədəbi dil norması kimi 

özünü göstərirsə, ikinci dövrdə həmin norma dəyişir, yeni not üzrində köklənir. 

Əgər bunları istisna etsək, birinci və ikinci dövr ədəbi dilində söz birləşmələri 

kontekstində elə də ciddi dəyişikliklik hiss olunmur. Bu aspektdə birinci dövrə aid 

qeyd olunan xüsusiyyət sovet epoxasında dilimizdən çıxmışdır.  

Müstəqillik dövrləri ədəbiyyatında sintaktik səviyyənin maraq doğuran məsə-

lələrindən biri də sadə cümlə sintaksisidir. Prinsip etibarilə  hər iki dövrdə sadə 

cümlələr struktur baxımından fərqlənmir  (4;77-97;325-427).  Lakin  əsas məsələ 

onların işlənmə məqamlarıdır. Həmin məqamlara qısa nəzər salaq.  

Nəqli cümlə: 

Qənbər! Xanımlar, bizim sürüdə yüz əlli qoyun var, hamısının  əlahiddə adı 

var, necə ki, bir məclisdə yüz əlli adam ola, hərəsinin də ayrı-ayrı adı ola. Bu adları 

qoyunlara biz ondan ötəri qoyuruq ki, qoyunlar həmişə nəzərimizdə olsun. Onların 

birisi “sürüdən” çıxmış olsa, o dəqiqə bilək və dalıyca olaq. İndi, məsələn, mənim 

qoyunlarımı gətirələr mənim gözümün qabağına və imtahan üçün sürüdən bir qoyun 

çıxardalar; mən sürüyə bir beləcə baxan kimi biləcəyəm ki, məsələn, çal əbrəş qo-

yun sürüdən çıxıb; ya oğurlayıblar, ya canavar dağıdıb”. C.Məmmədquluzadə 

(“Anamın kitabı”). 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



49

Bəzi inversion xüsusiyyətləri ilə  səciyyəvi olan bu nəqli cümlə ikinci dövr 

ədəbi dilindəkindən heç də  fərqlənmir. Cüzi şəkildə  nəzərə çarpan fərq isə “adam 

ola” strukturunda işlənən “ola” yarımpredikatı ilə bağlıdır. Müasir Azərbaycan dili-

nin Təbriz dialekti üçün səciyyəvi olan bu fakt ikinci dövr müstəqillik  ədəbi dili 

üçün demək olar ki, səciyyəvi deyil.  

Sual cümləsi: 

“Şeyx: Mən nə  qədər sükuta qərar vermişdimsə  də, davam edəmərəm. Ha, 

millətin halı  mənim ürəyimi parçalayır. Söyləməyə  məcburam. Bizim qüvvəmiz 

yoxmu?  Əcəba, bütün osmanlılar qırıldı ki? Əcəba, düşmən torpaqlarının müqa-

bilinə yalın ayaq, yalın əllə , açıq sinə getmək cəsarətinə malik olan türkləri ölümü 

zənn edirsiniz? Qiyməti - əsgəriyyəsini bütün dünya təhsin edən türkləri bir ovuc 

yunanlaramı  məğlub ediyorsunuz? Əcəba, mubəlliğələrin təbliğatına baxmayaraq

“ya həyat”, “ya ölüm”, “ya Ədirnə” deyən Türkiyə  oğullarını düşmən ayaqlarına 

yıxılacaq qədər namussuzmu ədd etdin ki...” C.Cabbarlı (“Ədirnənin fəthi”). 

Yüksək ustalıqla yazılmış bu cümlələr sual tonuna daxil olsa da, cümlə se-

mantikası  cəhətdən yüksək ritorik məzmuna malikdir. İstər C.Məmmədquluzadə, 

istərsə də C.Cabbarlının bu dövr ədəbi əsərlərində müşahidə etdiyimiz sual cümlələ-

ri həm sual, həm də ritorik məzmun daşımaqla struktur – semantik baxımdan ikinci 

müstəqillik dövrü ədəbi dilindəkindən fərqlənmir. 

 Əmr cümləsi: 

“Əmr et, könüllülərdən bir nəfər yerindən tərpənməsin! Odur, İzzət paşa gəlir. 

O, çəkiləcək, fəqət mən! Mən Benqazidə ikən ya Benqazi Türkiyədə qalacaq, ya 

İtaliya musiqiçiləri  şadyanalıq marşı ilə meyitimiz üzərindən keçib Benqaziyə 

girəcəklər! Ramiz oturma! C.Cabbarlı (“Ədirnənin fəthi”). 

Struktur cəhətdən  əmr cümləsi müasir ədəbi dilimizdəkindən heç nə ilə 

fərqlənmir. 

Sintaktik səviyyənin söz birləşməsindən böyük vahidi cümlədir. Cümlə infor-

mativ səciyyə daşımaqla mətn praqmatikasına xidmət edir; bədii mətn və informasi-

ya konteksində mikromətnin tərkib komponentlərindən biridir. Yazıçı idealından 

asılı olaraq onlar hansısa bir istiqamətə yönəldilir.  

Struktur cəhətdən mürəkkəb cümlələr cümlə silsiləsində ən böyük dil vahidi 

sayılır; çünki onlar bir və ya bir neçə sadə cümlənin iştirakı ilə formalaşır. (1); 

(2);(3). Onlar dilin qanunauyğunluqları əsasında formalaşsalar da, yazıçı intellekti 

onu cilalaya bilir. Və bu əsasda mürəkkəb cümlələr yazıçı intensiyasından asılı ola-

raq formalaşır. Deməli, yaradıcı ton ümumdil tonu ilə sintez olunaraq reallığa 

çevrilir: 

Mübtəda budaq cümləsi: 

“Qəhrəman yüzbaşı: Məgər yadımızdan çıxıb ki, haman dəyirmanda bildir 

ermənilər on iki adamımızı yandırdılar”. C.Məmmədquluzadə (“Kamança”). 

 “Molla Hacıbaba: <….> O vaxt cəmi dünyaya və Avropaya da sübut olar ki, 

Osmanılar öz şərəf və namuslarını öz həyatlarından artıq sevirlər. C.Cabbarlı 

(“Ədirnənin fəthi”). 

Hər iki dövrdə struktur – semantik və bağlama vasitələri cəhətdən mübtəda 

budaq cümləsi bir-birinə oxşardır; əksərən eynidir: 

Xəbər budaq cümləsi: 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



50

“Rüstəm bəy: Sözün açığı budur ki, səni üç adam istəyir: biri Aslan bəydi, biri 

Mirzə Baxşəlidi, biri də Hüseyn Şahiddi...” C.Məmmədquluzadə (“Anamın kitabı”). 

 “Teymur bəy: Səbəb budur ki, keçən iclasda da acların  ərizələrinə kifayət 

verilmədi və verilməməyinin səbəbi də budur ki, cəmiyyətin sandığında olan pulları 

zapasnoy fonda qoymaq söhbəti ortalığa qoyulubdur”. C.Məmmədquluzadə (“Ana-

mın kitabı”). 

Göründüyü kimi, xəbər budaq cümləsi müasir dövrümüzdəkindən heç nə ilə 

fərqlənmir. 

  Tamamlıq budaq cümləsi: 

1.“Qəhrəman yüzbaşı: Mən bilirdim ki, orada erməni var”. 

2. “Mən bilirdim ki, ora xatalı yerdi”. C.Məmmədquluzadə (“Kamança”). 

3.“Harris: Ya əmir, siz bilirsiniz ki, mən ərəbəm. Bilirsiniz ki, ərəblər öz 

əmirlərini nə qədər sevirlər”. C.Məmmədquluzadə (“Ulduz”). 

4.Molla Hacıbaba: Həzarat! Çatalca əsgərlərimin ruhunu qaldırmağa gedən 

heyəti – üləmanın sədri, bu gün qayıdıb, Çatalca əsgərlərinin tərəfindən Osmanlı 

hökumətinə və əhaliyə böylə bir xəbər gətirmişəm. İştə deyirlər ki, sülh ola bilməz.” 

C.Cabbarlı (“Ədirnənin fəthi”). 

  Təyin budaq cümləsi: 

1.“Qəhrəman yüzbaşı: Yəni siz elə güman eləyirsiniz ki, mən bu çolaq 

ermənini öldürməkdən hirsim soyuyacaq.”   C.Məmmədquluzadə (“Kamança”). 

“Şəmsə: Ancaq o qədər xəbisdir ki, fürsət verməyir.” C.Məmmədquluzadə 

(“Ulduz”). 

Zərflik budaq cümlələri. 

Tərzi-hərəkət budaq cümlələri: 

“Qurban: Bir də  səni and verirəm Allaha, biznən elə danış ki, başa düşək: 

yoxsa biz çöldə böyümüş çobanıq.” C.Məmmədquluzadə (“Anamın kitabı”). 

“Haris: Sən qərargaha yetişəncə, Harris, Ulduz ilə şəhərdən kənara çıxıb öylə 

gizlənər ki, Əzrail özü çıraq ilə gəzsə də ,tapa bilməz.”  

C.Məmmədquluzadə 

(“Ulduz”). 

  Səbəb budaq cümləsi: 

  “Haris: <….> Ramiz ya vurulub, ya Tutulub ki, bu vaxta qədər gəlmədi.” 

- Məqsəd budaq cümləsi: 

“Qəhrəman yüzbaşı: Nə  qədər başıdaşlı Süleyman bəyə  çığırdım ki, dəyir-

mana girməyin.” 

C.Məmmədquluzadə (“Kamança”). 

 “Rüstəm bəy:” <….> Qız hazır, bax, o qapının dalındadır, çağıraq bu saat 

özündən sual edək ki, görək meyli kimədi?” C.Məmmədquluzadə. (“Anamın 

kitabı”). 

“Rüstəm bəy: Yəni insanın dilində  hər nə  qəribə söz var, gərək o kitaba 

yazıla; hamısı gərək yazıla ki, bir söz də qalmaya”. C.Məmmədquluzadə (“Anamın 

kitabı”). 

“Harris: Şəmsə, mən ki, Ulduza yamanlıq etmədim! 

Ölümünə  əmr verilmişdi ki, xilas edib gətirdim ki, istərsə, mənə  hərəm 

olsun.” C.Məmmədquluzadə (“Ulduz”). 

Nəticə budaq cümləsi: 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



51

“Aslan bəy: <….> O vədə smetni statyaları o qədər sokratit edirlər ki, il 

axırında hesab düz gəlir”.    C.Məmmədquluzadə (“Anamın kitabı”). 

Birinci dövr Müstəqillik illərinə aid bədii mətnlərdə fars ədəbi dilinin xüsu-

siyyətlərini özündə daşıyan qarışıq tipli mürəkkəb cümlələrə rast gəlinir: 

“Mirzə Məmədəli: “Söhbət haman sərtlik üstədir ki, siz orada yazdınız. Am-

ma mənim əqidəmcə bu barədə bizə bir əmr buyurulubdur, o əmrdən kənara çıxmaq 

hər ayinə  səzavar deyil. Necə ki, məlumdur və  kərrat ilə  eşitmişik ki, kitablardan 

təhsil eləmişik ki, həqq-təala bizə on şey təyin edib ki, bir-birindən bərkdir. Yəni ən 

əvvəli sonrakından boş  və sonrakı qabaqkından bərk; ta gedir çıxır onuncuya ki, 

dəxi ondan bərk; ondan sərt bir şey dünyada yoxdur və ola da bilməz”. 

 

və ya: 



 

“Rüstəm bəy: Ağalar qaldı iki məsələ: biri elmi-ilahi dərsləri barəsində, biri 

də acların  ərizəsi. Elmi-ilahi barəsində  uşaqların bir parasının ataları  tərəfindən 

ərizə gəlib ki, məktəbin üçüncü sinfində müəllim cənabları – ki, ibarət olsun Mirzə 

Bəxşəli və mənim kiçik bəradərini Məmmədəlidən, - oktyabr ayında xüsuf və küsuf 

barəsində, yəni ayın və günün tutulmağı barəsində bir moizə başlayıblar ki, indi 

dörd ay olur ki, haman küsuf və xüsuf dərsləri nəinki azalmır, hələ bəlkə altı ay da 

bundan sonra qurtarmayacaq”. C.Məmmədquluzadə (“Anamın kitabı”). 




Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə