3.2 Mərkəzi və yerli gömrük laboratoriyalarında gömrük
ekspertizasının təşkilinin təkmilləşdirilməsi istiqamətləri.
Ölkə iqtisadiyyatının bazar iqtisadi sisteminə keçməsi ilə əlaqədar olaraq
digər sahələrdə tələb edildiyi kimi gömrük işi sahəsində də infrastrukturanın yeni
iqtisadi sistemə keçməsi məsələsini göndəmə gətirmişdir. Bu, bir çox faktorlardan
asılıdır. Onları aşağıdakı kimi təsnifləşdirmək olar:
─
xarici iqtisadi fəaliyyətin tənzimlənməsi prosesində funksiyalarının,
səlahiyyətlərinin və məsuliyyətlərinin artması ilə əlaqədar olaraq, gömrük
orqanlarının fəaliyyətlərinin çətinləşməsi;
─
gömrük rəsmiləşdirilməsi və mallara gömrük nəzarəti üzrə işlərin həcminin
ə
həmiyyətli dərəcədə artması, onların yerinə yetirilməsinin yeni texnologiyanın və
texniki vasitələrin tətbiqindən birbaşa asılılığının güclənməsi;
─
gömrük orqanlarının ölkənin iqtisadi təhlükəsizliyinin qorunması
istiqamətində, habelə bir hüquq-mühafizə orqanı kimi yeni hüquq və vəzifələrin
meydana çıxması;
─
gömrük təşkilatlarının kadr heyətinin keeyfiyyətcə yaxşılaşdırılması və
möhkəmləndirilməsi tələbatı, onların peşəkarlığının, bilik səviyyəsinin
yüksəldilməsi, yüksək əxlaqi-etik keyfiyyətlərin tərbiyə edilməsi;
─
sosial sahənin geriliyinin aradan qaldırılmasının vacibliyi, gömrük
ə
məkdaşlarının sosial müdafiəsinin, normal həyat fəaliyyətinin təmin edilməsi;
─
gömrük işi sahəsində beynəlxalq əməkdaşlığın genişlənməsi və
dərinləşməsi prosesinin Azərbaycanın gömrük orqanlarının infrastruktur
təminatının beynəlxalq səviyyəyə qaldırılmasını tələb etməsi.
Gömrük infrastrukturu gömrük işini həyata keçirən orqanların fəaliyyətini
asanlaşdıran, tabeli, köməkçi gömrük müəssisələri şəbəkəsidir və ya gömrük
orqanlarının normal fəaliyyət göstərməsini təmin edən istehsal, qeyri-istehsal, elmi
sahələr kompleksidir.
71
Belə təşkilatlara gömrük laboratoriyaları, tədris müəssisələri, elmi-tədqiqat
müəssisələri, hesablama mərkəzləri, poliqrafiya, tikinti, istismar, təchizat və s.
müəssisələr aid edilir.
Yuxarıda adını çəkdiyimiz kimi gömrük infrastrukturunun ən vacib
ünsürlərindən biri gömrük laboratoriyalarıdır.
Gömrük laboratoriyalarında əsasən aşağıdakılar müəyyən edilir:
Xarici iqtisadi fəaliyyətin Mal Nomenklaturasına uyğun malın kodunun
təyini;
malın mənşə ölkəsinin təyini;
malın gömrük dəyərinin təyini;
malların, o cümlədən emal əməliyyatından sonra, identifləşdirilməsi
(eyniləşdirilməsi);
malların tərkibinin, fiziki və kimyəvi strukturunun təyini;
malların çeşidi, sortu və növünün təyini;
malların istehsal texnologiyasının təyini;
malların istehsal olunduğu xammal mənbələrinin təyini;
xammalın və digər malların emalı zamanı məhsul çıxımı normalarının
(hasilat miqdarının) təyini;
malların narkotik, güclü təsirə malik zəhərli, zəhərləyici maddələr qrupuna
mənsubiyyətinin təyini;
malların ekoloji və istismar təhlükəsizliyinin təyini;
malların Azərbaycan Respublikasının və xarici ölkə xalqlarının bədii, tarixi
və arxeoloji varidatına mənsubiyyətinin təyini;
xüsusi tədqiqat metodu və bilik tələb edən digər məsələlərin həlli.
Laboratoriya şəraitində ekspertizanın aşağıdakı növləri mühüm əhəmiyyət
kəsb edir:
─
malların mənşə ölkəsinin təyin edilməsi üzrə ekspertizalar. Belə
ekspertizanın nəticələrindən gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti rejimi,
həmçinin gömrük rüsumlarının miqdarı bilavasitə asılı olur;
72
─
tarif təsnifatında mallarının yerinin təyin edilməsi məqsədilə aparılan
ekspertizalar. Bunun üçün fiziki və kimyəvi tədqiqatlardan istifadə edilir, gömrük
nəzarəti rejimi, həmçinin gömrük tarifi stavkaları bu tədqiqatların nəticələrində
asılı olur;
─
mal və xidmətlərin sertifikatlaşdırılması ilə bağlı olan ekspertizalar.
Gömrük ekspertizaları, həmçinin malların ayrı-ayrı gömrük rejimləri altında
yerləşdirilməsi ilə bağlı olaraq aparılır (məsələn, emal rejimlərində). Bu hallarda
gömrük laboratoriyalarında malların eyniləşdirilməsi (identifikasiyası), o cümlədən
xammalın emal əməliyyatlarından sonra identifikasiyası aparılır, xammalın
emalında məhsulun çıxım normaları müəyyən edilir.
Azərbaycan Respublikasında gömrük ekspertizasının həyata keçirilməsi
istiqamətində ixtisaslaşmış qurum Mərkəzi Laboratoriyadır.
Mərkəzi Laboratoriya Nazirlər Kabinetinin “Azərbaycan Respublikası
Gömrük Komitəsinin məsələləri haqqında” 1 iyun 1992-ci 301 saylı Qərarı ilə
birbaşa Gömrük Komitəsinin strukturunda və Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsinin 315 saylı 13 aprel 1994-cü il tarixli əmrinə əsasən hüquqi
şə
xs statusuna malik tabeli struktur vahid olaraq fəaliyyətdədir.
Fəaliyyətinin ilk dövrlərində Mərkəzi Laboratoriyanın əsas məqsədi öz
strukturunu qurmağa nail olmaqdan ibarət idi. Bu istiqamətdı Ümumdünya
Gömrük Təşkilatının “Gömrük Laboratoriyalarının Təşkili” (“Custom Laboratory
Guide”) Proqram Layihəsinə müvafiq laboratoriya binasının sxem-çertyojuna
ə
sasən 1996-cı ildə laboratoriyanın inzibati binası tikilmiş və cihaz, avadanlıq,
laboratoriya mebel dəsti, reaktivlər və s. ilə təchizatı məsələləri ilə məşğul
olunmuşdur.
Laboratoriyanın müasir avadanlıq və cihazlarla təmin edilməsi üçün
beynəlxalq səviyyədə tanınmış firmalarla müəyyən əlaqələr qurulmuşdur. Məsələn,
Almaniyanın “Karl Çeys” firması ilə bağlanmış müqavilə əsasında müasir optiki
cihazlar. Atom-absorbsion spektrometrləri, narkotik vasitələri tədqiq edən dəst və
s. alınmışdır. Gömrük nəzarətində və stasionar şəraitdə istifadə olunan texniki
73
nəzarət vasitələri “Azərdövlətstandart” tərəfindən dövlət yoxlamasından
keçirilməklə onların istismarına səlahiyyət verən şəhadətnamələr alınmışdır.
Mərkəzi Laboratoriyada 2001-ci ildə “ xrac olunan Azərbaycan mənşəli
mallar” guşəsi yeni mal nümunələri ilə zənginləşdirilmiş və eyniləşdirməyə
təminat verən yeni müasir texniki nəzarət vasitələri alınmışdır.
Müxtəlif növlü nümunələrin vizual, orqanoleptik və fiziki-kimyəvi tədqiqatı
üzrə təhlil, habelə bəzi alların təsnifat və harmonikləşdirilmiş sistem üzrə təsvir və
kodlaşdırılması aparılmışdır.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) “Fiziki müdafiə və nüvə
materiallarının təhlükəsizliyi” üzrə Texniki Əməkdaşlıq layihəsi çərçivəsində
AEBA və və Respublika Dövlət Gömrük Komitəsi tərəfindən təşkil olunmuş
“Nüvə və digər radioaktiv materialların qeyri-qanuni keçirilməsinə qarşı mübarizə”
konvensiyası imzalanmışdır. Bu materialların respublikada qanuni dövriyyəsinə
dair hüquqi baza, nüvə materialları və ikili tətbiq malları, habelə onlara nəzarətin
təşkilinə dair məruzələr olunmuş və əməkdaşlar tərəfindən bu növ nəzarətin
aparılmasına səlahiyyət verən sertifikatlar verilmişdir.
Ümümilikdə isə Mərkəzi Laboratoriyanın perspektivində bölgə və səyyar
laboratoriyaların yaradılması və bu istiqamətdə tədbirlər planının hazırlanması, mal
qrupları üzrə kimyəvi reaktivlərin sifarişi və alınması, tədqiqat-metodiki və tədris-
sorğu vasitələrinin hazırlanması sahəsində işlərin aparılması, habelə müasir cihaz
və avadanlıqlar alınması məqsədi ilə Hollandiyanın “Landre”, Rusiya
Federasiyasının “E M”, “Aspekt”, “Spektron-OPTEL” və s. təmayüllü danışıqlar
aparılması, bir sözlə gömrük ekspertizası strukturunun və iş prinsipinin
təkmilləşdirilməsi, səmərəliliyinin artırılması, modernləşdirilməsi və s. kimi
məsələlər durur.
Mərkəzi Laboratoriyanın əsas iş prinsiplərini, fəaliyyət istiqamətlərini məqsəd
və vəzifələrini əks etdirən hüquqi sənədlərin bariz nümunələrindən biri 6 bölmə və
34 maddədən ibarət “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin
Mərkəzi Laboratoriyası haqqında” Əsasnamədir.
74
Ə
sasnamədə Mərkəzi Laboratoriyanın hüquq və vəzifələri, məqsədi, onun
strukturu, əmlak və vəsaiti, Mərkəzi Laboratoriyanın idarə olunması forması,
Laboratoriyanın fəaliyyətinə xitam verilməsi qaydaları və s. ilə bağlı maddələr əks
olunmuşdur.
Ə
sasnaməyə görə Mərkəzi Laboratoriya öz fəaliyyətində Azərbaycan
Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını,
Respublika Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin
qərarlarını, Gömrük Məcəlləsini, “Gömrük Tarifi haqqında” Azərbaycan
Respublikasının qanununu, Komitə sədrinin müvafiq əmr, göstəriş və
sərəncamlarını, Komitə haqqında Əsasnaməni, bu Əsasnaməni, habelə Dövlət və
sahə Standartlarını, Texniki şərtləri əldə rəhbər tutan, gömrük ekpertizasına dair
tədqiqatlar aparan, gömrük laboratoriyalarının ekspert-tədqiqat fəaliyyətlərinə
elmi-metodiki rəhbərliyi həyata keçirən, dövlət büdcəsindən maliyyələşən,
müstəqil balansa, hesablaşma balansına malik olan, öz adından səlahiyyəti
daxilində Komitə rəhbərliyi ilə qanuna zidd olmayan müqvilələr bağlaya bilən və
bağlanmış müqavilələrə uyğun iş və xidmətlər barədə Komitə rəhbərliyini
məlumatlandıran Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin
tabeçiliyindəki baş ekspert-tədqiqat struktur vahidi, həmçinin müəyyən olunmuş
qaydada girdə möhürə, ştamp və blanka malik olan bir hüquqi şəxsdir.
Mərkəzi Laboratoriya aşağıdakı hüquqlara malikdir:
─
qarşısında duran vəzifə və funksiyaları yerinə yetirmək üçün sərbəst
təsərrüfat və maliyyə fəaliyyəti göstərmək;
─
cari və perspektiv məsələləri həll etmək üçün Gömrük Komitəsinin
müvafiq idarə, şöbə və bölmələri ilə əlaqəli surətdə fəaliyyət göstərmək;
─
ayrı-ayrı malların ekspertizasının həyata keçirilmə prosesinə istehsal
müəssisələri, elmi-tədqiqat institutları, ali məktəblər, idarə və təşkilatlarla
ə
məkdaşlıq və təcrübə mübadiləsi etməklə onların ixtisaslı əməkdaşlarını cəlb
etmək;
─
qüvvədə olan qanunvericilik aktlarına görə yuxarı təşkilatlar qarşısında
aidiyyatı məsələlər üzrə vəsatət qaldırmaq, təqdimat və təkliflər vermək;
75
─
zəruri tikili və avadanlıqları icarəyə götürmək, əvəzsiz olaraq balansdan-
balansa keçirmək, təmənnasız istifadə etmək, habelə müvafiq qaydada silmək üçün
Komitə rəhbərliyi qarşısında məsələ qaldırmaq;
─
səlahiyyətləri daxilində Komitə rəhbərliyi ilə razılışdırılmaqla iqtisadi və
münsiflər məhkəməsində iddiaçı və cavabdeh kimi çıxış etmək;
─
qanunla müəyyənləşdirilmiş qaydada reyd, baxış və təşkilati işlərdə iştirak
etmək;
─
Komitə rəhbərliyi ilə razılışdırılmaqla yazışmalar aparmaq, kompüter
məlumat banklarına çıxmaqla beynəlxalq teleqraf, teletaur, telefaks, teleks və digər
ə
laqələr yaratmaq, normal iş üçün lazım olan texnika və avadanlıqlar istifadə
etmək və s.
─
Mərkəzi Laboratoriyanın funksiyaları:
─
ekspertizaya cəlb edilən mal və əşyaların X FƏN-sı üzrə cinsini, növünü,
bir sözlə onun kodunu məlum metodların köməyi ilə müəyyənləşdirmək və bunun
ə
sasında gömrük rüsum və vergilərin ədalətli hesablanmasına şərait yaratmaq;
─
müasir analiz üsulları ilə xarici iqtisadi əlaqələr münasibətdə iqtisadiyyat və
ticarət sahəsindəki saxtakarlığı və pozuntuları aşkar etmək;
─
malların gömrük dəyərinin təyin edilməsində iştirak etmək;
─
malları, o cümlədən xammalı emaldan sonra identifləşdirmək;
─
mal istehsalı üçün istifadə olunan xammalın mənbəyini təyin etmək;
─
xammalın və digər malların emalı zamanı məhsul çıxımı normalarını təyin
etmək;
─
malların narkotik, güclü təsirə malik, zəhərli və zəhərləyici maddələr
qrupuna mənsubiyyətini təyin etmək;
─
malların ekoloji və istismar təhlükəsizliyini təyin etmək;
─
malların Azərbaycan Respublikası və ya xarici ölkə xalqının bədii, tarixi,
arxeoloji əşyalarına mənsubiyyətini təyin etmək;
─
gömrük sənədlərinin və gömrük atributlarının həqiqiliyinin yoxlanılması;
─
tabeli struktur vahidlərə metodik rəhbərlik və əməli köməklik göstərilməsi;
76
─
tələb oluna digər idarə və şöbə əməkdaşları ilə istehsal müəssisələrində mal
və əşyaların keyfiyyətinə nəzarət üzrə reydlərdə iştirak etmək;
─
mal və əşyalara verilmiş mənşə və keyfiyyət sertifikatlarının ekspertizasını
aparmaq, uyğun göstəricilərini təyin etməklə onları müqayisə etmək;
─
Gömrük Komitəsinin müvafiq idarə və şöbələri ilə birlikdə analiz olunacaq
mal və əşyaların ümumi siyahısını müəyyənləşdirmək;
─
metodiki vasitələri – Dövlət standartı, Sahə standartı, Texniki şərtləri
sahələr üzrə ayırıb qruplaşdırmaq;
─
yerli gömrük orqanlarında ekspres-analiz işlərini təşkil etmək, səyyar
laboratoriyalar yaradılmasına əməli və praktiki köməklik göstərmək;
─
gömrük orqanlarını aidiyyatı sənədlərlə təchiz etmək;
─
texniki cəhətdən yerinə yetirilməsi mümkün olmayan analiz və
ekspertizaların müxtəlif elmi-tədqiqat institutları, universitet, digər sahə
laboratoriyalarında təsdiqini təşkil etmək;
─
yeni analiz metodları işləyib hazırlamaq və elmi-tədqiqat işləri aparmaq;
─
digər dövlət nəzarət orqanları ilə əlaqəli fəaliyyət göstərmək;
─
lazım gələrsə yüksək dərəcəli mütəxəssislərlə əmək müqaviləsi bağlamaq;
Mərkəzi Laboratoriya aidiyyatı funksiyaları həyata keçirmək üçün aşağıdakı
vəzifələri yerinə yetirir:
─
analizə ehtiyacı olan mal və əşyaların aidiyyatının təyini üçün hazırlıq işləri
aparır;
─
müddət və məsul şəxslər göstərilməklə Mərkəzi Laboratoriya üzrə iş
proqramını hazırlayır;
─
Mərkəzi Laboratoriya əməkdaşları üçün fərdi iş planı təsdiq edir;
─
ekspertiza və analizlərin aparılması üçün cihaz, avadanlıq, qurğu və
kimyəvi reaktivləri sifariş edir;
─
rüb ərzində istifadə olunub yararsız hala döşmüş, sərf olunmuş, mal, əşya,
avadanlıq, ləvazimat, kimyəvi reaktiv və s.-in silinməsini təşkil edir;
─
mütərəqqi ekspres-analiz metodlarını tətbiq edir;
─
işçilər üçün əlverişli iş, istirahət və məişət şəraiti yaradır;
77
─
əmək intizamını təmin etməklə işçilərin maddi və mənəvi maraqlandırma
sistemlərini işləyib hazırlayır.
Mərkəzi Laboratoriyanın idarəsi rəis başda olmaqla idarə heyəti tərəfindən
həyata keçirilir, idarəçilik qüvvədə olan qanunvericiliyə əsaslanır. Laboratoriyanın
sədri Dövlət Gömrük Komitəsi sədri tərəfindən vəzifəyə təyin və azad edilir. Rəis
öz vəzifəsinin yerinə yetirilməsində məsuliyyət daşıyır.
Laboratoriya rəisinin qarşısında dayanan ən ümdə vəzifələrdən aşağıdakıları
göstərmək olar:
─
öz səlahiyyət daxilində müvafiq əmrlər, təlimatlar verir və aktlar hazırlayır;
─
Mərkəzi Laboratoriyaya aid olan etiraz və iddialara qarşı müvafiq qərarlar
qəbul edir;
─
laboratoriyanın gündəlik fəaliyyətinə rəhbərliyi həyata keçirir;
─
vəzifələrin yerinə yetirilməsinə məsuliyyət daşıyır, struktur vahidlər
arasında vəzifə bölgüsü aparır;
─
Mərkəzi Laboratoriyanın fəaliyyətinə dair müqavilə, uşot, hesabat daxili
intizam qaydaları və s. məsələləri həll edir;
Ə
sasnamədə Mərkəzi Laboratoriyanın fəaliyyətinə xitam verilməsi qaydaları
da öz əksini tapmışdır.
Hazırda gömrük orqanlarının və tabeli strukturların qarşısında dayanan ən
vacib məsələlərdən biri Gömrük Məcəlləsinin tələblərinə uyğun olaraq alfatoksinli,
toksinli, pestisidli, nitratlı, radionuklidli və tərkibində ağır metal duzları saxlayan
yeyinti məhsullarının idxal-ixracının qarşısını almaq, respublika ərazisindən isə
təhlükəli yüklərin tranzitinə nəzarətdə beynəlxalq normalara müvafiq şəkildə əməl
etməkdən ibarətdir.
Ə
rzaq mallarına mikrobioloji göstəricilərin dörd qrupu üzrə nəzarət həyata
keçirilir:
Sanitar göstəriciləri – mezofil aerob və fakültativ anaerob
mikroorqanizmlərin, bağırsaq çöpləri qrupu bakteriyalarının (koliformalar)
miqdarı, enterokokilər;
78
Şərti-patogen mikroorqanizmlər (E. Coli, S. Aureus, Proteus növündən
bakteriyalar və s.)
Patogen mikroorqanizmlər (o cümlədən salmonellər);
Korlama (xarab etmə) mikroorqanizmləri (mayalar və kif göbələkləri)
Yeyinti məhsullarının əsas keyfiyyət göstəriciləri aşağıdakılardır:
─
əsas qida elemntlərini özündə birləşdirən keyfiyyət göstəriciləri;
─
zülallar, yağlar, karbohidratlar, vitaminlər, makro və mikroelementlər;
─
kaloriliyi.
Bu göstəricilər mütləq markalşdırmada göstərilməlidir ki, istehlakçılar
malların keyfiyyət göstəriciləri ilə tam, dolğun şəkildə tanış ola bilsinlər.
Ə
rzaq mallarının gömrük ekspertizasını əsasən üç qrupda birləşdirirlər:
─
bitki mənşəli malların ekspertizası;
─
yağ-piy məhsullarının ekspertizası;
─
heyvan mənşəli malların ekspertizası.
Bitki mənşəli mallar Azərbaycan X FƏN-ın II (07-14-cü qruplar – “Bitki
mənşəli məhsullar”) və IV qruplarında (17-22 – “Yeyinti sənayesi məhsulları;
spirtli və spirtsiz içkilər, sirkə, tütün və onun əvəzediciləri”) təsvir olunmuşdur.
Buraya tərəvəz və meyvələr, onların şirələri, qəhvə, çay və ədviyyat, dənli
bitkilər (o cümlədən buğda, çovdar, arpa, yulaf, qarğıdalı, düyü, qarabaşaq və s.),
şə
kər və şəkərdən hazırlanan qənnadı məmulatları (o cümlədən ağ şəkər və süni
bal), spirtli və spirtsiz içkilər, sirkə və s. aid edilir.
Yağ-piy məhsullarının müxtəlif kimyəvi tərkibə, fiziki xüsusiyyətlərə, bioloji
qiymətə və müvafiq dəyərə, təyinata malik olması ilə əlaqədar gömrük ekspertizası
aparılarkən eyniləşdirmə ekspertizası xüsusi əhəmiyyət kəsb edir.
Heyvan mənşəli mallar Azərbaycanın Xarici qtisadi Fəaliyyətin Əmtəə
Nomenklaturasının birinci bölməsinə “Diri heyvanlar, heyvan mənşəli məhsullar”
(02-04-cü qruplar) və dördüncü bölməsinə “Hazır yeyinti məhsulları” (16-cı qrup)
adı ilə daxil edilmişdir. Buraya ət və əlavə yeyinti ət məhsulları, balıq və
xərçəngkimilər, molyuskalar və digər su onurğasızları, süd məhsulları, təbii bal,
nəhayət digər qruplara daxil edilməyən heyvan mənşəli məhsullar aid edilir.
79
Qeyri-ərzaq mallarının gömrük ekspertizası özündə aşağıdakı dörd bölməni
birləşdirir:
─
kimyəvi malların ekspertizası;
─
metalların ekspertizası;
─
zərgərlik mallarının ekspertizası;
─
kağəz və toxuculuq mallarının ekspertizası.
Ə
mtəə Nomenklaturasında kimya və onunla bağlı sənaye sahələrinin istifadə
və ya istehsal etdikləri xammal məhsulları, müxtəlif maddələr və s. V- VII
bölmələrdə (25-40-ci qruplar) cəmlənmişdir.
Kimyəvi malların ekspertizasında əsas yeri (təxminən 50%-dən çox) neft
məhsullarının və polimerlərdən hazırlanmış malların ekspertizası tutur.
Metalların tərkibində dəmir və dəmir ərintilərinin olub-olmamasına görə qara
və əlvan metallar, tərkibində elementlərin nadirlik və onlara olan tələbatın
səviyyəsinə görə qiymətli və qeyri-qiymətli materiallar kimi qruplaşdırırlar.
X FƏN-da qara və əlvan metallar XV bölmədə “qeyri-qiymətli” adı altında
toplanmış, qiymətlilər isə VI və XIV bölmədə yerləşdirilmişdir.
Zərgərlik daşları spesifik xassələrə malik olan və bunlara görə zərgərlik
sənayesində zinət və bədii-dekorativ məmulatların hazırlanması üçün istifadə oluna
bilən minerallardır. Onların estetik qiymətinə səbəb olan xassəllərin sırasına
bunları aid etmək olar: daşın şəffaflığı, parıltılğı, daşın şüanı sındırma qabiliyyəti
(ilk sındırma, pleoxroizm), eləcə də onun digər xassələri və kombinasiyaları.
X FƏN-da kağız, karton və onlardan hazırlanmış məmulatlar X bölmədə (47
və 48-ci qruplarda), toxuculuq məmulatları isə əsasən IX bölmədə (50-60-cı
qruplar) cəmlənmişdir.
Xarici ticarətin liberallaşdığı şəraitdə mal çeşidlərinin sayının və onları əmələ
gətirən maddələrin mürəkkəbliyinin artması mal dövriyyəsinə mane olmadan qısa
müddətdə tədqiqatın aparılması ilə gömrük-ekspert tədqiqat fəaliyyətinin təşkili
məsələsini aktual bir problemə çevirmişdir.
80
Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
sistemində ekspert fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə aşağıdakı sxem
ə
sasında ekspertiza strukturunun yaradılması məqsədəuyğun olardı .
Strukturların bu qaydada yaradılmasının daha optimal və operativ olacağını
nəzərə alaraq hazırda bölgələr üzrə də gömrük ekspertiza-tədqiqat mərkəzlərinin
yaradılması
prosesinə
başlanılmışdır.
Həmin
laboratoriyalar
Merkezi
Laboratoriyaya tabe olub, gördüyü işlər barədə onun qarşısında Laboratoriyaya
aylıq, rüblük və illik hesabatlar vermək öhdəliyini daşıyırlar.
Dostları ilə paylaş: |