Bəşər səmasına yüksələnlər



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/20
tarix28.04.2017
ölçüsü5,01 Kb.
1   ...   12   13   14   15   16   17   18   19   20
Jannaya  ölüm  hökmü  verildi  və  o,  30  may  1431-ci  ildə  19  yaşında  Ruan 
şəhərində tonqalda yandırıldı. İyirmi beş il sonra məhkəmə prosesi təftiş edildikdə 
Jannanın  günahsız  olduğu  bəyan  edildi.  Bu  vaxt  ingilislərin  Fransadan 
qovulmasından  –  Yüzillik  müharibənin  başa  çatmasından  artıq  üç  il  keçmişdi. 

173 
 
1920-ci ildə isə Papa XV Benedikt onu katolik kilsəsinin müqəddəsləri siyahısına 
daxil etdi.  
Yuxarıdakı misaldan göründüyü kimi, qadınların Fransa tarixində, həmçinin 
İngiltərənin  və  İspaniyanın  siyasi  həyatında  necə  böyük  rol  oynadıqları  yaxşı 
məlumdur. 
1474-1504-cü  illərdə  Kastiliya  kraliçası  olan  I  İsabella  1469-cu  ildə 
Araqonlu  II  Ferdinanda  ərə  getmiş,  on  il  sonra  onlar  Kastiliya  və  Araqonu 
birləşdirərək,  birlikdə  hökmranlıq  etmişdilər.  Beləliklə  onlar  mərkəzləşmiş 
İspaniyanın  təməlini  qoymuşdular.  Bu  müdrik  qadın  Xristofor  Kolumbun 
Hindistana  səfər  etmək  barədə  təklifini  bəyənmiş  və  ona  həmin  səyahət  üçün  hər 
cür köməklik göstərmişdi. Amerika qitələrinin kəşfi Kolumbun böyük iradəsinə və 
cəsarətinə borclu olduğu kimi, bu səfərin baş tutmasını uzaqgörənliyi ilə mümkün 
edən kraliça İsabellanın böyük ağlını sübut edən bir əlamət sayılmalıdır. 1504-cü 
ildə İsabella öldükdən sonra Kolumb ağır çətinliklərlə üzləşməli oldu. 
Fransa  kralı  II  Henrinin  kraliçası  olan  Katerina  Mediçini  də  ölkəsindəki 
böyük nüfuz sahiblərinin siyahısına aid etmək olar. O, Florensiya Böyük Hersoqu 
Lorentso de Mediçinin qızı olmaqla, 1533-cü ildə Fransa Dofini ilə nikaha girmiş 
və  onun  əri  1547-ci  ildən  ölkənin  kralı  olmuşdu.  Onun  taleyinə  elə  bil  ki, 
hökmranlar ailəsinin üzvü, özü də böyük nüfuzlu üzvü olmaq yazılmışdı. Əri 1559-
cu ildə öldükdən sonra onun üç oğlu bir-birinin ardınca Fransa kralı olmuş, sonra 
isə  taxt-taca  vaxtilə  qızı  Marqaretin  əri  olmuş,  sonra  yenə  də  1600-cü  ildə 
Mediçilər ailəsindən olan qıza evlənmiş IV Henri çıxmışdı.  
Böyük  oğlu  II  Fransisk  kral  olanda  o,  dövlət    işlərinə  müdaxilə  etməyə 
başlamaqla, özünü yeni rolda təsdiq edə bilmiş və sonralar da, bu xasiyyətinə xilaf 
çıxmamışdı.  Kral  IX  Karl  kiçik  yaşda  olanda,  1560-cı  ildən  başlayaraq  dörd  il 
ərzində onun regenti olmuş və onun hökmranlığının 14 ili ərzində dövlət işlərinə 
praktiki  olaraq  tam  qaydada  nəzarət  etmişdi.  III  Henrinin  krallığının  1589-cu 
ilədək  davam  edən  15  illik  dövründə  Katerina  Mediçinin  təsiri  daha  da 
genişlənmiş,  artmışdı.  Katoliklərlə  protestanların  münaqişəsini  həll  etməyə, 
protestanlara  tolerant  münasibət  bəslənməsinə  çalışsa  da,  yalnız  dini  münaqişələr 
üstündə  gedən  müharibələrə  son  qoymağa  nail  olmuşdu.  Onu  1572-ciil  avqustun 
23-24-də  Müqəddəs  Varfolomey  günündə  huqenotların  (Fransa  protestantlarının) 
qırğınını təşkil etməkdə günahlandırırlar.  
Katerina  Mediçinin  taleyinə  bənzər  bir  taleyi  də  ondan  beş  əsr  əvvəl 
İngiltərə kralı Atelredin kraliçası olan Emma yaşamışdı. O, Normanların hersoqu 
Qorxmaz  Riçardın  qızı  idi,  1002-ci  ildə  Atelredə  ərə  getmişdi.  Əri  1016-cı  ildə 
öldükdən sonra kral Kanyuta ərə getmiş, onun da 1035-ci ildəki ölümündən sonra 
oğlu  Hardikanyutu  taxt-taca  yerləşdirmək  istəmiş,  lakin  ögey  oğlu  Harold  buna 
mane olmuşdu və qadını sürgünə göndərmişdi. Emma Flandriya qrafı V Balduinin 
sarayına  qaçmışdı.  Hardikanyutun  iki  illik  hakimiyyəti  dövründə  xeyli  nüfuza 
yiyələnmişdi.  Atelreddən  olan  digər  oğlu  Tövbə  edən  Eduard  onun  var-dövlətini 
qəsb  edərək,  bunu  qadının  Danimarka  xəttinin  tərəfdarlarına  yaxşı  münasibət 
göstərməsi ilə əsaslandırmışdı.  

174 
 
Fransa kralı IV Henrinin kraliçası Mariya Mediçi 1610-cu ildə əri öldükdən 
sonra taxt-taca çıxan oğlu XIII Lui kiçik yaşda olanda yeddi il ərzində onun regenti 
olmuş, dövləti idarə etmişdi. Əsasən məşuqu Konçino Konçininin məsləhətinə bel 
bağlamışdı. Kral oğlu tərəfindən 1617-ci ildə sürgünə göndərilmişdi. Kralı 1630-cu 
ildə  kardinal  Rişelyeni  vəzifədən  uzaqlaşdırmağa  inandırmaq  sahəsindəki  cəhdi 
uğursuz  olduğundan,  bir  il  sonra  Fransadan  qeybə  çəkilmişdi.  1642-ci  ildə  ölənə 
qədər Rişelye əleyhinə əbəsliyə düçar olan qaydada qəsdlər təşkil etmişdi.  
Kral  XIII  Luinin  arvadı  Anna  Avstriyalı  da  fəallığı  ilə  seçilirdi.  Oğlu  XIV 
Lui kiçik yaşında kral olanda ona regentlik etmiş, əslində hakimiyyətə yiyələnmiş 
kardinal Mazarinin köməkliyi ilə bu vəzifənin öhdəsindən gəlməyi bacarmışdı.  
Kralların özü də əxlaq məsələsində təkcə öz arvadlarına deyil, təbəələrinə də 
mənfi nümunə göstərirdilər. Kral IV Henri çox sayda  məşuqələrindən axırıncısının 
Parisi tərk etdiyini eşitdikdə, çox kədərlənmiş, çaşqınlıqdan öz təhlükəsizliyinə də 
məhəl  qoymadığından,  karetasında  gedərkən  bir  dini  fanatik  tərəfindən  qətlə 
yetirilmişdi.  
Günəş kral – XIV Lui şəhvəti naminə hər cür risqə gedirdi, o, məşuqələrini 
gizli saxlamaq da istəmirdi. Məşuqəsi madam la Valyeridən uzaqlaşdıqdan sonra, 
uzun  müddət  ərzində  madam  Montespanı  əri  ola-ola  özünün  məşuqəsi  kimi 
saxlamış, Versal sarayında ona kraliçanınkından da geniş otaqlar ayırmışdı. Sonra 
o, madam Montespanı da tərk edib, özündən üç yaş böyük olan dul qadın madam 
Mentenonla  yaxınlıq  etmiş,  kraliça  arvadı  öldükdən  sonra,  bu  qadın  dvoryan 
olmadığına görə, onunla gizlincə nikaha girmişdi.  
Hökmranlığı  Fransa  üçün  oduqca  uğursuz  olan  kral  XV  Lui  əxlaq 
pozğunluğuna görə qədim Roma imperatorlarını xatırladırdı. 15 yaşlı kral 1725-ci 
ildə Polşanın keçmiş kralı Stanislav Leşşinskinin qızı, özündən 7 yaş böyük olan 
Mariyaya  evlənmişdi.  12  il  ərzində  gənc  ailə  xoşbəxt  idi,  onların  10  övladı 
olmuşdu. Lakin sonra Lui əsil əxlaq pozğununa çevrildi. Onun ilk məşuqələri dörd 
Nel  bacıları  idi.  Ən  kiçiyi  hersoginya  Şotaru  kralın  tövbəsindən  sonra  da  onun 
yatağına gəlirdi. 
Döyüşdə  yaralananda  ölümün  qorxusundan  Lui  həmin  qızları  şəhərdən 
uzaqlaşdırdı. Bir qədər sonra isə 24 yaşlı, guya ərindən boşanmış Janna-Antuanetta 
Puassonu – madam de Pompaduru özünə məşuqə etmişdi. Bu gözəl qadının hələ 8 
yaşı olanda qarnaçılar demişdilər ki, ona kralın özü vurulacaqdır.  
Madam Pompadur sarayda böyük nüfuza sahib oldu, siyasi işlərlə də məşğul 
olurdu.  Təzə  məşuqəsi  onun  fiziki  tələblərinə  tam  cavab  verə  bilmədiyindən  kral 
Maral  parkında  özünə  hərəmxana  düzəltmişdi  və  oraya  şəhərdən  cavan  kübar 
qızlar gətirilirdi. Bu qızlar uşaq doğurdu, kralın 30 bastardı –haramzada övladı var 
idi.  Sonra  dvoryanlar  böyük  həvəslə  həmin  qızlara  evlənirdilər.  Osmanlı 
sultanlarının  da  hərəmləri  saray  əyanlarına  ərə  verilirdi.  Kral  deyirdi  ki,  «çox 
sayıda kişilər mənim arvadımla yatmağı arzu edir, onlardan heç biri isə çəkdiyim 
siqaretin qalığına məndən sonra yaxın düşmək istəmir.»  
Madam  Pompadur  məşuqə  olması  kəsildikdən  sonra  da  krala  təsirini 
itirməmişdi,  əksinə,  bu  təsir  daha  da  artmışdı.  Qardaşı  vasitəsilə  Parisdə  və 

175 
 
Trianonda  binalar  tikdirir,  yazıçılara,  incəsənət  ustalarına,  Volterə  və 
ensiklopedistlərə himayədarlıq göstərirdi.  
Kralın  başı  zinakarlığa  qarışdığından  dövlət  işləriilə  pis,  həm  də  səriştəsiz 
məşğul  olurdu.  Fransa  Yeddiillik  müharibədə  (1756-1763-cü  illər)  məğlub 
olduğundan, Kanada və Hindistandakı fransız əraziləri İngiltərənin əlinə keçmişdi. 
Bu gün dünyanın ingilis dilində danışması xeyli dərəcədə İngiltərənin bu qələbəsi 
ilə də bağlıdır.  
1764-cü  ildə  madam  Pompadur  43  yaşında  öldü,  onun  cəsədi  Versaldan 
götürülürdü, bu vaxt kral göz yaşları tökürdü. Dörd il sonra kralın az qala yaddan 
çıxmış arvadı Mariya Leşşinskaya da vəfat etdi. Kralın ağır depressiyası başlandı.  
Onu xilas edən yeni məşuqəsi 20 yaşlı madam Dü Barri oldu. Bu vaxt kralın 
özünün  60  yaşı  var  idi.    Elə  həmin  il  öz  oğlu  XVI  Luini  avstriyalı  Mariya- 
Antuanettaya evləndirdi. 
Kral qüsurlar bataqlığında batmışdı.1774-cü ildə ölümündən bir az əvvəl bir 
abbat sarayda kralı acı sözlərlə ifşa etdi, ona dedi ki, o, xalqın rəyinə kor və kardır. 
Bu, elə bil ki, kral üçün ölüm hökmü idi. Bir neçə həftə sonra Lui yatağa düşdü, o, 
çiçək xəstəliyinə tutulmuşdu, üzü də, könlü və ürəyi kimi tam qara rəngdə idi. Bu 
xəstəlik bir xilas yolu, mükafat kimi onu qəbrə apardı. 
Kral  XVI  Lui  ailəsinə  bağlı  adam  olsa  da,  onun  arvadı,  Avstriya 
imperatriçası  Mariya  Terezanın  qızı  Mariya-Antuanetta  öz  məşuquna  malik  idi. 
Onu qınamaq da bir qədər çətindir, axı evləndikləri vaxtdan keçən yeddi il ərzində 
əvvəlcə  prints,  sonra  isə  kral  olan  XVI  Lui  yeddi  il  ərzində  ərlik  funksiyasını 
yerinə yetirə bilməmişdi. Yalnız kraliçanın qardaşı, gələcək imperator İosif Parisə 
gəlib,  kralı  fəsadı  ilə  əlaqədar  cərrahi  əməliyyata  məruz  qalmaq  zərurətinə 
inandırdıqdan  sonra  Luiyə  əslində  sünnət  edilmiş  (cərrahiyyə  əməliyyatını  yazıçı 
Tomas  Mann  da  məhz  belə  adlandırır)  və  bundan  sonra  o,  bir  ər  kimi  yatağında 
kraliça ilə olan utandırıcı fəaliyyətsizliyinə son qoya bilmişdi.  
İngiltərə krallarından VIII Henri çox arvad alması (onun altı arvadı olmuşdu, 
onlardan  ikisini  edama  göndərmişdi)  ilə  fərqlənirdi.  O,  öz  məşuqəsinin  böyük 
bacısı Anna Bolernə vurulduğuna görə ispan kralının qızı olan Katerina Araqonlu 
ilə nikahını pozdu və boşanmağa razılıq verməyən Roma Papasına etiraz nümayişi 
olaraq  katolik  kilsəsi  ilə  əlaqəsini  bütünlüklə  kəsdi.  Özünü  yeni  protestant  dini 
kimi olan anqlikan kilsəsinin başçısı elan etdi. Sonra o, artıq özündən hamilə olan 
Anna  Bolernə  evləndi.  Lakin  bu  nikah  da  ona,  çox  ümid  bəslədiyi  varisi  olacaq 
oğlan  övladı  verə  bilmədi.  Anna  gələcək  kraliça  I  Elizabeti  dünyaya  gətirdi. 
Ümidləri  boşa  çıxan  Henrinin  Annaya  olan  qızğın  münasibəti  soyumağa  başladı, 
ondan  uzaqlaşmaq  üçün  arvadını  zinakarlıqda,  hətta  doğma  qardaşı  ilə  intsest 
yaxınlıqda ittiham edib, onu edam etdirdi. Bundan sonra Henrinin evləndiyi Ceyn 
Seymur ona oğul doğdu, lakin bu hadisədən 12 gün sonra gənc ana öldü. Sonrakı 
arvadlar  da  onu  xoşbəxtlik  bəxş  edə  bilmədilər,  təkcə  onun  sonuncu  arvadı  kral 
ərindən çox yaşadı.  
Onun yeniyetmə yaşında həyatdan gedən kral oğlu VI Eduarddan (o, öləndə 
16  yaşı  var  idi)  sonra,  1553-cü  ildə  taxt-taca  Katerina  Araqonludan  olan  qızı 
Mariya Tüdor gəldi. Mariya, bir il sonra İspaniya taxt-tacının varisi II Filippə ərə 

176 
 
getdi,  anası  tərəfindən  o,  kraliçanın  qohumu  idi.  Taxt-tacda  olmasının  ikinci 
ilindən  sonra  isə  İngiltərədə  protestantizmin  bərqərar  olması  barədəki  qanunları 
ləğv  edib,  Roma  katolitsizmini  yenidən  ölkədə  hakim  mövqeyə  çıxardı.  Bundan 
sonra  protestantların  təqibi  başlandı.  300  nəfərə  qədər  adam  edam  edildi.  Onun 
hökmranlığı dövründə İngiltərənin Fransa ərazisindəki son dayaq nöqtəsi olan Kale 
də itirildi.  
Mariya  Tüdor  bir  dəfə  öz  sarayındakılara  bildirdi  ki,  o,  hamilədir  və  yaxın 
vaxtlarda  uşaq  doğmağı  gözləyir.  Onu  mamaçalar  əhatə  etdi,  sarayda  hamı  iki  ay 
ərzində onun dünyaya övlad, xüsusən vəliəhd gətirəcəyini səbirsizliklə gözləyirdi. 
Lakin  bundan  da  artıq  müddət  ötüb  keçdikdə  özü  etiraf  etdi  ki,  hamilə  deyildir. 
Görünür o, qarnındakı şişi, bətnindəki uşaq hesab edirmiş.  
II Filipp İspaniya taxt-tacına sahib olduğuna görə 1556-cı ildə İngiltərəni və 
kraliça arvadını tərk etdi. Bir qədər sonra 1558-ci ildə «Qanlı Mariya» öldü. Bu adı 
ona «Şəhidlər» kitabını tərtib edən qraf Con Foks vermişdi. Mariyanın hakimiyyəti 
dövründə ölkədən qaçan Foksun dilindən götürülən bu söz geniş yayıldı. İngilislər 
spirtli  içkini  də  belə  adlandırdılar.  Araqla  tomat  şirəsindən  bir-birinə  qarışmamaq 
şərtilə əmələ gələn bu kokteyl qədəhin aşağı yarısındakı şirənin alqırmızı rənginə 
görə “Bloody Mary” – «Qanlı Mariya» adlanır. 
Qanlı  Mariyadan  sonra  taxt-taca  kral  VIII  Henrinin  Anna  Boleyndən  olan 
qızı I Elizabet gəldi. Anası edam edildikdə üç yaşı olan bu qızcığaz əvvəlcə fahişə 
qadının  qızı  kimi  bastard-haramzada  hesab  olunmuşdu.  Mariya  Tüdor 
hakimiyyətdə  olduğu  beş  il  ərzində  isə  o,  daim  öz  həyatına  təhlükə  hesab  edirdi, 
lakin  tale  elə  gətirdi  ki,  böyük  ögey  bacısı  həyatdan  gedəndə  varisi  kimi  onu 
adlandırmışdı. Elizabet taxt-taca 25 yaşında gəlmişdi və hamı onun ərə gedəcəyini, 
sülaləyə  varis  doğacağını  gözləyirdi.  Kraliça  məntiqə  uyğun  gəlmədiyini  nəzərə 
alaraq  öz  təbəəsinə  ərə  getmək  istəmirdi.  Əcnəbiyə  ərə  getsə  isə  ölkəsində  dini 
qarışıqlıq yenidən baş qaldıra bilərdi.  
Ölkəsinin  müstəqilliyini  qorumaq  üçün  o,  ərə  getmədi,  bunu  qəribə  şəkildə 
onunla  izah  etdi  ki,  onun  qəbir  daşı  üzərində  yazılacaqdır  ki,  kraliça  bakirə  kimi 
yaşadı və bakirə kimi də öldü. Lakin onun özünə verdiyi bu ad olduqca şərti idi, 
həqiqətdən  çox  uzaq  idi.  Sadəcə  olaraq  o,  yalnız  ərə  getməmişdi.  Lakin  kraliça 
Robert Dadli – qraf Lester, ondan sonra isə Uolter Reli kimi məşuqlara malik idi.  
Robert  Dadli  özünü  sarayda  çox  sərbəst  aparırdı,  az  qala  bu  məkanı  ətirli 
hərəmxanaya  çevirmişdi.  Yaşlı  kraliça  da,  bu  məsələdə  hədləri  gözləmirdi.  Keşiş 
Edmund Qrindal Elizabetə demişdi: «Madam, unutma ki, sən öləri məxluqsan» və 
xəbərdarlıq etmişdi ki, «Sən nə qədər qüdrətli hökmdar olsan da, ancaq unutma ki, 
göylərdə yaşayan daha qüdrətlidir».  
Dadli  elçilik  edib,  onun  İspaniya  kralına  ərə  getməsini  təşkil  etməyə 
çalışdıqda,  xəyanətinə  görə    kraliça  onu  edam  etmək  istəmədi,  bildirdi  ki,  sağ 
qalmaqla o, daim xəyanətkarın yaxında olduğunu unutmağa imkan verməyəcəkdir. 
Elizabet  Şotlandiya  kraliçası  Mariya  Styuarta  gözəlliyinə  görə  paxıllıq 
edirdi.  Mariyanın  16  yaşı  olanda  Fransa  kralı  II  Henrinin  böyük  oğlu,  xəstə  və 
ağıldan  kəm  II  Fransiskə  ərə  getmişdi.  Mariya  anadan  olandan  vurt-tut  altı  gün 
sonra  Şotlandiya  kralı  olan  atası  Ceyms  Styuart  vəfat  etdiyindən,  ölkəsinin 

177 
 
kraliçası elan edilmişdi, əri isə 1559-60-cı illərdə Fransa taxt-tacına sahib olmuşdu. 
Kral  əri  öldükdən  sonra  Mariya  Şotlandiyaya  qayıtdı.  Bu  dul  qadın  doğma 
ölkəsində ona evlənmək arzusunda olan kübarların qızğın mübahisəsinin qurbanına 
çevrilmişdi. O, 1565-ci ildə ikinci dəfə ərə getməklə lord Darnli ilə ailə qurdu. Bu 
gənc  və  arvad  sifətli  bir  adam  idi.  Mariya  isə  özünü  mütləq  monarx  etməyə 
çalışırdı,  burada  ona  şəxsi  katibi  və  birinci  naziri  olan  italiyalı  Devid  Rittsio 
yaxından  köməklik  edirdi.  Onlar  birlikdə  Darnlinin  taxt-tacın  ona  və  varislərinə 
ömürlük  verilməsi  barədə  tələbini  rədd  etdikdə,  digər  kübarlarla  birləşən  Darnli 
Rittsionu öldürdü.  
Ərə  getdikdən  bir  il  sonra  Mariyanın  oğlu  oldu,  bu  Ceyms  adlı  körpə 
gələcəkdə  təkcə  Şotlandiyanın  deyil,  həm  də  İngiltərənin  kralı  olacaqdı,  öz 
ölkəsində  VI  Ceyms,  İngiltərədə  isə  I  Ceyms  adını  daşıyacaqdı.  Bir  qədər  sonra 
Darnlinin  özünün  meyidi  bağdan  tapıldı.  Darnlinin  qətli  kraliçanın  digər  sevgilisi 
Ceyms  Hepborn  –  qraf  Botuell  tərəfindən  hazırlanmışdı.  Botuell  evli  olmaqla 
yanaşı,  həm  də  gənc  kobud  bir  oğlan  idi.  O,  Mariyanı  çox  sevirdi  və  arvadını 
boşadıqdan  sonra  kraliçanı  götürüb  qaçdı  və  ona  evləndi.  Əsl  məqsədi  isə 
hakimiyyətə  yiyələnmək  idi.  Toy  günü  Mariya  özünü  öldürmək  istəmişdi,  lakin 
bunu etməyə ona imkan verilməmişdi. O, öz oğlu üçün də təhlükə yarandığını dərk 
edirdi.  Botuell  öz  atasının  qətlinin  intiqamını  almaq  üçün  uşağı  böyüməyə 
qoymayacağına and içmişdi.  
Şotlandiya  kübarları  qiyam  qaldırdılar  və  Mariya  Styuartı  əsir  götürdülər. 
Onu məcbur etdilər ki, öz oğlu Ceymsin xeyrinə taxt-tacdan əl çəkdiyini elan etsin. 
Bu vaxt onun ögey qardaşı Murey regent oldu. Əsirliyinin bir ilinə yaxın, 1568-ci 
ilin  mayında  İngiltərəyə  qaçdı,  lakin  bədbəxtlikdən  kraliça  burada  da  yenidən 
düstağa çevrildi və 1587-ci ildə İngiltərədə dövlət çevrilişini hazırlamaq, kraliçanı 
öldürmək üçün olan qəsddə iştirakına görə edam edildi.  
Tarixin istehzasına bax ki, edam olunan Anna Boleynin qızı I Elizabet 45 il 
ərzində İngiltərənin qüdrətli kraliçası oldu, onun ölümündən sonra isə, 16 il əvvəl 
məhz  İngiltərədə  edam  olunan  Mariya  Styuartın  oğlu  I  Ceyms  22  il  ərzində  bu 
ölkədə krallıq etdi.  
 
        Materik Avropasında əxlaq qaydaları. 
        ABŞ Prezidentinin hədyan xanımı 
 
 
Materik Avropasında ilk dəfə mütləqiyyəti devirən Fransa inqilabı təkcə qan 
axıtmaqla,  sonralar  birbaşa  Terrora  keçməklə  yanaşı,  həm  də  tarixə  görkəmli 
şəxsiyyətlər  bəxş  etdi.  Onların  əksəriyyəti  inqilab  fədailəri  olduğundan  inqilabın 
başlıca  vəzifəsinin  həyata  keçməsi  üçün  heç  bir,  hətta  ən  iyrənc  vasitədən  belə 
çəkinmirdilər. Bütün inqilablar “ Məqsəd vasitəyə haqq qazndırır “ prinsipi altında 
irəlilədiyindən  Fransa  inqilabı  da  erkən  nümunə  kimi  bu  xüsusiyyətə  xilaf  çıxa 
bilməzdi. 
     Fransa  inqilabının  ən  görkəmli  iştirakçılarından  biri    madam  Rolan  – 
Rolan  Manon  Janna  de  la  Platyer  idi.  Bu  qadın  1754-cü  ildə  anadan  olmuşdu, 

178 
 
uşaqlıqda  adı  Mari  Janna  Filinon  olmaqla,  sonralar  inqilabın  ən  məşhur  qadın 
xadimlərindən birinə cevrilmişdi. 
   Uşaqlıqda  o,  cox  oxuyurdu,  xüsusən  də  Plutarxın  əsərlərini  sevirdi. 
Sonralar Volterlə maraqlanmağa başladı, Russonun “ Yeni Eloiza ”sını oxudu. O, 
deyirdi  ki,”  Plutarx  məni  respublikaçı  olmağa  hazırladı.  “  Mari  Janna  həm  də 
yazmağa başladı.  
      Jan-Mari Rolanla tanış olub, 1780-ci ildə özündən 20 yaş böyük olan bu 
kişiyə ərə  getdi, lakin heç vaxt onu  sevmədi. Ancaq ərinin  istedadlı  köməkçisinə 
çevrildi.  Sonralar  onun  evini  “  ictimai  rəy  bürosu  “  adlandırırdılar.  Mari  Janna 
1789-cu  il  hərəkatına  vuruldu.  Səmimi  qaydada  inanırdı  ki,  inqilab  dünyanı 
dəyişəcəkdir. O, inqilabı sevdi. 
     İnqilabın  başlanması  ilə  Lionda  yaşayan  Rolan  mətbuatda  parlaq 
məqalələr çap etdirirdi. Onların altında ərinin imzası qoylsa da, həqiqi müəllif Mari 
Jannanın özü idi. 
     İnqilabdan  sonra  Rolan  nazir  oldu,  daim  arvadının  hazırladığı  çıxışları 
Konventdə  səsləndirirdi.  Bu  baxt  həm  də  partiyalar  arasında  mübarizə  başlandı, 
madam  Rolan  adamları  Marata  və  Robespyerə  qarşı  durmağa  sövq  edirdi. 
Jirondistlərin qaniçən  yakobinçilərə  məğlub  olması ilə Rolan cütlüyü ennemis  de 
peuple-yə  -xalq  düşmənlərinə  çevrildilər.  Mari  Janna  ərinə  Parisdən  qaçmaqda 
köməklik  göstərdi,  özü  isə  paytaxtda  qalmaqla  dustaqxanaya  düşdü.  Beş  aylıq 
məhbusluq dövründə “ Qərəzsiz gələcək nəsillərə müraciət “ini yazdı. Burada qeyd 
edirdi ki, “ Səfeh adamla işin olmaqdan pis şey yoxdur, yeganə üsul onu kəndirlə 
bağlamaqdır, çünki digər metodlar faydasızdır. “  
       1793-cü 8 noyabrında madam Rolan inqilabi tribunal qarşısında dayandı 
və  bir  gün  sonra  edam  edildi.  Gilyotina  İnqilab,  indiki  “  Barışıq  “  meydanında 
qurlmuşdu,  edam  gipsdən  olan  “  Azadlıq  “  heykəli  qarşısında  keçirilirdi.  Eşafota 
yaxınlaşan  Mari  Janna  heykələ  tərəf  əyilib  uca  səslə  dedi:  “  Ey  Azadlıq!  Sənin 
adınla gör nə qədər cinayətlər törədilir! “ 
       Onun  əri  də  iki  gün  sonra  həyatla  vidalaşmalı  oldu,  Rolanın  adı  da 
arvadının adının güzgü əksi idi: Jan-Mari. 
      Fransa  inqilabı  çox  şeyi  dəyişkliklərə  məruz  qoydu,  kralların  sülaləsini 
və taxt-taclarini məhv etdi. Lakin yuxarı siniflərin əxlaq məsələsində yaxşı mənada 
hansı  yeniliyə  nail  olması  barədə  elə  bir  ciddi  məlumat  yoxdur.  Əslində  köhnə 
qaydalar təkrarlanmaqda davam  edirdi. İnqilabın məşhur bəhrəsi sayılan  və hərbi 
qələbələri  ilə Fransaya şöhrət gətirən ( əvvəlki krallar isə müharibələrə çox  meyl 
etsələr də, onların çoxunu acı məğlubiyyətlə başa çatdırırdılar ) Napoleonun şəxsi 
həyatı deyilənlərə bariz sübutdur. 
 
 
Mütləqiyyəti  devirən  Fransa  inqilabının  başlanğıcından  on  il  sonra 
hakimiyyətə gələn Napoleon ölkənin idarə  edilməsini yeni relslər üzərinə keçirsə 
də,  qanunları  təkmilləşdirib,  Fransanı  inkişaf  etdirib,  hərbi  qələbələri  ilə  xeyli 
şöhrətləndirsə  də,  bu  ölkənin  yuxarı  təbəqələrinə  məxsus  olan  əxlaq  sahəsindəki 
yazılmamış  qaydaları,  ənənələri  davam  etdirirdi.  Onun  məşuqələrindən  ikisi  ona 

179 
 
oğul  da  doğmuşdu.  Onlardan  biri  Mariya  Valevskaya  vətəni  Polşanın  azad 
olunmasına nail olmaq naminə Napoleonla yaxınlığa razılıq vermişdi.  
Napoleonun  özündən  altı  yaş  böyük  olan  arvadı  Jozefina  da  əxlaq 
məsələsində  sərt  qaydaların  tərəfdarı  kimi  çıxış  etmirdi.  Boşandıqdan  və  əri 
öldükdən  sonra  iki  uşağı  ilə  qalan  bu  dul  qadın  Direktoriyanın  daimi  üzvü  olan 
Barrasa yaxınlaşmışdı. Napoleon yenicə evləndiyi arvadını qoyub İtaliya yürüşünə 
yollananda  Jozefina    vaxtını  boş  keçirməyib,  bir  cavan  oğlanla  eşq  macərası 
yaşamışdı. Misir yürüşü zamanı Napoleon özü bir zabit arvadı ilə yaxınlıq etdiyi 
vaxt, Jozefina da növbəti xəyanətinə yol vermişdi. Napoleon ailə üzvlərinin təkidi 
ilə onu boşamaq istəsə də, sevdiyi qadının yalvarışları və göz yaşları onu nəinki bu 
qərardan çəkindirmiş, hətta daha qızğınlıqla Jozefinanın ağuşuna atmışdı.  
XVIII  əsrdən  başlayaraq  Fransada  bastard  övlad  olmaq  çox  dəbdə  idi.  Axı 
onlar  asanlıqla  var-dövlətə  və  cəmiyyətdə  yaxşı  mövqeyə  yiyələnirdilər.  Lakin 
bastardlar təkcə taxt-taca varisliyə yaramırdılar. Ona görə də Günəş Kralın – XIV 
Luinin  bastard  oğlanları  olduğu  halda,  tacın  nikahdan  kənar  doğulmuş  övlada 
verilməməsi  qaydasına  görə,  1715-ci  ildə  öləndə  sağ  qalan  oğlu  və  nəvəsi 
olmadığından,  kral  taxtına  onun  azyaşlı  nəticəsi  XV  Lui  oturmuşdu  və  səkkiz  il 
ərzində  dövləti  regent  kimi  Orlean  hersoqu  idarə  etmişdi.  Axırıncı  da  eyş-işrətə 
iyrənc meyli ilə seçilmiş, bu xüsusiyyəti onu 1723-cü ildə qəbrə sürükləmişdi.  
XVIII  əsrdə  qonşu  İspaniyada  və  İtaliyada  da  əxlaq  qaydalarına  riayət 
edilməsi  heç  də  yaxşı  vəziyyətdə  deyildi.  İtaliyadan  başlanğıcını  götürən  bir  dəb 
İspaniyada  da  geniş  yayılmışdı.  Bu  dəbə  görə,  ərli  kübar  qadınlar  öz  zümrəsinə 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə