Bəşər səmasına yüksələnlər



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/20
tarix28.04.2017
ölçüsü5,01 Kb.
1   ...   12   13   14   15   16   17   18   19   20
asdırmaq üçün iyirmi iki metr hündürlüyündə dar ağacı qurdurmuşdu.  
Çar isə gecə yata bilmirdi, Mordexayın onu öldürmək üçün düzəldilən qəsdi 
açmasını yadına saldı. Ancaq o, Mordexayı buna görə mükafatlandırmamışdı. 
Haman Mordexayı asmaq barədə xahiş etmək üçün saraya gələndə, çar onu 
yanına çağırdı və bir adamı şərəfləndirmək istədiyini bildirdi. Haman güman etdi 
ki,  bu  adam  elə  onun  özüdür.  Sonra  çar  əlavə  etdi:  «Bax,  gör  çar  şərəfləndirmək 
istədiyi  adamı  necə  mükafatlandırır!»  Bundan  sonra  dedi:  «Tez  get,  xalat  və  at 
gətir,  yəhudi  Mordexayı  şərəfləndirmək  üçün  bu  mükafatları  ona  verək».  Haman 
belə də etdi. Xalatı Mordexaya geyindirdi və axırıncı atın belinə qalxdı.  
Çar və Haman Esterin öz xahişi əsasında ikinci dəfə onun ziyafətinə gəldilər. 
Çar  əvvəlki  alicənab  sözlərini  təkrar  edəndə,  Ester  cavab  verdi  ki,  əgər  Əlahəzrət 
mənim istəyimə görə nəyisə vermək istəyirsə, mənim arzum özümün və xalqımın 
yaşamasıdır. Xalqım və mən qırılmaq üçün satılmışıq. Bu qul olmağa satılmaqdan 
da betərdir. Mən sakit dayanacaq və zəhlənizi tökməyəcəyəm.  
Çar Esterdən soruşdu ki, «Kim belə şeyi etməyə cürət etmişdir? Haradadır o 
adam?»  Ester  cavab  verdi  ki,  «Bizim  düşmən,  bizi  təqib  edən  bu  bəd  adam 
Hamandır!» Bu sözləri eşidəndə Haman dəhşət içərisində çara və çariçaya baxırdı. 
Çar qəzəblənib, otağı tərk etdi. Haman özünü, Esterin hiddətindən uzandığı divanın 
üstünə  atıb,  ondan  mərhəmət  diləyirdi.  Bu  vaxt  qəflətən  otağa  qayıdan  çar  bunu 
görüb qışqırdı: «Bu həmin adamdır ki, elə buradaca,  mənim  gözümün qabağında, 
mənim sarayımda çariçanı zorlamaq istəyir?»  
Hərəm xidmətçiləri Hamanın başını pərdə ilə örtdülər, onlardan biri dedi ki, 
Haman  hətta  öz  evinin  həyətində  dar  ağacı  qurmuşdur  ki,  Sizin  həyatınızı  xilas 
edən  adamı  ondan  asdırsın.  Çar  əmr  etdi  ki,  «Hamanı  oradan  asın!»  Beləliklə, 
Mordexay  üçün  qurdurduğu  dar  ağacından  Hamanın  özü  asıldı.  Yalnız  bundan 
sonra çarın acığı soyudu.  
Çar Ksperks çariça Esterə Hamanın bütün mülkiyyətini verdi. Çarın yanına 
gəlməyə Mordexaya icazə verildi. O, möhür üzüyünü də Mordexaya bağışladı. O, 
çardan  sonra  rütbəcə  ikinci  adama  çevrildi  və  öz  xalqına  daha  səylə  xidmət 
göstərməyə başladı.  
Çarın  göstərişi  ilə  hər  bir  şəhərdə  yəhudilərə  özünü  mühafizə  etmək  üçün 
təşkilatlanmağa  icazə  verildi. Yəhudilər  öz  düşmənlərindən qisas  almaq  imkanına 
malik  oldular.  Kütləvi  qırğından  xilas  olma  gününü  onlar  bayram  kimi  qeyd 
etməyə başladılar və Purim yəhudilərin ən müqəddəs bayramlarından biridir.  
 
Tomris 
 
Tarixin  atası  sayılan  Herodotun  doqquz  cildlik  «Tarix»  kitabında 
massagetlərin  çariçası  Tomirisin  Persiya  çarı  Böyük  Kir  üzərində  tam  qələbə 
çalmasından  bəhs  edilir.  Böyük  Kir  Massaget  çarlığını  ələ  keçirmək  istəyirdi. 

167 
 
Herodot  bu  sahədə  baş  verən  hadisələri  yüz  il  sonra  qələmə  almışdır.  Tomirisin 
şəxsiyyətinin  və  onun  Kir  üzərində  qələbə  çalması  əhvalatı  antik  dünyada  yaxşı 
məlum idi və əfsanəyə çevrilmişdi.  
Herodot məlumat verir ki, Kir Araz çayını keçdikdən sonra (o, çayın Xəzər 
dənizinin  şərq  tərəfində  axdığını  göstərir)  massagetlərin  ərazilərinin  içərilərinə 
doğru bu günə qət edilən məsafədə irəlilədi. O, işğal etdiyi Lidiyanın keçmiş çarı 
Krezin  məsləhəti  ilə  massagetlərə  tələ  qurdu.  Perslər  xeyli  şərab  ehtiyatı  olan 
düşərgəni  tərk  edib,  onu  qorumağa  yararsız  bir  hissə  qoydular,  əsas  qoşunlar  isə 
geri – çaya tərəf çəkildi. Massagetlər düşərgədəki düşmənə qalib gəldikdən sonra, 
oturub  yeyib-içməyə  başladılar,  bol  qidadan  və  şərabdan  məstləşib,  yuxuya 
getdilər.  
Perslər  isə  gəlib  onlardan  bir  hissəsini  öldürüb,  daha  çoxunu  isə  əsir 
götürdülər.  Əsir  götürülənlərin  arasında  çariça  Tomirisin  oğlu,  massagetlərə 
komandanlıq edən Sparqanif də var idi.  
Tomiris  bundan  xəbər  tutduqda  Kirə  məktub  göndərdi:  «Qana  susayan 
Kir,…  mənə  oğlulmu  qaytar  və  hələ  cəzalandırılmamış  bu  ölkədən  çıx  get.  Əgər 
sən  bunu  etməsən,  massagetlərin  hökmranı  olan  Günəşə  and  içirəm  ki,  sənə  qan 
içirdəcəyəm, baxmayaraq ki, sən heç doyan deyilsən».  
Əsir götürülmüş Sparqanif Kiri dilə tutdu ki, onu buxovlardan azad etsinlər, 
bu baş verdikdə isə, o, azad olan kimi özünü öldürdü.  
Tomiris  Kirin  onun  sözünə  məhəl  qoymadığını  görüb,  bütün  qoşunlarını 
toplayıb,  Persiya  ordusu  ilə  döyüşə  girdi.  Persiya  qoşunlarının  çox  hissəsi  elə 
yerindəcə  məhv  edildi.  Kirin  özü  də  həlak  oldu.  Tomiris  onun  başını  insan  qanı 
doldurulmuş  şərab  tuluğuna  soxdu  və  bu  sözləri  söylədi:  «Oğlumu  hiyləgərliklə 
tutub, döyüşdə sənin üzərində qələbə çalan məni diri ola-ola məhv etdin. Mən isə 
sənə məhz hədə göndərdiyim qaydada qan içirdəcəyəm».  
Daim müxtəlif xalqlar, ölkələr üzərində qələbə çalmağı ilə qürur duyan Kir 
həqiqətən  o,  Lidiyanı,  Babilistanı  işğal  etmişdı,  böyük  imperiya  yaratmışdı, 
gözləmədiyi  halda  çariça  olan  bir  qadınını  sərkərdəlik  qabiliyyəti  hesabına  ağır 
məğlubiyyətə düçar olmaqla yanaşı, həm də öz həyatını itirdi. Tomiris isə həm də 
böyük  imperiyanın  məğlubedilməz  qoşunları  üzərində  müqayisəyə  gəlməyən  bir 
qələbə çalmışdı.  
 
Qədim Romada əxlaq məsələsi 
 
Qədim Roma bir vaxtlar əxlaqın möhkəmliyi, təmizliyi ilə öyünürdü, lakin 
respublikanın  artıq  üç  əsrlik  yaşı  olanda  bu  şəhərdə  əxlaq  pozğunluğu  yayılmağa 
başladı.  Bizim  eradan  əvvəl  II  əsrin  məşhur  dövlət  xadimi,  23  il  ərzində  Senatda 
Karfagenin  dağıdılmasına  çağırışlar  edən  Böyük  Katon  belə  xoşagəlməz 
metamorfozanın  baş  verməsində  öz  nümunələri  ilə  vətəndaşlara  mənfi  təsir 
göstərən  mühacir  yunanları  günahlandırırdı.  Yunanlar  Romaya  təkcə  elm, 
ədəbiyyat, incəsənət gətirməmişdilər, bu çox faydalı şeyləri çox zərərli təsirlər də 
müşayiət etmişdi.  

168 
 
Sonralar aşağı əxlaq normaları siasətçilərin, dövlət xadimlərinin də həyatına 
yol açdı. Uyğun olub-olmamasından asılı olmayaraq qız verib, almaqla qohumluq 
əlaqələri  müasir  dildə  deilsə,  siyasi  inhisar  əldə  etməyin  mühüm  vasitəsinə 
çevrildi.  Qay  Yuli  Sezar  arvadı  öldükdə,  özünün  də  daxil  olduğu  triumvuratın 
nüfuzlu  üzvü  Pompeyin  uzaq  qohumu  olan  Pompeyaya  evləndi.  Pompey  də  öz 
növbəsində  Sezarla  ittifaqını  möhkəmləndirmək  üçün  onun  yeganə  övladı  olan 
Yuliyaya evləndi. Cavan qızın əri onun atasından da altı yaş böyük idi.  
Qay  Yuli  Sezar  qadınlar  üçün  olan  bayram  keçiriləndə,  arvadnın  otağına 
qadın  paltarında  bir  kişinin  daxil  olması  barədə  söhbətləri  kəsmək  üçün  Sezarın 
arvadının şübhədən kənar olduğunu bildirmişdi. 
Sezar  b.e.ə.  48-ci  ildəki  Farsal  döyüşündən  sonra,  məğlub  olub  qaçan 
Pompeyin arxasınca, onu tutmaq üçün Misirə gələndə, burada öz azyaşlı qardaşının 
arvadı  hesab  edilən  çar  qızı  gözəl  Kleopatraya  aşiq  olmuş,  onu  ölkəsinin  taxt-
tacının  sahibi  etmişdi.  Onların  məhəbbətinin  nişanəsi  kimi  oğulları  Sezarion 
dünyaya  gəlmiş,  Kleopatranın  özünü  intihar  etməsindən  sonra,  Avqust  öz  keçmiş 
hamisinin yeganə oğlunun öldürülməsinə də razılıq vermişdi.  
Kleopatra Sezarın ölümündən sonra Şərq ərazilərini idarə edən Mark Antoni 
ilə  daha  gur  və  ehtiraslı  eşq  macərası  yaşamışdı.  Onlar  ilk  dəfə  Kleopatra  Kind 
çayı  ilə  Mark  Antoniyə  qonaq  gələndə,  bir-birinə  vurulmuşdular.  Antoni  40-cı 
ildən  Avqustun  bacısı  Oktavianın  əri  olmasına  baxmayaraq,  Misirdə  Kleopatraya 
evləndiyini elan etdi və onların əkiz övladları oldu. 
Kleopatra  Antoniyə  elə  vurulmuşdu  ki,  Misirdə  onun  böyük  nüfuz  sahibi 
olması  üçün  hər  vasitəyə  əl  atırdı.  Bir  dəfə  o,  təklif  etdi  ki,  Nildə  balıq  ovuna 
çıxaq, axı Mark Antoni hələ bu gəzintinin ləzzətini görməmişdi. Antoninin isə bu 
işdə hansısa bir səriştəsi yox idi. Sarayda ciddi hazırlıq görüldü. Antoni öz yaxın 
adamlarına tapşırdı ki, o, qarmağı atanda onlar suyun altında əllərindəki balıqları 
onun  qarmağına  taxsınlar.  Aleksandriya  ətrafnda  Nildə  gəmidə  gəzinti  olduqca 
maraqlı  idi.  Antoni  qarmağını  sudan  çıxaranda,  tutulmuş  balığı  görən  Kleopatra 
çox sevindi, o, Antoninin tutduğu balıqları sevinclə əyanlarına göstərir, onun bütün 
sahələrdə istedadlı olduğunu nümayiş etdirmək istəyirdi.  
Bir neçə gündən sonra Kleopatra sabah yenə balıq ovuna çıxacaqlarını elan 
etdi.  Antoninin  adamları  hazırlıq  gördükdə,  mətbəxin  bir  cavan  xidmətçisi  yaxşı 
qəvvas  olduğunu  əsas  gətirib,  onu  da  gəzintiyə  aparmağı  xahiş  etdi.  Çayda  balıq 
ovu başlananda Antoninin qarmağında duzlu balıq çıxdığını görən bir saray adamı 
bərkdən  gülməyə  başladı.  Mətbəx  xidmətçisi  mətbəxdən  götürdüyü  duzlu 
balıqlardan birini, birinci olaraq Antoninin qarmağına taxıbmış. Misirdə isə duzlu 
balıq  istehsal  etmirdilər,  bu  ərzaq  indiki  Türkiyə  ərazisində  yerləşən  Vifiniyadan 
gətirilirdi.  
Əyanın bərkdən gülüşünü eşidən Kleopatra yaxınlaşıb, tutulan duzlu balığı 
gördükdə çox pərt oldu. Lakin özünü itirməyərək göyərtədə olanların hamısı eşitsin 
deyə ucadan dedi:  
-  Siz  şəhərlər  tutmağa,  ölkələr,  ərazilər  işğal  etməyə  öyrəşmisiniz.  Balıq 
tutmaq sizin yox, bizim kimi öləri adamların işidir.  

169 
 
Kleopatra  müdrikliyi  hesabına  Antonini  biabır  olmaqdan  qurtardı,  həm  də 
saray adamlarına bildirdi ki, özlərini belə böyük adamla müqayisə etməyə cəsarət 
etməsinlər.  
Kleopatra  həm  də  çox  savadlı  və  ağıllı  qadın  idi,  çox  sayda  dil  bilirdi.  O, 
ölkəsinin  həqiqi  vətənpərvəri  idi.  Misirin  müstəqilliyini  qoruyub  saxlamaq  üçün, 
buna  təhlükə  törədən  yadellilərə  bədənini  təslim  etmək  kimi  ləyaqətinə  xələl 
gətirən  əməldən  də  çəkinmirdi.  Ona  görə  də,  yalnız  b.e.ə.  30-cu  ildə  Kleopatra 
özünü intihar etdikdən sonra Misir Roma imperiyasının tabeliyinə keçdi.  
Mark  Antoninin  başı  ehtiras  tufanına  qarışdığından,  imperiyanın  ərazilərini 
sevgilisinə  verilən  hədiyyəyə  çevirirdi.  Axı  möhkəm  eşqə  düşən  hər  şeydən 
məhrum olur, hətta ağlını da itirir. Romanın torpaqlarını hərraca qoyduğuna görə 
Avqust öz triumvirat sirdaşını xəyanətkar adlandırmışdı.  
İmperator  Avqustun  özü  əxlaq  təmizliyi  tərəfdarı  olsa  da,  öz  ailəsində  də 
əxlaqsızlıq hallarının baş verməsindən qaça bilmirdi. Onun qızı Yuliya üç dəfə ərə 
getmiş,  ikinci  əri  Aqritppadan  beş  uşağı,  o  cümlədən  Aqrippina  olmuşdu. 
Axırıncının  qızı  Kiçik  Aqrippina  isə  oğlu  Neronun  atası  Aqenobarb  öldükdən 
sonra  doğma  əmisi,  imperator  Klavdiyə  ərə  getmişdi.  Avqust  qızı  Yuliyanı 
əxlaqsızlığa,  biabırçı  qüsurlarına  görə  sürgünə  göndərmişdi.  Onun  qızı  Kiçik 
Yuliya  da  pozğunluğuna  görə  imperator  babası  tərəfindən  Romadan  sürgün 
edilmişdi.  
Avqust öz qızını cəzalandırmaqla kifayətlənməib, öz əsərləri ilə guya əxlaq 
pozğunluğunu  təbliğ  etdiyinə  görə  şair  Ovidi  Nazonu  da  uzaq  Toma  (indiki 
Rumıniya ərazisindəki Konstansa) şəhərinə sürgün etmişdi.  
Romada  ilk  imperatriça  olan  Liviya  Druzilla  b.e.ə.  38-ci  ildə  ərindən 
boşandı ki, Oktavian Avqustla nikaha girsin. Onun oğlu Tiberii atalığı Avqustdan 
sonra  imperator  olduqda,  ilkin  dövrlərdə  bu  qadın  ictimai  işlərdə  ona  ciddi  təsir 
göstərirdi. Lakin oğlu sonralar dövlətin idarəçiliyinə müdaxilə etməsinə ona imkan 
vermirdi. 
Avqustun  varisləri  olan  imperatorlar  Tiberinin  və  xüsusən  Kaliqulanın 
zinakarlığı  öz  apogeyinə  çatmışdı.  Tiberi  Kapri  adasında  pozğunluq  yuvası 
düzəldib, orada yeniyetmə oğlan uşaqları ilə əylənirdi. Kaliqula dəhşətli əxlaqsızlıq 
nümunələri göstərməklə yanaşı, öz doğma bacısı ilə də intim yaxınlıq edirdi.  
Onlardan  sonrakı  imperator  Klavdi  isə  daha  çox  öz  pozğun  arvadı 
Messalinaya görə «məşhurlaşmışdı». Messalina şəhvət məsələlərində heç bir hədd 
tanımırdı. O, həqiqətən də əsl fahişə idi, bir dəfə başqa bir «kolleqası» ilə yarışıb, 
24  saat  ərzində  25  kişi  ilə  yaxınlıq  etməklə  ona  qalib  gəlmişdi.  Messalina  da 
Avqust ailsinə məxsus idi, onun bacısının qızı idi. İmperator əri sağ ola-ola, yalnız 
qısa müddətə o, Romadan kənarda olanda Qay Sili adlı cavan oğlana ərə getmişdi. 
Paytaxtına  qayıdan  Klavdi  bu  hadisəni  eşidib,  çaşqın  vəziyyətdə  soruşmuşdu  ki, 
«görən o, hələ imperatordurmu?» 
Klavdinin yaxınları Messalinanı qətlə yetirməklə onun bu biabırçılığına son 
qoydular.  Lakin  onun  ailəsindəki  bədbəxtliklər  heç  də  bununla  qurtarmadı.  O, 
yağışdan  çıxıb,  yağmura  düşdü.  Öz  qardaşı  qızı  Aqrippina  dul  olduğuna  görə  elə 
tələ  qurmuşdu  ki,  imperator  ona  evlənsin.  Aqrippina  da  birbaşa  Avqustun 

170 
 
nəslindən  idi.  Onun  kələyi  senatorların  köməyi  ilə  baş  tutdu.  Həmin  vaxta  qədər 
Romada intsest əlaqə şəklində şaquli qaydada yaxın qohumla evlənmək qanundan 
kənar hesab olunurdu. Senatorlar bu qaydanı adi sosial şərtilik kimi qiymətləndirib, 
onu  dəyişməklə  kifayətlənməyib,  imperatora  bildirdilər  ki,  əgər  o,  bu  izdivaca 
razılıq verməsə, onu buna məcbur edəcəklər.  
Nəhayət, Klavdi Aqrippinaya evləndi, indi də onun hələ hiss etmədiyi yeni 
dərdləri meydana gəldi. Aqrippina böyük təsir gücünə yiyələndi, ərinin sağlığında 
avqusta  tituluna  sahib  oldu.  Oğlu  Neronu  imperator  etmək,  Klavdinin  doğma 
oğlunun  varisliyinə  mane  olmaq  üçün  Neronu  imperatorun  qızına  evləndirdi  və 
nəhayət,  sonuncu  əclaflığına  əl  atıb,  Klavdini,  zəhər  qatılmış  göbələyi  ona 
yedirtməklə öldürtdürdü.  
Beləliklə,  17  yaşlı  Neron  Roma  imperatoru  oldu  və  öz  iyrənc  əməllərinə 
başladı. Anası ona təsir göstərmək istəyirdi, öz oğlu ilə intsest yaxınlıq da etmişdi. 
Lakin bir qədər sonra Neron onu boğaza yığan anasından qurtulmaq üçün sui-qəsd 
təşkil  etdi  və  ikinci  cəhddə  onu  aradan  götürə  bildi.  Neron  vaxtilə  anasının  ona 
müəllim tutduğu məşhur filosof Senekanı da özünü öldürməyə məcbur etdi. Filosof 
və arvadı isti vannada uzanıb, venalarını kəsməklə həyatdan getdilər.  
Neron  əxlaq  məsələsində  ən  iyrənc  adam  hesab  oluna  bilərdi,  bir  oğlanla 
evləndiy  kimi,  başqa  birisinə  də  ərə  getmişdi.  Romanın  yandırılması  hadisəsi  də 
onun vicdanının üzərində qalır. 14 il ərzində hökmranlıq etdikdən sonra, 68-ci ildə 
qiyamçılardan  qorxub,  nökərini  onun  özünü  öldürməyə  məcbur  etdi.  Aqrippina 
əslində öz oğlu vasitəsilə Romaya dəhşətli bir bəla gətirmişdi.  
Sonralar  imperatriça  Liviyanın  daha  fərasətli  ardıcılları  meydana  gəldi. 
Yuliya  Domna  imperator  Septimi  Severin  187-ci  ildən  arvadı  olmaqla,  ərinin 
işlərinə  ciddi  təsir  göstərirdi.  Onun  oğlu  Karakalla  atasından  sonra  taxt-taca 
çıxmışdı.  Qəddar  Karakalla  anasının  gözləri  qarşısında  öz  kiçik  qardaşını 
öldürmüşdü.  Bir  qədər  sonra  onun  özü  də  qətlə  yetirildi,  onu  Şərqə  hərbi  yürüş 
edərkən,  yol  qırağında  təbii  ehtiyacını  ödədikdə  öldürmüşdülar.  Yuliya  Domna 
Karakallaya  nifrət  etsə  də,  onun  ölümündən  kədərlənib,  özünü  taqətdən  salırdı. 
Taxt-tac  Karakallanın  mühafizəçilərindən  biri  olan  Makrinin  əlinə  keçdikdə, 
Domna hakimiyyətə yiyələnmək üçün heç bir çıxış yolu görmədiyindən 217-ci ildə 
özünü öldürdü. Hər iki oğlu kimi ana da həyatdan öz əcəli ilə getmədi.  
Onun bacısı Mesa Domna isə fəaliyyətsiz dayanmırdı, nəvəsi Elaqabalı taxt-
taca gətirdi. Bu 14 yaşlı səfeh oğlan imperatora çevrilmişdi. O, pulları ağılsızcasına 
xərcləyir,  orgiyalar  təşkil  edir,  hətta  özü  fahişəliklə  məşğul  olurdu.  Mesa  ona  və 
onun varisi Aleksandr Severə böyük təsir göstərirdi.  
İmperator I Konstanti Xlorun arvadı Yelena 292-ci ildə ondan boşanmışdı. 
Konstanti 306-cı ildə öldükdə, oğlu Konstantin imperator oldu və bu mövqedə 31 
il  ərzində  qaldı.  Gələcəkdə  Bizansın  paytaxtı  olacaq  Konstantinopol  şəhərinin  də 
əsasını  gənc  imperator  qoymuşdu.  Ancaq  Yelena  xristianlığı  qəbul  etdiyindən 
oğluna da həmin dinə keçməyi təlqin edirdi. 312-ci ildə Romadakı Milvia körpüsü 
üzərindəki döyuşdə qazandığı qələbədən sonra, bunun bir əlamət olduğuna inanıb, 
xrisitanlığı  qəbul  etmişdi.  313-cü  ildə  Yelenanın  təsiri  ilə  imperator  xristianlığın 
təqibini dayandırdı və onu imperiyanın dövlət dininə çevirdi.  

171 
 
Yelena 326-cı ildə 78 yaşında zəvvar kimi Yerusəlimə yollandı. O, aclara və 
evsiz-eşiksizlərə köməklik göstərirdi, əslində yeni eranın mücəssəməsinə çevrildi. 
Yerusəlimdə Sahibin qəbrinin yanında olan qa daxil olmaqla, iki kilsə tikdirdi. Bir 
qayda  olaraq  əfsanə  fakta  çevrildikdə,  adamlar  əfsanəni  seçirlər.  Yelena 
müqəddəslər siyahısına daxil edildi. Atlantik okeandakı, Napoleonun altı il ərzində 
sürgün  həyatı  yaşadığı  və  öldüyü  ada  da  Müqəddəs  Yelena  adını  daşıyır.  Yelena 
328-ci ildə 80 yaşında öldü, o, avqusta titulunu daşımışdı.  
 
Bizanslı Teodora və Çin imperatriişası U 
 
Bizansın  məşhur  imperatoru  I  Yustinianın  arvadı  Teodora  gəncliyində 
gözəlliyinə  görə  diqqəti  cəlb  etdiyindən,  aktrisa  olmuşdu.  525-ci  ildə  imperatora 
ərə  getmiş,  iyirmi  il  ərzində  şəxsən  imperatorun,  həmçinin  imperiyanın  siyasi  və 
dini həyatı üzərində böyük təsir gücünə malik olmuşdu.  
532-ci  ildə  Nika  qiyamı  vaxtı  imperatorun  Konstantinopoldan  qaçmasının 
qarşısını almışdı. O vaxtlar Konstantinopolda cıdırda atlı araba yarışı böyük hay-
küylə  keçirilirdi.  Yarışda  azarkeşlrin  bölündüyü  Yaşıllar  və  Mavilər  arasında 
qələbəyə nail olmaq üstündə ciddi rəqabət gedirdi. 532-ci ildə keçirilən bir yarışda 
gözlənilmədən  hər  iki  fraksiya  birləşib,  imperatora  qarşı  çıxış  etməklə  qiyam 
qaldırdılar.  
Qiyam  başladıqda  I  Yustinian  (tarixdə  o,  Yustinian  Kodeksinin  meydana 
gəlməsinin təşəbbüskarı kimi daha böyük şöhrət qazanmışdır) qiyamın miqyasının 
böyüməsindən qorxub, paytaxtdan qaçmaq istədi. Bu vaxt arvadı Teadora qeyri-adi 
cəsarət  nümayiş  etdirib,  onun  bu  fikirdən  yayındıra  bildi.  Teodora  ərinə  dedi  ki, 
mən  qadınlığımla  bircə  dəfə  məni  imperatriça  kimi  salamlamasalar,  belə 
yaşamaqdansa  ölməyi  üstün  tutardım.  Sən  isə  imperatorsan,  taxt-tacı  qoyub  hara 
gedə bilərsən? Bu Yustinianı ürəkləndirdi və o, qiyamı yatırtmağa girişdi. Barbar 
muzdurların köməyi ilə qiyamçılardan 30 min nəfərini öldürtdü. İmperatorun sərt 
tədbirləri  qiyamın  yatırdılması  ilə  nəticələndi  və  bundan  sonra  imperatriça 
Teodoranın nüfuzu daha da artdı.  
Teodopa  gəncliyində  yüngül  əxlaqı  ilə  seçilsə  də,  imperatriça  kimi 
Konstantinopolu  fahişə  qadınlardan  təmizləməyə  başladı.  Bu  məqsədlə  şəhərin 
daha  abad  Avropa  hissəsində  yaşayan  belə  qadınların  hamısını  yığıb,  şəhərin 
Bosfor  boğazının  o  tərəfindəki  Asiya  hissəsində  düzəltdiyi  yeni  yaşayış  tipindəki 
ərazidə  məskunlaşdırdı.  Bu  hərəkəti  ilə  yəqin  ki,  o,  həm  də  özünün  qara  kölgəli 
keçmişi ilə vidalaşmaq istəyirdi.  
U  Çao  Çin  imperatorları  Tay  Tsunqun  (638-649-cu  illərdə  hökmranlıq 
etmişdi)  və  Kao  Tsunqun  kənizi  olmuşdu.  İntriqalar  nəticəsində  özünü  Kao 
Tsunqun  imperatriçası  təyin  etdirmişdi  və  hakimiyyət  uğrunda  olan  mübarizədə 
bütün rəqiblərini məhv etmişdi. Həmin imperatorun üzərində nəzarətə nail olmuş, 
683-cü  ildə  onun  ölümündən  sonra  Çinin  real  hökmdarı  olmuşdu.  Səmərəli 
inzibatçı kimi  Koreyanın işğalını  həyata  keçirmiş,  Kao Tsunqdan olan oğlu Çunq 
Tsunqu taxt-taca yerləşdirmiş və tezliklə onu özünün digər oğlu Cun Tsunqla əvəz 
etmişdi.  

172 
 
U  Çin  tarixində  yeganə  qadın  hökmdar  idi.  Çunq  Tsunqu  saray  printsi  etsə 
də,  hakimiyyəti  səkkiz  il  ərzində  öz  əlində  saxlamışdı.  Nazirlərinin  və 
generallarının məcbur etməsi nəticəsində 705-ci ildə taxt-tacı Çunq Tsunqa vermiş, 
həmin ildə də vəfat etmişdi.  
Hakimiyyət  məsələsində  Çin  ənənələrini  ilk  dəfə  pozan  U  Çao  çox  sayda 
hiyləgər tədbirlərə əl atsa da, özünə qarşı müqaviməti dəf edə bilməmiş, ölkəsində 
tarixi ənənənin sarsılmaz olması barədə bir daha yəqinlik tapmışdı.  
 
Fransanın qəhrəman və saray qadınları. 
İngiltərə kraliçaları 
                                                                   , 
Fransanın  milli  qəhrəmanı  Janna  D  Ark,  onu  həm  də  La  Puselle  d  Orlean, 
başqa sözlə, Orlean qızı adlandırırdılar, 1412-ci ildə Domremi – la Puselldə anadan 
olmuş, on iki yaşı olarkən mələklərdən, yaxud da Allahın özündən səslər eşitdiyinə 
inanmışdı.  Bu  səslər  əvvəlcə  onun  özü  üçün  müqəddəsin  həyatını  yaşamasına 
kömək  etmək üçün  məsləhətlər verirdi, sonralar isə Fransanın bədbəxt günlərində 
Dofinə (gələcək kral VII Karla) kömək göstərməyə istiqamətləndirdi.  
1928-ci  ildə  Janna  başqa  şəhərdəki  hərbi  komendantlığa  gəlib,  nəticədə 
oradakıları  inandırdı  ki,  onu  Dofinin  yanına  aparsınlar.  Səslər  ona  məsləhət 
gördülər  ki,  həmin  il  Orlean  şəhərinin  ingilislər  tərəfindən  həyata  keçirilən 
mühasirəni ləğv etsin, qaldırsın. O, Karlın razılığını ala bildi, kiçik ordu ilə zirehli 
paltarda 4-8 may 1429-cu ildə ingilisləri Orlean ətrafından geri çəkilməyə məcbur 
etdi.  Bu,  bütün  Fransada  vətənpərvərlik  coşğunluğu  yaratdı,  müharibənin 
istiqamətini  də  dəyişdi.  Qorxunun  öhdəsindən  gələn,  ölümə  də  qalib  gələ  bilir. 
Jannanın  cəsarəti  bunu  fransızlara  başa  saldı.  O,  Dofini  də  inandırdı  ki,  Reymsə 
gedib,  orada  kral  tacını  qəbul  etsin.  Bir  çox  münaqişələrdə  iştirak  etdi  və  onların 
əksəriyyəti onun üçün uğurla nəticələnmişdi.  
Janna 1430-cu ildə Kompyendə burqundiyalılar tərəfindən əsir götürüldü və 
altı  gün  sonra  onlar  qızı  ingilislərə  satdılar.  Bu  mömin  və  qəhrəman  qız 
cadugərlikdə və yeretiklikdə (dinsizlikdə) ittiham olundu. Ruan şəhərində keçirilən 
tribunalda uzun müddət ərzində ədalətsiz və təhqiramiz mühakiməyə məruz qaldı. 
Kral VII  Karl xəyanət edib, onun azad  etmək, adi  girov pulunu vermək üçün heç 
nə etmədi.  
Tribunala  sədrlik  edən  yepiskop  Koşon  (fransız  dilində  bu  söz  «donuz» 
deməkdir)  günahsız  qızı  ağır  cəzaya  məhkum  etmək  üçün  hər  cür  vasitələrə  əl 
atırdı.  Kilsənin  haqsız  ittihamlarına  haqq  qazandırmaq  üçün  bir  dəfə  bu  sözləri 
söylədi:  
-  Dəniz  xərçəngi  ayağının  biri  yaralandıqda,hərəkətinə  maneə  törətməməsi 
üçün  özü  dişi  ilə  həmin  ayağını  qırıb  atır.  Biz  də  dinə  dönük  çıxanlarla  belə 
davranırıq.  

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə