Bəşər səmasına yüksələnlər



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/20
tarix28.04.2017
ölçüsü5,01 Kb.
1   ...   12   13   14   15   16   17   18   19   20
hettlərin ( Bizim eradan əvvəl ikinci minilliyin birinci yarısında Kiçik Asiyada hett 
xalqı  irəli  çıxmışdı.  Onların  imperiyasının  ərazisi  b.  e.  ə  1450-1200-cü  illərdə 
Anatoliyanın  əksər  hissəsini  və  Şimali  Suriyanı  tuturdu.  B.  e.  ə.  1200-cü  illər 
ətrafında qarətçi müdaxiləçilər tərəfindən imperiya məhv edildi.)  qanununa görə, 
qadını  dağlarda,  tənha  yerdə  zorlayana  ölüm  cəzası  verirdilər,  qadın  öz  evində 
zorlandığından şikayət etdikdə isə, heç kəsi cəzalandırmırdılar, onu əsas gətirirdilər 
ki, bu intim yaxınlıq qadının öz razılığı ilə baş vermişdir.  
Servantesin  «Don  Kixot»  əsərində  belə  bir  səhnə  təsvir  edilir.  Sanço  Pansa 
bir  adanı  idarə  edəndə,  qubernator  kimi  mühakimə  apardıqda,  bir  qadın 
malabaxanın ona təcavüz etdiyi barədə şikayətlə müraciət etdi. Qadın əlavə etdi ki, 
iyirmi  il  ərzində  qoruyub  saxladığım  sərvəti  bu  kişi  oğurladı,  mən  isə  bu  sərvəti 
mavrlardan  və  xristianlardan,  özümüzünkülərdən  və  kənardan  gələnlərdən 
qorumuşdum. Kişi isə kasıb adam olduğunu, bu qadına intim yaxınlıq etmək üçün 
pul təklif etdiyini, qadının isə məbləğlə razılaşmayıb məni bura gətirdiyini dedi. Bu 
qadın yalandan zorlandığını deyir.  
Hakim malabaxanı qadına iyirmi dukat pul verməyə məcbur etdi. Qadın pul 
kisəsini  alıb,  tumanının  altında  gizlədib,  məhkəmə  otağından  qaçdı.  Qubernator 
malabaxana göstəriş verdi ki, indi onun arxasınca qaç və pullarını geri al. Sonra isə 
qadını bura gətir. 
Bir  azdan  qadınla  malabaxan  əlbəyaxa  şəkildə  dalaşa-dalaşa  içəri  girdilər. 
Onlar  indi  daha  acıqlı  idilər.  Qadın  pul  kisəsini  qarnına  sıxmışdı,  qışqırırdı  ki,  o, 
pul  kisəsini  məndən  almaq  istəyir.  Mən  bu  pul  kisəsindənsə  həyatımı  verməyə 
hazıram, şir caynaqları da pul kisəsini əlimdən qopara bilməz. 
Qubernator  özu  pul  kisəsini  qadından  alıb,  malabaxana  qaytardı  və  qadına 
dedi:  «Əgər  bədənini  müdafiə  edəndə  pul  kisəsini  qoruyan  vaxt  göstərdiyin  bu 
ruhunun  dəyişkənliyini  və  qorxmazlığının  yarısını  işə  salsaydın,  hətta  Herkules 
belə öz gücü ilə səni zorlaya bilməzdi».  
Əlbəttə, bəzən şərait də qadını ədalətsizcəsinə bu təbiət qanuna tabe olmağa 
məcbur edir. İtalyan yazıçısı Alberto Moraviyanın «Çoçara» romanının qəhrəmanı 
olan  qadın  müharibədə  qızının  ləyaqətini  qoruyub  saxladığı  halda,  savaş  başa 
çatanda  dağ    kəndindən  doğma  şəhərinə  qayıdarkən,  onların  hər  ikisi  Mərakeş 
əsgərləri  tərəfindən  gecələdikləri  boş  kilsə  binasında  qrup  şəklində  zorlanmaya 
məruz qaldı.  
Bu yaxınlarda vəfat etmiş İsa Hüseynov «Tütək səsi» əsərində İkinci dünya 
müharibəsi  dövründə  uzaq  Azərbaycan  kəndində  baş  verən  faciəli  hadisələri 
qələmə  alınmışdır.  Kənddən  cəbhəyə  yollanmış  əsgərlərin  həlak  olması  barədə 

187 
 
«qara kağızlar”ın sayı getdikcə artır. Cümrünün də atası həlak olmuşdur, onun bu 
dərdinin  üstünə  anasının  kolxoz  sədrinin  yaxınlıq  etmək  barədə  onu  təngə 
gətirdiyinə  razılıq  verməsi  xəyanəti  əlavə  olundu.  Bunlara  dözə  bilməyib  o,  dəli 
oldu,  gecə-gündüz  çaldığı  tütəyin  qəmgin  melodiyası  onsuz  da  bədbəxt  həyat 
keçirən  kəndlilərin  hüznlü  sükutunu  pozurdu.  Əslində  Cümrü  də,  anası  da 
müharibənin qurbanları sırasına daxil olmuşdu.  
Qız,  qadın  öz  ismətinin  qayğısına  qalsa,  yəqin  ki,  onların  təcavüz 
adlandırdığı və yuxarıda göstərilən əhvalatlar da nadir hal xarakteri daşıyardı.  
Qadınların  böyük  əksəriyyəti,  milli  xüsusiyyətlər  nəzərə  alınmaq  şərtilə, 
İsmət,  ləyaqət  anlayışlarını  düzgün  dərk  edir,  onun  qorunmasını  vacib  sayırlar. 
Qədim dövrlərdə Milet qadınları naməlum bir xəstəliyə sirayətlənmişdilər, çoxları 
özünü  öldürürdü,  qızlar  hər  cür  nəzarətdən  yayınıb,  özlərini  asırdılar.  Nə 
valideynlərinin yalvarışı və göz yaşları,  nə dostlarının onları bundan yayındırmaq 
cəhdləri, dedikləri nəsihət sözləri heç bir təsir gücünə malik olmurdu. Bu vaxt bir 
müdrik məsləhətə müvafiq olaraq belə qayda qəbul olundu ki, özünü asan qızların 
meyidləri  dəfn  edilməyə  aparılanda  çılpaq  şəkildə  şəhərin  baş  meydanından 
keçirilsin.  Bu,  öz  təsirini  göstərdi  və  qızların  özünü  öldürməsi  bütünlüklə  kəsildi. 
Özünü  intihar  etmək  kimi  ağır  əməldə  tərəddüd  etməyənlər  də  ölümündən  sonra 
onları  gözləyən  biabırçılıq  perspektivini  nəzərə  alıb,  geri  çəkilməyə  məcbur 
oldular. İsməti hər şeydən üstün tutmaq bu əhvalatda bütünlüklə öznü göstərir.  
Bəzən  ağlasığmaz  fədakarlıq  anında  isməti  də  müəyyən  hədlərdə  qurban 
vermək  olar.  Kimisə  xilas  etmək  naminə  bu  xətaya  da  yol  verilə  bilər.  Böyük 
flamand  rəssamı  Paul  Rubensin  Sank-Peterburqun  Ermitajında  nümayiş  etdirilən 
tablosu  «Ataya  sevgi»  adlanır.  Əsərdə  təsvir  edilən  taqətdən  düşmüş,  ordları 
batmış,  ölüm  ayağında  olan  bir  kişi  gənc,  bakirə  qızın  dolğun  döşünü  əmir.  Bu 
qədim bir əhvalatın təsviridir. Vaxtilə böyük qüdrət sahibi olmuş adam düşmənləri 
tərəfindən  zindana  salınır  və  ona  yemək  verilmir,  xeyli  müddətdə  ac  saxlanır. 
Yanına gələn gənc qızı uzun aclıqdan atasının həyatla vidalaşdığını görüb, başqa 
bir  əlac  tapmadığından,  öz  bakirəlik  nişanələrindən  biri  olan  döşünü  onun  ağzına 
verir  və  hansı  möcüzədənsə  əmələ  gələn  döş  südü  ilə  atasının  həyatını  xilas  edir. 
Böyük  ingilis  şairi  Bayron  özünün  «Çayld-Haroldun  zəvvarlığı»  poemasında  bu 
əhvalatı  gözəl  poetik  dildə  təsvir  edir.  Atanı  ölümdən  xilas  etmək  üçün  qızı 
ismətini  qurban  vermək  kimi  bir  hərəkətə  yol  verir,  bu,  bəlkə  də  həmin  vaxt  ən 
fədakar bir iş idi.  
Bütün qadınlara müqəddəslik qiyafəsi geyindirmək də düzgün deyildir. Axı 
heç  kəs  Klitemnestra,  Gertruda,  ledi  Maqbet  haqqında  xoş  söz  demir.  Çünki  iki 
əvvəlki  qadın  təkcə  ərlərinə  xəyanət  etməklə  kifayətlənməyib,  onların  qətlə 
yetirilməsinin də iştirakçıları olmuşdular. Ledi Maqbet isə qan axıtmaqda, ərini bu 
işə sövq etməkdə əsl yırtıcı instinktləri nümayiş etdirirdi. Kim  milyonların qanını 
içən  dəhşətli  vampir  Hitleri  dünyaya  gətirmiş  ana  barədə  onu  lənətlə  yada 
salmaqdan əlavə, hansısa xoş söz deyə bilər.  
Qadınların  hamısını  və  ya  əksəriyyətini  mələk  sifətində  təsvir  etmək  də 
ağılsızlıqdır. Təsadüfi deyildir ki, Roma qisas ilahələri furiyalar (yunanlarda onlar 
eriniyalar  adlanırdı)  kimlərəsə  zərbə  vurmaqla  qəzəblərini  söndürürdülər.  Yunan 

188 
 
ilahəsi  Nemesida  taleyin  təcəssümü  olsa  da,  adamlara  təqsirlərinə  uyğun  olaraq 
cəza verirdi.  
Qadınlar  barədə  Bayronun  dediyi  «Onlarla  və  onlarsız  yaşamaq  mümkün 
deyildir»  sözlər  də  həqiqətə  çox  uyğundur.  Bəzən  arvad  öz  ərini  müxtəlif  ağılsız 
tələblərlə,  qıcıqlandırmalarla  boğaza  yığır.  Axı  hətta  dahi  filosof  Sokratın  arvadı 
Ksantippa  da  dəlisovluğu  və  deyingənliyi  ilə  seçilirdi,  bu  müdrik  insanı  cana 
doydururdu.  L.N.Tolstoyun  arvadı  Sofya  Andreyevna  ərinin  ömrünün  son 
illərində,  qısqanclığından  bu  kişi  ilə  addımbaşı  sözləşirdi.  Axırda  özünü  yeni 
peyğəmbər  hesab  edən  dahi  yazıçı  evindən  qaçmağa  məcbur  oldu  və  bir  neçə 
gündən  sonra  Ryazan  vilayətindəki  Astapovo  dəmir  yolu  stansiyasının  rəisinin 
evində həyatla vidalaşdı. 
Ləyaqətli  qadınlara  isə  hörmət  göstərilməli,  ehtiram  bəslənməlidir.  Əgər 
belə  qadınlar  yetim  uşaqlara,  anadangəlmə  ruhi  və  fiziki  cəhətdən  məhdud 
imkanlılara  qayğı  göstərirlərsə,  onlar  əslində  xeyirxahlıq  mücəssəməsinə 
çevrilirlər.  Belə  qadınlara  paxıllıq,  qısqanclıq  etmək  ədalətsizlikdir.  Axı  sərçə 
qartal  kimi  uca  ənginliklərə  qanad  aça  bilmirsə,  niyə  ona  paxıllıq  etməlidir.  Axı 
təbiət hamını barmağın dərisi kimi müxtəlif cür yaratmışdır. Bu müxtəlifliyə görə, 
daha 
yaxşı  həyata  nəsib  olmamağa  görə  məgər  digər  xoşbəxtlər 
qınanılmalıdırlarmı,  onlara  nifrət  aşılanmalı,  böhtan  yağdırılmalıdırmı?  Biz 
xalqımızın  dəyərli,  yaxşı  nümunə  göstərən  qadınlarına  görə  yalnız  fərəh  hissi 
duymalıyıq.  
Tarix  qalereyasında  seyr  etdiyimiz  qadınlar  da  bir-birlərindən  fərqlənirlər, 
öz  xalqlarının,  ölkələrinin,  hətta  ailələrinin  həyatında  onların  oynadıqları  rol  da 
müxtəlif  idi.  Əlbəttə,  onların  çoxu  qövsi-qüzeh  effekti  yaratmasalar  da,  özünə 
məxsusluqlarına  görə  cazibə  gücünə  malik  olmaqla,  maraq  hissinə  səbəb  olurlar. 
Bu  yaddaş  cədvəlini  vərəqləməklə,  biz  baş  verən  hadisələrə  və  onların 
iştirakçılarına  nəzər  yetirib,  onları  təhlil  etmək,  daha  yaxşı  dərk  etmək  imkanı 
qazanırıq.  İdrak  isə  daim  ölçücə  kiçik  olan  bir  bilik  axınını  da  qəbul  etməyə 
ehtiyac duyur. 
son  
 
 
 
 
Təbiət də gələcək qalibləri himayə edir 
 
(Tarixi hadisələrə belə rakursdan baxış) 
 
  İnsan  təbiətinə  zidd  olan  müharibədə  qazanılan  hansısa  qələbə  elə  bir 
mühüm hadisə hesab olunur ki, bəzən tərifə layiq olmayanları da hörmətə mindirir, 
nüfuz sahibi edir. Hətta kiçik döyüşlərdə əldə edilən qələbələr də iftixar mənbəyinə 
çevrilir,  işğal  iddialarının  daha  da  böyüməsinə  yol  açır.  Bu  mənada  Hitler 
ordularının ilk qələbələrini yada salmaq olar.  Həqiqi qələbələrin kiçiyinin izi  uzun 
müddət ərzində silinmir, böyüklərin əks-sədası isə əsrlərə, minilliklərə keçir. Çünki 

189 
 
silahlı  rəqabətdə  bir  tərəf  məğlub  olmaqla  biabırçılıq  və  aşağılanmaq  qismətinə 
yiyələndiyi  halda,  digəri  qalibiyyətin  şirin  meyvəsini  dadmaqla,  bu  nailiyyətinin 
əhəmiyyətini  şişirtməyə,  onu  az  qala  əlçatmaz  kimi  qələmə  verməyə  çalışır.  Axı 
tarixi  adətən  galiblər  yazır.  Buna  əsaslanaraq  çox  hallarda  qaliblər  haqqında 
əfsanələr,  rəvayətlər  uydurulur.  Tarixin  ironiyası  ondadır  ki,  bəzən  hətta 
qələbəsndən əziyyət çəkən xalqların dilində də fatehlər tərənnüm, sitayiş obyektinə 
çevrilirlər.  Makedoniyalı  Aleksandrı,  Şərqdə  onun  zəbt  eitdiyi  ölkələrin  xalqları 
ilahiləşdirmişdilər,  özünün  real  qəhrəmanlıqları  da  həmin  ərazilərdəki  yerli 
folklorda,  panegirik  ədəbiyyatda  fantastik  ölçülərə  yiyələnmişdi.  Çünki  qələbə 
digər  həzzlər  kimi  parlaq  rəngləri  çox  sevir,  zəfər  özü  haqqında  yaradılan 
nəğmlərdə, şeirlərdə, nağılı xatırladan əhvalatlarda ifadə olunur, məğlubiyyət isə ar 
rəmzi kimi yalnız tutqun rənglərdə sığınacaq tapır.  
 
1.Yalan, müharibənin güclü silahı kimi 
 
Yaxşı deyirlər ki, müharibənin ilk qurbanı həqiqət olur. Vuruşan tərəflər ən 
güclü silah kimi yalandan,saxtakarlıqdan geniş istifadə etməyə başlayır.Axı yalanla 
həm  düşməni,  həm  də  öz  xalqını  aldatmaq  mümkün  olur.  Müharibəni  başlamaq 
üçün də yalan, iftira ən əlverişli vasitəyə çevrilir. Qələbə haqqındakı saxta məlumat 
da  çox  vaxt  öz  işini  görür.  Müharibə  yeni  biliklərə,  yeni  ideyalara,  yeni 
sivilizasiyalara  təkan  versə  də,  bütövllükdə  isə  bütün  tarix  boyu  bədbəxtlik, 
əraziləri viranəyə çevirmək rəmzi sayılmışdır. 
 Heç vaxt tam qələbə sevincini yaşamayanlar, daim öz xalqının təqibə məruz 
qaldığını  iddia  edənlər  də    başqasının  köməyi  ilə  başa  gələn  kiçik  bir  imkandan 
yapışıb özünü qalib kimi qələmə verməyə çalışır. Bunu biz ermənilərin timsalında 
görürük.  Onlar  müvəqqəti  işğal  etdikləri  ərazinin  öz  əcdadlarına  məxsus  olduğu 
barədə  saxta  ideyalar  uydurub  yaymağa  çalışırlar.  Bu  isə  əks  tərəfdə  daha  böyük 
intiqam  hissinin  alovlanmasına  yol  açır.  Bədbəxt  xalq  isə  reallığı  unudub,  öz 
sərsəm  ideoloqlarının  bütünlüklə  saxta  olan  təbliğatını  bir  iftixar  mənbəyi  hesab 
etməklə özünü aldatmaq, tarixi həqiqəti xoşbəxtlik vəd edən şirin yuxuya çevirmək 
kimi  ağılsız  bir  yolu  tutur.  Özünü  aldadan  xalq  və  ya  asanlıqla  aldadılan  xalq 
nəticə  etibarilə,  az  keçməmiş  «sınıq  təknə»  yanında  qaldığını  görür,  onlarda 
yalanla  şişirdilən  «vətən»  məfhumu  da  getdikcə    əhəmiyyətini  itirir,  öz  lunatik 
mürgüləməyinə  son  qoyanlar  bu  iyrənc  təbliğata  artıq  ayağı  ilə  səs  verməklə, 
yaşadıqları, onsuz da vaxtilə başqa xalqa məxsus olan əraziləri tərk edib, bir tikə 
çörək arxasınca dünyanın müxtəlif guşələrinə üz tuturlar. 
   Tarix  həqiqətlərin  güzgüsü  olduğu  kimi,  bu  güzgüdə  ləkəni  xatırladan 
saxta  məqamlar  da  yox  deyildir.  Bu  ləkəni  təmizləyib,  üzə  çıxarmaq  xeyli  vaxt 
aparır, yalan dərin kök saldıqda, bu alaq otunu məhv etmək də çətin bir işə çevrilir. 
Bizim  eradan  əvvəl  XIV  əsrdə,  1300-cü  ilə  yaxın  Misirin  məşhur  faraonu  II 
Ramzes  hettlərlə  Suriyadakı  Oront  çayının  üstündəki  Kadeş  döyüşündə  məğlub 
olduğu  halda,  vətəninə  dönərkən  bunu  böyük  qələbə  kimi  qələmə  verdi,  öz  şəxsi 
igidlikləri barədə isə ağlasığmaz əhvalatlar uydurub yaydı və misirlilərin bir hissəsi 
həqiqətin necə olduğunu bildiyi halda, ümumilikdə xalq bu ağ yalanı həzm etməyə 

190 
 
başladı.  Əhalinin  gözündə  II  Ramzes  əfsanəvi  qəhrəman  qiyafəsinə  büründü. 
Əslində isə hettlərin çarının dayısının komandalığı altında olan ordu döyüşdə qalib 
gəlib,  Ramzesin  qoşunlarını  xeyli  cənuba  qovdu.  Kadeş  ətrafındakı  bütün 
torpaqlqrı hettlər tutdu.  
Təəssüf ki, sonrakı dövrlərdə də belə saxta öyünmə, yalançı iftixar mənbəyi 
yaratmaq  halları  barədə  faktlara  rast  gəlmək  olur.  1812-ci  ilin  sentyabrındakı 
Borodino  döyüşündə  nə  fransızlar,  nə  də  rus  ordusu  həlledici  qələbəyə  nail 
olmasalar  da, hər iki tərəf bunu sonralar öz parlaq zəfəri kimi qələmə verirdi. Bu 
məsələdə ruslar həqiqətdən daha uzaq idilər, məgər qalib gələn ordu geri çəkilib, 
paytaxtı da düşmənə təhvil verərdimi? Özü də döyüşdə ruslar Napoleon ordusuna 
nisbətən daha böyük itki vermişdilər. Qələbəyə iddia edənlər, bəzən ona guya sahib 
olduqları barədəki saxtakarlığa əl atmaqdan da çəkinmirlər.  
   Yaxşı  deyirlər  ki,  qələbənin  yüz  atası  olur,  məğlubiyyət  isə  həmişə 
yetimdir. Bu sözlər əslində Mussolinin faşist hökumətində xarici işlər naziri olmuş, 
kürəkəni  və  1944-cü  ildə  qəsddə  iştirakına  görə  faşistlər  tərəfindən  güllələnən 
Qaleatstso  Çianoya  məxsusdur.  Qələbəyə  hamı  susayır,  ona  can  atır.  Müharibəyə 
başlayanların  hər  biri  yalnız  qələbə  barədə  düşünür,  məğlubiyyətin  baş  verəcəyi 
ehtimalı isə heç nəzərə də alınmır. Zəfər əldə edildikdən sonra isə əzizlənir, şadlıq 
ünvanına çevrilir. Doğrudan da hər iki Dünya müharibəsində qələbə bir və ya bir 
neçə ordunun və ya dövlətin adına yazılsa da, çoxu onun qazanılmasında öz hətta 
olduqca kiçik iştirakını da vurğulayır və qələbəni bölüşmək məqsədində olduğunu 
gizlətmir. Sonralar siyasətçilər, hətta bəzi  tarixçilər də ideologiyanın təsiri altında 
başlıca qaliblərdən birini inkar edib, başqalarının qələbənin çalınmasında iştirakını 
daha vacib saymaqla, saxtakarlıq, həqiqətə, faktlara xəyanətkarlıq yolunu tuturlar. 
Məsələn,  son  illərdə  Sovet  ordusunun  alman  natsizmi  üzərində  qələbəsinə  kölgə 
salmaq meylləri güclənmişdir. Zəfərin müəllifliyi yalnız onun müttəfiqlərinin adına 
yazılmağa başlanmışdır. Əslində isə, sovet xalqı İkinci Dünya müharibəsində daha 
ağır  itkilər  vermiş,  düşmənlə  mübarizədə  kütləvi  qəhrəmanlıq  nümunələri 
göstərmiş və Berlini tutmaqla məhz sovet əsgəri natsizmin rəmzi sayılan Reyxstaq 
üzərinə  qələbə  bayrağını  sancmışdı.  Bütün  Şərqi  Avropa  ölkələrini  də  alman 
işğalçılarından  Sovet  qoşunarı  xilas  etmişdir.  Bunlar  isə  qızğın  döyüşlər,  böyük 
qurbanlar hesabına başa gəlmişdi.  
   Həmin  qələbənin  çalınmasında  Müttəfiqlərin  -  ABŞ  və  İngiltərənin 
mühüm  rol  oynadıqlarını  da  heç  kəs  inkar  edə  bilməz.  Birləşmiş  Ştatlar  Sakit 
Okean  müharibə  teatrında  bütün  ağırlığı  öz  üzərinə  götürüb,  yapon  militarizmini 
diz  çökdürmüşdü.  Bununla  yanaşı,  Birləşmiş  Ştatlar  İkinci  Dünya  müharibəsində 
öz  müttəfiqlərinin  ağır  xərclərinin  xeyli  hissəsini  öz  üzərinə  götürərək,  buna 
nəhəng  miqyasda  –  300  milyard  dollar  məbləğində  pul  xərcləmişdi,  İngiltərə  və 
SSRİ-yə böyük maddi və hərbi yardım göstərmişdi. SSRİ-yə lend-liz qaydasında 9 
milyard dollarlıq yardım göstərilmiş, lakin borc alınan bu məbləğ əslində sonralar 
geri qaytarılmamışdır.  
   İkinci Dünya müharibəsinin ağırlığını çiyinlərində daşımış  xalqlar planeti 
faşizm taunundan xilas etdiklrinə görə böyük ehtirama layiqdirlər və bu məsələdə 
ideoloji  fərqlərin  ziyanlı  təsiriniə  yol  verilməməlidir.  Müttəfiqlərin  hər  biri  faşist 

191 
 
Almaniyasının və yapon militarizminin qeyd-şərtsiz təslim edilməsində mühüm rol 
oynamışlar  və  ümumilikdə  qələbəni  polad  kimi  döyüb  meydana  gətirənlər  layiq 
olduqları minnətdarlıqla yad edilməlidirlər. Burada azacıq səhv və ya ədalətsizlik 
halı, həmçinin mövcudluğuna şübhə edilməyən böyük xidmətin qəsdən azacıq da 
olsa  kiçildilməsi  meyli  yolverilməzdir.  Bütün  nöqsanlarına,  günahsız  insanların 
qan  çayının  axıdılmasındakı  dəhşətlərinə  baxmayaraq  (axı,  hansı  yeni  cəmiyyətin 
doğulub,  meydana  gəlməsi  qansız,  əzabsız  ötüşmüşdür),  Sovet  quruluşunu, 
dünyanı  öz  əsarəti  altına  almaq  istəyən,  50  milyon  insanın  həyatının  qurban 
getməsinin əsas baiskarı olan alman faşizmi ilə bir müstəviyə qoymağın özü böyük 
haqsızlıqdır.  Axı  indi  bəyənilmyən  sovet  ideologiyasında  natsistlərə  xas  olan 
irqçilik,  başqa  xalqlara  nifrət,  düşmənçilik  hissi  aşılamaq  cəhdi  yox  idi.  Alman 
natsizmi  isə  yəhudiləri  yer  üzündən  silmək,  slavyan  xalqlarını  qul  mövcudluğuna 
çevirmək  məqsədlərini  gizlətmirdilər.  Bu  ilin  noyabrının  10-da  75  illiyi  qeyd 
edilən faşist Almaniyasında  1938-ci ildə keçirilən «Billur gecə», yəhudiləri məhv 
etmək  sahəsində  Hitler  siyasətinin  ilk  nümunəsi,  Holokostun  başlanğıc  addımı 
hesab edilə bilər. SSRİ-də isə yəhudilər elm, mədəniyyət, texnologiya və idarəetmə 
sahəsində  mühüm  rol  oynayırdılar,  xırda  istisnalar  nəzərə  alınmasa,  onlara  qarşı 
heç bir ayrı-seçkilyə yol verilməmişdi. 
          
 2. Müharibənin nəticəsnə təsir edən faktorlar 
 
 Müharibənin  son  nətcəsinə,  məğlubiyyətə  xidmət  edən,  ona  köməklik 
göstərən faktorlar saysız-hesabsızdır. Bunlardan biri əks tərəfin iqtisadi imkanlarını 
və  böyük  resurslara  malik  olmasını  düzgün  qiymətləndirməməkdir.  İstər  böyük 
sərkərdə Hannibal, istərsə də çürük məqsədlər güdən Hitler və ya yapon militarist 
hökuməti bunu duymaqda toyuq korluğu nümayiş etdirmişdilər. Təəssüf ki, iyrənc 
məqsədləri  həyata  keçirmək  istəyənlərin  bu  günkü  ardıcılları  da  həmin  xəstəliyə 
sirayətlənməkdən  yayına  bilməmişlər.  Nəticə  etibarilə,  iqtisadi  cəhətdən  daha 
yüksək  qüdrət  çox  asanlıqla  daha  mükəmməl  hərbi  qüdrətə  çevrlir  və  bu, 
müharibənin taleyinin həll olunmasına yol açır. 1868-ci ildəki Meyci inqilabından 
az  sonra  Yaponiya  dünyadan  izolyasiyasına  son  qoymaqla,  Qərbə  yaxınlaşmaqla 
yanaşı həm də militarist inkişaf yolunu tutmuş, qısa müddət ərzində hərbi-dəniz və 
sonralar hərbi hava qüvvələrini böyük inkişaf səviyyəsinə çatdırmış, güclü və yaxşı 
silahlanmış orduya yiyələnmişdi. 1894-5- ci illərdə Çinlə, 1904- 5-ci illərdə Rusiya 
ilə  apardığı  uğurlu  müharibələr,1910-cu  ildə  Koreyanı  özünə  anneksiya  etməsi, 
1931-2- ci illərdə Mancuriyanı işğal etməsi, 1937-ci ildə Çinə bilavasitə müdaxilə 
etməsi  Yaponiyanın  militarist  ambitsiyalarini  daha  da  alovlandırmış,  onu  Sakit 
okean  müharibəsinə  başlamağa  həvəsləndirmişdi.  Lakin  müharibədən  əvvəlki 
onillikdə  Yaponiya  bir  çox  həyati  əhəmiyyəti  olan  mallarla  təchizatda  xeyli 
çətinliklərlə  üzləşirdi,  burada  dəri  qıtlığı  üzündən  siçovulların,  siçanların 
dərisindən də istifadə edilirdi. Axı Yaponiyanıvn feodalizmdən kapitalizm istehsal 
üsuluna keçməsindən də vur-tut altı-yeddi onillik keçmişdi. Vaxtilə kəndlərdə artıq 
ağız kimi qoca valideynlərini tənhalıqda ölümün pəncəsinə atan yaponlar XX əsrin 
30-cu  illərində  də  yaxşı  ərzaq  ratsionuna  malik  olmaları  ilə  öyünə  bilməzdilər. 

192 
 
Belə  olan halda  Birləşmiş  Ştatlar  kimi  böyük  iqtisadi  və  maliyyə  qüdrətinə  malik 
olan bir ölkəni özü ilə müharibəyə girişməyə sövq etmək, Asiyanın ağalığı eşqinə 
düşmək (bu isə əsasən Böyük Britaniya imperiyasının mənafelərinə zidd idi) yalnız 
siyasi  daltonizmdən  xəbər  verirdi.  Yaponların  hava  hücumu  ilə  meydana  gələn 
amerikalıların  Pyorl-Harbor  hərbi  bazasının  1941-ci  il  dekabrın  7-də  darmadağın 
edilməsi  cavabsız  qoyulmaycaqdı  və  Birləşmiş  Ştatlar  bir  gün  sonra  Yaponiyaya 
müharibə elan etdi və İkinci Dünya müharibəsinə vuruşan tərəf kimi cəlb olundu. 
Yaponiyanın  hərbi-dəniz  qüvvələrinin  komandanı  admiral  Yamomoto  öz  baş 
nazirinə  demişdi  ki,  biz  altı  ay  uğurla  vuruşa  bilərik,  sonra  isə  üstünlük 
amerikalılara  keçəcəkdir.  Yamomotonun  “peyğəmbərliyi”  tamamilə  özünü 
doğrultdu.  Heç  il  yarım  keçməmiş  Amerika  müharibədə  üstünlüyə  nail  oldu  və 
nəticədə  Yaponiyanı  1945-ci  il  sentyabrın  2-də  qeyd-şərtsiz  təslim  olmaq  barədə 
aktı imzalamağa məcbur etdi. Həmin ilin avqust ayının 6-da və 9-da amerikanların 
Yaponiyanın  iki  şəhərinə  -  Hirosimaya  və  Naqasakiyə  atdıqları  atom  bombaları 
yapon  militarizmi  üçün  qisas  timsalındakı  ilahi  cəzaya  çevrildi.Vaxtilə  “İlahi 
külək”  Yaponiyanı  xilas  etmişdisə,  Asiyada  və  Sakit  okeanda  ağalıq  xülyası  ilə 
yaşayan yaponlar XX əsrdə ilahi cəzanın ağır bəlasını çəkməli oldular. 
   Müharibənin  gedişinə  və  nəticəsinə  təsir  edən  faktorlar  sırasında  təbiətin, 
stixiyanın  rolunu  da  qeyd  etmək  lazımdır.  Əgər  dənizdəki  qabarma  və  çəkilmə 
Ayın  və  Günəşin  cazibə  qüvvəsinin  təsiri  ilə  baş  verirsə,  niyə  xalqlar  arasındakı 
müharibə  adlanan  problemin  həllində  təbiət  ona  yaraşmayan  laqeyd  seyrçi  rolunu 
oynamalıdır?  Axı  hətta  qədim  dövrlərdə  də    iqlimin  insan  həyatında  mühüm  rol 
oynadığını  başa  düşürdülər.  Böyük  yunan  tarixçisi  Herodot  səkkiz  ay  qışı  olan 
şimalda yaşayan hiperboreylər haqqında yazırdı ki, onların ölkəsində soyuğa dözə 
bilmədiyindən  at  da  saxlamırlar.  Təəssüf  ki,  iki  mindən  də  çox  bir  müddət 
keçdikdən sonra belə, ən cəsur adamlar, böyük kəşflərə girişənlər «tarixin atasının» 
sözaltı xəbərdarlığından nəticə çıxarmayıb, iqlimin sərtliyinə , ehtiyat tədbirlərinə 
məhəl qoymadan özlərini birbaşa təhlükəyə atmaqdan da çəkinməmişlər. 
 
3.Təbiətin müdaxiləsi nəticəsində səyyahın və dənizçinin məcaraları  
    
  1910-cu ilin iyununda ingilis donanma zabiti və tədqiqatçısı Robert Falkon 
Skott  Cənub  qütbünü  kəşf  etmk  üçün  Antarktidaya  özünün  məşhur  olan,  lakin 
bədbəxtliklə  nəticələnən  ekspedisiyasına  yollandı.  O,  səfərə  motorlu  kirşə,  poni 
atları və itlər götürmüşdü. 1911-ci ilin oktyabrında onlar Evans körfəzindən qütbə 
tərəf  yola  düşmüşdülər.  Tezliklə  motorlu  kirşələr  sındı,  soyuğa  dözə 
bilmədiklərindən  poniləri  güllələyib  öldürdülər,  həmçinin  it  komandasını  geri 
göndərdilər. 
Əgər  Skott  Herodotun  «Tarix»  kitabını  xatırlasaydı,  hiperboreylərin 
vətənindən daha sərt iqlimi olan Antarktikaya heç poniləri götürməzdi. Axı ponilər 
atlardan kiçik olmaqla, soyuğa qarşı daha zəif və kövrəkdirlər. 
Onlar qarşılarına çıxan buzluğa özlərinin dartdığı kirşə ilə hərəkət edirdilər. 
Dekabrın son gecəsində yeddi nəfər bazaya geri döndü. Skott başda olmaqla qalan 
beş  nəfər  1912-ci  ilin  17  yanvarında  qütbə  çatdılar.  81  günlük  səfərdən  sonra 

193 
 
taqətdən  düşmüş  bu  adamlara  belə  bir  acı  həqiqət  məlum  oldu  ki,  Norveç  Qütb 
səyyahı və tədqiqatçısı Rual Amundsen onlardan bir ay əvvəl Qütbdə olmuşdur. 
Skottun  qrupu  səfərdən  geri  qaydanda  hava  xüsusilə  pis  idi.  Ərzaq  və 
yanacaq  ehtiyatı  çox  az  idi.  Axırda  onların  möhkəmliyi  və  kömək  barədəki 
ümidləri  də  yoxa  çıxdı.  Sağ  qalan  üç  nəfər  əlavə  10  mil  yolu  qət  etmək  üçün 
mübarizə aparırdı. 29 mart 1912-ci ioldə Skott öz gündəliyində son sözlərini yazdı: 
«Hər gün biz hazır oluruq ki, 11 mil məsafəni başa çatdıraq, lakin çadırın qapısının 
ağzında küləkdən fırlanan qar təpələri səhnəsi yenə də qalmaqda davam edir… Biz 
bunu  dəf  etməliyik,  lakin  son  uzaq  olmayacaqdır.  Heyif  ki,  mən  nəsə  başqa  şeyi 
yazmaq  barədə  düşünmürəm».  Görkəmli  Avstriya  yazıçısı  Stefan  Tsveyq  Robert 
Skottun faciəli günlərini təsirli bədii səhnələrlə təsvir edir. 
Səkkiz  ay  sonra  axtarıcılar  səyyahların  donmuş  bədənlərinin  və  Skottun 
məlumatlarının və gündəliyinin qaldığı çadırı tapdılar. 
Təbiətin  şıltaqlığına  bələd  olmaq  isə  bəzən  böyük  kəşflərin  meydana 
çıxmasına  səbəb  olmuşdur.  Vasko  da  Qama  1498-ci  ildə  Hindistan  səfərindən 
qayıtdıqdan sonra (o, bu ölkəyə Xoş Ümid burnundan keçməklə ilk dəniz yolunu 
açmışdı, ona qədər Qərbi avropalılar Hindistana üzə bilmirdilər) Portuqaliya kralı I 
Manuel 1500-cü ildə  dənizçi Pedru Alvariş Kabralın başçılığı altında Hindistanla 
ticarət  əlaqəsi  yaratmaq  üçün  donanma  göndərdi.  Dənizçilər  Afrikanın  Qvineya 
sahillərində  uzun  müddətli  tam  sakitliyə  (bu  vaxt  külək  olmadığından  yelkənli 
gəmilərin  hərəkəti  tamamilə  dayanırdı)  düşməkdən  qaçmaq  üçün  (qızmar  isti 
altında uzun müddət dayanan gəmi heyətini aclıq və susuzluq gözlədiyindən, bütün 
komanda  məhv  olurdu.  Gəmi  isə  dəniz  quldurlarının  hücumuna  məruz  qalanlar 
kimi  böyük  təhlükə  mənbəyi  hesab  edilən  «uçan  hollandlara»  çevrilə  bilərdi) 
donanma  qərb  tərəfə  istiqamət  götürdü.Dənizdə  üzmək  üçün  küləyin  necə  vacib 
olduğu  qədim  yunan  mifologiyasında  da    göstərilir.  Aqamemnon  Troyaya  üzmək 
üçün  allahlardan  külək  istədiyinə  görə  öz  qızı  İfigeniyanı  da  qurban  vermişdi. 
Sonra  isə  külək  və  okeandakı  cərəyan  Kabralın  donanmasını  Braziliya  sahillərinə 
aparıb çıxardı. Bu 22 aprel 1500-cü ildə baş verdi, ölkənin Portuqaliyaya məxsus 
olduğu elan edildi. Beləliklə, Kabral təbiətin sınağı və ondan qaçmaq yolu ilə, həm 
də  küləyin  və  okean  cərəyanlarının  köməyi  ilə  Cənubi  Amerikanın  bu  böyük 
ölkəsini kəşf etdi və sonralar Braziliya Portuqaliyanın müstəmləkəsi oldu. İndi də 
Braziliya əhalisi portuqal dilində danışır. Kabral sonra səfərini Şərqə doğru davam 
etdirərək,  Xoş  Ümid  burnunda  tufan  nəticəsində  dörd  gəmisini  itirsə  də,  üzüb 
Hindistandakı Kəlküttəyə çatdı. Burada ticarət məntəqəsi yaratdı və Portuqaliyaya 
dörd gəmi ilə döndü.  
Kabralın kəşfi təbiətn müdaxiləsi və köməyi hesabına olduğundan Xristofor 
Kolumbun  və  Fernando  Magellanın  iri  miqyaslı  kəşflərindən  də  bütünlüklə 
fərqlənir. 
 
4.Təbiət böyük sərkərdələri və məğlubedilməz orduları sınağa çəkir           
   
   Müharibəyə girişənlər, onu başlayanlar da təbiətin sirli tərəflərini, iqlimin 
sürprizlərini  nəzərə  almalıdırlar.  Axı,  yaxşı  məlumdur  ki,  müharibəni  başlamaq 

194 
 
asandır, onu başa çatdırmaq isə çox çətindir. Hitler SSRİ-yə müdaxilə etməmişdən 
əvvəl Almaniyanın böyük dövlət xadimi Otto fon Bismarkın Rusiya ilə müharibə 
etməmək  barədəki  ciddi  xəbərdarlığına  məhəl  qoymasa  da,  heç  olmazsa  dahi 
sərkərdə  Napoleonun  Rusiyaya  yürüşünün  fəlakətli  gedişindən  və  sonluğundan 
nəticə  çıxarmalı  idi.  Onun  bu  amneziyası  Avrasiya  xalqlarına  böyük  faciə  bəxş 
etməklə,  həm  də  öz  xalqına  çox  bqaha  başa  gəldi.  Napoleon  üçün  Vaterloodan 
əvvəl  Fontenblonun  olduğu  yada  salınırsa,  onların  bünövrəsi  kimi  Rusiyada 
üzləşdiyi fəlakətin xüsusi yer tutduğu qeyd edilməlidir. Rusiyadan biabırçı surətdə 
Napleonun  qaçması  və  Böyük  Ordunun  həmin  vaxt  demək  olar  ki,  bütünlüklə 
məhvi  Vaterloodakı  onun  son  məğlubiyyətinin  və    şəxsi  faciəsinin  yoluna  daş 
döşəmişdi. 
   Hitler  Napaleondan  sonra,  ondan  heç  də  az  miqdarda  olmayan  qaydada 
Avropanı  lərzəyə  salmışdı,  materikdəki  ölkələrin  çoxunu  işğal  etmiş  və  ya  öz 
nüfuz  dairəsinə  cəlb  etmişdi.  Lakin  Rusiyanın  payız  düşən  kimi  ara  verməyən 
yağışı, sərt qışı və şaxtası digər mühüm amillərlə birlikdə onun məğlubedilməzliyi 
barədəki  mifi  dağıtdı  və  üstəlik,  nəticədə  öz  ölkəsinin  də  üç  il  yarım  sonra 
Müttəfiqlərin işğal ərazilərinə çevrilməsinə yol açdı.  
Bütün  bunlar  onu  göstərir  ki,  təbiət  də  müharibə  adlanan  silahlı  rəqabətin 
hansı  sonluqla  nəticlənməsinə  müəyyən  mərhələdə  öz  təsirini  göstərməklə, 
məğlubların  vəziyyətini  ağırlaşdırmağa  xidmət  etməklə,  qaliblərə  öz  çox  vacib 
olan  himayəsini  əsirgəməyərək,  axırıncıları  bəzən  əvəzi  olmayan  bir  yardımla 
mükafatlandırır. Təbiət öz stixiyasını işə salmaqla, müharibənin gedişinə müəyyən 
düzəlişlər  edir  və  nə  qədər  qəribə  görünsə  də,  bəzən  hücum  edənlərin  qarşısını 
bütünlüklə yaratdığı çətinliklər hesabına kəsir, hətta dönüş nöqtəsinin yaranmasına 
şərait yaradır. Burada hansısa bir qeyri-adiliyi, sirri axtarmaq da düzgün deyildir. 
Axı  insan  özü  də  təbiətin  bir  hissəsidir  və  nə  edirsə  etsin,  özünü  təbiətdən,  onun 
qüvvələrinin təsirindən kənarda saxlaya, ayıra bilməz. 
Bunu  nəzərə  alaraq,  ən  qabiliyyətli  sərkərdələrin  və  ordularının  taleyinə 
təbiətin  etdiyi  düzəlişlər  barədə  bir  qədər  təfsilata  varmaqla  söhbət  aparmaq 
ehtiyacı  yaranır.  Bəlkə  də  elə  bir  sərkərdə  və  ya  ordu  yoxdur  ki,  onlar  təbii 
çətinliklərdən, onların yaratdıqları maneələrdən gileylənməsin. Onlar döyüşdə hər 
cür  ağıl  və  fəaliyyət  igidliyi  göstərə  bilərlər.  Lakin  ən  böyük  ağıl  da,  ən  nadir 
qəhrəmanlıq da təbiətlə mübarizədə çox hallarda öz zəifliyinin şahidi olur.  
                     
                      Böyük Aleksandr 
   
Dünyanın və  tarixin ən  böyük sərkərdəsi  kimi  tanınan,  bircə  dəfə  də  olsun 
məğlubiyyətin  nə  olduğunu  bilməyən  Makedoniyalı  Aleksandr  işğalları  hesabına 
öz  böyük  imperiyasını  yaratsa  da,  təbii  şəraiti  nəzərə  almayanda,  bunun  yaratdığı 
ağır  sınaqla  üzləşməli  oldu.  Aleksandrın  Hindistan  yürüşündə  əvvəllər  heç  vaxt 
rastlaşmadığı  bir  hadisə  onun  sonrakı  planlarını,  yürüşü  davam  etdirmək  cəhdini 
pozdu. Axı Aleksandr o vaxtlar məlum olan dünyanın sonuna, indiki Yaponiyaya 
çatmağı  planlaşdırırdı.  Makedoniya  qoşunları  qiyam  qaldırıb,  vuruşmağı  davam 
etdirməkdən  imtina  etdilər  və  vətənlərinə  qayıtmaqlarını  tələb  etdilər.  On  ilin 

195 
 
vuruşları  itkilərlə  yanaşı,  əzabları  ilə  döüşçüləri  cana  doydurmuşdu  və  onlar  öz 
çarlarına tabe olmağa da son qoymağı qərara almışdılar. Aleksandr döyüşçülrinin 
iradəsini  qırmagın  mümkün  olmadığını  görüb,  geri,  Babilə  qayıtmağı  qərara  aldı. 
Lakin geri dönmə yolu da düzgün seçilməmişdi, şimaldan keçən daha əlverişli yol 
əvəzinə  cənub  istiqamətində  hərəkət  etmək  qərara  alınmışdı,  bu  isə  olduqca 
təhlükəli bir marşrut idi, Gedrosiya səhrasından keçirdi. 
 Makedoniyalılar  Gedrosiyaya  gəlib  çatanda,  orada  böyük  çətinliklərlə 
üzləşməli oldular. Kiçik qruplar yol olmasa da, dəniz sahili ilə irəliləyə bilirdilər, 
böyük ordu üçün içə bu mümkün deyildi. Dəhşətli isti, gözlənilən aclıq və susuzluq 
döyüşçülərə tam ağır sınaq vəd edirdi. Elə bil ki, digər mühüm cəhətlər də yaddan 
çıxarılmışdı.  Logistika  (  maddi-  texniki  təchizat,  o  vaxtlarda  əsasən  ordunun 
ərzaqla  və  atların  ayaqaltı  otla  təmin  olunması)  müharibənin  qan  damarı  hesab 
olunur.  Aleksandr yürüşləri vaxtı daim logistikaya  böyük əhəmiyyət verirdi. Orta 
Asiya  ərazilərinə  keçmək  üçün  bu  məqsədlə  Xəzər  dənizinin  cənubundakı  bol 
ərzağı olan Qirkaniyanı seçmişdi. Babilə geri qayıdan vaxt isə Aleksandr  elə bil 
ki,  bu  mühüm  məsələni  yaddan  çıxarmışdı.  Yol  təkcə  aclıq  deyil,həm  də  qum 
təpələrini  əvəz  edən  öz  şoranlıqları  ilə  bir  kədər,  qüssə  bəxş  edirdi.  Bütün  bunlar 
isə nəhayətsiz ölüm dənizinə bənzəyirdi. Çayların məcraları və vahələr bir-birindən 
uzaqda idi, rəhmsiz  günəşin istisindən qorxuya görə yalnız  gecələr hərəkət etmək 
olurdu.  Döyüşçülər  büdrəyə-büdrəyə  günəşdən  bərkimiş  torpağın  üstü  ilə  və 
nəhayətsiz  qumluqlardan  keçməklə  dolaşırdılar.  Onlar  tələsirdilər  ki,  Günəş  hələ 
çıxmamış hansısa su tapa biləcəkləri bir yerə çatsınlar. Lakin bunu əldə etmək də 
həmişə  mümkün  olmurdu.  Çox  vaxt  tapılan  su  da  ya  şor,  ya  da  acı  olurdu. 
Döyüşçülər  xəstələnirdilər.  Zəhərli  bitkilər  və  ilan  sancmaları  bədbəxtlikləri  daha 
da  artırırdı.  Arabalar  qumda  batır,  yük  atlarının  nəfəsləri  kəsilirdi  və  onları 
öldürməkdən savayı bir çarə qalmırdı.  
   Dəstənin arxasında  gedənlər, bir qayda olaraq, ölümə məhkum olurdular, 
onları gəmidən dənizə atılan adamların taleyi gözləyirdi. Qum səhrası, əslində qum 
dənizi özlüyündə heç də adəti dənizdən az qəddar deyildi.  
   Bir  dəfə  məlum  oldu  ki,  onlar  yolu  itirmişlər  və  qoşun  qum  təpələrinin 
arasında  azdı.  Başqa  bir  vaxt  isə  su  onlarla  məkrli  zarafat  etməyini  də  işə  saldı. 
Döyüşçülər kiçik çay axan bir vadidə düşərgə salmışdılar. Gözlənilmədən, görünür 
şimal tərəfdəki dağlarda yağan yağışdan yaranan sel bu kiçik çayı coşğun, qəzəbli 
axına  çevirdi  və  vadini  basdı.  Su  qab-qacağı  və  silahı  aparırdı.  Kim  üzüb  çıxa 
bilirdisə,  ancaq  heç  nəyi  xilas  edə  bilmirdi.  Atlar  və  arabalar  sıradan  çıxdı.  Bu 
bədbəxtlik  hesabına  döyüşçülərin  də  sayı  xeyli  azaldı.  Bütün  məşəqqətlərə 
baxmayaraq,  Aleksandrı  müşayiət  edən  alimlər  öz  müşahidələrini  aparmaqda  və 
qələmə almaqda davam edirdilər. Həqiqi elm adamları heç vaxt bekar dayanmırlar, 
ən çətin anlarda belə öz işlərindən uzaqlaşmırlar. Finikiyadan olan tacirlər isə səhra 
bitkilərindən  ətirli  maddələr    əldə  edib,  fürsət  düşən  kimi  onları  ticarət  yolları 
keçən şimala göndərirdilər.  
    Aleksandr  əvvəlcə  dəniz  sahili  ilə  əlaqə  saxlamağa  cəhd  etdi.  Bir  həftə 
ərzində  o,  sahil  boyu  ilə  irəlilədi.  Bir  dəfə  çar  ölkənin  içərilərində  taxıl  ehtiyatı 
olduğunu  üzə  çıxardı  və  onu  sahildəki  anbarlara  daşımağı  əmr  etdi.  Lakin  aclıq 

196 
 
çəkən  döyüşçülər  anbarın  qapısındakı  möhürü  qoparıb,  bu  ərzağın  istehlakına 
girişdilər. Aleksandr əsgərlərinin bu xətasına əhəmiyyət də vermədi.  
Aclıq  və  çətinliklər  donanmaya  (qoşunların  bir  hissəsi  Nearxın  başçılığı 
altında Babilə dəniz yolu ilə qayıdırdılar) ərzaqla kömək göstərmək kimi vacib bir 
məsələni  də  yaddan  çıxartdırmışdı.  Dünyanı  fəth  edən  ordu  artıq  heç  bir  fayda 
vermirdi.  
Aleksandr  bu  son  yürüşün  bütün  çətinliklərini  döyüşdə  olduğu  kimi, 
əsgərləri ilə bölüşürdü, gücü çatan hədlərdə onların ruhunu yüksəltməyə çalışırdı. 
Rəvayətə  görə,  bir  dəfə  ona  verilən  suyun  hamıya  çatmayacağını  bildiyinə  görə, 
onu qumun üstünə tökmüşdü.  
Döyüşçülər  iki  ay  ərzində  bu  əzablı  cəhənnəmdən  keçdilər  və  nəhayət, 
onların  əziyyətləri  başa  çatdı.  Sağ  qalan  əsgərlər  Gedrosiyanın  varlı,  münbit 
torpağında  yerləşən  paytaxtına  gəlib  çatdıqda,  burada  istirahət  etdilər.  Döyüş 
bacarığını  saxlayan  qoşunların  çox  hissəsi,  deyilənlərə  görə,  dörddə  üçü  məhv 
olmuşdu.  Aleksandr  heç  bir  döyüşdə  belə  ağır  itki  verməmişdi.  Təbiət  bu  dahi 
sərkərdəni  sınağa  çəkəndə,  o  da  öz  gücsüzlüyünün  şahidi  oldu.  Qızmar  günəş  və 
qumlu  səhra  Aleksandra  o  vaxtkı  dünyanın  ən  böyük  imperiyası  olan  Persiyanın 
qoşunlarından da daha güclü olduğunu nümayiş etdirmişdi.  
Bizim  eradan  əvvəl  325-ci  ilin  noyabrında  qoşunlar  heç  bir  müqavimətlə 
üzləşmədən Qərbə doğru hərəkətini davam etdirirdi. Ordu artıq özünün işğal etdii 
Persiya  torpaqlarına  qədəm  qoymuşdu.  Dənizlə  geri  dönənlər  üçün  də  aclıq  və 
susuczluq ən dəhşətli problem olaraq qalmışdı. Donanmanın və dostlarının salamat 
qaldıqlarını  eşidən  Aleksandr  bunu  özü  üçün  taleyin  hədiyyəsi  kimi 
qiymətləndirmişdi  və  bu  xəbər  onu  bütün  Asiyaya  hökmran  olmaqdan  daha  çox 
sevindirmişdi.  Ağır  sınaqdan  xilas  olunma  hətta  böyük  sərkərdəyə  də  öz 
qələbələrindən daha qiymətli görünmüşdü.  
   Hindistan  yürüşündə  Aleksandr  üçün  iki  böyük  uğursuzluqlardan  biri, 
könülsüz  geri  dönmə  ilə  yanaşı  Gedrosiya  səhrasındakı  fəlakət  idi.  Perslərlə 
müharibə  aparanda  Aleksandr  arası  kəsilməyən  qələbələr  çalırdı,  belə  ki,  hətta 
mümkün  omlayanı  da  həyata  keçirməyə  cəhd  edəndə  də,  nə  qədər  olmasa  da,  bu 
vaxt  öz  arzularının  real  çərçivələrində  qalırdı.  Lakin  Hindistanda  döyüşçüləri 
tropik  leysan  yağışı  altında  hərəkət  etməyə  məcbur  etmək  və  Gedrosiya 
səhrasından keçməklə geri qayıtmaq coğrafi və iqlim imkanlarına zidd idi və hətta 
Aleksandr kimi bir adamın özü üçün də bu, olduqca çətin bir işə çevrildi. Əgər çar 
öz  qoşunlarına  tropik  leysanı  vaxtı  istirahət  etmək  imkanı  versəydi,  payızda  ordu 
çətinlik  çəkmədən  şərqə  tərəf  hərəkət  edə  bilərdi  və  Aleksandr  öz  böyük 
məqsədinə  çatmaq  şansından  vaz  keçməzdi.  Geri  dönmə  ərəfəsində  isə 
Gedrosiyaya  kəşfiyyatçılar  göndərsəydi,  ordunu  başqa,  nisbətən  asan  və  əlverişli 
yolla apara bilərdi.  
   Hindistan  yürüşü  vaxtı  Aleksandr  artıq  ağıllı  hərəkət  etmək  sərhədini 
keçmişdi.  Əvvəlki  dövrlərdə  uğurlar  çarın  şəxsiyyətinin  parlaqlığından  irəli 
gəlmişdisə,  bu  vaxt  onun  davranışı  daha  çox  ağılsız  qumar  oyununu  xatırladırdı. 
Onun  iradəsi  dəyişilməz  qalsa  da,  inadkarlığı  onu  həmin  qumar  oyununu  davam 
etdirməyə  məcbur  edirdi.  Əgər  digər  bir  diqqətli,  qayğıkeş  Aleksandr  mövcud 

197 
 
olsaydı belə, onun özü də qalibiyyətli sərkərdənin inadcıl iradəsi qarşısında gücsüz 
olardı. 
Aleksandr öz srəkərdəlik məharəti ilə çox sayda düşmənlərə qalib gəlmişdi. 
Lakin  təbiətlə  döyüşdə  o,  özünün  xeyli  gücsüz  olduğu  qənaətinə  gəlməli  idi.  O, 
dəhşətli  ambitsiyaları  hesabına  təbiətin  etdiyi  xəbərdarlıqlardan  lazımi  nəticə 
çıxarmırdı  və  Gedrosiyadan  da  daha  heybətli  və  qorxulu  olan  Ərəbistana  yürüş 
etmək planlarını cızırdı. Vaxtsız ölüm, bu vaxt onun 32 yaşı var idi, həmin ehtiyatlı 
olmayan və təhlükəli yürüşün baş tutmasına imkan vermədi. Təəssüf ki, Aleksandr 
təbiətin  daha  nəhəng  və  sarsılmaz  gücə  malik  olduğunu  lazımınca  etiraf  etmədən 
həyatdan  getdi.  Bütün  bəşəri  qüvvələrin  onun  srəkərdəlik  dühası  qarşısında  baş 
əydiyi  Aleksandr  ancaq  özünə  çox  baha  başa  gələn  Hindistan  yürüşündə  və 
xüsusən Gedrosiya səhrası ilə geri çəkiləndə təbiətin hansı qüdrətə malik olduğunu 
bütünlüklə dərk etməsə də, hiss etməmiş deyildi.  
  
                  Hannibal 
 
Tarixin digər böyük sərkərdəsi Hannibalın da əhvalatları ibrətamizdir. Onun 
taleyinə da təbiətin ciddi müdaxiləsi öz zərbəsini vurmuşdu. Onda sərkərdəyə xas 
olan  hər  şey  –  zəfərləri  dövründə  gəncliyi,  yürüş  həyatı  şəraitində  əsgər 
təmənnasızlığı,  soyuqqanlılıq  və  fiziki  möhkəmlik,  döyüşçü  sənətinin  sirlərinə 
yiyələnməsi,  inadkarlıq,  hədsiz  qaydada  məqsədə  çatmaq  istəyi,  eyni  zamanda 
ümumi  əxlaq  normalarına  məhəl  qoymaması,  qəddarlıq  və  məkrlilik  var  idi. 
Makedoniyalı  Aleksandr  kimi  Hannibal  da  müasirlərinin  təxəyyülündə  döyüşçü 
igidliyinin  rəmzi  idi.  Ona  görə  də  onu  öz  dövrünün  böyük  sərkərdəsi  kimi 
qiymətləndirirdilər, Böyük Aleksandrla bir sırada qoyurdular. 
Hannibal  özünü  təhlükəyə  atanda  daha  böyük  cəsarət  göstərməklə  yanaşı, 
təhlükənin  özündə  də  eyni  qaydada  müdriklik  nümayiş  etdirirdi.  Heç  bir  çətinlik 
onun  bədənini  yora  və  ya  ruhuna  qalib  gələ  bilmirdi.  O,  istiyə  və  soyuğa  eyni 
qaydada  dözürdü,  yeməkdə  və  içməkdə  isə  ölçünü  həzzlə  deyil,  təbii  tələbat  ilə 
müəyyən  edirdi.  Gecə  və  ya  gündüz  olmasından  asılı  olmayaraq  özü  üçün 
gümrahlıq  və  yuxu  vaxtını  seçirdi,  yalnız  işindən  sərbəst  qalanda  istirahətə  vaxt 
ayırırdı, onu da heç də yumşaq yorğan-döşəkdə və sakitlikdə aramırdı.  Çox vaxt 
onun  hərbi plaşına bürünüb, döyüşçüləri arasında  quru yerdə yatdığını, postda və 
qaravulda  dayandığını  görmüşdülər.  Paltarı  ilə  o,  öz  həmyaşıdlarından  seçilmirdi, 
onu  ancaq  silahına  və  atına  görə  tanımaq  olardı.  O,  döyüşə  birinci  girib,  vuruşu 
axırıncı  olaraq  tərk  edirdi.  Tarixçi  Tit  Livi  onun  ciddi  qüsurlarını  göstərməklə 
yanaşı, sərkərdəni belə qeyri-adi xüsusiyyətlərlə xarakterizə edir.  
   Hannibal  çox  sayda  tayfalardan  olan  və  çox  dilli  əsgərlərdən  ibarət 
qoşunlara  rəhbərlik  edirdi.  Qalibiyyətli  sərkərdə  olmaqla  yanaşı  o,  həm  də 
ədəbiyyatçı kimi tanınırdı, yunan dilində bir neçə kitab yazmışdı. Hannibalın şəxsi 
ləyaqətlərinə  həmçinin  məişət  şirnikləndirilmələri  mühitindəki  möhkəmliyi  əlavə 
olunurdu.  Çox  sayda  əsir  qadınların  arasındakı  davranışına  görə  onun  afrikalı 
mənşəyinə tam qaydada şübhə etmək olardı. 

198 
 
Müxtəlif  tayfalardan  olan  əsgərlərdən  ibarət  orduya  komandanlıq  edən 
Hannibal heç vaxt qoşununu döyüş səhnəsindən çıxarmamışdı, daim öz hakimyyəti 
altında  saxlamışdı,  nə  özünə  qarşı  qiyam  qaldırılmasına  (axı  hətta  Böyük 
Aleksandr da ordusunun qiyamı ilə üzləşmişdi), nə də əsgərlərinin arasında ixtilaf, 
toqquşma baş verməsinə yol verməmişdi. Onun döyüşçüləri isə nəinki bir tayfaya, 
heç  vahid  xalqa  da  məxsus  deyildilər.  Onun  ordusunda  çox  sayda  xalqların 
nümayəndələri  var  idi,  onlarda  isə  təbiətdən  gəlmə  heç  bir  ümumi  cəhət  yox  idi, 
onların nə ümumi qanunları, nə ümumi adətləri, nə ümumi dilləri, nə də başqa bir 
ümumi  cəhətləri  var  idi.  Lakin  sərkərdənin  müdrikliyi  belə  çox  saydakı  və 
rəngarəng  xalqlardan  olanları  bir  əmrə  qulaq  asmağa  və  bir  iradəyə  tabe  olmağa 
məcbur  edirdi,  baxmayaraq  ki,  şəraitlər  dəyişilirdi,  tale  isə  bəzən  ona  gah  xoş 
üzünü,  gah  da  sərt  sifətini  göstərirdi.  O,  gələcəkdə  «əbədi  şəhər»  sayılacaq 
Romanın qapısı ağzında dayanmışdı. O, Kann döyüşündə yüksək sərkərdə dühası 
nümayiş  etdirmişdi.  Onun  hələ  doqquz  yaşı  olanda  atası  Hamilkar  Barkanın 
göstərişi ilə məbəddə Romaya daim nifrət etmək andını içmişdi.  
Roma  donanması  Aralıq  dənizində  ağalıq  etdiyinə  görə  Hannibal  Romanı 
məğlub etmək və İtaliya ərazisinə düşmək üçün daha çətin yolu seçdi. O, ordusu ilə 
Pireney  yarımadasının  şərq  sərhədindəki  Pireney  dağlarını  keçməklə,  Qalliyanın 
cənubuna yollandı, oradan isə Alp dağlarını aşmaqla İtaliya ərazisinə girdi. O, öz 
Karfagen  ordusunun  qələbəsinə  çox  ümid  bəsləyirdi.  İtaliya  yürüşündə  Hannibal 
90  min  piyadadan  və  12  min  süvaridən  ibarət  orduya  malik  idi.  Alp  dağlarından 
qoşunlarla birlikdə 37 döyüş fili də keçirilmişdi. 
Hannibal  yürüşə  çox  ciddi  hazırlaşmışdı.  O,  döyüşçülərinə  şiş  qayaların 
yüksəkliyindən  İtaliyanı,  dağ  silsiləsinə  sığınan  Pad  vadisindəki  münbit  tarlaları 
göstərdi.  O,  özü  deyirdi  ki,  onun  döyüşçüləri  indii  təkcə  İtaliyanın  deyi,  həm  də 
Romanın  divarlarını  keçməyə  qadir  olacaqdır.  Romalılar  isə  karfagenlilərin 
irəliləməsinin  qarşısını  ala  bilimirdilər.  Etrurayadakı  bataqlıqdan  keçən  Hannibal 
yeganə sağ qalan filinin belində gedirdi, bataqlıqdakı virusun hesabına bir gözünü 
itirmişdi. Bizim eradan əvvəl 216-cı ildə Kannda Roma ordusu ilə həlledici döyüşə 
girdi.  Kampaniyanın  başlanğıcında  karfagenlilər  Kanndakı  qalanı  tutmuşdular. 
Qızğın  döyüşdə  Hannibal  Roma  ordusu  üzərində  nəhəng  qələbə  çaldı.  Tarixçi 
Polibiyə  görə  döyüşdə  70  min  romalı  həlak  olmuşdu,  yalnız  3  min  adam  qaçıb 
canını  qurtara  bilmişdi.  3300  süvari,  həmçinin  əyanların  350  nümayəndəsi  – 
senatorlar  və  digər  yüksək  vəzifəli  şəxslər  öldürülmüşdü.                    Romaya  doğru 
hərəkət  etsəydi,  bəlkə  də  ali  məqsədinə  nail  ola  bilərdi.  Çünki  Roma  o  dərəcədə 
mühafizəsiz idi ki, öz legionlarını könüllü qoşulan qullardan təşkil edirdi, əvəzində 
isə  onlara  xidmətlərinə  görə  azadlıq  veriləcəyi  vəd  edilirdi.      Hannibalın  süvari 
dəstəsinin  rəisi  Maharbal  ona  dedi  ki,  «Beşinci  günü  sən  qalib  kimi  Kapitolidə 
ziyafət keçirəcəksən». Lakin Hannibala bu iş olduqca iri miqyasda görünürdü, ona 
görə də tələsik qaydada qərar qəbul edə bilmədi. Maharbal məzəmmət qaydasında 
ona dedi ki, «Hannibal, sən qalib gəlməyi bacarırsan, qələbədən istifadə etməyi isə 
bacarmırsan».  Onun  sözləri  həqiqəti  ifadə  edirdi  və  sonrakı  hadisələr  bu 
öncəgörməni bütünlüklə təsdiq etdi. 

199 
 
    Qoşunların  Kapuyada  qışı  keçirməsi  Hannibalın  ən  ciddi  strateji 
səhvlərindən  biri  hesab  olunur.  Heç  bir  məhrumiyyətin  qalib  gələ  bilmədiyi 
adamları  bol-bol  rahatlıqlar,  ölçüyə  sığmayan  xoş  əyləncələr  məhv  etdi. 
Döyüşçülər  adət  etmədikləri  bu  rahatlıqdan  acgözlüklə  yapışırdılar.  Yuxu,  şərab, 
ziyafətlər, bekarçılıq və digər bədən həzzləri hər ötən gün daha cazibədar olmaqla, 
döyüşçülərin  bədənini  və  ruhunu  zəiflədirdi.  Kapuyanın  yumşaq  iqlimi  də 
döyüşçülərin  əyləncəyə  qurşanmasına  şərait  yaratmaqla,  onların  peşəkarlıqlarını 
əllərindən  almaqla,  ordunu  elə  bil  ki,  gələcək  fəaliyyətsizliyə  və  məğlubiyyətə 
hazırlayırdı.  Nəhayət,  b.e.ə.  211-ci  ildə  Hannibal  şimala,  Romaya  doğru  hərəkət 
etməyə  başladı.  O,  bu  şəhərə  qəflətən,  gözlənilmədən  hücum  etməyə  can  atırdı, 
çünki  uğur  bu  qətiyyətlilikdən  çox  asılı  olacaqdı.  Lakin  Hannibalın  planı  heç  də 
axıradək  sirr  olaraq  qalmadı.  Roma  şəhərdə  olan  qoşunlarla  müdafiə  olunmağı 
qərara  aldı.  Karfagen  ordusunun  yaxınlaşması  həm  də  şəhərdə  nəhəng  həyəcan 
yaratmışdı.  Silah  gəzdirməyi  bacaranların  hər  biri  şəhərin  qapılarını  mühafizə 
edirdi.  «Hannibal  qapıdadır!»  sözləri  hamını  təşvişə  salmışdı.  Elə  bil  ki,  bütün 
İtaliya  nəfəsini  udub,  gözləmə  vəziyətində  idi.  Romada  gah  orda,  gah  burda 
həyəcanlı  anlar  yaranır,  panika  başlayır,  adamlar  şəhərin  küçələrində  döyüşlərin 
başlayacağını  gözləyirdilər.  Belə  şəraitdə  hakimiyyət  ən  axırıncı  tədbirə  əl  atdı, 
düşmən şəhərdən uzaqlaşana qədər bütün keçmiş vəzifə sahiblərinə qanun-qaydanı 
qorumaq üçün yüksək səlahiyyətlər verildi. 
Hannibal vuruşmaq üçün öz döyüşçülərini düşərgədən çıxardı. Romalılar da 
vuruşdan  qaçmamağı  qərara  aldılar.  Qəflətən  dolu  ilə  birlikdə  leysan  yağış 
yağmağa  başladı,  stixiya  romalıları  və  karfajenliləri  elə  yazıq  vəziyyətə  saldı  ki, 
onlar  öz  düşərələrinə  güclə  gəlib  çata  bildilər.  Sabahısı  günü  tufan  şəklindəki 
vəziyyət  təkrar  olundu.  Puniyalıların  düşərgəsində  şayiə  yayılmağa  başladı  ki, 
allahlar Hannibala vuruşmaqda mane olur. Belə söhbət gəzirdi ki, guya Hannibalın 
özü  ucadan  demişdi:  Romaya  yiyələnmək  üçün  onun  ya  ağılı,  ya  da  xoşbəxtliyi 
çatışmır. Hannibalın öz Rubikonunu keçməyə cəsarəti çatmadı və bu zəifliyi onun 
gələcək acı məğlubiyyətinə yol açdı.  
Romalıların  İspaniyaya  əlavə  qüvvə  göndərməsi  də  Karfagen  sərkərdəsinə 
ciddi  surətdə  təsir  göstərdi.  Hannibal  Roma  divarları  yanında  döyüş  təklif 
etməkdən  çəkindi  və  düşərgəsini  şəhərdən  uzaqlaşdırdı.  Onun  geri  çəkilməsinə 
Romada allahların həyata keçirdiyi möcüzə kimi baxırdılar. Bir qədər sonra, b.e.ə. 
207-ci  ildə  Pireney  yarımadasındakı  döyüşdə  romalılar  öldürdükləri  qardaşı 
Hasdrubalın  kəsilmiş  başını  ona  göndərdikdə  Hannibal  demişdi:  «Biz  Karfagenin 
taleyini görürük».  
Hannibalın  Romaya  yürüşü  ağır  hərbi-siyasi  məğlubiyyətlə  başa  çatdı, 
baxmayaraq ki, şəhər divarları yanında elə bir ciddi döyüş getməmişdi.  
Nəhayət,  Roma  sərkərdəsi  Stsipion  qoşunu  ilə  Karfagendə  sahilə  çıxandan 
sonra  Hannibal  İtaliyanı  tərk  edib,  romalılarla  vuruşmaq  üçün  vətəninə  qayıtdı. 
B.e.ə.  202-ci  ildə  Zama  yaxınlığındakı  həlledici  döyüşdə  karfagenlilər 
məğlubiyyətə  uğradılar.  Döyüşdə  20  min  karfagenli  və  onların  müttəfiqləri  həlak 
olmuşdu,  bir  o  qədər  də  əsir  götürülmüşdü.  Hannibalın  özu  döyüş  səhnəsindən 
qaçmağı bacarmışdı.  

200 
 
II Puniya müharibəsi dövründə olduğu kimi, Roma sonralar heç vaxt məhvə 
belə  yaxın  olmamışdı.  Bu  müharibə  həmin  dövrün  iki  ən  böyük  dövlətinin  – 
Karfagenin  və  Romanın  «dünya  ağalığı»  uğrundakı  mübarizəsinə  son  qoydu. 
Roma  qalib  gəldi  və  bu  qələbə  bütün  antik  dünyanın  taleyini  uzun  müddət  üçün 
müəyyən  etdi.  Artıq  Aralıq  dənizi  də  «Roma  gölü»nə  çevrildi.  Dövlət  öz 
vətəndaşlarına «Roma sülhü» barədəki fikri möhkəm təlqin edirdi. 
Hannibalın  Romanı  tutmasına  iki  şey  mane  olmuşdu,  birincisi  Kanndakı 
möhtəşəm  qələbədən  sonra  Romaya  ləngimədən  hücum  etməməsi,  digəri  isə 
karfagenlilər  Roma  qapısında  olanda  təbiətin  ona  qarşı  sərt  üzünü  göstərməsi  idi. 
İki  gün  davam  edən  tufan  və  leysan  yağış  Hannibalın  və  onun  ordusunun  döyüş 
ruhunu qırmış, onları geri çəkilməyə məcbur etmişdi. Karfagenlilər bunu allahların 
onlara pis münasibt göstərməsi əlaməti hesab etsələr də, təbiət tarixin daha bir dahi 
sərkərdəsinə öz gücünü göstərə bilmiş, onu öz taleyüklü məqsədindən vaz keçməyə 
məcbur etmişdi. Təbiət bəlkə də az hallarda böyük şəxsiyyətləri sınağa çəkir və bu 
vaxt həm də onlara qarşı heç də rəhmdillik göstərmir. 
                       
         Səlibçilərin uğursuzluğu 
   
III  Səlib  yürüşü  vaxtı,  1189-cu  ildə  səlibçilər  bir  sıra  gözləmədikləri 
problemlərlə  üzləşdilər.  Alman  kralı  və  «Müqəddəs  Roma  imperiyasının» 
imperatoru  Fridrix  Barbarossa  gəlib  çatdıqları  ərəb  torpaqlarındakı  yerli  çayda 
üzəndə batıb öldü. Onun ordusu tezliklə səlibçilərdən ayrıldı. Fransa kralı Filipp II 
Avqust vətəninə döndü. Bu vaxt xeyli qüvvələrdən məhrum olan İngiltərə kralı Şir 
ürəkli  I  Riçard  məşhur  ərəb  sərkərdəsi,  Misirin  və  Suriyanın  hökmdarı 
Səlahəddinlə  danışıqlar  aparmağa  məcbur  oldu.  Səlahəddin  həm  də  səlibçilərə 
qarşı “janmış yer” taktikasından istifadə etmişdi. Səlibçilərin bütün iddialarından əl 
çəkildi. Yeganə təsəlli ondan ibarət idi ki, Səlahəddin xristian zəvvarların Sahibin 
qəbrini ziyarət etmək üçün sərbəst qaydada Yerusəlimə gəlmələrinə razılıq verdi.  
Fridrix  Barbarossanın  tanımadığı  bir  ərazidə  çayda  üzməsi  ona  öz  həyatı 
hesabına  başa  gəlmişdi.  Təbiətlə  təmasda  olmamışdan  əvvəl  onun  sirlərinə  bələd 
olunmalıdır. Bu sirlərə məhəl qoymamaq ağır nəticələrə gətğirib çıxarır. Səlibçilər 
isə ambitsiyaları hesabına bunu unudur və ağır haqq verməli olurdular. 
                
“İlahi külək” adlanan tayfun Yaponiyanı xilas edir 
   
Təbiətin  bir  xalqa  göstərdiyi  mərhəməti,  onu  yaddellilərin  gözlənilən 
əsarətindən  xilas  etməsini  biz  Yaponiyanı  işğal  etmək  üçün  Çingiz  xan 
sülaləsindən  olan  nəvəsi,  Çinə  hökmdarlıq  edən  və  burada  özünün  yeni  Yuan 
sülaləsini  yaradan,  böyük  Monqol  xanı  Xubilayın  adalar  ölkəsinə  iki  dəfə  təşkil 
etdiyi  dəniz  yürüşünün  ağır  uğursuzluğa  düçar  olmasınqda  görürük.  Monqol 
ordusu  Qərbə  və  ya Cənuba  olan  yürüşlərində  heç vaxt  məğlubiyyət  nə  olduğunu 
bilməsmişdi,  Çingiz  xanın  imperiyası  33  milyon  kvadrat  kilometr  və  ya  indiki 
Yerin  quu  səthinin  22  faizinə  barəbar  olan  bir  ərazini  əhatə  edirdi.  Monqol 
işğalçıları üçün heç bir sədd, maneə yox idi.  

201 
 
1271-ci  ildə  monqollar  Yaponiyaya  müdaxilə  etmək  üçün  hazırlıqlar 
görməyə  başladılar.  1274-cü  ilin  payızında  25  minlik  Monqol  və  Koreya  orduları 
indiki  Cənubi  Koreyadan  gəmilərlə  yola  düşdü.    Kyusyu  adasında  sahilə  çıxan 
monqol  ordusu  yapon  müdafiçilərini  geri  çəkilməyə  məcbur  etdi.  Lakin  qəflətən 
qalxan tayfun müdaxiləçilərin 200-dən çox gəmisini darmadağın etdi. Sağ qalanlar 
Cənubi Koreyaya geri qayıtdılar.  
Monqollar yürüş üçün ikinci ekspedisiyanı planlaşdırırdılar. 1281-ci ildə iki 
ayrıca ordu düzəldildi, Şərq ordusu 40 min nəfərə qədər olmaqla Monqol, Şimali 
Çin  və  Koreya  qoşunlarından  ibarət  idi,  ikinci  ordu  isə  Çin  generalının  başçılığı 
altında  olan  100  min  nəfərlik  Cənubi  Çin  qoşunlarından  düzəldilmişdi.  Hər  iki 
ordu  görüşüb,  birlikdə  Hakatanı  tutmaq  üçün  hücuma  keçdilər.  Lakin  yenidən 
qalxan dəhşətli tayfun, demək olar ki, bütün müdaxilə edən donanmanı məhv etdi, 
Çin  generalı  geri  çəkilməyə  məcbur  oldu.  Müdaxilə  edən  ordunun  qalıqları 
yaponlar tərəfindən əsir götürüldü. Belə deyirlər ki, 140 min müdaxiləçidən yalnız 
beşdə biri qaçıb canını qurtara bildi.  
  Monqol  müdaxiləçilərinin  məğlubiyyəti  yapon  tarixində  həlledici 
əhəmiyyətə malik oldu. Bu, Yaponiyanın Çindən XIV əsrə qədər davam edən uzun 
müddətli  izolyasiyasına  səbəb  oldu.  Bununla  yanaşı,  qələbə  milli  iftixar  hissinə 
böyük impuls verdi və müdaxilə edən düşməni darmadağın edən Kamikadze və ya 
«İlahi külək» yaponlara belə bir inam verdi ki, onlar məhz ilahi qüvvənin himayə 
etdiyi bir xalqdır.  
   İkinci  Dünya  müharibəsinin gedişində,  1944-cü  ildə  amerikanlar  okeanda 
və  havada  böyük  üstünlüyə  malik  olduqda  yaponlar  özünü  amerikan  aviasiya 
daşıyıcılarına  və  digər  gəmiləriə  çırpan,  könüllü  təyyarəçilərin  idarə  etdiyi 
təyyarələrdən istfadə etməyə başladılar. 2.500 belə təyyarəçi hazırlanmışdı, keçmiş 
xilaskar  ilahi  qüvvənin  şərəfinə  onlar  “kamikadze”  adlanırdı.  Kamikadzelər 
amerikan gəmilərinə xeyli xətər toxundursalar da, bu vaxt amerikanlrın itkiləri də 
az deyildi, ABŞ donanmasının böyk qüdrətinə ciddi xələl gətirə bilmədilər. Yeddi 
əsr  əvvəlki  təbətin  “Kamikadzə”sindən  fərqli  olaraq  yeni,  öləri  kamikadzelər 
Yaponiyanı  ilk  və  ən  fəlakətli  məğlubiyyətdən  xilas  edə  bilmədilər.  Yaponiya 
ərazisi öz mövcudluğu tarixndə ilk dəfə işğala məruz qalmışdı. Asiyaya hökmran 
olmaq  istəyənlər  indi  işğalın  “ləzzətini”  dadmalı  olmuşdular.  Amerikan  işğal 
qoşunlarinin  komandanı  general  Duqlas  Makartur  1945-51-ci  illərdə  Yaponiya 
hökumətini  əslində  idarə  etmiş  və  1951-ci  ildə  dövət  üçün  yeni,  demokratik  tipli 
konstitusiyanın qəbul edilməsinə nail olmuşdu. 
      
   İspan Məğlubedilməz Armadasının məğlubiyyəti 
  
Təbiət  dünya  dövlətinə  çevrilmək  uğrunda  İspaniya  ilə  İngiltərənin 
mübarizəsinə  də  müəyyən  ölçüdə  öz  müdaxiləsini  etməklə,  İngiltərənin  güclü 
dəniz və dünya dövlətinə çevrilməsinə şərait yaratmışdı. İspaniya kralı II Filippin 
ətrafı  onu  inandırdı  ki,  İngiltərəyə  hücum  edib,  onu  işğal  etməklə  katolik 
dünyasının  narahatlığına  birdəfəlik  son  qoyulacaqdır.  1587-ci  ildə  Şotlandiyanın 
keçmiş katolik kraliçası Mariya Styuartın  kraliça I Elizabeti  taxt-tacdan devirmək 

202 
 
qəsdində  iştirakına  görə  İngiltərədə  edam  edilməsi  Roma  Papasının  və  qızğın 
katoliklər  olan  ispanların  hiddətini  daha  da  gücləndirmişdi  və  mübahisənin  tam 
həlli yalnız müharibədən keçməli idi.  
Roma  Papası  XIII  Qreqori  hələ  1580-ci  ildə  elan  etmişdi  ki,  Ingiltərə 
kraliçası I Elizabeti öldürmək heç bir günah əməli hesab edilməməlidir və bundan 
dörd  il  sonra  başqa  bir  yeretik  lider,  hollandların  ispanlara  qarşı  müqavimətini 
təşkil edən Sakit I Uilyam qətlə yetirilmişdi. 
Şotlandiya  kraliçasının  edam  edilməsi  hadisəsi  kral  Filipp  üçün  İngiltərəyə 
müdaxilə  məsələsini  daha  cazibadar  etdi,  çünki  bu  ona  ingilis  taxt-tacına  sahib 
olmaq  imkanı  verəcəkdi.  İngilis  dəniz  qulduru,  admiral  rütbəsinə  yiyələnmiş 
Frensis  Dreykin  1587-ci  ildə  Kadisdə  ispan  gəmilərini  və  anbarlarını  darmadağın 
edən  reydi  Filippdə  İngiltərəyə  hücum  etmək  qərarını  möhkəmləndirdi.  Bu  hətta 
Niderlandın tam tabe etdirilməsindən də əvvəl baş verməli idi.  
1588-ci  ilin  iyulunda  yola  düşən  İspaniyanın  Məğlubedilməz  Armadası 
Flandriya  sahilindən  İspan  ordusunu  götürərək  Temzanın  mənsəbində  sahilə 
çıxmalı  idi.  Kraliça  Elizabet  gözlənilən  müdaxiləyə  müqavimət  göstərmək  üçün 
quru  qüvvələrini  hazırlayırdı.  İspan  qoşunları  La-Manş  boğazından  İngiltərəyə 
müdaxilə etməli idilər.  
Armada  yola  düşəndə  Papanın  emissarı  ilə  ispan  donanmasının  zabiti 
arasında  belə  bir  söhbət  getmişdi:  «Əgər  siz  La-Manşda  ingilis  armadası  ilə 
qarşılaşsanız, döyüşü udmağı gözləyirsinizmi?» «Bu çox sadə bir məsələdir. Yaxşı 
məlumdur ki, biz Allah naminə vuruşuruq. Beləliklə, biz ingilislərlə qarşılaşanda, 
Allah işləri elə yoluna qoyacaqdır ki, biz gəmiləri (ingilislərinki nəzərdə tutulur – 
müəllif)  tutacaq,  onların  göyərtəsinə  çıxacağıq,  həm  də  Allah  qəribə  bir  hava 
göndərəcəkdir  və  bu,  onları  ağıldan  məhrum  edəcəkdir.  İspan  cəsarəti  və  ispan 
qaydası (və biz gəmilərimizin göyərtəsində böyük əsgər kütləsinə malik olacağıq) 
bizim  qələbəmizi  tam  mümkün  edəcəkdir.  Lakin  allah  əgər  bizə  kömək  etməsə, 
onlar  bizimkindən  fərqli  olaraq  nisbətən  daha  uzağı  vuran  toplara  malikdirlər  və 
onlar da bizim kimi faydanı necə əldə etməyi yaxşı bilirlər, heç vaxt ümumən bizə 
yaxınlaşmayacaqlar və əgər onlara ciddi xətər toxundurmağa qadir olmasaq, uzaq 
məsafədə  dayanıb  bizi  öz  topları  ilə  parça-parça  edəcəklər».  Beləliklə,  kapitan 
təbəssümlə sözünü başa çatdırdı: «Biz İngiltərəyə tərəf möcüzəyə umid bəsləmklə 
üzürük».  Katolik  fanatizmi  və  bol  xurafatla  qarışdırılmış  bir  düşüncə  ispan 
zabitinin  ağlına  hakim  kəsilmişdi  və  belə  ağılsızlıq  onun  sözlərindən  aydın 
görünür. 
Lakin  ispanların  ümid  bəslədikləri  möcüzə  heç  vaxt  baş  vermədi,  dinin 
fövqəl  gücünə  ağılsız  inamdan  yaranan  xülya  real  həyatda  öz  təsdiqini  tapmadı. 
Hər  şey  diametral  qaydada  tərsinə  baş  tutdu.  I  Elizabetin  donanması  Effinqem 
hersoqu  Hauardın  başçılığı  altında  ispanların  hücumunu  geri  oturtdu.  İspan 
donanması ingilislərinki ilə bir neçə dəfə qarşılaşdıqda böyük itki verdi, çox sayda 
gəmi  batırıldı.  İspanlar  məcburiyyət  qarşısında  Şotlandiya  və  İrlandiya  sahilləri 
boyunca  üzməklə  Şimal  yolu  ilə  geri,  vətənə  qayıtmağa  tələsdi.  Şotlandiya  və 
İrlandiya  ətrafı  ilə  üzəndə  qasırğa  donanmaya  daha  böük  zərbə  vurdu,  onun 
darmadağın edilməsini başa çatdırdı. İspaniya acı məğlubiyyətlə üzləşməli oldu və 

203 
 
bu,  ispanlar  üçün  ağır  psixoloji  zərbə  idi.  Tufan  Məğlubedilməz  Armadanı 
bütünlüklə  məhvə  sürüklədi.  Biabırçı  məğlubiyyət  hesabına  qəm  dəryasına  qərq 
olmuş  ispan  kralı  II  Filipp  şikayətə  bənzər  qaydada  demişdi.  «Biz  ingilislərlə 
müharibəyə  yollanmışdıq,  təbiətlə  mübarizəyə  yox.  Allah  bizdən  üz  döndərdi». 
İngiltərə  kraliçası  I  Elizabet  isə  təbiətin  köməyini  nəzərə  alaraq  demişdi  ki, 
ispanlrın vuracaqları ağır zərbədən bizi «Allahın nəfəsi” xilas etdi.  
Filippin  başqa  bir  məqsədi  də  La-Manş  boğazını  ələ  keçirmək  idi.  Lakin 
bunun  əvəzində  44  ispan  gəmisi  döyüşdə  və  vətənə  dönəndə  itirildi,  bu 
donanmanın üçdə birindən çox idi.  
Təbiət öz möcüzəsi ilə ispanlara, Filippə deyil, ingilislərə, I Elizabetə böyük 
köməklik  göstərdi  və  onun  nəticəsi  İngiltərəni  qüdrətli  dəniz  dövlətinə,  bunun 
köməyi  ilə  böyük  imperiyaya,  dünya  dövləitinə  çevirdi.  İspaniya  isə  əvvəlki 
qüdrətindən məhrum olmaqla, tənəzzül yoluna düşməli oldu və onun dünya işlərinə 
müdaxiləsi, demək olar ki, bundan sonra müşkül br məsələ xarakterini aldı. 
                   
Vaşinqtonun ilk iki qələbəsi 
  
Amerikanların  İstiqlaliyyət  müharibəsində  də  təbiət  ilk  dəfə  Trentonda  və 
Prinstonda  Corc  Vaşinqton  ordusunun  ingilislər  üzərində  qələbə  çalmasına 
müəyyən köməklik göstərmişdi. 1776-cı ilin Milad bayramı gecəsi (25 dekabrda) 
amerikan ordusu gözlənilmədən Trentona hücum edib, şəhəri azad etdi. Bu ilk və 
fərəh gətirən qələbə idi. 
Britaniyalılar  Nyu-Cersini  əllərində  möhkəm  saxlayırdılar.  Kiçik  qoşun 
Prinstonda  idi,  Almaniyanın  Hessen-Kassel  lanqraflığından  ingilislərə  köməyə 
gəlmiş  1.200  hessen  əsgəri  Trentonu  işğal  etmişdi.  Vaşinqton  cəsarətlə  zərbə 
vurmağı qərara aldı. O, gecə ikən Delaver çayını keçdi və Prinstonda hessenlilərə 
hücum  etdi.  Milad  bayramının  soyuq  gecəsi  ordu  buzlu  su  və  çayın  sürətli  axını 
şəraitində öz cəsur mübarizəsinə başladı. Çox sayda at topları dartırdı. Göy buludlu 
idi. Qar yağırdı və sonrakı saatlarda da qaranlıq davam edirdi. Saat 4-də ordu heç 
bir  itki  vermədən  Cersi  sahilinə  çıxdı.  Bura  Trentondan  9  mil  aralı  idi,  yollar 
dəhşətli  dərəcədə  pis  vəziyyətdə  idi.  Eyni  vaxtda  iki  diviziya  ayrı-ayrı  yollarla 
Trentona gəlib çıxdı və düşünülmüş hücum başlandı. Düşmən bütünlükdə döyüşə 
hazır deyildi. Top mərmilərinin səsi onları yataqdan qaldırdı. Onlar tezliklə mənəvi 
cəhətdən  də  zərbə  aldılar.  Döyüş  olduqca  qızğın  və  həlledici  oldu  və  45  dəqiqə 
ərzində başa çatdı. İki yüzdən az sayda olan hessenli qaçmağa müvəffəq olmuşdu, 
yüz  nəfəri  öldürülmüşdü  və  yaralanmışdı,  950  adam  isə  əsir  götürülmüşdü.  Xeyli 
miqdarda  ağır  və  yüngül  silah  ələ  keçirilmişdi.  Əsir  götürülən  hessenlilər 
Filadelfiyanın küçələrindən keçirildikdə adamlar amerikalıların zəfərini gözləri ilə 
gördülər.  Xalq  qələbəyə  görə  Allaha  alqış  edirdi,  bu  vaxt  şaxtalı  qış  gecəsi  də 
ehtiramla yad edilməli idi. 
İngilis  komandanı  Kornvallis  Trentona  tələsib,  bütün  qüvvələrini 
Vaşinqtonun üzərinə tökməyi qət etdi. O, bütöv amerikan qoşununu əsir götürmək 
istəyirdi.  Axşam  hücum  etməyib,  səhərin  açılmasını  gözləyəndə  özündən  razı 
qaydada demişdi ki, «Nəhayət, biz qoca tülkünü qovmağa başladıq və səhər tezdən 

204 
 
onu tutub kisəyə salacağıq». Lakin tülkü də buna yol verməmək üçün çox hiyləgər 
idi.  Vaşinqton  sakitcə  bütün  qüvvələrini  düşmənin  arxasına  keçirdi  və  gündüz 
Prinstona  tərəf  irəlilədi.  Ordu  şəhərə  yaxınlaşanda  britaniyalılarla  qarşılaşdı. 
Amerikan  qrupunu  təqib  edən  ingilislər  bu  vaxt  Vaşinqtonun  başçılıq  etdiyi  əsas 
ordu ilə üz-üzə gəldilər. Vaşinqton atəş səsini eşidib bura tələsmişdi. Bu döyüş də 
baş döyüşə çevrildi.  
Pristonda  da  düşmən  tezliklə  qaçmağa  üz  qoydu  və  döyüş  başa  çatdı. 
Kornvallis  yenə  də  məəttəl  qalmışdı  ki,  ovu  necə  də  bir  daha  onun  əlindən  qaça 
bilmişdir.  Üç  həftə  ərzində  Vaşinqton  azadlıq  üçün  möcüzəli  bir  iş  görmüşdü. 
Prussiya  kralı  Böyük  Fridrix  əldə  edilənləri  hərb  tarixində  ən  parlaq  nailiyyət 
adlandırmışdı.  
Cəsarət  və  düha  bir  andaca  ümidsizliyi  ümidə  çevirdi.  Amerikalılar 
ordularının  bu  qəfil  zəfərini  xeyli  vaxt  unutmadılar.  Trentonda  və  Prinstonda 
gözlənilməyən və qəfil hücumlər əsgərlərin gözündə müharibənin bütün cəhətlərini 
dəyişdirdi.  Əslində  Trenton  və  Prinston  vuruşlarının  özlüyündə  elə  bir  nəticəsi 
olmadı.  Lakin  bu  vuruşlar  müharibəni  bütün  mənalarda  eksperimentlər 
səhnəsindən  xeyli  uzağa  apardı.  Müharibə  hələ  dörd  il  də  davam  edəcəkdi,  lakin 
ölkənin ingilis ağalığından xilas edilməsinin ilk işartıları görünməyə başladı və bu 
vaxt  soyuq  qış  iqlimi  də  amerikalıların  baş  komandanı  Vaşinqtonun  müttəfiqi 
olduğunu göstərmişdi.  
                           
                               
                        Napoleon 
 
Napoleonun sərkərdəlik dühasına hətta onun düşmənləri də şübhə etmirdilər. 
Onun  Austerlits,  İena,  Vaqram  qələbələri  hərb  tarixini  bəzəyir.  Lakin  Napoleon 
böyük  qələbələri  müqabilində  həm  də  ağır  məğlubiyyətlərlə  üzləşmişdir.  Təbiətin 
də onunla acı zarafatı dahi sərkərdənin məğlubiyyətlərinə yol açmışdı. Bəzən isə o, 
fövqəl  qabiliyyətinə  güvənərək,  düşmənin  imkanlarını  əyri  güzgüdə  görməklə 
səhvə yol verir, buun xoşa gəlməyən nəticələri ilə qarşılaşmalı olurdu.  
Napoleonun  Rusiyaya  müdaxiləsi  də  imperatorun  böyük  illüziyalara 
qapılmasına baxmayaraq, ona elə bir uğur vəd etmirdi. Rusiyanın Böyük Britaniya 
barədəki  siyasətinə  hiddətləndiyindən  o,  bu  addımı  atmışdı.  Bu  vaxt  elə  bil  ki, 
səhrada azmış adam kimi  ilğım onu öz arxasınca aparırdı. 1812-ci il mayın üçüncü 
ongünlüündə qoşunlarını iki istiqamətdə Neman çayından keçirib, Rusiya ərazisinə 
qədəm  basdı.  Çar  I  Aleksandr  bu  vaxt  yaxınlıqdakı  Vilnyusda  idi  və  bu  xəbəri 
eşitdikdə,  döyüşə  girmədən  geri  çəkilmək  əmrini  verdi.  Napoleona  isə  bildirmək 
istəyirdi  ki,  əgər  müqəddəs  Rusiya  torpağını  tərk  etsə,  hələ  də  onunla  sülh 
müqaviləsi bağlamaq imkanı qalır.  
Napoleon  bu  vaxt  Moskvadan  900  km  aralı  idi  və  Vilnyusa  daxil  olanda 
ümid  edirdi  ki,  polyaklar  və  litvalılar  onu  xilaskar  kimi  qarşılayacaqlar.  Bunun 
əksinə  o,  fransız  əsgərlərinin  qarətçiliyindən  qəzəblənən  bir  əhalini  gördü.  Yürüş 
səhnəsi davam edən leysan yağış altında olmaqla, ona iki həftə vaxt lazım gəldi  ki, 
ordusunu yenidən təşkil etsin. Bu vaxt Napoleona digər ordulardan da gözləmədiyi 

205 
 
xəbərlər  gəldi.  Bütün  cəbhə  boyu  düşmən  döyüşə  girmədən  sürüşüb,  aradan 
çıxmağını  davam  etdirirdi.  Napoleon  qəzəbini  qardaşı  Jozefin  üstünə  tökdü,  onu 
səriştəsizlikdə günahlandırıb, komandanlıqdan azad etdi.  Rusların baş komandanı 
Barklay  de  Tolliyə  o,  Vitebskdə  sığınacaq  tapana  qədər  qalib  gələ  bilməmişdi. 
Barklay  isə  artıq  oradan  da  Smolenskə  yollanmışdı.  Generalları  imperatoru 
inandırmağa  çalışdılar  ki,  qışı  Vitebskdə  keçirsin.  Əvəzində  o,  cavab  verdi  ki, 
istənilən  ləngimə  Rusiyaya  vaxt  qazandıracaqdır,  onlar  ənənəvi  qoşunlarını 
qaldırıb,  məşq  etdirməklə  müharibəyə  hazırlayacaqlar.  Beləliklə,  fərarilərin  və 
taqətdən  düşmə  nəticəsində  ölənlərin  sayının  xeyli  çoxalmasına  baxmayaraq, 
rusların  müqaviməti  ilə  üzləşməyən  fransızlar  irəliləyirdilər.  16  avqustda  fransız 
qüvvələri Smolensk qarşısına gəlib çıxdılar, burada ruslar müdafiəni gücləndirmiş 
və qarnizona əlavə kömək vermişdilər.  Gedən qanlı döyüşdə 10  min fransızın və 
daha  çox  sayda  rus  əsgərinin  itkisinə  baxmaaraq,  ruslar  geri  çəkilməyi  və  alov 
bürümüş  şəhəri  tərk  etməyi  qərara  aldılar.  Bu  onlara  daha  çox  itki  verməkdən 
qaçmaq imkanı verdi.  
Bu vaxt rus ordusuna general M.İ.Kutuzov baş komandan təyin edildi, ordu 
onun başçılığı altında sistemli şəkildə geri çəkilirdi. Napoleon isə qışı işğal etdiyi 
şəhərdə keçirməyə şirniklənirdi. Lakin ordudakı rəngarəng elementlər arasında, axı 
onun  600  minlik  ordusunun  yalnız  200  mini  fransızlardan,  qalanı  isə  bütün 
Avropadan  göndərilmiş  qoşunlardan  ibarət  idi.  Mübahisələrin,  ordudan  qopub 
ayrılma  cəhdinin  güclənməsi  ehtimalı  da  böyük  idi.  Fransızlar  Moskvaya  doğru 
irəliləməyi  qərara  aldılar.  Kazak  patrullarının  qarətlərindən  əziyyət  çəkən  fransız 
ordusu  üçün  Borodinoda  çox  gözlədiyi  bir  hadisə  baş  verdi.  Rus  ordusu  döyüş 
keçirmək  üçün  mövqe  seçməkdən  ötrü  dayanmışdı.  Bu  Moskvanın  125 
kilometrliyində  idi,  həmin  ərazidə  həlledici  döyüş  baş  tutmalı  id.  Fransızlar 
sentyabrın 7-də ilk hücumlarına başladlar. Hər iki ordu qəzəblə vuruşurdu, hər iki 
tərəfdən  çox  sayda  fərdi  igidlik  nümunələri  göstərilirdi.  Axşam  düşəndə  ağır 
itkilərə  baxmaaraq,  heç  bir  tərəf  həlledici  üstünlüyə  malik  deyildi.  Rusiya  ordusu 
yaxşı  qaydada  geri  çəkilməyə  qadir  idi.  Kutuzov  itkilərin  çoxalmaması  üçün 
taqətdən  salma  qaydasındakı  müharibə  aparmaq  taktikasından  istifadə  etməyə  əl 
atdı və bu onun strateji qələbəsi  idi. Ruslar Napelonu strateji qaydada aldatmaqla 
geri çəkilməyi qərara aldılar. Belə plan hələ 1810-cu ildən hazırlanmışdı. Sonrakı 
günü  o,  döyüşdən  imtina  etdi,  senrtyabrın  13-də  isə  Moskvanın  evakuasiyası 
barədə  göstəriş  verdi.  Yarısı  boş  qalan  şəhərə  daxil  olan  Napoleon  Kremldə 
məskunlaşdı.  Gecə  alov  Rusiyanın  müqəddəs  şəhərini  bürümüşdü,  taxtadan 
tikilmiş  evlər  yanğın  nəticəsində  viran  qaldı.  Yalnız  340  daşdan  tikilmiş  kilsə 
binası  salamat  qalmışdı.  Yanğın  Böyük  Orduya  ağır  mənəvi  yara  vurdu  və  ordu 
ondan sağala bilmədi. Rus ordusu isə öz qüvvəsini qoruyub saxlaya bilmişdi.  
Napoleon  bir  neçə  sülh  təklifləri  etdi,  bir  aydan  artıq  onlara  cavab 
gözləyirdi.  Çar  isə  bu  təkliflərə  heç  cavab  da  vermirdi.  O,  özünü  təkcə  doğma 
ölkəsinin  deyil,  bütün  Avropanın  və  onun  sivilizasiyasının  müdafiəçisi  rolunda 
görürdü.  Şərait  pusların  xeyrinə  işləyirdi.  Napoleon  öz  ordusunu  yenidən  qurdu, 
lakin  vuruşmaq  üçün  qarşıda  heç  kəs  yox  idi.  Bircə  çxış  yolu  qalırdı  ki,  bu  da 
şərəfsiz  qaydada  geri  çəkilmək  idi  və  Napoleon  geri  çəkilməyə  başladı.  Ruslar 

206 
 
Kaluqada ehtiyata malik idilər, bura Moskvadan 145 km aralıda, cənub-şərqdə idi. 
19  oktyabrda  Napoleonun  Böyük  Ordusu  Moskvanı  tərk  etdi,  onun  vur-tut  iyirmi 
günlük  üçün  ehtiyatı  var  idi.  Napoleon  Kaluqanı  mühasirəyə  almaqdan  vaz  keçdi 
və geri çəkilmək əmrini verdi. Fransızlar həm də iqlimə görə məğlub oldular. Pus 
qışı  qəflətən  başladı.Ruslara  artıq  şaxta da  kömək  etməyə  başladı,  “General  Qış” 
öz işini görürdü. Bu vaxt fransızların Rusiya fəlakəti baş verdi.  
Kutuzov  fransız  ordusu  ilə  paralel  qaydada  qərbə  tərəf  irəliləyirdi.  Ruslar 
hücum  edir,  kazak  süvariləri  gözlənilmədən  flanqlara  və  aryerqarda  zərbə  vurur, 
onları ağır itkilərə məruz qoyurdular. Bu vaxt Napoleon Parisdən müxtəlif dövlət 
çevrilişi  cəhdləri  barədə  xəbərlər  alırdı.  Tezliklə  qar  yağmağa  başladı  və  soyuq 
fransızları  məcbur  edirdi  ki,  adekvat  olmayan  qaydada  özlərini  qorusunlar.  Ölən 
fransızlar elə qarın altında da qalırdılar. Viktor Hüqonun sözləri ilə deyilsə, “təbiət 
ölən  əsgərləri  ağ  kəfənə  bürüyürdü”.  Yıxılanlar  bir  də  qalxa  bilmirdi,  adamlar 
soyuqdan  donurdular,  sursat  yoxa  çıxmışdı,  acından  ölməmək  üçün  yük  atlarını 
kəsib yeyirdilr. Ordu 13 noyabrda Smolenskə çatanda taqətdən düşmüş adamların 
sayı 50 minə bərabər idi. Vəd edilən ərzaq da gəlib çıxmadı, ordu həm də əhali və 
kazaklar  tərəfindən  qarət  edilirdi.  Belə  bir  şayiə  gəzirdi  ki,  Kutuzov  çox 
yaxındadır.  Buz  cəhənnəmində  fransızlar  üç  gün  ərzində  Kutuzovun  gəlib 
çıxmasını  gözləməklə  sınağa  çəkildilər.  Napoleon  digər  şəhərə  –  Orşaya  geri 
çəkilməyi əmr etdi.  
Növbəti  maneə  Berezina  çayı  idi.  Fransızlar  noyabrın  25-də  bura  gəlib 
çıxanda  məlum  oldu  ki,  mövcud  olan  bircə  körpü  də  uçurdulmuşdur  ki,  geri 
çəkilənlərin  yolu  kəsilsin.  Napoleon  öz  ordusunun  əlavə  zərbəni  qəbul  etməsinə 
imkan vermədi, qayıqlardan düzəldilən iki ponton körpüsü tikdirdi. Bu körpülər iki 
gün  ərzində  buzlu  suyun  içində  inşa  edildi.  Adamlar  və  artilleriya  çayı  keçməyə 
başladı,  çünki  qaçan  ordu  yaxşı  biirdi  ki,  ruslar  heç  də  uzaqda  deyil.  Adamların 
çoxu  suya  yıxılır,  rusların  artilleriya  atəşindən  detsimasiyaya  (onda  birinin 
öldürülməsinə)  məruz  qalırdı,  panikaya  düşən  əsgərlər  tələsik  özlərini  sahilə 
atırdılar.  
Bədbəxtlikdən, 1812-ci ilin qışı ən sərt qış idi, ona qarşı  farnsızların heç bir 
qorunmaq  vasitəsi  yox  idi.  Napoleon  yürüşə  başlayarkən  yəqin  ki,  belə  vəziyyəti 
nəzərə  almamışdı.  Napoleonun  Rusiya  yürüşü  əslində  həmin  ölkənin  ərazi 
ölçülərinə  və  xalqın  müqavimt  potensialına  əhəmiyyət  verilməməsi  üzərində 
qurulmuşdu.  Ona  görə  də  ona  döyüşdəki  məğlubiyyətdən  betər  olan  bir  fəlakətə 
düşmək, Böyük Ordunun əsasən məhv olmasını görmək qismət oldu.. 95 min sağ 
qalan əsgər Myuratın başçılığı altında Neman çayını bu vaxt əks istiqamətdə keçdi. 
Napoleon isə dövlət çevrilişinin baş verəcəyi qorxusundan özünü Parisə yetirmişdi. 
Napoleonun parlaq qələbələri artıq arxada qalmışdı, Rusiya yürüşü ona əlavə 
şərəf  gətirməkdən  çox  uzaq  idi,  əslində  isə  onun  sərkərdəlik  qabiliyyəti  barədə 
şübhələrin  artmasına  səbəb  olmuşdu.  1812-ci  il  fransız-rus  müharibəsinin  başlıca 
səbəbi  çarın  İngiltərəyə  qarşı  blokadanı  dəstəkləməkdən  imtina  etməsi  idi,  çünki 
belə  hərəkət  Tilzit  və  Erfrut  müqavilələrinə  zidd  idi.  Açıq  elan  edilməsə  də, 
Napoleon  siyasətinin  əsas  məqsədi  Fransa  başda  olmaqla  Avropanı  bir  geniş 
dövlətlər federasiyasında birləşdirmək idi. Üstəlik, o, hesab edirdi ki, Britaniyanın 

207 
 
blokadasının  genişləndirilməsi  onun  qüdrətinin  bir  növ  nümayişi  olacaqdır  və 
bundan hansısa bir kənarlaşma və buna müqavimət göstərmək eyni qaydada zəiflik 
nişanəsi  hesab  ediləcəkdir.  Çar  isə  blokadadan  geri  çəkilməyində  özünün  bərabər 
qaydada  olan  səbəblərinə  malik  idi,  çünki  onun  bu  hərəkəti  Rusiyanın 
iqtisadiyyatına  və  kommersiyasına  xidmət  edirdi.  Həm  də  o,  Polşanın  Böyük 
Hersoquna  olan  fransız  təsirini  zəiflətməyə  cəhd  edirdi,  polyak  hökmdarlarına  öz 
suzerenliyini  təklif  edirdi,  onlar  isə  bütün  ümidlərini  öz  ölkələrinin  yenidən 
birləşməsinə  bağlayırdılar.  Digər  xarici  siyasət  məsələlərinin  də  buna  əlavə 
olunması nəzərə alındıqda, çar üçün bunlar heç də az əhəmiyyət daşımırdı.  
Napoleon  hansı  səbəblərin  təsiri  altında  olsa  da,  Rusiya  müdaxiləsini  öz 
hiddətinə və qəzəbinə tabe etməsi, heç də onun kimi müdrik sərkərdənin və dövlət 
xadiminin geniş dühasına uyğun gəlmirdi.  
Təbiət  çox  vaxt  özünəməxsus  olan  hadisələri  ilə  qızışmış  başları 
sakitləşdirməyə çalışır, döyüşü başlamağın asan, qurtarmağın çətin olduğunu yada 
salır,  başqalarının  torpaqlarını  işğal  iştahı  ilə  yananları  xəbərdar  etmək  istəyir. 
Təbiət,  məğlubiyyət  anının  işartıları  hələ  üfüqdə  görünməyəndə  onun  zəhərli 
qədəhini içməli olanlara özünün ehtiyatlı olmaq barədəki siqnallarını verir. Təəssüf 
ki,  bəzən  hətta  dahi  sərkərdələr  belə,  bütün  problemlərdən,  oyunlardan  baş 
çıxardıqları  halda,  təbiətin  vəzir  qambitini  anlaya  bilmirlər  və  ya  bunu 
ümumiyyətlə  qulaqardına  vurmaqla  öz  faciələrinin  qaçılmaz  qaydada  baş 
verməsinə yol açırlar. Hətta Napoleonun sərkərdəlik dühası sərt rus qışı qarşısında 
aciz  qalmışdı.  Təbiət  qaliblərə  birbaşa  zəfər  bəxş  etməsə  də,  bu  nəticə  etibarilə 
insan  ağlının  və  fərasətinin  bəhrəsi  kimi  meydana  çıxır,  ən  azı  son  anda  onun 
mümkünlüyü üçün hansısa bir şərait yaradır.  
Napoleonun  digər  və  sonuncu  məğlubiyyəti  1815-ci  ilin  iyüunun  18-də 
Vaterlooda baş verdi. İyunun 17-si axşamı güclü tufanda taqətdən düşdükdən sonra 
Napoleon və Vellinqton Belçikadakı Brüssel yaxınlıtğında olan Vaterloo kəndində 
qarşılaşdılar.  Britaniya  ordusu  Mon-Sen-Jan  təpəsində,  fransızlar  isə  düzənlikdə 
mövqe  tutmuşdular.  Prussiya  generalı  Blyuxer  öz  qüvvələrini  xeyli  artırmaqla, 
mümkün  olan  qədər  tezliklə  Vellinqtona  qoşulmalı  idi.  Napoleon  general  Qruşini 
30  minlik  ordu  ilə  prussiyalıları  izləməyə  göndərmişdi  ki,  onların  ingilislərlə 
birləşməsinə imkan verməsin.  
İyunun 18-də Neyin başçılıq etdiyi fransızlar şotland və ingilis qoşunlarına 
qarşı  hücuma  başladı.  Günortaya  qədər  hücum  davam  etdi,  lakin  hər  iki  tərəfdən 
ağır  itkilər  verilməklə,  onlar  geri  oturtduruldular.  Qruşidən  isə  heç  bir  xəbər  yox 
idi, Vavra doğru irəliləməkdə davam edirdi, güman edirdi ki, Blyuxerin qoşunları 
hələ də şəhərdədir. Lakin günorta ora gəlib çıxanda heç kəsi tapmadı. Onsuz da, nə 
olursa-olsun, artıq gec idi.  
Napoleon öz qvardiyasını işə saldı, lakin bunun da köməyi olmadı. Blyuxer 
Vellinqtonun  gözlədiyindən  bir  qədər  sonra  gəlib  çıxdı.  Lakiin  çox  vaxtında 
gəlmişdi.  Fransız  ordusu  məğlub  oldu.  Napoleona  qaçmaqdan  başqa  heç  nə 
qalmamşdı.  Dəmir  hersoq  –  Vellinqton  lakonik  qaydada  demişdi:  «Napaleon 
mərhəmət  çevrilişini  qəbul  etdi!  İndi  təkcə  onu  tutmaq  qalır!».  22  iyunda  isə 
Napaleon ikinci dəfə imperator taxt-tacından əl çəkdi.  

208 
 
Yenə də təbiət Napoleonla istehzalı oyununu oynadı. Tufan və güclü yağış 
onun  işlərini  pozmuşdu,  topları  atlarla  dartmaq  xeyli  çətinləşmişdi,  süvarilər  də 
yaxşı  hərəkət  edə  bilmirdilər.  Torpaq  yağış  nəticəsində  palçığa  döndüyünə  görə, 
fransızlar döyüşü 18 iyunda bir saat gec başlamağa məcbur olmuşdu. Avropanı öz 
sərkərdəlik məharəti ilə lərzəyə salan Napoleon təbiət qarşısında gücsüz olduğuna 
bir  daha  inanmalı  idi.  Ancaq  görünür,  Rusiya  yürüşündən  o,  ibrət  dərsi 
götürməmişdi.  
Vaterloo  məğlubiyyəti  onun  şəxsi  faciəsinə  də  yol  açdı.  İkinci  dəfyə 
sürgünə,  bu  dəfə  gözdən,  könüldən  uzaq  Müqəddəs  Yelena  adasına  yollandı. 
Burada  o,  altı  il  ərzində  qüssə  və  xəstəliklərlə  muşayiət  olunan  izqoy  həyatı 
yaşamağa  məcbur  oldu  və  1821-ci  ildə  orada  da  öldü.  Şatobrian  demişkən, 
dünyadakı «ən böyük nəfəs» birdəfəlik susdu. 
 
       Sovet ordusunun alman qoşunları üzərində qələbəsi 
 
Alman füreri Hitler də dünya ağalığı iddiasında olmaqla, Avropanın bir çox 
ölkələrini işğal  edib,  digərləri  ilə  müttəfiqlik  edib,  Britaniyanı  və  gələcəkdə  digər 
hücuma  məruz  qoyacaqlarını  diz  çökdürmək  üçün  əlavə  resurslara  yiyələnmək 
məqsədi  ilə  SSRİ-yə  qarşı  «Barbarossa»  adlanan  hücum  planı  hazırladı  və  geniş 
müdaxilə  1941-ci  ilin  22  iyununlda  baş  verdi.  3  milyon  nəfərlik  ordu  3  min  km 
məsafədəki  uzunluqda  olan  cəbhə  boyu  ilə  irəliləyirdi.  Müharibə,  onun  planına 
görə, «ildırım sürətli» olmalı idi, ona görə də «blits kriq» adlanırdı. Müharibə bir 
ay  tez  başlamalı  idi.  Lakin  digər  muharibə  teatrlarındakı  vəziyyətə  görə  oradan 
orduların  çıxarılması  ləngidiyindən  hücum  bir  qədər  təxirə  salındı.  İlk  günlər 
almanlar üçün olduqca uğurlu, sovet qoşunları üçün isə fəlakətli oldu. Sovet ordusu 
ağır itkilər verir, yüz minlərlə əsgər əsir götürülürdü. Minlərlə təyyarə ilk günlərdə 
uçuş meydaqçalarında hava bombardmanı ilə məhv edilmişdi. Qısa müddət, başqa 
sözlə,  beş  ay  ərzində  SSRİ  Avropadakı  öz  ərazisinin  xeyli  hissəsini  itirmişdi. 
Alman qoşunları Moskvaya yaxınlaşmışdı. 
Düşmən müharibəyə qədər olan dövrdə SSRİ əhalisinin 40 faizinin yaşadığı 
ərazini  tutmuşdu,  çuqunun  70  faizinin,  poladın  –  60,  dəmir  yolu  avadanlığının  – 
40,  şəkərin  –  85,  taxılın  40  faizinin  istehsal  edildiyi  torpaqlar  düşmən  tapdağı 
altında  idi.  Hitler  tezliklə  Moskvanı  işğal  etməyi  nəzərdə  tuturdu.  Lakin  Moskva 
ətrafında  gedən  qızğın  döyüşlər  bu  planı  bütünlüklə  pozdu.  Dekabrın  6-da  uzun 
sürən müdafiə döyüşlərindən sonra Moskva altında sovet qoşunları hücuma keçdi. 
Sentyabrın  sonu,  oktyarbın  əvvəlində  Hitler  komandanlığının  Moskvanı  tutmaq 
barədəki  başladığı  «Tayfun»  əməliyyatı  məğlubiyyətlə  nəticələndi.  Alman  natsist 
ordusunun  Moskva  ətrafındakı  bu  uğursuzluğu  İkinci  Dünya  müharibəsinin  ötən 
dövrü  ərzində  onun  ilk  böyük  məğlubiyyəti  idi.  Lakin  qış  hücumunun  uğuruna 
baxmayaraq, muharibəydə SSRİ-nin vəziyyəti ağır olaraq qalırdı.  
Rus qışı da düşmənə qarşı öz sərtliyini göstərirdi. Oktyarbda yağan yağışlar 
yolları  keçilməz  etmişdi,  topların  və  texnikanın  hərəkəti  çətinləşmişdi, 
ümumiyyətlə,  şaxtadan  mürəkkəb  alman    texnikası  və  silahları  sıradan  çıxırdı. 
Alman  əsgərləri  isti  qış  geyiminə  malik  olmadıqlarından  soyuqdan,  şaxtadan  çox 

209 
 
əziyyət  çəkirdilər,  əslində  Napoleon  ordusunun  aqibətini  təkrar  edirdilər. 
Yaponiyanın  hücum  etməməsinə  əminlik  yarandıqdan  sonra  Sibir  diviziyaları 
hesabına Sovet ordusu isə xeyli güclənmişdi.  
Erkən  səmərəli  uğurlardan  sonra  almanların  hücumu  sovet  qoşunlarının 
güclü müqaviməti ilə, həm də ağır qar yağmasına və Arktika hərarəti ilə muqayisə 
edilə  bilən  soyuğa,  şaxtaya  görə  dayandırıldı.  Çünki  onlar  bütünlüklə  belə  qış 
şəraitində  vuruşmağa  hazırlaşmamışdılar.  ABŞ  prezdenti  F.D.Ruzveltin  göstərişi 
ilə  əsas  yun  istehsalçıları  olan  Avstraiiyadan  və  Yeni  Zelandiyadan  yun  satın 
alındığından, almanlar dünya bazarında bu əmtəəni tapa bilmirdilər. Alman əsgər 
və zabitlərinin yüngül, nazik, yay geyimini andıran hərbi forması əslində onları rus 
şaxtasının və buzlu küləyinin qarşısında müdafiəsiz qoymuşdu. Hitler Napoleonün 
130  il  əvvəlki  acı  təcrübəsindən  nəticə  çıxarmamışdı,  heç  öz  generalları  ilə  onun 
Rusiya yürüşünü müzakirə də etməmişdi. Hitler öz kumiri saydığı “dəmir” kansler 
Otto fon Bismarkın Rusiyaya müdaxilənin bataqlıq kimi təhlükəli olduğu barədəki 
ciddi  xəbərdarlığına  da  məhəl  qoymamışdı.  Tarixi  nümunəyə  və  dahiyanə 
məsləhətə əhəmiyyət verməmək bir qayda olaraq ağır nəticələrə gətirib çıxarır. 
1942-ci  ilin  sonu  və  1943-cü  ilin  başlanğıcının  qışında,  Stalinqrad 
döyüşündə  də  almanlar  həm  olduqca  ağır  iqlimlə  və  həm  də  aclıqla  üzləşməli 
oldular. German Gerinqin aviasiya ilə ordunu ərzaqla təmin edəcəyi barədəki vədi 
əsasən  boş  söz  olaraq  qaldı.  Belə  bir  vəziyyətdə  alman  əsgərləri  çarəsiz  hala 
salınmışdı.  Ona  görə  də  1943-cə  il  fevralın  2-də  almanlar  böyük  itki  verməklə 
Stalinqrad  cəbhəsində  təslim  oldular  və  bu  Böyük  Vətən  müharibəsində  dönüş 
nöqtəsi  xarakterini  daşıdı.  Alman  ordusu    Napoleon  ordusunun  başına  gələn 
bədbəxtliyi təkrarən yaşamalı oldu. Əgər almanlar öz iki məğlubiyyətini, Moskva 
altındakı və Stalinqraddakı ağır uğursuzluqlarını sərt rus qışının adına yazırdılarsa, 
qeyd etdiyimiz kimi, hər iki döyüşdə bu faktorun mühüm iştirakını heç də danmaq 
olmaz,  Sovet  ordusu  1943-cü  ilin  iyununda  Kursk  yaxınlığındakı  məşhur 
Proxorovka tank döyüşündə qalib gəldikdən sonra, xırda istisnalar nəzərə alınmasa, 
daim  hücumda  oldu.  Sovet  qoşunları  Berlini  tutduqdan  sonra  8  may  1945-ci  ildə 
alman  komandanlığı  Müttəfiqlər  qarşısında  qeyd-şərtsiz  təslim  aktını  imzaladı. 
Hitlerin  dünyaya  ağalıq  etmək  iddiası,  öz  ölkəsinin,  alman  torpaqlarının  işğalı  ilə 
nəticələndi və bu ağır məğlubiyyət məğrur xalqı xeyli alçaltdı və dörd onillikdən 
çox  bir  müddətdə  Almaniya  parçalanmış  şəkildə  qaldı.  Müharibə  həm  də  qısa 
müddətə də olsa Almaniyaya aclıq və viranəlik toxumu səpdi. 
 
5.Təbiət ambitsiyaları ram edir 
 
Tarix  çox  sayda  belə  sadalanan  faktlarla  doludur.  Təbəti  heç  kəs  öz 
qüdrətinə tabe edə bilmir, əksinə, təbiət ən qüdrətli olanları da sarsılmaz hökmünə 
təslim  olmağa  məcbur  edir.    Özünə  dünya  şöhrəti  qazanmaq  istəyənlər  də  bəzən 
təbiətin adi bir çətinliyindən sarsılır, hətta onun girovuna çevrilmək təsadüfündən 
qaça  bilmirlər.  İnsanlar  gəlib  gedir,  təbiət  isə  özünün  əsasən  təslim  olmayan 
mövcudluğunda  qalmaqda,  öz  qanunları  ilə  idarə  olunmaqda  davam  edir.  Onun 
özünüidarə  mexanizmindən  isnanlar  öyrənsəydilər,  heç  şübhəsiz,  daha  çox  şeyə 

210 
 
nail ola bilərdilər. Axı təbiəti dərk etmək çətin olduğu kimi, ondan öyrənmək də o 
qədər  asan  məsələ  deyildir.  Təbiət  dünyanın  sifətini  dəyişdirməyə  qadirdir,  bunu 
çox sayda misallar bütünlüklə təsdiq edir. 
 
 
 
 
 
Obamanın parlaq qələbəsi 
 
Noyabrın 6-da ABŞ-da keçirilən prezident seçkiləri Barak Obamanın bu ağır 
döyüşdəki  parlaq  qələbəsi  ilə  nəticələndi.  O,  ikinci  müddətə  Birləşmiş  Ştatların 
prezidenti    seçildi.  Seçki,  amerikanların  öz  ölkəsinin  taleyinə  heç  də  biganə 
qalmadığını  bir  daha  sübut  etdi.  Avropada  Obamaya  rəğbət  bəsləyənlərin  hamısı 
bu mühüm hadisə ərəfəsində elə bil ki, amerikanlara çevrilmişdilər. Ölkə tarixində 
«quzğun»  prezident  kimi  tanınan  Corc  U.Buşun  ardıcılı  olan  respublikaçı  Mitt 
Romni  bütün  canfəşanlığına  baxmayaraq,  xalqın  əksəriyyətini  özünün  təxəyyül 
vədlərinə  inandıra  bilmədi.  Amerikanların  coxluğu  öz  iradəsi  ilə  son  dörd  ilin 
obyektiv  çətinliklərinə  və  bundan  əvvəl  başlamış  böhranın  dağıdıcı  qüvvəsinin 
xeyli  davam  edən  tüğyanına  baxmayaraq,  Obamaya  ölkəyə  liderliyini  davam 
etdirməyə imkan verdi. Axı bu dövrdə onun uğurları da az olmamışdır, ən başlıcası 
o,  Birləşmiş  Ştatların  dünyada  jandarm  rolu  oynaması  barədəki  relikt  ideyanın 
ömür sürməsinə ağır zərbə vurmuşdur.  
Obama İraqda müharibəni dayandırmış, Əfqanıstandan amerikan ordusunun 
geri  qaytarılmasını  planlaşdırmış,  «Əl-Qaida»  lideri  Üsamə  ben  Ladenin  fiziki 
olaraq sıradan çıxarılmasına nail olmuşdur. 
Prezident  Obama  sələfindən  fərqli  olaraq  təcavüz  sindromundan  uzaqdır, 
prolemlərin diplomatik yolla həll edilməsinə üstünlük verir. Böyük təhlükə hesab 
edilən İranın nüvə proqramının qorxulu fazasının qarşısının alınmasında da həmin 
metoda  xilaf  çıxmaq  istəmir.  «Ərəb  baharı»  dövrlərində  də  o,  diktatorların  deyil, 
onlara  qarşı  qalxan  xalqların  tərəfində  oldu  və  bu,  həmin  inqilablara  uğur 
qazandırdı.  
Daxili  siyasətdə  kəskin  tənqidlərə  məruz  qalmasına  baxmayaraq,  Obama 
prinsipial  mövqeyindən  uzaqlaşmadı.  Böhranın  daha  ağır  nəticələrindən  qaçmaq, 
onu tamamilə aradan qaldırmaq üçün xeyli cəsarətli addımlar atdı. Dövlətin böyük 
məbləğdəki maddi köməyilə Birləşmiş Ştatların avtomobil sənayesi iflasdan xilas 
edildi,  beləliklə,  ölkə  iqtisadiyyatının  dayaqlarının  sarsılmasına  əslində  yol 
verilmədi. 
Demokrat  Franklin  Delano  Ruzvelt  1933-cü  ildə  prezident  kimi  fəaliyyətə 
başlayanda  ölkəsini  «Böyük  Depressiyanın»  məhvedici  bəlasından  xilas  etmək 
üçün  titanlara  məxsus  işlər  gördü.  Onun  başçılığı  altında  Birləşmiş  Ştatlar 
dünyanın  ən  qüdrətli  iqtisadi  və  hərbi  dövlətinə  çevrildi.  2008-ci  ildə  də  ABŞ 
«Böyük  Depressiyadan»  sonra  ən  ağır  böhranla  üzləşdi.  Həmin  vaxt  Obamanın 
prezident  seçilməsi  və  2009-cu  ilin  əvvəlində  bu  vəzifənin  icrasına  başlaması 

211 
 
böhranın  dərinləşməsinin  qarşısını  almaqla  yanaşı,  dirçəliş  dövrünün  bünövrəsini 
qoydu.  XXI  əsrin  ilk  demokrat  prezidenti  də  ölkəni  yaxınlaşan  ağır  fəlakətdən 
qorudu.  
Obama  respublikaçı  konqressmenlərin  böyük  müqavimətinə  baxmayaraq, 
olduqca  mühüm  sosial  islahata  imza  atdı,  tibbi  sığorta  barədə  qanunun  qəbul 
edilməsinə  nail  oldu.  Bu,  əlavə  46  milyon  adamın  pulsuz  müalicə  olunmasına 
şərait yaradacaqdır.  
   Barak  Obamanın  hələ  senator  olarkən  yazdığı  «Ümidin  cəsarəti»  kitabını 
ingiliscədən  tərcümə  edərkən,  onun  geniş  intellektinə  və  yazısındakı  təbii 
səmimiyyətə yəqinlik tapmışdım. Prezident kürsüsünü tutması onun digər müsbət 
keyfiyyətlərini  üzə  çıxardı.  Dünyanın  yeganə  fövqəl  dövlətinə  rəhbərlik  edən 
şəxsdən  böyük  ağıl  və  yenilməz  iradə  tələb  olunur.  Obamanın  şəxsiyyətində  bu 
xüsusiyyətlər öz əksini tamamilə tapır.  
   ABŞ-ın  gələcəyi  həm  də  bütün  dünyanın  sabahına  öz  təsirini 
göstərəcəkdir. Ona görə də amerikan xalqı acı keçmişə qayıtmaq istəmədiyindən, 
gələcəyin  adamı  kimi  gördüyü  Obamaya  üstünlük  verdi.  Böyük  sınaqlar  anında 
liderin  kimliyi  olduqca böyük  əhəmiyyət  kəsb edir  və bunu nəzərə  almamaq elə 
bir  səhv  olardı  ki,  Fuşe  demişkən  ,  bu  cinayətdən  betər  olardı.Praqmatizmi  ilə 
seçilən bir xalq öz məsuliyyətini yaxşı dərk etdiyindən düzgün qərarını verdi.   
   Onun  yenidən  prezident  seçilməsi  böyük  ümidlər  doğurur.  Güman  edirik 
ki,  Obamanın  dünya  siyasətində  ədalətli  hərəkət  etməsi  onun  nüfuzunu  daha  da 
artıracaqdır,  bundan  yəqin  ki,  Dağlıq  Qarabağ  probleminin  müsbət  həllinə  də  bir 
umulan  pay  düşəcəkdir.  Qoy  qarşıdakı  illər  onun  üçün  daha  böyük  uğurlarla 
müşayiət olunsun, köhnə yeni prezidentə bəslənən arzular gerçəklikdə öz ifadəsini 
tapsın. 
 
08.11.12
 
525-ci qəzet 
 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə