Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə8/50
tarix06.05.2017
ölçüsü3,19 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   50

BƏHRAM MƏMMƏDOV 

ADPU 

behram_82@inbox.ru 

   


AĞTALA VƏ CANAXIR TOPONİMLƏRİ HAQQINDA 

 

Açar sözlər: toponim, oykonim, yüksək  



Ключевые слова: тороним, ойконим, всокий  

 

Key words: toponyms, oykonyms, high 

 

Xaçmaz rayonunun onamastik vahidləri haqqında bəzi elmi tədqiqatlarda 



danışılmış, müəyyən elmi fikirlər irəli sürülmüşdür. Bununla yanaşı, rayonun ono-

mastik mənzərəsi oykonim, hidronimləri, etnonimləri haqqında fundemental tədqi-

qat aparılmamış, rayonun coğrafi adları kompleks şəkildə tədqiq olunmamışdır.  

Xaçmaz rayonunda yerləşən toponimləri öyrənərkən məlum olmuşdur ki, bəzi 

yer adlarının etimaloji izahında müəyyən dəqiqləşdirmələrə ehtiyac vardır. Rayonun 

etimoloji izahında müəyyən dəqiqləşdirmələrə ehtiyac duyulan yer adlarından ikisi-

nin-Ağtala və Canaxır toponimlərinin izahına nəzər salaq. 

Ağtala.  Ağtala ,Xaçmaz rayonunun Nərəcan inzibati ərazi validliyinə daxil 

olan kənddir. Ağtala kəndi haqqında “Azərbaycan toponimlərinin ensiklopedik lü-

ğəti” (I cild, Bakı, 2007) əsərində yazılmışdır: “Ağtala oykonimi Xaçmaz rayonu-

nun Nərəcan inzibati-ərazi vahidliyində kənd Samur-Dəvəçi ovalığındadır. 1840-cı 

ildə adı dəyişdirilərək Radinovka (bulaqlı yer) adlandırılmasına baxmayaraq, 1933-

cü ildə Ağtala şəklində qeydə alınmışdır. Oykonim ağ (kiçik) və tala (ətrafa nisbə-

tən fərqlənən sahə) sözlərindən düzəlib, “kiçik sahə” deməkdir. Gürcüstan və Ermə-

nistan ərazisində Axtala kənd adları olmuşdur (1, səh.25). 

Fikrimizcə, Ağtala oykonimi “Azərbaycan Toponimlərinin Ensiklopedik lüğə-

ti”ində verilmiş izahı qənaətbəxş deyil. Qeyd olunan lüğətdə ilk komponenti ağ sö-

zü ilə ifadə olunan və Respublikamızın müxtəlif bölgələrində yerləşən 30-dan yuxa-

rı oykonim vardır. Həmin oykonimlərin bəzilərinə diqqət yetirək: 

Ağbaşlar – Tovuz rayonu Qəribli i.ə.v., Ağbənd – Zəngilan rayonunun Bartaz 

i.ə.v.,Ağbil – Quba rayonu ,Ağbiz – Zəngilan rayonu İsgəndərbəyli i.ə.v.,Ağbulaq – 

Cəlilabad rayonu Ağdaş i.ə.v. Ağcabədi rayonu,Ağcaqovaq – Ağdaş rayonu Eymur 

i.ə.v.,Ağcayazı – Laçın rayonu Vaqozin i.ə.v.,Ağcüyür – İmişli rayonu Bəcirəvan 

i.ə.v.,Ağçay – Xaçmaz rayonu Niyazoba i.ə.v., Ağyazıbuduq – Xaçmaz rayonu 

Yergüc i.ə.v. və .s. 

Respublikamızın ərazisində təxminən 30-a yaxın ağ sözü ilə başlayan oronimə 

də rast gəlmək mümkündür. 

Azərbaycan toponimləri Ensklopedik lüğətində, o cümlədən elmi ədəbiyyatda 

ağ apelyativli onomastik vahidlər müxtəlif şəkildə izah olunur. 

R.Eyvazova “Əfqanıstanda türk mənşəli toponimlər”  əsərində  Əfqanıstanda 

mövcud olan ondan artıq  apelyativli oykonimin adını çəkmişdir.(2.) T.Əhmədov 

“El-obamızın adları” əsərində işlənən “Ağbil” toponiminin tərkibindəki “ağ” sözü-

nü “kiçik-kiçicik, xırda, balaca” mənasında işləndiyini qeyd edir. (3. səh.18).  

Fikrimizcə, Xaçmaz rayonunda yerləşən Ağtala mürəkkəb quruluşlu oykoni-

min tərkibindəki “ağ” sözünün semantik tutumu qeyd olunan şəkildə izah olunma-



 

Filologiya  məsələləri – №10, 2013

 

 



70

malıdır. Ağ semantik yükündən danışarkən tarixi abidələrimizin dilinə istinad edil-

məsi zərurəti yaranır. Bu zərurətdən çıxış edərək ən qədim və mötəbər mənbələrdən 

sayılan Orxon-Yenisey abidələrinə nəzər salaq. Ağ sözü Bilgə xaqan abidəsi 37-ci 

sütununda, İrik Bitik abidəsinin 29-cu, 96-cı, Talas abidələri VII Talas abidəsində 

işlənmişdir. Bu söz abidədə  qalxmaq, yüksəlmək  mənasındadır.(4) ”Kitabi-Dədə 

Qorqud” dastanında ağ sözünün müasir ədəbi dilimizdə rəng mənasında işlənməsi 

faktı da vardır. Xanlar xanı xan Bayandır ildə bir kərə toy edib Oğuz bəylərini qo-

naqlardı. Yenə toy edib atdan ayğır, dəvədən buğra, qoyundan qoç qırdırmışdı. Bir 

yerə ağ otaq, bir yerə qızıl otaq, bir yerə qara otaq qurdurmuşdu. Oğlu olanı ağ ota-

ğa, qızı olanı qızıl otağa qondurun, kimin ki, oğlu, qızı yoxdur qara otağa qondurun, 

qara keçə altına döşəyin, qara qoyun yəxnisindən önünə gətirin, yeyərsə yesin, ye-

məzsə dursun getsin demişdir. (5, səh.16). Göründüyü kimi “ağ” rəngin müsbət, 

“qara” rəngin isə mənfi emosiyaları ifadəetmə xüsusiyyətləri dastanda daha qabarıq 

müşahidə olunur: 

Ağ sözünün dialekt və şivələrimizdə rəngarəng məna çalarları var;Ağ I (İmiş-

li) var-dövlət, varidat; Ağ II (Qax) yeməli bitki adı;Ağ III (Salyan) süfrə. (6, 

səh.13).Ağ IV (Çəmbərək) – mələfə, döşəkağı. Ağ V (Ağbaba, Çəmbərək) – qadın 

və kişi tumanının paçasına verilən, artırılan əlavə parça (7, səh.35) 

Şərq qrupu dialekt və şivələrində, konkret olaraq Xaçmaz şivələrində ağ sözü 

ağ eləmək formasında işlənir. Məsələn, Sən lap ağ elədin. Ağ sözü bu nümunədə 

hər hansı bir məsələni həddindən artıq şişirtmək və yaxud həddi aşmaq mənasında 

işlənmişdir. Göründüyü kimi, “Orxon-Yenisey”də yüksəlmək, qalxmaq mənasında 

işlənən ağ sözü Xaçmaz şivəsində ağ etmək formasında, yəni şişirtmək, böyütmək 

mənasında qorunub saxlanır. Ehtimal etmək olar ki, ağuş (qucaq) sözü də məhz ağ 

sözündən (yüksək mənasında) törəyərək müasir ədəbi dilimizdə işlənməkdədir.  

S.Ataniyazov Aksuv, Axbulaq tipli mürəkkəb adların tərkibindəki ak(ax) söz-

lərini rəng bildirən ağ sözü ilə əlaqələndirir (8).  

E.Q.Mehrəliyev hesab edir ki, ağ apelyativli hidronimlər suyun şəffaflığını 

bildirir (9, səh.10-11). 

Ağ sözünün semantikası haqqında Ə.Tanrıverdi yazır: “Qeydlərə əsasən deyə 

bilərik ki, “ağ” leksik vahidi oykonim və oronimlərdə rəng, hidronimlərdə şəffaflıq, 

içməyə yararlı olmaq, qısalıq və s. məna çaları bildirir, ...qadın adlarımızın forma-

laşmasında “ağ” və “ağca” vahidlərinin semantikasındakı gözəl-lik, saflıq, təmizlik, 

xeyirxahlıq və s. kimi keyfiyyətlər əsas olmuşdur”.(10,səh.40) 

V.V.Radlov “ağ” sözünün üç əsas mənasını göstərir: rəng, təmiz, xeyirxah

yaxşı ürəkli (11, səh.88-95). 

Yakutlar bu böyük yaradana Ürünq Ayığ Toyon deyirdilər. qədim türk dilində 

ürünq ağ deməkdir. “Ayığ yaradan, “touon” isə “tanrı”, “ağa” deməkdir. Yakutca və 

qədim türklərdə “Toyon” rahib və ya şaman mənasını verirdi. Qədim türklər tanrı 

sözünü işlədərək, daha böyük və daha güclü bir yaradan meydana gətirmişdılər (12, 

səh.426).  

B.Ögəl “ağ" sözünün Altay türcəsində  cənnət mənasında işləndiyini yazır. 

Onun fikrincə, Cənnətdə yaşayan tanrılara “qatu”, yəni “ağlılar”, rəngi və ruhu 

ağappaq olan deyirdilər. Bunlar göyün üçüncü qatında yaşayırdılar. Həmin qatda 

“Süt-ak – köl”, yəni süd rəngi kimi ağ olan göl də var idi. İnsanların bütün həyatı və 

ruhu bu göllə bağlı idi (12, səh.568).  


 

Filologiya  məsələləri – №10, 2013

 

 



71

Qeyd olunanları ümumiləşdirərək belə bir nəticəyə gəlmək olar ki, Ağtala oy-

koniminin tərkibində işlənən ağ sözünü “kiçik” kimi deyil, əksinə “yüksək” məna-

sında anlamaq lazımdır. Oykonimin ikinci komponentinə gəldikdə isə tala sözü boş, 

açıq sahə kimi anlaşılır. Deməli, oykonim yüksək tala kimi anlaşılmalıdır. Kəndin 

coğrafi quruluşu da bu fikri təsdiqləyir. “Kitabi-Dədə Qorqud” dastanında işlənmiş 

“ağ” sözü də məhz oğlu olanların yüksək tutulması ilə bağlı olduğu üçün ağtala və 

s. bu kimi onomastik vahidlərin yaranmasında ağ sözünün yüksək anlamının aparıcı 

olmasının təsdiqidir. 

Canaxır oykonimi. Canaxır Xaçmaz rayonunun Hülövlü inzibati ərazi vahid-

liyində  kənddir. Samur-Dəvəçi ovalığında yerləşir. Oykonimin etimologiyası haq-

qında “Azərbaycan toponimləri lüğəti”ndə yazılıb: “Sanaxır oykonimi sadə quruluş-

lu yaşayış məntəqəsinin Quba rayonunun Əlik kəndindən çıxmış ailələr Canaxır adlı 

yerdə salmışlar (deməli, Qubanın  Əlik kəndindən köçən ailələrin gəlişinə  qədər 

Xaçmaz rayonunda Canaxır adlı yer mövcud olmuşdur. B.Məmmə-dov). Kənd 

əvvəllər Aşağı Əlik də adlanmışdır. Azərbaycan dilinin əksər dialektlərində “cana” 

sözü “yararsız, pis”, xır isə “əkin sahəsi” mənalarında işlənir (maraqlıdır, Canaxır 

sözü  şərhin ilk obrazında sadə quruluşlu göstərilir. Lakin oxuduğumuz abzasda 

mürəkkəb söz kimi təhlil olunur – B.Məmmədov). Oykonim “əkin sahəsi üçün ya-

rarsız yer” mənasındadır (1, səh.118). 

Fikrimizcə, yuxarıdakı etimoloji şərhlə razılaşmaq mümkün deyil. Əvvəla ona 

görə ki, Canaxır sözü mürəkkəb quruluşlu oykonimdir. Can+axır. Bunu şərhin 

beşinci cümləsində  şərh müəllifləri özləri də  təsdiqləyir. Bundan başqa, beşinci 

cümlədə Canaxır sözünün cana+xır şəklində tərkib hissələrə ayrılıması da ağlabatan 

görünmür. Doğrudur, “Cana” sözü Ağdaş, Bərdə, Gəncə, Göyçay, İmişli, İsmayıllı, 

Kürdəmir, Qax, Mingəçevir, Oğuz, Şəki, Zərdab şivələrində pisyararsızmənasız 

anlamlarında işlədilir (6, səh.70). Göründüyü kimi cana sözünün pis-yararsız 

mənasında işləndiyi dialektlər arasında Xaçmaz dialekti yoxdur. 

İlk öncə qeyd etmək lazımdır ki, Canaxır oykonimi Xaçmaz rayonunun qədim 

yaşayış məskənlərindəndir. Zonanın tarixi keçmişini öyrənmək məqsədilə 1975-80-

ci illərdə prof. Cabbar Xəlilovun rəhbərliyi ilə Xaçmaz rayonuna arxeoloji ekspedi-

siya göndərilmiş və həmin ekspedisiya 150-ə yaxın arxeoloji abidə qeydə alınmış-

dır. Qeydə alınan tarixi abidələrdən Sərkər təpə, Dəyirmantəpə, Qalağan, Xaspola-

doba, o cümlədən Canaxır kurqanını misal göstərmək olar. 

Mədəniyyət və Turizm Nazirliyinin Xaçmaz rayon şöbəsinin məlumatına əsa-

sən, rayon ərazisində 62 tarixi memarlıq abidəsi qeydə alınmışdır ki, bunlardan ikisi 

(Sərkərtəpə yaşayış yeri) (e.ə. III minillik) və Canaxır təpələri dünya əhəmiyyətlidir. 

Tarixçilərin məlumatlarına görə Canaxır təpələri – antik dövr, orta əsrləri əhatə edir 

və təpələr Canaxır hərbi ərazisindədir. Arxeoloji qazıntılar nəticəsində Canaxır kəndi 

ərazisində tapılmış Canaxır təpələri Ağçayın sahilin-dədir. Canaxır təpələrində 

təsərrüfat işləri zamanı tapılan İslamdan öncəki sivili-zasiyanı əks etdirən tunc, dəmir 

və saxsıdan düzəlmiş əmək alətləri, silahlar və bəzək əşyaları Canaxır kəndi ərazisin-

də tarixin müxtəlif dövrlərində sənətkarlığın yüksək inkişafından xəbər verir. 

Canaxırın qədim yaşayış məskəni olmasını qeyd edən ptof.N.Xudiyev Cana-

xır təpələri haqqında yazır: “1970-ci illərin sonunda kurqanın  ətəyində suvarma 

üçün kanal çəkilən zaman arxın divarının uçulmasına fikir verən yerli məktəblilər 

burada qadın skeletinin qalıqlarını tapmışdır. Onun üzərindəki sırğalar, qollarında 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



72

nazik ölçülü qolbaqlar, digər tunc asma bəzəklər aşkar etmişdilər Bundan başqa, bu-

rada tuncdan dairəvi formalı, üstü şarvari formalı, müxtəlif ölçülü bəzək əşyaları, at 

əsləhəsinin qalıqları və pərçimlər də tapılmışdır. Bundan əlavə, kişi qəbrindən tapıl-

mış romb formalı tuncdan düzəldilərək üstü rəngli mina ilə naxışlanmış amulet 

(zənciri dağılmış  şəkildə arxeoloqlar tərəfindən son tunc dövrünə aid edilmişdir. 

Torpağın altından tapılmış abidələrdə ölünün dəfni zamanı ayaq və baş  tərəfi 

müxtəlif ölçülü və təyinatlı saxsı qablara (küpə, cam, dopu, bardaqlar, qaraçarıqlar), 

hətta ikikameralı çıraqlara, dəmir silah və alətlərə, tuns və misdən hazırlanmış ha-

mar naxışlı, burma formalı qolbağıya, bəzək əşyalarına rast gəlinir.  

Canaxır təpələri güman ki, müdafiə əhəmiyyətli istehkamlar rolunu oynamış-

dır. Bu ərazidə kollektiv qəbirlərin olması, rast gəlinən sümüklərdə - kəllədə kəsici-

deşici alətlərlə vurulan zərbələr nəticəsində mövcud olan zədə, yanğının izləri olan 

kömürlənmiş təbəqə burada qızğın döyüşlərin getdiyini göstərən bariz tarixi nümu-

nələrdir” (13.səh...).  

Bizcə, Canaxır oykoniminin formalaşmasında yuxarıda qeyd olunduğu kimi, 

bu ərazinin istehkam xarakterli olmasıdır. Can axır sözünün ilk kompo-nentinə can 

sözünün etimologiyasına nəzər salaq: 



Can – isim. 1. ruh. 2. ürək, könül. 3. köhnəlmiş söz, yaşayış, həyat. 4. köhnəl-

miş  mənada qüvvət, qüdrət, güc. 5. əsl, mahiyyət. 6. məcazi mənada sevgili, əziz 

(14,səh.53). Can sözü türk dillərinin bir çoxunda, o cümlədən Türkiyə türkcəsində 

də işlənir: 

“Can farsca həyat, can ciğer, can damarı, can düşmanı, can əriyi, can bazarı, 

can sağlığı, can yoldaşı canayaxın, cancağız, candan, canıtez, canqurtaran, canla-

başla, canlan, canlı, cansız... canan – sevgili” (15, səh.88). 

Can sözünə Azərbaycan dialekt və şivələrindən Ordubad şivəsində cancanı – 

qardaş arvadı (yəni canım qardaşımın canı – arvadı – B.Məmmədov). Cəbrayıl 

dialektində cansilən – qətvə (yəni bədən mənasında bədəni silən) rast gəlmək müm-

kündür (6, səh.72). Can sözünə aşıq poeziyasında  

Can deməklə candan can əksik olmaz 

Məhəbbət artırar, ülfət artırar – şəklində rast gəlmək mümkündür. 

C.Bəydilli can sözünün mifoloji izahı ilə bağlı yazır: “Türk xalqlarının canla 

bağlı əski dini-mifoloji görüşlərinin bir yaşantısı kimi Altaylarda bilinən bir inanca 

görə insan övladının canı (zaman-zaman “ruh” anlayışı ilə də ifadə olunan və qar-

ışıqlıq törədən “can” məfhumu burada rusdilli ədəbiyyatdakı “duşa” sözünə yaxın 

məzmun bildirir) göylərdə Süt ağ göl deyilən yerdə olar və uşaq doğulan zaman ya-

radan Tanrı onun ruhunu həmin yerdən olar və onunla yeni doğulacaq uşağın cismi-

nə can verərdi... Ayrıca can ilə bağlı əski türk dini mifoloji təsəv-vürləri zəngin ol-

duğu kimi qədim türklərdə “tın”, “sur”, “kut” və b. kimi dəyişik adları da var. Mə-

sələn,  Şamanist  əqidələrə görə insan heç də sadəcə ruhun bədəni tərk etməsi ilə 

ölmürdü. İnsanın ölməyi üçün bədənə güc verən, onu hərəkətə gətirən canın uçub 

getməsi lazım idi... Əski türklərin dini-mifoloji təsəvvürlərinə görə insanın ölməsi 

üçün ruhun deyil, canın bədəni tərk etməsi gərək idi. Quş biçimində təsəvvür olunan 

can bədəni ağızdan, burundan tərk edə bilərdi (müasir dilimizdə canım çıxdı ifadəsi 

ilə  səsləşir. – B.Məmmədov). ...Bir fikrə görə,  əski türkcədə canım adına həm də 

“öz/öş deyilmişdir. Metoforik şəkildə “can quşu” kimi ifadə olunan və insanı yaşa-

dan həmin “öz” eyni zamanda həm “ruh”, həm də “can” anlamlarında işlədilirdi. 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



73

Azərbaycan türkcəsində bu “əcki” təsəvvür “özündən getmək”, “özünə  gəlmək” 

kimi ideomatik tərkiblərdə qorunmuşdur” (16, səh.74). 

Can sözünə abidələrimizin dilində də rast gəlirik. “Dədə Qorqud” abidə-sində 

oxuyuruq: “Allah-talaya Dəli Domrulun burada sözü xoş gəldi. Əzrailə nida eylədi 

kim: “Çün dəli qavat mənim birliyim bildi, birliyimə  şükür qıldı, ya Əzrail, Dəli 

Domrul can yerinə can bulsun, onun canı azad olsun”, - dedi! (5, səh.87). 

Göstərilən faktları ümumiləşdirərək belə bir qənaətə gəlmək mümkündür ki, 

Canaxır oykoniminin mürəkkəb quruluşa malik olub. Can+axır  şəklində 

formalaşmışdır və can sözü qədim türklərin mifoloji düşüncəsindən süzülüb gələn 

“ruh” anlamın ehtiva edir. Canaxır kəndi  ərazisinə daxil olan Canaxır təpələrində 

döyüşlərdə kütləvi  şəkildə öldürülmüş insanların canı, yəni ruhu bədənlərindən 

çıxır, uçur və ya axır. Bu xətti izlədikcə fikrimizcə, oykonimin ikinci tərəfinin 

mənası açılır. Canaxır canın axıb getməsi, yəni ruhun uçub getməsi anlamında for-

malaşan oykonimdir. 

 

Ədəbiyyat  



 

1.  Azərbaycan Toponimlərinin Ensiklopedik lüğəti. İki cilddə I cild,Bakı, 2007. 

2.  R.Eyvazova “Əfqanıstanda türk mənşəli toponimlər”, Bakı, 1995 

3.  T.Əhmədov “El-obamızın adları”..... 

4.  Orxon-Yenisey abidələri.Bakı,1993. 

5.  Kitabi-Dədə Qorqud, Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1962 

6.  Azərbaycan dilinin dialektoloji lüğəti, A – Z, Bakı, “Şərq-Qərb”, 2007, 568 səh. 

7.  İ.Bayramov. Qərbi Azərbaycan şivələrinin leksikası. Bakı, 2011 

8.  Ataniyazov S. Türkmənistan toponimiyası. Aşqabad, 1981 

9.  Mehrəliyev E.Q. Tərkibində “qara”, “ağ” (ak, ax) terminləri olan coğrafi adların 

mahiyyəti və lokal dəyişməsi Azərbaycan toponimiyasının öyrənilməsinə  həsr 

edilmiş elmi konfransın materialları. Bakı, Elm, 1973 

10.  Əzizxan Tanrıverdi Türk mənşəli Azərbaycan  şəxs adlarının tarixi-limqivistik 

tədqiqi. Bakı,2012. 

11. Радлов  В.В.  Опыт  словаря  тюркских  наречий , т I, ч.1,  СПб, 1893; т.II, 

СПб, 1899; т.II, ч. 2, СПб, 1899, т.III, ч.1, СПб, 1905. 

12. Bahəddin Ögəl. Türk mifologiyası, I cild, Bakı, 2006 

13. N.Xudiyev. Xaçmaz, Bakı, “Təhsil” EİM, 2010,  

14.  A.Axundov. Azərbaycan dilinin izahlı lüğəti. Bakı, “Elm”, 2005, 452 səh. 

15.  Sözlərin soyağacı, Çağdaş Türkcənin Etimoloji sözlüyü. Sevan Nişanyan.  

İstanbul, 2009, Everest yayınları, 773 səh. 

16. C.Bəydilli (Məmmədov) “Türk Mifoloji sözlüyü. Bakı, Elm, 2003, 418 səh. 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



74

B.Mamedov 

About the toponyms of Aghtala and Janakhır 

Summary 


 

In this article it is explained two toponyms of the region of Khachmaz from 

ethymology. 

The thoughts about both toponyms which were existed in the scientific 

literature are collected.  

The reports about the forming of oykonyms are explained with concret facts. 

In this article it is rescarched the formation history of oykonyms which was 

existed in the main living areas of the region 

The Author considers yhe word “chanakhur” mustn`t be separated as the form 

“chana-khir” The author thinks that the word chanakhir must be explained as the 

form chana-khir. In the scientitic literature the author doesn`t agree that the word 

Aghtala mustn`t be as the form “kichik tala”. The author of the article thinks that in 

the word aghtala the word “agh” must be the form “high tal” and it is real 

The article is chosen for the rich scientific literature. 

  

Б.Мамедов 



О топонимах Актала и Джанахир 

Резюме 


 

В  статье  разъясняються  две  топонимы  Хачмасского  района  Актала  и 

Джанахир. 

Обобщаются разные соображения существующиеся в научной литерату-

ре про каждого из этих топонимов. 

Мнение о формировании ойконимов объясняются на основе конкретных 

научных фактов. 

В  данной  статъе  исследуется  исторя  формирование  этих  ойконимов 

которые являются главними пунктами поселения в районе. 

Автор  исследования  считает  неубедительным  толкование  слово 

"Джанахир"  как  джана+хир.По  мнению  автора  слово  Джанахир  должен  рас-

толковываться  как  джан+ахир.Толкование  слово  "Актала"  как  "маленькая 

поляна" в научной литературе также непринимается автором данной Работы. 

Автор  статьи  сторонник  толкования  "ак"  в  слове  Актала  как  "высокий", 

"вышина".Статья отличается использованием богатой научной литературы. 

 

 



 

Rəyçi:         Roza Eyvazova 

            filologiya elmlər doktoru, professor 

 

 



 

 

Filologiya  məsələləri – №10, 2013

 

 



75

     ELZANƏ MUSAYEVA  



Odlar Yurdu Universiteti 

elza.musazade@mail.ru 

 

İNGİLİS VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ İSTİFADƏ OLUNAN 



ƏKSMƏNALI SÖZLƏR VƏ ONLARIN SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ 

 

Açar sözlər:  Leksikologiya, antonim, morfologiya, düzəltmə antonimlər, kök 

antonimlər.  



Key words: lexicology , antonym,morphological, derivational antonyms, root 

antonyms. 



Kлючевые слова: лексикология, антоним, морфологічною, коррекции слова, 

корневые антонимы.  



  

 

Leksikologiya dilçiliyin əsas bölmələrindən biri hesab edilir. Dildəki sözlərin 



hamısı birlikdə dilin leksikasını (lüğət tərkibini)təşkil edir. Leksikanı öyrənən 

dilçilik bölməsi leksikologiya adlanır. Leksikologiyada sözlərin mahiyyəti, onların 

formaca və məzmunca əmələ gətirdiyi qruplar, sözlərin mənşəyi və işlənmə dairəsi 

öyrənilir.  

Leksikologiya dilçiliyin daim geniş  tətbiq olunan sahələrindən biridir. Biz 

leksikologiya şöbəsində sözün leksik və qrammatik mənasını, təkmənalı və çoxmə-

nalı sözləri, sinonimləri, omonimləri və antonimləri və digər sahələri öyrənirik. 

Leksikolgiyanın hər bir sahəsi İngilis və Azərbaycan dillərinin tətbiq olunmasında 

geniş əhəmiyyətə malikdir. 

Bütün dillərdə olduğu kimi əksmənalı sözlər İngilis və Azərbaycan dillərinin 

Leksikologiyasında da əsas bölmələrdən biri hesab edilir.Hər iki dildə istifadə olu-

nan əksmənalı sözlər arasında bir çox ortaq və fərqli cəhətlər var. İngilis və Azər-

baycan dillərində istifadə olunan əksmənalı sözlərin ən geniş yayılmiş şöbəsi anto-

nim sözlərdir.Antonim Yunan dilində “başqa sözə qarşı əks məna daşıyan söz” de-

məkdir. Ümumilikdə antonimlər leksik mənasına görə bir-birinə əks olan sözlərdir. 

Antonimlər İngilis və Azərbaycan dillərinin lügət tərkibinin zənginləşməsində geniş 

rol oynayir.  

Hər iki dildə Azərbaycan və  İngilis dillərində antonim sözlərin ifadə etdiyi 

məfhumlar insanın iş fəaliyyəti və onu əhatə edən aləmə qarşı münasibətilə əlaqə-

dardır. Bu cəhətdən antonimlərin müxtəlif məna növləri var:  

1)  əlamət, keyfiyyət , xüsusiyyət anlayıslarını bildirən antonimlər: 

Məsələn,ag-qara, soyuq-isti, pis-yaxsı, tənbəl-çalışqan, zalım-ədalətli, sərt-mülayim 

2) Vaxt anlayışlarını bildirən antonimlər: Məsələn,səhər-axşam,gece-gündüz, 

yay-qış, tez-gec,dünən –sabah 

3) Məkan anlayışı bildirən antonimlər:məsələn, irəli-geri,ora-bura,aşağı-

yuxarı,ön-arxa, içəri-bayır,xaric-daxili 

4) Ölçü və miqdar anlayışını bildirən antonimlər: məsələn,böyük-kiçik,iri-

xırda, qısa-uzun,az-çox, yüngül-ağır,alçaq-hündür,bütöv-yarımçıq 

5) Hal-hərəkət və  vəziyyət anlayışı bildirən antonimlər: Məsələn, açmaq-

bağlamaq, gülmək-ağlamaq, tikmək-sökmək, ağarmaq-qaralmaq, yaşamaq-ölmək, 

gəlmək-getmək,oturmaq-durmaq.  


 

Filologiya  məsələləri – №10, 2013

 

 



76

6) Təbiət hadisələri ilə bağlı anlayışları bildirən antonimlər:Məsələn,işıq-

qaranlıq, donmaq-ərimək,üşümək-qızınmaq, quraqlıq-yağmurluq. 

 7)  Qeyri-müəyyən kəmiyyət bildirən antonimlər:Məsələn,az-çox,bir az- lap 

çox,az – minlərcə, az-az – çox-çox 

8)  İstiqamət, tərəf ifadəedən antonimlər:Məsələn, sağ-sol, o tərəf- bu tərəf, 

ora-bura 

9) Təsdiq və inkarlıq bildirən antonimlər:Məsələn,bəli-xeyr, hə-yox. 

10) Qeyri-müəyyən şəxs və ya əşya bildirən antonimlər: Məsələn, bu-o, biri-

hamı. 


Ortaq cəhətlərlə yanaşı  həmçinin, hər iki dildə  işlənən  əksmənalı sözlər 

arasında fərqli xüsusiyyətlər var.Məsələn, Ingilis dilində istifadə olunan əksmənalı 

sözlər morfoloji quruluşuna görə iki böyük qrupa bölünür:  

 1) kök antonimlər (root antonyms) 

 2) düzəltmə antonimlər(derivational antonyms) 

Kök (root) antonimlərin müxtəlif kökləri olur. Məsələn, “to love”(sevmək) – 

“to hate”(nifrət etmək), “long”(uzun) – “short”(qısa), “day”(gün) – “night”(gecə); 

və başqalarını kök (root) antonimlərə nümunə göstərə bilərik : “The new town of 

Whitney Clay had swallowed up the old village” cümləsindəki “new”(təzə) – 

“old”(köhnə) sözlərini, “It may be near, it may be distant; while the road lasts 

nothing turns me” cümləsindəki “distant”(uzaq) – “near”(yaxın); “If a man and wo-

man sinned, let them go for into the desert to love or loathe each other there ”cüm-

ləsindəki “loathe” (nifrət etmək)– “love”(sevmək); “So you think your friend in the 

city will be hard upon me, if I fail a payment?” – says the trooper, looking down 

upon him like a giant. “My dear friend, I am afraid he will,” – returns the old man 

looking up at him like a pigmy” cümləsindəki “giant”(nəhəng) – “pigmy” (cırtdan) 

sözlərini kök(root) antonimlərə nümunə göstərə bilərik. 

Düzəltmə antonimlərin eyni kökləri olsa da müxtəlif  şəkilçilərin köməyi ilə 

əmələ gəlir. Məsələn, “regular” (qaydalı) – “irregular” (qaydasız), “fruitful” (məh-

suldar) – “fruitless”(qeyri-məhsuldar). Düzəltmə antonimlər bu prefikslərin 

sayəsində əmələ gəlir: “un-“, “dis-“, “non-“,“-ful” “-less” -, in -; (il -; im -; ir -;).-

Məsələn, "successful"(müvəffəqiyyətli) -"unsuccessful" (müvəffəqiyyətsiz), "self-

less" (fədakar)- "selfish"(axmaq), “approve(bəyənmək) – disapprove”(bəyənmə-

mək)- “Who am I to approve or disapprove?”, “engage (məşğul olmaq) – disen-

gage”(məşğul olmamaq)- “How soon will you be disengaged?” “I didn’t say you i 

was engaged.” “Audible(eşidilən) – inaudible”(eşidilə bilinməyən)-“Little audible 

links, they are chaining together great inaudible feelings and purposes.  

Ancaq Azərbaycan dilində antonimlərin morfoloji quruluşuna görə yalnız bir 

növü var: kök antonimlər.Məsələn, isti-soyuq, yaxşı-pis,yalan-doğru, və başqalarını 

buna nümunə göstərmək olar.Yəni Azərbaycan dilində şəkilçi vasitəsilə yaranan an-

tonimlər  əsl antonimlər hesab edilmir.Məsələn,dadlı-dadsız, duzlu-duzsuz, yağlı-

yağsız. 


J.Lyons və bir neçe İngilis dilçisi İngilis dilində antonimləri xüsusi və müqa-

yisəli adda iki əsas qrupa bölmüşdür. Xüsusi antonimlərə bu sözləri nümunə göstərə 

bilərik: “love(sevgi) – attachment (sədaqət) – liking (xoşlamaq) – indifference 

(laqeydlik) – antipathy(antipatiya) – hate”(nifrət). 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



77

Həmçinin İngilis və Azərbaycan dillərində antonimlər ziddiyyətin dərəcəsinə 

görə tam və nisbi olmaqla iki yerə ayrılır.Mənaca bir-birinin tam və mütləq ziddini 

təşkil edən antonim sözlərə tam antonimlik deyilir.Məsələn,ağ-qara, dağ-dərə,yay-

qış,alt-üst,və s. Ziddiyyətin çox olduğu tam antonimlərə aşağıdakı nümunələrdə rast 

gələ bilərik: “İf you have obeyed all the rules good and bad ,and still come out at 

the dirty end…. Then I say the rules are no good .” M.Wilsonun əsərindəki bu nü-

munədə “good”(yaxşı) və “bad”(pis) sözlərini, “He was alive, not dead” Shaw –

nun əsərindəki bu nümunədə “alive”(diri) və “dead”(ölü) sözlərini ,“You will see if 

you were right or wrong” Cronin əsərindəki bu nümunədə “right”(düz) və 

“wrong”(səhv), “ The whole was big, oneself was little” Galsworthy-nin əsərindəki 

bu nümunədə “big”(böyük) və “little”(balaca) sözlərini, “There is so much good in 

the worst of us, and so much bad in the best of us, That it hardly becomes any of 

us To talk about the rest of us” Hock-un əsərindəki “good”(yaxşı) ,”bad” (pis) 

,worst (ən pis) və “best” (ən yaxşı) sözlərini tam antonimlərə nümunə göstərə 

bilərik. Başqa bir nümunə W.Shakespear –in “Sonnet LXXVI"( XXI Soneti)-dən 

olan nümunəni göstərə bilərik: “For as the sun is daily new and old, So is my love 

still telling what is told.”-nümunədə “new”(yeni) və “old”(köhnə) sözləri bir-birinə 

qarşı əkslik təşkil edir. Mənaca bir-birinin şərti və nisbi ziddini təşkil edən antonim 

sözlərə nisbi antonimlər deyilir.Məsələn,ağ-qırmızı,ağ-boz,ağ-yaşıl,qış-payız.  

Azərbaycan və İngilis dillərində əksmənalı sözlər iki yolla əmələ gəlir:  

1)Dilin öz daxili imkanları hesabına yaranan antonimlər;  

2)Başqa dillərdən alınan antonim sözlər. 

Antonimlər və ya əksmənalı sözlər  İngilis və Azərbaycan dillərinin bütün 

sahələrində: qrammatikasında, metodikasında, ədəbiyyatında və digər başqa şöbələ-

rində rast gəlinən bir sahədir. Biz öz dilimizin və  İngilis dilinin qrammatikasında 

bütün əsas nitq hissələrində antonim sözlərə rast gələ bilərik.İngilis dilində isimlər 

antonimlərlə  zəngin deyil.Ancaq Azərbaycan dilində kifayət qədər isim olan an-

tonimlərə rast gəlmək olar.Məsələn,  İsim olan antonimlər: “good” (xeyir)– 

“evil”(şər), “love”(sevgi) – “hatred(nifrət)”; işıq –zülmət, insanlıq-vəhşilik, gecə-

gündüz, mərhəmət- qəzəb, nəşə-qüssə, sülh-müharibə, asayiş-sakitlik, baş-ayaq, 

birlik-ayrılıq, toy-yas, xeyir-zərər, tərəqqi-tənəzzül;  Əksər antonimlər sifətlərdən 

təşkil olunur. Sifət olan antonimlərdə “high”(hündür)- “low”(alçaq), “strong(güclü) 

– “weak”(zəif), “wide”(geniş) – “narrow”(dar), “friendly” (dostcasına)– 

“hostile”(düşməncəsinə), beautiful(gözəl) –ugly (çirkin), big (böyük) –small 

(balaca), bright (parlaq) –dim (tutqun), old (yaşlı,qoca) –young (gənc,cavan), yaxşı-

pis, bərk –boş, doğma-yad, qalın-nazik,şirin-acı,  şad-qəmgin, mərd-xəsis,iri-xırda, 

ağır- yüngül,xəstə-sağlam,qısa-uzun,uca-alçaq, təzə - köhnə, təmiz - çirkin, geniş – 

müxtəsər,qaranlıq-işıqlı, pinti-təmiz, seyrək-sıx, tənbəl-çalışqan, ağıllı-səfeh,düz-

yanlış,isti soyuq, ağ-qara,ağıllı-dəli, yüngül-ağır, ədalətli-zalım, alçaq-hündür,açıq-

örtülü,ac-tox,ucuz-baha,igid-qorxaq, dar-enli,ssakit-dəcəl,boş-dolu, düz-əyri,asan-

çətin, yüksək-alçaq, kök-arıq, xoşbəxt-bədbəxt; Fellər antonimlərin çoxluğuna görə 

sifətdən sonra ikinci yerdə durur. Fel olan antonimlər: “to lose”(itirmək) – “to 

find”(tapmaq), “to live”(yaşamaq) – “to die”(ölmək); “to open”(açmaq) – “to 

close”(bağlamaq), gəlmək-getmək, yazmaq-pozmaq, durmaq-oturmaq,atmaq-tut-

maq, enmək-qalxmaq, əkmək-biçmək, gülmək-ağlamaq, yanmaq-sönmək, küsmək-

barışmaq, tapmaq-itirmək,susmaq-danışmaq,soyunmaq-geyinmək, açmaq-bağlamaq 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



78

Zərf olan antonimlər: irəli (forward)-geri (back), gec(late)-tez (early), dünən 

(yesterday) –sabah (tomorrow), axşam(evening) -səhər(morning),  əvvəl(before)-

axır (final); Say olan antonimlər: az (little)-çox (many), xeyli ( a lot of) - bir az (a 

little) və başqaları. İngilis dilində köməkçi nitq hissələrində antonim sözlərə çox az 

halda rast gəlinir, məsələn: hə(yes)-yox(no), xeyir (no) - bəli (yes) və s. 

İngilis və Azərbaycan dillərində çoxmənalı sözlərin bir və ya bir neçe antoni-

mi ola bilər. Məsələn, “dull”(maraqsız) sifətinin antonimləri bunlardır: “interes-

ting”(maraqlı), “amusing”(əyləncəli), “entertaining” (əyləncəli) və “active”(aktiv), 

başqa mənasına görə “deficient in interest”(maraqsız), və “clever”(ağıllı), 

“bright”(parlaq), “capable”(bacarıqlı) sözləri bu sözün antonimi ola bilər.  

Xüsusilə, biz İngilis və Azərbaycan  ədəbiyyatında  şair və yazıçıların  əsər-

lərində əksmənalı sözlərlə tez-tez qarşılaşırıq.Antonimlər bədii əsərlərdə ziddiyyəti 

oxucuya daha qabarıq  şəkildə çatdırılmasında və emosional gərginliyin artmasına 

yaxından kömək edir. Məhz bu səbəblərə görə istər  əvvəlki dövrlərdə, istərsə  də 

müasir  İngilis və Azərbaycan dillərində yazıçı  və  şairlər antonimlərdən yüksək 

səviyyədə istifadə etmişdir. Bunun əsas səbəblərindən biri oxucuya əsərdə baş verən 

hadisələri daha real, olduğu kimi çatdırmaq olmuşdur. Nümunə olaraq William 

Shakespearin “ Romeo and Juliet” əsərində istifadə olunan antonimlərə nəzər salaq: 

“My only love sprang from my only hate 

 Too early seen unknown, and known too late! 

Bu nümunədə  işlənən antonim sözlər bunlardır: love (sevgi)-hate (nifrət), 

early (erkən)-late (gec), unknown(naməlum)-known (məlum). 

İngilis ədəbiyyatından K.Marx və F.Engelsin “ Manifesto of the Communist 

Party”  əsərində istifadə olunan əksmənalı sözləri nümunə kimi göstərmək olar: 

“The history of all hitherto existing societies is the history of class struggle. 




Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə