Bakı Slavyan Universiteti Fakültə: Tərcümə Qrup: T102*(2)



Yüklə 24 Kb.
tarix02.01.2022
ölçüsü24 Kb.
#38933
A.Ekzüperinin Balaca Şəhzadə əsərinin səciyyəsi


Bakı Slavyan Universiteti
Fakültə: Tərcümə

Qrup: T102*(2)

Fənnin adı: Dünya ədəbiyyatı

Müəllimə: Səlimə Qasımova

Tələbə: Ayşən Həsənzadə

BAKI-2021

A.Ekzüperinin "Balaca Şəhzadə" əsərinin səciyyəsi

A.Ekzüperi 29 iyun 1900-cu ildə Fransanın Leon şəhərində anadan olmuşdur. Erkən yaşlarında atasını itirən yazıçı, təhsilini başa vurduqdan sonra pilotluq peşəsini seçmişdir. Olduqca sürətli həyat tərzi keçirdən yazıçı, İkinci dünya müharibəsində Korsikadan havaya qalxmış və bir daha da geri dönməmişdir. Gördüyümüz kimi yazıçının ölümü də həyatı kimi çox sürətli və müəmmalı olmuşdur.

Balaca şahzadə - Antuan de Sent-Ekzüperinin ən məşhur əsəri, alleqorik hekayədir. İlk dəfə 6 aprel 1943-cü ildə Nyu-Yorkda çap olunub.

Kitabda şəkilləri Ekzüperi özü çəkib. Bu illüstrasiyalar kitabın özü qədər məşhurdurlar, müəllifin özü və baş qəhrəmanlar tez-tez şəkillərə müraciət edir və hətta mübahisə edirlər. Unikal şəkillər hamıya aydın olan universal vizual leksikonun bir hissəsi olur və dil baryerini aradan qaldırırlar.

Kitabda Balaca Şahzadənin gözü ilə böyüklərin, yetkin insanların həyatı, düşüncələri, həyat fəlsəfələri, sevgi mövzularına toxunulur. Kitabda qarşılaşılan personajlara uyğun olaraq oxuyucuya dərin mənası olan fəlsəfi mesajlar verilir.

Kim deyir ki, uşaqlar heç nə bilmirlər? Biz uşaqlardan çox şey öyrənə bilərik. Onlar hələ təmizdirlər. “sən uşaqsan, otur uşaq yerində!” kimi səhvlərə yol verməmək lazımdır. Bu əsər sanki böyüklər və kiçiklər arasında olan heyrətamiz dialoqdur.

Böyüklər də uşaqların həyatında inanılmaz dərəcədə mühüm rol oynayır. Bunu bir cümlə ilə ifadə edim: axı uşaqlar həyat haqqında ilkin məlumatları böyüklərdən alırlar.

Balaca Şahzadə kitabı 27 bölümdən ibarətdir. Hər bölümdə bizə çatdırılan hadisələr, düşüncələr, əlaqələr kitabın “dostluq vasitəsi ilə məğlub edilən yalnızlıq” əsas mövzusunu müxtəlif tərəflərdən tamamlayır. Sevgi, dostluq və xoşbəxtliklə bərabər içinə qapanmaq və yalnızlıq.

Mənə görə əsərin ən maraqlı qismi Balaca Şahzadənin öz planetini tərk edib, sıra ilə 6 fərqli planeti gəzməsi oldu. Hər planetdə böyüklərin, yetişkin insanların bir tipi təhlil olunur. Misal üçün, sərxoş çox ümidsiz, məyusdur, uğursuzluqlarını unutmaq üçün dayanmadan içir. 

Balaca Şahzadənin planetini tərk edib 6 planetə səyahət etməsi zamanı qarşısına çıxanlar, böyüklərin həyatını tərənnüm və tənqid edir. Hər planetdə bir nəfər yaşayır ki, yazıçı burada bizə tipik böyüklərin yaşamlarının necə monoton olduğunu və nə istədiklərini bilmədiklərini çatdırmaq istəyir. Balaca Şahzadə onların nə işlə məşğul olduqlarını öyrənmək üçün onlara suallar verir, cavablar alır və öz fikirlərini bildirir. Amma hamısında görünən ortaq xüsusiyyət var: özünə qapanmışlıq və yalnızlıq. Yəni Balaca Şahzadənin rastlaşdığı insan tipləri real həyatda tez-tez rastlaşdığımız tipləri simvolizə edir.

Səyahət müddətində biz hakimiyyət, şöhrətpərəstlik, depressiya və bəzi insanların həyatlarının absurdluğuna aid işarələr alırıq.

Balaca şahzadənin ən son gəldiyi və ən uzun müddətli qaldığı planet Yer planetidir. Burada o, öz planetində tərk etdiyi gülü üçün darıxır və bu da yalnızlığın pik nöqtəsidir. Sahib olduqlarımıza zamanında dəyər verməyimiz üçün düşündürücü digər bir məqamdır.

Ümumiyyətlə əsərin kuliminasiya nöqtəsi Balaca Şahzadənin minlərlə gül sahəsini gördüyü anda, insanların monoton və darıxdırıcı, çox şeydən məhrum olmuş həyatlarını və həyata aid bir çox məqamı, öz fəlsəfi anlatım tərziylə bizlərə və balaca şahzadəyə çatdıran tülkünün gəlməsi təşkil edir. Bu məqamda biz Eqzüperinin  bizə çatdırmaq istədiklərini, psixologiyanı istifadə edərək necə ustalıqla çatdırdığını görürük. Əhliləşdirmək və dostluq anlayışları aydınlaşdırılır və hamımızı düşünməyə çağırır. Biz dost kimlərə deyirik? Biz dostlaşmaq deyəndə nəyi nəzərdə tuturuq? Bəs yaxşı əhliləşdirmək nə deməkdir? Nə dərəcədə düzgün anlayışdır? Əhliləşdirmək anlayışının mövcud olması insan eqoizminin sübutu deyilmi?

Əsəri bitirdikdən sonra yazarın fərdi üslubu, bədii sənətkarlıq imkanları və yaradıcıllığının özünəməxsusluğu məni heyran etdi. Yazıçı hər şeydən əvvəl uşaqlıq dövrünü mükəmməl tanıyır. Öz uşaqlığını yaşamaq üçün darıxır və həmin illərə heç bir əngəl olmadan qayıda bilir. Balaca şahzadə bu üç xüsusiyyətin yazıçının bədii ifadə istedadı ilə birləşməsinin məhsuludur.

Bu əsərin uşaqlarda necə təəssürat oyatdığını öyrənmək üçün araşdırmalar aparılmışdır və maraqlı nəticələr əldə edilmişdir. Bir dördüncü sinif şagirdi, əsərin reallıqdan kənar olduğunu, balaca şahzadənin yerində heç vaxt olmaq istəmədiyini amma buna qarşı şahzadə ilə gül epizodunu çox bəyəndiyini söylədi. Bir digər üçüncü sinif şagirdi əsərin çox faydalı olduğunu və bizi həyatın diqqətdən kənar qalan anlayışları haqqında düşünməyə çağırdığını, tamamilə reallığı əks etdirən əsər olduğunu dedi. Bənzər ikinci sinif şagirdi isə əsərin nağıl formatda olmasını çox bəyənib və insanı insan dəyərləri haqqında düşünməyə vadar etdiyini deyib.

“Balaca Şahzadə” 180 dil və dialektlərə tərcümə olunub. Çində 30-dan və Koreyada 60-dan çox dillərdə nəşrlər var. Azərbaycan dilinə ilk dəfə 1987-ci ildə “Gənclik” nəşriyyatı tərəfindən Ceyms Fenimor Kuperin əsərləri ilə birgə çap olunmuşdu.

2001-ci ildə “Əbilov, Zeynalov və oğulları” nəşriyyatı tərəfindən Əziz Gözəlov və Yaqut Qurbanovanın tərcüməsi, 2008-ci ildə isə Fransanın Azərbaycandaki səfirliyinin köməyi ilə yenidən çap olundu.



2016-cı ildə Cavanşir Yusifli tərəfindən yenidən Azərbaycan dilinə tərcümə edilmiş, Parlaq İmzalar nəşriyyatı tərəfindən Bakıda nəşr olunmuşdur.


ƏDƏBİYYAT

  1. Antoine de Saint-Exupéry (Wikipedia)

  2. The Little Prince (Wikipedia)

  3. Küçük Prens-Antoine de Saint Exupery

  4. Küçük Prens Hakkında Pek Bilinmeyen 10 Şey

Yüklə 24 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin