Baki universitetiNİn xəBƏRLƏRİ №1 Humanitar elml



Yüklə 236,15 Kb.
Pdf görüntüsü
tarix27.06.2017
ölçüsü236,15 Kb.

176 

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№1    

 

Humanitar elml

ər seriyası   

 

2012 

 

 

 

 

UOT 94 (479.24) 

 

AZƏRBAYCANIN ORTA ƏSRLƏRDƏ XARİCİ ÖLKƏLƏRLƏ 

ƏLAQƏLƏRİ DASTAN VƏ BAYATILARDA 

 

İ.H.ABDULLAYEV  

Bakı Dövlət Universiteti 

ilqarheyd

əroglu@mail.ru 

 

M

əqalədə Azərbaycanın xarici ölkələrlə əlaqələrinin dactan və bayatılarda necə əks 

olunmasından danışılır. Burada “Kitabi- Dədə Qorqud” və “Koroğlu” dastanları vasitəsi 

il

ə Azərbaycanın Gürcüstan, Suriya və Osmanlı Türkiyəsi ilə olan əlaqələri, bayatılar  vasi-

t

əsi ilə isə Ərəb xilafəti ilə olan əlaqələrindən danışılır.     

 

Açar sözl

ər: Azərbaycanın  xarici  ölkələrlə  əlaqələri,  dastanlar,  bayatılar,  “Böyük 

İpək yolu”, “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, Gürcüstan, Türkiyə, Suriya, ərəblər  



                                                              

Müst


əqillik yollarında inamla irəliləyən müasir Azərbaycan hələ qədim 

zamanlardan strateji c

əhətdən mühüm əhəmiyyət kəsb edən yolların qovsa-

ğında yerləşmışdir.  Sonrakı,  orta  əsrlər dövründə  də  Azərbaycan müxtəlif 

xarici ölk

ələrlə ticarətdə tranzit ölkə rolunu oynayırdı. Belə ki, həm şimaldan 

c

ənuba və əksinə gedən ticarət yolunun, həm də şərqdən-qərbə uzanan “Bö-



yük 

İpək yolu”nun üstündə yerləşməsi də Azərbaycanın rol və əhəmiyyətini 

xeyli artırırdı. Strateji cəhətdən belə əlverişli mövqedə yerləşməsi Azərbay-

ca

nın müxtəlif xarici ölkələrlə geniş miqyasda iqtisadi, ticarət, siyasi və mə-



d

əni əlaqələr saxlamasına imkan vermişdir. 

Az

ərbaycanın xarici ölkələrlə olmuş müxtəlif ticarət, iqtisadi, siyasi və 



m

ədəni əlaqələri dastan və bayatılarda da geniş miqyasda öz əksini tapmışdır.  

Az

ərbaycanın  xarici  ölkələrlə  olmuş  müxtəlif səpkili  əlaqələrinin  əks 



olunduğu dastanlardan biri də “Kitabi-Dədə Qorqud” dastanıdır. Bu dastanın 

dem


ək olar ki, bütün boylarında Dədə Qorqud “boy boylayır, söz söyləyir.” 

D

ədə  Qorqud özünün gün güzəran etdiyi diyara gəldikdə  Seyhun (Sırdərya) 



çayının  aşağı  hissələri və  Yeni  İrmaq  sahillərində  məskunlaşmış  oğuz 

tayfaları bu çayın hər iki sahilində qışlayıb yayılır, Yenikənd deyilən qışlaqda 

is

ə onların xaqanı otururdu [1,14]. Karvanlar buradan keçib Xorasan, Rey və 



H

əmədan  şəhərlərinə,  oradan  da  Bizans  qalası  Niseviyye  (Nurvin),  Suriya 

(Şam)  və  Qastıntəniyyəyə  (İstanbul)  qədər  uzanırdı.  Lakin  son  zamanlar 

Bizansla ölüm-

dirim savaşına çıxmış Sasani şahənşahları bu yoldan keçənlər-


177 

d

ən çox yüksək gömrük haqqı tələb etdiklərindən tacirlər dolayı yola Xarəzm, 



İtil  (Volqa)  çayının  aşağı  axarları,  quzey  Qafqazdan  keçib Abkar ölkəsi, 

buradan da Qara d

əniz  limanları  Tazis  və  Trabuzəndən dənizdən keçməklə 

Qast


ıəntəniyyəyə yön alırdılar. 

Y

əqin ki, belə bir yerdə güzəran edən Qorqud ata tez-tez Çin, Bizans, 



İran tacirləri, hər növ din və məzhəblərə məxsus səyyahlarla ünsiyyətdə olur

onlardan dünyanın müxtəlif ölkələrində baş  vermiş mühüm hadisələr barədə 

d

əyərli məlumatlar  alırdı  [1,13]. Fars, sovdi dillərini, türk-uyğur  ləhcəsini 



yaxçı bilməsi ona çox kömək edir. O zamanlar Soğd tacirləri Çinə çoxlu şüşə 

m

əmulatları,  qiymətli firuzə  daşları,  cins  atlar  və  s.  mallar  daşıyır,  oradan 



işlənmiş xam və ipək parça ixrac edirdilər [1,113]. 

Şübhəsiz ki, bütün bu ticarət əməliyyatları Böyük İpək yolunun üstündə 

yerl

əşən Azərbaycandan da yan keçmirdi. Bu ticarət  yolları  Azərbaycandan 



keçm

əklə həm vətənimizin iqtisadiyyatının güclənməsinə, həm də Azərbayca-

nın adları yuxarıda çəkilən ölkələrlə sıx ticarət əlaqələri saxlamasını şərtlən-

dirirdi. 

 “D

ədə  Qorqud”  boylarından  birincisi  Dirsə  xan  oğlu  Buğacın  qəhrə-



man

larından  danışır.  Bu  boyda  Buğac  ata-ananın  yeganə  oğludur.  O,  uzun 

h

əsrətdən sonra dünyaya gəlmişdir  [2,  35]. Böyüdükdən  sonra  Buğac  çox 



q

əhrəman, igid bir oğlan olur. Dirsə xanın ətrafındakı qırx namərdin gözü onu 

götürmür. Onlar öz x

əyanətkar oyunlarını gizlində davam etdirirlər. Dirsə xan 

onlara 

inanır,  oğlu  ilə  ova  çıxır.  Oğlunu  xəyanət yolu ilə  oxlatdırıb  geri 



qayıdır [3,21]. Öldüyünü zənn edir. Lakin bu vaxt Xızır Buğacın anasına dağ 

çiç


əyi ilə  ana  südünü  qarışdırıb  yaraya  qoymağı  məsləhət bilir. Bu müalicə 

Buğacı,  doğurdan  da  sağaldır.  Lakin  bundan  əvvəl  qırx  namərd Dirsə xanın 

əl-qolunu bağlayıb əsir edərək  Gürcüstana qaçmaq istəyirlər. Həmin vaxtlar 

erm


ənilər tərəfindən də tez-tez hücumlar olurmuş. Buğac bundan xəbər tutub 

öz igidl


əri ilə onu qurtarmağa gedir və döyüş meydanında ata-oğul qarşılaşır-

lar.  Şübhəsiz  ki,  haqqında  söz  gedən  parçada  Gürcüstanın  (kafər ellərinin) 

adının çəkilməsi Azərbaycanın hələ o dövrlər Gürcüstanla olan müəyyən əla-

q

ələrinə sübutdur. 



Əsər haqqında danışarkən o da qeyd edilməlidir ki, qəhrəmanlar çox tez 

dinl


ərindən dönə  bilirlər. Dirsə  xanın  igidləri dönüklük edəndə  Gürcüstana 

qaçırlar. Təsadüfi deyil ki, atası ilə mübahisəsi qızışanda Uruz atasına deyir: 

Qara gözlü igidl

ərimi 


Boynuma alıram. 

Qan Abqaz elin

ə mən gedərəm, 

Altun xaça m

ən əlimi basaram, 

Pilon gey

ən keşışın əlini öpərəm, 

Qara gözlü kaf

ər qızını mən alıram [2,68]. 

Yuxarıda  “Kitabı  Dədə  Qorqud”dan gətirilən sitatlarda Abqaz elinin 

adının  çəkilməsi heç də  təsadüfi deyil. Belə  ki, IX-X  əsrlərdə  Gürcüstanın 

adı “Kitabı Dədə Qorqud”da Abqaz eli kimi gedir. Həm də verilən iqtibasdan 



178 

göründüyü  kimi  Uruz  atasından  küsüb-inciyən  zaman  onu  sanki  düşmən 

ell

ərinə getməklə, dinini dəyişməklə hədələyir. 



Qeyd edilm

əlidir ki, haqqında danışılan dövrdə Kutaisi mərkəz olmaqla 

yaranan Q

ərbi Gürcüstan knyazlığı “Avxaz çarlığı”, Şərqi Gürcüstan knyaz-

lığı isə “Kartli çarlığı” adlanırdı [4,6]. 975-ci ildən Abxaz hökmdarı olan çar 

Boqrat (anası abxaz qızı olmuşdur) 1008-ci ildə yuxarıda adları çəkilən iki 

siyasi vahidi birl

əşdirə  bilmişdi.  Birləşmiş  Gürcüstan  çar  sülaləsi bundan 

sonra “abxaz n

əsli” sayılırdı.  Gürcüstan  çarlarının rəsmi titulunda isə  “Ab-

xaz

lar hökmdarları” sözləri “Kartvellər hökmdarları” sözlərindən qabaq ya-



zılırdı [4 ,6]. Buna görə də, “Kitabi Dədə Qorqud”da Gürcüstanın adının Ab-

xaz eli kimi verilm

əsi tam başa düşüləndir. 

Az

ərbaycanın xarıcı ölkələrlə əlaqələrinin izləri “Koroğlu” dastanından 



da görünür. Bel

ə ki, dastanın birinci, “Alı kişi” boyunda bildirilir ki, bir gün 

Toqat  paşası  Həsən  paşa  Həsən xana qonaq gəlir və  ondan  bir  cüt  ayğır 

ist


əyir. Həsən xan da ona bir cüt ayğırlıq at seçmək üçün Alı kişiyə tapşırıq 

verir.  Lakin  Alı  kişinin  seçdiyi  atlardan  xoşları  gəlmədiyi  üçün  onlar  Alı 

kişinin gözlərini çıxartdırırlar. Haqqında söz gedən epizodda Toqat paşasının 

adının çəkilməsi, Həsən xanın isə onlara tabe adam kimi verilməsi faktının 

özü Az

ərbaycanın bir hissəsinin orta əsrlərdə Osmanlı Türkiyəsinin tərkibin-



d

ə olmasına, nəticə etibarilə tabeçiliklə də olsa, bu ölkələr arasında olmuş si-

yasi 

əlaqələrə sübutdur. 



Qeyd  ed

ək ki, XV əsrdə Azərbaycandan dünyanın müxtəlif ölkələrinə 

xam ip

ək, habelə ipəkdən hazırlanan bir sıra zərif, çox qiymətli parçalar apa-



rılırdı.  Azərbaycandan  Ön  Asiyadakı  ticarət mərkəzlərinə, xüsusən Hələbə 

çoxlu ip


ək  aparılırdı.  XV  əsrdə  Təbrizdə  olmuş  Venetsiya  diplomatı  Amb-

rocco Kontarininin diqq

ətini cəlb etmiş faktı XVI əsrdə naməlum italyan ta-

ciri d


ə qeyd edir. O, yazır ki, Təbriz bazarlarında satılan müxtəlif növ ipək-

l

ərdən tünd qırmızı rənglisi Hələbə aparılır, orada parça və gümüşlə dəyişdi-



rilir [5, 117]. 

T

əbiidir ki, Hələb  bazarlarına  müxtəlif  mallar  çıxaran  Azərbaycan 



tacirl

əri burada həm də  qul  bazarlarının  olmasından  xəbərdar idilər. Öz 

v

ətənlərinə qayıtdıqdan sonra qul bazarları haqqında danışdıqlarından Azər-



baycanda da bu bar

ədə kifayət qədər məlumat vardı. Ona görə də, Koroğlu-

nun D

əli Həsənlə qarşılaşdığı səhnədə onu hədələyərək Hələbdəki qul bazar-



la

rının  adlarını  çəkməsi təbii hal kimi qəbul edilməlidir. Bu fakt həm də 

Az

ərbaycanın Suriyayla geniş miqyasda ticarət əlaqələri saxlamasına sübut-



dur. Koroğlu deyir: 

                                     

Qoç Koroğlu öz karında, 

                                     

Yalan olmaz ilqarında, 

                                     Ç

əkib Hələb bazarında, 

                                     S

əni qul edib sataram [6,17]. 

Az

ərbaycanın xarici ölkələrlə əlaqələri bayatılarda da həmçinin öz əksi-



ni tapmışdır. Bayatıların bir çoxunda  ərəblərin Azərbaycana hücumu, burada 

179 

onların  acgözlüklə  yerli  əhalidən müxtəlif vergilər  yığmaqları  öz  əksini 

tapmışdır. Belə ki, 645-646-cı illərdə əl-Valid ibn Ukba Azərbaycan və Ər-

m

əniyyəyə  Osmanın  dövründə, Kufənin  hakimi  olduğu vaxt  hücum  etdi.  O, 



qabaqca Salman ibn R

əbiəni göndərib, özü də bir dəstə ilə Ərməniyyə hüdud-

la

rına doğru tələsdi. Nəhayət qoşunu ilə Azərbaycana daxil olan Abdallah ibn 



Şumeyl ibn Əl-Əhməsini dörd minlik qoşunla hücuma göndərdi... [7  129]. 

Daha sonra Əl-Valid Azərbaycan əhalisi ilə 880 min dirhəm təzminatla 

müqavil

ə bağladı [7,  129]. Bu 22-ci ildə, Nəhavənd yaxınlığındakı döyüşdən 



bir il sonra, Hüzeyf

ə  ibn  əl-Yəmənlə  bağlanmış  həmin müqavilə  kimi idi. 

N.V

əlixanlının “Ərəb xilafəti və Azərbaycan” adlı kitabında daha sonra gös-



t

ərilir ki, sonrakı dövrlərdə əl-Valid ibn Ukba, Abdallah ibn Şubeyl əl-Əhmə-

si, Salman ibn R

əbiə də Azərbaycana yürüş edərək əhalini qırıb çatır, talayır-

dılar. Təbiidir ki, bu zülm bayatılarda da öz əksini tapmışdır. Məsələn: 

          

Ərəb gəldi pay verin,                         Ərəb qapdı fəsimi,  

          N

ə istəsə pay verin,                            Su kəsdi nəfəsimi,   

         Aza duran deyill

ər,                             Gedin deyin anama, 

         G

ətirin tay-tay verin [8, 44].              Tutsun mənim yasımı [9, 470] 

 

        



Sarı gülü,                                             Əzizinəm yüz dərdim,  

        


Ağ gülü, sarı gülü,                               Dərmansızdı yüz dərdim,   

        


Ərəblər gələn gündən                          Ərəb gəldi ac oldu, 

        Görm

ədim tarı günü [11,196].             Birkən artdı, yüz dərdim [ 10, 32]. 

 

G



ətirilən misallardan göründüyü kimi ərəblərin Azərbaycanı  işğal  et-

m

əsi, yerli əhali ilə amansız rəftar etməsi müdrik xalqımızın yaratmış olduğu 



v

ə zamanımıza qədər gəlib çıxmış bayatılarda da öz əksini tapmışdır. Göstə-

rilm

əlidir ki, təkcə ərəblərin yürüşü yox, xalqımızın tarixində baş vermiş di-



g

ər mühüm  hadisələr də zamanımıza qədər gəlib çıxmış müxtəlif bayatılarda 

öz 

əksini tapmışdır.  



 

ƏDƏBİYYAT 

1.

 



Elçin Muxtar Elxan. M

ən Dədə Qorqud. Bakı: Adiloğlu, 2003, 96 s. 

2.

 

Kitabi D



ədə Qorqud. Red-ru E.Əlibəyzadə, Bakı: Yazıçı, 1988, 263 s. 

3.

 



Sultanlı Ə. Məqalələr. Bakı: Azərnəşr, 1971, 326 s. 

4.

 



D

ədə Qorqud kitabı. Ensiklopedik lüğət. 2 cilddə, II c., Red-rı T.Vəliyev və C.Bəydilli. 

Bakı: Öndər, 2004, 368 s. 

5.

 



Mahmudov Y.M. S

əyyahlar Azərbaycana gəlir. Bakı: Gənclik, 1977, 138 s. 

6.

 

Koroğlu. Red-ru M.Zeynalova. Bakı: Gənclik, 1982, 328 s. 



7.

 

V



əlixanlı N. Ərəb xilafəti və Azərbaycan. Bakı: Azərnəşr, 1983, 157 s. 

8.

 



Az

ərbaycan bayatıları. T. Fərzəliyev və İ. Abbasovun red-si ilə. Bakı: Elm, 1984, 260 s. 

9.

 

Baya



tılar. Red-ru O. Sarıvəlli, Bakı: Azərnəşr, 1956, 581с

10.


 

Xalqın söz xəzinəsi. Bakı: Maarif, 1985, 272 с. 

11.

 

Bayatılar. Red-ru A.Vəfalı. Bakı: Yazıçı, 1985, 198 s.   



       

 

 



 

 

 



180 

ВЗАИМООТНОШЕНИЯ АЗЕРБАЙДЖАНА С ИНОСТРАННЫМИ 

ГОСУДАРСТВАМИ В СРЕДНИХ ВЕКАХ  В БАЯТЫ И ДАСТАНАХ 

 

И.Г.АБДУЛЛАЕВ 

 

РЕЗЮМЕ 

 

В данной статье раскрываются связи Азербайджана с зарубежными странами и 



отражение этих связей в баяты и дастанах. 

Здесь на примере дастанов “Китаби-Деде  Коркуд”, “Кероглу” показаны связи 

Азербайджана с Сирией, Грузией и с Османской Турцией, а также посредством баяты 

раскрываются связи Азербайджана с Арабским Халифатом.     



 

Ключевые  слова:  cвязи  Азербайджана  с  зарубежными  странами,  дастаны, 

баяты,  “Великий  шелковый  путь”,  ”Китаби-Деде    Коркуд”,  “Кероглы”,  Грузия,  Тур-

ция, Сирия, арабы. 

 

MIDDLE AGES АЗЕРБАIЖАН РЕАЛАТИОНС WITH FOREIGN  



COUNTRIES IN DASTANS AND BAYATIES 

 

I.H.ABDULLAYEV 

 

СУММАРЙ 

 

The  article  deals with the  relations  between Azerbaijan and foreign countries in 



dastans and bayaties. The author researches the relations of Azerbaijan, Georgia, Ottoman 

Turkey in “Kitabi Dede Gorgud and “Koroglu” dastans and the relations with Arabic tribes 

in bayaties. 

 

Key  words:  Azerbaijan's relations with foreign countries,  epics,  bayaties, "The 

Great Silk Road", "Dede Gorgud","Koroglu", Georgia, Turkey, Syria, Arabs 



Kataloq: Xeberler%20Jurnali
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №1 Humanitar elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №1 Sosial-siyasi
Xeberler%20Jurnali -> Uot 663. 1 Muğan düZÜNÜn paxlali biTKİLƏRİNİn mikobiotasi
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Лцтдцкштвцт ишкшвшк. Ибдпцтшт шйдшь жцкфшеш игкфтэт рцдц фде зфдущдше вбмкът- вцт ьцылгтдфжьфыэтф жцкфше нфкфеьэжвэк

Yüklə 236,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə