Baki universitetiNİn xəBƏRLƏRİ



Yüklə 431,1 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix02.01.2022
ölçüsü431,1 Kb.
#39725
1   2   3   4   5   6   7   8
5-13
Kubra, Nergiz-lll cild-2, KY0000415, 522174617, 4n-123-128, Ilqar Fehmi-Aktrisa, 679, elmi-ish 857 86-90
tündə, misri qılınc dəstində, tülək-tərlan məstində, min bir canın qəsdində, elə 

süzür, elə süzür ki, elə bil oxdu, yayından çıxıb (“Koroğlu”);  Əmiraslan, nə 

Əmiraslan...Daha bu dılğır  Əmiraslanlardan deyil idi. Elə, doğrudan da

əmiraslan idi, aslanların əmiri idi (“Əmiraslanın nağılı”). 

Bu tipdən olan təkrarların bəziləri tabeli mürəkkəb cümlə formasında 

olur; baş cümlə birinci gəlir və  təkrar  şəxs adı elə qurulur ki, ondan sonra 

gələn təyin budaq cümləsi  şəxs adının səciyyəsini verməyə xidmət edir. Bu 

zaman baş cümlədə  təyin budaq cümləsinin  əvəzlik-qəlibi (elə, bir, elə bir) 

işlənir ki, o da, bir tərəfdən budaq cümlənin gəlməsini  şərtləndirirsə, digər 

tərəfdən, bütöv konstruksiyaya emosional-ekspressiv məznun aşılayır. Məs.: 

Qəmər xanım da bir Qəmər xanım idi ki, gün kimi işıq salırdı, ay kimi parılda-

yırdı (“Tapdıq”). 

Bu tipdən olan konstruksiyalardan elələri də var ki, burada “bir” sözü 

işlənsə  də,  əslində tam mənasında  əvəzlik-qəlib funksiyasını yerinə yetirmir; 

həmin söz daha çox qüvvətləndirici  ədat funksiyasına malik olur. Birinci 

komponentdə təkrar şəxs adı işlənir və ikinci komponent həmin şəxsin keyfiy-

yətlərini açıqlayır. Məs.: Əzrayıl da bir Əzrayıl idi: ağıldan qovraq, beyindən 



kasad, dildən küt, hərəkətdən maymaq idi (“Küp qarısı”). Əslində bu konstruk-

siya aydınlaşdırma  əlaqəli tabesiz mürəkkəb cümlədir; ikinci komponent 

birinci komponentin məzmununu aydınlaşdırır. 

5) Bəzən şəxs adının təkrarı müqayisə məqsədi daşıyır; bu zaman təkrar 

olunan adlar müxtəlif şəxslərə aid olur ki, birincisi ikinci ilə müqayisə olunur. 

10 



Məs.: Tacirbaşı da ki, demə görməmişəm, iyirmi yaşında cavan, gözəl bir oğlan. 

Adı Yusif, özü də, doğrudan, Yusif Kənan (“İmam”). Burada birinci “Yusif”sözü, 

mətndən göründüyü kimi, tacirbaşının adıdır, ikinci “Yusif” isə  Həzrəti-

Yusifdir. Daha dəqiqi, tacirbaşı Yusif gözəllikdə Həzrəti-Yusifə bənzədilir. 

6) Bəzi təkrarlar tərkibdaxili sözlə cümlə üzvü arasında olur. Danışıq dili 

üçün xarakterik olan bu tipli təkrarlar daha çox emosionallıq yaratmağa 

xidmət edir. Belə ki, bu tip ifadələr əksərən şəxs adı sahibinin özü tərəfindən 

işlədilir. Məs.: Həmzə deyən dillərinə Həmzə qurban olsun (“Koroğlu”). Adə-

tən, özü tərəfin dən adı  çəkilən  şəxs bu məqamda adı  əvəzinə müvafiq şəxs 

əvəzliyindən istifadə edir. Yuxarıdakı cümlə belə ifadə olunur: Nəmzə deyən 

dillərinə mən (yəni Həmzə) qurban olum. 

Qeyd edək ki, bir sira hallarda bu tip konstruksiyalarda şəxs adının ikinci 

dəfə təkrar olunması zərurətdən irəli gəlir. Məs.: “Murad” çağıranda Murad 



cavab verir cümləsində hər iki söz informativ xarakter daşıdığından onlardan 

hansınınsa işlədilməməsi və ya başqa sözlə əvəzlənməsi məqsəddən yayınma 

yarada bilər. 

Bəzən də şəxs adının təkrarı onların əlaqələndiyi sözlərin tələbi ilə bağlı 

olur və onları da ellipsisə  uğratmaq və ya başqa sözlə  əvəzləmək olmur. Bu 

konstruksiyalarda şəxs adı informativ baxımdan gərəkli olduğu qədər də para-

lelizm yaratmaq üçün əsas komponent olur. Məs.: Ora Əhməd, bura Əhməd

onu tapmadılar ki, tapmadılar (“Dərzi şagirdi Əhməd”); Xarkan işdən qayıdıb 

evə gəldi, gördü Münəvvər yoxdu, Münəvvər orda, Münəvvər burda, tapmadı 

ki, tapmadı (“Güllər açır, incilər saçır”). 

Bəzən də paralel konstruksiyada təkrarlanan başqa söz onunla əlaqələ-

nən  şəxs adının təkrarlanmasını  tələb edir. Bu təkrarın özü də  əslində emo-

sionallıq yaratmağa xidmət edir. Məs.: Qız ha gözlədi ki, indi İbrahim gələr, 



bu saat İbrahim gələr, gördü, yox, İbrahim heç, deyəsən, burda yoxmuş (“İb-

rahimin nağılı”). Burada şəxs adı  təkrar olunmaya da bilər, lakin bu zaman 

komponentlərin sıralanmasında müəyyən ardıcıllıq gözlənilir; belə ki, bu 

konstruksiyalarda  şəxs adı  əvvəldə  işləndikdə ikinci dəfə onun təkrarlanması 

fakultativdir, yəni işlənməyə  də bilər. Yuxarıdakı misal belə qurula bilər: 

İbrahim indi gələr, bu saat gələr.  Əks sıralanmada  şəxs adının təkrarlanması 

zəruridir, onu ellipsisə  uğratmaq mümkün deyil: İndi  İbrahim gələr, bu saat 

İbrahim gələr. 

Bəzən də xiazm xarakterli təkrarlarda şəxs adının iki dəfə təkrarlanması 

özünü göstərir. Bu zaman paralel konstruksiyaların hər ikisi, o cümlədən 

təkrarlanan şəxs adları informativ yükə malik olur. Məs.: Dünya xanım İsaba-

lını tanıdı, İsabalı da Dünya xanımı (“Koroğlu”); Gül Sənavərə neylədi, Səna-

vər gülə neylədi (“Hatəmin nağılı”). 

Folklorda, xüsusilə nağıl və dastanlarda çox zaman uydurma adlardan 

istifadə edilir. Bu adlar məqsəddən asılı olaraq, müxtəlif səciyyəli olur; obra-

zın ya zahiri görünüşünə, ya davranışına, ya da xarakterinə, mənəvi xüsusiy-

yətlərinə uyğun adlar uydurulur. Yuxarıda sadaladığımız təkrar xüsusiyyətləri-

11 



ni bu adlarda da görmək mümkündür. Lakin bu adların spesifik xüsusiyyətlə-

rindən irəli gələn təkrar halları da özünü göstərir. 

“Qırx qönçə xanım” nağılının qəhrəmanlarından biri zahiri görkəminə, 

daha doğrusu, geyiminə uyğun olaraq, “Keçə papaq” adlanır. Nağılın bir ye-

rində belə bir cümlə işlədilmişdir: Gördülər bir yekə Keçəpapaq oturub, döv-

rəsində də qırx Keçəpapaq qulluqçu var.   

Burada “Keçəpapaq” sözü ad kimi işlənsə də, daha çox informativ vəzifə-

yə malikdir. Həmin adın bu şəkildə təkrarlanması, bir tərəfdən, emosionallıq ya-

radılmasına xidmət edirsə, digər tərəfdən, sadə informativ vəzifə daşıyır. Belə 

ki, təkrar olunan ikinci “Keçəl papaq” adını başqa sözlə əvəz etmək olmaz. 

Şəxs adının təkrarlanması ilə bağlı maraqlı faktlardan biri də ondan 

ibarətdir ki, iki dəfə təkrarlanan şəxs adının üçüncü dəfə təkrar edilməsi müm-

kün olduğu halda, edilmir, onun yerinə qeyri-müəyyən əvəzlik işlədilir. Məs.: 



Sənin Koroğlunu bir Koroğlu eləyim ki, biri də yanından çıxsın (“Koroğlu”). 

Bu cümlə belə  də verilə  bilər: Sənin Koroğlunu bir Koroğlu eləyim ki, bir 

Koroğlu da yanından çıxsın.  

Qeyd edək ki, təkrar ediləsi olan sonrakı şəxs adının işlədilməməsi, onun 

miqdar sayı ilə əvəz edilməsi heç də kəmiyyətlə bağlı deyil. Bu hal ikiqat tək-

rarlanmada da özünü göstərir; belə ki, yuxarıdakı tipdən olan konstruksiyalar-

da  şəxs adı ilk dəfə  çəkildikdən sonra ikinci dəfə onun məzmunu qalmaqla 

onunla əlaqələnən və faktiki olaraq sayını bildirən sayla əvəzlənir. Məs.: Onu 



bir İsgəndər edəcəyəm, beşi də yanından çıxsın (“İsgəndər Zülqərneyn”). 

Lakin bu tip konstruksiyaların elələri də var ki, onlarda şəxs adı ilkin 

mövqedə  işlədilmir, sonra isə iki dəfə  təkrarlanır; birinci mövqeyində  şəxs 

adının yerinə onu əvəzləyən başqa söz işlədilir. Məs.: Sən öləsən, səni bir Əh-



məd qayıracam, doqquz Əhməd də yanından çıxsın (“Əhmədin nağılı”). Bura-

da “cən” əvəzliyinin yerində “Əhməd” sözü olmalı idi, amma bu cür işlədilmə 

düzgün olmazdı. 

Folklorda  şəxs adlarının təkrarı daha zəngin forma və xüsusiyyətlərə 

malikdir. Bu mövzu geniş tədqiqatın mövzusu ola bilər. 

 


Yüklə 431,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə