Bakı Avrasiya Universiteti



Yüklə 25,91 Kb.
tarix02.01.2022
ölçüsü25,91 Kb.
#35339
Belge (15)


Bakı Avrasiya Universiteti

Fənnin adı_____İxtisas_ölkəsi_beynəlxalq_münasibətlər sistemində________

Sərbəst işinin növünün adı________Esse______________________________

Mövzusu_______Marqaret_Tetçerin_xarici_siyasəti________________

Təhsilin səviyyəsi_____Bakalavr__________________________________

Təhsilalan:_Əlihəsənov_Sabir_Əhmədağa____________qrup__B08Avr17/02______

(S.A.A)

Müəllim:__Məleykə Adıgözəlova_____________________________________

(elmi dərəcəsi,elmi adı,S.A.A)

Təhvil verilmə tarixi______________________________________

Qiymət “___” ___________________________________________

Bakı 2020

Marqaret Tetçerin xarici siyasəti

70-ci illərin sonlarında dünyanın qabaqcıl ölkələrinin əksəriyyətində sağların hakimiyyətə gəlməsi İngiltərədə də öz əksini tapdı. 1979-cu ilin mayın 4-də keçirilən parlament seçkilərində nümayəndələr palatasından olan 650 yerdən 390-nı mühafizəkarlar tutdu. Seçicilərin 13 milyondan çoxu mühafizəkarlara, 11 milyondan bir qədər çoxu isə leyboristlərə səs verdilər. 1959-cu ildən İngiltərə parlamentinin üzvü, 1975-ci ildə mühafizəkarlar partiyasının lideri, əvvəlki hökumətin dövründə təhsil naziri işləmiş və hələ o dövrdə sosial xərclərin azadılması təklifi ilə parlamentdə məsələ qaldırmış Marqaret Tetçer baş nazir kürsündə əyləşdi.

Tetçer hökuməti iqtisadi və sosial sahədə fövqəladə çətinliklərlə üzləşməli oldu. «Neft şoku» ağır nəticələr verdi. 1979-cu ildə İranda şah rejiminin devrilməsi və İran-İraq müharibəsinin başlanması ilə OPEK ölkələri dünya bazarında neftin qiymətini iki dəfə qaldırdılar. 1980-ci ildə Avropa ölkələrini yeni böhran dalğası bürüdü ki, bu özünü İngiltərədə daha ağır göstərdi. Böyük Britaniya hətta 1929-1933-cü illərdə də belə bir böhranla üzləşməmişdi. Ölkədə ümumi sənaye məhsulu istehsalı 12%, emal sənayesi 16%, yüngül sənaye 27%-ə qədər aşağı düşdü. İnflyasiya və işsizlik artdı. 1980-1981-ci illərdə işsizlərin sayı 1,5 milyondan 3,3 milyona çatdı. Buna baxmayaraq Tetçer hökuməti iqtisadiyyatın struktur islahatından əl çəkmədi. Hökumət ilk növbədə inflyasiyanın sürətini aşağı salmaq siyasəti yeritdi. «Qiymətli kredit» siyasətinə keçirildi. İri gəlirdən tutulan vergilər 3,5 mlrd. funt-sterlinq ixtisar edildi, büdcəyə gələn dolayı vergilərin çəkisi 1979-cu ildəki 34%-dən 1981-ci ildə 39%-ə qalxdı.

Tetçer öz daxili siyasətini «yeni mühafizəkar inqilab» adlandırdı. Dövlət kommunal və yol təsərrüfatı, mədəniyyət, maarif çəkilən dövlət xərclərinin böyük miqyasda ixtisarına başladı. 1980-1981-ci illərdə onlara büdcədən çəkilən xərclər 4 milyard funtsterlinq azadıldı. Eyni vaxtda dövlət aparatının tərkibinin və onların saxlanılması xərclərinin azaldılması başlandı. 1982-ci ilə qədər hökumətin tərkibindəki bütün sahə nazirlikləri ləğv edildi. Tetçerin apardığı siyasət artıq 1982-ci ildə öz nəticələrini verdi. Tetçer inflyasiyaya qarşı mübarizəni özünün ən şərəfli vəzifəsi hesab edirdi. M.Tetçer bu xətti tutmuşdu ki, İngiltərə güclü orduya və donanmaya malik olmalı, özünün nüvə silahını təkmilləşdirməlidir. Tetçer hökuməti milliləşdirilmiş iqtisadiyyat şöbələrinin sistematik özəlləşdirilməsi xəttini yeritməyə başladı.

Tetçer hökuməti milliləşdirilmiş müəssisələrin ziyanla işlədiyini əsaslandıraraq onları özəlləşdirməyə başladı. Neft, kimya, aviasiya, gəmiqayırma, nəqliyyat və digər sənaye sahələrinin xüsusi mülkiyyətə çevrilməsi prosesində dövlət müəssisələrinin 2/3 hissəsi iştirak etdi. 21 dövlət kampaniyası özəlləşdirildi. 1984-1987-ci illərdə sənaye, nəqliyyat, kommersiya strukturlarının 1/3-i özəlləşdirildi. Daxili məhsul istehsalında dövlət bölməsinin payı 10%-dan 6,5%-ə endi. Tetçer hökuməti milliləşdirilmiş dövlət müəssisələrinə dövlət yardımını kəskin surətdə azaltdı. Dövlət bölməsinin ixtisarı nəticəsində bu sahəyə kapital qoyuluşu 50%-dən 25%-ə endi. İqtisadi proseslərin liberallaşdırılması xətti yeridildi. Bələdiyyə idarələrinin bir milyondan artıq mənzili satıldı. 1975-ci ildə Şimal dənizində neft yataqlarının kəşf edilməsi və 1979-cu ildə neft hasil edilməsi ölkənin gələcək inkişafının stimullarından biri oldu. Tetçerin siyasi iradəsi və təşkilatçılıq bacarığı öz işini gördü. 1982-1987-ci illərdə İngiltərə inkişaf sürətinə görə Avropa ölkələrinin hamısını ötüb keçdi. Dünyada beşinci yeri tutdu. «İngilis xəstəliyi», işsizlik, infilyasiya arxada qaldı. Britaniya sənayesinin rəqabət qabiliyyətini möhkəmləndirmək üçün hökumət ETİ-nin nailiyyətləri əsasında onun tamamilə yenidən təchiz edilməsi üçün böyük vəsait ayırdı, yeni sahələri inkişaf etdirən və əmək məhsuldarlığının artmasını stimullaşdıran sahibkarları həvəsləndirdi və bu öz nəticəsini verdi. Tetçer İngiltərənin keçmiş şöhrətini özünə qaytardı. İngiltərə artıq «Avropanın xəstə adamı» kimi tanınmadı. 1981-ci ildə işsizlik fəal əhalinin 10%-ni əhatə edirdi. Gənclər arasında isə bu rəqəm 4 dəfə çox idi. Cinayət və terrorizmin artdığı müşahidə olunurdu. Kortəbii etiraz nümayişləri çoxaldı. 80-ci illərin əvvəllərində tətillər elan etməkdə həmkarlar ittifaqlarının hüquqlarını məhdudlaşdıran qanunlar qəbul edildi.1982-ci ildə inflyasiyanın səviyyəsi 4-5%-ə qədər aşağı endi. 1983-cü ildə iqtisadiyyatda artma müşahidə edildi. Əhalinin təlabat xərcləri 6,5% artdı.

Şimali İrlandiya hadisələrinə daha sərt münasibət göstərildi. 1981-ci ildə oraya əlavə hərbi kontingent göndərildi. Katolik təşkilatlarının fəallarının məhkəmə prosesi başlandı.

Tetçer hökuməti sahibkarlığın hüquqi əsaslarının nizama salınması üçün xüsusi tədbirlər gördü. 1985-ci ildə «Kampaniyalar haqqında yeni akt» qəbul edildi. Tetçer xırda və orta biznesin inkişafına xüsusi diqqət ayırdı. «Yeni mühafizəkarlar» üçün kiçik biznes-insan amilinin iqtisadi fəaliyyətdə rolunun artırılması, əməyin fərdiləş məsinin yüksək dərəcəsi, yaradıcı azadlıq, işçinin özünü təsdiq etməsi demək idi. Onlar «mülkiyyətçilərin milləti»ni yetişdirməklə təkcə kiçik biznesin inkişafının iqtisadi səmərəsini deyil, onun ictimaiyyətin psixologiyasına təsirini də düşünürdülər. 1980-ci ildən 1987-ci ilə qədər kiçik bizneslə məşğul olanların sayı 1,9 milyondan 3 milyona çatdı. 80-ci illərin sonunda işçilərinin sayı 20-ə qədər olan müəssisələrin sayı xüsusi bölmənin işçi qüvvəsinin 35%-ni təşkil edirdi. İrimiqyaslı özəlləşdirmə əhalinin geniş təbəqələrinə səhm sahibi olmaq imkanı verdi. 80-ci illərin sonunda Böyük Britaniya səhm sahiblərinin sayına görə ABŞ-dan sonra dünyada ikinci yeri tuturdu. Mülkiyyətçilər cəmiyyətinin formalaşması mənzil təsərrüfatı, tibbi xidmət, təhsil islahatları ilə yanaşı gedirdi. Bu isə «ümumi rifah dövləti»nin demontajı demək idi. Fərdi ev tikintisi genişləndi, bu sahədə kreditlər ayrıldı, tikinti kompaniyalarına vergi güzəştləri edildi. Bununla bərabər dövlətdən mənzil tikintisinə ayrılan vəsait iki dəfə azaldıldı. Standart həyat tərzindən əl çəkilməyə başlandı.

Səhiyyə sahəsində Tetçer Hit kabinetinin siyasətini davam etdirdi. Təhsil sahəsində hökumət «təhsil plüralizmi»nin bərpa edilməsi proqramını irəli sürdü. 1980-ci ildə parlament təhsil haqqında qanun qəbul etdi. Həmin qanun tədris prosesinə validenylərin nəzarət hüququnu genişləndirirdi. Təsadüfi deyildir ki, 1987-ci il seçkiləri ərəfəsində hökumət bildirdi ki, son səkkiz ildə o təhsilin, səhiyyənin ehtiyaclarına əvvəlki hökumətlərdən daha çox vəsait xərcləmişdi.

Tetçer hökumətinin səmərəli fəaliyyətinin nəticsi olaraq Britaniya iqtisadiyyatının inkişafının bütün göstəriciləri yaxşılaşmağa başladı. İstehsalın orta inkişaf sürəti 80-ci illərdə hər il 3-4% oldu. Xaricə kapital qoyuluşu artdı. İşsizlik 1987-ci ildəki 9,8%-dən 1989-cu ildə 6,8%-ə düşdü. 80-ci illərin ikinci yarısında əhalinin gəliri ildə 5% artmışdı. Bu dövrdə artıq 64% ingilis ailəsinin özünün şəxsi evi, 70%-dən çoxunun avtomobili var idi. Yarısından çoxu isə öz uşaqlarını pullu təhsil müəssisələrində oxudurdular. Əhalinin bu təbəqəsi özünü orta sinif adlandırırdı.

1988-1990-cı ildə özəlləşdirmənin yeni mərhələsi başlandı. Aerolimanlar, su təhcizatı sistemi və elektroenergetika özəlləşdirildi. Bələdiyyə idarələrinin mənzilləri də özəlləşdirildi. 1988-ci ildə pensiya sistemi yenidən quruldu.

Tetçerin hər hansı bir məsələyə prinsipial və sərt mövqedən yanaşması onun İngiltərədə və bütün dünyada «dəmir ledi» kimi tanınmasına səbəb oldu. O, hakimiyyətə aydın proqramla gəlmişdi və onları bir-bir həyata keçirməyə başladı. Marqaret Tetçer parlamentdə ilk çıxışlarında göstərdi ki, onun üçün əsas vəzifə İngiltərənin əvvəlki şöhrətini qaytarmaqdır. Sosial xərclər kəskin şəkildə ixtisar edildi. Zəhmətkeşlərin əmək haqları artırılmadı. Lakin dövlət xərcləri hərbi xərclər hesabına artdı. Belə ki, 1979-1980-ci illərdə hərbi xərclər 9 milyard funt-sterlinqdən 1980-84-cü illərdə 10 milyard funt sterlinqə, 1985/86-cı illərdə isə 18 milyard funt-sterlinqə çatdı. Tetçerin həyata keçirdiyi tədbirlər sistemi «Tetçerizm» adı ilətarixə daxil oldu.

«Tetçerizm»in başlıca müddəaları aşağıdakılardan ibarət idi:

- inkişaf edən hər cür iqtisadiyyatın hərəkətverici qüvvəsi sahibkarlıqdır. Dövlətin siyasi kursunun əsasını «azadlıq, hamı üçün imkan, sahibkarlıq ruhunu müdafiə, mülkiyyətçilərin demokratiyası» təşkil edir.

- dövlətin iqtisadi həyata müdaxiləsi minimuma endirilir, o, xüsusi təşəbbüsü heç cür buxovlamamalıdır.

- bütün əmək qabiliyyətli vətəndaşlar özləri özlərini təmin etməlidirlər. Dövlət və xeyriyyə təşkilatları ancaq əmək qabiliyyəti olmayan o adamlara yardım göstərir ki, onlar işləmək imkanından öz günahları üzündən məhrum olmayıblar. Bu prinsiplərə əsaslanan dövlət sosial proqramlardan imtina etməli, ya da onları minimuma endirməlidir.

- dövlət defisitsiz, balanslaşdırılmış büdcəyə malik olmalıdır. Onun mühüm hissəsi əhalinin öz gəlirinə uyğun surətdəödədiyi vergilərdən ibarət olur. Qənaət rejiminə və xərclərin ixtisar edilməsinə ciddi surətdə əməl olunmalıdır.

- həmkarlar ittifaqları başqa adamların mənafeyfinə toxunmadan zəhmətkeşlərin mənafeyini qanunu vasitələrlə müdafiə etmək hüququna malikdir. Tətillər cəmiyyətə zərər vurur, buna görədə bu hüquqlar məhdudlaşdırılmalıdır.

Tetçer 1982-ci ilin aprel-iyul aylarında Argentina yaxınlığında Malvin (Folklend) adalarında baş verən hadisə zamanı özünün dönməzliyini bir daha nümayiş etdirdi. Malvin adaları tarixi nöqteyi-nəzərdən Argentinaya məxsus olsa da, adanın əhalisinin 2 mini ingilislər idi və onlar İngiltərənin tərəfində idi. Argentinada Xunta hakimiyyətə gəldikdən sonra adanı işğal etmək qərarına gəldi və oraya qoşun çıxartdı. Bu hadisə İngiltərədə böyük həyəcana səbəb oldu. 1982-ci ilin aprelində İngiltərə oraya 78 gəmi ilə 22 min nəfərlik qoşun çıxartdı. Adada ingilis bayrağı dalğalandı. İngiltərə hökuməti bildirdi ki, Malvin İngiltərənin hərbi bazasıdır və olacaqdır. Bu hadisə Tetçerə ölkədə və bütün dünyada böyük nüfuz qazandırdı. 1983-cü ildə Tetçer yeni parlament seçkiləri keçirdi və qələbə çaldı. O, İngiltərənin NATO-da mövqeyini gücləndirməyə nail oldu və göstərdi ki, NATO İngiltərəyə lazım olduğundan daha çox, İngiltərə NATO-ya lazımdır. İrlandiyaya münasibətdə Tetçer qəti addım atdı. Onun dövründə İrlandiyada nisbi sabitlik yarandı. Fəhlə hərəkatına münasibətdə Tetçer başqa bir mövqe tutdu. 1979-cu ildə «Piketlər haqqında» verilən qanuna əsasən piketlər keçirən fəhlələrin ancaq o hissəsi işə bərpa edilə bilərdi ki, onlar həmkarlar ittifaqının üzvü olsunlar. 1981-ci ildə «Məşğulluq haqqında» qanun verildi ki, həmin qanun həmkarlar ittifaqının hüquqlarını məhdudlaşdırdı. 80-ci illərdə İngiltərədə rəngli əhaliyə münasibət xeyli kəskin xarakter aldı. 1982-ci ildə parlament «İngiltərə vətəndaşlığı» haqqında qanun qəbul etdi. Qanuna əsasən İngiltərə vətəndaşları üç kateqoriyaya bölündü:

1. İngiltərənin öz vətəndaşları

2. Başqa ölkələrdən gələn ağlar



3. İmtiyazları xeyli məhdudlaşdırılmış dəriləri rəngli olanlar

Tetçerin hakimiyyətinin son dövründə hadisələrə münasibətdə radikallığının artması həm ölkədə, həm də mühafizəkarlar partiyasınnı öz daxilində ona qarşı müxalifəti gücləndirdi. Belə ki, onun parlamentdən keçirdiyi 18 yaşdan yuxarı gəlirlərindən asılı olmayaraq hamıdan vergi alınması haqqında qanun böyük narazılığa səbəb oldu. Xarici siyasətdə Tetçer AİB-ə münasibətdə belə hesab edirdi ki, İngiltərənin bu qurumda iştirakını daha çox genişləndirməyə ehtiyac yoxdur. Mühafizəkarlar partiyasının digər üzvləri isə belə hesab edirdi ki, buna zərurət var. Bütün bunlar ona gətirib çıxardı ki, on bir il yarım hakimiyyətdə olduqdan sonra 1990-cı ilin noyabrında Tetçer baş nazir vəzifəsindən öz siyasi varisi Con Meycorun xeyrinə istefa verdi.
Yüklə 25,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə