Baki döVLƏt universiteti



Yüklə 249,06 Kb.
tarix08.11.2022
ölçüsü249,06 Kb.
#68097
Azərbaycan dilinin leksikası


BAKI DÖVLƏT UNİVERSİTETİ

Fakültə: Filologiya


İxtisas: Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
Kurs: Ⅱ
Qrup: FL-149
Tələbə: Hüseynova Abüzər
Müəllim: Həbibli Reyhan
Fənn: Azərbaycan dilinin leksikası

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda ana dilimizin dövlət dili kimi inkişafı, ədəbi dil normalarına əməl olunması üçün ciddi vəzifələr müəyyənləşdirilib. Bu proqram Azərbaycan dilinin inkişafı üçün geniş imkanlar açır.


Dövlət Proqramından irəli gələn vəzifələrin icrasında aparıcı rol təbii ki, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutuna məxsusdur. Məhz Dilçilik İnstitutu "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrasını həyata keçirir.
Vəzifələrin icrası istiqamətində görülən işlərdən biri də ölkə KİV-lərində ədəbi dil normalarının pozulması ilə bağlı monitorinqlərin aparılmasıdır. Monitorinqlər mətbuat orqanları, televiziyalar, informasiya saytları ilə bağlı keçirilir. Dilçilik İnstitutu ölkədə fəaliyyətdə olan elektron saytlarla bağlı 2016-cı ildən başlayaraq artıq 2 monitorinq həyata keçirib. Hələlik sonuncu monitorinqin nəticələri bu yaxınlarda açıqlanıb.

  • Leksik, üslubi, qrammatik pozuntular:

Məsələn, "Bakıda avtomobil bazarında qiymətlər oynayır”, "Firuzə İbadovanın boşanan qızı hicaba keçdi”, "L.Əkbərova onlara 100 min manatdan çox pul "atıb” və s. Saytlarda xüsusi adların yazılışında ciddi qüsurlar olduğu kimi, mətnlərin dilində leksik, üslubi və qrammatik normanın pozulması halları da özünü göstərir.

  • Fonetik normanın pozulması halları əksər saytlarda müşahidə olunur:

" Şəhərdə gəzərkən ehtiyatlı olun”, "Rusiya açıqladı: 200 tonluq balistik raket...” "...borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib”, "...Türk Dil Qurumunun sabiq sədri, Hacettepe Universitetinin professoru Şükrü Haluku Akalınla görüş keçirilib”və s. Xəbər mətnləri ilə müqayisədə müsahibə mətnlərində səhvlər daha çox olur. Adətən mətnlər ciddi şəkildə redaktə olunmadan yayımlanır. Məsələn, bir cümlədə eyni mürəkkəb adın iki formada yazılışı da bunu göstərir: " Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Monqolustanın xarici işlər naziri Damdin Tsogtbatarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib”. Ümumiyyətlə, saytlarda xüsusi adların yazılışında ciddi qüsurlar mövcuddur. Burada yazılışı fərqli formalarda olan elə terminlərə də rast gəlirik ki, onlar Orfoqrafiya lüğətində (2013) yoxdur. Məsələn: "Kim kimi döyəcək: jurnalist bloqqeri , yoxsa bloqqer jurnalisti?”
Saytların dilində leksik, üslubi və qrammatik normanın pozulması halları da özünü göstərir. Məsələn, " Teleqraf.az qafqazinfo-ya istinadən xəbər verir ki, belə ki, 1 şagird 700 bal, qalan 7 şagird isə 600-dən yuxarı nəticə göstərib”, "Tədbir iştirakçılarına təqdim olunan Azərbaycandan təşrif buyurmuş "Təzadlar” qəzetinin əməkdaşı Elçin Məmmədli tədbir iştirakçılarını salamlayaraq...”, "Paşinyandan Qarabağla bağlı İNANILMAZ ADDIM: müharibə çağırışı rəsmən TƏTİKLƏNDİ ", "ABŞ-ın Havay adalarında 3 mayda fəaliyyətə keçən Kilauea vulkanı 23 gündür lava püskürməyə davam edir” və s.
Cümlədə söz sırasının dəyişməsi nəticəsində qrammatik normanın pozulduğu hallar da mövcuddur. Bu cür norma pozuntuları daha çox danışıq dilinin təsiri ilə baş verir: "Sumqayıtda yaşlı qadına səhv iynə vurdular -ÖLDÜ”, "Sumqayıtda 61 yaşlı qadın vurulan səhv iynədən ölüb”. Dildə səhv iynə ifadəsi yoxdur.
Dildən istifadə qaydaları zamanı pozuntuya daha çox televiziyalar yer verirlər. Bəzi mətbuat orqanları kobud (vulqar) sözlərdən çox istifadə edirlər. Bu cür yazılar oxunaqlı olsa da dil normalarına tərs üslubdur. Xüsusi və mürəkkəb adların yazılarda istifadə edilməsi qaydaları da pozulur. "Orfoqrafiya lüğəti"nə əsasən yüksək dövlət vəzifələri, müxtəlif dövlət orqanlarının və s. adların birinci hərfi böyük şriftlə yazılır. Məsələn: ABŞ Dövlət katibi Con Kerri, Almaniya Kansleri Angela Merxel, Rusiyanın Xarici işlər naziri Sergey Lavrov və s. Çox hallarda isə bu sözlər bu cür ifadə edilir: ABŞ dövlət katibi, Rusiya xarici işlər naziri, Almaniya kansleri. Həmçinin lüğət qaydalarına əsasən mürəkkəb adların ixtisarla yazılış qaydasına (abreviatura) da əməl edilmir.
Mətbuat orqanlarında "Orfoqrafiya lüğəti"ndə qeydə alınmayan sözlərdən istifadə də geniş yayılıb. "Novostroyka", "obşak", "srok", "dıxaniye", "kayf" "uje", "voopşe", "davay do svidaniya" və s. kimi sözlər daha çox işlədilir. Qəzet, jurnal və saytlarda əcnəbi adlar Azərbaycan dilinin fonetik qaydalarına uyğunlaşdırılmır. Məsələn: "Facebook" (Feysbuk), "Mc Donalds" (Mak Donalds), Michael Jackson (Maykl Cekson), "Reuters" (Röyters), Giovanni Zambrotta (Covanni Zamrotta), Mahmud Ahmetnejat (Mahmud Əhmədinejad), Ayatullah Ali Xomeneyi (Xamneyi) və s. kimi adlar çox vaxt olduğu kimi yazılır.
Punktuasiya (durğu işarələrinin qoyulması) qaydalarının pozulması halları da tez-tez rast gəlinən qüsurlardandır. Azərbaycan dilinin qrammatik qaydalarına əsasən "O", "Bu" əvəzlikləri və "Ki" bağlayıcısından sonra vergül (,) işarəsi qoyulur. Əgər "Ki" bağlayıcısından sonra xəbər gəlirsə vergül işarəsi işlədilmir. "Bu" və "O" sözlərindən sonra qoşma, bağlayıcı, xəbər, ədat və s. gəlirsə o zaman vergüldən istifadə edilmir. Müxtəsər cümlələrdə də "Ki" bağlayıcısından sonra vergül qoyulmur. Əksər hallarda isə bunun tamam əksini özünü tapır. Problemlərin başqa bir tərəfi idə neologizmlərdən düzgün istifadə edilməməsidir. Əsasən də Türkiyə türkcəsindən dilimizə keçən sözlər çox vaxt olduğu kimi yazılır və tələffüz edilir. Məsələn: "Sonuc" türkcədə "Sonuç" kimi işlədilir. Lakin, bu tip keçmə sözlər mətbuat orqanlarında çalışan jurnalistlər tərəfindən necə var elə işlədilir. Əcnəbi dillərdən alınmış sözlər qrammatik cəhətdən "verbalizə olunmuş" və "verbalizə edilməmiş" olaraq iki qrupa ayrılır. Əcnəbi dillərdən yazılı alınmalar 6 qrupa bölünür:
1) bilavasitə yazıda dəyişiklik edilmədən alınma;
2) transliterasiya - başqa yazı ilə verilməklə alınma;
3) elmi və tədris ədəbiyyatında elmi, fonetik və fonematik transkripsiya ilə alınma;
4) öz hərfləri ilə məhdudlaşmaqla praktik transkripsiya ilə alınma;
5) doğma dilin qrammatik vasitələri ilə morfoloji cəhətdən ifadə edilməklə alınma;
6) tam və ya qismən tərcümə olunmaqla, leksik ifadə ilə alınma.
Sırf linqvistik baxımdan alınmış sözlər isə 3 yerə bölünür:
1)morfem dəyişikliyi olmadan alınma;
2) qismən morfem dəyişikliyi ilə alınma;
3) tam morfem dəyişilməsi ilə alınma.
Bunlar bütün dünya dövlətləri tərəfindən qəbul edilmiş qrammatik qaydalardır. Lakin, qəbul edilmiş bu qaydaların heç birisinə faktiki olaraq əməl edilmir.
Yüklə 249,06 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin