Bəşər səmasına yüksələnlər



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/20
tarix28.04.2017
ölçüsü5,01 Kb.
1   ...   12   13   14   15   16   17   18   19   20
qaytarmalı idi. Qızıl yunlu dərini əldə etməyin özü də o qədər asan məsələ deyildi.  
Kolxida çarı bildirdi ki, əgər bu, Yasona çox lazımdırsa, ona hər cür kömək 
göstərməyə  razılıq  verir.  Bircə  şərtlə  ki,  qoy  o,  burnundan  od  püskürən  öküzlərlə 
sahəni şumlasın və ora əjdahanın dişlərini səpsin. Bunları etsə, o, qızıl yunlu dərini 
alacaqdır.  
Lakin  öküzlər  ətrafındakı  hər  şeyi  yandırırdılar.  Bu,  Yasonun  da  sonu  ola 
bilərdi. Çarın qızı Medeya isə artıq ona vurulmuşdu. Qız ona adamı oddan qoruyan 
sehrli maz verdi. Yason sahəni şumladı və bundan sonra tarlaya səpdiyi dişlərdən 
bir andaca dəhşətli döyüşçülər çıxdı, onlar məğlubedilməz və ölməz əsgərlər kimi 
çox  təhlükəli  idilər.  Ancaq  Medeya  Yasona  elə  daş  verdi  ki,  bu  daşı  o,  həmin 
döyüşçülərin  dəstəsinin  üzərinə  atanda,  onlar  bir-birinin  üstünə  cumub,  özləri 
özlərini məhv etdilər.  
Medeya qızıl yunlu dəriyə sahiblikdən atasının, ailəsinin, ölkəsinin və xalqın 
rifahının tam asılı olduğunu bildiyindən, dərini qoruyan əjdahanı cadugər baxışları 
ilə yatırdıb, onu oğurlamaqda sevgilisinə kömək etdi və Yasonla birlikdə gəmiyə 
oturub, vətənindən qaçdı. Onları qovanlar gəmiyə çatırdılar. Bu vaxt Medeya özü 
ilə götürdüyü sevimli kiçik qardaşını öldürüb, onun cəsədini xırda-xırda doğrayıb 
dənizə atdı. O, bilirdi ki, dərddən ölməyə yaxın olan atası oğlunun cəsədini götürüb 
aparmaq və dəfn etmək üçün, artıq onları izləməyəcəkdir.  
Sədaqətli  qadının  məhəbbəti  sevdiyi  kişini  ən  çətin  vəziyyətlərdə  də  xilas 
edir. Məhəbbət onun həyatını qoruyub saxlayır və onu qələbəyə çatdırır.  

160 
 
Belə məhəbbət, əlbəttə ki, möcüzədir, bu möcüzə qadını cadugərə də çevirir. 
Öz  sevgilisi  naminə  sevən  qadının  qarşısında  gücü  çata  bilmədiyi  heç  bir  şey 
yoxdur. Elə bir dəhşətli cinayət, xəyanət və hətta qardaş qətli yoxdur ki, bu sevən 
qadın  sevdiyi  adamı  xilas  etmək  üçün  ona  əl  atmasın.  Elə  bir  ağlasığmaz  haqq 
yoxdur ki, qadın öz həyatı və məhəbbəti naminə onu ödəməli olmasın. 
Nəhayət, məhəbbət ali məqsədinə çatdı, Yasonla Medeya neytral bir adaya 
gəlib, orada evləndilər.  
Sonra  onlar  Yasonun  vətəninə  qayıtdılar,  lakin  qoca  çar  taxt-tacı  vermək 
istəmədi.  Onda  Medeya  növbəti  bir  plan  fikirləşib  tapdı.  O,  çarın  qızlarının 
diqqətini  ona  cəlb  etdi  ki,  ataları  artıq  əldən  düşmüşdür.  Və  onlar  üçün  əla  bir 
cavanlaşma vasitəsini açdı. Qoca keçini götürüb kəsdi. Onun ətini xırda hissələrə 
parçaladı,  bu  hissələri,  içinə  bəzi  otlar  tökülmüş  qaynar  qazana  atdı  və  qazandan 
cəld hərəkət edən cavan bir dıbır çıxdı. Qızlar bu təcrübənin təsiri altında atalarını 
öldürüb, onu  tikə-tikə  etdilər,  qaynar  qazana  atdılar,  lakin  o,artıq  ölmüşdü və  heç 
bir cavanlaşma baş verə bilməzdi.  
Medeya  ərinə  xəbər  verdi  ki,  taxt-tac  artıq  boşdur,  qızları  qoca  çarı  özləri 
öldürdülər.  
Lakin  ölkənin  sakinləri  bu  fırıldaqçının  və  onun  cadugər  arvadının 
hərəkətlərindən  hiddətləndilər.  Yason  Medeya  ilə  birlikdə  tezliklə  vətənindən 
qaçmalı oldu və o, artıq burada çar olmaq ümidini də itirdi.  
Yüksək məhəbbətin işıqlı poeziyası məhvedici ehtirasların qara bir faciəsinə 
çevrildi.  Məhəbbətdə  də  ölçü  hissini  bilmək  lazımdır,  çünki  insanların  özlərinin 
qanunları, həmçinin ilahi qanunlar vardır ki, onlara görə hətta məhəbbət də cəzaya, 
dərdə,  bəlaya  çevrilə  bilir.  Bu  vaxt  gəlib  çatanda,  kişi  belə  məhəbbətdən  azad 
olmağa can atır. Yason yerli çarın qızına aşiq oldu və ona evlənmək qərarına gəldi. 
Yeni cavan arvad, gələcəkdə isə vərəsə kimi taxt-taca sahib olmaq ümidi meydana 
gəlmişdi.  O,  artıq  Medeyanı  sevmirdi,  bunun  səbəbini  də  ona  izah  edib,  köhnə 
arvadını tərk etdi. Qədim yunan qaydasında belə bir boşanma baş verdi.  
Lakin Yason kiminlə yaxın olduğunu və uzun bir müddət ərzində onunla iş 
qurduğunu  unutmuşdu.  Medeya  yeni  evlənənlərə  hədiyyə  kimi  özünün  toxuduğu 
gözəl paltarı göndərdi. Gəlin sevinclə bu paltarı geyinib, əynində yoxladıqda, onu 
alov bürüdü və qız bir andaca diri-diri yandı.  
Yason qisas almaq, Medeyanı cəzalandırmaq üçün əvvəlki evinə gəlib çıxdı. 
O,  dəhşətli  bir  mənzərənin  şahidi  oldu  –  Medeya  ondan  doğulmuş  öz  uşaqlarını 
öldürmüşdü. Qadına əzab verən ağrı hissi o qədər böyük, dərdi o qədər güclü idi ki, 
onda  qısqanclıq  elə  alvolanmışdı  ki,  onun  üçün  bütün  həyat  artıq  öz  mənasını 
itirmişdi.  Ona  yeganə  bir  fikir  hakim  kəsilmişdi  ki,  keçmiş  ərinə  daha  ağrılı  olan 
bir zərbə vursun.  
Medeyasız, bu qadının məhəbbəti olmadan Yason üçün də elə bil ki, bütün 
həyat puç olmuşdu. Onu sevən, onun üçün hər şeyi edənə xəyanət etməklə sən öz 
şəxsi həyatının üstündən də xətt çəkirsən.  
Medeyanın  həyatında  olduğu  kimi  bədbəxtlik  apokaliptik  miqyas  kəsb 
etməsə  də,  digər  mifik  personaj  Ariadna  da  oxşar  taleyi  yaşamalı  olmuşdu.  Mifik 

161 
 
Krit  çarı  Minosun  və  Pasifayanın  qızı,  Fedranın  bacısı  olan  Ariadna  Teseyə 
vurulub, Minotavrı öldürməkdə və labirintdən xilas olmaqda ona kömək etmişdi.  
Çarın arvadı Pasifaya ökuzlə cinsi əlaqədə olmuş, bu yaxınlıqdan Minotavr 
(«Minosun öküzü» mənasını verir) adlanan, yarı insan, yarı öküz şəklində olan bir 
eybəcər  məxluq  doğmuşdu.  Pasifiyanın  əri  onu  labirintdə  saxlamağa  göstəriş 
vermişdi.  Çar  Minos  qələbəsinə  görə  təzminat  kimi  hər  il  Afinadan  ona  verilən 
gənc afinalı oğlanları və qızları qidalanmaq üçün Minotavra ötürürdü. Ona görə də 
Afina  çarının  oğlu  Tesey  Minotavrı    öldürmək  qərarına  gəlmişdi.  Bunu 
reallaşdırmaq isə digər bir çətinliklə də əlaqədar idi. Minotavrı öldürdükdən sonra 
labirintdən  çıxmağın  özü  də  müşkül  bir  məsələ  hesab  olunurdu.  Bu  işdə  ona 
Ariadna köməklik göstərirdi, ona bir ucu labirintin ağzında bağlanmış sap kələfini 
verdi. Minotavrı öldürməyə gedəndə bu sap kələfdən çözələnirdi. Tesey Minotavr 
üzərində qələbə çaldıqdan sonra həmin sapın izi ilə labirintdən çıxa bildi. Ona görə 
də çətinlikdən çıxmağa kömək edən vasitələri «Ariadna sapı» adlandırırlar.  
Tesey  Ariadnanı  özü  ilə  apardı  və  ona  evlənməyi  vəd  etdi.  Lakin  Naksos 
adasında o, xəyanət edib, Ariadna yatan vaxt onu tərk etdi. Allah Dionis Ariadnaya 
qayğı  göstərib,  onu  özünə  arvad  etdi.  Medeya  əhvalatında  olduğu  kimi,  qaçılmaz 
ölümdən  xilas  etdiyi  Tesey  Ariadnaya  sədaqətsizlik  göstərdi,  onu  aldadıb,  tək 
qoyub qaçdı.  
Ariadnanın  Medeyadan  fərqli  olaraq  cadugərliyi  olmasa  da,  Teseyə  onun 
bəslədiyi  acı  hisslər  bu  xain  adama  baha  başa  gəlməməyə  bilməzdi.  Tesey  Krit 
adasından  qayıtdıqda,  Afinada  olan  atası  Egeylə  şərtləşdiyinə  uyğun  olaraq, 
Minotavr  üzərində  çalınan  qələbənin  əlaməti  kimi  qayığının  üzərində  ağ  yelkən 
qaldırmalı  idi.  Tesey  isə  səhv  edərək,  qara  yelkən  qaldırmışdı.  Egey  oğlunun 
öldüyü barədə səhv bir nəticəyə gəldiyindən, özünü dənizə atıb öldürdü. Buna görə 
də həmin dəniz onun adı ilə Egey dənizi kimi tanınır.  
Tesey  amazonkalara  qarşı  yürüşdən  onların  çariçası  İppolittanı  özü  ilə 
Afinaya gətirmişdi. Bu nikahdan onların İppolit adlı oğlu qaldı. Onun ikinci arvadı, 
Ariadnanın  bacısı  Fedra  İppolitin  ölümünün  baisi  oldu,  analığı  onunla  intim 
yaxınlıq etmək istəmiş, İppolit isə buna razılıq verməmişdi. Hiddətlənən qadın ona 
böhtan  atmışdı.  Ahıl  yaşlarında  Tesey  Afinanı  tərk  etməyə  məcbur  oldu,  Skiros 
adasına çəkildi və orada da öldürüldü.  
Yunan  mifologiyasının  qəhrəmanları  olan  qadınlar  təcavüzə,  xəyanətə  də 
məruz  qalırdılar,  lakin  talelərinə  düşən  bədbəxtliklər  onları  heç  də  bütünlüklə 
sıradan  çıxara  bilmirdi.  Onlarda  həyat  eşqi  güclüydü,  bir  qayda  olaraq  ən  çətin 
anda da bədbinliyə qapılmırdılar, sınaqların ağırlığına baxmayaraq ruhdan düşmür, 
yeni şəraitdə də özlərini təsdiq etməyi bacarırdılar. Ona görə də min illər keçsə də, 
bəşəriyyət  bu  örnək  ola  biləcək  şəxsləri  unutmur,  onların  müsbət  əməlləri, 
fədakarlıq nümunələri, bir ibrət mənbəyi kimi yaşamaqda davam edir. Onlar həm 
də öz məhəbbətlərinə, ehtiraslarına hər şeyi qurban verməyə hazır idilər. 
Mifologiyanın Yunanıstan ərazisində yaşayan əhalinin davranışının əyri yola 
düşməsinə təsir göstərməsini də inkar etmək olmaz. Axı yunan allahları insanlara 
əxlaqi təmizlik barədə heç bir yaxşı nümunə göstərməmişdilər, əksinə, onlar əxlaq 
qaydalarının zəifləməsi yollarına daş döşəmişdilər.  

162 
 
Bəzi ərazilərdə isə adamlar əxlaqın təmizliyinə nail olmağı bir məqsəd kimi 
qəbul etməyi heç lazım da bilmirdilər. Məsələn, Spartada gənc qızlar çılpaq şəkildə 
oğlanlarla  güləşir,  idmanla  birgə  məşğul  olurdular.  Beləliklə,  qızlar  sərbəstliyə 
öyrənirdilər,  həm  də  fiziki  möhkəmlik  qazanırdılar.  Onlar  ərə  getdikdən  sonra  da 
öz  sərbəstliklərini  qoruyub  saxlayırdılar,  əxlaqın  saflığı  boyunduruğuna  tabe 
olmurdulr.  Kişilərlə  cinsi  əlaqəyə  girdikdə  hansısa  süni  məhdudiyyətləri  tanımaq 
istəmirdilər, istənilən kişi ilə yaxınlıq etməkdə özlərini tam azad hiss edirdilər.  
Sparta  qadınları  onunla  öyünürdülər  ki,  bu  sərbəstlik  hesabına  vətənlərinə 
belə cəsarətli və sədaqətli oğullar doğurlar. Axı zəif doğulan və ya xəstə körpənin 
böyüməsinə  və  fiziki  möhkəmliyinə  əminlik  olmadıqda,  ağsaqqalların  qərarı  ilə 
belə uşaqlar həyata lazımınca göz açmamışdan öldürülürdülər.  
Sparta qadınları öz oğlanlarının ölümcül fədakarlıqlarından qürur duyurdular 
və onları döyüşə yola saldıqda, yeganə xeyir-duaları bu olurdu ki, «ya qalxanla, ya 
da  qalxanın  üstündə  qayıt!»  Bu  o  mənanı  verirdi  ki,  ya  düşmən  üzərində  çalınan 
qələbə ilə qayıt, yaxud da qəhrəmancasına həlak olmaq yolunu seç. Spartalı analar 
oğlanlarının  meyidi  döyüş  cəbhəsindən  gətirildikdə  yaranın  arxadan  vurulduğunu 
gördükdə,  cəsədi  qəbul  etməkdən  və  dəfn  etməkdən  imtina  edirdilər.  Çünki  belə 
yara  həlak  olanın  döyüş  cəbhəsindən  qaçmasının  və  biabırçılığının  işarəsi  hesab 
olunurdu.  
Həqiqətən  də  spartalıların  qəhrəmanlıqları  tarixin  səhifəflərini  bəzəyən  ən 
unudulmaz  əhvalatlardır.  Bizim  eradan  əvvəl  480-ci  ildə  Fermopil  keçidində 
Persiya  çarı  Kserksin  200  min  nəfərlik  ordusuna  qarşı  vuruşan  300  spartalı  xeyli 
müddət  düşmənin  yolunu  kəsdi  və  axırda  bir  nəfər  kimi  qəhrəmanlıqla  həlak 
oldular.  
Persiya  sərkərdəsinin  elçisi  onları  döyüşçülərinin  çoxluğu  ilə  qorxutmaq 
üçün  «nizələri  göyə  qaldırsaq,  Günəşin  qabağını  tutarıq»  sözlərinə,  spartalılar 
istehzalı  şəkildə,  özlərinə  məxsus  lakonik  qaydada  cavab  vermişdilər:  «Nə  eybi 
vardır,  kölgədə  də  vuruşarıq».  Onlar  həqiqətən  də  daim  ölüm  kölgəsi  altında 
vuruşdular,  həlak  olsalar  da,  bəşəriyyətə  qorxmazlıq  və  misli  görünməmiş 
qəhramanlıq nümunəsi qoyub getdilər.  
Sparta  döyüşçülərinə  başçılıq  edən  çar  Leonid  yaxşı  demişdi  ki,  təbiət  bizə 
həyat  bəxş  etmişdir,  onu  şərəfli  və  ya  şərəfsiz  yaşamaq  isə  bizdən  asılıdır.  Bu 
ölkənin  qadınları  kişilərdən  fərqli  olaraq  döyüşdə  vuruşmurdular,  lakin  onlar 
dünyaya  belə  igid  insanlar  gətirirdilər.  Spartalıların  qəhrəmanlıqlarından,  heç 
şübhəsiz, onlara da pay düşür. 
 
Bibliya qəhrəmanları 
 
Bibliyada  məşhur  İsrail  çarları  Davidlə  və  onun  oğlu  Solomonla  əlaqədar 
olan  bir  neçə  qadının  davranışları  təsvir  edilir.  Bunlardan  biri  Virsaviya  idi. 
Yerusəlimin  əsasını  qoyan  çar  David  yay  vaxtı  axşam  isti  olduğu  üçün 
sərinləməkdən  ötəri  sarayının  damında  gəzirdi.  Bu  vaxt  qonşuluqdakı  evin 
pəncərəsindən çimən bir qadını çılpaq şəkildə gördü. Bu həmin Virsaviya idi və çar 
ona  vuruldu.  Qadın  çox  gözəl  idi,  David  yanına  gətirdib,  onunla  intim  yaxınlıq 

163 
 
etdi.  Virsaviya  hamilə  olduğundan  agah  olanda  Davidə  xəbər  göndərdi.  Çar  onun 
əri,  mənşəcə  hett  olan  Uriyalnı  sıradan  çıxarmaq  barədə  fikirləşdi,  onu  yanına 
çağırıb, ondan cəbhədə döyüşün necə getdiyini soruşdu. Çar onu yenidən cəbhəyə 
göndərdi  və  göstəriş  verdi  ki,  onu  ön  cərgəyə  qoysunlar.  Bu,  onun  öldürülməsi 
üçün lazım olan bir şərait idi. Uriya bir neçə zabitlə birlikdə həlak oldu.  
Virusaviya  ərinin  həlak  olduğunu  eşitdikdə,  ona  yas  saxladı.  David  qadını 
sarayına gətirtdi və özunun arvadına çevirdi. Virsaviya sonralar məşhur çar olacaq 
Solomonu doğdu və o, David öləndə onun vəsiyyəti əsasında varisi kimi taxt-taca 
yiyələndi.  Beləliklə,  David  başqasının  qanuni  arvadına  sahib  olmaq  üçün,  onun 
ölümünə də bais oldu.  
Davidin  övladları  da  əxlaq  məsələsində  yaxşı  ad-san  sahibi  sayıla 
bilməzdilər. Oğlanlarından biri Amnon özünün anadan ögey bacısı Tamara təcavüz 
etmişdi.  
Solomon  müdrikliyinə  görə  ən  məşhur  çar  oldu,  o,  möhtəşəm  Yerusəlim 
məbədinin  tikintisini  başa  çatdırmışdı.  O,  digər  ölkələrdən  olan  700  prinsessaya 
evlənmişdi,  onun  həmçinin  300  kənizi  var  idi.  Bəlkə  də  bu  şişirtmədir,  axı 
Solomonun  hökmdarlığı  dövründə  bolluq,  yüksək  maddi  rifahın  mövcud  olması 
barədə Bibliyanın iddiası da ingilislər demişkən, “wishful thinking” - arzu olunanı 
həqiqət kimi qələmə verməkdir. Axı Solomonun özünün tarixi şəxsiyyət olmasının 
özü də təsdiqini tapmamışdır.  
Şeba  çariçası  (Quranda  bu  çarıça  Bilkis  kimi,  rus  dilində  isə  «üariüa 
Savskaə» kimi göstərilir) Solomonun şöhrətini eşidib onu görməyə gəlmişdi. Digər 
mənbələrə görə, onlar Yerusəlimdə eşq macəraları yaşadılar və çariça ondan hətta 
oğul  da  dünyaya  gətirmişdi  və  onun  sonralar  Efiopiya  taxt-tacının  sahibi  olduğu 
güman edilir. 
Bibliyanın «Yeni Vəsiyyət» hissəsində isə İisusun, əxlaq pozğunluğuna görə 
bir  qadını  daş-qalaq  olmaqdan  xilas  etdiyi  göstərilir.  O,  Mariya  Maqdalina  adlı 
qadından  yeddi  şeytanı  qovub  çıxarmışdı.  İndi  irəli  sürülən  bir  çox  versiyalara 
görə, yazıçı Den Braun bunu ilk dəfə «Da Vinçi kodu» romanında əsaslandırmağa 
çalışmışdır, İisus Xristos bu qadına evlənmiş, həmin izdivacdan  onların övladları 
da  olmuşdu.  Axı  Mariya  İisusun  sadəcə  tərəfdarı  hesab  edilməməlidir,  təsadüfi 
deyildir  ki,  o,  dəfn  ediləndən  üç  gün  sonra  İisusun  qəbrini  yoxlamağa  gələndə, 
cəsədin orada olmadığını görüb, bunu apostollara çatdırmışdı. Sonra o, yenə qəbrin 
ətrafına  gələndə  İisusun  orada  dayandığını  görmüşdü,  bunu  da  eyni  qaydada 
şagirdlərinə  xəbər  vermişdi.  Bu  hadisələrin  özü  də  müəyyən  suallar  doğurmaya 
bilmir.  
Bibliyada təsvir olunan qadınlar qədim yunan mifologiyasını bəzəyənlərdən 
bir  qədər  fərqlənirlər.  Onlar  ailə  ilə  yanaşı,  vətənə,  doğma  xalqına  dərin  sədaqət 
hissləri bəsləmələri ilə seçilirlər. Axı vətənin ağır günlərində, yəhudilər Babilistan 
əsarətinə məruz qaldıqda ən dəhşətli günləri, hadisələri yaşamaq onların qismətinə 
düşmüşdü.  Bibliyanın  «Şikayətlər»  («Ağı  demək»)  kitabında  b.e.ə.  586-cı  ildə 
Yerusəlimin  viran  qoyulmasından  sonra  xalqın  necə  dəhşətli  günlər  keçirdiyi, 
qadınların  aclıqdan  qida  kimi  istifadə  etmək  üçün  sevimli  övladlarını  qazanda 
qaynatdıqları  təsvir  edilir.  Babilistanlıların  əsarətini  yaşamış  bir  xalqın  qadınları 

164 
 
da, bu dəhşətlərin meydana gəlməsinə laqeyd yanaşa bilməzdilər, onlardan bəziləri 
yadelli  işğılaçılara  qarşı  qızğın  mübarizə  nümunələri  göstərməklə  yanaşı,  öz 
xalqının  mövcudluğuna,  həyatına  təhlükə  yarandıqda  özlərinə  qarşı  olan  ölümcül 
təhlükəyə  də  məhəl  qoymadan  fədakarlıq  göstərir,  cəsarətləri  və  igidlikləri  ilə 
xalqını hətta məhv olmaqdan xilas etməyi bacarırlar.  
Apokrif  (dəqiq  olmayan)  sayılan  Bibliyada  yəhudi  dul  qadın  Yudifin 
qəhərmanlığı barədə maraqlı bir əhvalatdan bəhs edilir. Bu qadın doğma şəhərini 
babilistanlıların hücumundan xilas etmişdi, ona görə də onu İudeya qəhrəmanı və 
yəhudi xalqının qədim zülmkarlarına qarşı mübarizə simvolu kimi qəbul edirlər.  
Babilistan  qoşunları  bu  qadının  doğma  şəhərini  mühasirəyə  aldıqda,  o, 
bəzənib,  düzənib,  düşmənin  düşərgəsinə  yollandı.  Burada  o,  sərkərdə  Olofernin 
diqqətini cəlb etdi. Bu hadisə b.e.ə. 589-cu ildə baş vermişdi. 
Olofern  şəhəri  mühasirəyə  alanda  buraya  içməli  suyun  daxil  olmasının 
qarşısını  kəsmişdi.  Bu  şəhər  əhalisini  tədricən  yaxınlaşan  ölümə  məhkum  edirdi. 
Yəhudilər Oloferni öz allahları ilə qorxutmağa çalışdılar. O, buna məhəl qoymadı, 
çünki çar Nabuhadonosordan başqa heç bir allahı tanımırdı.  
Yudif şəhər ağsaqqallarının köməksizliyini görüb, özü doğma  şəhərini xilas 
etmək istədi. Ona görə də gözəl paltar geyinib, düşmən döyüşçülərinin düşərgəsinə 
gəldi.  Özünü  öncəgörən  bir  qadın  kimi  qələmə  verib  dedi  ki,  onların  hərbi 
rəislərinə şəhəri tutmağın asan yolunu göstərmək istəyir. Sərkərdə Olofern isə artıq 
onun  gözəlliyinə  və  müdrikliyinə  valeh  olmuşdu,  ona  görə  də  Yudifə  düşərgədə 
qalmağa icazə verdi.  
Qadın orada üç gün yaşadı, hər gün dərəyə düşüb, oradakı bulaqda çimirdi. 
Dördüncü gün Olofern ziyafət təşkil edib, Yudifi də bu məclisə dəvət etdi. Qadın o 
qədər onun xoşuna gəlmişdi ki, onunla hökmən intim yaxınlıq etməyə can atırdı. 
Lakin  çox  şərab  içdiyindən  sərxoş  olub  yatdı,  nökərlər  onun  çadırından 
uzaqlaşdıqda, Yudif Olofernin öz qılıncı ilə onun başını kəsdi.  
Sonra Yudif şəhərə qayıdıb, sərkərdənin kəsilmiş başını şəhərlilərə göstərdi, 
axırıncılar  isə  bu  başı  qala  divarından  asdılar.  Olofernin  qətlindən  sonra  onun 
döyüşçüləri qaçmağa üz qoydular və beləliklə, Yudifin şəhəri işğaldan xilas oldu.  
Bundan  sonra  Yudif  bir  dul  qadın  kimi  çoxlu  təkliflər  alsa  da,  bir  daha 
nikaha  girmədi  və  uzun  ömür  yaşadı.  Sadə  bir  qadın  bütün  şəhərlilərin  bacara 
bilmədiyi  bir  işi  görmüşdü,  ona  görə  də  xilaskar  kimi  öz  xalqının  tarixinə  düşdü. 
Böyük italyan rəssamı Corcone bu qadını «Yudif» tablosunda əks etdirmişdir.  
Bibliyanın  digər  bir  qəhrəmanı,  adını  daşıyan  kitabın  da  orada  yer  aldığı 
Ester cəsarəti ilə əslində bütün xalqını məhv olmaqdan xilas etmişdi. Persiya çarı 
Böyük  Kir  yəhudiləri  Babilistan  əsirliyindən  azad  edib,  Yerusəlimi  bərpa  etməyə 
icazə  vermişdi.  Ona  görə  də  yəhudilər  Persiya  çarına  özlərinin  xilaskarı  kimi 
baxırdılar. I Daradan sonra gələn çar I Kserks ölkəni Suzadan idarə edirdi. Burada 
yaşayan  Mordexay  adlı  yəhudinin  Ester  adlı  gözəl,  yaraşıqlı  bədənə  malik  olan 
əmisi  qızı  var  idi.  Valideynləri  öldükdən  sonra  onu  Mordexay  öz  qızı  kimi 
böyütmüşdü.  

165 
 
Çarın  bir  bəyanatı  əsasında  çox  sayda  gənc  qız  Suzaya  gətirildi,  onların 
arasında Ester də var idi. O da çar sarayına aparıldı və ona hərəmxanada yaxşı yer 
verildi. Mordexayın məsləhəti ilə Ester özünün yəhudi olduğunu sirr kimi saxladı.  
Qızlara yaxşı xidmət bir il davam edirdi, ondan sonra onlardan hər biri çar 
Kserksin yanına gətirilirdi, bu qaydaya görə Ester də kənizə çevrilə bilərdi. Bu qızı 
görən  hər  kəs  ona  valeh  olurdu.  Nəhayət,  Ester  çar  sarayına,  Kserksin  yanına 
gətirildi. O, başqa qızlardan daha çox çarın xoşuna gəldi. Kserks çariçaya məxsus 
olan  tacı  onun  başına  qoydu  və  onu  sarayında  çariça  etdi.  Sonra  çar  Esterin 
şərəfinə böyük ziyafət verdi, bütün imperiyada bayram elan etdi.  
Çar Mordexayı da icra vəzifəsinə təyin etdi. Ester isə hələ də özünün yəhudi 
olduğunu bildirmirdi.  
Saraydakı  iki  yevnux-  hərəm  xidmətçisi  çara  düşmənçilik  hissi 
bəslədiklərindən qəsd hazırladılar ki, onu qətlə yetirsinlər. Mordexay bunu öyrənib 
çariça  Esterə  dedi,  o,  isə  öz  növbəsində  Mordexaydan  öyrəndiyini  çara  çatdırdı. 
İstintaq aparıldı və məlumatın doğru olduğu öz təsdiqini tapdı.  
Elə bu vaxtlar çar Kserks Haman adlı bir adamı baş nazir təyin etdi. Hamı 
Hamana  baş  əyir  və  onun  qarşısında  diz  çökürdü.  Mordexay  isə  bu  qaydanı  icra 
etməkdən  imtina  etdi,  bununla  o,  əslində  çarın  göstərişinə  də  məhəl  qoymurdu. 
Bunu  onunla  izah  edirdi  ki,  «mən  yəhudiyəm,  ona  görə  də  Hamana  baş  əyə 
bilmərəm».  Haman  isə  onun  belə  davranışından  çox  qəzəblənmişdi,  yəhudi 
olduğuna görə Mordexayın tək özünü cəzalandırmaq istəmirdi. O, plan cızmışdı ki, 
bütün  Persiya  imperiyasındakı  yəhudilərin  hamısını  öldürtsun.  Yaxın  günlərdə  bu 
qəsd həyata keçirilməli idi. Esterin hesabına kütləvi qırğın qəsdi  baş tutmadığına 
görə yəhudilər bu qəsdin həyata keçirilməsi üçün təyin olunan həmin günü sonralar 
«Purim» bayramı kimi qeyd etməyə başladılar və bu ənənə bu gün də davam edir.  
Haman  çara  dedi  ki,  əgər  Əlahəzrətin  fərmanı  olsa,  onların  hamısını  qətlə 
çatdıraram. Bu qırğından saray xəzinəsinə də çox miqdarda gümüş gələcəkdir. Çar 
öz üzüyü ilə belə bir dekreti möhürlədi və bütün yəhudi xalqını düşməninin quduz 
ixtiyarına  verdi.  Hamana  isə  dedi  ki,  «xalq  da,  onların  pulu  da  səninkidir,  necə 
istəyirsənsə,  eləcə  də  et».  Bəyanat  bütün  vilayətlərə  göndərildi,  bu  sənədə  görə 
yəhudilərin  hamısı  –  cavanlar  və  qocalar,  qadınlar  və  uşaqlar  öldürülməli  idilər. 
Suza  şəhəri  qarışıqlığın  ağuşuna  düşəndə  çar  və  Haman  içki  içməkdən  həzz 
alırdılar. 
Mordexay  bunu  öyrəndikdə,  dərddən  paltarını  cırdı.  O,  bir  saray  hərəm 
xidmətçisi  vasitəsilə  Esterə  hər  şeyi  çatdırdı.  Axı  bütün  yəhudilər  öldürülsə, 
Haman saray xəzinəsinə böyük məbləğdə pul daxil olmasını da vəd etmişdi. Əmisi 
qızından  xahiş  etdi  ki,  çarın  yanına  gedib,  bunları  ona  çatdırsın  və  öz  xalqına 
mərhəmət  göstərməsini  yalvarsın.  Hərəm  xidmətçisi  Mordexayın  xahişini  yerinə 
yetirdi.  Əmisi  oğlu  Esterə    xəbərdarlıq  etmişdi  ki,  sən  çar  sarayında  olsan  da, 
təhlükəsiz  olacağını  düşünmə,  sən  sakit  dayansan,  onda  yəhudilərə  göylərdən 
kömək gələcəkldir. Axı sən çariçasan, xalqının taleyinə laqeyd qalmamalısan.  
Orucun  üçüncü  günü  Ester  öz  çariça  xalatını  geyinib,  sarayın  həyətində 
dayandı. Çarın diqqətini cəlb edəndə, onu otağına çağırtdı. O, içəri keçdi. Çar ona 
«Nə olmuşdur?» sualını verdikdə, onu da əlavə etdi ki, «Sən nə istədiyini mənə de 

166 
 
və sən ona malik olacaqsan. Əgər bu imperiyanın lap yarısı da olsa.» Ester çarı və 
Hamanı özünün hazırladığı axşam ziyafətinə dəvət etdi.  
Haman  həmin  ziyafətdən  çox  yaxşı  əhval-ruhiyyədə  getdi,  lakin  ona  baş 
əyməyən  Mordexayı  sarayın  qapısı  ağzında  görəndə  çox  qəzəbləndi.  Mordexayı 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə