Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə7/50
tarix06.05.2017
ölçüsü3,19 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   50

 

 

The norm and morphological norm problems are considered in the article. The 



investigation aim is to detect measure compliance of morphological standards in 

newspaper language.Under the morphological norm we can understand the rules 

governing the morphological rules in the language. The interruption of norms in 

newspaper language concerning morphological categories quantity, predication, 

case, implement and illustrative examples are given in article. 

 

 



 

 

Rəyçi:                     Sevinc Məmmədova 



                  filologiya üzrə fəlsəfə doktoru, dosent 

 

 



   

 

 



 

 

 



 

 

 



 

 

Filologiya  məsələləri – №10, 2013

 

 



61

AYSEL XƏLİLOVA 

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun dissertantı 

ayselkhalilova1@gmail.com 

 

İDMAN LEKSİKASI KİV-DƏ 

 

Açar sözlər: alınmalar, korner,zərbə, mətbuat leksikası, komanda, klub,ev sahibliyi 

etmək və s. 



Ключевые  слова:  корнер,  удар,  лексика,  спартивные  термины,  команда, 

клуб… 


Key words:borrowings, corner,kick, media lexocology, team,club,to host 

 

Leksikamızın inkişafında mətbuatın böyük rolu vardır.  İidman leksikasının 



inkişafında bu özünü daha aydın  şəkildə büruzə verir. İdman terminlərinin 

əksəriyyəti, demək olar ki, alınmalardır . Bununla belə dilimizin öz hesabına 

yaranan terminlər də var. Azərbaycanda son dövrlərdə idmanımız yüksək 

səviyyədə inkişaf etmişdir.  İdman qəzetlərinin nəşri, televiziya verilişlərinin 

hazırlanması  mətbuat vasitəsilə dilimizə bir çox alınma sözlər daxil olur, yeni 

idman terminləri formalaşır. 

Qeyd etdiyimiz kimi idman terminlərinin əksəriyyəti alınmalardır. Bu alın-

maların çoxu dilimizə rus dili vasitəsilə keçən Avropa mənşəli sözlərdir. Alınma 

idman sözlərində rus dilinin təsiri özünü daha çox hiss etdirir. Məsələn, bir çox 

dünya ölkələrində işlənən, öz orijinal adı Torino olan şəhər bizdə Turin kimi ifadə 

olunur. Ona görə ki, ruslar məhz bu şəhəri belə adlandırırlar.  Şəhərin böyük 

komandası “Yuventus” dur. Məhz həmin komandanın adı “Yuventus” Turin kimi 

gedir. Halbuki, həmin şəhər Torinodur. Diqqət edək: “Turinlilər ÇL-in “Qalatasa-

ray”la matçında  əsas heyətin iki üzvünü itirib” (“Futbol+” qəzeti, 5-6 oktyabr, 

2013-cü il). Eynilə “Bavariya” komandası da rus dilində bu şəkildə ifadə 

edildiyinə görə dilimizdə də belə işlədilir. Amma orijinal adı “Bayer Münhen” dir 

və bütün dünya ölkələri də bu cür işlədir. Amma bizim qəzetlərdə “Bavariya” 

yazılır: “Bayer-04” son 3 oyunda iki dəfə “Bavariya”nı udub” (“Futbol+” qəzeti, 

5-6 oktyabr, 2013-cü il).  

Son dövrlərdə isə türk mətbuatının təsiri ilə bir çox avropa mənşəli idman 

terminləri dilimizə daxil olmuşdur. Məsələn, “pressinq”, “korner”, “faul” kimi 

sözlər Türkiyə mətbuatında daha çox işlənirdi. Sonradan belə sözlər bizim kütləvi 

informasiya vasitələrində  də öz yerini aldı. Bu barədə  Təhminə Yaqubova 

“Azərbaycan mətbuat dilində alınmalar” monoqrafiyasının 6-cı səhifəsində yazır: 

“İllər bоyu qapalı  şəraitdə yaşayan respublikamız sərhədlərin açılması ilə  həm 

yaxın qоnşumuz Türkiyəyə, həm də Qərbə, Avrоpaya inteqrasiya etməyə başladı. 

Bu prоses özü ilə dilimizə saysız-hesabsız leksik vahidlər gətirdi və bu, özünü ilk 

növbədə mətbuatda göstərdi”. Əslində nəinki idman terminləri, eyni zamanda türk 

dilindən dilimizə bir çox söz də keçmişdir ki, onlar da dilimizdə yeni sözlər 

(neologizmlər) kimi yaşayır. Məsələn, durum, olay, dönəm, bilgisayar və s. kimi 

sözlər Türkiyə türkcəsində daha geniş şəkildə istifadə olunurdu.  

 Dünyada olduğu kimi, Azərbaycanda da ən populyar idman növü futboldur. 

Ona görə də, bizdə qəzetlərdə futbola daha çox yer verilir. Futbola aid qəzetlər var 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



62

ki, o qəzetlərin bir hissəsində idmanın digər növlərinə aid yazılar verilir. Ona görə 

də terminlərin çoxu futbolla bağlıdır. 

Mətbuat dili, xüsusən də qəzetlərin dilində terminlər, o cümlədən idman ter-

minləri başlıca yer tutur. Qeyd etdiyimiz kimi, xüsusi idman qəzetləri öz yerində, 

digər qəzetlərin bir səhifəsi idmanın müxtəlif sahələrinə həsr edilir. Bu da görün-

düyü kimi idmanın respublikamızda daha aktual olduğunu göstərir. 

  İdman terminlərinin və termin birləşmələrinin əksəriyyəti geniş oxucu (id-

mansevərlər) tərəfindən başa düşülür. Bu, koqnitiv baxımdan çox əhəmiyyətlidir. 

Bəzən çətin dərk edilən idman terminlərinin mənaları mötərizə içərisində verilir. 

 S.Məmmədova “Mətbuat leksikası” (1970-1990) kitabında yazır : “Mət-

buatda idmana aid informasiya axını ilə bağlı rus dilindən və rus dili vasitəsilə 

Avropa dillərindən bir çox terminoloji vahidlər işlənməyə başlamışdır. 

Terminlərin əksəriyyəti müxtəlif idman növləri ilə bağlı yaradılmış, kalkalaşaraq 

dilimizə keçmişdir. Məsələn, xokkey, basketbol, su polosu, stolüstü tenis və s” 

 E.İsmayılov da müstəqil mətbuat dilində  işlənən idmanla bağlı leksikanı 

araşdırıb. O, belə  qənaətə  gəlib ki, idman cəmiyyət həyatında müstəsna rol 

oynayır. Sovet dövləti dağılandan sonra müstəqillik qazanmış xalqların idman 

mədəniyyəti də yüksəlməyə başladı, yeni idman növləri meydana gəldi, milli 

əlamətlərin və xarici əlaqələrin nəticəsində bu sahə ilə bağlı terminologiya 

yeniləşdi. Bu terminlər istər-istəməz mətbuatın dilində görünməyə başladı. Bir 

çox müstəqil qəzetlərin son səhifələrində Azərbaycanın idman həyatı ilə bağlı 

yazılar çap edilir ki, bu yazıların dilində sırf idman terminlərinə rast gəlirik.  

  Mətbuatda işlənən idman terminləri ilə bağlı  bəzi dil normalarının 

pozulması faktları ilə  də qarşılaşırıq. Xokkey – hokkey 2 variantda yazılır. 

“Meydança” əvəzinə stadion işlədilir.  

   Mətbuat dilində idman terminlərinin üslubi işlənmə məqamları da diqqəti 

çəkir. Konkret olaraq aşağıdakı işlənmə məqamlarının üzərində dayana bilərik: 

1)  Şəhər adı idman klubunun adına çevrilir: Məsələn: “Qəbələ” yeni çem-

pionata tam hazırdır” (525-ci qəzet.4 avqust,2012 – ci il); “Qəbələ” də sənin möv-

qeyindən çıxış edən kifayət qədər yaxşı futbolçu var” (yenə orada); 

Gözlənilmə-



dən səfərdə "Lokomotiv"ə minimal hesabla yenilən "Neftçala"nın qələbə seriyası 

Bakıda qırıldısa, "Şahdağ" hələ  də "Ağsu"nu məğlub edə bilmir” (“Futbol+” 

qəzeti, 2 oktyabr, 2013-cü il); “Bundan sonra "Bakı" nisbətən fəallaşsada, qələbə 

topu da qonaqlardan gəldi” (“Futbol+” qəzeti, 4 avqust, 2013-cü il). 

2)  Peşə adı komanda adına çevrilir. Məsələn, “Neftçi” belə  səviyyəli 

transferlərlə  uğurlu nəticə göstərməliydi” (yenə orada); “ MOİK “Bakı”nın 

bazasında aşkar autsayder “Energetik”i sınağa çəkib” (“Futbol+” qəzeti, 5-6 

oktyabr, 2013-cü il).  

3)  Quş adı komandanın adına çevrilir. Məsələn, “ilk qarşılaşmanızı səfərdə 

“Simurğ” a qarşı keçirəcəksiniz” (525-ci qəzet.4 avqust,2012 – ci il) 

4)  Termin terminin əvəzinə  işlənmişdir. Məsələn, “komanda” termini 

əvəzinə mətndə “Zaqatala təmsilçisi” terminoloji birləşməsi işlənmişdir və üslubi 

məqam yaranmışdır. Məsələn: Zaqatala təmsilçisi yeni mövsüm üçün heyətini 

gücləndirib. (yenə orada). Yaxud da həmin komandanın baş məşqçisinin adı ilə də 

işlənə bilər: “ Qurban Qurbanovun komandası  uğursuzluq zolağından parlaq 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



63

qələbə ilə  çıxdı”; “ Sanki bu qol Pantiçin yetirmələrini  şoka saldı” (“Futbol+” 

qəzeti, 5-6 oktyabr, 2013-cü il).  

5)  Dağ  və düzənlik adları komanda adına çevrilir: “Kəpəz”, “Şahdağ”, 

“Göyəzən”, “Mil-Muğan” və s. Nümunə göstərək: “... bunun müqabilində Allah-

verdiyevli “Kəpəz”dən uğur gözlədiklərini dedilər” (“Futbol+” qəzeti, 5-6 

oktyabr, 2013-cü il).  

6)  Şirkət, holdinq adları komanda adına çevrilir. Məsələn “Atasport”, “Ak-

kord”, “Rabitə”, “Azəryol-Bakı”, “AZAL” və s.  

Mətbuat dilində idman terminlərindən siyasi arenada da istifadə olunur.  

Məsələn: Yeni Azərbaycan Partiyasının 2013-cü ildə keçiriləcək prezident 

seçkilərində namizədlərin bəlli olması Azərbaycanın ictimai-siyasi həyatında 

canlanma yaratdı. Bu həm də siyasi rəqabətin favoritinə xas olan hücum 

strategiyasının kəsərli olmasını nümayiş etdirdi.  

  Məlum olduğu kimi siyasi səhnədə digər  iddialı qüvvələr  də qarşıdan 

gələn seçki kompaniyasında iştirak etməyə hazırlaşırlar. 

YAP, Prezident İlham  Əliyevin komandası  , mövcud iqtidar monalitdir. 

Əhalinin böyük əksəriyyəti prezidentin siyasətini  müdafiə edir. 2013-cü ildə 

YAP – ın rəsmi qurultayında  İlham  Əliyevin prezidentliyinə namizədliyi irəli 

sürüləcəkdir. Və  İ.Əliyevin  qələbə çalması  üçün bütün partiya üzvləri və 

tərəfdaşlarımız səy göstərəcəklər. (Baku Post qəzeti.25.07.2012.№ 29) 

Qeyd olunan qəzet səhifəsindən (5.2) götürülmüş bu mətndə bir sıra idman 

terminologiyasında işlədilən terminoloji birləşmələrə rast gəlirik: hücum strategi-

yası, iddialı qüvvələr, komanda, müdafiə, qələbə və s. 

Eyni qəzetdə  həmin ifadələr müxtəlif idman sahələrində  işlənmişdir. 

Məsələn: 

 

1)  Qələbənin rəhnini yaxşı təşkil edilmiş hücum strategiyası təşkil edirdi. 



(Baku Post, 03.04.2011,№8 (13) 

2)  “Neftçi”nin qələbə çalması üçün hər şey qabaqcadan planlaşdırılmışdı. 

(yenə orada) 

3)  Fazil Muradovun komandası rəqibləri yerində oturtdu. (yenə orada) 

4)  Qarşı və iddialı qüvvələr səylərini artırmalıdırlar. (yenə orada) 

 

Mətbuat dilindəki idman terminlərinin bir qatını da qarşılaşdırılan komanda 



adları  təşkil edir. Bunları qarşılaşdırılan ad- terminlər adlandırmaq olar. “Məq-

sədimiz ayın 23-də Buxarestdə keçirilən “Dinamo –Rapid” matçını izləmək idi” 

(“Futbol” müstəqil idman qəzeti. 25 may, 2012); "Neftçi" - "Qarabağ" görüşünün 

prinsipial əhəmiyyət daşıdığına şübhə yox idi” (“Futbol+” qəzeti, 2 oktyabr, 2013-

cü il) 

Qeyd etdiyimiz kimi, idman terminlərinin çoxu alınmalardır. Bəzən alınma 



terminlərlə dilimizin hesabına yaranan terminlər paralel şəkildə işlənir. Bu özünü 

televiziya dilində daha çox göstərir. Futbol terminləri bu baxımdan daha diqqətə-

layiqdir. Müstəqilliyimizin ilk illərində daha çox öz dilimizin hesabına yaranan 

terminlər üstünlük təşkil edirdi. Məsələn, küncdən vurulan zərbə  və ya künc 

zərbəsi, 11 metrlik cərimə zərbəsi, qapıdan vurulan zərbə və s. İndi bunlarla yana-

şı daha çox beynəlmiləl sözlər, dünya ölkələrinin çoxunda işlədilən terminlərdən 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



64

istifadə olunur. Məsələn küncdən vurulan zərbə indi korner (corner) kimi, 11 

metrlik cərimə zərbəsi penalti (penalty) kimi, oyundan kənar vəziyyət ofsayt kimi 

istifadə olunur.  

Bunlarla yanaşı elə sözlər var ki, onlar öz dilimizin hesabına yaranıb. "Qapı-

çı" belə sözlərdəndir. Amma çox təəssüf ki, son dövrlərdə  bəzən qapıçı termini 

yox, məhz ingilis sözü olan qolkiper ( goolkeeper) işlədilir. Eyni zamanda cərimə 

zərbəsinin yerine yenə  də ingilis sözü olan fol (foul) işlədilir. Bu yersiz sözlər 

dilimizdə  ağırlıq yaradır. Çətin ingilis dilli sözlərin işlədilməsinin  əvəzinə öz 

dilimizin hesabına yaranan terminlərə müraciət etməyimiz daha məqsədə uyğun 

olar. Dilimizin zənginliyi buna imkan verirsə bundan yararlanmaq lazımdır. 

T.Yaqubova “Azərbaycan mətbuat dilində alınmalar” monoqrafiyasının 89-cu 

səhifəsində yazır: “İdman sahəsi ilə bağlı alınmaların içərisində dilimizdə uğurlu 

qarşılığı  оlanlar da vardır. Belə ki, «avtоqоl» sözünün əvəzinə  «оn bir metrlik 

cərimə zərbəsi», «müəllif qоlu» ifadələrinin işlənməsi məqbuldur”. Lakin müəllif 

nəzərə almalıdır ki, “avtoqol” və  “оn bir metrlik cərimə  zərbəsi” anlayışları 

tamam fərqlidir. Ona görə də, bu iki məfhum bir- birini əvəz edə bilməz. 

Eyni zamanda elə söz və ifadələr var ki, onlar idman qəzetlərində daha 

kütləvi şəkildə işlədilir. Məsələn, qapı, qapıçı, zərbə, ötürmə, cərimə, görüş, vuruş, 

dirək, mərkəzlər, cinahlar, meydan, meydança, heyət, müdafiə, yarımmüdafiə, hü-

cum, əvəzetmə, əvəzedicilər, çempionat, komanda, klub, oyun, yığma, vuruş, top-

lanış, görüş, qarşılaşma, qol, azarkeş, qələbə, məşq, məşqçi, baş  məşqçi ,epizod, 

legioner, autsayder, ofsayt, bombardir, avtoqol, dubl, poker, het-trik, matç, fanat, 

tərəfdar, heç-heçə, iştirak, iştirakçı, start verilmək, start fiti, mübarizə aparmaq , 

əvəzedici heyət, ehiyat oyunçular, standart vəziyyət, fiziki hazırlıq, hazırlıq 

prosesi və s. Bir neçə nümunəyə nəzər salaq: “Hazırlıq prosesinə 29 boksçu cəlb 

olunub”; “ Komandamız, o cümlədən bütüb iştirakçılar 1/4 finala adlamaq üçün 

iki yerdən birini tutmalıdırlar”; “Rəşadın standart vəziyyətdən sərt vuruşla dirəyi 

silkələməsi ...” “İndi qələbənin ardından “İnter”ə öz meydanında uduzub azarkeş-

lərini üzən “Xəzər Lənkəran” çempionatın autsayderlərindən “Rəvan” yenmək ar-

zusunda idi”; “... Kislovodsk toplanışından əvvəl fiziki hazırlığın gücləndirilməsi 

üçün Rusiyanın Dombay şəhərində məşq edib”; “Dünən əvəzedicilərin çempiona-

tında 4-cü tura start verilib. İlk oyun günü bir görüş keçirilib. ... Matç qolsuz heç-

heçəylə başa çatıb”; “ Bu gün və sabah digər çempionatlarda qarşılaşmalar baş 

tutacaqdır” “Hakimin start fitindən sonra “kəşfiyyat” uzun sürmədi”; “Amma 

Diniyev bu epizodda ofsayd qeydə aldı” (“Futbol+” qəzeti, 5-6 oktyabr, 2013-cü 

il). Belə söz və ifadələr idman qəzetlərinin hər sayında bolluca işlədilir. Bunların 

bir çoxu ümumişlək sözlərdir. Dilimizin digər sahələrində də belə sözlərə rast gələ 

bilərik ( görüş, vuruş, toplanış, oyun və). Bəzi ifadələrdə  sırf idman terminləri 

kimi dilimizdə işlədilir ( autsayder, legioner, ofsayt, matç və s).  

Ümumiyyətlə isə, kütləvi informasiya vasitələrində olan alınma sözləri belə 

qruplaşdırmaq olar:  

1.  Rus dili və ya Avropa mənşəli alınmalar: autsayder, legioner, matç, 

voleybol, ofsayd, atletika, akrоbatik, akrоbatika, avtоqоl, biqbоl, bilyard, bоdibil-

dinq, badmintоn, bоks, basketbоl, cüdо, çempiоn, final, finiş, futbоl, gimnast, 

gimnastika, həndbоl, xоkkey, karate, karate-dо, karate, krоss, kubоk, qоl,  şоtо-

kam, kоmer, qrоsmeyster, stadion, liberо, liqa, mоtоdrоm, nakaut, оfsayt, оlimpi-


 

Filologiya  məsələləri – №10, 2013

 

 



65

ya, оlimpiada, medal, priyоm, penalti, referi, rekоrd, klub, komanda, reytinq, ko-

nki, sambo, transfer, su-polosu, şayba, alpinist , start, debüt, taym, divizion və s.  

2.  Ərəb və fars mənşəli sözlər: azarkeş, cərimə, hakim, məşq, müdafiə, 

rəqib, şahmat, zədə, heyət, meydan, meydança, fasilə, cinah, hücum, iştirak, işti-

rakçı, qələbə, məğlubiyyət, dövrə və s.  

Eyni zamanda mətbuatımızda işlənən bir çox sözlər də yuxarıda göstərdiyi-

miz kimi, öz dilimizin hesabına yaranan sözlərdir. Bunların sayı yetərincə çoxdur. 

Məsələn, qapı, qapıçı, görüş, toplanış, vuruş, ötürmə, yığma, qarşılaşma və s. Diq-

qət yetirsək görərik ki, bu sözlərin çoxu –ma

2

 və -ış


4

 şəkilçiləri vasitəsilə feldən 

düzələn isimlərdir. 

Maraqlı bir fakt da bəzi alınmalara milli şəkilçilərimizin artırılması ilə yara-

nan sözlərin də kütləvi informasiya vasitələrində geniş işlədilməsidir. Əslində belə 

sözlər ümumişlək söz olaraq böyük kütlə tərəfindən anlaşılır. Burda peşə mənası 

ifadə edən –çı

4

  şəkilçisi fəaldır: futbolçu, basketbolçu, boksçu, voleybolçu, 



həndbolçu, müdafiəçi, yarımmüdafiəçi və s. Göründüyü üzrə, bu şəkilçi idman 

növlərinə artırılaraq peşə mənası bildirən yeni sözlər yaratmışdır.  

Qəzetlərdə tez-tez işlədilən matç və oyun sözləri sinonim sözlərdir. Birinci 

söz alınmadır və dünyanın bir çox ölkələrində buna rast gələ bilərik: “ 

Gözlənildiyi kimi oyun sürətlə başladı”; Yığmanın məşqçisi Nazim Süleymanov 

matçı izləyirdi” (“Futbol+” qəzeti, 5-6 oktyabr, 2013-cü il).  

Kütləvi informasiya qəzelərində tərəfdar, azarkeş, həm də eyni məna verən 

fanat sözləri də çox işlədilir: “... üzbəüz qalan Oluremi də topu göyə vurmaqla 

yerli tərəfdarları üzdü”; “... ağsaqqal azarkeşlərdən biri orda səs-küy salan uşaq-

lara göstəriş verən AZAL fanatı ilə mübahisə etdi”; “...azsaylı yerli azarkeşlər ilk 

yarının tezliklə bitməsini arzulayırdı” (“Futbol+” qəzeti, 5-6 oktyabr, 2013-cü il).  

Eyni zamanda qəzet dilində qapı  əvəzinə  bəzən “çərçivə” də  işlənir. Hətta 

bu iki söz eyni cümlədə belə gedə bilər: “ Hərçənd Nfor Flavinyonun 

ötürməsindən sonra qapının biraddımlığından “çərçivə”yə düşə bilmədi” 

(“Futbol+” qəzeti, 5-6 oktyabr, 2013-cü il). Bu iki sözü isə sinonim saymaq 

olmaz.  İkincisi obrazlı ifadədir. Sadəcə qapının adı  dəyişilib obrazlı  şəkildə “ 

çərçivə” deyilmişdir ki, göründüyü üzrə bu söz də  məhz dırnaqda yazılmışdır. 

Bunu da addəyişmə, yəni metonimya adlandıra bilərik.  

Bunlardan  əlavə  qəzetlərdə stadion, meydan, meydança kimi sinonim 

sözlərə  də kütləvi  şəkildə rast gələ bilərik. Eyni zamanda bu sözlərin  əvəzinə 

bəzən arena, qazon kimi ifadələrə də işlədilir: “ Cəza üzündən üç oyunu kənardan 

izləyən Cavid Hüseynov, yenidən zolaqlı formada qazona ayaq basmışdısa, zədə 

səbəbiylə iki qarşılaşmada çıxış etməyən Rəşad Sadıqov bu dəfə sıraya qayıtmış-

dı”; “Təbii ki, çempionluq iddiasından geri çəkilməyən “Bakı” da mərkəzi arena-

ya 3 xal üçün çıxmışdı” (“Futbol+” qəzeti, 5-6 oktyabr, 2013-cü il).  

Eyni zamanda daha iki söz - "pas" və "ötürmə" də kütləvi informasiya vasi-

tələrində rast gəlinən sinonimlərdir. Yerinə görə, bəzən "ötürmə", bəzən də "pas" 

işlədilir. Amma , xüsusən, qəzetlərdə daha çox "ötürmə" sözünün işlədilməsi diq-

qəti cəlb edir. Televiziya dilində "pas" terminin işləkliyi qəzetlərə nisbətən fəaldır. 

Kütləvi informasiya vasitələrini incələdikdə nəzərə çarpan daha iki terminin 

sinonim kimi istifadə olunmasıdır. Bunlar əsl Azərbaycan sözü olan "qurtarış" və 

alınma söz olan "seyv" sözləridir: “ Daha doğrusu, Vəliyev görüşdə ilk qurtarışını 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



66

gerçəkləşdirdi”; “Ancaq Vaqifin uzaq “doqquzluğ”a vurduğu gözəl və güclü 

zərbəni Nəzirov inanılmaz seyvlə kornerə çıxarmağı bacardı” (“Futbol+” qəzeti, 

5-6 oktyabr, 2013-cü il). Seyv sözü ingilis sözüdür və dünyanın bir çox ölkə-

lərində məhz bu şəkildə işlədilir. Ancaq qurtarış öz sözümüzdür. Məhz bu sözün 

işlədilməsi daha məqsədə uyğun olar. Milli qəzetlərə diqqət yetirsək görərik ki, 

qurtarış seyvə nisbətən daha fəal şəkildə istifadə olunur. Belə olduqda, futbol və 

ya hər hansı bir idman növü çox insan tərfindən başa düşülər. Həm də dilimiz 

mənasız alınmalardan qurtular.  

Qəzetlərdə idman leksikasına aid bəzi antonim sözlər də işlədilir. 

 Məsələn, "məğlubiyyət" və "qələbə", "hücum və müdafiə" və s. 

Mətbuat dilində metaforikləşmiş idman terminləri də geniş dairədə işlənir. 

Məsələn: "Ağ-göylər"in həmişə olduğu kimi, "transfer bazarı"ndakı passivliyi 

sərgilənən futbola təsirsiz ötüşə bilməzdi.” (“Futbol+” qəzeti, 4 sentyabr, 2013-

cü il) Burada "Ağ-göylər" dedikdə  “İnter” futbol komandası  nəzərdə 

tutulmuşdur ki, bu rənglər də bu klubun geyiminə aiddir. Ümumiyyətlə, bu tipli 

sinekdoxalara mətbuat dilində daha çox rast gəlmək olar. “Amma reallıq budur 

ki, "təyyarəçilər" hamıdan yüksəkdə uçmaqdadı” (“Futbol+” qəzeti, 12 sentyabr, 

2013-cü il). Burda da “təyyarəçilər” dedikdə “AZAL” komandası  nəzərdə 

tutulmuşdur. Bu da metonimiyanın bir forması olan sinekdoxa sayılır. “Bakı 

Olimpiadadan  əlini üzdü” cümləsində küllün bir hissəsi işlənmişdir. Bütün 

formada cümlə belə olmalıdır: Bakı  əhli, Bakı camaatı, Bakı idmançıları 

Olimpiadadan  əlini üzdü. Burada – mətndə eyni zamanda “əlini üzmək” 

frazeologizmi, sinekdoxa (bədii təsvir vasitələrindən biri) işlənmişdir.  

Maraqli faktlardan biri də idman qəzetlərində  bədii üslub üçün xarakterik 

olan söz və ifadələrin işlənməsidir. Belə obrazlı ifadələrə çox rast gəlmək 

mümkündür. Belə ifadələr kütləvi informasiya vasitələrində ,demək olar ki, 

həmişə dırnaqda verilir: “ Con Toşakın komandası isə arada “ üzünə ölüm nuru 

qonan” sağalmaz xəstəyə  bənzəyir”; “ Bundan başqa, futbolçu fanatların xorla 

səsləndirdiyi söyüşlərə da “qonaq oldu”; “Epizodun davamında Almeydanın 

“mərmi”si toru çöldən silkələdi. Bakı da boş oturmadı”; “Bir saatın tamamında 

Şoliçi döyüşə atan serbiyalı mütəxəssis 4 dəqiqə sonra müdafiə xəttində məcburi 

əvəzetməyə əl atdı”; “Kalonas 2 metrdən “çərçivə”ni dəqiq nişan alsaydı, ümid 

qığılcımı alovlana bilərdi” (“Futbol+” qəzeti, 5-6 oktyabr, 2013-cü il). 

Epitetlərdən, bədii təyinlərdən də idman qəzetlərində  bədiilik, obrazlılıq 

yaratmaq üçün istifadə olunur. Məsələn: “ Qurban Qurbanovun komandası 

uğursuzluq zolağından parlaq qələbə ilə çıxdı”; “ Ağ-qaralar qələbə sindromuna 

əzmkar qələbə ilə son qoydu”; “Yüksək dəstədə növbəti oyunlar oktyabrın 11-də 

keçiriləcək”; “Qazonun bərpasından sonra yenidən doğma meydan kimi yararla-

nan “ Qarabağ” 4 turluq qələbə həsrətinə son qoymaq niyyətində idi” (“Futbol+” 

qəzeti, 5-6 oktyabr, 2013-cü il). Burada parlaq qələbə,  əzmkar qələbə, yüksək 

dəstə, doğma meydan kimi birləşmələr epitetə misal ola bilər. 

“Futbol”qəzetində yeni idman terminlərinin kalka şəklində yaranmış for-

malarına rast gəlirik: Olimpiadaya ev sahibliyi etmək, Bakı-2020,  İdman 

Festivalına ev sahibliyi etmək, Gənclər və  İdman Naziri, Bakının 2020-ci il 

Olimpiadası və s. 

 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



67

İdman qəzetlərindəki mətnlərdə  əlavəli cümlələrdən də  məqsədəmüvafiq 

şəkildə istifadə olunur: Namizədləri – Madrid, İstanbul və Tokionu təhrik edir, on-

ları 2020- ci il Olimpiadası yolunda uğurlar diləyirik (yenə orada) Rəhbərlik- 

məşqçilər heyəti futbolçu münasibəti qaydasında olanda nəticə öz = özünə gəlir. 

(orada 5.3) 

İdman qəzetlərinin dilində omonim terminlər geniş yayılıb. Məsələn: klub 

sözünün kəsb etdiyi yeni mənalardan biri ilə təşkilat adı kimi işlənməsidir. 

 Məsələn: “Komandanın gələcək taleyi ilə bağlı fikir mübadiləsi aparılacaq. 

Klubda dəyişikliklər olacaq. (“Futbol” 25 may, 2012,5.3) Sonuncu cümlədəki 

“klub” sözü yaratmışdır. Fikrimizcə, bu cümlənin özü sintaktik omonimliyə 

misaldır. 

“Klub” sözü yeni mürəkkəb sözlərin də yaranmasında iştirak etmişdir: Bu 

gün klubdaxili yığıncaq olacaq.(yenə orada) 

Qoşa sözlər də yeni tendensiyalara uyğun yaradılmışdır. Məsələn: Xaricdə 

təlim-məşq toplanışları olacaq? (yenə orada, 5.3) 

Nəticə olaraq göstərməliyik ki,bir sıra qüsurlara baxmayaraq idman 

leksikasının formalaşmasında mətbuatın rolu çoxdur və xüsusi tədqiqata layiqdir. 

 

Ədəbiyyat 



 

1.  Axundov A.Dil və mədəniyyət. B., “Yazıçı”, 1992, 189 s. 

2.  Binnətli R. Kütləvi informasiya vasitələrində idman leksikası. Kütləvi 

informasiya vasitələrinin dili. Respublika elmi konfransının materialları (25 

iyun 2010-cu il). “Elm və təhsil”, Bakı, 2010, s. 56-62 

3.  İsmayılov E.Müstəqil qəzetlərimizin dili, Bakı, 2006, 207 s 

4.  Tağızadə N. Azərbaycan mətbuatında ingilis dilindən alınmalar, nam. dis. avt. 

Bakı, 2009,25 s 

5.  Məmmədli N. Müasir Azərbaycan dilində alınma terminlər. Filologiya elmləri 

doktoru dissertasiyası. AMEA, Bakı, 2000,292 s 

  

Айсель Халилова  



Спортивные термины в печати 

Резюме 


 

В азербайджанском языке большинство терминов заимствовано из дру-

гих  языков.  Исследуя  изменения,  произошедшие  в  процессе  заимствования 

становится очевидным то, что иногда слова изменяются согласно нормам на-

шего языка, а иногда создаются новые слова переводческого характера, Су-

шествуют  факты  перехода  в  язык  точных  заимствований.  В  этом  процессе 

особая роль принадлежит печати. В статье анализируется эта проблема. 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



68

Aysel Khalilova  

Sport terms in Mass Media 

Summary 


 

The majority of sport terms in Azerbaijani are borrowings. During the 

researching the changes in borrowing process we understood that sometimes the 

borrowings are assimilated to the language as its own words, sometimes they are 

translated. International terms are very popular in Sport Lexicology. Mass media 

plays a big role in this process. This problem is researching in this article.  

 

Reyci: Professor Sayalı Sadıqova 



 

 

 



 

 

 



 

 

 


1   2   3   4   5   6   7   8   9   10   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə