________ Səbail Rayon Məhkəməsinin 1(009)-281/09 saylı iş üzrə 11 noyabr 2009-cu il tarixli hökmündən Emin Paşa oğlu Abdullayevin və Adnan Hikmət oğlu Hacızadənin vəkilləri Elton Quliyevin və İsaxan Aşurovun
A.Faktların ifadəsinə dair Hörmətli məhkəmə
1. Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi, sədrlik edən cənab Araz Hüseynov) mübahisələndirilən hökmü ilə Emin Paşa oğlu Abdullayev Azərbaycan Respublikası CM-nin 127.2.3. və 221.2.1. maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək 2 il 6 ay müddətinə, Adnan Hikmət oğlu Hacızadə eyni cinayətləri törətməkdə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilibləp.