Baki universitetiNİn xəBƏRLƏRİ №4 Sosial



Yüklə 208 Kb.
Pdf görüntüsü
tarix16.06.2017
ölçüsü208 Kb.

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4    

 

Sosial-

siyasi elmlər seriyası   

 

2013 

 

 

 

 

FƏLSƏFƏ 

 

 

UOT 316 

 

İBN XƏLDUN DÖVLƏT İDARƏÇİLİYİ HAQQINDA 

 

İ.Ə.RÜSTƏMOV, H.Q.CAVADOVA, Y.N.ƏLİYEVA 

Bakı Dövlət Universiteti 

khormet53@mail.ru 

 

İbn Xəldunu müasir tarixi elmlərin atası, siyasi nəzəriyyənin banisi hesab etmək olar. 

İbn  Xəldunun  fəlsəfi-sosioloji  təlimi  Şərq  peripatetiklərinin  yüksək  rasionalizm  ruhunun 

davamı olmuşdur.  

İbn  Xəldun  elm  tarixində  ilk  dəfə  olaraq  ictimai  həyatın  formalaşmasının  inkişafını 

istehsalın  inkişafı  ilə  izah  edərək  insanların  məhsuldar  fəaliyyətinin  formalarının  inkişafı 

prizmasından  cəmiyyətin  ən  aşağı  səviyyədən  (barbarlıq  səviyyəsindən)  ən  yuxarı  səviyyəyə 

(sivilizasiya səviyyəsinə) inkişafı nəzəriyəsini yaratmışdır.  

O,  ictimai  inkişafın  əsasını  cəmiyyətin  maddi  bazasında  görürdü  və  göstərirdi  ki, 

səbəbiyyət  qanununa  uyğun  olaraq  cəmiyyətin  və  mədəniyyətin  meydana  gəlməsi,  inkişafı, 

sonr

a isə çökməsi və qürubu labüddür. Obyektiv tarixi inkişaf ideyasını formula etmişdir. 

Onun “Böyük tarix”ə “Giriş”i (“Müqəddimə”) xüsusilə məşhurdur. Burada İbn Xəldun 

insan cəmiyyətlərinin, müxtəlif mədəniyyət və sivilizasiyaların təşəkkülü və inkişafına aid olan 

bir çox mövzuları öz müşahidələri və təhlilləri ilə əhatə etmiş, ədalətli siyasi idarəetməni vacib 

saymışdır.  

 

Açar  sözlər:  İbn-Xəldunun  sosial-siyasi,  fəlsəfi-sosioloji, ekonomik, hüquqi-siyasi 

baxışları,  "Böyük  tarix"ə  "Giriş"  "Müqəddimə”  əsəri,  idarəetmə  formaları,  elmi  fəaliyyət, 

dövlət, ədalət, müasirlik 



 

Öz dövrünün görkəmli mütəfəkkirlərindən biri olan İbn Xəldunun dünya 

elminin inkişafında böyük xidmətləri olmuşdur. İbn Xəldun güclü bir hafizəyə, 

işlək  bir  zehnə,  parlaq  bir  zəkaya,  sağlam  bir  mühakiməyə,  iti  məntiqi 

düşüncəyə  malik  bir  şəxsiyyət  olmuşdur.  O,  1332-ci  ildə  Tunisdə  doğulmuş, 

1406-


cı  ildə Qahirədə  vəfat etmişdir. Əsil-nəcabətli Tunis  nəslindən olan İbn 

Xəldun  fəaliyyətinə  saray  mirzəliyindən  başlayaraq  peşəkar  siyasətçi  olmuş, 

Şimali  Afrika və Qranadada  məsləhətçi, səfir, nazir vəzifələrində çalışmışdır. 

Tunis  ilahiyyatçılarının  ona  göstərdikləri  düşmən  münasibət  İbn  Xəldunu 

Qahirəyə  köçməyə  məcbur  etmişdir.  O,  burada  baş  qazi  vəzifəsinə  təyin 

 

66 



edilmişdir. 1374-cü ildə o, dövlət işlərindən uzaqlaşmış, 1382-ci ildə isə Misirə 

köçərək ömrünün sonuna qədər İslam hüququ tərəfdarlarının mədrəsəsində baş 

hakim  (qazi)  vəzifəsində  çalışmışdır.  Ömrünün  sonuna  yaxın  o,  qısa  bir 

müddətdə  Teymur  Ləngin  yanında  çalışmışdır.  1400-cü  ildə  İbn  Xəldun 

Teymur Ləng tərəfindən dəvət alır. Hökmdar Şimali Afrika və Misirin sosial və 

siyasi  həyatı  ilə  maraqlanmış  və  İbn  Xəlduna  suallar  vermişdir.  İbn  Xəldun 

Teymur  Ləngin  suallarına  ətraflı  cavab  vermiş  və  öz  mülahizələrini  yazılı 

şəkildə də ona təqdim etmişdir. İbn Xəldun bu yazılarında bədəvi tayfalarının 

ictimai və sosial vəziyyətləri barədə ətraflı məlumat vermişdir. 

İbn Xəldun  bir alim kimi şöhrət tapmazdan əvvəl, şair  və ədib kimi də 

fəaliyyət  göstərmişdir.  Sonralar  o,  dövlət  fəaliyyəti  və  elmi  fəaliyyətlə  də 

məşğul  olmağa  başlayır.  O,  geniş  müşahidə,  dərin  düşüncə,  elmi  təhlil  və 

axtarışlar vasitəsilə dünyanın inkişaf qanunlarının dərk edilməsini təbliğ edən 

məşhur  Şazili  təriqətinin  tərəfdarlarından  olmuşdur.  İbn  Xəldun  43  yaşında 

ikən siyasətlə məşğuliyyətdən ayrılır, elmi fəaliyyətlə və öz nəzəriyyəsini şərh 

edən  mühazirələrin  oxunması  ilə  məşğul  olmağa  başlayır.  Böyük  siyasi 

təcrübəyə malik olan İbn Xəldun 1375-ci ildə dünya tarixini yazmağa başlayır. 

Bu baxımdan onun yeddi cildlik əhatəli, ibrətamiz örnək kitabı olan “Kitabul-

İbar” əsəri olduqca əhəmiyyətlidir [9]. 

İbn  Xəldun  Roma  Respublikasının  mövcudluğu  haqqında  məlumata 

malik  olan  yeganə  ərəb  tarixçisi  olmuşdur  (başqaları  isə  Bizans  mənbələrinə 

əsaslanaraq  Romanın  tarixini  Sezardan  başlayırdılar).  O,  nadir  müəlliflərdən 

biri  idi  ki,  özünün  ərəb  tərcümələrində  latın  və  yəhudi  mətnlərindən  istifadə 

etmişdir.  İbn  Xəldunun  son  dərəcə  bəsirətliliyi  və  orijinallığı  onun  “Böyük 

tarix”ə “Giriş”ində (“Müqəddimə”sində) aydınlaşır. Bu əsərdə İslam elmlərinin 

inkişafının yekunları, həmçinin özünün tarixə dair nəzəri yanaşması şərh edilir. 

İbn  Xəldun  bəşəriyyət  tarixinin  hadisələrinin  ardıcıllığını  sosioloji  baxımdan 

nəzərdən keçirir, köçəri və oturaq həyat tərzləri arasındakı ziddiyyəti göstərir, 

qidaya,  evə  və  təhlükəsizliyə  olan  sosial  və  siyasi  tələbatın  mənşəyini  və 

inkişafını açıqlayır, dövlətlərin əmələ gəlməsi və inkişafının əsasında duran irqi 

və  milli  hərəkətverici  qüvvələri  təhlil  edir,  müxtəlif  növ  siyasi  institutları 

diqqətlə müəyyənləşdirərək onların inkişafının, süqutunun və məhv olmasının 

səbəblərini  aydınlaşdırırdı.  İctimai  quruluşun  əsaslarının  öyrənilməsi  cəhdlə-

rinin  İslamdan  qabaqkı  dövrlərdə  də  olmasına  baxmayaraq  İbn  Xəldun  bu 

problemə  dair  tamamilə  yeni  yanaşma  yaratmış,  insanların  davranışlarına  və 

işlərinə Allahın qarışmasını inkar etməmiş, lakin öz tədqiqat predmetində bunu 

nəzərə  almamış,  ümumilikdə  isə  rasional  nöqteyi-nəzərdən  çıxış  etmişdir. 

Avropada  İbn  Xəldunun  əsərlərinə  XIX  əsrin  əvvəllərindən  başlayaraq  dəyər 

verilməyə başlanılmışdır [2; 4; 6]. 

İbn Xəldunun məşhur “Müqəddimə” (“Giriş”) əsərində dövlət və siyasət 

haqqında  nəzəriyyəsinin  fərqləndirici  xüsusiyyəti  ondan  ibarət  idi  ki,  ümumi 

tarixi-


sosioloji  təhlillə  dövlətlərlə  bağlı  olan  fəlsəfi  və  hüquqi  yanaşmaları 

birləşdirirdi.  O,  hər  şeydən  əvvəl,  dövlətin  təşəkkülünün,  inkişafının, 

 

67 


süqutunun “təbii qanunları”nı aşkara çıxarmağa çalışırdı. Beləliklə, o, bunları 

“sivilizasiya”nın göstəricisi, forması, meyarı və təzahürü kimi səciyyələndirir-

di.  İbn  Xəldun  nəzəriyyəsinin  digər  xarakterik  xüsusiyyəti  ideal  deyil,  real 

mövcud olan müsəlman dövlətini öyrənmək idi, çünki həmin dövrdə hökmdar-

lar  öz  siyasətlərində  müsəlman  hüququndan  çox  uzaqlaşmışdılar.  Bunun 

əsasında  da  o,  xilafətin  tarixi  təkamülünü  tədqiq  edə  bilmiş  və  orijinal 

idarəçilik formalarının təsnifatını işləyib hazırlamışdır. 

Klassik  müsəlman siyasi-hüquqi  fikrində  müsəlman dövlətinin  məzmun 

və  mahiyyətinə  müəyyən  diqqət  ayrılırdı,  xilafətə  siyasi  idarəetmə  rejimi  və 

forması  kimi  baxılırdı,  əsas  diqqət  dövlət  aparatının  təhlilinə  yönəldilirdi. 

Xilafət dövlət forması kimi, əslində bütün müsəlman siyasi konsepsiyalarının 

mərkəzi mövzusuna çevrilmişdi. Müxtəlif dövrlərdə digər dövlət formaları və 

siyasi  rejimlərində  icra  hakimiyyəti  və  müsəlman  dövlətinə  rəhbərlik 

formalarının müqayisəsi əsasında müsəlman siyasi fikrində XIV əsrin görkəmli 

mütəfəkkiri  İbn  Xəldunun  adı  ilə  bağlı  olan  idarəetmə  formalarının  təsnifatı 

işlənilib hazırlandı [6; 7; 14; 15; 16]. 

İbn Xəldunun  nəzəriyyəsinə görə, hər bir cəmiyyət insan təbiətinə görə 

“dayandırıcı  başlanğıc”a  (nəfsi  saxlamaq,  səbr  etmək)  ehtiyac  duyur,  bu 

insanların təcavüzə və qarşılıqlı məhvə olan “təbii” cəhdlərinin qarşısını almaq 

üçün  lazımdır.  Belə  məcburi  hakimiyyət  dövləti  sadə  qəbilə  “başçılığı”ndan 

fərqləndirir,  bu  və  ya  digər  xalqın  nail  olduğu  mədəniyyət  səviyyəsinin 

göstəricisi olur. Dövlət cəmiyyət üzvlərini özünə tabe etdirir, öz vətəndaşları və 

xarici  aləm  üzərində  məcburi  hakimiyyətini  tətbiq  edir.  Bu  hakimiyyətin 

“daxili”  tərəfi  hökmdarın  mütləq  hakimiyyətidir:  vətəndaşları  idarə  etmək, 

qanunları tətbiq etmək, dövlət daxilində qayda-qanunu təmin etmək, vergiləri 

yığmaq  və  ordu  təşkil  etmək  gücünə  malik  olması.  Xarici  sahədə  dövlətin 

hakimiyyəti  onun  hər  hansı  digər  hakimiyyətə  və  ya  məcburiyyətə  tabe 

olmasında təzahür edir [5; 11; 12]. 

İbn  Xəlduna  görə  dövlət  siyasəti  ancaq  hökmdarların  iştirakı  ilə 

məhdudlaşdırılmamalıdır,  həm də  burada  bütün  vətəndaşların  iştirakı  nəzərdə 

tutulmalıdır.  Buna  görə  də,  dövlət  sahəsində  olan  bütün  dəyişikliklər  yalnız 

dövlət  başçısının  vəziyyətinə  deyil,  həm  də  bütün  cəmiyyət  üzvlərinin 

vəziyyətinə  təsir  edir.  Dövlət  üç  nəslin  yaşı  ilə  müəyyən  olunan  müvəqqəti 

mövcudluq dövrünə malik olur. Bu müddət ərzində dövlət beş inkişaf mərhə-

ləsi keçir: 1) əvvəlki  hakimiyyətin əvəzinə  yeni  məcburi  hakimiyyətin əmələ 

gəlməsi; 2) hökmdarın hakimiyyətə gəlməsi zamanı ona kömək göstərən silah-

daşlarını  cəzalandıraraq  ali  hakimiyyəti  öz  əlinə  alması;  3)  qayda-qanunun, 

sakitliyin və inamın hökm sürdüyü dövlətin inkişafı; 4) müxalifəti susdurmaq 

üçün zorakılığa və qəddar üsullara əl atmaq; 5) dövlətin tənəzzülü və məhvi. 

İbn Xəldun  yalnız dövlətin  inkişaf  mərhələlərini  nəzəri  müstəvidə araş-

dırmır, həm də xilafətin tarixi təkamülünü, monarxiyaya (mütləq hakimiyyətə) 

çevrilməsinin  təhlilinə  öz  nəzəriyyəsini  tətbiq  etməyə  çalışırdı.  Xilafətin 

monarxiyaya  çevrilməsinin  əsas  səbəbini,  o,  müsəlmanları  birləşdirərkən 

 

68 



“qılıncın  inamı  əvəz  etməsində”  görürdü.  Əgər  əvvəlki  dövrlərdə  xilafət 

monarxiyaya  xas  olan  xüsusiyyətlərdən  məhrum  idisə,  müsəlman  dövlətinin 

hakimiyyət  forması  tədricən  xilafət  və  monarxiyaya  xas  olan  xüsusiyyətləri 

özündə ehtiva edərək sonda tamamilə monarxiyaya çevrilmişdir [3, 89-91]. 

İbn Xəldunun fikrincə müsəlman dövləti öz inkişafında dörd mərhələdən 

keçmişdir:  ədalətli  xəlifələrdən  ibarət  tam  (“xalis”)  xilafət;  xilafətin  xarici 

atributlarını  saxlamaqla  tədricən  monarxiyaya  (mütləq  hakimiyyətə)  keçid, 

“inam”ın  tədricən  “güc”lə  əvəz  olunması,  xilafətin  “məsləhətxanaları”  və 

müqavilələri  isə  öz  yerini  qılınca  və  qəddar  (istibdad)  idarəetmə  üsullarına 

(Müaviyədən Abbasilər xilafətinin başlanmasına qədər) verirdi; “xilafət” adını 

saxlamaqla  dövlətin  mahiyyətcə  monarxiyaya  çevrilməsi  (Abbasilər  xilafəti); 

vahid müsəlman dövlətinin süqutu və ərəblərin digər xalqlar tərəfindən istilası, 

bu zaman dövlət hətta rəsmi olaraq xilafət adlanmır və dövlət başçısı müctəhid 

ola bilmir [5]. 

İbn  Xəldun  idarəetmə  formalarının  üç  növünü  fərqləndirirdi:  “təbii” 

monarxiya, “siyasi” monarxiya və xilafət. Onun fikrincə, “təbii” monarxiyanın 

mahiyyəti hökmdarın öz şəxsi mənfəətlərinə görə rəiyyətlərini idarə etməsidir. 

Başqa sözlə desək, “təbii” monaxiya subyektiv maraq daşıyan qəddar hakimiy-

yət rejimidir. “Siyasi” monarxiya səmərəli, “ağıllı” meyarlara əsaslanan, “dü-

şüncəli”  siyasət  yeridən  və rəiyyətə  “ziyan”  vuran  hər şeyə qarşı  müqavimət 

göstərən idarəetmə üsuludur. İbn Xəldun bu üsulu iki cür qiymətləndirirdi: bir 

tərəfdən,  onun  müsbət  xüsusiyyətlərini  (“səmərəli”  ədalətin  yerinə  yetirilmə-

sini)  qeyd  edirdi,  digər  tərəfdən,  hökmdarların  siyasətinin  dini  dəyərlərlə 

əlaqələndirilmədiyini  tənqid  edirdi.  Xilafət  idarə  üsulu  isə  idarəetmədə  bu 

çatışmazlığı aradan qaldırırdı, xəlifənin rəiyyət üzərindəki hakimiyyəti müsəl-

man  hüququna  istinad  edirdi  və  eyni  zamanda  inama,  dünyəvi  işlərin  yerinə 

yetirilməsinə  istiqamətlənirdi.  Başqa  sözlə,  xilafətin  “qanunu”  müqəddəs 

müsəlman  hüququnun  əsaslarına  istinad  edirdi,  burada  bütün  vətəndaşların 

maraqları istisnasız olaraq mükəmməl şəkildə nəzərə alınırdı. İbn Xəldun, təbii 

ki,  dövlət  idarəçiliyində  dini  və  dünyəvi  dəyərləri  özündə  birləşdirən  xilafət 

üsul – 

idarəsinə üstünlük verirdi. 



İbn  Xəlduna  görə,  monarxiyanın  suverenliyi  onun  məcburi  gücündə 

idisə, xilafətin suverenliyi isə onun ali ədaləti özündə təcəssüm etdirən müsəl-

man hüququnda idi. Monarx, rəiyyətlər üçün “yad” bir hökmdar idi, o, dövləti 

ancaq məcburi hakimiyyətlə idarə edirdi. Xəlifə isə “öz” dövlət başçısı idi, o, 

öz si

yasətində müsəlman hüququnun ədalətinə ümumi inamı əsas tuturdu. 



İbn  Xəldunun  elmi  fəaliyyətinin  əsas  istiqamətlərindən  biri  sivili-

zasiyaların inkişaf və tənəzzül səbəblərini təhlil etmək idi. İbn Xəldun xalqların 

və dövlətlərin qanunauyğun  müntəzəm  böhranlardan  və tənəzzüldən xilasının 

sehrli  açarını  tapdığını  iddia  etməyərək  ictimai-siyasi  və  iqtisadi  sabitliyi 

möhkəmləndirməyə,  millətlərin  inkişafını  təmin  etməyə  və  vaxtsız  iqtisadi 

iflasdan,  dövlətlərin  və  sivilizasiyaların  siyasi  tənəzzülündən  xilas  olmağa 

kömək edən müəyyən tövsiyələr verir: 

 

69 



1)

 

mülkiyyət hüququnun və azad sahibkarlığın dəqiq müəyyənləşdirilməsi 



və müdafiəsi; 

2)

 



ədalətin  bərqərar  olunması  üçün  qanunun  mövcudluğu  və  məhkəmə 

sisteminin etibarlılığı; 

3)

 

ictimai 



təhlükəsizlik və ticarət əlaqələrinin təhlükəsizliyi; 

4)

 



məşğulluğun,  məhsuldarlığın  və  gəlirlərin  artırılması  üçün  vergilərin 

azaldılması; 

5)

 

bürokratik 



aparatın və müzdlu ordunun ixtisarı və eyni zamanda onların 

səmərəliliyinin artırılması; 

6)

 

istehsal



,  ticarət  və  kommersiya  fəaliyyətinə  dövlət  müdaxiləsinin 

məhdudlaşdırılması; 

7)

 

qiymətlər üzərində dövlət nəzarətinə yol verilməməsi; 



8)

 

dövlətin köməyi ilə bazarın inhisara alınmasına imkan verilməməsi; 



9)

 

hakimiyyətdən asılı olmayan, pulların dəyərləri ilə alver etməyə imkan 



verməyən ardıcıl pul siyasətinin həyata keçirilməsi;  

10)


 

əhalinin artımı ilə bazarın ixtisaslaşma dərəcəsinin artırılması; 

11)

 

azad 



fikrin  və  fəaliyyətin  inkişafını  təmin  edən  yaradıcı  təhsil 

sisteminin inkişaf etdirilməsi; 

12)

 

yaxşi  əməlləri  mükafatlandıran  və  qüsurların  qarşısını  alan  ədalətli 



ict

imai  sistemin  müəyyənləşdirilməsi  üçün  kollektiv  məsuliyyət  və  daxili 

ədalət hissinin təbliği [8; 13; 17]. 

Beləliklə, İbn Xəldun öz tövsiyələri ilə insanın iqtisadi fəaliyyətini həm 

ədalətsiz,  vicdansız  rəqiblərdən,  inhisarçılardan,  həm  də  dövlətin  səriştəsiz, 

natəmiz məmurlarının müdaxilələrindən təcrid etməyə çalışırdı.  

Mömin, dindar  və  Allahdan qorxan  müsəlman olan İbn Xəldun  ictimai 

rifah  və  ədalət  işlərinə  daha  çox  diqqət  ayırırdı.  İctimai  və  xüsusilə,  sosial-

iqtisadi  sahədə  ədalətə  gəlincə,  İbn  Xəldun  təsdiq  edirdi  ki,  millətin  yeganə 

inkişaf  yolu  “ədalətlilikdir”.  İctimai  ədalət  anlayışını  İbn  Xəldun  Qurana 

əsaslanaraq  “ədalətin  insanlar  arasındakı  münasibətlərdə  bir  tarazlıq  forması 

olduğunu” aşkara çıxarır [1; 10]. 

İnsan  hüquqlarını  pozanları,  ədalətsizlik  etdiklərinı  Quran  ayələrinə 

istinad edərək, İbn Xəldun iqtisadi sahədə də bu ədalətin mahiyyətini açıqlayır: 

“Mülkiyyət hüququnu pozanlar ədalətsizlik edirlər... Başqasının mülkünü zorla 

mənimsəyənlər  ədalətsizlik  edirlər...  Ədalətsiz  vergi  yığanlar  ədalətsizlik 

edirlər...”  [8;  10;  14;  17].  Sonda  İbn  Xəldun  Allahın  Yer  üzərində  bərqərar 

etdiyi əsas ictimai qanunlardan birini son dərəcə dəqiq ifadə edir: “ədalətsizlik 

sivilizasiyanı məhv edir”. 

Beləliklə, İbn Xəldunu  müasir sosial  elmlərin atası, siyasi  nəzəriyyənin 

banisi  hesab  etmək  olar.  İbn  Xəldun  öz  fəlsəfi-sosioloji  təlimi  ilə  Şərq 

peripatetiklərinin yüksək rasionalizm ruhunu davamı etdirmişdir.  

İbn Xəldun elm tarixində ilk dəfə olaraq ictimai həyatın inkişafını isteh-

salın  inkişafı  ilə  izah  edərək  insanların  məhsuldar  fəaliyyətinin  formalarının 

inkişafı  prizmasından  cəmiyyətin  ən  aşağı  səviyyədən  (barbarlıq  səviyyəsin-

 

70 



dən)  ən  yuxarı  səviyyəyə  (sivilizasiya  səviyyəsinə)  inkişafı  haqqında  nəzə-

riyəsini yaratmışdır. 

İbn  Xəldun  hökmran  dini  ideologiyanın  və  ənənənin  əksinə,  təbii 

qanunlarla yanaşı, cəmiyyətin özünün obyektiv inkişaf qanunlarından da asılı 

olaraq,  dövlətin  inkişafı  haqqında  ideyanı  təsdiq  edə  bilmişdir.  O,  ictimai 

inkişafın  əsasını  cəmiyyətin  maddi  bazasında  görürdü  və  göstərirdi  ki, 

səbəbiyyət qanununa uyğun olaraq cəmiyyətin və mədəniyyətin meydana gəl-

məsi, inkişafı, sonda isə çökməsi və qürubu labüddür. O, bununla da obyektiv 

tarixi inkişaf ideyasını formula etmişdir [13; 17]. 

Dahi müsəlman mütəfəkkiri İbn Xəldun və digər müsəlman alimləri bə-

şəriyyətin inkişafına əvəzsiz töhvələr vermişlər. Onun “Böyük tarix”ə “Giriş”i 

(“Müqəddimə”)  əsəri  xüsusilə  məşhurdur.  Burada  İbn  Xəldun  insan  cə-

miyyətlərinin, müxtəlif mədəniyyət və sivilizasiyaların təşəkkülü və inkişafına 

aid olan bir ço

x mövzuları öz müşahidələri və təhlilləri ilə əhatə etmiş, ədalətli 

siyasi  idarəetməni  vacib  saymışdır.  Onun  əsərləri,  öz  dövründə  və  bütün 

dövrlərdə olduğu kimi, bu gün də böyük əhəmiyyətə malikdir və aktualdır. 

 

ƏDƏBİYYAT 

1.

 

Hacızadə Elşən. Sosiallaşan iqtisadiyyat. Bakı: Elm, 2006 (Elektron variant). 



2.

 

Mədətoğlu Aydın. Türklər (tarixi oçerklər). Bakı, 2012 (Elektron variant). 



3.

 

Rüstəmov Yusif. Siyasi-hüquqi təlimlər tarixi. Bakı: Azərbaycan Universiteti, 2000, s.300. 



4.

 

Араби Б. Ибн-Халдун – Основоположник арабской социологии // Социологические 



исследования. 1990, №11, c. 107-109. 

5.

 



Бартольд В. Работы по истории ислама и арабского халифата М., 2002. c.184. 

6.

 



Бациева  С.  Историко-социологический  трактат  Ибн  Халдуна  «Мукаддима».  М.: 

Наука, 1965, 426 с. 

7.

 

Ибн Халдун. Введение (фрагменты). - В кн.: Избранные произведения мыслителей 



стран Ближнего и Среднего Востока IX-XIV вв. М., 1961, c.245. 

8.

 



Ибн-Халдун. Пролегомены к «Книге поучительных примеров и дивану сообщений о 

днях арабов, персов и берберов и их современников, обладавших властью великих 

размеров» // Мировая экономическая мысль: Сквозь призму веков: В 5 т. Т.1: От за-

ри  цивилизации  до  капитализма  /  Ред.  Г.Г.Фетисов;  Моск.  гос.  ун-т  им.  М.В.Ло-

моносова. Благотвор. фонд «Благосостояние для всех». М.: Мысль, 2004, 718 с. (250 

лет Московскому Государственному Университету им. М.В.Ломоносова). 

9.

 

Игнатенко А.А. Ибн-Халдун. М.: Мысль, 1980, 160 с. 



10.

 

Коран / Пер. и ком. И.Ю.Крачковского. Баку: Язычы, 1990, 774 с. 



11.

 

Коротаев А.В. Долгосрочная политико-демографическая динамика Египта: Циклы и 



тенденции. М.: Восточная литература, 2006, с.174-198. 

12.


 

Очерки истории арабской культуры (V–XV вв.). М.: Наука, 1982, c.145. 

13.

 

Очерки распространения исламской цивилизации в 2 т. М., 2002. 



14.

 

Розов Н.С. Закон Ибн Халдуна // Политический класс. 2006, №16. 



15.

 

Семенов Ю.И. Философия истории. М.: Мысль, 2003. 



16.

 

Смирнов А.В. Ибн Халдун и его «новая наука» / Историко-философский ежегодник. 



2007. 

М., 2008, 530 с. 

17.

 

Фомина  Д.В.  Власть  и  государство  в  философии  Ибн  Халдуна.  Автореферат  на 



соискание ученой степени кандидата философских наук. М.: Мысль, 2003, c.28. 

 

 



71 

ИБН-ХАЛДУН ОБ УПРАВЛЕНИИ ГОСУДАРСТВОМ 

 

И.А.РУСТАМОВ, Х.Г.ДЖАВАДОВА, Я.Н.АЛИЕВА 

 

РЕЗЮМЕ 

 

Ибн-Халдуна  можно  считать  отцом  современной  исторической  науки, 

основателем  политической  теории.  Философско-социологическое  учение  Ибн-Халдуна 

являлось  в  действительности  продолжением  высокого  духа  рационализма  восточных 

перипатетиков.  

Ибн-Халдун  впервые  в  истории  науки  создал  теорию  поступательного  развития 

общества от низшей ступени (варварства) к высшей (цивилизации) через развитие форм 

производительной  деятельности  людей,  объясняя  развитие  форм  общественной  жизни 

развитием производства. 

Он  увидел  основу  общественного  развития  в  ее  материальной  базе  и  показал 

неизбежность возникновения, развития, а позже спада и заката общества и культуры в 

соответствии с законом причинности, иначе говоря, сформулировал идею объективного 

исторического развития.  

Особенно  знаменито  его  «Введение»  («Мукаддима»)  к  «Большой  истории»,  в 

котором  Ибн  Халдун  охватил  своими  наблюдениями  и  анализом  многие  темы, 

касающиеся закономерностей становления и развития человеческих обществ, различных 

культур и цивилизаций, начал справедливого политического управления. 

 

K



лючевые  слова:  социально-политические,  философско-социологические, 

экономические  политико-правовые  взгляды  Ибн  Халдуна,  «Введение»  к  «Большой 

истории»,  управленческие  формы,  научная  деятельность,  государство,  справедливость, 

современность 

 

Ibn-Haldun about State Administration 

İ.A.RUSTAMOV, H.G.JAVADOVA, Y.N.ALIYEVA 

 

SUMMARY 

 

Ibn Haldun can be considered the founder of modern history,  political theory. Ibn 

Haldun’s philosophical-sociological training was a continuation of Eastern peripatetics’ spirit 

of rationalism.  

Ibn Haldun was historian  the first  to  explain the development of the society from  its 

lowest srages to the highest (civilization)  through the forms of development of people’s 

productive activity. 

He valued social development on the basis of the material base of the society.  



 

Key words:  Ibn Haldun’s socio-political, philosophical, economic views, legal and 

political views, forms of governance, scientific activity, state, justice, contemporary, «Great 

History» in the «Introduction». 

 

 



 

 

72 



Kataloq: Xeberler%20Jurnali -> Sosial%20%202013%20%204
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №1 Humanitar elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №1 Sosial-siyasi
Xeberler%20Jurnali -> Uot 663. 1 Muğan düZÜNÜn paxlali biTKİLƏRİNİn mikobiotasi
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Лцтдцкштвцт ишкшвшк. Ибдпцтшт шйдшь жцкфшеш игкфтэт рцдц фде зфдущдше вбмкът- вцт ьцылгтдфжьфыэтф жцкфше нфкфеьэжвэк
Sosial%20%202013%20%204 -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Sosial

Yüklə 208 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə