QABİL ƏLİYEV
CƏZAÇƏKMƏ MÜƏSSİSƏLƏRİNDƏ CƏZA
ÇƏKƏN MƏHKUMLAR ARASINDA
NARKOMANİYANIN PROFİLAKTİKASININ
TƏŞKİLATİ VƏ METODİKİ ASPEKTLƏRİ
(METOD
İ
K VƏSAİT)
BAKI – 2008
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL
PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASININ ƏDLİYYƏ
NAZİRLİYİ
PENİTENSİAR XİDMƏTİN TƏLİM MƏRKƏZİ
CƏZAÇƏKMƏ MÜƏSSİSƏLƏRİNDƏ CƏZA ÇƏKƏN
MƏHKUMLAR ARASINDA NARKOMANİYANIN
PROFİLAKTİKASININ TƏŞKİLATİ VƏ METODİKİ
ASPEKTLƏRİ
(M E T O D
İ
K V Ə S A İ T)
Azərbaycan Respublikası
Təhsil Nazirliyi Elmi-Metodik
Şurasının “Dövlət və Hüquq”
bölməsinin 21.07.2008-ci il
tarixli iclasının qərarı ilə
(protokol № 22) təsdiq
edilmişdir
BAKI – 2008
Elmi məsləhətçi: hüquq elmləri doktoru, professor
Firudin
Səməndərov
Rəyçilər:
hüquq elmləri doktoru, professor
M
əhəmməd İmanlı
hüquq elmləri doktoru
Kamil S
əlimov
psixologiya elmləri doktoru,
professor, AMEA-
nın müxbir üzvü
Bəxtiyar Əliyev
redaktor:
fəlsəfə elmləri namizədi
Elçin Hüseynov
Müəllif: hüquq elmləri namizədi Qabil Həmzə oğlu Əliyev. «EL»
Nəşriyyatı və Poliqrafiya Şirkəti, Bakı, 2008, səh. 40
Metodik vəsaitdə narkomaniyanın sosial-hüquqi, tibbi-
psixoloji və siyasi-iqtisadi problem olması, Azərbaycan
Respublikasının cəzaçəkmə müəssisələrində cəzaların icrasının və
islahın effektivliyinin artırılması məqsədilə narkoman məhkumlar
üçün xüsusi ixtisaslaşdırılmış müalicə-reabilitasiya müəssisəsinin
yaradılmasının təşkilati, tərbiyəvi-profilaktik tədbirləri və metodiki
aspektləri müəyyənləşdirilmişdir.
Metodik vəsait narkomanların müalicə-reabilitasiyası
sahəsində işləyən mütəxəssislər, cəzaçəkmə müəssisələrinin
əməkdaşları, narkomaniya və narkotizmlə mübarizə probleminin
elmi və praktiki araşdırılması ilə məşğul olan alimlər üçün nəzərdə
tutulmuşdur.
«EL» Nəşriyyatı və Poliqrafiya Şirkəti
Narkomaniya
1
və narkotizm
2
bütün bəşəriyyət üçün çox
ciddi sosial-hüquqi, tibbi-
psixoloji və siyasi-iqtisadi bir problem
olmaqla təhlükəli neqativ fenomendir. Qeyd etmək lazımdır ki, XX
əsrin sonlarında, daha dəqiqi, 1997-ci ildə Bakı şəhərində təşkil
olunmuş BMT-nin Yaxın və Orta Şərqdə narkotik vasitələrin
qanunsuz dövriyyəsinə nəzarət və bununla bağlı problemlər üzrə
Yardımçı Komissiyasının 32-ci sessiyasında söylədiyi nitqində
Ümummilli Liderim
iz Heydər Əliyev tamamilə düzgün olaraq
göstərmişdir ki, «narkotiklərə nəzarət, narkomaniya və narkobiznes
ilə mübarizə əsrimizin son illərində dünyada ümumbəşəri bir
problem olmuşdur. Bu mübarizə hər bir ölkənin, xalqın, millətin
fiziki və şüuri sağlamlığı uğrunda aparılan mübarizədir».
Bu gün getdikcə daha neqativ və təhlükəli meyllər almaqda
olan narkotizm, narkotik istehlakçılarının sayının artmasında,
yeniyetmə və gənclərin cinayətkar fəaliyyətə cəlb olunması
prosesinin intensivləşməsində, onlar tərəfindən törədilən
1
«Narko sözü qədim yunan dilində «narke»
-
yuxugətirici, məstedici,
bihuşedici, uyuşdurucu mənasını verir. «Narko» sözü isə kimyəvi
maddələrin, yaxud fiziki amillərin köməyi ilə yaradılan süni, dərin
yuxuya deyilir. Bəzi müəlliflərin fikrincə, «narkozis», «narke» sözləri
digər yunan sözləri olan «nekros»
-
«ölmüş, meyid», «nekrop
ol» -
«qəbirstanlıq» sözləri ilə qohumluq təşkil edir. «Narkotik» sözü qədim
yunan dilində «narkotikos» yəni bihuşedici, məstedici, uyuşdurucu
mənasını verir. «Narko» sözü isə çox vaxt bir yerdə işlədilən
«maniya» sözü isə, qədim yunan dilində meyllilik, hərislik, aludəçilik
mənasını verir». Bax: Zahidov B.S. Azərbaycanda narkotizmlə və
narkobizneslə mübarizənin aktual problemiləri. Bakı, 2007, s.15
-16.
2
E.H.Həsənov narkotizm anlayışına belə tərif verir: «Narkotizm
–
sosial, hüquqi, kriminoloji, iqtisadi
və ekoloji aspektləri əhatə edən,
narkomaniya xəstəliyinə tutulma və narkotik vasitələrlə, psixotrop
maddələrlə və prekursorlarla bağlı, sonradan narkotik almaq
məqsədilə vəsait əldə etmək üçün və ya narkotik sərxoşluq
vəziyyətində törədilmiş hüquqa zidd əməllər məcmusunda ifadə
olunan neqativ sosial hadisədir». Bax: Həsənov E.H. Narkotik
vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz
dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun
öyrənilməsi üzrə metodik vəsait. Bakı, 2000, s.49.
cinayətlərin sayının və ictimai təhlükəliliyin artmasında ifadə
olunur. Narkomanlıq
3
ilə cinayətkarlıq, xüsusən də tamah və
tamah-
zorakı cinayətkarlıq arasında birbaşa asılılığın mövcud
olduğunu bir çox ekspertlər qeyd edirlər.
Narkomanlar
tərəfindən törədilən oğurluq, soyğunçuluq və
quldurluq kimi cinayətkar əməllər, narkotiklərin və ya narkotiklər
üçün vəsaitin əldə olunmasına istiqamətlənən kriminal biznes kimi
baxıla bilər. 2004-cü ildə respublikamızın paytaxtı Bakı şəhərində
keçirilən «Böyük İpək yolu dövlətlərində narkotik vasitələrin
qanunsuz dövriyyəsinə qarşı mübarizə» problemlərinə həsr
olunmuş beynəlxalq konfransda Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev qeyd etmişdir: «Coğrafi
mövqeyindən, mədəni və tarixi əlaqələrindən asılı olmayaraq, elə
bir ölkə yoxdur ki, dövrümüzün qlobal problemlərindən biri olan
narkotiklərin qanunsuz dövriyyəsi ilə qarşılaşmasın. Məlumdur ki,
narkomaniya və narkobiznes insan cəmiyyətinin mənəvi və əxlaqi
dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir
göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan,
cinayətkarlığın artmasına səbəb olan amildir».
Beləliklə, bəşəriyyətin ən böyük bəlalarından olan
narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün
d
ünyamızı narahat edən mürəkkəb problemlərdən biridir. Bu
təhlükəli təzahür insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə
böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən,
insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan,
cinayətkarlığın artmasına səbəb olan amildir. Məhz buna görə də,
dünyanın bir çox demokratik, hüquqi dövlətləri narkotiklərin
3
«Narkoloji xidmət və nəzarət haqqında» 17 sentyabr 2001
-ciil tarixli
Azərbaycan Respublikası Qanununa görə, «narkomanlıq
– xroniki
intoksikasiya doğuran, narkotik vasitələrin və psixotrop maddələrin
süi-
istifadəsi nəticəsində yaranmış, narkotik vasitələrdən və psixotrop
maddələrdən psixi və (və ya) fiziki asılılıqla ifadə olunan xəstəlik
vəziyyətidir».
qanunsuz dövriyyəsi ilə səmərəli mübarizə üsullarını və
narkomanlığın müalicə metodlarını təkmilləşdirmək və yenilərini
kəşf etməkdə səylərini artırırlar. Azərbaycan da bu baxımdan
istisna təşkil etmir.
Ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və narko-
manlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji isti-
qamətləri müəyyən olunmuş, bir sıra təşkilati və hüquqi təd-birlər
görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 26
avqust tarixli Fərmanı ilə narkomanlığa və nar-kotik vasitələrin
qanunsuz dövriyyəsinə qarşı mübarizə sahə-sində dövlət
siyasətinin həyata keçirilməsi, dövlət orqan-larının və qeyri-
hökumət təşkilatlarının fəaliyyətinin əlaqələn-dirilməsi məqsədi ilə
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə
Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır. 1996-
2007-
ci illərdə Azərbaycan-da Narkotik vasitələrin, psixotrop
maddələrin və onların pre-kursorlarının qanunsuz dövriyyəsi və
narkomanlığın yayıl-ması ilə mübarizə sahəsini tənzimləyən
normativ hüquqi ba-
za təkmilləşdirilmiş, beynəlxalq standartlara
uyğunlaşdı-rılması istiqamətində kompleks və sistemli xarakter
daşıyan işlər həyata keçirilmişdir. Bu illər ərzində ölkəmizdə «Nar-
kotik vasitələrin, psixotrop maddələrin və onların pre-kursorlarının
dövriyyəsi haqqında», «Narkoloji xidmət və nə-zarət haqqında»
Azərbaycan Respublikasının Qanunları qə-bul edilmiş, ölkəmiz
narkotik vasitələr və psixotrop mad-dələrə nəzarət sahəsində BMT-
nin Konvensiyalarına qoşul-muşdur. Azərbaycan Respublikası
Prezidentinin 2000-
ci il 15 iyul tarixli Fərmanı ilə 2000-2006-cı
illər üçün «Narkotik vasitələrin, psixotrop maddələrin və
prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə
mübarizə üzrə Proqram» təsdiq edilmiş və həyata keçirilmişdir.
2007-2012-
ci illər üçün nəzərdə tutulan ikinci Proqramın əsas
məqsədi ölkədə narkotik vasitələrin, psixotrop maddələrin və
onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın
yayılması ilə mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat,
maarifləndirmə yolu ilə narkotiklərin qanunsuz dövriyyəsinin və
narkomanlığın yayılmasının qarşısının alınması, narkomanlığa
düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata
qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyətin daha da
təkmilləşdirilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi,
cəza tədbirlərinin səmərəliliyinin öyrənilməsi üçün elmi və praktik
araşdırmaların aparılması, beynəlxalq əməkdaşlığın inkişaf
etdirilməsindən ibarətdir.
Müstəqil Azərbaycan Respublikasında ümumbəşəri dəyərlər
və əsrlər boyu xalqımızın əldə edərək qoruyub saxladığı milli
dəyərlər əsasında humanist, demokratik, hüquqi dövlət quruculuğu
sahəsində geniş hüquqi islahatlar həyata keçirilmiş və bu islahatlar
ardıcıl olaraq uğurla davam etdirilir. Əlbəttə bu mühüm və çətin iş
bir çox məsələlərin həllini tələb edir. İnsan münasibətləri fonunda
və bilavasitə onun təsiri altında baş verən dəyişikliklər fəaliyyət və
davranışın, onu tənzim edən mexanizmlərin sosial və psixoloji
öyrənilməsini zəruri edir. Bu baxımdan narkomanın şəxsiyyəti və
onu xarakterizə edən sosial və psixoloji xüsusiyyətlərin
öyrənilməsi aktual və elmi-təcrübi əhəmiyyət kəsb edən
məsələlərdən biri hesab edilməlidir.
Yeni iqtisadi və sosial münasibətlər sisteminin formalaşdığı
dövrdə şəxsiyyətin davranışını tənzimləyən sosial norma və
dəyərlər, hüquqi normalar dəyişir. Bu isə bütövlükdə insanın həyat
tərzinə, onun şəxsiyyətinin təşəkkülünə ciddi təsir göstərir. Bu
prosesin sosial-
psixoloji cəhətdən araşdırılması hüquqazidd
davranışın, cinayətkarın şəxsiyyətinin, cinayətkar davranışın
mahiyyətini və mexanizmini açmağa imkan verir. Nəticədə, bir
tərəfdən, tərbiyə prosesini düzgün təşkil etmək, digər tərəfdən isə
narko
tiklərlə bağlı cinayətkarlığın qarşısını almaq və profilaktik
tədbirlər hazırlamaq mümkündür.
Cəmiyyətimizin demokratikləşməsi şəraitində şəxsiyyətin
hərtərəfli inkişafının, müasir reallıqlara uyğun şəxsiyyətin
formalaşmasının optimal yolları axtarılır. Bu baxımdan
narkomanların
4
müalicə və islahı probleminə filosofların,
kriminoloqların, pedoqoqların, həkimlərin, psixoloqların və
hüquqşünasların böyük diqqət və maraq göstərmələri başa
düşüləndir. Hesab edirik ki, bu «əbədi» problemin məhsuldar həll
edilm
əsi üçün əvvəllər qazanılmış biliklər kifayət etmir. Bu
dayanaqlı stereotip vərdişinin müəyyən edilməsinin, geniş təkmil
metodologiyasını, yeni düşüncəni və yeni yanaşmanı tələb edir.
Tərbiyə fəlsəfəsinin müxtəlif istiqamət nümayəndələri arasındakı
fikir
və təkliflər mübadiləsi prosesində yeni metodologiyaların
yaranması və tətbiqi effektiv nəticələrin əldə olunması üçün
vacibdir. Bu əsas məqamları üzə çıxartmağa imkan verir ki,
bunların da məcmusu ümumi işə xeyir gətirir.
Qeyd etməliyik ki, hər bir şəxs özünün yaşaması və inkişaf
etməsi üçün tələbat kimi təzahür edən ehtiyacları təmin etməlidir.
«Tələbatlar insanın konkret həyat şəraitində aktivliyini şərtləndirir.
İnsan öz tələbatlarını təmin etməlidir. Əgər belə bir imkan
yoxdursa, o, müvafiq tələbatı yaxın tələbatla əvəz etməli, hətta
lazım gəldikdə onu boğmalıdır. Özünün bu xüsusiyyətlərinə görə
tələbatlar konkret istiqamətə malik olur: insanı onları təmin etmək
4
Azərbaycan Respublikasının «Narkotik vasitələrin, psixotrop
maddələrin və prekursorların qanunsuz dövriyüyəsi ilə mübarizə
haqqında» Qanunun 1
-
ci maddəsində qeyd olunur: Narkoman
–
narkotik vasitələrin və psixotrop maddələrin süi
-
istifadəsi nəticəsində
narkotik vasitələrdən və psixotrop maddələrdən psixi və fiziki asılılıq
vəziyyətinə düşən, barəsində Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada narkoloji
-
tibb müəssisəsi
tərəfindən «narkoman» diaqnozu təyin edilmiş şəxsdir.
Eyni zamanda B.S.Zahidov düzgün olaraq göstərir ki, «əlbəttə
bu, «narkoman»ın qanunvericiliklə müəyyən edilmiş anlayışı olsa da,
təcrübədə bir çox hallarda ayrı
-
ayrı şəxslərin «narkoman»
adlandırılması üçün tibb müəssisələrinin bu diaqnozu təsdiq etməsinə
dair rməsi sənəd tələb edilmir və alınmır». Bax: Zahidov B.S.
Azərbaycanda narkotizmlə və narkobizneslə mübarizənin aktual
problemləri. Bakı, 2007, s.16.
üçün müvafiq üsul və vasitələr axtarmağa təhrik edir»
5
.
Əgər insanın narkotik vasitələrə olan meyli onun
psixikasının xüsusiyyətləri ilə əlaqədardırsa, deməli davranışın
əsas səbəbi və hərəkətverici qüvvəsini onun ehtiyacları təşkil edir.
İnsan ehtiyaclarının ən mühüm xüsusiyyəti ondan ibarətdir ki,
insan orqanizminin normal funksiya göstərməsi üçün onun
ehtiyacları ödənilməlidir. Bioloji və ya mənəvi ehtiyaclar üçün
müddət ödənilməmiş qala bilməz, belə ki, bu insan sağlamlığı və
psixikası üçün çox acınacaqlı nəticələrə gətirib çıxara bilər.
Narkotiklərə olan dəf edilməsi mümkün olmayan tələbat
(bura özünəməxsus narkotik abstinensiya
6
dövrünü də aid etmək
olar) yarandıqda, cinayətlərin motivi (xüsusi halda, zorakı), bir
qayda olaraq narkomanların kobud və zorakı hərəkətlərə,
«əlverişli» şəraitin fəal axtarışına daxilən hazır olması ilə bağlıdır.
Nəzərə almaq lazımdır ki, narkomaniya müxtəlif psixiki
patalogiyalarla sıx surətdə bağlıdır. Narkomanların əksəriyyəti
üçün əsəb-psixiki pozulmalar xarakterikdir.
Cinayətkarın şəxsiyyətini araşdırmaq üçün onun
tipologiyasını vermək zəruridir. Xüsusi ədəbiyyatın təhlili göstərir
ki, cinayətkar şəxsiyyətin tipologiyası verilərkən ya bioloji, ya da
sosial amillərə üstünlük verilir. Hazırda narkomaniyanın
inkişafında istər sosial, istərsə də bioloji amillərin təsiri heç bir
şübhə doğurmur. Lakin bu amillərin təsiri o qədər qarşılıqlı surətdə
bağlı və əlaqəlidir ki, hansıların mühüm, həlledici rol oynadığını
müəyyən etmək heç də asan məsələ deyildir.
5
B
ayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. Bakı, 2002, 620s.
6
«Narkoloji xidmət və nəzarət haqqında» 17 sentyabr 2001
-ci il tarixli
Azərbaycan Respublikası Qanununun 1.0.9.
-
cu maddəsində göstərilir
ki, «abstinent sindromu –
insan psixikasına təsir göstərən maddələrin
istehlakının qəflətən dayandırılması və ya onların antaqonistlərinin
təsiri nəticəsində yaranmış, psixi, somato
-
veqetativ və nevroloji
pozuntularla səciyyələndirilən, klinik təzahürləri və gedişatı həmin
maddələrin xarakterindən və istehlakın davamlılığından asılı olan
vəziyyətdir».
F.Y.Səməndərov, cinayətkarın şəxsiyyəti ilə bağlı
problemlərin kriminologiya elminin predmetinin tərkib hissəsi
olduğunu qeyd edərək, cinayətkarın şəxsiyyəti problemi ilə bağlı
öyrənilməsi nəzəri-praktiki əhəmiyyət kəsb edən məsələlər
dairəsinə «şəxsiyyətdə sosial və bioloji amillərin nisbətini» də
daxil edir
7
.
İ.V.Strelçuka görə narkomaniya çoxməchullu tənliyində
ekzogen, psixogen və endogen məchulların (dəyişənlərin)
mürəkkəb birləşməsi və əlaqəsi vardır. «Biz narkomaniyanın
konstitusion proqnozunu verə bilməsək də, eyni zamanda
narkomanlar və narkoman olmayanlar kimi antropoloji tiplərin
olduğunu söyləyə bilərik».
Daha sonra o qeyd edir ki,
«narkomanları müalicə edərkən aşkar etdik ki, narkotiklərə həddən
artıq aludə olanlardan 84,1%-də müxtəlif psixiki kənarlaşmalar var
idi: psixopatiya və sosiopatiya şəklində şəxsiyyət dəyişiklikləri
olan 55% kişilərdə ensefalopatiya və xarakteropatiya (12,6%),
nevroza oxşar vəziyyətlər (7,3%), endogen psixozlar (2,6%)
mövcuddur »
8
.
A.İ.Kondratenko da qeyd edirdi ki, «tərəfimdən müayinəsi
aparılan narkomanlardan 28,4%-də bu və ya digər psixopatoloji
təzahürlər qeydə alınmışdır»
9
.
İ.V.Strelçuk və digərləri göstərirlər ki, apardıqları
tədqiqatlar nəticəsində narkomanların xeyli hissəsində narkotiklərə
aludəçiliyə qədər şəxsiyyət patologiyasının əlamətləri aşkar
edilmişdir.
Bir sıra alimlər isə insanın şüurunun formalaşmasına
həlledici təsiri onun sosial-psixoloji özünəməxsusluğunun
7
Səməndərov F.Y. Kriminologiya. Ümumi hissə. Bakı, 2003, 162s.
8
Стрельчук И.В. Клиника и лечения наркоманией. М., 1956, 346с.
8
Бориневич В.В. Наркомании. М., 1963, 275с.
müəyyən etdiyini israr edirlər. Bu zaman insan şəxsiyyətinin
tamlığı baxımından bu neqativ təzahürün yayılmasında bioloji və
psixoloji amillərin də böyük rolu qeyd edilir.
Qeyd etməliyik ki, XX əsrin əvvəllərində müxtəlif bioloji və
biopsixoloji nəzəriyyələr yenidən yaranmağa və inkişaf etməyə
başladı (E.Kreçmer, U.Şeldon və b.). Bu dövrdə cinayətkarlığa
konstitusional, nəsillilik və irqi meyllilik nəzəriyyələri geniş
yayılmağa başladı. Bu nəzəriyyələr o əsasdan çıxış edirdi ki,
şəxsiyyətin xüsusi psixofiziki strukturu nəticəsində cinayətlərin
törədilməsinə meylli olan adamlar mövcuddur. Bu nəzəriyyələr,
cinayətlərin törədilməsinə xarici sosial amillərin təsirini inkar
etməsələr də, eyni zamanda belə hesab edirdilər ki, öz psixofiziki
strukturuna görə, cinayətləri törətməyə meylli olan fərdlər vardır
və məhz bu tip şəxslər bir sıra sosial amillərin təsiri altında ən
müxtəlif xarakterli cinayətlər törədirlər. Bu nəzəriyyələrdən
hazırda ABŞ, İngiltərə və başqa ölkələrdə istifadə olunur.
Hesab edirik ki, bu nəzəriyyələr narkomanların müalicəsi və
reabilitasiyası prosesində çox böyük əhəmiyyət kəsb edir.
ÜST-
nın məruzəsində narkomaniyanın səbəbləri haqqında
deyilir ki: «Narkomaniyanın əsas etioloji hipotezaları, onu:
narkomanın xarakterinin xüsusiyyətləri ilə, bu şəxsdə psixiki və ya
fiziki pozuntular ilə və ya sosial-mədəni təsir və ya sosial fəlakət
və iztirablar ilə əlaqəlidir»
10
.
Kriminologiyada ümumqəbul olunmuş belə bir müddəa
vardır ki, hər bir ayrıca götürülmüş şəxsiyyətin davranışı üç
səviyyəli hadisələrlə determinə olunur: ictimai mühitlə -
şəxsiyyətin sosial determinasiyasının ümumi səviyyəsi; bilavasitə
sosial əhatə (mikromühit); şəxsiyyətin formalaşmasına təsir
göstərən spesifik səbəblə və insanın daxili aləmi ilə.
10
Доклад ВОЗ «Молодеж и наркотики». Женева, 1974, №516, с.50-51.
Narkomaniya probleminin təkcə onu şərtləndirən əsas
səbəblər və amillər kompleksinin müəyyənləşdirilməsi baxımından
deyil, həm də bu səbəblərin təsir göstərdiyi şərait və hallar
baxımından da vacibdir
11
.
Hesab edirik ki; narkot
iklərin potensial istehlakçılarına
dolayı təsir metodlarına üstünlük verilməli, sosial-mədəni
stereotiplərin tədricən dəyişməsinə nail olunmalı; millətin psixi
sağlamlığının qorunması və psixi-sosial stresslərin profilaktikasına
yönəlmiş tədbirlər mühüm yer tutmalı; əhali arasında «risk
qrupu»nun müəyyən edilməsinə istiqamətlənmiş lazımi tədqiqat və
analiz aparılmalı, bu barədə təklif və tövsiyələr hazırlanaraq
müvafiq idarələrə verilməli; tibbi-hüquqi cəhətdən əsaslandırmanın
verilməsi və narkotiklərin qeyri-qanuni istehlakçılarının erkən üzə
çıxarılması üzrə kompleks tədbirlər həyata keçirilməli; yüksək
«risk qrupu» ilə profilaktik işin aparılması üçün müəllimlər, tibb,
sosial və hüquq-mühafizə xidmətlərinin əməkdaşları arasında
mütəxəssislərin hazırlanmasının təşkili və maddi maraq nəzərə
alınmaqla bu fəaliyyətə onların cəlb olunmasının adekvat təşkilatı
formalarını işləyib hazırlamalı; istər respublika, istərsə də regional
miqyasda kütləvi informasiya vasitələri üçün narkoloji təbliğat
xarakterli proqra
mların tərtibi məqsədilə elmi cəhətdən
əsaslandırılmış tövsiyələr hazırlanmalı, antinarkotik təbliğat
məsələləri üzrə kütləvi informasiya vasitələri ilə əməkdaşlığın
strategiyası formalaşdırılmalı və uyğun proqramların, çıxışların
effektivliyinin mütəmadi olaraq analizi təşkil edilməlidir.
Ölkəmizdə əhali arasında psixoprofilaktik işə maliyyə və
inzibati yardım üzrə tədbirlər regional və respublika səviyyəsində
işlənib hazırlanmalı və mərhələlərlə həyata keçirilməlidir. Sağlam
həyat tərzini təbliğ edən qeyri-hökumət təşkilatlarına dövlət
tərəfindən ən müxtəlif xarakterli kömək göstərilməlidir.
11
Əliyev Q.H. Narkomaniya və narkotizmlə mübarizə problemləri.
Bakı, 1999, 122s.
Son illər ölkəmizdə gedən sürətli iqtisadi inkişaf və uğurlu
islahatlar narkomaniya xəstəliyinə düçar olanlara tibbi köməyin
təşkili prinsiplərinə yenidən baxılmasına imkan verir. Onu da qeyd
etmək lazımdır ki, narkomanlığın qarşısının alınması probleminin
tez bir zamanda həllinin böyük əhəmiyyət kəsb etməsinə
baxmayaraq respublikamızda son zamanlara qədər narkoloji
xidmət köhnəlmiş yanaşma tərzləri ilə işləməkdə davam edirdi.
Qeyd etmək lazımdır ki, 1 sentyabr 2000-ci il tarixdə
qüvvəyə minmiş Azərbaycan Respublikasının Cəzaların İcrası
Məcəlləsinə məhkumların tibbi-sanitariya təminatı məsələlərini
tənzimləyən xüsusi maddə daxil edilmişdir. CİM-nin 93.2-ci
maddəsində göstərilir: «Cəzaçəkmə müəssisələrində məhkumlara
tibbi xidmət göstərmək üçün tibb-sanitariya hissələri, həmçinin
yoluxucu xəstələrin, alkoqolizm və narkomaniyaya düçar olanların,
insan immunçatışmazlığı virusu (NİV) ilə yoluxmuş xəstələrin
ambulator müa
licəsi və saxlanılması üçün müalicə müəssisələri
təşkil edilir. Azadlıqdan məhrum etmə növündə cəza çəkən
narkoloji xəstələrin narkoloji yardım almaq hüququnun hər hansı
şəkildə məhdudlaşdırılmasına yol verilmir. Azadlıqdan məhrum
etmə növündə cəza çəkən və abstinent sindromu vəziyyətində olan
narkoloji xəstələr digər xəstələrdən ayrı saxlanılır».
Hesab edirik ki, narkoloji tibb müəssisələrinin strukturunun
təkmilləşdirilməsi, maddi-texniki bazasının və kadr təminatının
yaxşılaşdırılması zəruridir.
Ona gö
rə də cəzaçəkmə müəssisələrində narkoloji xidmətin
təşkilinə yenidən baxılmalı və narkoman-məhkumların müalicəsi
və reabilitasiyası üçün xüsusi ixtisaslaşdırılmış (narkoloji xidmət)
cəzaçəkmə müəssisəsinin yaradılması vacibdir.
Bu baxımdan, 17 sentyabr 2001-ci il tarixdə narkoloji
xəstəliklərin və onların doğurduğu mənfi tibbi və sosial nəticələrin,
habelə bu xəstəliklərə düçar olmuş və onların ətrafında olan
şəxslərə ziyanın vurulması hallarının qarşısını almaq məqsədilə
narkoloji xidmət və nəzarət sahəsində həyata keçirilən tədbirləri
müəyyən edən və tənzimləyən «Narkoloji xidmət və nəzarət
haqqında» Azərbaycan Respublikası Qanununun qəbulu müsbət
qiymətləndirilməlidir.
«Narkoloji xidmət və nəzarət haqqında» Qanunun 4-cü
maddəsində narkoloji xidmət və nəzarət sahəsində dövlət
siyasətinin əsas prinsipləri olaraq aşağıdakılar göstərilir:
-
narkoloji xidmətin və nəzarətin həyata keçirilməsi zamanı
narkoloji xəstələrin narkoloji xəstəliklə əlaqədar təqib edilməsinin
istisna edilməsi;
-
narkoloji xəstəliklərin yayılmasının, onların doğurduğu
mənfi tibbi və sosial nəticələrin qarşısının alınması;
-
insan psixikasına təsir göstərən maddələrin istifadə
edilməsinin zərərli nəticələri barədə əhalinin məlumatlandırılması;
-
narkoloji xəstəliklərin vaxtında aşkar və müalicə edilməsi
yolu ilə onların qarşısının alınması;
-
narkoloji xəstələrin maddi vəziyyətindən asılı olmayaraq
onların narkoloji yardım almaq hüququnun təmin edilməsi;
-
narkoloji xəstələr və insan psixikasına təsir göstərən
maddələrdən sui-istifadə edən şəxslər tərəfindən hüquq
pozuntularının törədilməsi hallarının qarşısının alınması və
profilaktikası;
-
narkoloji xəstələrin və onların ailə üzvlərinin hüquqlarının
təmin edilməsi;
-
insan psixikasına təsir göstərən maddələrin qanunsuz
dövriyyəsi ilə mübarizə;
-
narkoloji xidmətin və nəzarətin məqsədlərinin təmin
edilməsi üçün dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının
fəaliyyətinin uzlaşdırılması.
Azərbaycanda «2007-2012-ci illəri əhatə edən dövrdə
narkotik vasitələrin, psixotrop maddələrin və onların
prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması
ilə mübarizə üzrə dövlət Proqramı» çərçivəsində həyata keçiriləcək
tədbirlər sırasında narkotik vasitələrdən və psixotrop maddələrdən
sui-
istifadə edən şəxslərin tibbi profilaktikası, müalicəsi və
reabilitasiyası üzrə tədbirlər də qeyd edilmişdir. Bundan əlavə,
Proqramın 3.5-ci bəndində 2007-2009-cu illərdə Ədliyyə Nazirliyi
Penitensiar Xidmətinin nəzdində beynəlxalq standartlara uyğun
ixtisaslaşdırılmış narkoloji tibb müəssisəsinin yaradılması, istintaq
təcridxanalarının və cəzaçəkmə müəssisələrinin nəzdində fəaliyyət
göstərən tibbi-sanitar hissələrinə həkim-narkoloq ştatların
ayrılması kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Qeyd
etməliyik
ki,
narkoman-məhkumlar
üçün
ix
tisaslaşdırılmış (narkoloji xidmət) cəzaçəkmə müəssisəsində
islah işi xüsusi qurulmalıdır. Narkomaniyanın profilaktikasında
uğurlu nəticəni yalnız mütəmadi olaraq məhkumlara onların
narkotik vasitələrdən istifadə etməsinin həm müəyyən olunmuş
qaydaların kobud surətdə pozulması olduğunu, həmçinin inzibati
heyət tərəfindən onların islahı və tərbiyəsi üçün görülən
tədbirlərdən onların şüurlu qaydada imtina etdiklərini və belə
davranışları nəticə etibarilə, onları şərti olaraq vaxtından əvvəl
azadlığa buraxılması imkanlarından məhrum etdiyini və bəzi
hallarda cinayət məsuliyyətinə gətirib çıxartdığını izah etməklə də
əldə etmək olar.
Əlbəttə bütün bunların cəzaçəkmə müəssisəsində cəza çəkən
məhkumlar arasında narkomanlığın yayılmasının qarşısının
alınmasına və islah prosesinin təşkil edilməsinə birbaşa aidiyyəti
var.
Hesab edirik ki, cəzaçəkmə müəssisələrində narkomanlığın
yayılmasına bir sıra amillər – islahın keyfiyyəti və fəaliyyətin
müasir dövrün tələbləri səviyyəsinə uyğun olmayan vasitələrlə
aparılması
təcrübəsinə
əsaslanması;
təbliğat-təşviqat
tədbirlərindəki çatışmazlıqların olması; tərbiyə və əməliyyat-rejim
qurumlarının əməkdaşlarının hazırlıq səviyyəsinin aşağı olması və
cinayətkarların yenidən islah olunmasında ictimai təşkilatların
iştirakının aşağı səviyyəsi ciddi təsir göstərir. Məhkumların islahı
və yenidən tərbiyəsindəki ciddi çatışmazlıqlar öz növbəsində həm
cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlar və həmçinin
digər şəxslər arasında narkomaniya və narkotizmin yayılmasına
qarşı effektiv mübarizə aparılmasına mənfi təsir göstərir.
Qeyd etmək lazımdır ki, cəzaçəkmə müəssisələrində cəza
çəkən istər narkotiklərlə bağlı cinayətlərə görə məhkum
edilmişlərin və istərsə də narkoman məhkumlarla bağlı
statistikanın geniş təhlili bu sahədə ciddi və əməli addımların
atılmasını tələb edir. Belə ki, narkotiklərlə bağlı cinayətlərə görə
azadlıqdan məhrum edilmiş və cəzaçəkmə müəssisələrində cəza
çəkən məhkumlar respublikanın cəzaçəkmə müəssisələrində cəza
çəkən ümumi məhkumların 2000-ci ildə 19%-ni, 2006-cı ildə isə
28,8%-
ni təşkil etmişdir. Narkoman diaqnozu ilə barələrində
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93-cü
maddəsinə əsasən məcburi müalicə təyin edilmiş və cəzaçəkmə
müəssisələrində cəza çəkən narkoman-məhkumlar cəzaçəkmə
müəssisələrində cəza çəkən ümumi məhkumların 2000-ci ildə
9,5%-ni, 2006-
cı ildə isə 17,1%-ni təşkil etmişdir. B.S.Zahidovun
düzgün qeyd etdiyi kimi, «cəzaçəkmə müəssisəsində olan
cinayətkar narkoman – narkomanların ən təhlükəli tipidir.
Azadlıqdan məhrum etmə yerlərində məhkum olunanların xeyli
hissəsi azadlıqda edə bilmədiklərini məhz həmin müəssisədə
həvəslə etməyə meyl göstərirlər. Məsələ burasındadır ki,
cəzaçəkmə müəssisəsinin mühiti burada cəza çəkənlər üçün başqa
bir aləmi xatırladır. Məhz burada bekarçılıq üzündən, yaxud maraq
üçün azad həyatda tütünün nə olduğunu bilməyən məhkum siqaretə
qurşana, «çifir»dən, yaxud spirtli içkilərdən və ya narkotik
vasitələrdən istifadə etməyə başlayır. Cəzaçəkmə müəssisəsində
narkoman olmuş məhkum azadlığa çıxdıqdan sonra da cinayətkar
mühitdən asılı vəziyyətdə qalır. O, narkotik vasitələr naminə öz
cinayətkar himayədarlarının bütün tapşırıqlarını sözsüz yerinə
yetirmək məcburiyyətində qalır və onları mütəmadi olaraq narkotik
və psixotrop maddələrlə təmin edir. Deməli, azadlığa buraxılan
narkoman yenə də sanki məhbus olaraq qalmaqda davam edir».
12
Onu da qeyd etmək yerinə düşər ki, 2006-cı ildə
Azərbaycan Respublikası üzrə narkoloji tibb müəssisələrində rəsmi
qeydiyyatda olan ümumi narkomanların 13,9%-ni cəzaçəkmə
müəssisələrində cəza çəkən narkoman-məhkumlar təşkil etmişdir.
Bununla yanaşı narkotiklərlə bağlı cinayətlərin resedivi problemi
də böyük maraq doğurur. Belə ki, ölkənin «ciddi rejimli»
cəzaçəkmə müəssisələrində cəza çəkən ümumi məhkumlar
arasında təkcə 2000-ci ildə narkotiklərlə bağlı cinayətlərə görə
məhkum edilmişlərin xüsusi çəkisi 28,1%, narkoman məhkumların
xüsusi çəkisi isə 18,7% olmuşdur. Yuxarıda qeyd olunan statistik
rəqəmləri analiz etsək görərik ki, göstəricilərdə gənc nəslin (18-35
yaş) xüsusi çəkisi üstünlük təşkil edir ki, bu da problemin
ciddiliyinə dəlalət edir. Belə ki, ciddi rejimli cəzaçəkmə
müəssisələrində cəza çəkən narkotiklərlə bağlı cinayətlərə görə
məhkum edilmişlərin 2000-ci ildə 59%-ni, 2002-ci ildə isə 60,9%-
ni; narkoman-
məhkumların 2000-ci ildə 68,7%-ni, 2002-ci ildə isə
72,6%-ni 18-
35 yaşlarda olanlar təşkil etmişdir. Qeyd etmək
lazımdır ki, «məhkumluq narkotik vasitələrin və psixotrop
maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətmiş
cinayətkarların şəxsiyyətini xarakterizə edən əlamətlərdən
biridir…. Azadlıqdan məhrum etmə yerlərində cəza çəkən
yeniyetmə və gənclər əksər hallarda nəinki narkomanlıqdan əl
çəkmir, əksinə, özünün öldürücü vərdişi ilə cinayətkar təcrübə və
«peşə ustalığı» toplayırlar. Cəzaçəkmə yerlərindən azadlığa
bu
raxılan yetkinlik yaşına çatmayanların əksəriyyəti cəmiyyət
əleyhinə baxışlar əldə edirlər»
13
.
12
Zahidov B.S. Azərbaycanda narkotizmlə və narkobizneslə
mübarizənin aktual problemləri. Bakı, 2007, s.313.
13
Zahidov B.S. Azərbaycanda narkotizmlə və
narkobizneslə
mübarizənin aktual problemləri. Bakı, 2007, s.289
-290.
Bundan əlavə, narkotiklərlə bağlı cinayətlərə görə 2006-cı
ildə cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumların 28,4 %-
ni təkrar cinayət törətmişlər təşkil etmişdir.
Bununla yanaşı, cəzaçəkmə müəssisələrində narkotiklərlə
bağlı qeydə alınmış cinayətlərin sayı 2000-ci ildə törədilmiş
ümumi cinayətlərin 14,6 %-ni, 2006-cı ildə isə 63,6 %-ni təşkil
etmişdir (2000-ci illə müqayisədə narkotiklərlə bağlı cinayətlər
2006-
cı ildə 7,3 dəfə artmışdır). Aşkar olunmuş bu cinayət faktları
üzrə 2000-ci illə müqayisədə 1,5 dəfə çox narkotik vasitələr
götürülmüşdür.
Bu statistik məlumatlar problemin mürəkkəbliyini
göstərməklə, narkoman-məhkumların müalicə və tərbiyə işinin
səmərəli təşkil olunması istiqamətində ciddi tədbirlərin
görülməsini tələb edir.
Qeyd etmək yerinə düşərdi ki, «Narkotik vasitələrin,
psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi
haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
b
arədə» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust
tarixli 280 nömrəli Fərmanının 1.19-cu bəndinin icrasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
tərəfindən 26 yanvar 2006-cı ildə «İxtisaslaşdırılmış tibb
müəssisəsində məcburi müalicənin Şərtləri və Qaydaları» təsdiq
edilmişdir ki, bu Qaydalar da narkomanlıq xəstəliyinə düçar olmuş
şəxslərin ixtisaslaşdırılmış tibb müəssisələrində məcburi
müalicəsinin şərtləri və qaydalarını müəyyən edir. Qaydalara görə,
məcburi müalicədə olan xəstəyə aşağıdakı müalicə planı tətbiq
olunur:
-
ildə bir dəfə rentgen-müayinə;
-
altı ayda bir dəfə ümumi və klinik labarotor müayinələri;
-
ildə bir dəfə instrumental müayinələr;
-
yoluxucu xəstəliklərin müayinəsi (QİÇS, hepatitlər, vəba
və s.);
-
somatik statusun müayinəsi və hər-hansı bir xəstəlik
aşkar edildikdə, onun müvafiq qaydada müalicəsini təmin etmək;
-
ehtiyac olduqda, digər mütəxəssislərin müayinəsindən
keçirilməsi;
-
ilk iki ay ərzində xəstənin vəziyyəti haqqında gündəliklərin
3 gündən bir yazılması. Növbəti bir ay ərzində həftədə bir dəfə,
qalan müalicə müddətində ayda bir dəfə yazıla bilər.
Hesab edirik ki, xüsusi ixtisaslaşdırılmış (narkoloji xidmət)
cəzaçəkmə müəssisəsində cəza çəkən narkoman-məhkumlarla
tərbiyəvi iş onların xəstəlik müddətini və sağalma mərhələsini
nəzərə almaqla aparılmalıdır. Burada məcburi müalicə prosesi -
adaptasiya, əsas və yekundan ibarət olmaqla 3 mərhələdə
aparılmalıdır:
birinci (adaptasiya) mərhələ stasionarda qalma müddətini
əhatə edir. Burada narkotik vasitələrdən imtina zamanı yaranan
əsas nasazlıqların aradan qaldırılması və fəal qaydada terapevtik,
həmçinin əmək prosesinə və cəzaçəkmə müəssisəsində saxlanma
şəraitinə uyğunlaşma vərdişi yaradılmalıdır. Bu prosesin
davamlılığı 3-4 aya qədər olmalıdır;
ikinci (əsas) mərhələdə narkotik vasitələrdən tam təcrid
olunmuş şəraitdə əmək vərdişlərinin yaradılması və
möhkəmləndirilməsi, eləcə də müsbət sosial-əxlaqi qaydalara
riayət olunması kimi xüsusiyyətlər aşılanmalıdır. Bu mərhələ 8-12
ay davam etməlidir;
üçüncü (yekun) mərhələdə tərbiyəvi vasitələrin köməyi ilə
narkotik vasitələrdən imtinanın, həmçinin bu xəstəliyə və onun
gətirib çıxardığı sosial nəticələrə tənqidi münasibətin möhkəm
əsasları hazırlanmalıdır. Bu mərhələdə məhkumların gələcəkdə işə
düzəlmə və digər sosial problemlərinin həlli perspektivlərinin real
planları qurulmalıdır. Bu mərhələnin davam etmə müddəti 4-6
aydan az olmamalıdır.
Xüsusi ixtisaslaşdırılmış (narkoloji xidmət) cəzaçəkmə
müəssisəsində narkomaniyanın profilaktikasını özündə ehtiva edən
qabaqlayıcı tədbirlərin həyata keçirilməsi zamanı birinci mərhələdə
tərbiyəvi işlərin aparılması üçün müəyyən çətinliklərin meydana
çıxması təbiidir. Bu mərhələdə aparılan tərbiyəvi-islah işlərinin
əsasını tibbi xarakterli tövsiyələr təşkil edir və tərbiyəvi işlərin adi
formaları az effektlidir. Belə ki, tərbiyəvi işlərin aparılması ilk
növbədə, narkomanların psixo-fiziki vəziyyətinin xüsusiyyətlərinə
əsaslanmalıdır. Narkomanların psixo-fiziki halı dedikdə, buraya
təbliğat-təşviqat tədbirlərinə zəif reaksiya göstərmək, pis əhval,
müxtəlif somatik, vegetativ və psixiki pozğunluqlar, həmçinin
aşağı əmək qabiliyyətinə malik olma daxildir. İlk vaxtlar bu
kateqoriyaya aid olan şəxslərlə münasibətdə psixoterapiya və
rasional əmək terapiyası metodlarından istifadə etmək gərəkdir.
Müəssisədə narkomanların adaptasiya mərhələsində xüsusi əmək,
istirahət rejimi yaratmaq, həmçinin xüsusi tərbiyə metodlarından
istifadə etmək vacibdir. Bununla əlaqədar olaraq, (xüsusi
müəssisədə) xüsusi «bölüşdürmə dəstəsi» (qruplar) təşkil
olunmalıdır. Xəstələrin bu tip dəstələrdə qalması onların əmək-
müalicə prosesinin sonrakı mərhələlərində nəzərdə tutulan
vərdişləri qavramaq qabiliyyətini kifayət qədər artıra bilər.
Qeyd etmək istəyirik ki, narkomanların müalicə prosesinin
ikinci və üçüncü mərhələlərində cəzaçəkmə müəssisəsində ənənəvi
qaydada təşəkkül tapmış tərbiyəvi-islah təsir metodları və
vasitələrindən istifadə etmək olar. Lakin biz hesab edirik ki,
xəstələrin bu qrupunun ikinci dərəcəli (kateqoriyalı və ya
mərhələli) xüsusi dəstəyə daxil etmək, eləcə də əgər müalicə
olunan məhkumların sayı imkan verirsə, onları müalicə
mərhələlərinə müvafiq qaydada iki dəstəyə ayırmaq daha
məqsədəuyğun olardı. Müalicəyə təzəcə başlamış məhkumları isə
ayrıca, digər məhkumlardan təcrid olunmuş lokal dəstədə
yerləşdirmək daha yaxşı olardı.
Narkomanların birinci dərəcəli dəstədən (qəbuledici-
bölüşdürücü dəstə) digər kateqoriyalı dəstəyə köçürülməsi müalicə
edən həkim-narkoloqun, psixoloqun, psixiatrın və müəssisənin
rəisi tərəfindən müvafiq qaydada təyin edilmiş dəstə rəislərinin
birgə qərarına uyğun şəkildə həyata keçirilməsi məqsədəuyğundur.
Narkomanın müalicəsindən sonrakı mərhələ keçmişlə
qurtarmaq cəhdi kimi xarakterizə olunur, həyata baxışlar dəyişilir.
Ancaq bu dövrdə xəstəliyin qayıtma təhlükəsi qalmaqdadır. Ona
görə də xəstəni fəal qaydada kütləvi mədəniyyət, idman və
sağlamlaşdırma tədbirlərinə cəlb etmək vacibdir.
Narkomanların islah olunma və müalicəsinin növbəti
mərhələsi üçün psixiki pozğunluqlar xarakterikdir. Bu mərhələ
zamanı müalicə olunan xəstələrdə əsəbilik, həyata, əməyə marağın
azalması kəskin formalarda özünü büruzə verir. Ona görə də vahid
pedaqoji-
rejim tələblərinin təmin olunmasına xüsusi diqqət
yetirmək lazımdır.
Bu baxımdan misal kimi qeyd etmək yerinə düşər ki,
Rusiyanın xüsusi ixtisaslaşdırılmış cəzaçəkmə müəssisələrində
narkomanların saxlanması üçün vahid pedaqoji-rejim prosesinin
yaradılmasında müalicəvi-tərbiyəvi işlərin cari və perspektiv
planlaşdırılması əsas şərt kimi irəli sürülür. Bu planlaşdırmada
cəzaçəkmə müəssisəsinin hər bir hissəsi və ya xidmətin, idarə edən
orqanların və ictimaiyyətin nümayəndələrinin fəaliyyəti təfsilatı ilə
göstərilir, eləcə də müəssisənin hər bir əməkdaşının konkret rolunu
müəyyən edərək, onların səylərini «hər bir əməkdaş – tərbiyəçi»
prinsipinə əsaslanan ümumi sistemə yönəltmək məqsədi güdülür.
Tərbiyə-profilaktik işlərin planlaşdırılması zamanı müxtəlif
kateqoriyalı cinayətkarların islahı sahəsindəki bütü praktiki təcrübə
istifadə edilməlidir.
Bununla əlaqədar olaraq cəzaçəkmə müəssisələrində
narkomaniyanın qarşısını almaq məqsədilə tərbiyəvi işlərin cari,
perspektiv və xüsusi planlaşdırmanın təşkilati, təbliğat-təşviqat,
mədəni-maarifləndirmə və profilaktik xarakterini nəzərə almaqla
kompleks tərbiyəvi metodların işlənib hazırlanması zəruridir.
Düzgün planlaşdırma metodik və tibbi komissiyaların, tibb xidməti
və pedaqoji kollektivlərin üzvlərinin kompleks planın işlənməsində
fəal iştirakını nəzərdə tutur. Bu zaman planların məzmunu və
strukturu, onların bütün müəssisələrdə tətbiqi məsələsində sərt
məhdudiyyətlər olmamalıdır. Belə ki bütün bunlar bir sıra mühüm
faktorlardan asılıdır: cəza çəkən şəxslər arasında əməliyyat şəraiti,
saxlanma rejimi və nizam-intizamın vəziyyəti; dəstələrin müalicəvi
və istehsalat fəaliyyətinin səviyyəsi; özfəaliyyət təşkilatları, klub
və kitabxanaların işinin səmərəliliyi; dəstə rəislərinin
ixtisaslaşdırılması, tərbiyəçilərdən ibarət olan xüsusi komissiyalara
cəlb edilmiş əməkdaşların öz xidməti vəzifələrini yerinə yetirmək
qabiliyyəti; dəstə və xidmət əməkdaşlarının tərbiyəvi işlərə və
t
ərbiyəvi metodların tədrisinə cəlb olunması, onların arasında
qarşılıqlı əlaqələrin inkişafı və möhkəmləndirilməsi məqsədilə
şəxsi heyət üçün tədbirlərin keçirilmə və təşkilində tərbiyəvi
məsələlərin rolu və yeri.
Tərbiyəçilər tərəfindən planlaşdırılan ümumprofilaktik islah
tədbirləri cəzaçəkmə müəssisəsində cəza çəkən bütün məhkumlara
aid olmalıdır. Qeyd etmək lazımdır ki, məhkumlarda
narkomaniyaya dözümlülük barədə ictimai fikrin yaradılmasına və
nəzarətçi, əməliyyat-rejim xidməti ilə qarşılıqlı əlaqənin
təkmilləşdirilməsinə, həmçinin onlarda yaxşı əhval-ruhiyyənin
saxlanılmasına və həyatlarının çətin, böhranlı məqamlarında
vaxtında kömək göstəriləcəyinə xüsusi diqqət yetirilməlidir.
Sözsüz ki, narkomaniyanın profilaktikası və narkomanların
yenidən islah edilməsi üçün tərbiyə prosesinin planlaşdırılmasında
vahid müalicə və tərbiyəvi tədbirlər sistemi təmin olunmalıdır.
Burada məhkumların xüsusi tərkibinin və müəssis əməkdaşlarının
konkret fəaliyyət şəraitinin müəyyənləşdirilməsi məqsədəmüvafiq
olardı.
Na
rkoman xəstələrlə aparılacaq effektli metod seminar
məşğələsidir. Bu seminarlar özündə mühazirə məlumatlarının
tezislərini cəmləməli və onlar müstəqil olaraq ədəbiyyat
məlumatlarını oxumalı və əsas məsələlər barəsində müzakirələr
aparılmalıdır. Əlbəttə bu metod məşğələnin aparılmasına ciddi
hazırlığı tələb edir. Mühazirələrdə əyaniliklə səciyyələnən
məlumatlar dəqiq olmalıdır. Belə ki, dinləyici məhkumlarda
narkotik istehlakından çəkindirən tibbi dəlillərə maraq yaratmaq
üçün təşviqat, texniki vasitələrdən (sənədli və xüsusi filmlərdən,
diaqramlardan, cədvəllərdən) istifadə etməklə onların diqqətini və
fəallığını artırmaq lazımdır. Belə vəziyyətdə hər bir narkoman
xəstənin fərdi xüsusiyyətini onun əməyə, təhsilə, insanlara
münasibəti nəzərə alınmalıdır. Hesab edirik ki, qruplarda
məhkumların sayı 15-20 nəfər olması məqsədəmüvafiq olar. Çox
vaxt narkomanlar tez-
tez yaddaşın olmamasını, orqanizmin zəif
olması və müvafiq materialın çətin qavranıldığını söyləyirlər. Ona
görə də yaxşı olar ki, çətin fənlər üzrə məşğələnin müddəti 20-25
dəqiqə arasında aparılmaqla fasilələrin vaxtı uzadılsın. Qeyd etmək
istəyirik ki, narkotiklərin istehlakının zərəri barədə mühazirə və
söhbətlər aparılarkən bura narkotik istehlak etməyən məhkumları
da cəlb etməyə tələsməyək. Çünki, bu neqativ nəticə verər və
həmin məhkumlarda da narkotiklərin istehlakına meyl yarana
bilər. Mühazirələrin oxunmasına tibb müəssisə və təşkilatlarından
təcrübəli mütəxəssislər cəlb etmək lazımdır. Onlar tərəfindən
mühazirələr oxunarkən və söhbətlər aparılarkən narkotiklərin
öldürücü təsiri barədə konkret misalların gətirilməsi
məqsədəmüvafiq hesab edilməlidir.
Cəzaçəkmə müəssisələrində narkomaniya və narkotizmin
profilaktikası məqsədilə həyata keçirilən tərbiyəvi proses zamanı
izahedici mühazirələrin, maarifləndirmə-sanitar işlərin aparılması
mühüm əhəmiyyət kəsb edir. Lakin bugünədək bu məsələ ilə bağlı
vahid mövqe yoxdur və fəal məhkumların bu funksiyanın yerinə
yetirilməsində iştirakı normativ qaydada müəyyən olunmamışdır.
Narkotik vasitələrdən istifadənin zərəri ilə bağlı profilaktik tədbirə
cəlb olunmuş fəal məhkumlar tərəfindən aparılacaq
maarifləndirmə-sanitar
və
tibbi
təbliğat
cəzaçəkmə
müəssisələrindəki tibbi bölmələrin, tibb idarəsinin və həmçinin
müəssisə rəisinin, dəstə rəislərinin və əməliyyat-rejim
əməkdaşlarının ciddi nəzarəti altında olmalıdır.
Bundan əlavə, tədris proqramına tərbiyəvi işlərin kompleks
planını daxil etmək məqsədəuyğun olardı. Bu proqram
çərçivəsində tibbi və narkoloji xidmət orqanlarının nümayəndələri,
psixoloq və psixiatrlar mühazirələr oxumalı və narkomaniya ilə
mübarizəyə həsr olunan seminarlar keçirməlidirlər.
Son illərdə məhkumların narkotiklərin təsiri haqqında
məlumatlığı artmışdır. Çox təəssüflə qeyd etmək istəyirik ki, bir
çox hallarda təbliğat tədbirləri arzu olunmaz nəticələrə gətirib
çıxarır. Bu halların dərindən öyrənilməsi təbliğatın təşkilinə
yanaşmada ciddi çatışmazlıqların olduğunu göstərir.
Antinarkotik təbliğatda abstrakt təhlükə obrazı məhkumların
şüuruna daxil olmur və onlarda gözlənilən həyəcan yaratmır. Qeyd
etmək lazımdır ki, apardığımız tədqiqatlar göstərir ki, narkotik
istehlakçılarına narkotiklərdən sui-istifadənin nəticələri məlumdur.
Amma alınan həzzin fonunda bu məlumat yayındırıcı, ikinci
dərəcəli və s. kimi dərk olunur. Nakomaniyanın qaraciyər, mədə və
digər xəstəliklərin yaratması barədə amillərə narkomanlar demək
olar ki, əhəmiyyət vermirlər və onların düzgün olmayan məlumat
verdikləri fikrindədirlər. Tərbiyəçilərin apardığı söhbətləri
məhkumlar qeyri-inandırıcı qəbul edirlər və hesab edirlər ki,
narkotiklər bir sıra xəstəliklərin müalicəsi üçün vasitədir, onun
möcüzəli xüsusiyyətləri vardır.
B.M.Əsədov qeyd edir ki, «Narkotik maddələrin uzun
müddətli və mütəmadi sui-istifədəsi insanın bioloji varlığına
öldürücü təsir göstərir, daxili üzvləri, əsasən, qaraciyəri dağıdır,
mərkəzi sinir sistemini ciddi şəkildə deformasiyaya uğradır»
14
.
Psixoloji və pedaqoji mövqedən narkomaniyanın
profilaktikasına istiqamətlənmiş tərbiyəvi təsir prosesini təşkil
etmək üçün narkomanların şəxsiyyətini xarakterizə edən əsas
səciyyəvi cəhətləri nəzərə almaq lazımdır. Onların əsas aparıcı
xarakteri qeyri-
daimilikdir (iradəsizlik). Narkomanların edə
biləcəkləri hərəkətləri əvvəlcədən görmək mümkün deyil. Onların
davranışında borc, vəzifə anlayışları silinərək yox olur. Ona görə
ki, narkomanlar bütün arzularını, maraqlarını və niyyətini tək bir
yanğıya – narkotikə xəstəcəsinə aludəliyə dəyişiblər.
Narkomanların davranışında yalançılığın yaranması və
formalaşması səbəbindən onlarla tərbiyəvi-qabaqlayıcı işlərin
aparılması çox çətin və mürəkkəbdir. Narkomanlar tərbiyəvi
tədbirləri demək olar ki, həmişə düzgün dərk etmirlər. Onlar
özlərini əslində olduğundan yaxşı göstərməyə çalışırlar, hansısa
yaxşı bir hərəkətlərini xüsusi bacarıq kimi yüksək qiymətləndirir,
özlərini çox savadlı amma yaddan çıxmış və düşmənlərinin marağı
naminə tanınmamış qurban olduqlarını hesab edirlər. Davranışları,
yersiz kobud zarafatları, yüngül fikirlilik nəticəsində hansısa
əməlin törədilməsi və s. tərbiyəvi işin keyfiyyətinə mənfi təsir
göstərir.
Narkotiklər ən güclü, ağıllı, iradəli adamları da məhv edir.
Narkotiklərin məhvedici təsirinə heç kim tab gətirmək iqtidarında
deyildir.
Mütəxəssislər, xüsusilə həkimlər və hüquqşunaslar üçün,
«narkoman» anlayışı birmənalı deyildir: narkoloqlar üçün, bu
müalicəsi vacib olan xəstədir və bu müalicə nə qədər tez aparılarsa
xilas edilmiş adamların sayı da bir o qədər çox olacaqdır;
hüquqşünaslar üçün - o həm xəstədir, həm də eyni zamanda sosial-
təhlükəli şəxsiyyətdir
6
.
Narkotik vasitələrin istehlakının erkən mərhələsində
narkomanın şəxsiyyəti onu əhatə edən adamlardan o qədər də
fərqlənmir. Lakin narkotik vasitələrə aludəçiliyin sonrakı
mərhələlərində narkomanın şəxsiyyətini fərqləndirən və onun
deqradasiyasının müəyyən dərəcəsini obyektiv olaraq göstərən
x
arakterik əlamətlər daha parlaq təzahür edir.
Narkomanın
şəxsiyyətinin
özünəməxsus
psixoloji
xüsusiyyətləri vardır. Narkoman, yalnız bu kateqoriyalı şəxslərə
məxsus olan həyat tərzi keçirir. Yenicə narkotik qəbul etməyə
14
Əsədov V.M. Narkomaniyanın erkən aşkar olunması, diaqnostikası
və profilaktikasında təxirəsalınmaz tədbirlər//Antinarkotizm. Bakı,
başlayan narkoman öz davranışını sosial anomaliya hesab etmir.
Onlar öz davranışı və hərəkətlərinə bəraət verərək, həyatlarında
qorxulu heç nə baş vermədiyini və cəmiyyət üçün heç bir təhlükə
kəsb etmədiklərini hesab edirlər. Narkomanlarda aktiv həyat
tərzindən kənarlaşmaya bəraət vermək arqumentləri kifayət
qədərdir. Məsələn, apardığımız sorğuda iştirak edən narkomanlar
bildirirlər ki, özlərini mənəvi-əxlaqi cəhətdən pozğun adamlar
hesab etmirlər, çünki hay-küy salmırlar, şəhərdə avaralanmırlar,
cinayət törətmirlər.
Psixikanın əhəmiyyətli elementi kimi iradə, narkomanlarda
zəifdir və ciddi dəyişmələrə məruz qalıbdır. Qətiyyətlik,
inadkarlıq, mətinlik və başqa bu kimi iradəvi keyfiyyətlər öz şəkil
və görkəmini dəyişir və digər məzmun və məna daşımağa başlayır.
Belə ki, qətiyyətlik müəyyən istiqamətlikdə təzahür edir - təki
(nəyin bahasına olursa olsun) narkotik dozasını qəbul etmək.
Narkotiklərdən imtina kimi qəti qərara onların bir çoxunda nə
cəsarət, nə də iradə gücü vardır. Hərəkət və əməllərinə görə
məsuliyyət, qorxu hissi, xəstəlik – yalnız azlarının dəf edə bildiyi
narkomaniya qarşısında çıxılmazlıq, çarəsizlik, qətiyyətsizlik,
iradəsizlik və psixikanın pozulmasını doğurur. Mətinlik əvəzinə
ekspansivlik elementləri yaranır. Eyforiya zamanı narkomanlar
əksər hallarda özlərini ətrafda baş verənlərə etinasız, biganə
aparırlar. Lakin narkotik vasitələrin təsiri kəsilən kimi və onları
əldə etmək imkanı olmayan zaman, onlar tamamilə dəyişir,
narahat, əsəbi və təcavüzkar olurlar.
Narkotik vasitələrdən orqanizmin sabit asılılığı yaranan
zaman nar
komanın müəyyən antisosial istiqamətliyi, yalnız ona
xas olan xarakterin səciyyəvi cizgiləri formalaşır. Narkotik
vasitələrlə bağlı qeyri-qanuni əməllərə və hərəkətlərə görə cinayət
məsuliyyəti ilə bağlı narkomanlar obyektiv olaraq özlərini
cəmiyyətdən kənara çəkir ki, bu da onlarda öz həyat tərzlərində
müəyyən dəyişikliklər etməyə vadar edir. Narkomanlar kənar
1999, №2
-3, s.27.
şəxslərdən gizli hərəkət etməyə məcbur olurlar, çünki
sağalmalarına ümid bəsləmirlər, özlərini çıxılmaz vəziyyətə
düşmüş hesab edirlər. Gizli fəaliyyət, özünü ətrafdakılardan təcrid
etmələri nəticəsində onlar öz vəziyyətlərini daha da ağırlaşdırırlar
və getdikcə sosial-faydalı əlaqə və maraqları itirərək cəmiyyətdən
daha da kənarlaşırlar. İlk vaxt bu fərq o qədər də nəzərə çarpmır və
onlara yaxın olan adamlar onların davranışlarında ciddi
dəyişmələri hiss etmirlər (narkotiklərin istehlakı stajından asılı
olaraq bu dəyişmələr daha parlaq təzahür etməyə başlayır).
Eyni zamanda narkomanlar cəmiyyətin xidmətlərindən
imtina etməyə və onları yaxın adamlarla bağlayan sosial telləri
qırmağa tələsmirlər. Onlar cəmiyyətlə müəyyən formal
münasibətlərin saxlanılmasında maraqlıdırlar və narkotik vasitələrə
özlərinin aludəçiliyini gizlətmək üçün tədbirlər görürlər. Lakin
burada da onların davranışında bəzi xüsusiyyətlər özünü göstərir:
gizlilik elementləri, yalan, fiziki sağlam adamlara qarşı qəzəblilik
və paxıllıq hiss olunacaq dərəcədə üstünlük təşkil edir.
Psixikadakı dəyişmələr istehlak olunan narkotik vasitələrin
növü ilə sıx qarşılıqlı əlaqədə baş verir. Məsələn, kannabis qrupuna
daxil olan narkotiklər qəbul edənlərdə heroin və digər güclü təsir
edən narkotiklərə aludə olanlara nisbətən şəxsiyyətin deqradasiyası
yavaş templərlə gedir.
Heroin, kokain və digər güclü təsir edən «ağır» narkotikləri
qəbul edənlər cəmiyyət üçün iki səbəbə görə daha çox təhlükəli
hesab edilirlər: birincisi, onların şəxsiyyətinin deqradasiyası və
cəmiyyətin tam hüquqlu vətəndaşı kimi aktiv həyat tərzindən
kənarlaşması prosesi çox sürətlə gedir; ikincisi onların qəbul
etdikləri narkotiklər qara bazarda kannabisdən çox bahadır və bu
səbəbdən onları istehlak edən şəxslər tamah və digər ağır
cinayətlərin törədilməsinə daha çox meyllidirlər.
Narkotik vasitələrə vərdiş (öyrəşmə) müddətləri də
narkomanın özünün şəxsiyyətindən, yaş xüsusiyyətlərindən və
narkotik vasitələrin təsir gücündən asılı olaraq müxtəlifdir.
Çox zaman narkomanlarla əlaqə və ünsiyyətdə olan adamlar
da narkotiklərin pərəstişkarları olurlar: narkoticarətçilər,
narkotikləri hazırlayanlar və narkotik vasitələrin istehsalı üçün
tiryəkxanalar saxlayanlar, yaxınları və digərləri. Onların bir çoxu
əvvəllər narkotikləri qəbul etməsələr də, lakin sonradan
narkomanlar tərəfindən psixoloji təsirlərə məruz qalırlar. Daxilən
istehlaka hazır olaraq, onlar öz həyatlarının böhranlı anında
t
əəccüb doğuran asanlıqla narkotiklərin bihuşedici təsirinə
düşürlər.
Qadınlar arasında narkotiklərin «pərəstişkarları», bir qayda
olaraq, narkomanların həyat yoldaşları və məşuqları olur.
Narkomaniya və narkotizmlə mübarizə təcrübəsinin göstərdiyi
kimi, be
lə qadınlar narkotik vasitələrin istehlakı üzrə tiryəkxanaları
saxlayanlar olur, ya da öz mənzillərini bu məqsədlərlə verənlər və
ya narkotik vasitələrin qanunsuz dövriyyəsi sahəsində ixtisaslaşan
cinayətkar dəstələrin fəal üzvünə çevrilirlər.
Bundan başqa yaddan çıxartmaq olmaz ki, qeydiyyata və
azadlıqdan məhrumetmə yerlərinə narkotik istehlakçılarının az
hissəsi düşür. Qeyd etmək lazımdır ki, qadın cəzaçəkmə
müəssisəsində cəza çəkən məhkumlar arasında narkotiklərlə bağlı
cinayətlərə görə məhkum edilmişlərin xüsusi çəkisi 2000-ci ildə
24,7%, 2002-
ci ildə isə 25,5% olmuşdur. Narkoman məhkumların
xüsusi çəkisi isə 2000-ci ildə 3,9%, 2002-ci ildə 5,2% olmuşdur.
Müqayisədə olduqca az görünən bu faizin arxasında aparılan
tədqiqatların məlumatlarının göstərdiyi kimi, respublika
miqyasında narkomaniyaya aludə olan yüzlərlə qadınlar durur.
«Tibbi – bioloji nöqteyi-
nəzərdən qadın orqanizmi kişi
orqanizminə nisbətən daha zərif və müdafiəsiz hesab olunur. Belə
zərif orqanizm nəinki narkotik vasitələrin, hətta tünd içkilərin təsiri
altında sürətlə dağılmağa başlayır. Qadın xarakterinin emosional
xüsusiyyətləri sayəsində onların narkotik vasitələrdən və psixotrop
maddələrdən psixoloji asılılığı daha güclü olur və sonradan onu
aradan qaldırmaq mürəkkəbləşir, bəzi hallarda isə, ümumiyyətlə,
mümkün olmur»
15
.
Qeyd edildiyi kimi qadın narkomanların sayının az və ya
çox olmasından asılı olmayaraq qadın və kişilərin biososial
funksiyaların-da məlum fərqləri inkar etmək və nəzərə almamaq da
olmaz. Narkomaniya, ümumiyyətlə insanın, onun fiziki, psixi və
sosial mövcudluğunun özü üçün böyük təhlükədir, qadın
narkomaniyası isə, fikrimizcə, izahı və şərhi tələb olunmayan
səbəblərdən – daha böyük, müqayisə edilməyəcək dərəcədə
təhlükə daşıyır.
Bir sözlə, qadınlarımız üçün bizim sakit olmağımıza heç bir
əsasımız yoxdur. Narkomaniyanın respublikada yayılması artdıqca,
bu halın qadınlar arasında da qaçılmaz surətdə baş verəcəyini öncə
görmək üçün böyük mütəxəssis olmaq gərək deyildir.
Narkoman-
cinayətkarların şəxsiyyətinin analizi göstərir ki,
xəstəliyin olması, mikromühit, submədəniyyət, doğma və yaxınlara
münasibət, yəni onun həyat şəraiti özü də yüksək kriminogen fon
daşıyır və cəza çəkmiş şəxslərin sosial adaptasiyasında ciddi
çətinliklərə gətirib çıxarır. Bu, öz növbəsində, narkoman-
cina
yətkarların
cəmiyyətə
qaytarılmasının
yeni,
təsirli
formalarının, üsul və metodlarının işlənib hazırlanması tələbatını
şərtləndirir, onların davranışı üzərində xüsusi nəzarətin zəruriliyini
doğurur.
Məlumdur ki, məhkumların narkotik vasitələrdən istifadə
e
tməsinə gətirib çıxaran əsas səbəb azadlıqdan məhrum olunma və
cinayətkarların cəza çəkdiyi cəzaçəkmə müəssisələrinə düşməklə
onlarda küskünlük, gələcəyə inamsızlıq, hər şeyin bitməsi,
həyatının bundan ibarət olması və s. qarşılaşdıqları həyat
çətinliklərindən bu vasitələrin köməyi ilə uzaqlaşa biləcəyinə
bəslənən ümiddir. Məhz bu cür çətinliklər insanı təbii əlaqələrdən
məhrum edən qeyri-adi, güclü və xoşagəlməz hiss olan daxili
psixiki gərginliyin yaranmasına gətirib çıxarır. Bu gərginlik
15
Zahidov B.S. Azərbaycanda narkotizmlə və narkobizneslə
mübarizənin aktual problemləri. Bakı, 2007, s.314.
məcburi qaydada aradan qaldırılmalıdır. Bu qrupla münasibətdə
aparılan tərbiyəvi iş adaptasiya mərhələsi zamanı meydana çıxa
biləcək
çətinlikləri
aradan
qaldırmaq
qabiliyyətinin
formalaşdırılmasına yönəlməlidir. Əks təqdirdə narkomanlarda
narkotik vasitələrin onların bütün çətinliklərini aradan qaldıra
biləcək fikri yarana bilər, bu isə öz növbəsində şəxsiyyətin
narkotik vasitələrdən tam asılılığının başlanğıcı deməkdir.
Cəzaçəkmə müəssisələrində stressdən çıxmaq üçün
məhkumların narkotik vasitələri çətin əldə edə bilməsi onları
itaətsizlik, fiziki güc, kobudluq göstərməyə, həmçinin daxili
qayda-
qanunun tələblərinə riayət etməməyə təhrik edir. Narkotik
vasitələrdən istifadə etməyə meylli olan məhkumlar tərbiyəçilərlə
münasibətdə özlərini çox qaba və kobud aparır, onların həyata
keçirdiyi tədbirlərə isə heç bir maraq göstərmirlər. Onlar öz əməl
və hərəkətlərini düşünmək və analiz etməyə meylli olmurlar, daim
«sərgüzəşt» axtarışında olurlar, öz diqqətini cəmləşdirə bilmirlər,
onlara tapşırılan işi axıra çatdıra bilmirlər. Təbii olaraq, dəstə
rəisləri bu məhkumlardan ibarət qrupun davranışından narazı olur
və onları tez-tez boş vaxtını fəal qaydada keçirməkdən məhrum
edən tənbeh tədbirləri tətbiq edirlər. Kütləvi mədəni tədbirlərin
hazırlanması və keçirilməsinə cəlb etmək əvəzinə, onları guya öz
yaramaz hərəkətləri ilə digərlərinin mənəviyyatını poza biləcəkləri
bəhanəsi ilə sıxışdırırlar. Tərbiyəçilər narkomanlara çətin islah
olunanlara bəslədikləri münasibəti və onların digər cəzaçəkmə
müəssisələrinə və ya dəstəyə keçirmək arzusunu gizlətmirlər.
Qeyd etmək istəyirik ki, respublikanın cəzaçəkmə
müəssisələrində cəza çəkən ümumi məhkumların təkcə 2006-cı
ildə 0,7%-i narkotik istehlakına meylli olduğu müvafiq qaydada
aşkar edilərək xüsusi nəzarətə götürülmüşdür.
Bu şərtlər halında «risq qrupu» narkomanlardan ibarət
digər qruplar arasında çox vaxt xüsusi çəkiyə malik olub, narkotik
vasitələrdən istifadə imkanı əldə edə bilir. Onlar tərbiyəçilərə və
narkomaniyanın profilaktikası ilə əlaqədar atılan qabaqlayıcı
tədbirlərə düşmən münasibət bəsləyirlər.
Narkomanlar
arasında
nizam-intizamın
mohkəmləndirilməsində fəal məhkumların və onların özfəaliyyət
qurumlarının imkanlarından islahedilməz narkomanların aşkar
edilməsi və təcridi məqsədilə tam istifadə olunması, həmçinin
kollektiv tərbiyəvi təsir metodlarının fərdiləşdirilməsi mühüm
əhəmiyyət kəsb edir.
Narkomanların islahı və yenidən tərbiyəsi üçün kompleks
yanaşma gərəkdir. Belə ki, məhkumların bu kateqoriyası xəstəliyin
dərəcəsi ilə yanaşı, bu şəxslərin malik olduğu yaş, əmək fəaliyyəti,
təhsili və pedaqoji deformasiya səviyyəsinə görə də müxtəlifdir.
Bu zaman pedaqoji prinsiplərə riayət tərbiyəvi təsir metodlarının
tibbi və profilaktiki rejim tədbirlərinin ümumiləşdirilməsini,
həmçinin təsir metodlarının fərdi və kollektiv formalarının
əlaqələndirilməsinin təmin olunmasını tələb edir. Tərbiyəvi-
qabaqlayıcı kompleks metodlar özündə ardıcıl qaydada həyata
keçirilən tərbiyəvi-islah təsir metodlarını cəmləşdirir. Buna tərbiyə
olunan hər bir narkoman-məhkumun şəxsiyyətinin ilkin, daha
sonra
aparılan müalicə və islah prosesi zamanı əldə olunan yekun
müsbət nəticələr alınana qədər öyrənilməsi, fəal sosial mühitdə
vicdanlı əmək vərdişlərinin tərbiyə olunması daxildir.
Narkotizmlə mübarizə ilə əlaqədar prokurorluq, məhkəmə
və digər qurumların əməkdaşları tərəfindən oxunmalı olan
mühazirə və hesabatların əsasını cəzaçəkmə müəssisələrində
narkotik vasitələrin yayılması və istifadəsinin qarşısını almağa
yönələn qabaqlayıcı tədbirlər və cəzanın qaçılmaz olması təşkil
etməlidir.
Ümumi fikrimiz ondan ib
arətdir ki, müalicənin ilkin
mərhələsində iradə və arzusundan asılı olmayaraq, narkotik
vasitələrdən uzun müddət istifadə etməyən şəxsin cəza çəkmə
müddətinin sonuna qədər ona meylin itirməsi şansı daha da çoxalır.
Bir çox tədqiqatçılar hesab edir ki, müalicənin uğurla
nəticələnməsi üçün narkotik vasitələri əldə etmək imkanı tam
istisna olunmalıdır, xüsusən, əgər məhkum narkotik vasitələrdən
istifadəni dayandırmaq istəmirsə. Bu məsələ ilə bağlı birmənalı
fikir yoxdur. Biz bununla əlaqədar S.Qurskinin mövqeyini
dəstəkləyirik: «Məcburi abstinensiya konsepsiyası tarixi məna kəsb
edir. Hal-
hazırda əminliklə qeyd etmək olar ki, uğurlu müalicənin
məcburi şərti narkomanın psixikasının (təfəkkür tərzi, hiss və
emosiyaları) düzəldilməsidir. Yaxşı məlumdur ki, narkomanı
iradəsinin əksinə olaraq narkotik vasitələrdən istifadəni
dayandırmağa məcbur etmək olmaz»
16
.
Tərbiyəvi-islah prosesi zamanı narkoman narkotik
vasitələrdən istifadəni öz şəxsi istəyinə görə dayandırmırsa,
uzunmüddətli təcridolunmadan sonra o, yenidən narkotik vasitələrə
qayıdacaq; buna görə də tarixən təşəkkül tapmış qadağa xarakterli
stereotipləri kökündən dəyişmək gərəkdir. Qeyd etmək istəyirik ki,
narkomaniya ilə mübarizədə kifayət qədər təcrübəyə malik
ölkələrdə narkotik vasitələrdən könüllü sürətdə imtina vacib
şərtdir, hərçənd bu şərt müalicənin uğurlu alınması üçün kifayət
etmir.
Bu cür yanaşma cəzaçəkmə müəssisələrində narkomanların
müalicəsinin əsasını təşkil etməlidir.
Cəzaçəkmə müəssisələrində narkomaniyanın profilaktikası
məqsədilə aparılan tərbiyəvi-islah prosesində narkoman-
məhkumların özünün və ətrafdakıların hərəkətlərini tənqidi
qiymətləndirmək qabiliyyəti formalaşdırılmalıdır. İradə kimi
keyfiyyətin aşılanması narkotik vasitələrdən istifadə edən şəxsə
çətin şəraitdə düzgün qərar qəbul etməkdə kömək edə bilər. Bu cür
müsbət keyfiyyətlərə az malik olan şəxsin xarakteri zəif olur,
nəticə etibarilə, zəif xarakterə malik şəxsin narkotik vasitələrdən
istifadə etməyə başladıqdan sonra, narkotik vasitələrdən asılılığa
düşmək ehtimalı daha böyükdür.
16
Гурьски С. Внимание родители: - наркомания!. Пер.с польского М.,
Медицина, 1988, 140с.
Narkomaniyadan əziyyət çəkən məhkumda xəstəliyin
nəticəsi olaraq itirilmiş müsbət vərdişlərin reabilitasiyası məqsədilə
atılan əsas tədbirlərdən biri də əmək terapiyasıdır, yəni məcburi
müalicə prosesində əmək vərdişlərinin yenidən tərbiyə
olunmasıdır. Bu problemi araşdıran bir çox tədqiqatçıların fikrincə,
narkomanlar əməksevərlik, nizam-intizam, özünütənqid, iradə kimi
keyfiyyətləri itirirlər.
Texnoloji nizam-
intizam, maddi maraq, öz əmək
fəaliyyətinə və onun nəticələrinə artan maraq narkomaniyanın
yayılmasında və əməyin müsbət əsaslarının qurulmasında möhkəm
qabaqlayıcı təsir rolunu oynayır. Bu çox vacibdir, çünki
narkomaniyadan əziyyət çəkən xəstələrin böyük əksəriyyəti
professional vərdişlərini itirmiş, onlardan 2/3 hissəsi işdən narazı
olur, onlardan
hər üçüncüsü isə məhkumluğa qədər heç bir əmək
fəaliyyəti ilə məşğul olmayıblar. Qeyd etməliyik ki, yaxşı təşkil
olunmuş əmək terapiyası narkomanlarda orqanizmin itirilmiş fiziki
imkanlarını bərpa etməyə fəal təsir göstərir və onun fəallığını
artırır.
Nar
komaniyanın profilaktikası üzrə aparılan tərbiyəvi-islah
sistemində həyata keçirilən əmək terapiyası əmək fəaliyyətinin
təşkili ilə bağlı pedaqoji tələblərin, həmçinin şəxsiyyətə psixoloji
təsirin kollektiv formalarına riayət olunması təqdirdə effektiv
nəticə əldə etmək mümkündür.
Narkoman məhkumların tərbiyəvi-islah prosesi zamanı
tərbiyəvi, tibbi və əməliyyat-rejim aparatlarının əməkdaşları ilk
növbədə, narkomanlarda əməyə, ixtisas əldə etməyə marağın
artmasına diqqət yetirməli, onların ümumtəhsil və texniki-peşə
təhsilinə cəlb olunmaları ilə bağlı qəti tədbirlər görməlidirlər.
Narkotik vasitələrdən istifadəyə meylli olan şəxslərlə münasibətdə
idman-
sağlamlaşdırma və mənəvi-əxlaqi tərbiyəyə böyük yer
ayrılmalıdır.
Tərbiyəvi təsir metodları məhkumlar arasında narkotik
vasitələrin təbliğatı və yayılması imkanlarını tamamilə istisna edən
sağlam mühitin yaradılmasına yönəlməlidir.
Apardığımız təhlil əsasında söyləmək olar ki, son illərdə
Azərbaycanda cəzaçəkmə müəssisələrində narkomaniyanın
qarşısının alınmasına istiqamətlənmiş bir sıra konkret tədbirlər
işlənib hazırlanaraq həyata keçirilmişdir:
-
nakromaniyadan əziyyət çəkən məhkumların müalicəsinin
hüquqi əsasları təkmilləşdirilmiş;
-
narkoloji və psixoloji xidmətin yenidən qurulması və bu
xidmətlərin səmərəli fəaliyyətinin təmini məqsədilə bir sıra
tədbirlər
həyata keçirilmiş;
-
narkoman
məhkumların
hüquqlarının
təmini
istiqamətində
konkret tədbirlər sistemi işlənib hazırlanmış;
-
dini qurumların, ictimai və qeyri-hökumət təşkilatlarının
narkomaniyanın qarşısının alınmasında rolu və əhəmiyyəti nəzərə
alınmaqla
cəzaçəkmə
müəssisələrində
narkomaniyanın
profilaktikası işinə onların da cəlb edilməsi məqsədilə bir sıra
tədbirlər həyata keçirilmişdir.
Hesab edirik ki, Azərbaycan Respublikasına narkotik
təcavüzün qarşısını almaq üçün hüquq-mühafizə orqanlarının,
təhsil, tərbiyə, tibb və bir sözlə, dövlətin bütün imkanlarının bu
sahədə istifadə edilməsi, mümkün olan bütün analitik və
intellektual potensialın səfərbər edilməsi, bu işə ictimai qurumları,
qeyri-
hökumət təşkilatlarını cəlb etmək lazımdır. F.M.Cavadov və
Y.S.Abdullayevin düzgün qeyd etdikləri kimi, «…cəmiyyətimiz
narkomaniya
və
narkotizmlə
mübarizənin
başlanğıc
mərhələsindədir və hələ çox işlər görülməlidir. Biz öyrənməli,
elmi-
texniki vasitələrin köməyi ilə narkotiklərin Azərbaycana
gətirilməsi kanallarını aşkar etməyi bacarmalı, narkomaniya ilə
profilaktik iş aparmalı, narkomanların müalicəsi üçün maddi-
texniki bazanı, reabilitasiya mərkəzləri şəbəkəsini yaratmalı və
onları müalicə edərək normal həyata qaytarmağı öyrənməliyik.
Beləliklə, qarşıda asan olmayan, böyük qüvvə və bacarıq, təmkin
və vaxt tələb edən, çətin və mürəkkəb, kompleks xarakter daşıyan
bir iş durur və biz buna hazır olmalıyıq»
17
.
Dostları ilə paylaş: |