Bakalavriat t əhsil səviyyəsində əyani və qiyabi formada təhsil alan tələbələr üçün



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə1/7
tarix26.01.2022
ölçüsü0,58 Mb.
#51582
  1   2   3   4   5   6   7
Tellimat -



Bakalavriat t

əhsil səviyyəsində əyani və qiyabi formada təhsil alan tələbələr üçün 

2021/2022-ci t

ədris ilinin payız semestrinin imtahan sesiyasında test formasında 

keçiril

əcək imtahanlara dair 

T Ə L İ M A T  

Hörm

ətli tələbələr! 

N

əzərinizə  çatdırırıq  ki,  2021/2022-ci  tədris  ilinin  payız  semestri  üzrə  imtahanları  bəzi 



f

ənlərdən test üsulu ilə keçiriləcəkdir. Testlər kağız daşıyıcıda təqdim olunacaq. Sizə imtahan 

zamanı semestr ərzində keçirilmiş material əsasında hazırlanmış 300-500 testlərin içərisindən 

seçilmiş 25 ədəd qapalı formada test sualları təqdim ediləcək. İmtahan zamanı təqdim edilən 

25  sualın  15  ədədi  Sizə  əvvəlcədən  verilmiş  cavabı  qarışdırılmış  suallardan,  10  ədədi  isə 

cavabsız  suallardan  seçiləcək.  Təqdim  edilən  test  sualları  5  variantda  cavabdan  ibarətdir. 

Orada ancaq bir variant düzdür, yerd

ə qalan 4-ü isə yanlışdır. Ona görə də imtahan zamanı 

sualları diqqətlə oxumağınız və cavabları dəqiq təyin etməyiniz tövsiyə olunur.  

Test imtahanında bir sualın cavabı 2 bal ilə qiymətləndiriləcək.  

İmtahandan keçmək üçün imtahandan minimum 17 bal toplamalısınız. İmtahan balı ilə 

imtahana q

ədərki (semestr ərzində topladığınız) balın cəmi 51 bal olmalıdır. Əks halda imtahan 

n

əticəniz nəzərə alınmayacaq. 



İmtahana 35 dəqiqə vaxt veriləcək. 

İmtahanda iştirak etmək üçün ilk öncə Universitetin II tədris binasında I mərtəbə, idman 

zalında

 

ayrılmış xüsusi otaqlara imtahan başlamazdan ən azı 15 dəqiqə əvvəl gəlmək lazımdır. 



İmtahan  otağına  daxil  olmazdan  əvvəl  ixtisas  üzrə  tyutora  müraciət  etməli,  imtahan 

n

əzarətçisinin göstərişi ilə otaqlara daxil olmalısınız. İmtahan otağındakı avadanlıqlara qayğı 



il

ə yanaşmalı, imtahan bitdikdən sonra otağı tərk etməlisiniz. Yadda saxlamaq lazımdır ki, Sizin 

ehtiyatsız  davranışınız  nəticəsində  imtahan otağında  zədələnən  hər  bir  əşyaya  cavabdehlik 

daşıyırsınız. 

İmtahan  otağına  daxil  olan  zaman  otaq  nəzarətçisinə  şəxsiyyət  vəsiqənizi  və  tələbə 

v

əsiqənizi  təqdim  etməlisiniz.  İmtahan  otağındakı  nəzarətçilər  Sizi  uyğun  yerlərdə 



əyləşdirəcək.  Şəxsiyyət  və  tələbə  vəsiqəniz  üzərinizdə  olmadığı  halda  imtahana 

buraxılmayacaqsınız.  Ona  görə  də  hər  iki  sənədin  üzərinizdə  olmasına  diqqət  etməyiniz 

m

əsləhət bilinir. 



İmtahan zamanı Sizə imtahan verəcəyiniz fənnə aid test kitabçası və rəngli cavab kartı 

t

əqdim ediləcək. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən test imtahanları zamanı həyata 



keçirdiyiniz f

əaliyyəti semestr imtahanında da təkrar etməlisiniz. Əvvəlcə test kitabçasındakı 

sualları diqqətlə oxumaq və testlərin cavablarını test kitabçasında qeyd etmək tövsiyə olunur. 

Bu Sİzə cavab kartını doldurma mərhələsində kömək edə bilər. İkinci mərhələdə işarələdiyiniz 

v

ə düzgün hesab etdiyiniz variantları cavab kartında göy rəngli diyircəkli qələmlə (ruçka) işarə 



etm

əlisiniz. Cavab kartlarında kodlaşdırma aparan Sizə aid 5 rəqəmli unikal kodu (Microsoft 

Teams 

proqramında olan) işarə etməlsiniz. Unikal kod fakültə dekanlığı tərəfindən Sizə verilib. 



Unikal  koda  misal  olaraq  40001

,  40005  və  s.  misal  göstərmək  olar.  Unikal  kodu,  adınızı, 

soyadınızı və ata adını yazan zaman xüsusilə diqqətli olmalısınız. Əks halda Sizin cavablarınız 

skaner  tərəfindən  düzgün  oxunulmaya  və  başqa  şəxslərə  aid  edilə  bilər.  Cavab  kartını 

doldurduqdan  sonra  kartda  qeyd  edilən  bəyannaməni  öz  imzanızla  təsdiq  etməli  və  tarixi 

yazmalısınız.  

Sizə təqdim edilən test kitabçasının üzərində fakültəniz, ixtisasınız, kursunuz, qrupunuz 

və imtahan fənninin adı qeyd edilib. Sizə aid hissələri özünüz doldurmalısınız. Burada adınızın, 

soyadınızın,  ata  adının,  imtahan  tarixinin  qeyd  edilməsi  mütləqdir.  Sizin  məlumatlarınızın 

düzgün olması imtahan nəticələri barədə suallar yarandığı halda nəticələrin araşdırılmasına 

köməklik edə bilər. 

Cavab  kartları  skaner  qurğusu  vasitəsilə  oxudulacaq  və  xüsusi  proqram  vasitəsilə 

qiym

ətləndirmə aparılacaq. 



Cavab kartını dolduran zaman maksimal səviyyədə ehtiyatlı davranmalı və cavab kartını 

s

əliqəli doldurmalısınız. Əks halda cavab kartlarını oxuyan skaner qurğusu cavablarınızı qəbul 



etm

əyə və nəticədə imtahan nəticələriniz qeyri-kafi hesab oluna bilər. 




 

Cavab kartı qaralanarsa və ya bir suala 2 cavab qeyd edilərsə həmin cavab kartı etibarsız 



hesab edil

əcək. Bu və ya digər səbəbdən korlanan cavab kartı yenisi ilə əvəz olunmayacaq! 

İmtahan  otağından  çıxan  zaman  cavab  kartını  və  test  kitabçasını  nəzarətçiyə  təqdim 

etm


əli və siyahı üzrə adınızın qarşısında sənədləri təqdim etməyiniz barədə imza etməlisiniz. 

Cavab  kartını  və  test  kitabçasını  nəzarətçiyə  təhvil  vermədən  imtahan  otağını  tərk  etmək 

qadağandır.  

İmtahana  10  dəqiqədən  çox  gecikən  tələbə  imtahana  buraxılmayacaq.  İmtahan 

otağından imtahan bitməsinə 15 dəqiqə qalmış cavab kartını və test kitabçasını nəzarətçiyə 

t

əhvil verdikdən sonra çıxa bilərsiniz. Əks təqdirdə Sizin hərəkətləriniz Universitet daxili intizam 



qaydalarını pozmaq kimi qiymətləndiriləcək, aktlaşdırılacaq və imtahan nəticəniz ləğv ediləcək. 

Ona gör


ə də bu kimi hallara yol verməməyiniz tövsiyə olunur. 

İmtahana gec gəlmək olmaz. İmtahana gec gələn tələbə öz vaxtını itirə bilər. Bu isə onun 

sualları cavablandırmağına vaxtının az qalmasına və yaxşı nəticə əldə edə bilməsinə mane ola 

bil


ər. Ona görə də imtahana cədvəldə göstərilən vaxtdan əvvəl gəlmək tövsiyə olunur. 

İmtahanın gedişində digər tələbələrlə danışan, onlara mane olan, imtahanda səs salan, 

kitabdan, mühazir

ə konspektlərindən və sair icazə verilməyən materiallardan istifadə edən və 

köçür

ən tələbə imtahandan xaric edilərək aktlaşdırılacaq və imtahanın nəticəsinə görə ona «0 



sıfır» bal müəyyənləndiriləcək. 

İmtahan nəticələri 2 iş günü ərzində  tələbələrə elan ediləcək. İmtahan suallarından və 

n

əticələrindən razı olmadıqda universitet üzrə yaradılmış Apellyasiya komissiyasının sədrinə 



h

əmin gün, müstəsna hallarda isə növbəti gün əsaslandırılmış ərizə ilə müraciət edə bilərsiniz. 

Müraci

ətiniz  əsaslı  olduqda  Apellyasiya  komissiyasının  sədri  uyğun  fakültə  dekanı,  kafedra 



müdiri  v

ə  fənn  müəllimi  daxil  olmaqla  komissiyanı  təşkil  edəcək  və  nəticələr  yenidən 

araşdırılacaq. Apellyasiya komissiyasının rəyi müsbət olduqda imtahanın nəticəsinə dəyişiklik 

edil


ə bilər. İmtahan nəticələri elan olunduqdan sonra müəyyən edilmiş müddətdən gec təqdim 

olunmuş ərizə qəbul edilməyəcək.         




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin