Bakı Dövlət İqdisadiyyat və Humanitar Kolleci
Sərbəst iş №:
Adı: Elcan
Soyadı: Bağırov
İxtisas: Mühasibat uçotu
Qrup: 278
Kurs: 1
Fənn: Audit xidməti və onun təşkili
Mövzu: Maliyyə hesabatlarının auditin planlaşdırma
Ədəbiyyat: Namazova C.B., Kazımov R.N. «Praktiki audit»
Mühasibat uçotu və maliyyə hesabatının audit yoxlama-ekspertizasının əsas məqsədi mühasibat uçotunda və maliyyə hesabatlarında yol verilmiş təhrifləri aşkar etmək, onların məqsədli yaxud məqsədsiz edildiyini müəyyənləşdirmək və yekun maliyyə nəticələrinə müvafiq təsirini qiymətləndirməkdən ibarətdir. Buna görə də audit yoxlama-ekspertizasında məsələyə iki istiqamətdən yanaşılmalıdır:
baş vermiş təsərrüfat-maliyyə əməliyyatlarının nə dərəcədə düzgün və dəqiq uçota alınmasını müəyyənləşdirmək;
baş vermiş təsərrüfat-maliyyə əməliyyatlarının qanunverici və normativ aktlar baxımından düzgünlüyünü və doğruluğunu qiymətləndirmək.
Auditor təsərrüfat-maliyyə əməliyyatlarının uçota alınmasının doğru və düzgünlüyünü dəqiqləşdirmək üçün birinci növbədə müəssisədə mühasibat uçotunun tətbiqi formasını müəyyənləşdirməlidir. Sonra isə baş vermiş təsərrüfat əməliyyatlarını mühasibat uçotu standartlarına uyğun olaraq müxabirləşmələrin düzgünlüyünü dəqiq-ləşdirməlidir. Bu qaydada yoxlama təhrif riskləri nəzərə alınmaqla seçmə üsulu ilə apa-rılmalıdır. Hər bir əməliyyat növü üzrə audit yoxlama-ekspertizasında spesifik metodi-kadan istifadə olunur. Daha doğrusu, əmək və əmək haqqının ödənilməsi üzrə əməliy-yatların ekspertizasında auditor seçmə üsulu ilə, yəni bir neçə ay üzrə əmək haqqı ödənişini üzləşdirmə və hesablama üsulunu tətbiq etməklə onların doğruluğunu müəyyənləşdirir. Mal-material qalıqlarının audit yoxlama-ekspertiza işində isə inventarizasiya üsulundan daha geniş istifadə edilir.
Pul vəsaitlərinin ekspertizasında isə auditor başdan-başa yoxlama, gündəlik əməliyyatları bütövlükdə ilkin sənədlərlə üzləşdirilmə metodikasından geniş istifadə etməlidir. Baş vermiş təsərrüfat əməliyyatlarının təsdiqedici sənədi olan ilkin mühasibat registrləri əməliyyatların qanunverici və normativ aktlara uyğunluğunu təsdiq edən sə-nəddir. Bu sənədlər iki məzmunda qruplaşdırılmalıdır: bunlardan birincisi maliyyə - mühasibat sənədləri, ikincisi isə texniki sənədlər adlandırıla bilər.
Maliyyə-mühasibat sənədlərinə o sənədlər aiddir ki, həmin sənədlər vasitəsilə birbaşa pul vəsaitlərinin nağd və nağdsız qaydada hərəkətinə əsas (sərəncam) verilir. Maliyyə-mühasibat sənədlərinə kassa mədaxil-məxaric orderi, bank ödəmə tapşırıqları, qiymətli kağızlar, veksellər, çeklər, əmək haqqı üzrə cədvəllər və sair aiddir.
Texniki sənədlər o sənədlərdir ki, maliyyə hesablaşmalarını aparmağa əsas verir. Texniki sənədlərə mal-material qiymətlərinin qaimələri, əmək ödənişi üzrə tabellər, əsas vəsaitlərin daxil və xaric olması üzrə müvafiq sənədlər, yol-nəqliyyat qaimələri, yol-nəqliyyat vərəqələri və sair aiddir.
Yuxarıda qeyd olunan mühasibat sənədləri ilə yanaşı bir qayda olaraq maliyyə hesabatları da audit yoxlama ekspertizasının ən mühüm tərkib hissələrindən biri hesab olunur. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 aprel 2006-cı il tarixli, İ-38 nömrəli əmri ilə kommersiya təşkilatları üçün 1 nömrəli «Maliyyə hesabatlarının təqdimatı üzrə» Milli Mühasibat Uçotu Standartı təsdiq edilmişdir. Bu standartın 41-ci maddəsinə uyğun olaraq Maliyyə hesabatlarının tam məcmusu (tərkibi) aşağıdakılardan ibarətdir:
1. Mühasibat balansı
2. Mənfəət və zərərlər haqqında hesabat
3. Kapitalda dəyişikliklər haqqında hesabat;
4. Pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
5. Uçot siyasəti və izahlı qeydlər.
Məlumdur ki, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin illik nəticələri müəssisənin balansında qeyd edilir. Yeni standartla təsdiq edilmiş Mühasibat balansının forması əvvəlki balans formasından fərqli olaraq üfüqi istiqamətdə deyil, şaquli istiqamətdə qurulmuşdur. Ona görə də burada balansın sol (aktiv) və sağ (passiv) hissəsi yoxdur. Yeni balans formasının aktivlər kapital və öhdəliklər bölməsi vardır. Mühasibat balansının aktivlər hissəsi özündə müəssisənin aktivlərini əks etdirir ki, bu da iki bölmədən – uzunmüddətli aktivlər və qısamüddətli aktivlər bölməsindən iba-rətdir. Balansın kapital və öhdəliklər hissəsi isə müəssisənin aktivlərinin əmələgəlmə mənbələrini əks etdirir. Balansın bu hissəsi 3 bölmədən – kapital, uzun müddətli öhdəliklər və qısamüddətli öhdəliklərdən ibarətdir.
Audit fəaliyyətinin mühüm obyektlərindən biri də müəssisələrin aktivlərinin əmələ gəlmə mənbələrinin əsasını təşkil edən kapitalın tərkibində baş verən dəyişiklikləri özündə əks etdirən hesabatının audit yoxlanmasından keçirilməsidir. Bu hesabat formasında öz əksini tapan sintetik göstəricilər uçot registrlərində və jurnal orderlərdə əks etdirilmiş analitik göstəricilərlə təsdiq olunmalıdır. Bunun üçün auditor yığım cədvəllərində mühasibat uçotunun yuxarıda sadalanan hesablarında və baş kitabda əks etdirilmiş rəqəmlərin kapitaldakı dəyişikliklər haqqında hesabatın müvafiq göstəriciləri ilə üzləşdirməlidir.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 aprel 2006-cı il tarixli İ-38 №-li əmri ilə təsdiq edilmiş «Maliyyə hesabatlarının təqdimatı üzrə» 1 №-li standartda «Uçot siyasəti və izahlı qeydlər»də maliyyə hesabatlarının məcmusuna (tərkibinə) daxil edilmişdir. Bu standartda hər hansı bir müəssisədə uçot siyasətinin formalaşdırılması üçün misallar daxil olmaqla alternativ yanaşmalar (Milli Mühasibat Uçotu Stan-dartlarına uyğun metodlar, üsullar) verilmişdir.
Uçot siyasətinin seçilməsi müəssisənin maliyyə hesabatlarında təqdim edilən maliyyə vəziyyətinin, maliyyə göstəricilərinin və pul vəsaitləri hərəkətinin ədalətli açıqlanmasına əhəmiyyətli dərəcədə təsir edə bilər. Standartın 17, 18 və 19-cu maddələrində müəssisənin uçot siyasəti seçilərkən rəhbərlikdən müəssisənin xüsusiy-yətlərinə uyğun olan və onun maliyyə vəziyyətinin ədalətli təqdimatına gətirib çıxaran uçot siyasətinin seçilməsi tələb olunur.
Bu standartda rəhbərlikdən maliyyə hesabatlarının ədalətliliyi və etibarlılığını təmin edəcək uçot siyasətinin hazırlanması tələb olunur. Müvafiq tanınma, qiymətləndirmə və təqdimat qaydaları isə digər konkret Mili Mühasibat Uçotu Standartları uçot siyasəti haqqında tələbləri daxil etmədikdə, rəhbərlik uçot siyasətini konseptual əsaslarda qəbul edilmiş ümumi uçot prinsiplərinə əsaslanaraq müəyyənləş-dirilməlidir.
Audit yoxlama strategiyasının seçilməsində maliyyə hesabatlarının analitik təhlil edilməsi mühüm əhəmiyyət kəsb edir. Çünki, təsərrüfat-maliyyə fəaliyyəti üzrə baş vermiş əməliyyatların nəticələri öz əksini sintetik göstəricilər formasında maliyyə hesabatlarında tapır. Auditor təsərrüfat-maliyyə fəaliyyətini ekspertiza etmək, yoxla-maq və obyektiv qiymətləndirmək üçün müəssisənin fəaliyyət istiqamətini bilməli, spe-sifik xüsusiyyətlərini öyrənməli, yoxlama strategiyasını qurmalıdır. Bazar iqtisadiyyatı şəraitində müəssisə öz fəaliyyət formasını seçməkdə sərbəstdir. O, bir və bir neçə fəa-liyyət növü ilə məşğul ola bilər. Lakin bu fəaliyyət növlərinin içərisində əsas aparıcı fəaliyyət növü olmalıdır. Maliyyə nəticələri də həmin fəaliyyət növünün üzərində quru-lur. Ona görə də auditor yoxlama-ekspertiza işi aparmamışdan əvvəl həmin müəssi-sənin maliyyə hesabatları haqqında məlumatlı olmalıdır. Auditor həmçinin hansı həcmdə maliyyə sənədlərinin ekspertiza ediləcəyini qabaqcadan bilməlidir. Təcrübədə, bəzən ilkin analitik təhlil nəticəsində müəssisənin fəaliyyətində pozuntuların olması haqqında fikir formalaşır və bu fikir əksər hallarda yoxlama praktikasında təsdiqlənir. Ona görə də təsərrüfat-maliyyə fəaliyyətinin yoxlanması zamanı ilk növbədə analitik təhlil aparılmalı, əməliyyatlar qruplaşdırılmalı, təsərrüfatların spesifik xüsusiyyətləri nəzərə alınmaqla müvafiq üsullar seçilməli, iqtisadi məlumatlar xarakterizə olunmalı və bundan sonra yoxlama üçün auditor qərarı qəbul edilməlidir.
Maliyyə hesabatlarının təhlil olunması və audit yoxlama strategiyasının seçil-məsinə 3 əsas istiqamətdən – müəssisənin rəqabət qabiliyyətinin vəziyyəti, maliyyə-iqtisadi potensialı və fəaliyyət strategiyası baxımından yanaşılması vacibdir. Eyni zamanda, auditor yoxlama aparmamışdan qabaq yoxlayacağı müəssisə haqqında müva-fiq məlumatlara malik olmalıdır. Yoxlama-tədqiqat üsullarının seçilməsi üçün mü-hasibat və maliyyə hesabatlarının analitik təhlil olunması, müəssisənin balansının tam açılmış şəkildə oxunulması, maliyyə nəticələrinin öyrənilməsi və yekun nəticə çıxarıl-ması vacibdir.
Auditor maliyyə hesabatları üzrə rəqəmləri təhlil etməmişdən qabaq birinci növbədə müəssisənin əsas hesabatı sayılan balansın və onun maddələrinin iqtisadi məz-mununu xarakterizə etməlidir. Müəssisənin balansı 2 hissədən ibarətdir. Bunlar aktivlər, kapital və öhdəliklərdir ki, bunlar da şaquli istiqamətdə təsdiq edilmiş yeni balans blankının yuxarı və aşağı hissələri hesab olunur. Müəssisə fəaliyyət göstərdikcə təsərrüfat əməliyyatlarının nəticələri öz əksini balansda tapır. Ona görə də balansın strukturunda baş verən dəyişikliklər təhlil edilməlidir.
Müəssisənin balansında onun mövcud aktivləri aşağıdakı «Uzunmüddətli aktivlər», «Qısamüddətli aktivlər» olmaqla 2 bölmə üzrə qruplaşdırılır:
Balansın aktiv hissəsinin birinci bölməsinə qeyri-maddi aktivlər, torpaq, tikili və avadanlıqlar, daşınmaz əmlaka investisiyalar, bioloji aktivlər, təbii sərvətlər, iştirak payı metodu ilə uçota alınmış investisiyalar, təxirə salınmış vergi aktivləri, uzunmüddətli debitor borcları, sair uzunmüddətli maliyyə aktivləri, sair uzunmüddətli aktivlər daxildir.
İkinci bölməyə yəni «Qısa müddətli aktivlərə» ehtiyatlar, qısamüddətli debitor borcları, pul vəsaitləri və onların ekvivalentləri daxildir.
Balansın ikinci bölməsinin ən mühüm maddələrindən biri “Sair qısamüddətli maliyyə aktivləridir”. Bu maddədə satılmaq məqsədi ilə saxlanılan qısamüddətli investisiyalar, ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar, verilmiş qısamüddətli borclar, digər qısamüddətli investisiyalar və sair qısamüddətli maliyyə aktivlərinin dəyərinin azaldılması üzrə düzəlişlər əks etdirilir.
Balansın aktiv hissəsinin ikinci bölməsinin sonuncu maddəsi “Sair qısamüddətli aktivlər” maddəsi hesab olunur. Bu maddə özündə “Gələcək hesabat dövrünün xərcləri”, “Əməliyyat icarəsi üzrə gələcək hesabat dövrünün xərcləri”, “Verilmiş qısamüddətli avanslar”, “Təhtəlhesab məbləğlər” kimi qısamüddətli aktivləri birləşdirir.
Balansın passiv, yəni aşağı hissəsi isə üç bölmədən ibarətdir: üçüncü bölmədə xü-susi vəsaitlərin mənbələri «Kapital», dördüncü bölmədə “Uzunmüddətli öhdəliklər”, beşinci bölmədə isə “Qısamüddətli öhdəliklər” əks etdirilir.
Qeyd edilən məsələlərə aydınlıq gətirmək üçün balansın bölmələrini ayrı-ayrılıqda nəzərdən keçirmək və xarakterizə etmək vacibdir.
Qeyd etdiyimiz kimi, balans maddəsi üzrə də kənarlaşmanı müəyyən etmək, yəni ilin əvvəlinə və sonuna vəziyyətini öyrənmək vacibdir. Balansın aktivinin birinci bölməsində həmçinin, investisiya qoyuluşları da əks etdirilir. Balansın bu maddəsini yoxladıqda investisiya qoyuluşunun vəziyyəti, obyektlərin istismara verilməsi və digər məsələlər nəzərə alınmalıdır. Bu bölmədə uzunmüddətli maliyyə aktivləri də göstərilir. Bu balans maddəsi uzunmüddətli maliyyə qoyuluşları ilə əlaqədar olan amillər üzrə nə-zərdən keçirilməlidir. Birinci bölmədə uzunmüddətli debitor borcları, təxirə salınmış vergi öhdəlikləri də öz əksini tapır.
Dostları ilə paylaş: |