Baki universitetiNİn xəBƏRLƏRİ №3 Humanitar elmlər seriyası



Yüklə 397,99 Kb.
Pdf görüntüsü
tarix22.06.2020
ölçüsü397,99 Kb.
#31932
Azərbaycanda kapitalizmin inkişafı


 

64

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 



№3      

 

Humanitar  elmlər seriyası  

 

2011 

 

 

 

UOT 94 (479. 24) 

 

ХIХ ƏSRİN SONU – ХХ ƏSRİN ƏVVƏLLƏRİNDƏ ŞİMALİ 

AZƏRBAYCANDA SAHİBKAR KƏNDİNDƏ ƏMTƏƏ - KAPİTALİST 

MÜNASİBƏTLƏRİNİN İNKİŞAF XÜSUSİYYƏTLƏRİ 

 

F.E.BAXŞƏLİYEV 

Bakı Dövlət Universiteti 

baxsaliebfazil@yahoo.com 

 

XIX əsrin sonu – XX əsrin əvvəllərində sahibkar kəndində əmtəə kapitalist münasibətlə-

rinin yaranması, kənd yerlərinin  əvvəlki qapalılıq vəziyyətinin tədricən aradan qalxması 

kəndin simasında yeni şəhərlərin yaranması və kənd təsərrüfatı istehsalının get-gedə sənaye-

əmtəə xarakteri alması, böyük malikanələrdə istehsal prosesinin tamamilə yeni forma və 

məzmun kəsb etməsi, bütövlükdə  kənd təsərrüfatı istehsalının iqtisadiyyatda xüsusi çəkisinin 

və gəlirlərin dəfələrlə artması demək idi. XX əsrin əvvəllərinə qədər sahibkarların böyük bir 

hissəsi sahibkar kəndlilərin torpaqsız və ya aztorpaqlı  vəziyyətindən istifadə edərək,  əksər 

vaxtlarda öz torpaq və  təsərrüfatlarının idarə edilməsindən kənarda qalırdılar. Sahibkar 

kəndinin əmtəə-kapitalist münasibətlərinin inkişafı prosesində yeri artdıqca bu proses bir sıra 

yeni, özünəməxsus cəhətlər kəsb etməyə başlayırdı. 

 

Açar sözlər: Azərbaycan, kapitalist, inkişaf, kənd, Şimal 

 

XIX əsrin sonu – XX əsrin əvvəllərində sahibkar kəndində əmtəə kapita-



list münasibətlərinin yaranması kənd yerlərinin əvvəlki qapalılıq vəziyyətinin 

tədricən aradan qalxması kəndin simasında yeni şəhərlərin yaranması və kənd 

təsərrüfatı istehsalının get-gedə sənaye-əmtəə xarakteri alması, böyük malika-

nələrdə istehsal prosesinin tamamilə yeni forma və məzmun kəsb etməsi, bü-

tövlükdə kənd təsərrüfatı istehsalının iqtisadiyyatda xüsusi çəkisini və buradan 

gəlirlərin dəfələrlə artması demək idi. XX əsrin əvvəlləri əmtəə kapitalist mü-

nasibətlərinin inkişafının daha da sürətlənməsi  əkinə yararlı torpaq sahəsinin 

genişlənməsi, kənd təsərrüfatı istehsalının bütün sahələri üzrə, ilk növbədə 

taxılçılıq və digər ənənəvi sahələrdə məhsuldarlığın daha da artması müşahidə 

edilirdi. 

Bütün bunlarla bərabər Azərbaycan sahibkar kəndinin  əmtəə-kapitalist 

münasibətlərinin inkişafı prosesində yeri artdıqca bu proses bir sıra yeni, 

özünə məxsus cəhətlər kəsb etməyə başlayırdı (24, 167). 

Belə xüsusiyyətlərdən biri mülkədar və bəylərə məxsus torpaq və təsər-

rüfatlarda təsərrüfatların müstəqil şəkildə idarə edilməsi idi. Dоğrudur, bu pro-


 

65

ses Kəndli Əsasnaməsinin qəbulundan sonra başlayıb, sonrakı iki on ildə bir 



qədər sürətlənsə də, hər halda Azərbaycan sahibkar kəndində ümumi nisbətdə 

çoz cüzi bir hissə təşkil edirdi. XX əsrin əvvəllərinə qədər sahibkarların böyük 

bir hissəsi sahibkar kəndlilərin torpaqsız və ya aztorpaqlı vəziyyətindən istifa-

də edərək, əksər vaxtlarda öz torpaq və təsərrüfatlarının birbaşa idarə edilmə-

sindən kənarda qalırdılar. Artıq XIX əsrin 90-cı illərinin sonlarında bu sahədə 

vəziyyət dəyişir. Ayrı-ayrı  qəzalarda, o cümlədən Cavanşir,  Ərəş, Yelizavet-

pol, Quba və digər qəzalarda öz təsərrüfatlarını müstəqil idarə edən bəy və 

mülkədarların sayı birdən-birə sürətlə artmağa başlayır. Məsələn,  Ərəş  qəza-

sında 63 mülkədar malikanəsindən 32-i, Cavanşir qəzasında 76-dan 69-u müs-

təqil təsərrüfat fəaliyyətilə məşğul idilər (31, 38-45). Doğrudur, digər qəzalar-

da bu nisbət bir qədər bəzilərində xeyli aşağı idi. Lakin XX əsrin əvvəllərində 

belə istehsal fəaliyyəti ilə məşğul olan mülkədar və bəy təsərrüfatlarının sayı 

olduqca artır. 

Sahibkar təsərrüfatlarının müstəqil fəaliyyətinin nəticələri kimi, ilk növ-

bədə bu təsərrüfatlar daxilində istehsal edilən kənd təsərrüfatı  məhsullarının 

həcminin xeyli artması xüsusi qeyd edilməlidir. Məsələn, 1913-cü il məlumat-

larına görə Bakı quberniyası üzrə mülkədar və  bəy təsərrüfatlarına məxsus 

62210 desyatin sahədə 3272082 pud buğda, Yelizavetpol quberniyasında isə 

83303 desyatində 4316340 pud buğda yetişdirilmişdi. Naxçıvan qəzası  və 

Zaqatala dairəsinin nəticələrini də bura əlavə etsək, müstəqil təsərrüfat fəaliy-

yəti ilə  məşğul olan bəy və mülkədar təsərrüfatlarında 151572 desyatində 

7918429 pud buğda toplandığı məlum olur (13, vv. 63-65). Ayrı-ayrı qəzalar 

bu baxımdan digərlərini xeyli geridə qoyurdular. Bakı quberniyasında Cavad 

qəzasında 16000 desyatin sahədə buğda yetişdirilməsi ilə  sərbəst  şəkildə 

məşğul olan sahibkarlar 1362000 pud, Quba qəzasında 16320 desyatində 

781000 pud məhsul əldə etmişdilər. Yelizavetpol quberniyasında 14100 desya-

tin sahədə 603250 pud, Şuşa qəzasında 19150 desyatində 848000 pud və 

Qazax qəzasında 12765 desyatində 1136000 pud buğda məhsulu (14, vv. 67-

75) yetişdirilmişdi. Bəy və mülkədar torpaqlarında bu qədər çox əmtəəlik 

məhsulun yetişdirilməsi bunlarda yalnız məhsulu  əməkdən geniş istifadə et-

mək əsasında mümkün olmuşdu. 

XX əsrin əvvəllərində sahibkar təsərrüfatlarında get-gedə daha çox satı-

lıb əmtəə istehsalı xarakteri olan digər taxıl və ya dənli bitki məhsulu düyü idi. 

Düyü və ya çəltik istehsalı sahəsində öndə gedən qəzalardan biri olan Qubada 

67 torpaq sahəsinin 1000 desyatindən çox idi. Bunun içərisində 3 mülkədarın 

təsərrüfatı ümumi sahənin yarıdan çoxunu əhatə edirdi (32, 38-59). 

Yenə həmin dövrdə Cavanşir qəzasında mülkədar təsərrüfatlarında çəltik 

əkini sahəsi 2750 desyatindən çox idi və onların arasında Camallinskilərin, 

Sarıcalinskilərin, Ağalarovların, Nurubəyovların, Xurşud Banu Natəvanın va-

rislərinin, Adıgözəlovların və digərlərinin plantasiyalarının sahəsi daha böyük 

idi (32, 42-63). 

XX  əsrin  əvvəllərində mülkədar və  bəylərin təsərrüfatlarında öz fəaliy-



 

66

yətlərini daha çox əmtəə istehsalı  və burjua-kapitalist təsərrüfatı tipində qur-



mağa yönəlmiş sahələrdən biri də üzümçülük və bağçılıq idi (23, 26). 

Quba, Nuxa, Cavanşir, Qazax, Yelizavetpol, Şuşa və digər qəzalarda yüz 

desyatinlərlə meyvə bağları  və üzümlük sahələri olan mülkədar və  bəylərin 

muzdlu əməkdən istifadə etmək yolu ilə hər desyatin sahədən yüz manatlarla 

gəlir əldə etməsi haqqında çoxlu faktlar gətirmək olar. Təkcə Quba qəzasında 

XX  əsrin  əvvəllərində 198 iri torpaq sahibinin 670 meyvə bağları  və 165 

desyatin üzümlük sahəsi qeydə alınmışdı (1, v.119-120). 

XX əsrin əvvəllərində Azərbaycan sahibkar kəndində mülkədar və bəylə-

rin öz təsərrüfatlarını daha çox müstəqil şəkildə idarə etməyə üstünlük verdiyi 

digər bir sahə üzümçülük idi. 1916-cı il məlumatlarına görə Bakı quberniya-

sında 14870 üzümçülük təsərrüfatında 5-10 desyatin və daha çox üzümlük 

sahəsi olan sahibkarların təsərrüfat fəaliyyəti əsl burjua-kapitalist malikanəsini 

xatırladırdı (2, в.103). Belə  təsərrüfatlarda muzdlu əməkdən geniş  şəkildə 

istifadə edən sahibkarlar məhsulun yığılması, imkan emalı,  şərab çəkilməsi, 

hazır məhsulun satılması kimi bütün prosesləri son dərəcə  dəqiqliklə  və 

vaxtında icra edən vahid təsərrüfat mexanizmi yarada bilmişdilər. 

XX əsrin əvvəllərində Rusiya toxuculuq sənayesinin xammala olan tələ-

batının dəfələrlə artması sırf texniki-sənaye bitkisi sayılan pambıqçılıq təsərrü-

fatlarında mülkədar və bəylərin müstəqil idarəçilik dərəcəsini xeyli artırmışdı. 

XIX  əsrin sonları ilə müqayisədə  bəzi qəzalarda mülkədarlar və digər mül-

kiyyətçi şəxslərin təsərrüfatlarında pambıq əkini sahələrinin sürətli artımı hiss 

olunurdu (19, v.21-30).  

Ərəş qəzasında yerli mülkədarlar Rzaqulubəy Lütfəlibəyov, Sultanovlar, 

Gəncinsevlər və digərləri öz malikanələri daxilində kənd təsərrüfatı fəaliyyəti 

ilə yanaşı ticarət-sənaye xarakterli fəaliyyət məqsədilə pambıqtəmizləmə za-

vodları tikmiş, kəndlilərindən və digər sahibkarlardan hazır pambıq məhsulu-

nun alınması üçün məntəqələr, böyük həcmdə məhsul saxlaya bilən anbarlar, 

digər tikililər inşa etmişdilər (18, v.8). 

Eyni sözləri Cavanşir qəzasındakı bəy və mülkədarların təsərrüfat fəaliy-

yəti haqqında da söyləmək olar. Belə ki, mülkədarlardan Qasım bəy Vəziro-

vun, Cəmil bəy Cəmillinin, Nurubəyovların, Həsənbəyovların və digərlərinin 

təsərrüfatlarının pambıq əkini sahələrinin bir neçə dəfə artması müşahidə edilr-

di və bu digər ənənə əkin sahələrinin – taxıl, çəltik və s. əkinlərinin azaldılma-

sı, bağ sahələrinin qırılması, yeni mülklərin satın alınması, dövlət torpaqlarının 

icarəyə götürülməsi və s. yollarla baş verirdi (21, v.86). Bütövlükdə  qəzada 

1913-cü ildə qeydə alınmış 12,5 min desyatin pambıq əkini sahəsinin böyük bir 

hissəsi bəy və mülkədar təsərrüfatları daxilində idi və onların sahiblərinin  ək-

səriyyəti bu və ya digər təsərrüfat sahələrini müstəqil idarə edirdilər (25, 127). 

Şuşa qəzasında da Hüseyn ağa Cavanşirin, Fərrux bəy Vəzirovun, Yeli-

zavetpol qəzasında İsrafil bəy Bağırbəyovun, Böyükağa bəy Şəmkirlinin sahə-

si yüzlərlə, bəzən minlərlə desyatin olan pambıq sahələri öz sahiblərinin nəza-

rəti altında idarə edilir, burada mütərəqqi aqrotexniki üsullar, mükəmməl kənd 



 

67

təsərrüfatı alətləri və maşınlar, yüksək sortlu pambıq toxumu və s. istifadə 



edilirdi (25, 129). 

1913-cü il məlumatlarına görə Azərbaycanda yetişdirilmiş ümumi pam-

bıq məhsulunun təxminən 28%-i sahibkar kəndinin payına düşürdü və burada 

iri mülkədar-bəy pambıqçılıq təsərrüfatları  əhəmiyyətli dərəcədə böyük idi 

(14, vv.21-30). 

Azərbaycan kəndində  kənd təsərrüfatı istehsalının ikinci əhəmiyyətli və 

gəlirli sahəsi hesab edilən maldarlıqda bəy və mülkədarların, habelə digər 

mülkiyyətçi  şəxsləri öz təsərrüfatlarının müstəqil  şəkildə idarəetmə imkanları 

daha geniş idi. XX əsrin əvvəllərində bəy və mülkədar təsərrüfatlarında yüzlərlə 

qaramal və minlərlə qoyun saxlanılması  və bu sürülərin ilbəil genişlənməsi 

müşahidə edilirdi. Məsələn, Qazax qəzasında Nəsib bəy Sultanovun, Məmməd 

Tağı İsgəndərbəyovun, Əhməd ağa Sultanovun və başqalarının 1000 başdan çox 

olan qoyun sürüləri var idi.yelizavetpol qəzasında isə bütün qoyun sürülərinin 

80%-dən çoxu sahibkar təsərrüfatlarının payına düşürdü (30, 76-83).  

Bəy və mülkədarların öz təsərrüfatlarını müstəqil şəkildə idarə etmələri 

halları ilə kənd təsərrüfatı istehsalının digər sahələrində də – ipəkçilikdə, biyan 

kökü istehsalı, tütünçülükdə – rastlaşılırdı. Bunların hamısı üçün ümumi cəhət, 

XX əsrin əvvəllərində yeni təsərrüfatçılıq formalarının öz torpaqlarını qoruyub 

saxlaya bilən, yeni bazar şərtlərinə  və  tələbatına uyğunlaşaraq fəaliyyətini 

davam etdirən mülkədar və bəylərin təsərrüfatlarının ilbəil daha çox hissəsini 

əhatə etməsi idi. 

XX əsrin əvvəllərində sahibkar kəndində əmtəə-kapitalist münasibətləri-

nin inkişaf prosesində diqqəti cəlb edən başqa bir cəhət mülkədar və sahibkar-

ların öz təsərrüfatlarında kənd təsərrüfatı məhsullarından bazarda baha çox tə-

ləbat hiss edilən və daha çox gəlir gətirən sahələri ilə, yaxud onların bir neçəsi 

ilə eyni vaxtda məşğul olmasıdır. 

Məsələn, biz işin  əvvəlki paraqraflarında Forer qardaşları  şirkətinin 

üzümçülük və  şərabçılıq sahəsində fəaliyyəti haqqında bəhs etmişik.  Əslində 

bu fəaliyyət növü firmanın ən çox gəlir əldə etdiyi sahə idi. Firma eyni vaxtda 

geniş miqyasda, əkinçilik, ipəkçilik və maldarlıq təsərrüfatları şəbəkəsi yarat-

mışdı. Firmanın iri maldarlıq təsərrüfatlarında yüzlərlə baş qaramal, minlərlə 

baş qoyunsaxlanılır, maldarlıq məhsulları, ət, süd, yun və s. satış üçün müxtə-

lif bazarlara aparılırdı (3, v. 846). 

1902-ci ildə Yelizavetpol qəzasında «Qaraçanax» adlanan 1150 desya-

tinlik torpaq mülkü satın alan A.Plemyannikov adlı sahibkar burada qısa müd-

dətdə ən çox üzümlük, taxıl əkini,pambıqçılıq, maldarlıq və digər kənd təsər-

rüfatı istehsalı sahələrilə məşğul idi. Təsərrüfatda o dövr üçün ən mükəmməl 

formada ildə 30-40 min vedrə şərab məhsulları istehsal edilir və 70 min manat 

gəlir götürülürdü. 30 min gəlir isə təsərrüfatın digər sahələrindən əldə edilirdi 

və beləliklə, malikanə bir ildə 100 min manatdan çox gəlir gətirirdi. Hətta 

1911-ci ildə təsərrüfatın gəliri 1,2 – 1,4 dəfə arası artmışdı (20, vv.1-43). 

Yelizavetpol quberniyasının eyni adlı və Şuşa qəzalarında Bakı neft sə-



 

68

nayeçiləri N.Arafelov və Q.Arafelov XIX əsrin sonu – XX əsrin əvvəllərində 



müxtəlif illərdə satın aldıqları torpaq mülklərində eyni vaxtda taxılçılıq, üzüm-

çülük və maldarlıq sahələrilə məşğul idilər. Onların hər birinin təsərrüfatında 

illik gəlir orta hesabla 30-50 min arasında olurdu (20, v.46). 

XX əsrin əvvəllərində ticarət-sənaye əsasları ilə fəaliyyət göstərən mül-

kədar təsərrüfatların yüksək gəlirliyi digər peşə sahibi olan, əvvəllər kənd tə-

sərrüfatı fəaliyyətilə məşğul olmayan insanların da diqqətini cəlb edirdi. Məsə-

lən, ixtisasca dağ mühəndisi olan F.B.Vəzirov 1900-cü ildə Qarabağ xanla-

rının varislərindən Hindarx və Qaraqoyunlu kəndlərində müvafiq olaraq 15 

min və 1250 desyatin torpaq mülkü satın alaraq, həm gəlirli bitkilərin yetişdi-

rilməsi, həm də maldarlıqla məşğul olmağa başlamışdı (4, v.183). Təsərrüfatda 

ən çox pambıq yetişdirilsə  də, taxılçılıq, bağçılıq və s. sahələrlə  də  məşğul 

olurdular. Təsərrüfatda ən mükəmməl qurğularla təmin edilmiş pambıq təmiz-

ləmə zavodu da fəaliyyət göstərirdi. Təsərrüfat hər il orta hesabla 70-80 min 

manat arası gəlir əldə edirdi (26, 11). 

Görkəmli Azərbaycan xeyriyyəçisi və milyonçusu H.Z.Tağıyevin «Yev-

lax mülkü» adlı malikanəsində də XX əsrin əvvəllərində bazarın tələbatına uy-

ğun olaraq müxtəlif əmtəəlik məhsulların istehsalı təşkil edilmişdi. Təxminən 

5500 desyatin sahədə üzüm, çəltik, buğda, arpa, pambıq və s. məhsulların 

becərilməsi zamanı muzdlu əməkdən istifadə edilirdi. Bütövlükdə «Yevlax 

mülkü» malikanəsi öz sahibinə hər il orta hesabla 20 min manat mənfəət gəti-

rirdi (5, v.139). 

Kənd təsərrüfatı istehsalının bir çox sahələri ilə eyni vaxtda məşğul ol-

maq baxımından fərqlənən və ilbəil öz gəlirlərini artırmağa nail olaraq uğurlu 

fəallıq göstərən sahibkar təsərrüfatları içərisində Aqriyevlər qardaşlarının fir-

ması da qeyd edilmişdir. 

XIX  əsrin 60-cı illərindən  Şamaxı  qəzasının Mədrəs kəndində kiçik 

üzümlük sahəsi olan firma sonrakı onillikdə fəaliyyətini genişləndirmiş, şərab-

çəkmə zavodu inşa etdirmişdi və XIX əsrin sonu – XX əsrin ilk illərində illik 

gəlirini orta hesabla 250-300 min manata çatdırmışdı (6, v.4-5). XV əsrin ilk 

on ilində istehsal və ticarət fəaliyyətini genişləndirən firma artıq 1700 desyatin 

sahədə üzüm, 400 desyatin sahədə taxıl, 150 desyatin sahədə pambıq əkini ilə 

məşğul idi. Firmanın müxtəlif qəzalarda 6 şərab, konyak, spirt və digər məhsul 

istehsal edən zavodu, 1 su nasosları stansiyası, müxtəlif şəhərlərdə, hətta Azər-

baycandan kənarda, satış mağazaları və anbarları var idi. 1916-cı ildə firmanın 

gəlirləri 1,5 – 2 milyon manata qədər yüksəlməsi (7, v.183) firmanın uğurlu 

fəaliyyətini sübut edirdi. 

Mülkədar və sahibkarların XX əsrin əvvəllərində öz təsərrüfatlarında və 

ya sonradan satın aldıqları mülklərdə  gəlirin təsərrüfat fəaliyyəti ilə  məşğul 

olmalarına başqa bir misal neft sənayeçisi L.M.De-Burun adı ilə bağlıdır. XIX 

əsrin sonu – XX əsrin ilk illərində Quba qəzasında ümumi sahəsi 10 min 

desyatindən çox olan bir neçə malikanəni satın alan bu sahibkar sonrakı illərdə 

eyni vaxtda üzümçülük və  şərabçılıq, bağçılıq, taxılçılıq, maldarlıq və digər 



 

69

kənd təsərrüfatı istehsalı sahələrilə  məşğul olmağa başladı (27, 14). Qəzanın 



hansı kəndində olmasından asılı olmayaraq sahibkarın təsərrüfatında əkinçilik, 

maldarlıq, üzümçülük və şərabçılıq, habelə bağçılıq – bostançılıq sahələrində 

fəaliyyət üçün bütün qurğular, kənd təsərrüfatı alətləri və maşınları istifadə 

edilirdi. Tikililər, zavodlar fəaliyyət göstərirdi. 

Eyni sözləri XX əsrin ilk on ilində müxtəlif qəzalarda böyük həcmli tor-

paq sahələrinə malik olan və ya bunları satın almış İsa bəy Hacınskiyə, Süley-

man bəy və  Kərim bəy Hacınski qardaşlarına, A.Dadaşova, B.Bəylərova, 

A.Aşurbəyova və bir çox digərlərinə də aid etmək olar (8, v.2). 

Beləliklə, biz XX əsrin əvvəllərində Azərbaycan sahibkar kəndində əm-

təə istehsalının qabarıq xüsusiyyətlərindən biri kimi, mülkədar, bəy və digər 

sahibkarların öz mülklərində kənd təsərrüfatı istehsalının müxtəlif sahələrində 

eyni vaxtda uğurlu fəaliyyəti və çoxlu əmtəəlik məhsul istehsal edərək öz 

gəlirlərini xeyli artırmalarından bəhs etdik. Nəzərə almalıyıq ki, burada biz 

yalnız bu növdən olan iri miqyaslı  təsərrüfatlardan danışdıq. Azərbaycan 

sahibkar kəndində bu növ fəaliyyətlə məşğul olan 10 minlərlə sahibkar təsər-

rüfatları var idi və onlar da bəhs olunan dövrdə təsərrüfatların miqyasından və 

çoxsahəliliyindən asılı olaraq müxtəlif səviyyədə uğurlu fəaliyyət göstərirdilər. 

Yaxud digər cəhət, bizim təsdiq etdiyimiz təsərrüfatların uğurlu fəaliyyəti, 

yüksək gəlirlər  əldə etməsi heç də bütün sahibkar təsərrüfatlarına aid deyildi. 

Biz deyərdik ki, xırda və orta sahibkarların mühüm bir hissəsi, iri mülkədar və 

sahibkarların isə müəyyən qrupu yeni əmtəə-kapitalist münasibətlərinin inkişafı 

tələblərinə uyğunlaşmayaraq, belə desək, zamanla ayaqlaşmayaraq, öz təsərrüfat 

fəaliyyətlərini təsərrüfatçılığın yeni qaydaları  əsasında qura bilməyərək, ya 

torpaqlarını girov qoyur, borca düşür, ya da onları sataraq müflisləşirdilər.  

Xırda və orta miqyaslı mülklərin müflisləşərək satılması  bəlkə  də XX 

əsrin  əvvəllərində mülkədar-sahibkar təsərrüfatlarının yeni təsərrüfatçılıq və 

bazar münasibətləri ilə ayaqlaşmayaraq başqa çıxış yolu tapmaları adi bir təsir 

bağışlayırdısa, lakin iri miqyaslı mülkədar malikanə torpaqlarının satılması, 

özü də bu torpaqların əksər vaxtlar qeyri müsəlman ticarət-sənaye dairələrinin 

nümayəndələrinin əlinə keçməsi Azərbaycan sahibkar kəndində mülkiyyətçilər 

təbəqəsinin sosial bazasının xeyli dəyişməsinə  gətirib çıxarırdı. Məsələn, 

1904-cü ildə Qarabağ xanlarının varislərinə məxsus Xan Qərvənd kəndində 15 

min desyatin (26, 11) sahə, Şuşa qəzasında Muradbəyli və Ağdam kəndlərində 

Soromonov qardaşları  və Xublarov qardaşları firmaları yerli mülkədar və 

bəylərin yüz və minlərlə desyatin torpaq mülklərini satın almışdılar (9, v.39-

40). 1900-cü ildə Cavad qəzasında «Şahvəlilər» adlı 1000 desyatindən çox 

mülk Xublarov qardaşları tərəfindən satın alınmışdı (15, v.395). 

Şuşa qəzasında yenə Qarabağ xanlarının varislərindən 18 min desyatinə 

yaxın mülk torpaqlarının satın alınması haqqında da məlumat var (10, v.9-10). 

Azərbaycan milyonçusu və xeyriyyəçi H.Z.Tağıyevin cələ XIX əsrin 

sonunda «Yevlax mülkü» adlı sahəni aldığından bəhs etmişdik. H.Z.Tağıyevin 

1915-ci ildə bu mülkün yaxınlığında yeni torpaq sahələrini almaq üçün 500 



 

70

min manat xərcləmişdi (11, v.17-18). 



Daha sonra ixtisasca aqronom olan A.Stepanov 1904-cü ildə Cavad qə-

zasında bir qrup yerli bəydən təxminən 2100 desyatin mülkü 120 min manata 

satın almışdı (12, v.22). Quba qəzasında Bakıxanovlar və bir qrup digər mül-

kədarlar ardıcıl işləyən bir neçə il 10 min desyatinə yaxın mülklərini Bakıdan 

olan neft sənayeçilərinə satmağa məcbur olmuşdular (33, 22).  

Bu siyahını sonsuz dərəcədə uzatmaq olardı. Lakin bir məsələ məlum idi 

ki, XX əsrin əvvəllərində belə alqı-satqılar, illərlə geniş torpaq mülklərinə sahib 

olan azərbaycanlı mülkədar və bəylərin böyük bir hissəsi yeni əmtəə-kapitalist 

münasibətlərinin yarandığı  və gücləndiyi  şəraitdə ya torpaqlarını satır, ya 

banklara girov qoyur, bəzi hallarda isə hətta bunlardan məhrum olurdular. 

Ümumiyyətlə, XX əsrin  əvvəllərində sahibkar kəndində  əmtəə istehsal 

prosesində bank kredit təşkilatların rolu Kəndli  Əsasnaməsindən qəbulundan 

sonra dəfələrlə artmış  və bu iş yeni formalarda özünü aydın büruzə verirdi. 

Proses ümumiyyətlə, sahibkar kəndində əmtəə-kapitalist münasibətlərinin ya-

ranması və inkişafı gedişində zəruri olaraq başlasa da, lakin əsrin sonunadək o 

qədər də böyük vüsət almayıb, olsa da son dərəcə bəsit formalarda özünü bü-

ruzə verirdi. 

Xüsusilə də XX əsrin əvvəllərində yeni təsərrüfatçılıq fəaliyyətinə keçid 

üçün, öz fəaliyyətlərini yeni əmtəə-kapitalist münasibətlərinin tələblərinə 

uyğunlaşdırmaq üçün həm sahibkar kəndlilərinə, həm də bəy, mülkədar sahib-

lərinə nağd pul vəsaiti əldə edilməsi olduqca zəruri idi. 1906-cı ildə Yelizavet-

pol quberniyasında, 1907-ci ildə Bakı quberniyasında ilk kiçik kredit təşkilat-

ları yarandı. Bütövlükdə Azərbaycanda 1914-cü ildə 129 xırda kredit təşkilatı 

fəaliyyət göstərirdi və bunların 68-i kənd təsərrüfatı sahəsinə xidmət edirdi 

(16, v.57). Lakin bunlara baxmayaraq Azərbaycan da kəndli təsərrüfatlarının 

45-50% bu təşkilatların xidmətlərindən yararlana bilirdi. 

XX əsrin ilk illərindən başlayaraq bank-kredit təşkilatlarına kredit almaq 

məqsədilə müraciət edən mülkədar və bəy təsərrüfatlarının sayı artmaqda idi. 

Rusiya Dövlət Bankının Azərbaycan quberniyalarında yerli filiallarının hələlik 

açılmadığı bir şəraitdə azərbaycanın sahibkarları bu bankın daha geniş maliyyə 

imkanları olan Tiflis bölməsinin xidmətindən istifadə edirdilər (22, v.34). 

Məsələn, 1910-cu ildə Tiflis bölməsi Yelizavetpol quberniyasından olan 126 

mülkədara 764 min manat məbləğində veksel kağızları üzrə kredit ayırmışdı 

(28, 6). 1912-ci ildə yenə həmin bölmədən artıq 200 sahibkar kənd təsərrüfatı 

fəaliyyətinin müxtəlif sahələri üçün kredit almağa nail olmuşdu (29, 96). 

Yelizavetpol qəzasından olan mülkədarlar B.Ağasıbəyov bu bölmədən 

1908-ci ildə pambıqçılıq təsərrüfatının genişləndirilməsi məqsədilə 25 min 

manat, Adil xan Ziyadxanov 1911-ci ildə öz təsərrüfatının müxtəlif sahələrinə 

sərf edilməsi məqsədilə 10 min manat, 1905-ci ildə Xilxilli kəndindən olan 

Həmid bəy və Mehrəli bəy Zülqədərovlar yeni eyni məqsədlə müvafiq olaraq 

12 min və 10 min manat, İsrafilbəyov qardaşları 1910-cu ildə taxılçılıq və 

pambıqçılıq təsərrüfatlarının genişləndirilməsi və mükəmməl yeni əmək 



 

71

alətlərinin gətirilməsi üçün 5 min manat, Şirin bəy  Şaxmalıyev 1909-cu ildə 



müxtəlif yenidənqurma işləri, taxılbiçən və taxıldöyən qurğular alman üçün 5 

min manat, Dəllər kəndindən Süleyman bəy  Şəmkirli taxılçılıq və pambıq 

əkini, habelə, pambıq təmizləmə qurğuları almaq üçün 1910-cu ildə 5 min 

manat kredit almışdı (17, v.30). Göründüyü kimi, ayrılmış kreditlərin məbləği 

o qədər də yüksək deyildi. Çünki bu kreditlər sahiblər mülklərinin girov 

qoyulması əvəzində yox, sadəcə veksel-borc kağızları əsasında verilmişdi. 



 

ƏDƏBİYYAT 

1.  Azərbaycan Respublikası Dövlət Tarix Arxivi(АРДТА). f.43, siy.23, iş 156.  

2.  АРДТА.  f.287, siy.1, iş 9 

3.  АРДТА.  f.416, siy.1, iş 75 

4.  АРДТА.  f.187, siy.1, iş 184 

5.  АРДТА.  f.583, siy.1, iş 115 

6.  АРДТА.  f.119, siy.1, iş 2 

7.  АРДТА.  f.43, siy.1, iş 189 

8.  АРДТА.  f.43, siy.23, iş 157 

9.  АРДТА.  f.170, siy.1, iş 494  

10. АРДТА.  f.170, siy.1, iş 404  

11. АРДТА.  f.187, siy.1, iş 404 

12. АРДТА.  f.170, siy.1, iş 2 

13.  Государственный      исторический  архив  России  в  Санкт-Петербурге  (ГИА  РФ).  ф.573, 

оп.25, д.64. 

14. ГИА РФ. ф.573, оп.25, д.64      

15. ГИА РФ. ф.587, оп.52, д.976      

16. ГИА РФ. ф.587, оп.52, д.592      

17. ГИА РФ. ф.587, оп.56, д.1159        

18. ГИА РФ. ф.398, оп.75, д.419         

19. ГИА РФ. ф.573, оп.75, д.313         

20. ГИА РФ. ф.1033, оп.1, д.6469         

21. ГИА РФ. ф.587, оп.25, д.65          

22. ГИА РФ. ф.587, оп.25, д.66         

23.  T.T.Vəliyev. XX əsr Azərbaycan tarixi. I cild. Bakı: Təhsil, 2009, 560 s. 

24.  Гасанов Г.Н. Из истории Североазербайджанской деревни в конце XIX – начале XX 

вв. Баку:  Тахсил,  2007,  224с. 

25.  Исмаилов М.А. Сельское хозяйство Азербайджана в начале XX века.  Баку: Элм, 1960 , 127 с.    

26.  Кавказское хозяйство.1913 г. №5      

27.  Кавказское хозяйство.1914 г. № 6     

28.  Кавказское хозяйство.1913 г. №23     

29.  Ежегодник России на 1914 г., раздель ХII. 

30.  Предварительные  итоги  Всероссийской  сельскохозяйственной  переписи. 1916 г. 

Кавказ. Тип. Стат. Управ. Петроград. 1917 г., вып.2. 

31.  Сборник  статических  данных  о  землевладении  и  способах  хозяйства    в  пяти  губер-

ниях Закавказского края. прил.5., Типография  М.Шарадзе. Тифлис, 1899, 841 с.   

32.  Сборник  сведений  по  культуре  ценных  растений  на  Кавказе.  Тип.  КСХО.  Тифлис 

1900 г., вып.5, 536 c.  

33. Экономический вестник. 1924 г. №3       

 


 

72

ОСОБЕННОСТИ ТОВАРНО-КАПИТАЛИСТИЧЕСКОГО ПРОИЗВОДСТВА  



ВО ВЛАДЕЛЬЧЕСКОЙ ДЕРЕВНЕ СЕВЕРНОГО АЗЕРБАЙДЖАНА  

В КОНЦЕ ХIХ 

 В НАЧАЛЕ ХХ ВЕКОВ 



 

Ф.Э.БАХШАЛИЕВ 

 

РЕЗЮМЕ 

 

В статье подробно излагается все изменения в области товарного – капиталисти-



ческого производства во владельческой деревне Северного Азербайджана. Указывается, 

что не только помещики и беки, но и их крестьяне на своих хозяйствах стали произво-

дить различные товары все больше и больше. Помещики Северного Азербайджана, пос-

тепенно лишившиеся прежних рабочих рук, отдавали свои земли  в аренду разным ли-

цам  или  сами  стали  вести  свое  хозяйство  по  новым  капиталистическим  правилам. 

Происходил  процесс  продажи  и  закладывание  помещичьих  земель  в  банках.  Иногда 

помещики и беки прибегали к использованию  наемного труда в своих хозяйствах. 

 

Ключевые слова: Азербайджан, капиталист, развитие, деревня, Север 

 

DEVELOPMENT PECULIARITIES OF COMMODITY-CAPITALIST RELATIONS 

IN THE VILLAGES OF NORTHERN AZERBAIJAN  

LATE IN ХIХ – EARLY   IN ХХ CENTURIES 

 

F.E.BAKHSHALIYEV 

 

SUMMARY 

      


The article studies features of capitalist production in the possessory village of 

Northern Azerbaijan late in XIX- early in XX centuries. The article investigates the changes in 

the commodity - capitalist production in the possessory villages of Northern Azerbaijan. It’s 

indicated that not only the landlords and bays, but also their peasants on their farms produced 

more and more different products. Landowners of North Azerbaijan gradually lost their former 

lands, gave their lands for rent or to different people, and began to conduct their farms under 

new capitalist rules. The process of selling and bonding of estates in the banks was realized. 

Sometimes landlords and bays resorted to the use of hired labor on their farms. 



 

Key words: Azerbaijan, capitalist, development, village, Northern   

 

Yüklə 397,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə