Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə6/50
tarix06.05.2017
ölçüsü3,19 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   50

 

Ədəbiyyat 



 

1. Abdullayev Ə. Müasir Aəzərbaycan dilində tabeli mürəkkəb cümlələr.  

     Bakı,. Müaarif 1974 

2. Abdullayev K. Azərbaycan dili sintaksisinin nəzəri problemləri. Bakı,  

     Maarif 1998,. 

3. Abdullayev K.M. Azərbaycan dilində mürəkkəb sintaktik bütövlər, Bakı, 2012,  

4. Kazımov Qəzənfər . Müasir Azərbaycan dili. Bakı 2004.  

5. Hacıyev T.Azərbaycan ədəbi dilinin tarixi.Elm 2012. Bakı. 



 

 

                                                                                                   Натаван Гаджиева  

Некоторые грамматические особенности азербайджанского литературного 

языка годы Независимости



 

Резюме 


 

Статья  посвящена  грамматическим  особенностям  литературного  текста 

в  период  независимости,  относящиеся  в  этот  период  морфологические  и 

синтаксические  особенности  литературных  текстов.  В  том  числе  было  дано 

основанное сравнение дано основанное сравнение представленных периодов. 

Во время анализа теоретические обобщения были в центре внимания. 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



52

                                                                                                       

Natavan Hajieva 

Some grammatical features of Azerbaijan literary language in the 

period of Freedom

 

Summary 


 

 In the article is dealt about the grammar features of the literary texts to the 

period of the Independence, the morphological and syntactic features of the literary 

texts for that period ,also here is given their comparison according to these periods. 

 During analyzing was given the theoretical generalizing. 

  

Rəyçi: Professor İkram Qasımov 



 

   


 

Filologiya  məsələləri – №10, 2013

 

 



53

 

İNTİZAR SALEHOVA  



Filologiya üzrə fəlsəfə doktoru  

salehova.intizar@mail.ru 

 

QƏZET DİLİNDƏ MORFOLOJİ NORMA 

 

Açar sözlər:  norma, morfoloji norma, qəzet dili, kəmiyyət kateqoriyası, xəbərlik 

kateqoriyası, hal kateqoriyası, mənsubiyyət kateqoriyası, normanın pozulması 



Ключевые  слова:  норма,  морфологическая  норма,  язык  газеты,  категория 

количества,  категория  сказуемости,  категория  падежа,  категория  принадлеж-

ности, нарушение нормы 

Key words: norm, morphological rules, newspaper language, category of quantity, 

predication category, case category, category of implement, norm interruption 

 

Normanın dil strukturunda mühüm və çox vacib yeri vardır. Çünki dil özünün 



ən vacib - informasiya alıb-vermə funksiyasını norma daxilində yerinə yetirir. Bu 

funksiya isə nitqlə  tənzim olunur. Nitq prosesində dil vasitəsilə ifadə edilən fikir 

yalnız fərdlərə deyil, kollektivə də çatdırılır. Buna görə də nitqdə istifadə olunan dil 

vasitələri kollektiv üzvləri üçün aydın, anlaşıqlı olmalıdır. Bunun üçün isə müəyyən 

normalara riayət edilməlidir.  Əks təqdirdə nitqin rabitəsi pozulur və verilən infor-

masiyanın faydası olmur. Deməli, normanın əsas funksiyası dinləyənin danışanı ba-

şa düşməsini təmin etməkdir.  

Norma anlayışı nitq mədəniyyəti məsələlərinə həsr olunmuş məcmuələr, elmi 

tədqiqat əsərlərində müzakirə obyekti olmuş, bu məfhum müxtəlif cür izah edilmiş-

dir. Dilçilərin bəziləri belə hesab edirlər ki, norma qəbul edilərkən kitablarda, dərs-

liklərdə verilən normativlə dildəki obyektiv vəziyyət arasındakı fərqi nəzərə almaq 

lazımdır, normada variantlıq və funksionallıq  əsas  şərtdir(bax: 5, s.457;9, s.374). 

Bu, doğrudan da, belədir. Lakin bu xarakterik cəhətlər də norma anlayışını tam əha-

tə etmir. Çünki dilin inkişafında elə faktlar normaya çevrilir ki, bunu normanın yu-

xarıda verilən xüsusiyyətləri ilə izah etmək mümkün olmur. Ona görə də bir sıra dil-

çilər belə bir qənaətə gəliblər ki, əsas diqqəti dil sisteminə yönəldib, ictimai amillə-

ri, dilin cəmiyyətdə mövcud olduğunu, onun cəmiyyətlə birlikdə inkişaf etdiyini ta-

mamilə nəzərə almamaq düzgün deyil (bax: 20, s.39;12, s.31;6, s.17). Norma insan-

lar arasında ünsiyyətə xidmət etdiyi üçün nə qədər ki, insan cəmiyyəti mövcuddur, 

norma da fəaliyyət göstərəcək. Cəmiyyət isə daim inkişafdadır. Bu inkişaf 

proseslərinə uyğun olaraq dildə də dəyişmə, zənginləşmə prosesləri baş verir. Hə-

min proseslər zamanı dildə  əvvəlcə baş verən dəyişikliklər sonrakı  mərhələlərdə 

köhnəlir, get-gedə yadlaşır, onların bərpasında isə problemlər meydana gəlir. Yeni 

variantlar yaranır. Bu variantlar arasında rəqabət gedir. Onlardan hansının işləklik 

qazanıb, norma kimi qəbul edilməsi daha məqsədəuyğun olmasından və ictimai 

rəydən asılıdır. “Axı ictimai nüfuz amili normallığı müəyyənləşdirmək və qiy-

mətləndirməyin mühüm xarici stimulu və  tənzimedicisidir. Dil normaları(və dil 

özü) bizdə mətbuat, radio, kino, teatr, publisistik çıxışlar və s. bu kimi geniş imkana 

malik ictimai-nüfuzlu kütləvi ünsiyyət vasitələrinin olduğu  şəraitdə inkişaf edir” 

(18, s.93). Bütün bunlarla yanaşı, ünsiyyət şəraiti, funksional üslublar da normanın 

müəyyənləşməsində mühüm rol oynayır. Lakin onlara aludə olub, dilin daxili 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



54

quruluşunu, ənənəviliyi yaddan çıxarmaq olmaz. Ənənəvilik gözlənilməsə, normada 

xaotik bir vəziyyət, normasızlıq yaranar. Deməli, normanın müəyyənləşməsində 

dilin daxili quruluşu,  ənənəvilik, mətbuat, ünsiyyət  şəraiti, ictimai rəy, funksional 

üslubların rolu böyükdür. “Norma dilin daxili quruluşu və sosioloji amillərin vəhdə-

ti ilə şərtlənən, dil sisteminin ünsiyyət şəraiti və funksional üslublara müvafiq ənə-

nəvi və məqsədəuyğun potensial imkanlarının reallaşmasından ibarət tarixi və hərə-

ki bir kateqoriyadır” (4, s.65). Lakin bu amillər dilin bütün səviyyələrində eyni şə-

kildə təsir gücünə malik deyil. Fonetik və qrammatik səviyyələrdə normalaşma ge-

dən zaman dilin daxili quruluşu və  ənənəvilik amillərinin təsiri qüvvətli olduğu 

üçün burada norma dəyişikliyi az hallarda baş verir. Leksik səviyyədə isə başqa 

mənzərə ilə rastlaşırıq. Leksik normada dilin daxili quruluşu ilə yanaşı, sosioloji, 

ictimai, iqtisadi amillər, ünsiyyət şəraiti də mühüm rol oynayır. Buna görə o, dina-

mik olur, daha çox dəyişikliyə məruz qalır. Elm və texnikanın, digər dövlətlərlə iq-

tisadi, siyasi əlaqələrin inkişafı, qloballaşma və s. nəticəsində dildə yeni sözlər yara-

nır, yaxud alınır. Bu da leksik normada dəyişikliklərin baş verməsinə  səbəb olur. 

Əvvəllər müəyyən ünsiyyət şəraitində məqsədə uyğun olaraq işlənən sözlər yeniləri 

ilə əvəz edilir, yaxud yeni məfhumlar alınma sözlərlə ifadə olunur. Deməli, dilin da-

xili quruluşu və ənənəvilik dil strukturunda sabitliyin qorunmasını, ünsiyyət zamanı 

dildən mövcud müəyyən qaydalar çərçivəsində istifadəni  şərtləndirirsə, sosioloji 

amillər, ünsiyyət şəraiti və funksional üslublar dildən bu çərçivədən bir qədər kəna-

ra çıxmaqla istifadə üçün şərait yaradır və bununla da birincisi mühafizəkar tərəfin 

dilxarici amillərin təsiri nəticəsində dildə baş verən dəyişikliklərin qarşısını 

almasına mane olur. Əgər belə olmasa, dil inkişaf edə bilməz. Bu iki tərəf arasında 

gedən mübarizə və güzəştə getmə halları nəticəsində həm dil inkişaf edir, həm də 

norma formalaşır (lakin bunlar heç də dildə normanın tez-tez dəyişməsi anlamına 

gətirib çıxarmır). Yazılı  və  şifahi ünsiyyət zamanı dil vahidlərindən müxtəlif 

variantlar şəklində istifadə olunmasına son qoyulur. Bu variantlardan biri norma ki-

mi qəbul olunur. Ədəbi dildən istifadə edən hər bir kəsin borcu bu normaya riayət 

etməkdir.  Ədəbi dil normalarına(üslubi normalar da bura daxildir) riayət edən hər 

bir şəxsin nitqi(istər yazılı, istər şifahi) qüsursuz hesab olunur.  

Onu da qeyd etmək lazımdır ki, normalaşma dil-nitq münasibətləri fonunda 

baş verir. Normanın hansı aspektlərdə  fəaliyyət göstərdiyini müəyyənləşdirmək 

üçün dil-nitq münasibətlərinin normalaşma prosesindəki rolunu dərk etmək lazım-

dır. Nitq, əsasən, dilin şifahi qolu ilə bağlı olduğu üçün yazılı dildəki dəyişikliklər 

nitqdən də yan keçmir və yaxud əksinə, nitqdə norma kimi qəbul olunmuş faktlar 

sonradan yazılı dildə öz əksini tapır. Məsələn, -mış

4

 nəqli keçmiş zaman şəkilçisinin 



ikinci  şəxsin təki ilə –mı

formasında işlənməsi(gəlmisən, oxumusunuz), həmin 



şəkilçinin üçüncü şəxsin təki və cəmi ilə işlənərkən onun sinonimi olan –ıb

4

 şəkilçi-



si ilə müqayisədə  işlənmə tezliyinin azalması(gəlmişdir  əvəzinə  gəlib//oxumuşlar 

əvəzinə oxuyub şəklində işlənməsi), yaxud saitlə bitən sözlərdən sonra ayrı yazılan 



ilə qoşmasının vaxtilə, münasibətilə, vasitəsilə və s. kimi sözlərdə artıq bitişik yazıl-

ması (bu zaman yanaşı işlənən iki saitdən biri düşür) və s. bu kimi faktlar şifahi nit-

qin yazılı dilə, nəticədə  də  şifahi normanın yazılı normaya təsirini özündə  əks et-

dirir. Əksər hallarda dil və nitq normaları üst-üstə düşür. Bu normalar arasında fərq 

özünü daha çox dilin fonetik səviyyəsində göstərir(müqayisə et: orfoqrafik norma 

və orfoepik(orfofonik) norma). 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



55

Dil, nitq, onların səciyyəvi xüsusiyyətləri, oxşar və fərqli cəhətləri, qarşılıqlı 

münasibətləri haqqında dilçilər müxtəlif fikirlər söyləmişlər (10, s.13; 1,11). Bu 

fikirlərdə  fərqli cəhətlər olsa da, heç birində onların birinin digərindən yarandığı, 

birinin digərini tamamladığı və inkişaf etdirdiyi, dil, nitq və normanın paralel, eyni 

zamanda,  əlaqəli  şəkildə  fəaliyyət göstərdiyi inkar olunmur.”Ədəbi normaların 

tənzimlənməsi, sabitləşməsi, möhkəmlənməsi dilin həm şifahi, həm də yazılı qolu 

üçün zəruridir.Bu normalar nə qədər çox sabitləşib möhkəmlənirsə, bu iki qol ara-

sında o qədər daha artıq yaxınlıq baş verir”. (7, s.75).  

 

Ədəbi dil normasına (istər şifahi, istər yazılı) aşağıdakı normalar daxildir: 



   

1. Fonetik norma 

   

 

a) orfoqrafik norma   



   

 

b) orfoepik(orfofonik) norma 



   

2. Leksik norma 

  

3.Qrammatik norma 



   

 

a) morfoloji norma 



  

 

b) sintaktik norma 



Müasir dövrümüzdə dil və onun norması geniş imkanlara malik ictimai-nü-

fuzlu kütləvi informasiya vasitələrinin ( KİV) mövcud olduğu  şəraitdə  fəaliyyət 

göstərir. Onların insan düşüncəsinə, təfəkkürünə təsiri böyükdür.”Məhz KİV-in dili 

ədəbi dilə güclü təsir göstərir və kütlənin üslubi zövq və normalarını formalaşdırır” 

(19, s.6). Hər hansı bir söz, ifadə, söz birləşməsi və ya cümlə kütləvi informasiya 

vasitələrində tez-tez işlədildikdə  səhv, yaxud düzgünlüyündən asılı olmayaraq, is-

tər-istəməz yaddaşlara həkk olunur və onlardan kütləvi şəkildə istifadəyə şərait ya-

ranır. Buna görə də KİV-in üzərinə böyük məsuliyyət düşür. Həmin sahədə çalışan-

lar gərək öz nitqlərində  və yazılarında mümkün qədər dildən normalar ( fonetik, 

leksik, qrammatik, üslubi) daxilində istifadə etsinlər.”Əks təqdirdə burada buraxılan 

hər hansı dil qüsuru milyonlarla dinləyici və tamaşaçının öz nitqində yanlışlıqlara 

yol verməsinə səbəb ola bilər” (14, s.62). Lakin təəssüflər olsun ki, bəzi kütləvi in-

formasiya vasitələrinin nümayəndələri ( diktorlar, aparıcılar, o cümlədən məqalə 

müəllifləri) bu məsuliyyəti sanki dərk etmir, dilin bütün səviyyələrində, o cümlədən 

qrammatik səviyyədə kifayət qədər norma pozuntularına yol verirlər. Əlbəttə bunu 

onların hamısına aid etmək olmaz. Dil normalarına riayət olunan proqram, veriliş, 

yazılar da var. Amma yetərincə 

deyil. 


 

     


        Biz burada qəzet dilində morfoloji normaya nə dərəcədə riayət olunması mə-

sələlərindən bəhs edəcəyik. Məlumdur ki, qəzet KİV-in yazılı qolunu təşkil edir. 

Yazılı nitq isə  şifahi nitq kimi spontan olmur. Buna görə  də  mətni hazırlayarkən 

onun üzərində işləmək üçün müəllifin vaxtı nisbətən çox olur. Bu da onun yazısında 

normaya düzgün riayət etməsinə daha çox imkan yaradır. Lakin buna baxmayaraq, 

qəzet dilində də dilin bütün səviyyələrində, o cümlədən morfoloji səviyyədə norma-

nın pozulması hallarına 

yol 


verilir. 

     


Morfoloji norma dedikdə dilin morfoloji kateqoriyalarının işlənməsini nizamlayan 

norma nəzərdə tutulur. Morfoloji kateqoriyalar nitq hissələri arasında bölünmüşdür 

və hər bir nitq hissəsinin öz kateqoriyaları vardır. Bu kateqoriyaların hər biri müəy-

yən norma çərçivəsində  fəaliyyət göstərir.Bu məqalədə  mətbuat səhifələrində nor-

ması daha çox pozulan kateqoriyalardan danışılacaqdır. Belə kateqoriyalardan biri 

də kəmiyyət kateqoriyasıdır.   

 

 

 



 

 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



56

Kəmiyyət kateqoriyasında qrammatik normalılıq –lar

şəkilçisi vasitəsilə ya-



ranır. Bu şəkilçi üçüncü şəxsi və onun cəmliyini ifadə edir. Eyni zamanda, uzlaşma 

əlaqəsinin, başqa sözlə, şəxsə və kəmiyyətə görə uzlaşmanın yaranmasında da onun 

rolu böyükdür. Qeyd etdiyimiz kimi, -lar

2

  şəkilçisi üçüncü şəxsdə olan sözlərə 



artırılır. Bu zaman həmin sözlə uzlaşma əlaqəsinə girən söz də onun tələbi ilə üçün-

cü  şəxsin cəmində  işlənir. Məsələn;  quşlar uçurlar,  prezidentlər görüşdülər, ko-



mandalar yarışırlar. Bu cür “hər iki tərəfin kəmiyyət etibarilə tam normalılığı 

uzlaşmada ideal normalılıq kimi də  qəbul edilə bilər” (7, s.80). Lakin bu ideallıq 

həmişə tələb olunmur. Ümumiyyətlə, -lar

2

 şəkilçisi ilə işlənən tabe edən sözlə tabe 



söz arasında uzlaşma əlaqəsi aşağıdakı qaydalar çərçivəsində yaranır:  

 

   



 1) tabe edən tərəf (mübtəda) insanlara aiddirsə, tabe tərəf (xəbər)  əksər 

hallarda onunla uzlaşır ( nümunələr yuxarıda verilib). 

2) tabe edən tərəf digər canlılara aiddirsə, tabe tərəf onunla bəzən uzlaşır, 

bəzən isə uzlaşmır. Məs.;  arılar  şirə toplayırlar/ toplayır; qoyunlar mələşirlər/ 



mələşir. 

3) tabe edən tərəf cansız varlıqlara aid olarsa, tabe söz əksər hallarda onunla 

uzlaşmır. Məs.:  kitablar maraqlıdır, meşələr insanı valeh edir (bu haqda bax: 

16;17)

Bu normalar qəzet dilində  əksər hallarda pozulur. Aşağıdakı nümunələri 

nəzərdən keçirək: 

Birliyin professor Qafar Cəbiyev, tarix üzrə  fəlsəfə doktoru Fariz Xəlilli, 

jurnalist və araşdırmaçı Arzu Soltan, tərcüməçi-araşdırmaçı  Şölə Bayramova və 

fotoqraf Məmməd Rəhimovdan ibarət nümayəndə heyəti konfransda “Orta əsr Ağsu 

şəhəri arxeoloji turizm kompleksi”ni təqdim edəcəklər(3. 19 oktyabr, s.2);Milli 

Şurada baş verənlər də göstərir ki, oradakıların hər biri öz marağını bu və ya başqa 

formada təmim etmək üçün bir araya  gəliblər  (3. 7 sentyabr, s.7); Çoxunu da 



müğənnilər  özü  qondarır(3. 14 sentyabr,s.24); Çörəkləri Yazıçılar Birliyinə sataş-

maqdan çıxanlar tipik mafioz qanunlarıyla hərəkət edir(3. 31 avqust,s.18). 

 

Qəzet dilində kəmiyyət kateqoriyası ilə bağlı normanın pozulması halların-



dan biri də saylardan sonra isimlərin düzgün işlədilməməsi ilə  əlaqədardır. 

Məlumdur ki, miqdar saylarından sonra isimlər cəmdə  işlənə bilməz. “İsimlərin 

təklikdə  kəmiyyətcə xüsusi şəkilçi ( -lar, -lər  şəkilçiləri) vasitəsi ilə  dəyişməsinin 

saylarla birgə  işləndiyi zaman mümkün olmaması onların saylardan asılı olmasın-

dan başqa bir şey deyildir; çünki müəyyən kəmiyyət bildirən saydan sonra isimlərin 

qeyri-müəyyən kəmiyyət şəkilçisini qəbul etməsinə Azərbaycan dilinin məntiqi də 

imkan vermir. Beş kitab birləşməsində kitab sözünün cəm şəkilçisi qəbul etməməsi 

həmin sözün konkret miqdarını bildirən  beş  sözünün tələbindən irəli gəlir....”          

(8, s.104-105). Bu qayda müəyyən miqdar saylarının hamısına aiddir, qeyri-

müəyyən miqdar saylarında isə istisnalar mövcuddur. Bir çox, bir sıra saylarından 

sonra gələn isimlər cəmdə  işlənir:  bir çox ölkələr, bir sıra hallarda  və s.. Çox, 

yüzlərlə, onlarla və s. saylardan sonra gələn isimlər həm təkdə, həm cəmdə işlənə 

bilər: çox adam / adamlar, yüzlərlə meşə / meşələr və s.  

 Qəzet dilində müəyyən miqdar saylarından sonra gələn, yaxud onunla bağlı isimlə-

rin cəmdə işlənməsinə tez-tez rast gəlinir. Aşağıdakı nümunələri nəzərdən keçirək: 

  

“APA-Economics”in xəbərinə görə, tədbirdə Azərbaycanın 60 iri şirkətləri-



nin rəhbərləri iştirak edib (yeri gəlmişkən, burada kəmiyyıtə görə uzlaşma norması 

 

Filologiya  məsələləri – №10, 2013

 

 



57

da pozulub) (3. 7 sentyabr, s.13); ........Bakı şəhəri 17 saylı peşə liseyinin 3-cü kurs 

tələbəsi Quliyev Bəxtiyar Səməndər oğlunun yaşadığı Bakı şəhəri Sabunçu rayonu 

S. Hüseyinov küçəsi ev 3B-yə baxış keçirilərkən oradan 19 ədəd şüşə butulkaların 

içərisində tez alışan “Molotov kokteyli” adlanan maye, ........ aşkarlanıb; 

......üzərində “təcili demokratiya tələb olunur, tel: +994, ünvan: Azərbaycan” 

yazılmış  28  ədəd  vərəqlərin  ksero-surətləri aşkar edilərək, götürülüb; .....və bu 

iclasda 14 məsələ müzakirə olunub ki, bunun da 11-i qanun layihələri  olub; 

Onlardan  7248 nəfəri(87,95%) ayrılmış müddət  ərzində  daxil olduqları  təhsil 

müəssisəsində qeydiyyatdan keçib (3. 14 sentyabr, s. 6; 7sentyabr, səh.6); Belə təəs-

sürat yaranır ki, ABŞ  bəri başdan regionun bir çox  dövlətinin Suriya probleminin 

həllində iştirak etməsinə çalışır (3. 7 sentyabr, s. 11).  

Az da olsa, qəztlərdə toplu isimlərlə bağlı norma da pozulur. Məs.; Tarixin 

qədim dövrlərində xalqımız yadelli işğalçıların gözlənilən hücumlarına, basqınlarına 

müdafiə qalaları ucaldıblar.    

Məlumdur ki, toplu isimlərə  cəmlik bildirən  şəkilçi artırmadan çoxluq 

anlayışını ifadə edən sözlər daxildir. Xalq, sürü, camaat, dəstə, millət və s. bu tip 

sözlərdir. Belə isimlər məzmunca digər tək isimlərdən fərqlənsə  də, qrammatik 

funksiyasına görə onların arasında heç bir fərq yoxdur (toplu isimlər haqqında bax: 

8;15;2). Onlar da digər tək isimlər kimi cəm şəkilçisi qəbul edir (camaat sözü istisna 

olmaqla) və yalnız cəmdə olanda uzlaşma  əlaqəsinə girdiyi sözün cəmdə 

işlənməsini tələb edir. Yuxarıdakı nümumədə isə xalq sözü təkdə olduğu üçün 

onunla əlaqədə olan söz də təkdə işlənməlidir: xalqımız ucaldıb.  

Qəzet dilində  ən çox diqqəti cəlb elən norma pozuntusu şəxs- xəbərlik 

kateqoriyasındakı üçüncü şəxsin təkinin şəkilçisi (– dır

4

 ) ilə bağlıdır. Məs.:  



Anan haqlıdı, böyümüsən; (3. 31 avqust, s.21); İdman jurnalisti olmaq çox 

çətindi, bu, spesifik bir sahədir (3. 31 avqust, s.25); Məhz yumordu, qarşılıqlı 

zarafatdı münasibəti möhkəmləndirən; Sanki şairin ilhamlanması, şeirə köklənməsi 

üçün mütləq dərd lazımdı; Adım Zöhrabdı, xoş gəlmisiniz; Niyə elə deyirsiniz ki, 



yazıdı da; (3. 14 sentyabr, s. 21, 23); Düzü, bərk sarsıldım, dedim, yazıqdı

incitməyin, buraxın getsin; Rəhmətlik atam hərəkətini və danışığını bilməyən adam 

haqqında həmişə deyərdi: “Bu, “Tarixi-Nadir”i yarısınacan  oxuyanlardandı(3. 7 

sentyabr, s.14, 15). 

Ümumiyyətlə, -dır

4

 xəbərlik şəkilçisindəki r samitinin düşməsi halları özünü 



bütün kütləvi informasiya vasitələrində göstərir. Çox güman ki, belə vəziyyət şifahi 

nitqin təsiri ilə yaranır. Düzdür, hələ bu hal şifahi nitqdə norma kimi qəbul 

olunmayıb. Bəlkə də, zaman keçdikcə -dır

4

 xəbərlik şəkilçisinin hazırda işlədilən –



dı variantı şifahi nitq üçün norma hesab ediləcək.  

  

Hal 



və mənsybiyyət kateqoriyalarına aid normaya da qəzət dilində düzgün 

riayət olunmur. Hal kateqoriyası sözlər arasında  əlaqə yaratmaq funksiyasını 

özünün altı halı vasitəsilə yerinə yetirir. Hər bir halın isə özünəməxsus norması var. 

Bu normalar gözlənilməyəndə sözlərin  əlaqələnməsində naqislik olur və  nəticədə 

cümlənin üslubi cəhətdən düzgün qurulmasına, fikrin dəqiq ifadəsinə maneə 

yaranır. Məs.;  

 Baş  Məclis 2013-cü il prezident seçkilərində seçkilərə  hazırlıq davam 

etdirməklə seçki günündə  “Ədalət” Partiyasından namizədliyi irəli sürülən  İlyas 

Abbas oğlu İsmayılovun dəstəklənməsinə qərar verib(3. 7 sentyabr, səh.8); Amma 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



58

bu adam özü də deyir ki, 112 min dollar bu günə  qədər borcluyam(3. 31 avqust, 

s.12); Bakıda və  Qəbələdə keçirilən muğam və caz festivallarının da Azərbaycan 

turizminin  inkişafında  təsiri böyükdür(yenə orada); Şabranda aparılan arxeoloji 

tədqiqatlar burada mədəni təbəqənin  qalınlığını ayrı-ayrı sahələrdə  müxtəlif 

olduğunu göstərir(yenə orada, səh.15); “Trend-az” məlumatına görə, səfər zamanı 

Ş. Mustafayev Avropa Komissiyasının vitse-prezidenti, Aİ-nin Nəqliyyat üzrə 

Komissarı S. Kalles, Aİ-nin Qonşuluq və Genişlənmə siyasəti üzrə komissarı  Ş. 

Tüle və Avropa İnkişaf Bankının (AİB) vitse-prezidenti V. Moltuererlə görüşlər 

keçirib(yenə orada, səh.13). 

Birinci və ikinci cümlələrdə təsirlik halda olmalı sözlər düzgün işlədilməyib. 

Birinci cümlədə  hazırlıq sözündəndən sonra gəlib, onunla idarə  əlaqəsinə girən 

davam etdirmək  sözü təsirli fel olduğu üçün hazırlıq sözü təsirlik halda (hazırlığı 

şəklində) verilməlidir. İkinci cümlədə dollar sözünün qeyri- müəyyən təsirlik halda 

işlədilməsi də normanın pozulmasına gətirib çıxarır. Normaya görə, qeyri-müəyyən 

təsirlik halda olan söz felin yanında gəlməlidir. Felin yanından uzaqlaşan kimi 

həmin söz şəkilçi qəbul edərək müəyyən təsirlik hal şəklinə düşür. Müqayisə et: 112 

min dolları bu günə qədər 

borcluyam. 

 

     



Üçüncü cümlədə  inkişaf sözü yerlik yox, yönlük halda işlənməlidir. Çünki 

ondan sonra gələn  təsir etmək feli onun məhz yönlük halda olmasını  tələb edir. 

Ümumiyyətlə, sözün hər hansı bir halın  şəkilçisini qəbul etməsi onun əlaqəyə 

girdiyi sözdən asılıdır, başqa sözlə desək, sözlər idarə  əlaqəsində olduğu sözün 

tələbi ilə ismin bu və yaxud digər halında işlədilir.   

 

 



Sonuncu iki cümlədə isə yiyəlik halda işlədilməli sözlər, müvafiq olaraq, 

təsirlik və adlıq hallarda verilmişdir. Məlumdur ki, yiyəlik haldakı söz mənsubiyyət 

şəkilçisi qəbul etmiş sözlə əlaqəyə girir. Yəni, əgər cümlədə mənsubiyyət şəkilçili 

söz varsa, onunla əlaqəyə girən söz yiyəlik halda olmalıdır. Burada isə belə əlaqə 

norması pozulmuşdur. Muqayisə et: qalınlığını müxtəlif olduğunu // qalınlığının 

müxtəlif olduğunu“Trend-az” məlumatına // “Trend-az”ın məlumatına.   

 Eynilə yiyəlik haldakı sözün də  əlaqəyə girdiyi söz mənsubiyyət  şəkilçisi 

qəbul etməlidir. Qəzet dilində bu normanın da pozulması hallarına rast gəlinir. 

Məs.:  Şabranın müxtəlif tarixi dövrlərə aid aşkar olunub tapılan  şirli və  şirsiz 



qabların növləri çox müxtəlifdir(31avqust 2013-cü il, səh.15); TQDK-nın  şöbə 

müdiri Natiq Əliyev dünən keçirdiyi mətbuat konfransında bildirib ki, boş yerlər, 

əsasən, özəl ali məktəblərdə  və regional universitetlərin 4-cü qrup üzrə texnoloji 

ixtisaslarda qalıb.  

 

 



 

 

 



 Nümunələrin sayını bir qədər də artırmaq olar. Lakin elə burada verilənlər 

də  qəzet dilində morfoloji normanın pozulması haqqında geniş  təsəvvür yarada 

bilir. Bu problemin kökündə kadr hazırlığı  məsələsi durur. Peşəkar, öz işinin öh-

dəsindən məharətlə gələ bilən jurnalistlərin yetişdirilməsinə böyük ehtiyac var. Belə 

jurnalistlər nə qədər çox olsa, KİV-də Azərbaycan dili normalarının pozulması hal-

ları da kifayət qədər azalar. Bu isə insanların öz fikirlərini həm  şifahi, həm yazılı 

şəkildə mükəmməl ifadə etməsinə güclü təsir göstərə biləcək bir amildir. 

 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



59

Ədəbiyyat 

 

1. Axundov A.A. Ümumi dilçilik. Bakı, 1979. 



2.Aslanov A. Azərbaycan dilində kəmiyyət və inkarlıq kateqoriyaları. Bakı, 1963. 

3.”525-ci qəzet”, 2013-cü il. 

4.Bəylərov M. B. Norma anlayışı haqqında. Azərbaycan SSR Elmlər 

Akademiyasının Xəbərləri. Ədəbiyyat, dil və incəsənət seriyası, 1973, №4. 

5.Едличка.  А.  О  пражской  теории  литературного  языка.  Пражский  лингвис-

тический кружок, М., 1964. 

6. Крысин. Л.П. К соотношению системы языка и его нормы. РЯШ, 1968, №2. 

7. Hüseynzadə Ç. Azərbaycan dilində morfoloji norma. Bakı-2004. 

8. Hüseynzadə M. Müasir Azərbaycan dili. Bakı, 1973. 

9.Гавренек  Б.  Задачи  литературного  языка  и  его  культура.  Пражский 

лингвистический кружок, М., 1964. 

10. Головин. Б. Н. Введение в языкознание. М., 1977.  

11.Qurbanov A. Ümumi dilçilik. Bakı, 1993. 

12.Линский. С.С. О социальном аспекте языковой нормы. Тезисы  

      докл.   Межвузов. конференции. Ужгород, 1964. 

13. Маслов Ю.С. Введение в языкознание. М., «Высшая школа», 1987. 

14. Məhərrəmli Q. M. Televiziya dili. Bakı- 2002.  

15. Seyidov Y. Azərbaycan dilinin qrammatikası. Bakı, 2000. 

16. Seyidov Y. Azərbaycan ədəbi dilində söz birləşmələri, Bakı, 1966. 

17. Seyidov Y. Müasir Azərbaycan dili. Bakı, 1972. 

18.Скворцов Л.И. Норма. Литературный язык. Культура речи  

      (Актуальные   проблемы культуры речи). Bax: 4, səh.62. 

19.Солганик Г.Я. Язык современных СМИ. (Текст)// Журналистика и  

      культура русской речи, 2004, №1. 

20. Ярцева В.Н. . Проблема связи языка и общества в совроменном    зарубеж-

ном языкознании. Язык и общество. М., 1968. 

 

   


 

 Интизар Салехова  

Морфологическая норма в языке газеты 

Резюме 


 

 

В  статье  рассматриваются  вопросы  нормы  и  морфологической  нормы. 



Целью исследования является выявление меры соблюдения морфологической 

нормы  в  языке  газет.  Под  морфологической  нормой  подразумевается  норма, 

регулирующая  деятельность  морфологических  категорий  в  языке.  В  статье 

наблюдаемые  в  языке  газеты  случаи  нарушения  норм,  относящихся  к  мор-

фологическим категориям количества, сказуемости, падежа, принадлежности 

иллюстрируются наглядными примерами.  

 

   


 

 

 



 

 

 



 

 

 



   

 

Filologiya  məsələləri – №10, 2013

 

 



60

 Intizar Salekhova  

Morphological norm in newspaper language 

Summary 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə