Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası



Yüklə 79,53 Kb.
Pdf görüntüsü
tarix22.04.2017
ölçüsü79,53 Kb.
#15357

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3    

Sosial-siyasi elmlər seriyası 

 

  2010 

 

 

 

 

QEYRİ-ŞÜURİNİN FƏLSƏFİ MAHİYYƏTİ  

FREYDİZM KONTEKSTİNDƏ 

 

K.N.QƏHRƏMANOVA  

Bakı Dövlət Universiteti 

imanov gamid@gmail.com 

 

Psixika insan varlığına məxsus olan ən mürəkkəb və ziddiyyətli fenomendir. Uzun 

əsrlər boyu bu ziddiyyətli fenomenin mahiyyətinə nüfuz etmək, onun müəmmalarını öyrənmək 

mümkün olmamışdır.  İyirminci yüzillikdə bu boşluğu insan psixikasının öyrənilməsi üçün 

psixoanaliz metoduna başlanğıc vermiş Avstriya alimi Z.Freyd doldurmuşdur. Freyd insan 

psixikasının ayrılmaz hissəsini təşkil edən qeyri-şüuri proseslərin elmi mənzərəsini yaratmış, 

bu fenomenin bir sıra təzahürlərini öyrənməyə çalışmışdır. 

Məqalədə qeyri-şüurinin fəlsəfi mahiyyətindən, onun strukturundan, şüuri ilə 

əlaqəsindən və insan həyatı üçün kəsb etdiyi əhəmiyyətindən söhbət açılır və oxucuya belə bir 

fikir təlqin edilir ki, insanın heç də bütün hərəkətləri şüur aktları ilə tənzimlənmir. 

 

İnsan varlığının bioloji və psixi tərəflərinin vəhdətini  əks etdirən fəlsəfi 



antropologiyada bilavasitə insan problemi ilə bağlı olub, mühüm fəlsəfi və təbii-elmi 

əhəmiyyət kəsb etməklə elmi təfəkkürün inkişafını istiqamətləndirən aktual məsələ-

lərdən biri insan psixikasında  şüuri və qeyri-şüurinin nisbəti problemidir. Fəlsəfi 

antropologiyada qeyri-şüuriyə marağın gündən-günə artması  təsadüfi olmayıb, belə 

bir amillə bağlıdır ki, yaşadığımız günlərdə özünüdərkin getdikcə artması  və idraki 

qanunauyğunluqların  şüurlu idarə olunması problemi əhəmiyyətli dərəcədə  şüurdan 

gizli qalan, lakin ona güclü təsir qabiliyyətinə malik psixoloji fenomenlərə söykənir. 

Bu halda söhbət insan psixikasında özünə geniş yer almış qeyri-şüuri proseslərdən 

gedir.  Əslində, qeyri-şüuri fenomenə durmadan artan maraq müasir cəmiyyətin, 

sosial-psixi proseslərin, ictimai praktikanın mürəkkəbləşməsini ifadə edən obyektiv 

tələbatı ifadə edir (1, 405-427). Qeyri-şüuri mühəndis psixologiyasının, kiberneti-

kanın, neyrofiziologiyanın, linqvistikanın, sənətşünaslığın, pedaqogikanın, psixologi-

yanın, fəlsəfənin və insan haqqında digər elmlərin tədqiqat obyektidir. Hələ kifayət 

qədər dərindən öyrənilməmiş, özündə cavablandırılması vacib olan bir sıra sualları 

yaşadan mövzuya belə çoxplanlı marağın yaranması istər-istəməz qeyri-şüurinin 

təsvirində terminoloji və məzmunlu rəngarənglik doğurur. Belə ki, qeyri-şüuri sahəyə 

pataloji halları, yuxu görməni, intuitiv idrakı, avtomatizm səviyyəsinə  gətirilmiş  və 

adət edilmiş hərəkətləri də aid edirlər. Digər halda qeyri-şüuri neqativ planda xarak-

terizə olunur: şüura aid olmayan, şüurla tənzimlənməyən,  şüurun nəzarətindən kə-

narda qalaraq psixi və ya fizioloji hadisələr kimi funksiallaşan, meydana gəlməsi və 

cərəyan etməsi qeyri-ixtiyari səciyyə daşıyan hər cür mənəvi proseslər də bu sferaya 

aid edilir.  

Məlumdur ki, fəlsəfədə uzun müddət mövcud olmuş rasionalizm ənənələrinə 

 

125



görə insana və onun davranış motivlərinə yalnız  şüurlu həyatın təzahürü kimi 

baxılmış və bu kontekstdə insan ancaq "zəkalı insan" səviyyəsində başa düşülmüşdür. 

Lakin Yeni dövr fəlsəfəsindən başlayaraq (XVI-XVII əsrlər) fəlsəfi antropologiyada 

qeyri-şüuri də elmi status qazanaraq elmi tədqiqatlar spektrində üstün mövqe tutmağa 

başlamışdır. Bu baxımdan qeyri-şüuri anlayışının izahına cəhdin fəlsəfi təfəkkürdə öz 

başlanğıcı olmuşdur (8, 72-175).  

Platona görə qeyri-şüuri yeni, naməlum hadisə haqqında "gizli bilikdir". 

C.Lokk və R.Dekarta görə isə qeyri-şüuri şüura və biliyə bərabər, lakin psixikaya əks 

olan mənəvi hadisədir. Leybnits və Kant qeyri-şüurinin tədqiqində problemin ontoloji 

və qnoseoloji aspektlərini fərqləndirmişlər. Leybnits qeyri-şüurinin tədqiqində psixi 

proseslərlə  şüurun müxtəlif təzahürlərinin  əlaqəsinin arasıkəsilməzliyi prinsipindən 

çıxış etmişdir. O, qeyri-şüurinin timsalında şüurun yaranmasına başlanğıc verən psixi 

əsası görmüş və bu prosesləri yatmış və ya sönmüş məlumatlar ("Petioto perseption"), 

qaranlıq ruhun informasiyaları adlandırmışdır. Kant qeyri-şüurinin rasional idrak 

səviyyəsində dərk olunması məsələsini irəli sürsə də, qaldırdığı sualı mənfi cavablan-

dırmışdır (3, 306). Kantın inamına görə qeyri-şüuri rasional idrak vasitəsilə  dərk 

oluna bilməz. Kanta görə, qeyri-şüuri – biliyin, təcrübənin şüurlu məzmunundan əv-

vəl baş verən aprior sintezidir. Qeyri-şüuri haqqında təsəvvürlərin sistemləşdirilməsi-

nə ilk təşəbbüs Hartman tərəfindən göstərilmişdir, lakin o, Leybnitsin bu sahədəki 

tədqiqatlarının rasional toxumunu Kantın mülahizələri ilə  əlaqələndirməyi bacarma-

mışdır. Kantın mülahizələrinə söykənmək  əsasında Hartman qeyri-şüurini varlığın 

metafizik mahiyyəti dərəcəsinə qaldıraraq insan şüuru ilə qeyri-şüuri arasında keçil-

məz sərhəd yaratmışdır. Qeyri-şüuri haqqında  Şopenhauerin də baxışları müəyyən 

maraq kəsb edir. Şüuri və qeyri-şüurinin vəhdəti haqqında Leybnits ideyasına əsasla-

nan  Şopenhauer bu vəhdətin  əsasını dünyanın ilahi-metafizik mahiyyətində deyil, 

təbii həyatın başlanğıcında, təbiətin özündə axtarmışdır. Qeyri-şüuriyə münasibətdə 

öz sələflərindən daha irəliyə gedən və onun fəaliyyətinə geniş meydan açan Şopenhaurə 

görə qeyri-şüuri universal səciyyə daşıyaraq hər  şeyi, o cümlədən, şüurun özünü də 

müəyyən etməklə istər bitki, istər heyvan, istərsə  də insan həyatında eyni miqyasda 

təzahür edir.  

Təbii-elmi qanunauyğunluqların fəlsəfi  şərhini verməyə çalışan sonrakı  təd-

qiqatçılar da öz şəxsi təcrübələrində şüura üstünlük verməklə onun formalaşmasında 

qeyri-şüurinin də az rol oynamaması  qənaəti ilə bir sıra anlayışlar (2, 512-518), o 

cümlədən "qeyri-şüuri duyğu" (Fexner, Seçenov), "qeyri-şüuri  əqli nəticə" (Helm-

holts, Vundt, Seçenov), "qeyri-şüuri emosiyalar" (Darvin), "qeyri-şüurinin psixi xa-

rakteristikasını  və  şüurla ayrılmaz  əlaqəsini" aydınlaşdırmağa çalışmışlar. Aparılmış 

tədqiqatlar göstərir ki, psixika anlayışı öz bazasına və idraki tutumuna görə  şüur 

anlayışından qat-qat genişdir. Şüurla müqayisədə xeyli geniş və daha zəngin çalarlara 

malik olan insan psixikası emosional və idraki hisslərdən, aydın dərk olunmuş 

məntiqi təfəkkür formalarından tutmuş qeyri-şüuri və ya yarımşüuri hallaradək  ən 

müxtəlif fenomen və prosesləri ehtiva edir. Şüuru özünün mərkəzində yerləşdirən, 

onu özünün altsisteminə  və ya elementinə çevirən psixi fəaliyyətin elə formaları 

vardır ki, onlar şüur səviyyəsinə yüksələ bilməyib, onun alt qatlarında məskunlaşaraq 

şüura qədərki və ya şüuraltı formada mövcud olurlar. İnsan şüurunda təmsil olunma-

yıb, zəka sahəsindən kənarda qalan və buna görə də insan tərəfindən bilavasitə nəza-

rət oluna bilməyən psixi hadisələrin, halların, fəaliyyət növlərinin məcmusu qeyri-şü-

uri anlayışı ilə təsbit olunur.  

 

126



İnsanın psixi fəaliyyət zonasında yerləşən aydın  şüur sahəsi o qədər də geniş 

deyil. Dərk olunmuş və məntiq qanunları əsasında qərarlaşmış duyğular, qavrayışlar, 

təsəvvürlər, anlayışlar, mühakimələr, əqli nəticələr, ideyalar, prinsiplər və s. rasional 

idrak elementləri bu zonada məskunlaşmışdır (6, 8-22). Psixikanın strukturunda bu 

zonadan sonra minimal şüur, daha sonra isə  dərk olunmamış, məntiqdən məhrum 

mənəvi proseslər gəlir. Bu sonuncular isə  bəzən instinktlər, maraqlar, həvəslər, 

ehtiraslar, şəhvətlər, meyllər, bəzən qavrayışlar, təsəvvürlər, təfəkkür elementləri ki-

mi, bəzən somnambulizm (yuxulu-yuxulu gəzişmə), intuitsiya, yaradıcılıq motivləri, 

bəzən də yuxugörmə, ağlın başdan çıxması affekt, stress halları kimi çıxış edir. Qeyri-

şüuriyə həmçinin təqlid etmə, orqanizmin daxili təkanlarının törətdiyi yeni ideyaların 

qəflətən aydınlaşması ilə müşayiət olunan yaradıcılıq ruhlanması,  şüurlu cəhdlərə 

müyəssər olmayan mürəkkəb məsələlərin birdən-birə, həm də  şüurun xüsusi gər-

ginliyi olmadan həll edilməsi, unudulmuş hadisələrin qeyri-ixtiyari xatırlanması və s. 

fenomenlər də daxildir. Qeyri-şüuri qeyri-real və ya mistik hadisə olmayıb, mənəvi 

həyatımızın obyektiv reallığıdır. Fizioloji baxımdan o sanki şüurun qoruyucusu 

funksiyasını yerinə yetirərək ehtiyac olmayan hallarda şüurlu fəaliyyətin beyində 

yaratdığı gərginliyi xeyli azaldır. Əgər insan zəkası fasiləsiz olaraq hər bir psixi akta, 

fərdin hər bir hərəkət və fəaliyyətinə nəzarət funksiyasını yerinə yetirmiş olsaydı, o öz 

üzərinə  həddən ziyada ağır yük götürmüş olardı.  Əgər insan fəaliyyətinin hər bir 

elementi ondan öz dərkini tələb etsəydi, o halda insan şəxsi fəaliyyətinin nəticələri 

haqqında nə  dərindən düşünməyə, nə  ağıllı  hərəkət etməyə, nə  də rasional qərar 

verməyə imkan tapardı. Bəs, onda görəsən qeyri-şüuru nədir və  şüurun dinamik 

hallarının dəyişməsi və bir-birini əvəzləməsi hadisəsi necə baş verir? İnsan öz mənəvi 

həyatında ruhi zülmətdən həyatın qeyri-adi qavranılmasına necə keçir? Bütün bu 

sualların aydınlaşdırılması məşhur Avstriya həkimi, filosofu və psixoloqu Z.Freydin 

adı ilə bağlıdır (9, 10).  

Z.Freyd qeyri-şüurunun tədqiqi üçün xüsusi üsul – psixoanalizm metodunu 

yaratmışdır. Bu metod qeyri-şüurini müstəqil fenomen kimi deyil, hər şeydən əvvəl, 

onun daşıyıcısının – konkret şəxsiyyətin xarakteristikası kimi tədqiq etməyi nəzərdə 

tutur. Freydin psixoanalizinin çıxış nöqtəsini "qeyri-şüuri psixika" anlayışını  təşkil 

edir. Z.Freyd qeyri-şüurinin fizioloji təbiətini deyil, psixi təbiətini izah etmiş və bunu 

belə bir motivlə bağlamışdır ki, əgər psixika (ruh) məna  əlaqələrinin müəyyən 

edilməsidirsə, fizioloji proses belə keyfiyyətdən məhrumdur. Qeyri-şüuri proseslərin 

bilavasitə müşahidəsi üçün Freydin sərəncamında fiziki eksperimental vasitələrin 

olmaması  və onun şüuri və qeyri-şüurunun sosial şərtlənməsinin real mexanizmini 

başa düşməməsi buna səbəb olmuşdur ki, Freydin təklif etdiyi metodda qeyri-şüuri 

özünə qapanmış sistem kimi dərk olunmuşdur. Freydin böyük xidməti ondadır ki, o, 

bu mexanizmin mövcudluğunu yalnız qeydə almış və ən yaxşı halda isə onun təsvirini 

vermişdir. Psixikanın qeyri-şüuri hissəsini elmi diqqətin və xüsusi tədqiqatın pred-

metinə çevirməklə Freyd güman edirdi ki, o psixoanaliz metoduna başlanğıc 

verməklə sanki bizi vulkanın təpəsinə  gətirib çıxarmış  və oradan qeyri-şüurinin 

qaynar kraterinə baxmağa məcbur etmişdir.  

Psixiatrik praktikanı  həyata keçirən Freydin hipnoz üzrə  təcrübələri sübut 

edirdi ki, trans (hipnoz və ya ekstaz vəziyyətlərdə  şüurun tutulması) vəziyyətlərdə 

insanlar qeyri-real şeylərin reallığına inandıqları halda, qeyri-trans vəziyyətlərdə onlar 

reallığın  əksər hissəsini dərk edə bilmirlər. Freyd inanırdı ki, insanın ruhi 

fəaliyyətinin çox hissəsi su altında qalan və buna görə  də, sualtı  cərəyanlarla idarə 

 

127



olunan aysberqə bənzəyir. İnsan psixikasında dərk olunmuş komponentlərlə (duyğu, 

qavrayış, anlayış, ideya, prinsip, qanun və s.) yanaşı  zəka və sosial normalar tərə-

findən gizli şəraitə keçirilənədək özlərinin intellektual gücünü tam şəkildə göstərmək 

üçün həmişə əlverişli məqam gözləyən dərk olunmamış, qaranlıq, hətta vəhşi təbiətli 

elementlər də mövcuddur. İnsan psixikasını sistemli öyrənmək  əsasında Freyd bu 

qərara gəlmişdi ki, insanda əsəb xəstəliklərinin, o cümlədən nevrozun yaranmasının 

səbəbləri ruhun zirzəmisində, qeyri-şüurinin tüğyan etdiyi sahədə axtarılmalıdır. 

Freyd özünün empirik səciyyəli psixoanaliz metodunu məhz psixikanın  şüuraltı 

hallarını öyrənmək və onların simvollarda, yuxugörmələrdə, müstəqil assosiyalarda, 

fantaziyalarda, yazılı  və  şifahi nitqlərdə yol verilən xətalarda, rəsm  əsərlərində, 

simptomatik hərəkətlərdə, nevrotik simptomlarda və s. hadisələrdə təzahürlərinin təh-

lili əsasında işləyib hazırlaya bilmişdi. Psixoanaliz metodu Freydə ruhi xəstəliklərin 

müstəsna dərəcədə dolaşıq kələfinə nüfuz etməyə  və bu kontekstdə bir sıra nevroz 

həyəcanlanmaların mənbəyini aşkara çıxarmağa imkan vermişdi. 

Qeyri-şüuriyə ilk yaxınlaşmada Freydin sxemi belə görünürdü: insana təbiətən 

bir sıra  şiddətli meyllər verilmişdir və bu fenomenlər sırasında psixikanın varlığını 

müəyyən edən və – "libido" adlanan cinsi meyl aparıcı rol oynayır (5, 23-27). 

Libidonun psixi enerjisini insan psixikasının başlıca mənbəyi sayan Freyd şüurun 

inkişafını  uşaqda anadan olmasından az sonra yaranan seksual inkişaf fazaları ilə 

bağlayırdı. O, belə düşünürdü ki, insanın seksual meylinin azad ifadəsi hər zaman 

cəmiyyətin ədəb qaydaları, əxlaqi normaları, müxtəlif qadağan prinsipləri, əməl olun-

masına ciddi nəzarət olunan tabular vasitəsilə  məhdudlaşdırılır. Qadağan olunmuş 

arzular, hərəkətlərin həya motivləri, cinayət hərəkətləri, bir sözlə, insan idrakı 

qarşısında açıqlana bilməyən hər şey qeyri-şüuri sahəyə sıxışdırılaraq insanın əhval-

ruhiyyəsinə  və davranışlarına ciddi təsir imkanlarına malik olan psixi aləmdə 

yaşamaqda davam edirlər.  

Freyd öyrədirdi ki, libidonun enerjisi xaricə  çıxış yolu tapmadan orqanizmdə 

fasiləsiz toplana bilməz. Psixi enerji müəyyən həddə yaxınlaşdıqda psixikanı 

orqanizmin fəsadlarından qoruya biləcək mexanizm işə düşür. Libidonun enerjisi 

idman, iş, yaradıcılıq timsalında özünün tədricən boşalma formalarını tapır. Bu proses 

sublimasiya adlanır. İnsan daşıdığı libido enerjisinin boşalması üçün müvafiq üsullar 

tapmadıqda – və bu enerji orqanizmdə toplanmaqda davam etdikdə psixikanın 

pozulması və ruhi xəstəliklərin baş verməsi ehtimalı artır (7, 54-61).  

Z.Freydin XIX əsrin sonu və XX əsrin  əvvəllərində yaradılmış  təlimi iki 

funksiyanı yerinə yetirirdi: bu təlim, bir tərəfdən, ruhi xəstəliyə tutulmuş  xəstələrin 

müalicə metodu kimi istifadə edilir, digər tərəfdən, qeyri-şüuri hadisələrin və 

proseslərin insan həyatında və bütün mədəniyyət sisteminin inkişafında rolunu izah 

edən nəzəriyyə kimi təqdim olunurdu. Buna görə  də, Freydizm təliminin metodu 

psixoanaliz, nəzəriyyəsi isə freydizm adlanırdı.  

Freydə görə insan psixikası amorf fenomen olmayıb, mürəkkəb təşkili və 

struktura malik özünütəşkiledən sistemdir, o şüurdan,  şüuraltı elementlərdən və 

şüursuzluq səviyyəsindən ibarətdir. Obrazlı desək, şüur – psixikanın "aysberq zirvəsi, 

bütün yerdə qalanlar isə  şüuraltı və şüursuzluq hadisələridir". Məhz qeyri-şüuri ins-

tinktlər və brinci növbədə, seksual şəhvətlər (libido) şəxsiyyətin davranış motivlərini 

idarə edən mənəvi qüvvələrdir.  

Freydin konsepsiyası  təkamülləşən təlim olub, öz inkişafında iki mərhələdən 

keçmişdir: bu təlimin XIX əsrin sonundan – 1920-ci ilədək davam edən birinci mər-

 

128



hələsində Freyd belə  nəticəyə  gəlmişdi ki, bütün bəşər mədəniyyəti sublimasiyanın, 

başqa sözlə libidonun enerjisinin yaradıcılıq proseslərinə  və ya fəaliyyətin digər 

yüksək sahələrinə, məsələn, siyasətə, hüquqa, elmə və s. tətbiqi ilə bağlıdır (11, 416-

424). Beləliklə, Freydə görə, mədəniyyətin  əsasını insanın rasional fəaliyyəti deyil, 

qeyri-rasional bioloji fəaliyyəti təşkil edir. Freydzmin inkişafının ikinci mərhələsi 

1920-1930-cu illəri əhatə edir. Bu mərhələdə Freyd psixikanın dinamik konsepsiyası-

nı yaratmış və onun plastaları müəyyənləşdirmişdir.  

Freyd psixikanın  şüuri və qeyri-şüuri kimi iki təbəqəni (plastanı) ehtiva edən 

ilkin sxemində müvafiq dəyişiklik etdi [8, 175-85]. Cəmiyyətin təsirindən abstraksiya 

ediləcəyi təqdirdə şüur fenomeninin başa düşülməyəcəyini nəzərə alan Freyd psixika 

haqqında təlimini sonralar bir daha nəzərdən keçirərək 1923-cü ildə çap etdirdiyi 

"Mən və O" adlı əsərində insan psixikasının strukturunun yeni sxemini verdi. O, insan 

psixikasını üç təbəqəyə (plasta) ayırdı: "İd", "Eqo" və "Super Ego". Fredin təbirincə, 

psixikanın ən dərin və güclü təbəqəsi şüurun hüdudlarından kənarda yerləşən İd ("O") 

sayılır. "İd" xarici aləmin reallığını duymadan və onunla hesablaşmadan özündə  və 

yalnız özü üçün yaşayır. Burada insanın dərk olunmamış psixi prosesləri, o cümlədən 

keçmiş  təcrübələri, emosiyaları, müxtəlif bioloji impulsiv (qeyri-iradi) arzuları, 

ehtirasları,  şəhvətləri, fikirləri, affektləri,  şüurdan sıxışdırılıb çıxarılmış ideyaları  və 

digər mənəvi hadisələri yerləşir. ""İd"-in strukturu dərk olunmamış iki seksual 

instinktlə: a) həyatı təsdiq edən və insanın həyat eşqini ifadə edən Eros və b) insanın 

ölümə cəhdi ilə bağlı olan Tanatosla bağlıdır. Freyd insanların ölümə həvəs təlimini 

sonralar inkişaf etdirməsə  də, bu anlayışın nəzəriyyəyə daxil edilməsi ilə insanlar 

arasında kütləvi hal alan intihar məsələsinin elmi izahı xeyli asanlaşdı.  

Psixikanın öz həcminə görə aysberqin sualtı hissəsi ilə müqayisə olunan 

möhtəşəm "İd" bünövrəsi üzərində insanın  şüurlu fəaliyyətinin o qədər də böyük 

olmayan, lakin onunla fasiləsiz təmasda olan ikinci təbəqəsi - "Eqo" ("Mən") yük-

səlir. "Eqo" – insanın "Mən"idir. "Mən"  şəxsiyyətin  şüuri və onun özünüdərkidir. 

"Mən"in başlıca funksiyası – "İd" vasitəsilə  təmsil olunan emosiyalar aləmi ilə real 

xarici aləm arasında, insanların həvəsi, istəyi, meylləri ilə onların təminatı arasında 

vasitəçi rolunu oynamaqdır.  

Psixikanın üçüncü təbəqəsini "Super–Eqo" ("Fövqəl – Mən") təşkil edir. 

"Eqo"nun üzərində yüksələn və psixikanın  ən yüksək mərhələsini təşkil edən bu 

təbəqə fərdin sosiallaşdırılması prosesində qərarlaşan sosial normaların introyeksiyası 

yolu ilə formalaşır. Bu təbəqəyə bəşəriyyətin tarixi inkişafı ilə yaradılan elm, əxlaq, 

incəsənət və  mədəniyyət sistemində mövcud olan elementlər daxildir. Cəmiyyətin 

idealları və sosial normaları, insanın borc sahəsi və əxlaq senzurası ictimai şüur for-

maları, bütün mümkün qadağanlar və qaydalar sistemi, başqa sözlə insanın mənimsə-

diyi və hesablaşmalı olduğu bütün komponentlər bu təbəqədə məskunlaşır. "Fövqəl-

mən" insanın mənəvi sahəsi, obrazlı desək, "Mən"in keşikçisidir. 

Freydə görə psixikanın təbəqələri bir-birindən mütləq sərhədlərlə ayrılmır, 

onların arasında qarşılıqlı keçidlər, qarşılıqlı təsirlər baş verir. Freyd yazırdı: "Şüurlu 

proseslərin  əksəriyyəti yalnız qısa zaman müddətində  şüurlu halda olurlar və onlar 

tezliklə gizli hala keçirlər" (11, 341).  

Freydə görə  şəxsiyyətin mənəvi struktur elementlərinin iyerarxiyası öz baş-

lanğıcını qeyri-şüuridən götürür. Freyd inanırdı ki, qeyri-şüuri insan psixikasında 

birinci və aparıcı rol oynayır. Başlanğıcını "İd"-dən götürən psixika dialektik inkişaf 

prosesində  fərdi zəka (Eqo) və sosial zəka (Super-Eqo) mərhələlərindən keçərək 

 

129



yenidən "İd"-ə qayıdır. Freydin dərin inamına görə həzz və nəşə prinsipinə tabe olan 

"İd" insanın davranış və hərəkətlərinə həlledici təsir edərək onun fikirlərini, hisslərini, 

davranış normalarını müəyyən edir. Şüur sanki qeyri-şüuri üzərinə çəkilmiş nazik bir 

örtükdür. Bu örtüyün altındakı qeyri-şüuri nəinki xarici müşahidəçidən, hətta onun 

substratı olan subyektin özündən də gizli yaşayır. Psixikaya münasibətdə  şüur çay 

səthindən qayıdan projektor işığının parıltısını xatırladır.  

Şüuraltı sahə özünü anormal (yuxugörmə, təsadüfi buraxılmış  səhvlər, yazı 

xətaları  və s.) və qeyri-anormal (nevroz, psixoz və s.) hadisələr kimi büruzə verir. 

Şüuri ilə qeyri-şüuri qüvvələr arasında mövcud olan münaqişə  zəka ilə  fərdiliyin 

ziddiyyəti formasında təzahür edir. Freydin təbirincə desək, belə hallarda zəka "xarici 

qüvvələrə söykənərək mindiyi atın üstün qüvvələrini cilovlamağa çalışan suvariyə 

bənzəyir" (10, 22).  

Freydin fikrincə, bu münaqişə  əsəb xəstəliyinə mübtəla olmuş adamların 

"Mən"inin öz xüsusi evində – ruhunda qüdrətinin sərhədləri ilə rastlaşdığı hallarda 

daha kəskin xarakter alır. Freyd yazırdı: "İnsanda birdən-birə elə fikirlər yaranır ki, 

heç bilmirsən onlar haradan meydana çıxırlar və belə hallarda onları özündən 

uzaqlaşdırmaq üçün heç bir şey edə bilmirsən. Belə çıxır ki, bu yad qonaqlar "Mən"ə 

tabe olanlardan daha qüvvətlidir" (11, 196). 

Qeyri-şüuri probleminin mahiyyətini açıqlayarkən freydizmin görkəmli 

nümayəndələrindən olan İsveçrə psixiatrı K.Q.Yunqun tədqiqatlarını  və bu sahəyə 

gətirdiyi yenilikləri də  nəzərə almaq lazımdır. Yunqun psixoanalizə  gətirdiyi  ən 

möhtəşəm yenilik bundan ibarətdir ki, o insanı erotik varlıq olaraq "İd"-i ("O"-nu) 

diferensiallaşdırmağa çalışmışdır. Yunq qeyri-şüuridə  fərdin təcrübəsinin ("Mən") 

psixikada inikası olan "fərdi qeyri-şüuri"dən savayı daha bir təbəqəni – keçmiş 

nəsillərin təcrübəsinin psixikada inikası olan və onun sonralar "arxetiplər" adlan-

dırdığı "kollektiv qeyri-şüuri" psixoloji strukturu da seçib ayırmışdır.  Əgər Freyd 

həyəcanlar kompleksini insanların  şəxsi həyatı ilə bağlayırdısa, Yunq arxetipləri 

onların kollektiv həyatı ilə  əlaqələndirirdi. Arxetiplər insan psixikasında tarixən 

möhkəmlənib, nəsildən-nəsilə irsən ötürülürlər. Arxetiplər simvollarla sıx bağlı olub, 

adətən yuxugörmələrdə təzahür edirlər. Yunqun inamına görə keçmiş nəsillərin təcrü-

bəsindən yaranan arxeotiplər miflərin, yuxugörmənin, bədii yaradıcılıq simvollarının 

əsasını təşkil edir (13). Arxetiplər – insan nəsillərinin psixi həyatının dərinliklərində 

qərarlaşmış davranışların, anadangəlmə proqramların, məqsədlərin sistemidir.  

On doqquzuncu yüz illiyin sonlarında irəli sürülmüş freydizm təlimi özünün bir 

sıra çatışmazlıqlarına (xüsusilə, onun biologizmi, psixi proseslərdə  şüurun rolunun 

azaldılması, özünü doğrultmayan nəticələr və s.) bir sıra ölkələrdə  hələ  də prioritet 

nəzəriyyələrdən sayılır. Belə  nəzəriyyələrdən fransız psixoanaliz məktəbini, psixo-

analizin alman akademiyasını, Çikaqo psixoanaliz institutunu və digər mərkəzləri 

göstərə bilərik.  

Hər bir təbii-elmi təlim kimi freydizm də nisbi həqiqi nəzəriyyə olmaq etibarilə 

müəyyən nöqsanlardan xali deyil. Lakin bununla yanaşı insan təşəxxüsünə "psixoloji 

zərbə" vurmuş bu möhtəşəm nəzəriyyənin pozitiv cəhətlərini də  nəzərdən qaçırmaq 

olmaz. Fikrimizcə, bu müsbət cəhətlər aşağıdakılardır: 1) şüurun sosial şərtlənməsi; 

2) psixi və qeyri-şüurinin vəhdəti; 3) qeyri-şüurinin simvollarda (dil və  fəaliyyət) 

ifadə olunması və onun bu "izlər" vasitəsilə dərk oluna bilməsi. 

Bütövlükdə qeyri-şüuri anlayışının tarixi probleminə toxunaraq qeyd etmək is-

tərdik ki, onun formalaşması, hər  şeydən  əvvəl, dünyagörüşü xarakterli tədqiqatlar 

 

130



çərçivəsində baş vermişdir. Buna görə  də qeyri-şüuri anlayışının inkişafı gedişində 

irəli sürülmüş başlıca problemlər onun təbiəti, dərki, obyektiv gerçəklik sistemində sta-

tusu, elmi, biliyə münasibəti, strukturu, rasional idraki imkanları ilə bağlı olmuşdur.  

Hazırda qeyri-şüurinin konkret elmi tədqiqi ilə bağlı kifayət qədər zəngin mate-

rial toplanmışdır. Yalnız bir faktı xatırlatmaq kifayətdir ki, 1979-cu ildə Tbilisidə 

(Gürcüstan Respublikası) çağrılmış Beynəlxalq simpoziumda bu materiallar geniş 

müzakirə edilib, elmi konteksdə ümumiləşdirilmişdir (12, 4). Adı çəkilən simpozium-

da elmlərarası diskussiyalar üzərində qeyri-şüuri fenomenlərin müxtəlif interpreta-

siyalarının konseptuallaşdırılması zərurəti qeyri-şüurini qeydə alan anlayışların vahid 

təbii-elmi və  fəlsəfi sisteminin yaradılması  məsələsini ortaya qoymuşdur. Qeyri-

şüurinin tədqiqini  şüurinin tədqiqi metodologiyası  əsasında aparılmasını  təklif edən 

tədqiqatçıların əksəriyyəti (F.V.Bassin, A.E.Şeroziya, A.S.Prenqitvili, E.V.Şoroxova, 

A.N.Dmitriyev, D.İ.Dubrovski və b.) bu problemlərin həllini şüuri və qeyri-şüurinin 

vahid nəzəriyyəsinin yaradılması problemi ilə  əlaqələndirərək və bu zaman belə 

dayaq nöqtəsinə istinad edirlər ki, şüurla əlaqəsi qeyri-şüurinin səciyyəvi cəhətlərin-

dən biridir. Bu əlaqənin mahiyyəti nədən ibarətdir? Müasir elmi ədəbiyyatda bu 

əlaqənin xarakteri ikili standartda başa düşülür: 

1) psixikanın elementləri olmaq etibarilə  şüuri və qeyri-şüuri bir-biri ilə 

əlaqəlidir. Qeyri-şüuri – şüurdan əvvəl yaranan və onun formalaşmasını  təmin edən 

psixi prosesdir (E.F.Bassin, E.V.Şoroxova). 

2) qeyri-şüuri "şüurluluq" ilə yanaşı  şüurun strukturuna daxildir (S.L.Ru-

binşteyn, V.M.Kvaçaxiya).  

V.M.Kvaçaxiya qeyd edir ki, birinci nöqteyi-nəzərin tərəfdarları  və onların 

əleyhidarları (onlar qeyri-şüuriyə qeyri-psixi hadisə kimi baxaraq onun şüurla heç bir 

analoqunun olmadığını  qəbul edirlər) sadəcə bunda səhv edirlər ki, onlar "şüur" və 

"şüurluluq", "dərk etmə" anlayışlarını fərqləndirmirlər (4). 

V.M.Kvaçaxiyanın fikrincə, bu ona görə baş verir ki, bu baxışın tərəfdarları 

sadəcə "psixika", "hissiyyat" və "şüur" anlayışlarını həcmcə eyniləşdirirlər. Halbuki, 

"hissiyyat" anlayışı şüur anlayışı ilə deyil, "şüurluluq" anlayışı ilə eynilik təşkil edir. 

Buna görə də qeyri-şüurinin təbiətinin aydınlaşdırılması məsələsi onun dərkinin zəruri 

şərtini təşkil edən şüura münasibətinin aydınlaşdırılması məsələsi ilə sıx bağlıdır.  

Qeyri-şüuri haqqında yuxarıda deyilənlər bir daha göstərir ki, qeyri-şüurinin 

fəlsəfi mahiyyətinin açıqlanmasına aparan yol qeyri-şüuri və  şüuri anlayışlarının 

ümumi nəzəriyyəsinin yaradılmasından keçir.  



 

ƏDƏBİYYAT 

1.

 



Бассин Ф.Б. Проблема бессознательного. М.: Знание,1968, 443 c. 

2.

 



Грушевицкая  Т.Г.,  Садохин  А.П.  Концепции  современного  естествознания.  М.: 

Юнита 2003, 670 с. 

3.

 

Кант И. Сочинения. В 6-ти т. Т. VI. М.: Аст, 2003, 312 с. 



4.

 

Квачахия  В.М.  Бессознательное  в  структуре  психической  деятельности:  дискус-



сионные проблемы // Социологические исследования, 1981, № 2, c. 124-138. 

5.

 



İsmayılov F. Ziqmund Freyd. Bakı: Gənclik, 1994, 120 s.  

6.

 



Мальцев В.И. Еще раз о понимании психики // Философские науки, 1968, № 1, с. 22. 

7.

 



Мурейко  Л.В.  К  философскому  понятию  бессознательного / Проблема  сознания  в 

философии и научном познании. Ленинград: ЛГУ, 1985, 118 с. (54-61) 

8.

 

Спиркин А.Г. Сознание и самосознание. М.: Эдиториал, УРСЕ, 2004, 312 c.  



9.

 

Фрейд З. Психология бессознательного М.: ИФРАН, 2002, 452 с. 



 

131


10.

 

Фрейд З. Я и Оно. М.: ИЛ, 1924, с. 22 



11.

 

Фрейд З. Введение в психоанализ. М.: 2000, ИФРАН, 2001, 424 с. 



12.

 

Шерозия А. К проблеме сознания и бессознательного психического. Тбилиси: 1969, 



512. 

13.


 

Юнг К.Г. Об архетипах коллективного бессознательного // Вопросы философии, 1988, № 1, с.65-

72. 

 

 

ФИЛОСОФСКАЯ СУЩНОСТЬ БЕССОЗНАТЕЛЬНОГО  

В КОНТЕКСТЕ ФРЕЙДИЗМА 

 

К.Н.ГАХРАМАНОВА 

 

РЕЗЮМЕ 

 

Психика есть сложный и противоречивый феномен, который присущи человечес-

кому  бытию.  Вникнуть  в  сущность  этого  противоречивого  феномена  долгое  время  не 

представлялось  возможным.  И  в  ХХ  веке  для  изучения  психики  человека  создается 

метод психоанализа, который  заполнил эту пустоту.  

Метод  психоанализа  впервые  создан  и  обоснован  австрийским  ученым  З.Фрей-

дом. З.Фрейд создал картину процессов бессознательного. Он стремился изучить неко-

торые проявления этого феномена. В статье речь идет о философской сущности бессоз-

нательного, о его структуре, связи его с сознанием, и наконец, его значении в челове-

ческой жизни. Там же дается информация о том, что не все действия человека не регу-

лируются только актами сознания.  

 

THE PHILOSOPHICAL ESSENCE OF THE UNCONSCIOUS  



IN THE CONTEXT OF PHREUDISM  

 

K.N.GAHRAMANOVA 

 

SUMMARY 

 

 



Psychology is a complex and contradictory phenomenon which is inherent to the 

human life. Deep consideration of the essence of this contradictory phenomenon seemed to be 

impossible for a long time. The method of psychoanalysis which could fill this gap was 

formed in the XX century for the study of a man’s  psychology. 

The method of psychoanalysis was first created and grounded by the Austrian scientist 

Z.Freud. Z.Freud tried to study the appearance of the unconscious and some manifestations of 

this phenomenon. The article deals with the philosophical essence of the unconscious, its 

structure, its ties with the conscious, and its significance in human life. The article illustrates 

that not all the behaviour of a man is regulated through the acts of consciousness.  

 

 



132

Kataloq: Xeberler%20Jurnali -> Sosial%202010%203
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ
Xeberler%20Jurnali -> Uot 663. 1 Muğan düZÜNÜn paxlali biTKİLƏRİNİn mikobiotasi
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Лцтдцкштвцт ишкшвшк. Ибдпцтшт шйдшь жцкфшеш игкфтэт рцдц фде зфдущдше вбмкът- вцт ьцылгтдфжьфыэтф жцкфше нфкфеьэжвэк
Sosial%202010%203 -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası

Yüklə 79,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə