Bəşər səmasına yüksələnlər



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/20
tarix28.04.2017
ölçüsü5,01 Kb.
1   ...   12   13   14   15   16   17   18   19   20

Mühafizəkarlıq cəngavəri 
 
Rodenin  mifologiya  və  ya  tarixi  mövzulara  olan  marağı  bunu  izah  etməyə 
kömək edir ki, niyə onun sənəti təkcə bütün növlərdən olan intellektuallara deyil, 
bütövlükdə mədəni Avropa dairələrinə bir çağırış kimi səslənirdi. O, yuxarı sinfin 
kosmopolitik  elitasının  əziz  adamına  çevrildi.  Roden  nəcib  vicdanlılığa,  insan 
motivlərinin  analizi  sahəsindəki  arzuya  müraciət  etdiyindən  diqqəti  cəlb  etmişdi. 
O, həyatın qiymətini məhz cəmiyyət çərçivəsində təqdim edirdi.  
Roden  bir  rəssam  kimi  doğulmuşdu  ki,  «Könüllər»  -  həzz  məftunları  olan 
kişilər  və  qadınların,  İngiltərədə  olduğu  kimi  “jardin  d`amour”  -  «məhəbbət 
bağında» məskunlaşmağı axtaranların arasında hamilərə malik olsun.  
O, özlüyündə tarixin qabarmasını və çəkilməsini hiss edirdi, axı intuisiyalar 
yaradıcısı idi. Rodenin sənəti indiyədək bizi əsir etmək gücünə malikdir.  
Roden  buqələmuna  bənzər  bir  şəxsiyyət  idi,  gah  romantik,  gah  realist,  gah 
dekorator,  gah  simvolist,  həm  də  portretçi  və  erotizist  olurdu.  Lakin  bu 
şəkildəyişmələrində  yalnız  uğura  xidmət  edirdi,  heç  vaxt  uğursuz  olan  və 
bacarmadığı işlərə girişmirdi. Qadınlara münasibətdə olduğu kimi, sənətdə də heç 
bir maneə, hədd tapılmırdı, çox asanlıqla şərtilik qaydalarını qırıb dağıda bilirdi. O, 
məkanın  radikal  təşkilatçısı  idi.  Yaradıcı  və  manipulyator  kimi  onun  rolu  heyrət 
doğururdu.  Roden  Allaha  nəhayətsiz  qaydada  inanırdı  və  bu  vaxt  özlüyündə 
müəyyən etmişdi ki, varlıq öz Allahına malik olmağa qadir deyildir.  
Rodenin  nailiyyətlərinə  pərəstiş  onun  insan  təbiətini  müşahidə  etmək 
qabiliyyətinə əsaslanır, onun sənəti keçmişə böyük ehtiram üzərində qurulmuşdur. 
Bu nöqteyi-nəzərdən o, konservatizmə meyl edirdi. O, insana inanırdı, özü də bu, 

153 
 
mücərrəd qaydada inam deyildi, lakin onun insana empirik baxış üzərində - öz dərk 
etdiklərinə  cavabın  formulunu  açmaq  ehtiyacı  üzərində  qərar  tuturdu.  O,  öz 
vəzifəsini  vətəninin  keçmişinin  dərslərini  çatdırmaqda  görürdü.  O,  bu  mövqeyini 
belə  sözlərdə  cəmləmişdi:  «Bu  uşaqlığın  primitiv  seçmə  qaydasında  düşünmək 
deyildir,  bu,  olduqca  çətindir,  lakin  ənənə  ilə,  onun  tələb  olunan  qüvvəsi  ilə  və 
bunların düşüncəsinin bütün məcmuu ilə düşünməkdir».  
Ogyüsst  Roden    1917-ci  ildə  doğma  Parisində  həyatla  vidalaşdı,  bu  vaxt 
onun  77  yaşı  var  idi.  Həyatı  vəsf  etməkdən  həzz  alan  daha  böyük  bir  şəxsiyyət 
gözlərini əbədi olaraq həyata yumdu, tarixə məxsus olmaq mövcudluğuna keçdi. 
Rodeni fikir, ehtiras gücünə və xarakterinə görə titan hesab etmək olar, onun 
istedadı və bu verginin saysız-hesabsız qiymətli bəhrələri məhz titanlara xas olan 
qüvvədən, enerjidən və zəhmətdən xəbər verir. Rodenin özü barədə dediyi kimi, bu 
tam  çiçək  açan  ağacın  bəxş  etdiyi  gözəllik  bu  gün  də  incə  zövqə  malik  olan 
insanların hamısını valeh etməkdə davam edir. Onun əsərlərinə müasir insanlar da 
yaponlar  sakuranın  çiçəklənməsini  sitayiş  qaydasında  seyr  etdikləri  kimi  böyük 
heyranlıqla tamaşa edirlər. İstedadı və yaradılığı ilə Roden onu dərk edənlərə məhz 
özünün də bir «mütəfəkkir» olması təsirini bağışlayır, çünki onun yaratdığı incilər 
dəyərini zamana tabe olmamaqla itirmir, həm də bütün bəşəriyyətə məxsusdur. O, 
dahi Rafael kimi gözəlliyin təsvirində təbiətlə yarışa girməkdən də çəkinmir və onu 
bu müsabiqədə məğlub təsəvvür etmək də düzgün olmazdı.  
 
Mətnə izahlar 
 
Karpo, Jan Batist (1827-1875), fransız heykəltəraşı.  
- Onore de  Balzakın  (1799-1850) «İnsan komediyası» adlı əsərində üç  min 
obraz təsvir edilmişdi.  
-  Madam  de  Pompadur,  Janna  Anduanetta  Puasson  (1721-1764),  fransız 
kralı XV Luinin məşuqəsi.  
-  Bakxanaliya  -  qədim  Romada  allah  Dionisin  (Bakxın)  şərəfinə  orgiya 
xarakteri almış bayram mərasimi. 
-  Jeriko,  Teodor  (1791-1824),  fransız  rəssamı,  fransız  rəngkarlığında 
romantizmin banisi 
-  Delakrua,  Ejen  (1798-1863),  fransız  rəssamı,  fransız  romantizminin 
başçısı. 
-  eklektizm  -  müxtəlif  prinsip  və  baxışların,  təsviri  sənətdə  isə  müxtəlif 
üslubların mexanki birləşməsi.  
-  Qotye,  Teofil  (1811-1872),  fransız  yazıçısı,  «Parnas»ı  yaradanlardan  biri, 
«Yeni İncəsənət» nəzəriyyəsini təbliğ edirdi.  
-  Enqr,  Jan  Ogyüst  Dominik  (1780-1867).  Fransız  rəssamı.  Parlaq 
kompozisiya ustası.  
- Kariatida - binalarda tirə dayaq kimi xidmət edən ayaq üstə dayanan qadın 
bədəninin heykəltəraşlıq təsviri.  
-  Piqal,  Jan  Batist  (1714-1785),  fransız  heykəltəraşı,  klasssitsizmin 
nümayəndəsi.  

154 
 
-  Mediçilər  -  Orta  Əsrlər  İtaliyasında  mühüm  rol  oynayan  Florensiyadan 
olan nəsil. Mediçilər üçün kiçik qəbir kilsəsinin fasadını Mikelancelo işləmişdi.  
-  Donatello  (1386-1466),  italyan  heykəltəraşı.  Erkən  İntibah  Florensiya 
məktəbinin  nümayəndəsi.  Antik  sənətdən  ilhamlanaraq  dəyirmi  heykəllərin  və 
heykəl qrupunun yeni tipini yartmışdı. «Müqəddəm Georgi», «David», «Yudif və 
Olofern» heykəllərinin müəllifidir.  
- Bernini, Lorentso (1598-1680), italyan arxitektoru və heykəltəraşı, barokko 
üslubunun  nümayəndəsi.  Romadakı  Müqəddəs  Pyotr  kilsəsi  meydanındaukı 
kolonnadanın, bir sıra məşhur heykəllərin müəllifidir. 
-  Lonqrello.  Henri  Uolsuort  (1807-1882).  Amerikan  şairi,  «Havayat 
haqqında şərqi» poemasının müəllifi.  
-  Tennison,  Alfred  (1809-1892),  ingilis  şairi,  «Artur  əfsanələri»  əsasında 
«Kral idilliyaları» poemalar siklinin müəllifi.  
- Bellona - qədim Roma mifologiyasında müharibə ilahəsi.  
-  Dreyfus  işi  -  1894-cü  ildə  fransız  irticaçı  hərbi  məhkəmə  düzəldilmiş  işə 
görə  fransız  Baş  qərargahının  zabiti,  yəhudi  A.  Dreyfusu  saxta  ittihamla 
Almaniyanın xeyrinə casusluqda təqsirləndirib, ömürlük katorqa cəzasına məhkum 
etmişdi.  
-  Barokko  -  XVI  -  XVIII  əsrlərdə  Avropa  və  Amerika  incəsənətində  əsas 
üslub istiqaməti, «Böyük Üslubun» təntənəsinə meyl edirdi. Arxitekturada Bernini, 
Borromini  və  Rastrelli  yaradıcılığında  əks  olunmuşdur.  Effektiv  dekorativ 
kompozisiya, parad portretləri bu üsluba məxsusdur.  
- Yüzillik müharibə - 1337-1453-cü illərdə İngiltərə və Fransa arasında ərazi 
işğalı üçtündə gedən mühribə. İngilis kralı III Eduardın fransız taxt-taxına iddiası 
bu müharibə üçün bəhanə olmuşdu. Sonra İngiltərə Fransa ərazisində yalnız Kaleni 
saxlaya bildi.  
-  sirenalar  -  yunan  mifologiyasında  yarımquş  -  yarımqadın  olmaqla, 
dənizçiləri öz mahnıları ilə cəzb etməklə, məhv edirdi.  
- Mirbo, Oktav-Henri-Mari (1850-1957), fransız jurnalisti və yazıçısı. 
-  Tuluz-Lotrek,  Anri  de  (1864-1901),  fransız  qrafiki  və  rəssamı.  Mulen 
Rujun tamaşalarına reklam plakatlarının müəllifi.  
-  Hammurabi    -  b.e.ə.  1792-1750-ci  illərdə  Köhnə  Babilistan  çarı.  Yadigar 
qalmış  Hammurabi  qanunları  (Kodeksi)  qədim  Şərq  hüququnun  qiymətli 
abidəsidir.  
-  Sarmyento,  Dominqo  (1811-1888),  1868-1874-cü  illərdə  Argentinanın 
prezilenti  olmuşdu.  Qauçoların  -  Argentina  çobanlarının  ziyanlı  davranışını  ifşa 
edən «Fakundo» əsərinin müəllifidir.  
-  Edmon  de  Qonkur.  (1822-1896),  fransız  yazıçısı.  Qardaşı  Jyül  öləndən 
sonra  ona  əsər  həsr  etmişdi  və  vəsiyyətinə  görə  Qonkurlar  akademiyası 
yaradılmışdı.  
-  Satirlər  -  yunan  mifologiysında  meşə  ilahi  qüvvələri,  Dionisin  ətrafında 
məhsuldarlıq  şeytanları,  şəhvət  və  şərab  düşkünü  idilər,  nimfalarla  meşələrdə 
dolaşırdılar.  

155 
 
-  Vakx  -  yunanların  antik  mifologiyasında  şərabçılıq  allahı  Dionisin 
adlarından biri.  
- Debüssi, Klod (1862-1918). Fransız bəstəkarı. 
-  Vilyon,  Fransua  (1431-1463),  fransız  şairi,  nizamsız  həyat  sürürdü,  bir 
keşişi  öldürmüşdü.  Quldurluqda  iştirak  etmişdi,  həbs  edilib  ölümə  məhkum 
edilmişdi, sonra cəza Parisdən sürgünlə əvəz olunmuşdu.  
-  Fidi  (b.e.ə.  V  əsrin  əvvəli  -  431-ci  il),  yüksək  klassika  dövründə  qədim 
yunan  heykəltəraşı.  Afinada  Akropolun  yenidən  qurulmasında  Periklin  baş 
köməkçisi.  Onun  rəhbərliyi  altında  Parfenonun  heykəltəraşlıq  bəzəyi  icra 
edilmişdi. Olimpiyalı Zevs və Afina Parfenos heykəllərinin müəllifidir.  
-  Praksitel  (b.e.ə.  -  330-cu  illərdə)  qədim  yunan  heykəltəraşı.  Gec  klassik 
dövrün  nümayəndəsi.  «Kindli  Afrodita»  və  «İstirahət  edən  satir»  heykəllərinin 
müəllifi.  
-  Şiva  -  Brahma  və  Vişnu  ilə  birlikdə  brahmanizmdə  və  hinduizmdə  üç  ali 
allahlardan biri.  
-  Minerva  -  Roma  mifologiyasında  sənət  və  incəsənətin  hamisi  olan  ilahə. 
Yunan Afina kimi nəzərdə tutulur.  
-  Dyagjlyev,  Sergey  Pavloviç  (1872-1929)  rus  teatr  və  bədii  sənət  xadimi 
xaricdə yaşayan dövrdə (1911-1922-ci illərdə) rus baleti truppası yaratmışdı.  
-  Aysedora  Dunkan  (1872-1927),  amerikan  rəqqasəsi.  Modern  rəqs 
məktəbinin banilərindən bizi olmaqla, rəqsin klassik məktəbini inkar edirdi. Qədim 
yunan plastikasından istifadə edirdi, balet kostyumunu xitonla əvəz etmişdi, yalın 
ayaqla rəqs edirdi. 1921-c24-cü illərdə Rusiyada yaşamışdı, şair Sergey Yeseninin 
arvadı olmuşdu. Sonra faciələrlə üzləşmiş, iki oğlu Cenevrədə suda boğulmuş, özü 
isə  açıq  avtomobildə  gedərkən,  boğazındakı  uzun  şarf  təkərlərə  dolaşaraq  onu 
boğub öldürmüşdü.  
-  Psixeya  -  qədim  yunan  mifologiyasında  insan  könlünün  təcəssümü, 
kəpənək  və ya qız şəklində təsvir olunurdu. Psixeya ilə Erotun (Amurun)  sevgisi 
ədəbiyyatda və təsviri sənətdə geniş yayılmış süjetdir.  
- Meditasiya - latın dilində «düşüncə» deməkdir. İnsanın psixikasını dərin və 
cəmlənmiş  fikir  vəziyyətinə  gətirmək  məqsədi  güdən  ağlın  fəaliyyətidir,  bu, 
bədənin  üzgünlük  vəziyyətiqə  düşməsi  ilə,  emosional  reaksiyaların  yoxluğu  ilə 
müşayiət  olunur.  Hind  fəlsəfəsində  və  dinində,  qədim  Yunanıstandakı  fəlsəfi 
cərəyanlarda mühüm rol oynayırdı.  
-  Maler.  Qustav  (1868-1911),  Avstriya  bəstəkarı  və  dirijoru.  Onun 
simfoniyaları və «Torpaq haqqında nəğmə» simfoniya-kantatası musiqi sahəsində 
mühüm hadisəyə çevrilmişdi.  
-  Vaqner,  Rixard  (1813-1883),  alman  bəstəkarı,  dirijor.  Opera  islahatçısı 
olmaqla,  musiqinin,  sözlərin  və  səhnə  hərəkətlərinin  üzvi  surətdə  birləşdərməyə 
cəhd edirdi. Çox sayda operaların müəllifi idi.  
-  Berlioz,  Ektor  Lui  (1803-1869)  fransız  bəstəkarı,  dirijoru,  romantik 
proqramlaşdırılmış  simfoniyaların  yaradıcısı.  Musiqi  formaları,  harmoniya 
sahəsində novator. Vaqnerlə birlikdə yeni dirijorluq məktəbinin yaradıcısı.  

156 
 
-  Ronsar,  Pyer  de  (1524-1585),  fransız  şairi.  «Odalar»,  «Himnlər», 
«Yelenaya sonetlər» külliyyatında İntibhın humanist ideayalarını ifadə etmişdir.  
- İmpressionist rəssamlar, bu ad Klod Monenin “Impression, soleil levant” - 
«Təəssürat.  Günəşin  çıxması»  tablosunun  adından  götürülmüşdü.  1860-cı  ildə 
fransız  rəngkarlığında  E.Mane.  O.Renuar,  E.Deqa  bu  üslubu  tətbiq  etməklə, 
rəssamlığa təravət gətirmişdilər. Peyzaj təsvirlərində K.Mone, K.Pisarro, A.Sisley 
«plener»  sistemini  yaratmışdılar,  açıq  havada  işləməklə  parlayan  günəş  işığı, 
təbiətin rəng zənginliyi, işıq və havanın titrəyişi hissini yaradırdılar.  Kamill Koro 
isə Barbizon məktəbinə daxil idi. Gümüşü-boz qammanın zərifliyini, əşyaları əhatə 
edən  hava  tüstüsünün  yumşaqlığını  peyzajlarında  göstərirdi.  Pol  Sezann  isə 
postimpressionizmin nümayəndəsi idi.  
- Nijinski, Vatslav Fomiç (1889-1950). Rus balet artisti, baletmeyster. 1916-
17-ci illərdə S.P.Dyagilev Truppasında M.M.Fokinin tamaşaya qoyduğu baletlərdə 
baş partiyaları ifa edirdi.  
- Simvolizm - 1870-1910-cu illərdə Avropa incəsənətindəki cərəyan; diqqəti 
«gündə olan əşyaların», hisslə duyulan hədlərindən kənarda olan ideyaların simvol 
vasitəsilə  bədii  ifadə  olunmasını  verirdi.  «Gizli  reallıqlara»,  «dünyanın  ideal 
mahiyyətinə»,  «fani  olmayan  Gözəlliyə»  nüfuz  etməyə  cəhd  edirdi.  Ədəbiyyatda 
xeyli  nümayəndələri  var  idi,  təsviri  sənətdə  isə  Pol  Qogen  və  Mixail  Vrubel  bu 
üslübdan istifadədə seçilirdi. 
- Samson- Bibliya qəhrəmanı 
 
 
Qadınlar zamanın yaddaş cədvəlində 
 
Qadınlar  haqqında  yazılan  ədəbi  və  musiqi  əsərlərinin  sayı-hesabı  yoxdur. 
Qadın  ana  kimi,  məhəbbət  ünvanı  və  hədəfi  kimi  tarix  boyu  pərəstiş,  tərənnüm 
obyekti  olmuşdur.  Bəşər  övladının,  sivilizasiyanın  meydana  gəlməsində, 
böyüməsində  və  inkişaf  etməsində  analar,  bitkini  qidalandıran  torpaq  kimi  böyük 
qüdrətə  malik  olmaları  ilə,  həm  də  cəmiyyətin  təşəkkülündəki  iştiraklarında 
kişilərdən heç də geridə qalmamaları ilə öyünə bilərlər.  
Monogenezis nəzəriyyəsinə görə Həvva bəşəriyyətin ilk anası hesab olunur 
və bu mülahizə Bibliyadan irəli gəlir. Bibliyanın iddiası üzrə olan zaman və məkan 
hədlərində bəlkə də bu fikirlə razılaşmaq olar, çünki bu müqəddəs kitab dünyanın 
və  insanın  meydana  gəlməsi  barədə  elmi  tələblərə  əsaslanmayan  müddəalar  irəli 
sürür,  həm  də  ali  məməlinin  yaşını  çox  kiçildir.  Əslində  isə,  hominidlərin  daha 
yüksək növü olan dik gəzən insanın milyon illə ölçülən yaşı vardır. Onun əcdadı 
olan  erkən  dəqiq  hominid  qalıqlarının  isə  əsasən  4  milyon  il,  bəzən  hətta  5,5 
milyon il yaşı olduğu müəyyən edilmişdir.  
İnsanlar  digər  növlərdən  daha  ağıllı  qabiliyyətlərə  malik  idi,  dili  və 
alətlərdən geniş istifadəni inkişaf etdirilmişdilər. Bu növ 2 milyon il əvvəl güman 
ki,  Afrikada  avstralopitekdən  inkişaf  etmişdi.  Onlar  təkamülə  məruz  qalıb,  qida 
toplamaqda və onu bölüşdürməkdə birgə fəaliyyət göstərmişdilər, alətlər düzəldib 
ondan  istifadə  etmişdilər,  əlaqələri  yaxşılaşdırmış,  körpəyə  qayğı  və  uşaqların 

157 
 
öyrədilməsi  müddətini  tərəqqi  qaydasında  genişləndirmişdilər.  Axırıncı  fəaliyyət 
növündə isə əsas ağırlıq qadınların çiyninə düşürdü.  
Homo-nun (insanın) dörd adda növü mövcud olmuşdur, onlardan üçü məhv 
olub sıradan çıxmışdır. Homo habilis (bacarıqlı insan) Şərqi Afrikada və güman ki, 
başqa  bir  çox  yerlərdə  2-1,5  milyon  il  əvvəl  meydana  gəlmişdir.  Ondan  sonrakı 
növün daha böyük bədənə malik olduğu güman edilir.  
Homo  erectus-un  –  dik  gəzən  növün  də  1,8-1,6  milyon  il  əvəl  meydana 
gəldiyi güman edilir. İlk iki növ 1,7-1,5 milyon il əvvəl yoxa çıxmışdır. 700 min il 
əvvəl  isə  dik  gəzən  insan  Afrikadan  kənara  çıxmış,  onların  qalıqları  hətta  Yava 
adasında  və  Çində  tapılmışdır.  Burada  oddan  istifadə  edilməsi  şəhadətləri  də 
vardır.  
Homo  sapienc  –  zəkalı  insan  və  ya  bizim  öz  növümüz,  Neandertal  insanı 
(Avropada,  Yaxın  Şərqdə)  kimi  iri  üzlü  formalara  malik  idilər.  Onlara  yaxın 
olanlar Afrikada və Asiyada olmuşdular.  
Ən  müasir  insan  olan  Homo  sapienc  sapienc  –  daha  zəkalı  insan  ilk  dəfə 
Afrikada  100-120  min  il  əvvəl  meydana  gəlmişdi,  azacıq  sonra  isə  Yaxın  Şərqdə 
peyda  olmuşdu.  Sonrakı  növlər  (40  min  il  bundan  əvvəl)  sümükdən,  fil 
sümüyündən  və  daşdan  əvvəlkilərdən  daha  mürəkkəb  olan,  ixtisaslaşmış  alətlər 
düzəldirdilər.  10  min  il  bundan  əvvəl  Homo  sapienc  sapienc  Antarktida  istisna 
olmaqla,  bütün  qitələrdə  məskunlaşmışdı.  Kənd  təsərrüfatı,  heyvanların 
əhliləşdirilib ev heyvanlarına çevrilməsi və sivilizasiya kimi, daha yaxın vaxtlarda 
isə  sənayeləşmə  və  əhalinin  sayının  partlayış  şəklində  artması  da  daxil  olmaqla 
sonrakı inkişaflar baş vermişdir.  
Mövcudluğu  yüz  min  illəri  əhatə  edən  insanın  və  onun  yaşadığı  dünyanın 
yaşının  altı  min  ilə  kiçildilməsi  müqəddəs  kitabın  ehkam  kimi  qəbul  edilən 
müddəalarına  şübhə  yatarmaya  bilmir.  Tarixin  başlandığı  yer  kimi  qəbul  edilən 
Şumerdən qalan təkcə yazılı məlumatların isə beş min ilə yaxın yaşı vardır. Zəkalı 
insanlar yazıni icad edənə qədər on min illərə bərabər olan tarixi yol keçmişdilər. 
Ona  görə  də  milyon  ildən  az  yaşı  olmayan  insanın  meydana  gəlməsi  tarixinin  və 
onun  məskunlaşması  coğrafiyasını  çox  kiçildilməsinə  görə  bəşəriyyətin  yeganə 
ananın  övladları  olması  ideyasının  da  yararsız  olması  düşüncəsindən  qaçmaq 
olmur.  
İlkin  insanlar  təbiətlə  mübarizədə  böyük  çətinliklərlə  üzləşirdilər.  Bu  işdə 
qadın zəif məxuq olaraq qalırdı. Lakin onun nəsli artırmaq sahəsindəki fəaliyyəti 
nəzərə alınaraq icma ona daim qayğı göstərirdi. Yeni nəslin boya-başa çatması da 
əsasən  anadan  asılı  olurdu,  sağlam  olmayan,  bədəncə  zəif  olan  uşaq  lazımınca 
inkişaf  edə  bilmirdi.  Ana  öz  övladını  müstəqil  həyata  hazırlamaqda  da  müstəsna 
rol oynayırdı. Hətta qrup şəklindəki ailələrdə uşağın mənsubluğu ana xəttinə görə 
müəyyən olunurdu; axı atanın kim olduğu qarışıq cinsi əlaqələr ucbatından dəqiq 
bilinmirdi.  Uşağın  anaya  görə  hansısa  nəslə,  xalqa  aid  olması  indi  də  müasir 
yəhudilərdə həmin millətə mənsubluq nişanəsi kimi qalmaqda davam edir.  
Qadınlar əks cinsə görə əxlaqi saflıq, təmizlik rəmzləri hesab edildiklərindən 
dini  simvolların  mühafizə  edilməsi  də  onlara  həvalə  edilirdi.  Qədim  Romada  ev-

158 
 
ocaq ilahəsi olan Vestanın müqəddəs odunun qorunub saxlanması bakirə qızlara – 
vestalkalara etibar edilirdi və onlara təcavüz ən ağır cinayət hesab edilirdi.  
 
Miflərdəki qadınlar və Sparta qadınları 
 
Qadınlar  həm  də  məhəbbət  simvolu,  eşq  ünvanı  hesab  edilirdilər.  Əks 
cinsdən  olanlar  qadına  bəslənən  yüksək  hiss  hesabına  sadəcə  əvvəlki  adi  erkək 
cinsin  nümayəndələri  olmayıb,  kişilərə  çevrilirdilər.  Kişi  cinsinə  mənsub  olanlar 
qadının  hissi  ilə  mükafatlandıqda  özlərini  xoşbəxt  hesab  edir,  hər  cür  sınaqlara 
hazır  olmaları  ilə  öyünürdülər..  Qadına  sitayiş  həm  ilahələrə  bəslənən  ehtiram 
şəklində,  həm  də  məhəbbəti  dadmağa  çatmağın  yollarından  biri  kimi  meydana 
çıxırdı.  
Qədim  yunan  mifologiyasının  çox  sayda  allahları  arasında  məhəbbət  və 
gözəllik  ilahəsi  Afrodita  (qədim  romalılar  onu  Venera  adlandırırdılar)  xüsusi  yer 
tuturdu.  Lakin  bu  ilahəni  təmiz  namus,  sədaqətli  məhəbbət  nümunəsi  kimi  qəbul 
etmək  də  düzgün  deyildir,  çünki  əri  –  axsaq  Hefestə  xəyanət  edib,  Areslə  intim 
yaxınlıq etməyə başlamış və ondan Erot adlı oğlunu doğmuşdu.  
Ümumiyyətlə,  qədim  yunan  allahları  monoqamiyanı  tanısalar  da,  ona  əməl 
etmək  nümunəsi  göstərmirdilər,  onlar  eşq  macəraları  barəsində  heç  bir 
məhdudiyyət  hiss  etmirdilər.  Ali  allah  Zevs  başda  olmaqla  kişi  cinsindən  olan 
Olimp  allahları  nikah,  qadınla  intim  əlaqəyə  girmək  üçün  heç  bir  maneə  ilə 
rastlaşmırdılar.  Onlar  ilahələrlə,  istənilən  öləri  qadınla  cinsi  yaxınlıq  etməkdən 
çəkinmir, bu sahədə hansısa bir qaydanın mövcudluğunu da qəbul etmirdilər. Ona 
görə  də  onlar  qaydasız  əlaqələrdən  dünyaya  çoxlu  övlad  gətirirdilər.  Əslində  bu 
mifologiyadakı  qadınları  da  öz  ərlərinə  bəslənən  sədaqət  nümunəsi  hesab  etmək 
olmazdı, onlarda kiçik bir ehtiras qığılcımı meydana gəldikdə, bu, sönməyən alova 
çevrilirdi  və  bütün  hədləri  yandırıb  məhv  edə  bilirdi.  Onlar  öz  qadın  təbiətinin 
təkcə haray çəkən səsinə deyil, kiçik bir çağırışına da çox həssaslıqla yanaşırdılar, 
özlərini asanlıqla şəhvətin əsirlərinə çevirirdilər. Onlar həm də bu məsələdə gücsüz 
olduqları  qənaətinə  gəlirdilər,  yaxşı  bilirdilər  ki,  ali  yunan  allahı  Zevs  eşqə 
düşdükdə, hansısa bir qadınla yaxınlıq etmək istədikdə heç bir maneə tanımır, hətta 
ən  ağlasığmaz  yollarla  da  öz  məqsədinə  nail  olur.  Əlbəttə,  Zevsi  yaxınlıq  etdiyi 
qadınların sayına görə tarixdəki nə İsrail çarı Solomonla, nə Çin imperatorları, nə 
də  türk  sultanları  ilə  müqayisə  etmək  olmaz.  Birincinin  arvadlarının  sayı,  hər 
üçünün  kənizlərinin  və  hərəmlərinin  ayrılıqda  miqdarı  Zevsin  təxəyyülünün  də 
kasıblığını  nümayiş  etdirərdi.  Türk  sultanlarının  hərəmxanalarında  400  hərəm 
olurdu, rekord rəqəm isə 1600-ə bərabər idi.  
Zevs öz bacısı olan arvadı Heradan savayı İonu, Letonu və çoxlarını özünün 
kükrəyən ehtirasını bölüşməyə sövq etmişdi. Sparta çarı Tindareyin arvadı Leda ilə 
yaxınlıq etmək üçün özünü qu quşuna çevirmiş, Leda Zevsdən füsunkar Yelenanı 
və  Dioskurları  doğmuşdu.  Bu  həmin  Yelenadır  ki,  Sparta  çarı  Meneların  arvadı 
olduğu  halda,  uzaqdan  qonaq  gəlmiş  Troya  printsi  Parisə  qoşulub  qaçmış,  Troya 
müharibəsinin və gözəl İlion şəhərinin dağılmasının baiskarı olmuşdu.  

159 
 
Zevsin  şəhvəti  alovlandıqda,  onu  söndürmək  üçün  istənilən  vasitəni  yararlı 
hesab edirdi. O, Finikiya çarının gənc qızı, sahildə gəzən Yevropanı ələ keçirmək 
üçün  özünü  ağ  əl  öküzünə  çevirmiş,  onu  belinə  götürüb,  dənizdən  keçirərək  Krit 
adasına  gətirmişdi.  Adada  onunla  yaxınlıqdan  Yevropa  üç  övlad  dünyaya 
gətirmişdi.  Yaxud,  Zevsin  təcavüzünün  qorxusundan  Danaya  yerin  altındakı 
zindanda  gizlədilmişdi.  Lakin  bu  üsul  da  qızın  bəkarətini  xilas  edə  bilmədi.  Zevs 
qızın üzərinə düşən qızıl yağış şəklində buraya girdi və həmin yaxınlıqdan Danaya 
dünyaya Perseyi gətirmişdi. 
Öz gələcək bənzərləri kimi Zevs çarpayısına uzandırdığı və ya başqa yollarla 
yatağına  girdiyi  qadınların  hesabına  çox  sayda  övladlara  malik  idi.  Avropada 
gələcək bastardlar (haramzadalar) ordusunun meydana gəlməsində yəqin ki, Zevsin 
və bol eşqli digər allahların da təsiri az olmamışdır.  
Qədim  yunan  mifologiyasındakı  Medeya  özünü  bütünlüklə  məhəbbətə 
qurban  verməsinə  görə  digər  qəhərmanlardan  fərqlənir.  Əsatirə  görə,  Medeyanı 
dünyada hər şeyə hazır olmağa qadir edən məhəbbətindən güclü bir məhəbbət yox 
idi  və  ondan  yüksəkdə  dayanan  sevən  bir  qadın  obrazı  da  olmamışdır.  Burada 
qadın  hissi  kosmik,  ilahi  bir  miqyas  kəsb  edir.  Məhəbbətin  qüdrəti  qarşısında 
mümkün olan hər şeyin sərhədləri yoxa çıxır. Lakin hər bir qızğın məhəbbət kimi, 
onun da faciəvi tarixçəsi vardır.  
Devrilmiş  çarın  oğlu  Yason  öz  komandası  olan  arqonavtlarla  birlikdə 
«Arqo»  gəmisində  uzaq  Kolxidaya  yollandı  ki,  orada  sehrli  qızıl  yunlu  dərini  ələ 
keçirsin.  Bu  qoyun  dərisi  öz  sahibi  üçün  hər  şeyə  nail  olmaq  təminatı  verirdi. 
Hakimiyyəti  qəsb  etmiş  ahıl  yaşdakı  əmisi  bu  dərinin  köməyi  ilə  taxt-tacı  ona 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə