Bakıdakı Facebook nəsli



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə2/5
tarix24.04.2017
ölçüsü0,58 Mb.
1   2   3   4   5

2.   

YENİ NƏSİL   

 

A.   



Millətin yaranışı   

 

Adnan  Hacızadənin  Bakı  ziyalılarının  ailəsində  doğulduğu  1983-cü  ildə  Azərbaycan  15  Sovet 



Sosialist Respublikaları İttiffaqına (SSRİ) daxil idi. Adnanın valideyinləri, hər ikisi Bakıdan olan 

Bahar və  Hikmət  Hacızadələr Moskvada təhsil alarkən tanış olmuşdular.    Bakının bir çox orta 

təbəqədən olan ailələrində olduğu kimi, bu evdə də rus dilində danışılırdı və Adnan iki dili eyni 

zamanda  öyrənmişdi.  Onun  atası  Hikmət  Hacızadə  1983-cü  ildə  fizika  elmləri  doktoru  adını 

almışdır.  SSRİ-yə  uzun  müddətdən  bəri  rəhbərlik  edən  Leonid  Brejnev  vəfat  etmiş  və  daha 

dinamik lider, keçmiş MTK rəsmisi onu Kommunist Partiyasının baş katibi kimi əvəz etmişdi.

25

 

                                                 



19

 

Arzu Qeybullayevanın bloqu, “Detailed account of the events of 10 May and prior”, 12 May 2009. 



http://flyingcarpetsandbrokenpipelines.blogspot.com/2009/05/was-it-really-worth-it.html

.   


20

 

Sülh və Demokratiya İnstitutnun hesabatı, “Tələbə etirazının yatırılmasının Azərbaycanda sədası”, 15 May 



2009, 

http://www.unhcr.org/refworld/docid/4a125930c.html

.   

21 


 

Əli Novruzovun bloqu In Mutatione Fortitudo, “Holiday of Flowers: 10 May Saga”, ibid.   

22

 

Arzu Qeybullayevanın bloqu, “10 May hadisələrinin ətraflı xronologiyası” (“Detailed account of the events 



of 10 May and prior”), ibid. 

23

   



Əli Novruzovun bloqu In Mutatione Fortitudo, “Güllərin Bayramı: 10 May Xronikası” (“Holiday of Flowers: 

10 May Saga”) 

24

   


Nigar Fətəlinin bloqu, Fighting Windmills? Take a Pill, “Həbslərdən iki gün sonra”“Two Days after 

Arrests”), 12 May 2009, 

http://fatalin.blogspot.com/2009/05/two-days-after-our-arrest-1.html

25



   

Yuri Andropov, həm də Heydər Əliyevi Politbüroya gətirən şəxs idi.    Keçmiş MTK lideri olaraq o ciddi 

problemləri olan sistemin islahatlara ehtiyacı olduğunu düşünürdü, lakin bunu mərkəzi hakimiyyəti 

gücləndirməklə etmək lazım olduğuna inanırdı. Iki illik hakimiyyətdən sonra, o, 1984-cü ildə gözlənilməz 

şəkildə vəfat etdi. 


 

www.esiweb.org 

Sovet İttifaqının parçalanmağa doğru getməsinin və yaxud iki nüvə supergücü arasındakı Soyuq 



müharibənin sona yetməsinin heç bir əlaməti görünmürdü.     

 

Ümumilikdə  Azərbaycanda  isə  gələcək  təhlükənin  əlamətləri  görünməyə  başlamışdı



Nasist 


Almaniyasına  qarşı  müharibənin  başlanğıcında  Sovet  İttifaqında  istehsal  olunan  neftin  75%-ni 

təmin  edən  Azərbaycanın  neft  sənayesi  tənəzzülünü  yaşamaqda  idi.  Ardıcıl  olaraq  bu  sahəyə 

qoyulan sərmayənin azalması (İkinci Dünya Müharibısindən sonra sərmayə qoyuluşu Rusiyadakı 

neft  sahələrinə  yönəldilmişdi)  və  dənizdə  istismara  dair  texniki  biliklərin  çatışmazlığı 

məhsuldarlığın  səviyyəsinin  aşağı  düşməsi  ilə  nəticələndi.

26

  Neft  Daşları  adlanan  və  bir 



zamanlar  Sovet  neft  sənayesinin  fəxri  sayılan  Xəzər  dənizində  quraşdırılmış  qazma  qurğuları 

yarı  həcmdən  də  az  məhsul  verirdi.  Köhnə  və  paslanmış  neft  mədənləri,  borular  və  yaşayış 

mənzilləri, yollar dənizin üzərində yerləşmişdir. Ölkədə ətraf mühitin vəziyyəti, xüsusilə Bakının 

yaxınlığında yerləşən sənaye şəhəri Sumqayıtda acınacaqlı idi. 1984-cü ildə, Adnan Hacızadənin 

dünyaya  gəlməsindən  bir  il  sonra,  Azərbaycan  hökuməti  məcburi  ət  və  yağ  talonları  tətbiq 

etməyə başladı.

27

 

 



Adnan  beş  yaşına  çatdığı  vaxt  bütün  SSRİ  məkanı  və  Sovet  Azərbaycanı  laxlamağa  başladı. 

1988-ci ildə Baltikyanı ölkələrin xalq cəbhələri kütləvi etirazlar keçirdilər. 1988-ci ilin əvvəlində 

Azərbaycanın  daxilində  yerləşən  Dağlıq  Qarabağ  ərazisində  yaşayan  ermənilər  bu  regionun 

qonşu  Ermənistanla  birləşdiyini  elan  etdilər.  Bir  həftə  sonra  baş  vermiş  qanlı  anti-erməni 

hadisələri  onlarla  insanın  öldürülməsi  və  minlərlə  erməni  mənşəli  sakinin  burdan  köçməsi  ilə 

nəticələndi. Vəziyyət gərginləşdikcə və qarşıdurmalar artdıqca azərbaycanlıların Ermənistandan, 

ermənilərin isə Azərbaycandan kütləvi şəkildə köçürülməsi başlandı.   

 

İdealist  Azərbaycan  millətçisi  Əbülfəz  Elçibəy  sovetlərə  qarşı  yönəlmiş  milli  hərəkatın  lideri 



kimi meydana çıxmışdı. O, Tulunilər – IX əsrdə Misirdə bir türk məmuru tərəfindən yaradılmış 

dövlət  haqqında  doktorluq  dissertasiyası  yazmışdı.  Elçibəy  Sovetlər  əleyhinə  göstərdiyi 

fəaliyyətinə görə 1970-ci illərdə həbs edilmişdi. 80-ci illərin sonuna yaxın Elçibəy Adnanın atası 

Hikmət  Hacızadə ilə  birgə Elmlər Akademiyasında işləyirdi. 1988-ci ildə  Elçibəy, Hacızadə və 

digər  intellektuallar  -  tarixçilər,  yazıçılar,  şərqşünaslar  -  Azərbaycan  Xalq  Cəbhəsinin  əsasını 

qoydular.  Hikmət  Hacızadə  Cəbhənin  qəzeti  olan  Azadlıq/Svoboda  qəzetinin  baş  redaktoru  və 

Estoniya  Xalq  Cəbhəsindən  ilhamlanaraq  yazılmış  nizamnamənin  müəlliflərindən  biri  idi.

28

 



1988-ci ilin noyabrında Bakıda kütləvi etiraz aksiyaları başlamışdı. Balaca Adnan Hacızadənin o 

vaxt  bundan  xəbəri  olmasa  da,  atasının  işinə  tamaşa  edərək  müstəqil  Azərbaycan  dövlətinin 

cəfalar hesabına yarandığını görürdü. Bir qədər sonra xatırladığı kimi,   

 

“Yeni Azərbaycan dövləti sözün əsl mənasında bizim qonaq otağında qurulmuşdu. Elçibəy, 



mənim atam və başqaları bura yığışaraq saatlarla siqaret çəkərək söhbət edərdilər… Mənim 

onda beş yaşım vardı və men tez tez otağa girib çıxırdım. 1988-ci ildə atam mənim əlimdən 

tutaraq Xalq Cəbhəsinin böyük toplantısına gətirdi və mən başlanğıcdan bəri hər şeyin şahidi 

oldum.”


29

 

                                                 



26

   


Tomas de Vaal, Qafqaz: GiriĢ (The Caucasus: An Introduction), Oxford University Press, 2010, səh. 170. De 

Vaal qeyd edir ki, “Sovetlər dağılan zaman Azərbaycan Sovet neftinin cəmi 3 faizini istehsal edirdi” 

27

   


Odrey Altştad, Azərbaycan Türkləri: Güc və Rusiyanın hökmranlığı altında qalan kimlik (The Azerbaijani 

Turks: Power and Identity under Russian Rule), Hoover Institution Press Publication 410, April 1992, səh. 

183. Azərbaycanda Sibirdəki neft sahələrini lazımi avadanlıqla təmin etməkdən imtina edilməsi ilə bağlı da 

çoxsaylı tətillər keçirilmişdi (Altştad 192).   

28

   


Hikmət Hacızadə ilə ESI-ın müsahibəsi , 1 Dekabr 2010.

   


29

      Adnan Hacızadə ilə ESI-ın müsahibəsi, Bakı, Dekabr 2010. 



 

www.esiweb.org 

1989-cu il iyulun 16-da keçirilən ilk Konqressi zamanı Azərbaycan Xalq Cəbhəsi “Azərbaycanın 



müstəqilliyini  təmin  etmək”  və  “  Azərbaycanda  azad  və  demokratik  dəyərləri  bərqərar  etmək” 

üçün  öhdəlik  götürdüyünü  elan  etdi.

30

  1990-cı  ilin  yanvarında,  Sovet  rəhbərliyi  “İslam 



fundamentalizmi”nin  ehtimal  olunan  hədəsi  və  ictimai  asayişin  pozulmasının,  zorakılığın 

qarşısını almaq zərurətinin olduğunu əsas gətirərək xalq hərəkatını dağıtmaq üçün Bakıya qoşun 

yeritdi.  Nəticədə  200-dən  çox  Azərbaycanlı  həlak  oldu  və  Elçibəy  də  daxil  olmaqla  Xalq 

Cəbhəsinin bir çox lideri həbs  edildi.  1990-cı  ilin  yanvar hadisələri Sovet hakimiyyətinin  olan-

qalan  legitimliyini  də  dağıtdı.  “Qara  Yanvar”dan  bir  il  yarım  və  Prezident  Qorbaçova  qarşı 

uğursuz çevrilişdən sonra bir neçə Sovet Respublikası öz müstəqilliyini elan etdi. Azərbaycanın 

Ali Soveti də 1991-ci il avqustun 10-da eyni addımı atdı. 1992-ci ilin mayında Xalq Cəbhəsinin 

tərəfdarlarından  ibarət  kütlə  parlament  binasına  hücum  edərək  Azərbaycanın  sonuncu 

kommunist  idarəçisini  hakimiyyətdən  getməyə  məcbur  etdi.  1992-ci  ilin  iyununda  demokratik 

şəkildə keçirilən prezident seçkilərində Əbülfəz Elçibəy 55 faiz səs çoxluğunu qazanaraq qalib 

gəldi. Andiçmə mərasimində Elçibəy tərəfdarları 1918-ci ildən 1920-ci ilə qədər mövcud olmuş 

müstəqil  Azərbaycan  dövləti  olan  Azərbaycan  Demokratik  Respublikasının  milli  himnini 

oxudular. Onların yanaqlarından yaş süzülürdü.   

 

Elçibəy  prezident  olanda  və  atasını  1992-ci  ildə  müstəqil  Azərbaycanın  Moskvadakı  ilk  səfiri 



təyin  edəndə  Adnanın  doqquz  yaşı  vardı.  Bir  il  sonra,  Elçibəy  hakimiyyətdən  ayrıldıqdan  və 

Heydər  Aliyev  hakimiyyətə  qayıtdıqdan  sonra  Adnanın  atası  Bakıya  döndü.  Əliyev 

hakimiyyətinin  bir  neçə  çevriliş  cəhdi  və  artan  iqtisadi  xaosla  müşaiyət  olunan  qarışıq  ilk 

illərində Adnan atası ilə birgə fəaliyyət göstərən anti-kommunist fəallarının özlərinə harda səhv 

etdikləri ilə bağlı sual verdiklərinin şahidi olurdu. Hikmət Hacızadənin 1996-cı ildə yazdığı kimi 

müstəqilliyin  ilk  illəri  ümumilikdə  “milli  ideya”nın  axtarışına  sərf  edilmişdi,  belə  ki,  bu  cür 

debatlar bütün keçmiş SSRİ məkanında aparılırdı:

31

   



 

“Xalq sadə sualların cavabını axtarmağa başlamışdı: Biz kimik? Hansı yeni dəyərləri qəbul 

etməliyik? Bundan sonra nə edəcəyik?”

32

 



 

Cavablarını axtaran belə suallar çox idi. Etnosentrik türk millətçiliyi ənənəsinə malik olan Xalq 

Cəbhəsi  diqqətini  mədəniyyət  və  kimlik  məsələlərinə  yönəltmişdi.  Elçibəyin  yolunu  davam 

etdirən bəzi insanlar Cənubi Azərbaycanda yaşayan azərbaycanlılar da daxil olmaqla bütün etnik 

azərbaycanlıların birləşdirilməsi məqsədini prioritet sayırdılar.

33

  Heydər Əliyev tərəfindən idarə 



olunan  Yeni  Azərbaycan  Partiyası  (YAP)  güclü  liderlik  və  ən  əsası  stabillik  prinsipinə 

əsaslanaraq azərbaycançılığı  qabardan iddialı bir ideologiya ortaya qoydu.

34

  Heydər  Əliyev  və 



onun  oğlu  və  davamçısı  olan  İlham  Əliyevin  dövründə  prezident  administrasiyasının  güclü 

rəhbəri  Ramiz  Mehdiyev  sonralar  da  azərbaycançılıq  ideyasının  Putin  Rusiyasındakı  “suveren 

                                                 

30

    Azərbaycan Xalq Cəbhəsi və Əbülfəz Elçibəy nihalatsiz.com. 



31

    Hikmət Hacızadə, “2006-cı ilə sözardı: Güclərin real balansı haqqında”, “Qafqaz və Mərkəzi Asiyada 

təhlükəsizlik və əməkdaşlıq” konfransı üçün hazırlanmış hesabat, Gürcüstan Universiteti, 24 May 1998, səh. 5. 

http://www.kitabxana.org/site/?name=view&page=1&id=605

32

    Hikmət Hacızadə/ FAR Centre, “Azərbaycan: Milli ideya axtarışında”, FAR Centre, 1996. 



http://www.zerbaijan.com/azeri/hhz7.htm

 

33



    Dağılan dövlət və iqtisadiyyatın fonunda Elçibəyin ilk qərarlarından biri Azərbaycanın rəsmi dilinin “Türk dili 

” adlandırılması ilə bağlı idi. (1918-1936 cı illərdə olduğu kimi). Dəyişiklik 1992-ci ilin Dekabrında qıbul 

edilmiş qanunla təsbit edildi. Heydər Əliyev dönəmində dilin adı yenidən “Azərbaycan dili”nə dəyişdirildi. 

Jacob M. Landau and Barbara Kellner-Heinkele, Politics of Language the Ex-Soviet Muslim States, Hurst, 

2001, səh. 151. 

34

    Ceylan Tokluoglu, “post-Sovet Azərbaycanında 1990-cı illərdə milli kimlik, milliyyətçilik və etnikliyin tərifi” 



(“Definitions of national identity, nationalism and ethnicity in post-Soviet Azerbaijan in the 1990s”), Ethnic 

and Racial Studies, vol. 28, no. 4 İyul 2005, səh. 728, 

http://intersci.ss.uci.edu/wiki/eBooks/Articles/National%20Identity%20in%20Postco%20AZ%20Tokluoglu.pdf

 


 

www.esiweb.org 

demokratiya” modelinə uyğun güclü prezidentlik sisteminə malik “məsuliyyətli demokratiya”nı 



ehtiva etməsi fikrini irəli sürürdü. 

 

Buna  baxmayaraq,  bəzi  liberallar  demokratiyanın  əhəmiyyətini  güclü  şəkildə  vurğulayırdılar. 



1995-ci  ildə  Musavat  partiyasının  proqramının  layihəsini  hazırlayan  Hikmət  Hacızadə  90-cı 

illərdə plüralizmi müdafiə edənlər arasında ən məşhur insanlardan biri idi.

35

  Onun 1996-cı ildə 



yazdığı kimi, 

 

“Qanunun  aliliyi  prinsipi  əsasında  qurulan  müstəqil  dövlətçiliyə  gedən  yol  vətəndaş 



cəmiyyətinin inkişafından keçir. Bizim məqsədimiz yeni bir diktatura deyil, insan hüquqları 

və  insan  ləyaqətinin  prioritet  hesab  edildiyi  demokratik  bir  dövlətin  qurulmasıdır.  İnsan 

hüquqları sinfi hüquqlar, dini və milli maraqlardan da üstündür.”

36

 



 

Atasının  bu  yazısından  3  il  sonra,  16  yaşlı  Adnan  Hacızadə    ABŞ  hökumətinin  FLEX 

təqaüdçüsü kimi bir il orta məktəbdə təhsil almaq üçün ABŞ-a  yola düşdü.    Digər bir təqaüdü 

qazanması  hesabına  isə  Riçmond  Universitetine  daxil  olaraq,  2005-ci  ildə  siyasi  elmlər  üzrə 

məzun oldu. 

 

Məzun  olduqdan  sonra  Adnan  Azərbaycana  qayıtdı.  Bakı  dəyişmişdi:  sıçrayışlı  neft  və  qaz 



gəlirləri  hesabına  şəhər  tikinti  bumu  yaşayırdı.  Xəzər  dənizində  neft  istehsal  edən  yeni   

mədənləri və 2006-cı ilin mayında tikilmiş, Tiflisə və Türkiyənin Aralıq dənizi sahillərinə qədər 

uzanan  1776  km-lik  borunu  görmək  olardı.

37

  Bakı  eyni  zamanda  Adnan  kimi  daha  çox  insanı 



cəlb  etməkdə  idi:  bunlar  20  yaşlarında,  dağılmaqda  olan  kommunist  imperiyasında  doğulmuş, 

mürəkkəb  keçid  dövründə  yaşayaraq  xaricdə  təhsil  almaq  və  səyahət  etmək  kimi  yeni 

imkanlardan  yararlanan    və  geri  döndükdən  sonra  beynəlxalq  təşkilatlar,  xarici  şirkətlər  və 

yaxud  Azərbaycanın  yerli  təşkilatlarında  çalışmaq  imkanı  əldə  edən    gənclər  idi.    Adnan 

Azərbaycanın  enerji  sektorunda  ən  böyük  beynəlxalq  səhmdarlardan  biri  olan  British 

Petroleumda  daxili  əlaqələr  üzrə  məsul  şəxs  kimi  işə  başladı.  Xaricdən  ölkəyə  qayıdan  gənclər 

xaricdə  öyrəndikləri  hüquq  və  azadlıqların  səviyyəsi  ilə  öz  ölkələrində  rast  gəldikləri  avtoritar 

rejim arasındakı kontrastdan narahat olmayınca onların karyerası üçün ümidverici cığır açılırdı.   

Bu isə onların yeni zənginliklərin içərisində artan qeyri-bərabərliyə göz yumması hesabına başa 

gəlirdi. 

 

 

 



B.   

İnqilabı necə etmə(mə)li   

 

Adnanın Azərbaycana döndüyü 2005-ci il Mərkəzi Avropa və Baltikyanı ölkələrin yolu ilə gedən 



fərqli  bir  Azərbaycanı  görməyə  ümid  edənlər  üçün  gözlənti  ili  idi.  Parlament  seçkiləri  - 

Azərbaycanın  2001-ci  ildə  Avropa  Şurasına  daxil  olandan  və  İlham  Əliyevin  2003-cü  ildə 

hakimiyyətə gəlməsindən sonra keçirilən ilk seçkilər -noyabr ayına təyin olunmuşdu.   

 

1992-ci  il  prezident  seçkilərindən  bəri  Azərbaycanda  keçirilən  heç  bir  seçki  demokratik 



standartlara uyğun olmamışdır. İlham Əliyevin 77 faiz, digər namizəd İsa Qəmbərin isə 14 faiz 

səs  topladığı  2003-cü  il  seçkiləri  isə  xüsusilə  pis  keçmişdi.  “Nepotizm”  və  “tayfa  quruculuğu” 

kimi kəlmələr Qərb mətbuatında tez tez işlədilməyə başladı.    Seçki gecəsi və növbəti gün polis 

                                                 

35

    Azərbaycanın hazırki Musavat partiyası 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının hakim 



partiyasının davamçısı olaraq 1992-ci ildə yaradılmışdır. Partiya yarandığı gündən onun sədri olan İsa Qəmbər 

Xalq Hərəkatının liderlərindən biri idi. 1993-cü ildən bəri Musavat aparıcı müxalifət partiyasıdır. 

36

    Hikmət Hacızadə/ FAR Centre, “Azərbaycan: Milli İdeya Axtarışında”, FAR Centre, 1996. 



http://www.zerbaijan.com/azeri/hhz7.htm

37



    Boru 2006-cı ilin Mayında işə düşdü . 

 

www.esiweb.org 

və  daxili  təhlükəsizlik  qüvvələri  tərəfindən  törədilən  ciddi  pozuntular  qeydə  alındı.    Ölkənin 



paytaxtında  müxalifətin  keçirdiyi  icazəsiz  mitinqlər  nəticəsində  polis  bir  neçə  insanın  ölümü, 

daha  çox  insanın  yaralanması  və    seçki  kommissiyası  üzvləri  də  daxil  olmaqla  600-dən  çox 

insanın  həbs  edilməsi  ilə  nəticələnən  sərt  tədbirlərə  əl  atdı.    Hökumətyönlü  mətbuatın  dövlət 

çevrilişi üçün konspirativ plan hazırlamaqda günhalandırdığı İsa Qəmbər 25 gün ev dustaqlığına 

məhkum  edildi.

38

  ATƏT-in  müşahidə  missiyasının  yekun  hesabatında  yazıldığına  görə  seçkilər 



“ATƏT tərəfindən qoyulan öhdəliklərə və demokratik standartlara cavab verməmişdir”.

39

   



 

2005-ci  ildə  hadisələrin  fərqli  olacağı  gözlənilirdi.  2005-ci  il  may  ayının  10-da,  Gürcüstan 

Qızılgül  İnqilabından  iki  il  sonra  ABŞ  prezidenti  Corc  Buş  Tbilisiyə  gəldi.  Sevincli  kütlənin 

önündə çıxış edərkən Gürcüstanın qonşularına da ismarıc yolladı:   

 

“Biz azadlığın Qara Dənizdən Xəzərə, Fars körfəzi və daha uzaqlara qədər yayıldığı tarixi 



bir  zaman  kəsiyində  yaşayırıq.  Burada  olduğu  kimi  dünyanın  hər  yerində  insanlar 

meydanlara  toplaşaraq,  bayraqlarını  dalğalandırır  və  Allah  tərəfindən  onlara  bəxş  edilmiş 

azadlıqlarını tələb edirlər və siz bununla fəxr edə bilərsiniz: Onlar sizin misalınızdan ilham 

alaraq  sizin  uğurunuzdan  ümidləniblər…  Sizin  Gürcüstanda  əkdiyiniz  azadlıq  toxumları 

dünyanın hər tərəfində çiçəklənməkdədir.”

40

   



 

Ümidli  olan  yalnız  Buş  deyildi.  2005-ci  ilin  iyununda  The  Economist  jurnalında  “Qarpız 

İnqilabı: Azərbaycan və Demokratiya-Azərbaycan demokratik inqilablar növbəsində növbəti ola 

bilərmi?” başlıqlı məqalə çap olundu.

41

   


 

2005-ci  ilin  mayında  Azərbaycan  müxalifəti  Musavat  (İsa  Qəmbər),  Azərbaycan  Xalq  Cəbhəsi 

(Əli Kərimli) və bir az daha kiçik olan Demokrat Partiyasından ibarət Azadlıq blokunu yaratdı. 

Azadlıq  blokunun  strategiyası  2004-cü  ildə  Ukraynada  baş  verən  seçki  saxtakarlıqlarına 

baxmayaraq qalib çıxan liderlər və iştirakçıları olan Narıncı İnqilabdan ruhlanaraq qurulmuşdu. 

Əliyev rejimini “korrupsiyalaşmış diktatura” kimi hədəfə alan koalisiya narıncı rəngi öz simvolu 

olaraq  qəbul  etmişdi.

42

  Bəzi  müxalifət  liderləri  seçkilərdə  yaxşı  nəticələr  əldə  edəcəklərini 



gözləyirdilər;  digərləri  isə  seçki  qutularında  manipulyasiyalar  gözləsələr  də,  bu  dəfə  seçici 

etirazının  Serbiyada  (2000),  Gürcüstan  (2003)  və  Ukraynada  (2004)  olduğu  kimi  qeyri-zorakı 

inqilab üçün tətik rolunu oynayacağına ümid edirdilər.   

 

Həm  Gürcüstandakı  Qızılgül  İnqilabı,  həm  də  Ukraynada  baş  vermiş  Narıncı  İnqilab  zamanı 



seçkilərin  saxta  rəsmi  nəticələrinə  etiraz  etməkdə  əsas  rolu  Gürcüstanın  Kmara  (Kifayətdir)  və 

Ukraynanın  Pora  (Artıq  vaxtdır)  hərəkatları  oynamışdır.  Hər  iki  təşkilat  Serbiyada  Slobodan 

Milosevici  devirmiş  Otpor  təşkilatının  təcrübəsindən  bəhrələnmişdir.  Gənc  Azərbaycanlılar  da 

bunu nəzərə aldılar.

43

  2004-cü ilin  aprelində  Xalq  Cəbhəsi  Partiyası  özünün gənclər təşkilatını, 



                                                 

38

 



Sabina Frayzer, “Azərbaycanda nəsil və demokratiya” (“Dynasty and Democracy in Azerbaijan”), Open 

Democracy, 5 Dekabr 2003. 

http://www.opendemocracy.net/democracy-caucasus/article_1626.jsp

39

   



ATƏT/DİİHB, “Azərbaycan: Prezident Seçkiləri 15 Oktyabr 2003”, Seki Müşahidə Missiyasının Hesabatıt, 

Varşava 12 Noyabr 2003, səh. 1. 

http://www.osce.org/odihr/elections/azerbaijan/13467

.   


40

   


BBC; “Mətn: Buşun Gürcüstandakı çıxışı” (“Text: Bush‟s speech in Georgia”), 10 May 2005. 

http://news.bbc.co.uk/2/hi/europe/4534267.stm

41

 



“Qarpız İnqilabı: Azərbaycan və Demokratiya-Azərbaycan növbəti demokratik inqilabın ünvanı ola bilərmi?” 

(“A Watermelon Revolution: Azerbaijan and Democracy – Might Azerbaijan be next in line for a democratic 

revolution?”), Economist, 4 İyun 2005. 

42

   



Anar Vəliyev, “Azərbaycan Parlament Seçkiləri, Uğursuz İnqilab”, Problems of Post-Communism, vol. 53, 

no. 3, May/İyun 2006, səh. 22. 

43

 

Məqam hərəkatıın üzvləri Murad Həsənli və Emin Hüseynov BBC tərəfindən çəkilmiş, 2005-ci il Noyabr 



seçkilərindən bəhs edən “İnqilabı necə etməli” adlı sənədli filmdə müsahibə vermişlər. İnqilabı necə etməli 

(How to plan a revolution) , 

http://video.google.com/videoplay?docid=-6283659946022683358#

.   


 

www.esiweb.org 

Yeni  Fikri  yaratdı.  26  yaşlı  Ruslan  Bəşirlinin  rəhbərlik  etidyi  hərəkat  azad  və  ədalətli  seçkini 



təbliğ  etməyə  başladı.  2005-ci  ilin  əvvəlində  digər  bir  gənclər  hərəkatı  –Məqam  fəaliyyətə 

başladı. 2003-cü ildə prezident seçkilərini işıqlandıran (və bu zaman döyülən) Emin Hüseynovun 

rəhbərlik etdiyi, təxminən 200 üzvü olan qrup gələcək seçkilərin yaxşı keçirilməsi üçün ictimai 

marağın  artırılması  istiqamətində  işləyirdi.

44

  Yeni  qurulmuş  başqa  bir  təşkilat  –  “Yox!”  da 



tezliklə  fraksiyaya  qoşuldu.  Təşkilatın  şüarları  “Qeyri  demokratik  addımlara  Yox!  Zorakılığa 

Yox!  Diktator  rejiminə  Yox!”  idi.  Bu  qrupun  rəhbəri,  Razi  Nurullayev  seçkilərdə  müstəqil 

namizəd  olaraq  iştirak  edirdi.  O  deyirdi:  “Saxta  seçkilərin  tətik  rolu  oynadığı  və  bununla  da 

Gürcüstan,  Ukrayna  və  Qırğızıstanda  korrupsioner  liderlərin  devrilməsi  ilə  nəticələnən  bu 

inqilablar Azərbaycana doğru irəliləyir.”

45

   



 

Seçki inqilablarının sehrli formulunun tapıldığını düşünmək gənc fəallar üçün çox cazibədar bir 

fikir  idi.  Serbiyadan  Ukraynaya  qədər  bütün  gənc  fəallar  Cen  Şarpın  qeyri-zorakı  etirazların 

təşkil  edilməsi  haqqında  Diktaturadan  Demokratiyaya  doğru:  Azadlıq  üçün  konseptual  çərçivə 

kitabını  oxumuşdular.  Əslində  Birma  fəallarına  dəstək  olaraq  yazılmış  bu  kitab  dünyanın  30 

dilinə, o cümlədən Azərbaycan dilinə də tərcümə olunmuşdu.

46

  Avropalı fəallar da 2002-ci ildə 



çəkilmiş,  serbiyalı  Slobodan  Miloşeviçin  devrilməsindən  bəhs  edən  “Diktatorun  Devrilməsi” 

filmini  izləmişdilər.  Filmin  rejissoru  Stiv  Yorkun  fikrincə  Sebiyanın  Otpor  gənclər  hərəkatının 

təcrübəsini  digər  ölkələrdə  də  istifadə  etmək  mümkündür.  O,  deyirdi:  “Virtual  olaraq  Otpor 

tərəfindən  işlədilmiş  bütün  silahlar  etirazçılar  və  müxalif  hərəkatlar  tərəfindən  dünyanın  başqa 

ölkələrində də birbaşa olaraq və ya tədricən qəbul edilə bilər. Bu artıq baş verir.”

47

 



 

Azərbaycanın  demokratiya  tərəfdarı  olan  fəalları  Ukrayna  və  Gürcüstanın  gənclər  qrupları  ilə 

əlaqələr axtarmağa başladılar. London İqtisad Universitetindən məzun olaraq Azadlıq blokunun 

sözçüsü olmaq üçün Bakıya qayıdan Murad Həsənli Kmara Gənclər hərəkatının nümayəndələri 

ilə  görüşmək  məqsədilə  Gürcüstana  səfər  etdi.  2005-ci  ildə  BBC  tərəfindən  Azərbaycandakı 

seçkilər  barədə  çəkilən  sənədli  filmdə  öz  azərbaycanlı  həmkarlarına  konfidensial  məsləhətlər 

(“Aydın  bir  zəncirvari  komandanlığın  olması”  və  “seçkilərin  nəticələrini  gözləmədən  seçkilər 

bitən  kimi  qələbəni  qeyd  etmək”  kimi)  verən  Kmara  fəallarını  görmək  olar.

48

  Yeni  Fikrin  27 



yaşlı lideri Ruslan Bəşirli də demokratiya fəalları ilə görüşmək üçün 2005-ci ilin iyulunda Tiflisə 

səfər etdi. Yeni Fikir üzvləri də Ukraynanın Pora təşkilatı ilə əlaqələr qurdular.

49

 

 



Bundan  narahat  olan  Azərbaycan  hökuməti  Ukrayna  fəallarının  ölkəyə  daxil  olmasına  qadağa 

qoydu.  2005-ci  il  avqustun  3-də  Ruslan  Bəşirli  “Erməni  kəşfiyyatının  təşviqi  ilə”  dövlət 

çevrilişində ittiham edilərək Azərbaycan polisi tərəfindən həbs edildi.

50

  İttiham maksimum cəza 



kimi  ömürlük  həbs  tələb  edirdi.  Daha  sonra  Bəşirli  Vaşinqtonda  yerləşən  Milli  Demokratiya 

                                                 

44

   


Məqam Gənclər Hərəkatı, ABŞ prezidenti Corc Buşa açıq məktub, “Sizin Sözlərinizə arxalanaraq. 

Azərbaycan gəncliyindən Prezident Corc Buşa çağırış”, 27 Aprel 2006, 

http://www.idee.org/Azerbaijan%20Youth%20Appeal%202006.html

.   


45

   


Anar Vəliyev, “Azərbaycan Parlament Seçkiləri, Uğursuz İnqilab”, Problems of Post-Communism, vol. 53, 

no. 3, May/İyun 2006, səh. 17-35. 

46

   


Albert  Eynşteyn  İnstitutu,  Cin  Şarp,  DĠKTATURADAN  DEMOKRATĠYAYA  DOĞRU:  Azadlıq  üçün 

Konseptual 

Çərçivə, 

Fevral 


2005 

Yox 


Azərbaycan 

Hərəkatı 

tərəfindən  çap  edilmişdir, 

http://www.aeinstein.org/organizations1aef.html

47

   



Stiv York- Diktatorun Devrilməsi filminin müəllifi ilə sual cavab 

http://www.aforcemorepowerful.org/films/bdd/producer.php

48

   



Sənədli film-“ İnqilabı necə etməli”, 

http://video.google.com/videoplay?docid=-6283659946022683358#

49

   



Anar Vəliyev, “Azərbaycan Parlament Seçkiləri, Uğursuz İnqilab”, Problems of Post-Communism, vol. 53, 

no. 3, May/İyun 2006, səh. 24-25. 

50

   


Liz Fuller, “Azərbaycan: Bakı Ermənistan kəşfiyyatını dövlət çevrilişində ittiham edir” (“Azerbaijan: Baku 

Implicates Armenian Intelligence In Alleged Coup Bid”), Azadlıq Radiosu, 5 Avqust 2005, 

http://www.rferl.org/content/article/1060460.html



 

www.esiweb.org 

10 


İnstitutunun  istəyi  ilə  hərəkət  etdiyini  “etiraf  etdi”.

51

  Dövlət  televiziyası  təkrar-təkrar  onun 



Azərbaycan  kəşfiyyatının  erməni  agenti  olduğunu  iddia  edən  bir  adamdan  $2,000  pul  aldığını 

göstərən  videonu  nümayiş  etdirirdi.  Bəzi  mətbuat  nümunələri  də  Bəşirlinin,  belə  qarayaxma 

kampaniyalarının  digər  hədəfi  olan  Xalq  Cəbhəsinin  lideri  Əli  Kərimli  ilə  homoseksual  cinsi 

münasibətlərdə  olduğunu  yazırdılar.

52

  Sentyabrın  12  və  16-da  Yeni  Fikrin  iki  sədr  müavini 



Ramin Tağıyev çevriliş ssenarisində iştirakına, Səid Nuri isə Polşada Milli Demokratiya İnstitutu 

tərəfindən  mailliyələşdirilən  (yenə  də)  bir  tədbirdə  iştirakı  zamanı  hökumət  eleyhinə  aldığı 

instruksiyalarla  konspirasiyada  günahlandırılaraq  həbs  edildilər.  2006-cı  ildə  Bəşirli  7,  Ramin 

Tağıyev 4, Səid Nuri isə 5 illik həbs cəzasına məhkum edildilər.

53

   


 

Seçkilər dövrü yaxınlaşdıqca hökumət haqqında tənqidi fikirlər səsləndirən jurnalistlər də hədəfə 

alınırdı. 2005-ci il fevralın 24-də Azadlıq qəzetinin redaktoru Qənimət Zahid və qəzetin texniki 

direktoru Azər Əhmədov, qaçırılaraq Bakıdakı bir restorana gətirilmişdilər. Onlar soyundurulmuş 

və fahişə olduqları güman edilən qadınlarla kompromat şəkillər çəkdirməyə məcbur edilmişdilər. 

Onlar  döyülmüş  və  Prezident  Əliyev  haqqında  tənqidi  materiallar  çap  etdiklərinə  görə 

hədələnmişdilər.  İki  gün  sonra  hər  ikisi  azadlığa  buraxılmışdı.

54

  Tezliklə  bu  hadisədən  sonra, 



hökumətyönlü mətbuat müxalifətin “mənəviyyatsızlığı”nın nümunəsi kimi Zahid və Əhmədovun 

bu  fotolarını  yaydı.

55

  2  mart  2005-ci  ildə  Monitor  jurnalının  baş  redaktoru  Elmar  Hüseynov 



evinin qarşısında güllələnərək öldürüldü. Ölümündən əvvəl isə illər ərzində prezident və müdafiə 

naziri də daxil olmaqla, Hüseynov yüksək rütbəli məmurlar tərəfindən ardıcıl olaraq “böhtan və 

defamasiya”ya  görə  ağır  cərimələr  ödəməyə  məcbur  edilirdi.  2001-ci  ildə  Bakı  meri  Hacıbala 

Abutalıbova  hörmətsizliyə  görə  6  ay  həbsə  məhkum  edilmişdi.  10.000-ə  yaxın  insan  Bakıda 

Hüseynovun dəfnində iştirak etmişdir. Onun qatilləri tapılmamışdır.   

 

Seçkilərə  hazırlıq  dövründə  təhlükəsizlik  məsələləri  bəhanə  gətirilərək  görə  müxalifət 



partiyalarının  Bakının  mərkəzində  aksiya  keçirmələrinə  icazə  verilmədi.  Bu  qadağa  qərarını 

müdafiə  edən  prezident  administrasiyasının  ictimai-siyasi  şöbəsinin  müdiri  Əli  Həsənov  bunu 

belə  izah  edirdi  “Azərbaycanda  stabilliyin  olması  ölkənin  beynəlxalq  imicindən  daha  vacibdir. 

Əgər  biz  sabitlik  və  asayişi  qoruyub  saxlaya  bilmiriksə  bu  imic  bizim  nəyimizə  lazımdır,”

56

 

Azadlıq  bloku  qadağaya  məhəl  qoymadan  sentyabr  və  oktyabr  ayları  ərzində  Bakının 



mərkəzində  aksiyalar  keçirən  zaman  polis  zorkaılığı  ilə  üzləşdi.  Prezident  Əliyevin  BBC-yə 

bildirdiyinə  görə  etirazçıların  məqsədi  “  döyülmək  və  sonra  beynəlxalq  TV  və  qəzetlərdə 

görünərək  Azərbaycan  hökumətinin  yanlış  imicini  yaratmaq  üçün  özlərini  qurban  kimi 

göstərməkdir”

57

 

 



Ən  nəhayət,  hökumət  elitanın  daxilindəki  opponentlərinə  güclü  bir  siqnal  göndərdi.  Oktyabrın 

17-də keçmiş mailiyyə naziri Fikrət Yusifov guya Azərbaycan dissidentlərinə pul ötürülməsində 

                                                 

51

   



“Azərbaycanda İnqilab Avqustun 21-də başlaya bilər t”, 18 Avqust 2005, 

www.axisglobe.org

.   

52

   



Azadlıq  Radiosu,  “15:  Həbs  edilmiş  fəalın  atası  Azərbaycan  Hökumətinin  təqiblərini  təsdiq”,  RFE/RL 

Newsline, 9 Avqust 2005, 

http://www.hri.org/news/balkans/rferl/2005/05-08-09.rferl.html

.



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə