ŞİRNİYYAT
MƏHSULLARININ
İSTEHSALI
Bakı - 2015
KİÇİK SAHİBKARLAR ÜÇÜN BƏLƏDÇİ
Şirniyyat məhsullarının istehsalı: kiçik sahibkarlar üçün
bələdçi.
Bakı 2015, 60 səh
Müəlliflər:
Rövşən AĞAYEV
Samir ƏLİYEV
Bu nəşr Amerika xalqının USAİD vasitəsilə göstərdiyi səxa vətli
dəstəyi nəticəsində ərsəyə gəlmişdir. Bu nəşrin məzmununa görə İqti-
sadi Təşəbbüslərə Yardım İctimai Birliyi məsuliyyət daşıyır. Burada
ifadə olunan fikirlər USAİD-in və ya Amerika Birləşmiş Ştatları
Hökumətinin mövqeyini əks etdirməyə bilər
ISBN 978-995281-321-0
© İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi
MÜNDƏRİCAT
Ön söz ......................................................................................4
Giriş ........................................................................................5
Kiçik sahibkarların fəaliyyətini tənzimləyən hüquqi
prosedurlar ......................................................................7
1. Biznes fəaliyyətin dövlət qeydiyyatına alınması ..................7
2. Əmlak üzərində mülkiyyət və ya icarə hüququnun
rəsmiləşdirilməsi ......................................................................8
3. Vergi və sosial sığorta öhdəliklərinin icrası ........................10
4. İşçi qüvvəsindən istifadənin rəsmiləşdirilməsi ..................12
Şirniyyat məhsullarının istehsalı ilə bağlı dövlət
standartlarının tətbiqi ..................................................13
Şirniyyat məhsullarının istehsalı və satışı üçün tələblər ........14
Qənnadı məmulatlarının qablaşdırılması və
etiketləşdirilməsi............................................................27
Qənnadı məmulatlarının satışı ............................................29
Yeyinti məhsulları haqqında qanunvericiliyin
pozulmasına görə məsuliyyət ........................................32
Əlavə 1. Gigiyenik sertifikatın forması ................................34
Əlavə 2. Gigiyenik sertifikat ................................................36
Əlavə 3.
Uyğunluq sertifikatının forması ................................37
Əlavə 4. Uyğunluq sertifikatı ................................................39
Əlavə 5. “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC
tərəfindən göstərilən laboratoriya, məsləhət və
ekspertiza xidmətlərinin tarifləri ..................................41
Əlavə 6. Keyfiyyət sertifikatının nümunəsi ..........................45
Əlavə 7. Yeyinti məhsulları üzərində “müalicəvi”, “pəhriz”
və onlara bərabər tutulan adların verilməsi və reklam
xarakterli digər məlumatların etiketdə
yerləşdirilməsinə icazə məktubunun verilməsi ............47
Əlavə 8. Qida məhsullarının daşınmasına icazə
verən sanitariya pasportunun verilməsi üçün
müraciətin və sənədlərin qəbulu....................................54
K
İç
İK
S
a
h
İb
K
a
r
l
a
r
Ü
ç
Ü
n
b
ə
l
ə
d
ç
İ
3
Ön söz
Bu bələdçi Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf
Agentliyinin (USAİD) maliyyələşdirdiyi “Azər baycanda Kiçik
Sahibkarlığın İnkişafına Dəstək” layihəsi çərçivəsində hazırlanıb.
Layihənin məqsədi Azərbaycanda kiçik sahibkarlıq mühitinin
daha da yaxşılaşdırılmasıdır. Bu məqsədlə layihə çərçivəsində kiçik
sahibkarlığın vəziyyəti və prob lemləri araşdırılır, qanunvericiliyin
təkmilləşdiril məsinə, dövlət idarəetmə institutlarının gücləndiril mə -
si nə dair təkliflər hazırlanır, konkret kiçik sahibkarlıq sa hələrindəki
maneə və çətinliklər təhlil edilir, qadın-ailə biznesinin inkişafına dair
tədqiqatlar aparılır və töv siyələr hazırlanır və bir sıra digər vacib is -
tiqamətlərdə işlər görülür.
Layihənin icraçıları bunlardır: Sahibkarlığın və Bazar İqtisa -
diyyatının İnkişafına Yardım Fondu (aparıcı təşkilat), İqtisadi Təşəb -
büslərə Yardım İctimai Birliyi, İqtisadi Tədqiqatlar Mərkəzi, Kiçik
və Orta Müəssi sələrin İnkişafına Yardım Mərkəzi, Gələcəyə Körpü
Gəncə gənclər ictimai birliyi və Quba Xalça Dünyası Assosiasiyası.
Bu kitabça şirniyyat sənayesi sahəsində sahibkarlıq fəaliyyəti
qurmaq istəyən fiziki və hüquqi şəxslərin hansı prosedurları keçməli
olduğu göstərir.
Kitabçada şirniyyat sferasında biznes qurmaq istəyən kiçik və
orta sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı, vergi rejimi,
şirniyyat istehsalı üçün vacibolan dövlət standartları, tələb olunan
sertifikatların növləri və onların alınması formaları və s. əks olunub.
Bələdçi kiçik sahibkarlıqla məşğul olan subyektlər üçün
nəzərdə tutulub.
İqtisadi Təşəbbüslərə Yardım İctimai birliyi
K
İç
İK
S
a
h
İb
K
a
r
l
a
r
Ü
ç
Ü
n
b
ə
l
ə
d
ç
İ
4
Giriş
Şirniyyat biznesi Azərbaycanda kiçik və orta sahibkarlığın
geniş yayıldığı sektorlardan biridir. Rəsmi statistik məlumatlar
göstərir ki, şirniyyat məhsullarının da aid edildiyi qida sənayesində
fəaliyyət göstərən sahibkarlıq subyektlərinin təxminən 80 faizi kiçik
biznesə aiddir. Dövlət Statistika Komitsinin 2015-ci ilin əvvəlinə
olan məlumatına görə, qida sənayesində 389 təsərrüfat subyektinin
fəaliyyəti qeydə alınıb ki, onların da 294 vahidini kiçik biznes təşkil
edib. Rəsmi informasiyalar həmçinin təsdiq edir ki, şirniyyat
məmulatlarının istehsalının coğrafiyası geniş deyil və əsasən iri
şəhərlərdə təmərküzləşib. Belə ki, 2014-cü ilin yekunlarına olan
məlumata görə, ölkə üzrə 452.6 min ton şirniyyat məmulatı və piro-
jnalar istehsal edilib. Həmin istehsalın 360 min tonu və ya 79.6 faizi
Bakı şəhəri, 75.3 min tonu (16.7 faiz) Naxçıvan, 17.2 min tonu (3.7
faiz) Sumqayıt şəhəri ərazisində reallaşdırılıb.
Şirniyyat biznesinə məşğul olmağa qərar verən biznes
subyektləri bir sıra mühüm məqamları öncədən nəzərə almalıdırlar.
Əvvəla
, şirniyyat istehsalı üçün əlverşli istehsal məkanı olmalıdır.
Burada əlverişlilik dedikdə, istehsal meydançasının optimal ölçüyə
malik olması, binanın havalanma sistemi ilə təmin edilməsi imkanı
və işıqlandırma səviyyəsinin optimallığı nəzərə tutulur. İkincisi,
biznes subyekti yalnız istehsal fəaliyyəti ilə məhdudlaşacaq, yoxsa
paralel olaraq çay-kofe salonları vasitəsilə istehsalı edilmiş şirniyyat
məmulatlarının satışını da həyata keçirəcək. Əgər hər iki fəaliyyətə
üstünlük veriləcəksə, vergi qeydiyyatında bu məqamlar nəzərə
alınmalıdır. Çünki birinci hal sırf istehsal fəaliyyətini, ikinci hal isə
ictimai iaşə xidmətini nəzərdə tutur. Qüvvədə olan vergi qanun -
vericiliyində isə bu sahələr üçün fərqli vergi rejimi müəyyən edilib.
Bazarın bu seqmentində daxili istehsalla yanaşı anoloji idxal
məhsulları da mühüm paya malikdir. Ərzaq təhlükəsizliyi ilə bağlı
rəsmi statistik məlumatlardan aydın olur ki, ölkənin şirniyyat
məmulatlarına olan tələbatının təxminən yarısı xaricdən gətirilir. Bu
fakt bir tərəfdən daxili istehsal üçün böyük potensialın mövcud -
Şirniyyat məhsullarının istehsalı: kiçik sahibkarlar üçün bələdçi
K
İç
İK
S
a
h
İb
K
a
r
l
a
r
Ü
ç
Ü
n
b
ə
l
ə
d
ç
İ
5
luğunu göstərir. Başqa tərəfədən isə bu sahədə biznesə başlamaq
niyyətində olan sahibkarlar üçün bazarın öncədən dəqiq öyrənil -
məsinin vacibliyi ilə bağlı siqnal rolunu oynayır. Başqa sözlə, mövcud
bazarda şirniyyat məmulatlarının həddən artıq böyük çeşidi var və
rəqabətə davam gətirmək üçün bazara fərqli keyfiyyət və fərqli
çeşidlərlə daxil olmaq vacib şərtdir.
Heç şübhəsiz, şirniyyat məmulatlarının istehsalını təşkil etmək
üçün özünəməxsus texniki-texniloji şərtlərin təmin olunması, zəruri
avadanlıqların alınması, şirniyyat istehsalı sahəsində peşəkar və
təcrübəli kulinar heyətin formalaşdırılması da bu biznesin uğuru
üçün zəruri şərtlər sırasındadı.
İstənilən biznes sahəsinin inkişafı üçün bu sektorda çalışanların
maraqlarını müdafiə etmək üçün yetərli hüquqi əsasların, onların
mümkün qədər inzibati manelərdən yan keçməsinə təminat verən
mexanizmlərin mövcudluğuna ehtiyac var. Heç şübhəsiz, kiçik
biznes təmsilçilərinin də öz növbəsində qanunverciliyin onlara
verdiyi hüquqlarla bağlı müfəssəl məlumatlı olması vacib şərt lər -
dəndi. Bu buraxılış məhz həmin hüquqların öyrənilməsində gözəllik
salonu və bərbərxana xidməti göstərən kiçik sahibkarlara bələdçilik
etmək məqsədilə hazırlanıb.
İqtisadi Təşəbbüslərə Yardım İctimai birliyi
K
İç
İK
S
a
h
İb
K
a
r
l
a
r
Ü
ç
Ü
n
b
ə
l
ə
d
ç
İ
6
Kiçik sahibkarların fəaliyyətini tənzimləyən
hüquqi prosedurlar
1. Biznes fəaliyyətin dövlət qeydiyyatına alınması
Azərbaycanda şirniyyat biznesi ilə məşğul olmaq üçün vergi
orqanlarında qeydiyyatdan keçmək lazımdır. Kiçik sahibkarlıq
subyektləri bir qayda olaraq fərdi sahibkar kimi dövlət qeydiy yatına
düşməyə üstünlük verir. Fərdi sahibkarın dövlət qeydiyyatı üçün
aşağıdadakı formalardan birini seçmək mümkündür:
(i) Əyani qeydiyyat forması
Əyani formada müraciət etmək istəyən şəxs rəsmi qeydiyyatda
olduğu yerin aidiyyatı üzrə vergi orqanına müraciət edir. Bunun
üçün qeydiyyat orqanına aşağıdakı sənəd və məlumatlar təqdim
edilir:
· ərizə;
· şəxsiyyəti təsdiq edən sənədin surəti;
· fiziki şəxsin yaşadığı yer haqqında məlumat.
Əyani müraciət edildiyi gündən 2 gün ərzində şəxs qeydiyyat
şəhadətnaməsini sənəd şəklində əldə edir.
(ii) Elektron qeydiyyat forması
Elektron formada qeydiyyat müraciətin edildiyi gün aparılır və
şəxs qeydiyyat şəhadətnaməsini (VÖEN) elektron formada həmin
gün əldə edir. Lakin elektron qeydiyyat üçün elektron imza alın ma -
lıdır. Elektron imza almaq üçün Rabitə və İnformasiya Texnolo -
giyaları nazirliyinə müraciət edilir və elektron imza sertifikatı alınır.
Elektron imza sertifikatı zəruri sənədlər təqdim edildikdən sonra 2
gün ərzində verilir.
Şirniyyat məhsullarının istehsalı: kiçik sahibkarlar üçün bələdçi
K
İç
İK
S
a
h
İb
K
a
r
l
a
r
Ü
ç
Ü
n
b
ə
l
ə
d
ç
İ
7
İqtisadi Təşəbbüslərə Yardım İctimai birliyi
K
İç
İK
S
a
h
İb
K
a
r
l
a
r
Ü
ç
Ü
n
b
ə
l
ə
d
ç
İ
8
2. Əmlak üzərində mülkiyyət və ya icarə hüququnun
rəsmiləşdirilməsi
Şirniyyat biznesin təşkil edən şəxslər ilk növbədə uyğun tikiliyə
malik olmalıdır. Fəaliyyət üçün bina qeyri-yaşayış xarakterli tikili
olmalıdır. Kiçik və orta sahibkarlar uyğun tələblərə cavab verən şəxsi
tikiliyə malik olmadıqda onu ya icarəyə götürə, ya da torpaq sahəsi
almaqla tikə bilər.
Hər 2 formanın özünəməxsus əldə etmə prosedurları və rəs -
mi ləşdirmə qaydaları var.
(i) Binanın icarəyə götürülməsi.
Şirniyyat biznesini təşkil edən
şəxslər uyğun tikili icarəyə götürülə bilər. Xüsusi mülkiyyətdən bina
icarə götürülməsinin nümunəsində bu prosedur aşağıdakı kimidir:
·
Qüvvədə olan mülki qanunvericiliyə əsasən icarəyə
götürənlə (sahibkar) icarəyəverən (mülk sahibi) arasın -
da rəsmi müqavilə bağlanmalıdır. Tərəflərdən ən azı biri
hüquqi şəxs olduqda, icarə müqaviləsinin notarial qay-
dada təsdiqinə ehtiyac yoxdur. Lakin tərəflərdən hər
ikisi fiziki şəxs olduqda, həmin müqavilə mütləq notar-
ial qaydada təsdiqlənməlidi.
· Müqavilənin notarial qaydada bağlanması üçün 70.15
AZN (61 AZN dövlət rüsumu + 9.15 AZN notarial hərə -
kət lərin aparılması üçün xidmət haqqı) ödənilir.
· İcarənin məbləği və şərtləri qarşılıqlı razılıq əsasında
müqavilədə əks olunur.
· İcarəyə götürülən binanın rəsmi dövlət qeydiyyatı (mül -
kiyyət üzərində hüquqları təsdiqləyən reyestr dən çı xa -
rış) olmalı, mülk qeyri-yaşayış sahəsi kimi istifadəyə
ve rilməlidir.
(ii) Binanın tikilməsi.
Şirniyyat biznesi ilə məşğul olan
sahibkarlar fəaliyyətlərinin təşkili məqsədilə bina tikmək istədikdə,
ilkin olaraq torpağa sahib olmalıdırlar. Sahibkarlıq məqsədilə
özəlləşdirilmiş torpaq sahəsi olduğu tədqirdə tikinti işləri aparmaq
mümkündür və bunun üçün ilk növbədə tikinti icazəsi alınmalıdır.
Bu proses icazə xarakterli sənəd olan inşaat pasportu alınması ilə
başlayır. İnşaat pasportu müəyyən olunmuş torpaq sahəsində tikinti
işlərini aparmaq üçün müxtəlif orqanlardan alınan rəylərdən,
icazələrdən ibarət sənədlər toplusudur. İnşaat pasportu şəhər (rayon)
icra hakimiyyətlərinin memarlıq və tikinti şöbələri (idarələri)
tərəfindən verilir. Bu pasportu torpaq sahəsinin mülkiyyətçisi mü-
vafiq şəhər (rayon) icra hakimiyyətindən əldə edir.
İnşaat pasportu və tikinti üçün icazə haqqında qərar əldə
edildikdən sonra tikiləcək binanın layihəsi hazırlanmalıdır. Layihə -
ləndirmə işi yalnız bu sahədə fəaliyyətə dair alınmış xüsusi razılığı
(lisenziyası) olan hüquqi və ya fiziki şəxslər (layihəçi) tərəfindən aparıla
bilər. Layihə hazır olduqdan sonra layihə sənədləri müəyyən edilmiş
qaydada dövlət ekspertizasından keçməli və təsdiq olunmalıdır.
Müəssisənin tikintisinə başlamazdan əvvəl tikinti üçün müvafiq
texniki şərtlər alınmalıdır. Qanunvericilik texniki şərtlərin konkret
hansı mərhələdə alınmalı olduğunu müəyyən etmir. Ümumiyyətlə isə
texniki şərtlər tikinti işləri başlamamışdan əvvəl alınmalıdır. Texniki
şərtlər tikiləcək olan müəssisəyə elektrik, qaz və su xətlərinin birləş di -
rilməsi üçün səlahiyyətli orqanlardan (Azərsu, Azəriqaz, Azərişıq
alınır. Tikinti işləri başa çatdıqdan və tikili istifadəyə tam hazır olduq-
dan sonra binanın istifadəyə qəbulu həyata keçirilir. Qəbul tikintini
sifariş edənin müəyyən etdiyi qəbul komissiyası tərəfindın aparılır və
istifadəyə qəbul aktı tərtib olunur.
Tikinti prosesi tikilmiş bina üzərində hüquqların dövlət
qeydiyyatı il tam başa çatdırılır. Dövlət qeydiyyatı üçün DƏDRX-in
tikilinin yerləşdiyi ərazi üzrə yerli idarəsinə tikilinin mülkiy yətçisi
tərəfindən müraciət olunur və aşağıdakı sənədlər təqdim edilməlidir:
· ərizə;
· yerli icra hakimiyyəti orqanının tikinti işlərinin apa rıl -
ma sına icazə verən qərarı (bina tikilərkən təqdim edilir);
· binanın istifadəyə qəbul aktı (bina tikilərkən təqdim
edilir);
Şirniyyat məhsullarının istehsalı: kiçik sahibkarlar üçün bələdçi
K
İç
İK
S
a
h
İb
K
a
r
l
a
r
Ü
ç
Ü
n
b
ə
l
ə
d
ç
İ
9
· binanın və onun tərkib hissələrinin texniki sənədləri,
plan-cizgisi;
· dövlət rüsumunun ödənilməsi barədə qəbz.
Tikiliyə mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün
mülkiyyətçi dövlət reyestrindən çıxarışın verilməsi üçün binaya dair
texniki sənədlərin verilməsi üçün 50 AZN dövlət rüsumu ödənməsi
tələb olunur. Bununla yanaşı, tikilinin (müəssisənin) inventarlaşdırıl -
ma sı üçün xidmət haqqı ödənir. Xidmət haqqının məbləği Tarif
(qiymət) Şurasının qərarı ilə müəyyən olunur. Bütün sənədlər təq -
dim edildikdən sonra müəssisəyə mülkiyyət və ya icarə hüququnu
təsdiq edən dövlət reyestrində çıxarış və texniki sənədlər 20 gün
ərzində verilir.
3. Vergi və sosial sığorta öhdəliklərinin icrası
Gözəllik salonu və bərbərxana biznesi ilə məşğul olanlar ya
sadələşdirilmiş vergi ödəyicisi, ya da ƏDV məqsədləri üçün qeydiyy-
ata alına bilərlər. Vergi qanunvericiliyinə görə:
· Ardıcıl 12 aylıq dövrdə vergi tutulan əməliyyatların
həcmi 200 min manatadək olan şəxslər sadələşdiril miş
vergi ödəyicisi olmaq hüququndan istifadə edən sahib -
karlar mənfəət vergisi və ƏDV ödəməkdən azad olur,
yalnız sadələşdirilmiş vergi ödəyir. Sadələşdiril miş
verginin dərəcəsi satış dövriyyəsinin Bakı şəhəri üzrə
4%-i şəhər və rayonlarda 2%-i səviyyəsindədir.
· Ardıcıl 12 aylıq dövrdə vergi tutulan əməliyyatların
həcmi 200 min manatadan çox olan və şirniyyatın isteh -
salı ilə yanaşı bilavasitə istehsal ərazisində istehlakçılara
müxtəlif xarakterli xidmətlər təklif etməklə şirniyyat
məhsullarının satışını da həyata keçirən şəxslər sadələş -
dirilmiş vergi ödəyicisi ola bilər. Lakin bu halda hansı re-
gionda fəaliyyət göstərməsindən asılı olmayaraq daha
yüksək dərəcə ilə vergi ödəməli olacaqlar. Belə ki, əgər
İqtisadi Təşəbbüslərə Yardım İctimai birliyi
K
İç
İK
S
a
h
İb
K
a
r
l
a
r
Ü
ç
Ü
n
b
ə
l
ə
d
ç
İ
10
həmin fəaliyyət ictimai iaşə fəaliyyəti kimi qeydiyyata
alınarsa, xidmət dövriyyəsinin 8%-i, ticarət fəaliyyəti
kimi qeydiyyata alınarsa, satış dövriyyəsinin 6%-i səviy -
yəsində sadələşdirilmiş vergi ödəməlidir.
· Ardıcıl 12 aylıq dövrdə vergi tutulan əməliyyatların
həcmi 200 min manat manatdan çox olan sahibkarlar
ƏDV məqsədləri üçün qeydiyyatı alınır. Bu halda xid -
mət dövriyyəsinin 18%-i həcmində ƏDV, mənfəətlə -
rinin 20%-i həcmində isə mənfəət vergisi ödəyirlər.
Əgər fəaliyyət fiziki şəxs kimi qeydiyyat əsasında həyata keçi -
rilərsə, o zaman Dövlət Sosial Müdafiə Fonduna fərdi sahib kar kimi
icbari sosial ödəniş edilməlidir. Ödənişin məbləği qüvvə də olan min-
imum əmək haqqına faiz nisbətilə müəyyən olunur və hazırda
aşağıdakı kimidir:
· Bakı şəhərində - 21 manat;
· Sumqayıt və Gəncə şəhərlərində - 18.9 manat;
· Respublika tabeli digər şəhərlərdə - 16.8 manat;
· Rayon mərkəzlərində, digər şəhər və qəsəbələrdə - 12.6
manat;
· Kənd yerlərində - 10.5 manat.
Fərdi sahibkarlar məcburi sosial sığorta ayırmalarını sahibkar
kimi uçota alındığı deyil, faktiki fəaliyyət göstərdiyi ərazilər üzrə
müəyyən olunmuş məbləğ əsasında aylıq ödəməlidir. Məsələn,
şirniyyat biznesi ilə məşğul olan fərdi sahibkar Biləsuvar rayonunun
ixtiyari bir kəndinin sakini kimi vergi uçotuna alınıb həmin xidməti
Bakıda təşkil edirsə, bu halda hər ay 10,5 manat deyil, 21 manat
icbari sosial ayırma ödəməlidir.
Şirniyyat biznesi ilə məşğul sahibkar (fərdi sahibkar və ya
hüquqi şəxs kimi qeydiyyata alınmasından asılı olmayaraq) bu
xidməti göstərmək üçün özündən savayı işçilər cəlb edibsə, həmin
işçilər muzdlu işçi kimi rəsmiləşdirilməli, onlarla əmək müqaviləsi
bağlamalı, maaş cədvəlinə uğun olaraq həmin işçilərin hesablanmış
Şirniyyat məhsullarının istehsalı: kiçik sahibkarlar üçün bələdçi
K
İç
İK
S
a
h
İb
K
a
r
l
a
r
Ü
ç
Ü
n
b
ə
l
ə
d
ç
İ
11
aylıq əmək haqqı məbləğinin 22%-i həcmində ayırmanı Dövlət
Sosial Müdafiə Fonduna ödəməlidirlər.
Əgər şirniyyat biznesi ilə məşğul sahibkarın isitifadəsində olan
əmlak (tikili) icarəyə götürülübsə və icarəyə verən subyekt hüquqi
şəxs statusuna malik deyilsə, bu halda icarəyə götürən sahibkar icarə
haqqından ödəmə mənbəyindən vergi tutaraq büdcəyə ödəyir. Bu
vergi “ödəmə mənbəyində vergi” adlanır və aylıq icarə haqqından
14 faiz dərəcə ilə tutulur. Binanın icarəyə götürülməsi müddətləri,
şərtləri, habelə onların təmiri üzrə xərclər qanunvericilikdə nəzərdə
tutulmuş qaydada icarəyə verənlə icarəçi arasında bağlanılan
müqavilədə razılaşdırılır.
4. İşçi qüvvəsindən istifadənin rəsmiləşdirilməsi
Ölkə qanunvericiliyinə əsasən, şirniyyat biznesi ilə məşğul sa -
hibkarlar hər hansı şəxsi iş və ya xidmət üçün cəlb edə bilər. İşə götü -
rülən fiziki şəxslərin rəsmiləşdirməsi iki formada həyata keçirilə bilər:
· əmək müqaviləsi və
· xidmət müqaviləsi bağlanmaqla.
Əmək müqaviləsi əsasında işə cəlb edilən hər bir işçi işəgötürən
(həm fərdi sahibkar, həm də hüquqi şəxs) tərəfindən məcburi dövlət
sosial sığortası üzrə sığortalanmalıdır. Yeni işçi qəbul edilərsə hər
qəbul edilmiş yeni işçi üçün DSMF-in yerli qurumlarına işəgötürən
tərəfindən ərizə ilə müraciət edilir.
Müraciət edildikdən 1 ay sonra DSMF-in yerli qurumları
tərəfindən işçilərin sosial sığorta şəhadətnamələri (SSŞ) işəgötürənə
təqdim edilir.
Məcburi dövlət sosial sığortası ilə yanaşı işəgötürən işçiləri özəl
sığorta təşkilatlarında istehsalatda bədbəxt hadisələr və peşə
xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi halların -
dan icbari sığorta etdirməlidir. Bunun üçün işəgötürən həyat sığor -
tası ilə məşğul olan sığorta şirkətinə müraciət edib həmin şirkət ilə
sığorta müqaviləsini bağlayır.
İqtisadi Təşəbbüslərə Yardım İctimai birliyi
K
İç
İK
S
a
h
İb
K
a
r
l
a
r
Ü
ç
Ü
n
b
ə
l
ə
d
ç
İ
12
Dostları ilə paylaş: |