Bakterioloji Sİlah



Yüklə 96 Kb.
səhifə1/5
tarix21.12.2022
ölçüsü96 Kb.
#76905
  1   2   3   4   5
M-9


Fəsil-II. Mülki Müdafiə sisteminin idarə edilməsi və kütləvi qırğın silahları.
§ 9. BiOLOJi (BAKTERİOLOJİ) SİLAHLARIN TƏSNİFATI

Bioloji (bakterioloji) silah – kütləvi qırğın silahlarının bir növü olub – bakterial vasitələrə və onları tətbiq etmək üçün istifadə edilən döyüş sursatına, cihaz və tərtibatlara deyilir. Bioloji (bakterioloji) silahın əsasını xəstəlik törədən mikroblar və onlardan alınan toksinlər təşkil edir.
Bioloji (bakterioloji) silahlar insanların, heyvanların və bitkilərin məhv edilməsi, eyni zamanda ərzaq ehtiyatlarının və içməli suyun zəhərlənməsi üçün istifadə edilir. Bioloji vasitələrə, xarici mühitin təsirinə çox davamlı olan, əhali arasında kütləvi xəstəlik törədən, profilaktikası və müalicəsi çətin olan mikroblar aid edilir. Onların insanlara, heyvanlara və bitkilərə zədələyici təsiri bir sıra fərdi xüsusiyyətlərlə xarakterizə edilir. Xəstəlik törədən mikroblar ən kiçik dozalarla belə yoluxucu xəstəlik törədə bilir və onların toksinləri müəyyən müddət xarici mühitdə və ya yoluxmuş həşəratlarda, gənələrdə və gəmiricilərdə qala bilir. Bioloji vasitələrin zədələyici xassələrindən biri də onlarda inkubasiya və ya gizli təsir dövrünün olmasıdır.
Düşmən bioloji vasitələri, təyyarə bombaları, top mərmiləri, raketlər, içərisinə maye və ya toz halda mikrob və zəhər qatışığı doldurulmuş xüsusi konteynerlər vasitəsilə ata bilər.
Xəstəliyin yayılmasının ən sadə üsullarından biri havanın yoluxdurulmasıdır. İçərisində bioloji vasitələr olan döyüş sursatı partlayarkən havada duman və ya tüstü şəkilli aerozol buludu yaranır. Onun zədələyici təsiri tətbiq edilən xəstəlik törədicinin miqdarından, ərazinin relyefindən və meteoroloji şəraitdən asılıdır.
Bioloji zədələnmə ocağı o əraziyə deyilir ki, orada bioloji silahın tətbiqi nəticəsində insan, heyvan və bitki tələfatı olsun.
Yoluxucu xəstəlik yayan həşəratlar bir yerdən başqa yerə keçdikləri üçün bioloji yoluxmanın sərhədləri daha da genişlənir və yoluxucu xəstəliklərin yayılma təhlükəsi artır.
Profilaktik tədbirlər görmək üçün bioloji vasitələrin vaxtında aşkar edilməsinin çox böyük əhəmiyyəti vardır. Düşmənin bioloji silahdan istifadə etdiyini zahiri əlamətlərə görə, bu vasitənin hansı yoluxucu xəstəlik törədəcəyini isə laboratoriyada aparılmış tədqiqatlara görə müəyyən etmək olar.
Düşmənin bioloji vasitələr tətbiq etdiyi rayonlarda insanlar arasında kütləvi epidemiya, həmçinin mal qaranın kütləvi qırılması halları baş verə bilər.
Bunun qarşısını almaq üçün observasiya və karantin rejimləri tətbiq edilir və bu zonalarda zərərsizləşdirmə tədbirləri (dezinfeksiya, dezinseksiya və deratizasiya) həyata keçirilir.
Xəstəlik törədən mikrobların və onların toksinlərinin məhv edilməsinə dezinfeksiya, xəstəlik törədən həşaratların məhv edilməsinə dezinseksiya və xəstəlik yayan gəmiricilərin məhv edilməsinə deratizasiya deyilir.
Observasiya – epidemiya əlamətləri olan yerlərdə yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilən təcridetmə - məhdudlaşdırma və müalicə-profilaktika tədbirləri sisteminə deyilir.
Bu zaman həkimin göstərişi ilə yaşayış yerini, ictimai istifadə yerlərini, yeyinti məhsullarını, suyu, qab-qacağı, paltarı, ayaqqabını, yorğan-döşəyi, mebeli və s. dezinfeksiya edirlər.
Observasiya həmçinin karantin zonasının bilavasitə təmas xəttində tətbiq edilir.

Yüklə 96 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin