Baku2015.com
Bakı-2015
Avropa Oyunları
KİV məlumat vərəqəsi
Baku2015.com
KİV məlumat vərəqəsi
Oyunlar
Bakı-2015 Avropa Oyunları bütün qitə üçün cəlbedici və innovativ çoxsaylı idman
yarışlarını özündə birləşdirən, ilk böyük idman tədbiri olacaq.
Birinci Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya
Komitəsi (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunub.
Oyunlar 2015-ci ilin 12-28 iyun tarixlərində keçirilməklə, cəmi 17 yarış gününü əhatə
edəcək.
Oyunlarda milli olimpiya komitələrini təmsil edən 6000-dən çox avropalı idmançının
qüvvəsini sınayacağı gözlənilir.
Yarışlar çimərlik futbolu, 3x3 basketbolu, karate və sambo kimi qeyri-olimpiya idman
növləri də daxil olmaqla, ümumilikdə, 20 idman növü üzrə keçiriləcək.
12 idman növü Rio-2016 Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacaq.
Yarışlar 18 idman obyektində keçiriləcək. Bunlara yeni inşa edilmiş Milli Gimnastika
Arenası, BMX Veloparkı, Bakı Su İdmanı Mərkəzi və Bakı Atıcılıq Mərkəzi, 68000
nəfərlik tamaşaçı tutumuna malik, atletika yarışları, eləcə də Oyunların açılış və
bağlanış mərasimləri üçün nəzərdə tutulan Bakı Olimpiya Stadionu da daxildir.
İdman yarışlarında ümumilikdə, 253 medal qazanılacaq.
İdman növləri üzrə yarışlar
Yarışlarda cəmi 20 idman növü təmsil olunacaq: 16 olimpiya və 4 qeyri-olimpiya idman növü.
Su idmanı növləri – Suya tullanma - Bakı Su İdmanı Mərkəzi
160 idmançı – 80 kişi, 80 qadın
4 yarış günü
8 medal dəsti
Yarışlar başlanır: 18 iyun
Suyatullanma yarışlarında 1 metrlik tramplin, 3 metrlik tramplin, Sinxronlaşdırılmış 3 metrlik
tramplin və platforma üzrə 8 medal dəsti uğrunda mübarizə aparılacaq.
Bayraq Meydanı yaxınlığında yerləşən Bakı Su İdman Növləri Mərkəzi Oyunlar üçün yeni
inşa olunub və Azərbaycanın ən gözəl idman qurğuları sırasında yer alır. 6000 tamaşaçı
tutumuna malik yeni su idmanı növləri mərkəzində suya tullanma, üzgüçülük və sinxron
üzgüçülük üzrə yarışlar keçiriləcək.
Su idmanı – Üzgüçülük - Bakı Su İdmanı Mərkəzi
526 idmançı
5 yarış günü
42 medal dəsti uğrunda mübarizə
Yarış başlayır: 23 iyun
Baku2015.com
Bayraq Meydanı zonasında yeni tikilmiş, 6000 azarkeş tutumuna malik Bakı Su İdmanı
Mərkəzi Oyunlar zamanı su idmanının 3 növü üzrə yarışlara ev sahibliyi edəcək - suya
tullanma, üzgüçülük və sinxron üzgüçülük.
Bakı-2015 Avropa Oyunlarında üzgüçülük üzrə 526 idmançı Rio-2016 Yay Olimpiya
Oyunlarına təsnifat rolunu oynayan 42 medal dəsti uğrunda yarışacaqlar.
Su idmanı - sinxron üzgüçülük - Bakı Su İdmanı Mərkəzi
150 idmançı
5 yarış günü
4 medal dəsti uğrunda mübarizə
Yarış başlayır: 12 iyun
Bakıda toplanan idmançılar, 5 günlük yarış zamanı öz bacarıqlarını göstərmək və qızıl medal
qazanmaq olmaq üçün mübarizə aparacaqlar. Sinxron üzgüçülük üzrə medalların sahibləri
solo, duet, komanda və sərbəst kombinasiya növlərində keçiriləcək yarışlarda məlum olacaq.
Bayraq Meydanı zonasının cənub hissəsində yerləşən, Avropa Oyunları parkı daxilində
yerləşən arenada iki 50 metrlik üzgüçülük hovuzu və bir suya tullanma hovuzu mövcuddur.
Su idmanı - Su polosu - Su polosu arenası
364 idmançı
10 yarış günü
2 medal dəsti uğrunda mübarizə
Yarış başlayır: 12 iyun
360-dan çox idmançı Avropa Oyunları parkında yerləşən, yeni salınmış Su Polosu Arenasında
qızıl medal uğrunda mübarizə aparacaqlar.
Ənənəvi Olimpiya proqramında bu yarışlarda
geniş heyətdə 16 kişi və 12 qadın komandası iştirak edəcək. Su Polosu Arenası Avropa
Oyunları parkı daxilində Bayraq Meydanı zonasının cənub hissəsində yerləşən, açıq havada
yaradılan müvəqqəti arenadır. İki su polosu hovuzu eyni vaxtda iki yarışı təşkil etməyə şərait
yaradacaq.
Kamandan Oxatma - Tofiq Bəhramov adına Stadion
128 idmançı
7 yarış günü
5 medal dəsti uğrunda mübarizə
Yarış başlayır: 16 iyun
Avropa Oyunlarının formatı Olimpiya Oyunlarının prinsiplərinə uyğun olaraq, 64 kişi və 64
qadın idmançı fərdi, komanda və eləcə də, qarışıq komanda yarışlarında mübarizə
aparacaqlar. Kamandan oxatma, həmçinin, Rio-2016 Yay Olimpiya Oyunlarının təsnifat
mərhələsi olaraq, reytinq xalları qazanmaq imkanı da verəcək.
Avropa Oyunlarında kamandan oxatma yarışlarının keçiriləcəyi Tofiq Bəhramov adına
Stadion üç min azarkeşi qarşılayacaq. Şəhər zonasına daxil olan bu stadion 1951-ci ildə inşa
olunub. 2012-ci ildə stadionda yenidənqurma işləri aparılıb və yenidən istifadəyə verilib.
Baku2015.com
Atletika – Bakı Olimpiya Stadionu
500 idmançı
2 yarış günü
1 medal dəsti uğrunda mübarizə
Yarış başlayır: 21 iyun
Möhtəşəm Bakı Olimpiya Stadionunda kişi və qadınların 40 atletika yarışı eyni zamanda,
Atletika üzrə Avropa Komanda Çempionatının Üçüncü Liqası olacaq. İki gün ərzində qızıl,
gümüş və bürünc medal uğrunda mübarizə aparacaq idmançıların hər oyunda qazanacağı
xallar yekun komanda nəticəsi üçün toplanacaq. Avropa Oyunları zamanı atletika yarışları
Rio-2016 Yay Olimpiya Oyunları üçün təsnifat rolunu oynayacaq. Atletlər Kəndinə yaxın
ərazidə yerləşən möhtəşəm Bakı Olimpiya Stadionu Birinci Avropa Oyunlarının açılış və
bağlanış mərasimləri ilə yanaşı, atletika üzrə iki gün keçiriləcək yarışlara da ev sahibliyi
edəcək. Çoxfunksiyalı stadion 68 min tamaşaçı tutumuna malikdir.
Badminton - Bakı İdman Zalı
160 idmançı
7 yarış günü
5 medal dəsti uğrunda mübarizə
Yarış başlayır: 22 iyun
Yarış 7 gün ərzində davam edəcək və buraya 5 medal dəsti uğrunda kişilərin və qadınların
tək, kişilərin və qadınların cüt, qarışıq cüt oyunları daxildir. Təxminən 160 idmançı 1700
tamaşaçanın gözü önündə qızıl medal uğrunda mübarizə aparacaq. Bakı İdman Zalı yeni
tikilməyib, sadəcə Bakı-2015 Avropa Oyunlarına görə əsaslı şəkildə təmir olunub. Bakı
Dənizkənarı parka yaxın olan və Şəhər qrupunda yer alan bu arena Oyunlar zamanı stolüstü
tennis və badminton yarışlarından zövq almaq istəyən 1700 tamaşaçını qəbul etmək
imkanına malikdir.
3x3 Basketbol- Basketbol arenası
128 idmançı
4 yarış günü
2 medal dəsti uğrunda mübarizə
Yarış başlayır: 23 iyun
Yeni 3x3 basketbol yüksək xallar, yüksək oyun və yüksək ritm sayəsində Oyunlar zamanı ən
məşhur idman növünə çevriləcək. Oyun hər biri 3 nəfərdən ibarət 2 komanda arasında yarım
sahədə baş tutur və dünyanın müxtəlif yerlərində 250 milyon azarkeş tərəfindən maraqla
izlənildiyi ehtimal olunur. Basketbol arenası Bayraq Meydanı zonasında, Avropa Oyunları
parkında yerləşir. Müvəqqəti arenada Avropa Oyunlarının bu növ üzrə yarışlarını 2500
azarkeş izləyə biləcək.
Çimərlik futbolu - Çimərlik arenası
96 idmançı
5 yarış günü
1 medal dəsti uğrunda mübarizə
Baku2015.com
Yarışlar başlayır: 24 iyun
Çimərlik futbolu adi futbol sahəsinin təxminən dörddə bir hissəsi qədər olan qum sahədə
daha böyük qollarla oynanılır. Demək olar ki, qapılara 30 saniyədən bir zərbə vurulur və hər
oyunda azarkeşlərin azı 9 qol görməsi adi haldır. 96 kişi idmançıdan təşkil olunmuş 8
komanda 5 gün ərzində mübarizə aparacaqlar.
Çimərlik arenası Oyunlar üçün müvəqqəti tikilmiş idman mərkəzidir və Bayraq Meydanı
zonasına daxildir. Xəzər dənizinin sahilində açıq havada qurulan arena 2900 tamaşaçının
canlı izləyə biləcəyi çimərlik futbolu yarışlarına ev sahibliyi edəcək.
Çimərlik voleybolu - Çimərlik arenası
128 idmançı
6 yarış günü
2 medal dəsti uğrunda mübarizə
Yarış başlayır: 16 iyun
Çimərlik voleybolu üzrə yarışlar Çimərlik arenasında keçiriləcək. Kişilərin və qadınların bu
turnirində 64 komanda medal uğrunda mübarizə aparacaq. Qızıl medala gedən yolda
idmançılar oyunun tempini və rəqiblərinə qarşı xalları artırmaq üçün səylərini
əsirgəməyəcəklər. Yarış iyunun 16-sı başlayır və Rio-2016 Yay Olimpiya Oyunları üçün
reytinq xalları qazanmağa imkan yaradır.
Açıq hava arenası yarışlar zamanı dünyanın ən məşhur çimərlik idman növlərindən biri olan
çimərlik voleybolundan zövq almaq istəyən 3900 tamaşaçını qarşılamaq imkanına malikdir.
Boks - Bakı Kristal Zalı
330 idmançı
12 yarış günü
15 medal dəsti uğrunda mübarizə
Yarış başlayır: 16 iyun
Azərbaycanda ən məşhur idman növlərindən biri olan boks üzrə yarışlarda 12 gün ərzində 15
medal dəsti uğrunda mübarizə aparılacaq. Kişilərin 10, qadınların isə 5 çəki kateqoriyasında
yarışacağı nəzərdə tutulub. Bu, qadınların 3-dən çox çəki kateqoriyası üzrə yarışaçağı ilk
mötəbər boks turniridir. Bakı Kristal Zalı Bakı Buxtasının Xəzər dənizinə doğru uzandığı
Bayraq Meydanı zonasının mərkəzi hissəsində yerləşir. Bu arena Avroviziya mahni
müsabiqəsi üçün inşa olunmuşdu və burada Bakı-2015 Birinci Avropa Oyunları üçün əlavə
təmir işləri həyata keçirilib. Bakı Kristal Zalı Oyunlar müddətində 5 idman növü üzrə yarışlara
ev sahibliyi edəcək.
Avarçəkmə - Mingəçevir “Kür” Olimpiya Tədris İdman Mərkəzi
350 idmançı
3 yarış günü
15 medal dəsti uğrunda mübarizə
Yarış başlayır: 14 iyun
Baku2015.com
Maraqla keçəcək və 3 yarış günü ərzində 350 idmançının mübarizə aparacağı avarçəkmə
yarışlarına Mingəşevir şəhəri ev sahibliyi edəcək. Ümumilikdə, 12 kayak (kişilərin və
qadınların) və 3 kanoe yarışları (yalnız kişilər) keçiriləcək.
İşıqlar şəhəri kimi tanınan Mingəçevir Bakıdan təxminən 250 km məsafədədir. Azərbaycan
kanoe və avarçəkmə komandalarının məkanı olan “Kür” Olimpiya Tədris İdman Mərkəzidir.
Kür çayının mənzərəli sahilində yerləşən arena 1350 tamaşaçı tutumun malikdir.
Velosiped idmanı - BMX veloparkı
48 idmançı
3 yarış günü
2 medal dəsti uğrunda mübarizə
Yarış başlayır: 26 iyun
Birinci Avropa Oyunlarının BMX velosiped idmanı yarışları 32 kişi və 16 qadın idmançının
yeni BMX veloparkında keçiriləcək. Kişilərin və qadınların Rio-2016 Yay Olimpiya Oyunları
üçün önəmli xallar qazanacağı final çıxışları iyunun 28-də baş tutacaq.
BMX yolunun Oyunların qoyduğu bir irs kimi qalacağına baxmayaraq, BMX veloparkı xüsusən
Bakı-2015 Avropa Oyunları üçün yaradılmış müvəqqəti arenadır. Bakının mərkəzinə yaxın
yerləşən idman qurğusu Qərb qrupuna daxil olan arenalardan biridir və 1600 azərkeş
tutumuna malikdir.
Velosiped idmanı – Dağ Velosipedi Veloparkı
77 idmançı
1 yarış günü
2 medal dəsti uğrunda mübarizə
Yarış başlayır: 13 iyun
Kross dağ velosiped yarışlarının hər anı digərinin davamı olacaq. Yarışda 46 kişi və 31 qadın
idmançı Dağ Velosipedi Veloparkında mübarizə aparacaqlar. Bakı-2015 zamanı həm kişilərin,
həm də qadınların medal uğrunda yarışları iyunun 13-də baş tutacaq. Bu oyunlar Rio-2016
Yay Olimpiya Oyunları üçün reytinq xalları qazanmaq şansı yaradır.
Dağ Velosipedi Veloparkı Bakı Atıcılıq Mərkəzinin cənubunda təpələrin üzərində Oyunlar
üçün yaradılmış müvəqqəti arenadır. Bu Azərbaycanda məqsədli şəkildə tikilmiş ilk dağ
velosipedi parkı olacaq.
Velosiped idmanı – Şosse - Azadlıq Meydanı və Bilgəh çimərliyi
221 idmançı
3 yarış günü
4 medal dəsti uğrunda mübarizə
Yarış başlayır: 18 iyun
Avropa Oyunları zamanı ənənəvi şosse velosiped idmanı oyunları geniş tamaşaçı kütləsinin
marağına səbəb olacaq. Belə ki, Avropanın 220 ən yaxşı velosipedçisi Bakı yollarında
mübarizə aparacaq. Şosse yarışı və zamana qarşı yarışda 4 medal dəsti qazanılacaq. Şosse
velosipedi idmanı növündə Rio-2016 Yay Olimpiya Oyunları üçün reytinq xalları qazanmaq
imkanı olacaq.
Baku2015.com
Şosse velosipedi yarışları Hökumət Evinin qarşısında Azadlıq Meydanında başlayacaq. Bakı
şəhəri boyunca ümumi şosse yolu 13.5 km-dir və kişilər üçün 16, qadınlar üçün isə 9
dövrədən ibarət olaraq nəzərdə tutulur. Müvəqqəti arena 1000 tamaşaçı tutumuna malik
olacaq.
Qılıncoynatma - Bakı Kristal Zalı
216 idmançı
5 yarış günü
12 medal dəsti uğrunda mübarizə
Yarış başlayır: 23 iyun
5 günlük yarış zamanı 200-dən çox qılıncoynadan rapira, sablya və şpaqa üzrə kişilərin və
qadınların fərdi və komanda oyunlarında iştirak edəcək. Ümumilikdə oyunlar 12 medal dəsti
uğrunda aparılacaq. Qılıncoynatma yarışları Bakı Kristal Zalında baş tutacaq.
Gimnastika – Akrobatika - Milli Gimnastika Arenası
55 idmançı
3 yarış günü
6 medal dəsti uğrunda mübarizə
Yarış başlayır: 17 iyun
Dinamik və coşğu dolu bədii gimnastika Avropa Oyunları boyunca gimnastların heyranedici
bədən çevikliyi və hərəki fəallığı ilə tamaşaçıları heyran edəcək. Bu Bakı-2015 Avropa
Oynlarının proqramına daxil edilmiş gimnastikanın 2 qeyri-olimpiya idman növündən biridir
və ümumilikdə 6 medal dəsti uğrunda gedən mübarizə təşkil olunacaq. 50-dən çox idmançı
qarışıq cütlərdə və qadınların qrup oyunlarında qızıl medal uğrunda mübarizə aparacaq. Milli
Gimnastika Arenası Atletlər və Media Kəndlərinin cənubunda yerləşir. 7000 azərkeş
tutumuna malik yeni inşa edilmiş bu arena Azərbaycan Gimnastika Federasiyasının bazasıdır
və 2014-cü ilin iyununda bədii gimnastika üzrə 30-cu Avropa Çempionatına ev sahibliyi edib.
Gimnastika – Aerobika - Milli Gimnastika Arenası
67 idmançı
3 günlük yarış
2 medal dəsti uğrunda gedən oyunlar
Yarış başlayır: 17 iyun
Aerobik xoreoqrafiyanın və gimnastikanın elementlərini özündə birləşdirən bu idman növü
“Bakı-2015”in proqramına yeni təqdim olunan qeyri-olimpiya idman növlərindən biridir.
Milli Gimnastika Arenası birbaşa olaraq Atletlər və Media Kəndlərinin cənubunda yerləşir.
Arenanın tikintisi fevral ayında başa çatıb. 7000 azərkeş tutumuna malik arena Azərbaycan
Gimnastika Federasiyasının meydanıdır və 2014-cü ilin yayında 30-cu Avropa Ritmik
Gimnastika Çempionatına ev sahibliyi edib.
Baku2015.com
Gimnastika - İdman - Milli Gimnastika Arenası
179 idmançı
4 yarış günü
14 medal dəsti uğrunda mübarizə
Yarış başlayır: 15 iyun
Gimnastikanın növlərinin ən çox izlənəni idman gimnastikası üzrə yarışlar Milli Gimnastika
Arenasında keçiriləcək. 4 günlük yarış müddətində Avropanın 180 idmançısı 14 medal dəsti
uğrunda mübarizə aparacaq.
Milli Gimnastika Arenası Atletlər Kəndinin yaxınlığında yerləşir və Avropa Oyunları zamanı
gimnastikanın 5 növ üzrə yarışlara ev sahibliyi edəcək.
Gimnastika – Bədii - Milli Gimnastika Arenası
93 idmançı
3 yarış günü
8 medal dəsti uğrunda mübarizə
Yarış başlayır: 17 iyun
İdmançılar 3 günlük yarış ərzində həm fərdi, həm də komanda yarışlarında mübarizə
aparmaq şansı əldə edəcəklər. Onlar Milli Gimnastika Arenasında top, gürzə, lent və halqa ilə
öz çıxışlarını edəcəklər. Yarış 8 medal dəsti uğrunda mübarizə aparan 92 qadın idmançının
çıxışlarının şahidi olacaq. Arena, əsasən, gimnastikanın müxtəlif növləri üzrə yarışlara ev
sahibliyi etmək üçün inşa olunub və yarışın miqyasından asılı olaraq, oturacqların sayını
5000-dən 9600-ə artırmaq mümkündür.
Gimnastika – Batut - Milli Gimnastika Arenası
53 idmançı
3 günlük yarış
4 medal dəsti uğrunda gedən oyunlar
Yarış başlayır: 17 iyun
Batut gimnastları 3 yarış günü ərzində Milli Gimnastika Arenasında havada göstərdikləri
hərəkətlərlə tamaşaçıları təəccübləndirməyə çalışacaqlar. Gimnastikanın yüksək enerjili bu
növü üzrə gimnastlar kişi və qadınların fərdi və sinxron yarışlarında medal uğrunda mübarizə
aparacaqlar.
Yarışların keçiriləcəyi Milli Gimnastika Arenası ən yüksək beynəlxalq standartlara cavab verir
və idman arenaları üçün tələb olunan şərtləri qarşılamağa malikdir. Buraya müsahibə
otaqları, media nəzarət mərkəzi, sponsor otaqları, media otaqları da daxildir.
Cüdo - Heydər Əliyev adına İdman-Konsert Kompleksi
366 idmançı
18 yarış günü
4 medal dəsti uğrunda mübarizə
Yarış başlayır: 25 iyun
Kişilərin və qadınların yarışında 350-dən çox idmançı 4 gün ərzində fərdi və komanda
şəklində mübarizə aparacaqlar. İlk dəfə olaraq, qitənin ən çox növlü mötəbər idman
Baku2015.com
tədbirində kişilər üçün 90 kq çəki dərəcəsində, qadınlar üçün isə 57 kq çəki dərəcəsində
olmaqla gözdən əlil idmançıların cüdo yarışları keçiriləcək.
Heydər Əliyev adına İdman Kompleksi şəhər qrupuna daxil olan arenalardan biridir və
Bakının mərkəzi küçələrindən birində Tbilisi prospektində yerləşir. Azərbaycan xalqının milli
liderinin adını daşıyan bu arena 1990-cı ildə istifadəyə verilib və bu günə qədər 30-dan artıq
idman tədbirinə ev sahibliyi edib. Avropa Oyunları başlamazdan öncə arenada əsaslı təmir
işləri aparılacaq və arenada güləş və cüdo idman yarışlarını 7800 tamaşaçı izləyə biləcək.
Karate - Bakı Kristal Zalı
96 idmançı
2 yarış günü
12 medal dəsti uğrunda gedən oyunlar
Yarış başlayır: 13 iyun
Karate idman növü üzrə yarışlar 13-14 iyun tarıxlərində baş tutacaq və 10-u fərdi kumite və
2-si fərdi kata olmaqla 12 medal dəsti uğrunda oynanılacaq. Avropanın ən yaxşı 48 kişi və 48
qadın idmançısı Bakı Kristal Zalının möhtəşəm tatamisində öz bacarıqlarını nümayiş
etdirəcəklər. Karate yarışları Avroviziya-2012 mahnı müsabiqəsi üçün tikilmiş və Bayraq
Meydanı zonasında yerləşən Bakı Kristal Zalında baş tutacaq.
Sambo - Heydər Əliyev adına İdman-Konsert Kompleksi
77 idmançı
7 yarəş günü
8 medal dəsti uğrunda mübarizə
Yarış başlayır: 22 iyun
Bakı-2015 Avropa Oyunları zamanı sambo üzrə yarışlar Heydər Əliyev adına İdman
Kompleksində keçiriləcək. Yarış 8 medal dəsti uğrunda mübarizədən ibarətdir. 41-i kişi, 36-sı
qadın olmaqla 77 idmançı sambo yarışlarında iştirak edəcək.
Heydər Əliyev adına İdman Kompleksində sambo yarışları üçün nəzərdə tutulmuş meydança
0.8 m hündürlüyü olan platformadan və xüsusi hazırlanmış hamar sambo döşəməsindən
ibarətdir.
Atıcılıq - Bakı Atıcılıq Mərkəzi
330 idmançı
7 yarış günü
19 medal dəsti uğrunda mübarizə
Yarış başlayır: 16 iyun
330 nəfər kişi və qadın idmançı 7 yarış günü ərzində mübarizə aparacaq. Onlar tüfəng,
tapança və güllə atıclığı üzrə 19 fərdi və komanda oyunlarında medal uğrunda yarışacaqlar.
Bakı Atıcılıq Mərkəzi Bakı-2015 Avropa Oyunları üçün yenidən inşa edilmiş atıcılıq arenasıdır
və Bakı-2015-in qoyacağı irsin bir hissəsini təşkil edəcək. Bu yeni arenanın tikinti işləri 2014-
cü ilin dekabr ayında başa çatıb.
Baku2015.com
Stolüstü tennis - Bakı İdman Zalı
128 idmançı
7 yarış günü
4 medal dəsti uğrunda mübarizə
Yarış başlayır: 13 iyun
7 yarış günü ərzində 128 idmnçı mübarizəyə qoşulacaq. Kişilərin və qadınların tək və
komanda oyunları 4 medal dəsti uğrunda gedən maraqlı yarışlarla müşaiyət olunacaq. Fərdi
yarışların qızıl medal sahibləri birbaşa Rio-2016 Yay Olimpiya Oyunlarında iştirak etmək
hüququ qazanacaqlar, bu səbəbdən birinci yer uğrunda necə kəskin mübarizə gedəcəyini
təsəvvür etmək çətin deyil.
Bakı İdman Zalı yeni tikilməyib, sadəcə Bakı-2015 Avropa Oyunlarına görə əsaslı şəkildə
təmir olunub. Dənizkənarı Milli Parka yaxın olan və şəhər qrupunda yer alan bu arena
Oyunlar zamanı stolüstü tennis və badminton yarışlarından zövq almaq istəyən 1700
tamaşaçını qəbul etmək imkanına malikdir.
Taekvondo - Bakı Kristal Zalı
128 idmançı
4 yarış günü
8 medal dəsti uğrunda mübarizə
Yarış başlayır: 16 iyun
Yarış 4 gün ərzində Bakı Kristal Zalında keçiriləcək və həm kişilər, həm də qadınlar 8 medal
dəsti uğrunda 4 çəki kateqoriyası üzrə mübarizə aparacaqlar. Rio-2016 Yay Olimpiya
Oyunlarına təsnifat xarakteri daşıyan bu yarışa təxminən 128 idmançı qoşulacaq.
Taekvondo yarışları 2012-ci ildə Avroviziya mahnı müsabiqəsi üçün tikilmiş Bakı Kristal
Zalında Avropa Oyunları zamanı keçiriləcək 5 idman növündən biridir.
Triatlon - Bilgəh çimərliyi
130 idmançı
2 yarış günü
2 medal dəsti uğrunda gedən mübarizə
Yarış başlayır: 13 iyun
Bakı qətiyyət və istəyin sınağı olan triatlon mübarizəsinə qoşulan idmançıların dənizdə
üzərək, velosiped sürərək və qaçaraq qələbəyə doğru irəlilədiklərinin şahidi olacaq. 130 kişi
və qadın idmançının qatıldığı yarışın çox şiddətli keçəcəyi gözlənilir. Belə ki, qızıl medal
sahibləri birbaşa Rio-2016 Yay Olimpiya Oyunlarında iştirak etmək üçün vəsiqə qazanacaqlar.
2 günlük yarış Bakının mərkəzindən şimalda yerləşən Bilgəh çimərliyində baş tutacaq. Bilgh
çimərliyi yerli əhali və xarici qonaqlar arasında məşhur olan Bakının ən gözəl və
özünəməxsus dənizkənarı istirahət mərkəzlərindən biridir.
Voleybol - Bakı Kristal Zalı
480 idmançı
16 yarış günü
2 medal dəsti
Baku2015.com
Yarış başlayır: 13 iyun
Bu idman növü üzrə kişilərin və qadınların turnirində 12 komanda 2 medal dəsti uğrunda
mübarizə aparacaq və yarış Bakı Kristal Zalında baş tutacaq. Eyni zmanada, yarış Rio-2016
Yay Olimpiya Oyunları üçün önəmli reytinq xalları qazanmaq şansı da yaradacaq.
Güləş - Heydər Əliyev adına İdman-Konsert Kompleksi
480 idmançı
6 yarış günü
24 medal dəsti
Yarış başlayır: 13 iyun
Azərbaycanda ən məşhur idman növlərindən olan güləş Avropa Oyunları zamanı xüsusi
diqqət mərkəzində olacaq və yarışlar Heydər Əliyev adına İdman Kompleksində 7800
tamaşaçının gözü önündə baş tutacaq. İdmançılar ümumilikdə 18 çəki kateqoriyasında
mübarizə aparacaqlar, bu da gərgin yarış günlərinin göstəricisidir. Bəzi çəki kateqoriyaları
üzrə yarışlar 6 yarış gününün hər birində aparılacaq. Sərbəst və yunan-Roma güləşi üzrə
yarışlar 400-dən çox idmançıya coşğulu azarkeş kütləsinin önündə həm də, Avropa
çempionu adını qazanmaq şansı yaradacaq.
İdmançılar kəndi
1,042 mənzil
7,351 çarpayı
80,000 kq qida məhsulu
Avropanın ən geniş mətbəxlərindən biri
Nəqliyyat
500-dən çox taksi və minik avtomobili
330 avtobus
1,970 sürücü, 12 milyon kilometrdən çox qət ediləcək yol
47 km sahəni əhatə edən Oyunların əsas marşrut şəbəkəsi
20-dən çox iri nəqliyyat infrastruktur layihəsi
İnsan
resurslar
ı
1,600 nəfərədək işçi qüvvəsi
BAOƏK-in 1,356 nəfərlik cari işçi heyəti (o cümlədən 443 xarici)
Çoxmillətli işçi heyəti. Hazırda 5 qitədən 43 ölkəni təmsil edən heyət
Baku2015.com
20,000 nəfər podratçı Bakının Oyunları layiqincə keçirməsi üzərində çalışır.
Olimpiya, Qış Olimpiya və irimiqyaslı idman yarışlarının keçirilməsində yüksək
səviyyəli beynəlxalq təcrübədən istifadə.
Hazırda 800-dən çox azərbaycanlı BAOƏK-in əməkdaşıdır.
Bilik proqramı çərçivəsində beynəlxalq təcrübənin yerli heyətə öyrədilməsi.
Gələcəkdə keçiriləcək tədbirlər üçün yerli ənənələr məktəbinin formalaşdırılması
məqsədilə Oyunlar Akademiyası proqramı.
162-si azərbaycanlı, 26-sı avropalı olmaqla, 188 Oyunlar Akademiyası məzunu.
Mərasimlər
Açılış mərasimi Azərbaycan mədəniyyətini və Bakının ev sahibi şəhər kimi müasir
Avropada rolunu əks etdirəcək.
Açılış mərasiminin bədii direktoru Dimitris Papaioannu, Afina-2004 Olimpiya
Oyunlarının mərasimlərinin təşkilatçısı olub.
Açılış və bağlanış mərasimlərinə 6000 nəfər cəlb olunub.
Dünyanın aparıcı Five Currents şirkəti açılış və bağlanış mərasimlərinin yaradıcı
işlərinin təşkilatçısı olacaq.
Sponsorlar
7 rəsmi tərəfdaş elan edilib: AzAL, BP, Coca-Cola, Nar Mobile, P&G, SOCAR, Tissot
10 rəsmi dəstəkçi elan edilib: Azərsun Holdinq, Bazastore, McDonald’s, Tickethour,
Sitecore, Milla, Motorola Solutions, NAZ, Nestle və Red Bull.
Teleyayım
Beynəlxalq İdmanYayım şirkəti (ISB – «International Sports Broadcasting») Avropa
Oyunlarının teleyayım hüququna malikdir.
Bu günədək müxtəlif ölkələrdən 57 televiziya kanalı ilə müqavilə bağlanılıb.
830 saat planlaşdırılmış televiziya yayımı.
Təxminən 750 media nümayəndəsi Oyunları işıqlandıracaq.
Baku2015.com
Oyunların statistikası
Oyunların keçirilmə tarixi
12–28 iyun 2015-ci il
Avropa milli olimpiya komitələrinin
sayı
50
Yarışlar
İdman növlərinin sayı
20
Rio-2016 Yay Olimpiya Oyunlarına
təsnifat xarakterli idman yarışları
12 (kamandan oxatma, atletika, boks, velosiped
idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, cudo,
taekvondo, triatlon, voleybol, güləş)
Medalların sayı
253
Yarış günlərinin sayı
17
Təxmini idmançı sayı
6,076
Təxmini rəsmi nümayəndə sayı
3,038
Beynəlxalq texniki heyət üzvlərinin
təxmini sayı
1,000
Milli texniki heyət üzvlərinin
təxmini sayı
650
Obyektlər
Obyektlər qrupu
4 (Bayraq Meydanı, Şəhər, Kənd və Qərb qrupları)
Yarış obyektləri
18
Daimi yarış obyektləri
12 (5 yeni tikili – Milli Gimnastika Arenası, BMX
Veloparkı, Bakı Su İdmanı Mərkəzi, Bakı Atıcılıq
Mərkəzi, Bakı Olimpiya Stadionu)
Müvəqqəti yarış obyektləri
6 (Su polosu Arenası, Çimərlik Arenası, Basketbol
Arenası, Dağ Velosipedi Parkı, Triatlon ərazisi,
velosiped şosse yolları və velosiped təqibetmə
yarışları)
Qeyri-yarış obyektləri
32
Təlim-məşq obyektləri
10
Kommunikasiya
Baku2015.com
Baş teleyayımçı
Beynəlxalq İdman Yayım Şirkəti (ISB)
Nəzərdə tutulan teleyayım müddəti
(saat)
830
Yarışları tribunada izləyəcək təxmini
tamaşaçı sayı
600, 000
Mətbuat nümayəndələrinin təxmini
sayı
750
Gecələmə/ Gəliş və gediş
Mehmanxanada gündəlik sifariş
yerlərinin sayı
110,000
Planlaşdırılan təyyarə uçuşları
şəbəkəsi (Oyunlar vaxtı)
54 hava limanı, 54 şəhər və 22 ölkə
Nəqliyyat
Oyunların nəqliyyat təchizatı
871 avtomobil və avtobus, təxmini 1970 sürücü
İdmançılar kəndi
3 otaqlı mənzilin orta ölçüsü
190 m
2
Yataq otağının orta ölçüsü
22 m
2
Yaşayış məhəllələrinin sayı
13 blok
Yataq otaqlarının sayı
3,755
Media kəndi
Yaşayış məhəllələrinin sayı
4 blok
Yataq otaqlarının sayı
1,464
Dostları ilə paylaş: |