Bakalavriat t
əhsil səviyyəsində əyani və qiyabi formada təhsil alan tələbələr üçün
2021/2022-ci t
ədris ilinin payız semestrinin imtahan sesiyasında test formasında
keçiril
əcək imtahanlara dair
T Ə L İ M A T
Hörm
ətli tələbələr!
N
əzərinizə çatdırırıq ki, 2021/2022-ci tədris ilinin payız semestri üzrə imtahanları bəzi
f
ənlərdən test üsulu ilə keçiriləcəkdir. Testlər kağız daşıyıcıda təqdim olunacaq. Sizə imtahan
zamanı semestr ərzində keçirilmiş material əsasında hazırlanmış 300-500 testlərin içərisindən
seçilmiş 25 ədəd qapalı formada test sualları təqdim ediləcək. İmtahan zamanı təqdim edilən
25 sualın 15 ədədi Sizə əvvəlcədən verilmiş cavabı qarışdırılmış suallardan, 10 ədədi isə
cavabsız suallardan seçiləcək. Təqdim edilən test sualları 5 variantda cavabdan ibarətdir.
Orada ancaq bir variant düzdür, yerd
ə qalan 4-ü isə yanlışdır. Ona görə də imtahan zamanı
sualları diqqətlə oxumağınız və cavabları dəqiq təyin etməyiniz tövsiyə olunur.
Test imtahanında bir sualın cavabı 2 bal ilə qiymətləndiriləcək.
İmtahandan keçmək üçün imtahandan minimum 17 bal toplamalısınız. İmtahan balı ilə
imtahana q
ədərki (semestr ərzində topladığınız) balın cəmi 51 bal olmalıdır. Əks halda imtahan
n
əticəniz nəzərə alınmayacaq.
İmtahana 35 dəqiqə vaxt veriləcək.
İmtahanda iştirak etmək üçün ilk öncə Universitetin II tədris binasında I mərtəbə, idman
zalında
ayrılmış xüsusi otaqlara imtahan başlamazdan ən azı 15 dəqiqə əvvəl gəlmək lazımdır.
İmtahan otağına daxil olmazdan əvvəl ixtisas üzrə tyutora müraciət etməli, imtahan
n
əzarətçisinin göstərişi ilə otaqlara daxil olmalısınız. İmtahan otağındakı avadanlıqlara qayğı
il
ə yanaşmalı, imtahan bitdikdən sonra otağı tərk etməlisiniz. Yadda saxlamaq lazımdır ki, Sizin
ehtiyatsız davranışınız nəticəsində imtahan otağında zədələnən hər bir əşyaya cavabdehlik
daşıyırsınız.
İmtahan otağına daxil olan zaman otaq nəzarətçisinə şəxsiyyət vəsiqənizi və tələbə
v
əsiqənizi təqdim etməlisiniz. İmtahan otağındakı nəzarətçilər Sizi uyğun yerlərdə
əyləşdirəcək. Şəxsiyyət və tələbə vəsiqəniz üzərinizdə olmadığı halda imtahana
buraxılmayacaqsınız. Ona görə də hər iki sənədin üzərinizdə olmasına diqqət etməyiniz
m
əsləhət bilinir.
İmtahan zamanı Sizə imtahan verəcəyiniz fənnə aid test kitabçası və rəngli cavab kartı
t
əqdim ediləcək. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən test imtahanları zamanı həyata
keçirdiyiniz f
əaliyyəti semestr imtahanında da təkrar etməlisiniz. Əvvəlcə test kitabçasındakı
sualları diqqətlə oxumaq və testlərin cavablarını test kitabçasında qeyd etmək tövsiyə olunur.
Bu Sİzə cavab kartını doldurma mərhələsində kömək edə bilər. İkinci mərhələdə işarələdiyiniz
v
ə düzgün hesab etdiyiniz variantları cavab kartında göy rəngli diyircəkli qələmlə (ruçka) işarə
etm
əlisiniz. Cavab kartlarında kodlaşdırma aparan Sizə aid 5 rəqəmli unikal kodu (Microsoft
Teams
proqramında olan) işarə etməlsiniz. Unikal kod fakültə dekanlığı tərəfindən Sizə verilib.
Unikal koda misal olaraq 40001
, 40005 və s. misal göstərmək olar. Unikal kodu, adınızı,
soyadınızı və ata adını yazan zaman xüsusilə diqqətli olmalısınız. Əks halda Sizin cavablarınız
skaner tərəfindən düzgün oxunulmaya və başqa şəxslərə aid edilə bilər. Cavab kartını
doldurduqdan sonra kartda qeyd edilən bəyannaməni öz imzanızla təsdiq etməli və tarixi
yazmalısınız.
Sizə təqdim edilən test kitabçasının üzərində fakültəniz, ixtisasınız, kursunuz, qrupunuz
və imtahan fənninin adı qeyd edilib. Sizə aid hissələri özünüz doldurmalısınız. Burada adınızın,
soyadınızın, ata adının, imtahan tarixinin qeyd edilməsi mütləqdir. Sizin məlumatlarınızın
düzgün olması imtahan nəticələri barədə suallar yarandığı halda nəticələrin araşdırılmasına
köməklik edə bilər.
Cavab kartları skaner qurğusu vasitəsilə oxudulacaq və xüsusi proqram vasitəsilə
qiym
ətləndirmə aparılacaq.
Cavab kartını dolduran zaman maksimal səviyyədə ehtiyatlı davranmalı və cavab kartını
s
əliqəli doldurmalısınız. Əks halda cavab kartlarını oxuyan skaner qurğusu cavablarınızı qəbul
etm
əyə və nəticədə imtahan nəticələriniz qeyri-kafi hesab oluna bilər.
2
Cavab kartı qaralanarsa və ya bir suala 2 cavab qeyd edilərsə həmin cavab kartı etibarsız
hesab edil
əcək. Bu və ya digər səbəbdən korlanan cavab kartı yenisi ilə əvəz olunmayacaq!
İmtahan otağından çıxan zaman cavab kartını və test kitabçasını nəzarətçiyə təqdim
etm
əli və siyahı üzrə adınızın qarşısında sənədləri təqdim etməyiniz barədə imza etməlisiniz.
Cavab kartını və test kitabçasını nəzarətçiyə təhvil vermədən imtahan otağını tərk etmək
qadağandır.
İmtahana 10 dəqiqədən çox gecikən tələbə imtahana buraxılmayacaq. İmtahan
otağından imtahan bitməsinə 15 dəqiqə qalmış cavab kartını və test kitabçasını nəzarətçiyə
t
əhvil verdikdən sonra çıxa bilərsiniz. Əks təqdirdə Sizin hərəkətləriniz Universitet daxili intizam
qaydalarını pozmaq kimi qiymətləndiriləcək, aktlaşdırılacaq və imtahan nəticəniz ləğv ediləcək.
Ona gör
ə də bu kimi hallara yol verməməyiniz tövsiyə olunur.
İmtahana gec gəlmək olmaz. İmtahana gec gələn tələbə öz vaxtını itirə bilər. Bu isə onun
sualları cavablandırmağına vaxtının az qalmasına və yaxşı nəticə əldə edə bilməsinə mane ola
bil
ər. Ona görə də imtahana cədvəldə göstərilən vaxtdan əvvəl gəlmək tövsiyə olunur.
İmtahanın gedişində digər tələbələrlə danışan, onlara mane olan, imtahanda səs salan,
kitabdan, mühazir
ə konspektlərindən və sair icazə verilməyən materiallardan istifadə edən və
köçür
ən tələbə imtahandan xaric edilərək aktlaşdırılacaq və imtahanın nəticəsinə görə ona «0
sıfır» bal müəyyənləndiriləcək.
İmtahan nəticələri 2 iş günü ərzində tələbələrə elan ediləcək. İmtahan suallarından və
n
əticələrindən razı olmadıqda universitet üzrə yaradılmış Apellyasiya komissiyasının sədrinə
h
əmin gün, müstəsna hallarda isə növbəti gün əsaslandırılmış ərizə ilə müraciət edə bilərsiniz.
Müraci
ətiniz əsaslı olduqda Apellyasiya komissiyasının sədri uyğun fakültə dekanı, kafedra
müdiri v
ə fənn müəllimi daxil olmaqla komissiyanı təşkil edəcək və nəticələr yenidən
araşdırılacaq. Apellyasiya komissiyasının rəyi müsbət olduqda imtahanın nəticəsinə dəyişiklik
edil
ə bilər. İmtahan nəticələri elan olunduqdan sonra müəyyən edilmiş
müddətdən gec təqdim
olunmuş ərizə qəbul edilməyəcək.