Bəşər səmasına yüksələnlər



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/20
tarix28.04.2017
ölçüsü5,01 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   20

 
Xristofor Kolumb 
Calamatias  virtutis  occasio  (lat.)  –  Bədbəxtlik  igidlik  üçün  səbəb  rolunu 
oynayır. 
Seneka 
Azad o adamdır ki, yalanı səmimi qaydada həqiət kimi qəbul edir. 
Epiktet 
Yeni  Dünyanı kəşf edən Xristofor Kolumb (ispan dilində Kristobal Kolon) 
bütün  dövrlərin  ən  böyük  dənizçilərindən,  səyyahlarından  biri  olmuşdur,  lakin 
İspaniyaya  məxsus  olduğunu  iddia  etdiyi  Qərbi  İndiyalardakı  despotik  və  şıltaq 
inzibatçılığı  özü  haqqındakı  müsbət  rəyin  bir  qədər  dəyişilməsi  ilə  nəticələndi. 
Kolumb  dəqiq  məlum  olan  səyahətçilərdən  biridir  ki,  Atlantik  okeanı  şimal 

28 
 
yarımkürəsində üzüb keçmiş və ilk avropalıdır ki, Karib dənizinə gedib çıxmışdır. 
O, Cənubi və Mərkəzi Amerikanın başlanğıcını qoymuşdu. Çox sayda adaları kəşf 
etmişdi. Onun qeyri-adi və yüksək təxəyyüllü ağlı yüksək köklənmiş və avtokratik 
xarakteri  ilə  birləşməklə,  onu  azmaq  yoluna  yönəltdi,  əvvəlcə  ona  şöhrət  və  var-
dövlət  gətirsə  də,  lakin  sonradan  taleyinin  faciəli  qaydada  dəyişilməsinə  səbəb 
oldu, onun Yeni Dünyaya axırıncı səfərindən bu dəniz-okean dənizlərinin admiralı 
və  İndiyaların  vitse-kralı  qandalda  qayıtdı.  Ömrünün  bir  hissəsindəki  şərəf  və 
böyük mülkiyyət qazanmaq üçün ürək ağrıdan cəhdləri onu çaşdırmışdı. 
O,  italyan  liman  şəhəri  olan  Genuyada  yaşayan  toxucu  kişinin  oğlu  idi. 
Onun  anadanolma  tarixi  dəqiq  bilinmir,  güman  edilir  ki,  1451-ci  ildə  anadan 
olmuşdur.  Belə  hesab  edilir  ki,  ilk  olaraq  atasının  sənəti  üzrə  işləmiş,  14  yaşı 
olanda  dənizdə  üzməyə  yollanmışdı.  Yəqin  ki,  o,  1472-73-cü  illərdə  dəniz 
quldurunun  xidmətində  olmuşdu,  sonrakı  ili  isə  yunan  adası  Kosda  yaşamışdı. 
Müqəddəs  Vinsent  burnu  döyüşündə  iştirak  etdikdə  onun  olduğu  gəmi  yanmış, 
avarların  köməyi  ilə  o,  üzüb  Portuqaliya  sahilinə  çıxmışdı.  Genuyaya  qarşı 
Portuqaliyanın  tərəfində  vuruşması  onun  vətənpərvər  olmamasından  xəbər  verir. 
O,  bir  daha  heç  vaxt  Genuyaya  qayıtmadı,  hətta  qardaşlarına  məktublarını  da 
italyanca  yazmırdı,  yalnız  ispan  dilində  yazmağa  üstünlük  verirdi.  Qardaşları  da 
özlərini ispan dili qaydasında Kolon adlandırırdı (onun italyanca soyadını bildirən 
colombo  sözü  “göyərçin”  deməkdir).  Bu  faktlar  göstərir  ki,  Kolumb  Genuyada 
məskunlaşmış ispan-yəhudi ailəsindən idi. 
Kolumb  Amerikanı  astronomiyadan  çox  peyğəmbərə  möhkəm  inanmağına 
görə kəşf etmişdi. O, 1502-ci ildə kral Ferdinand və kraliça İzabellaya yazırdı ki, 
(bu  ər-arvad  rüşeym  halında  olan  mərkəzləşmiş  İspaniyanın  –  Araqon  və 
Kastiliyanın  həmhökmdarları  idilər),  “İndiyalara  səfəri  icra  edəndə  nə 
matematikadan,  nə  də  xəritələrdən  istifadə  etməmişdim.  Yalnız  İsayyanın 
(peyğəmbər) sözlərini bütünlüklə yerinə yetirmişdim”. O, Bibliyadakı İsayyaya aid 
11:10-12  (ayələrində)  abzaslarında  ifadə  olunan  fikri  nəzərdə  tuturdu.  Axı  onun 
həyatı dramatik səhnələrlə zəngin idi. Gəmi qəzasından fövqəltəbii qaydada xilas 
olub  Portuqaliyaya  gəlməsi  də,  sonra  baş  verən  hadisələr  də  qəribəlikdən  xali 
deyildi. 
Belə güman edirlər ki, hələ 1474-cü ildə astronom və coğrafiyaşünas Paolo 
Toskanelli  ona  məktubunda yazmışdı  ki, onun rəyinə əməl  edib, əgər  qərbə tərəf 
üzülsə,  dəniz  yolu  ilə  Hindistana  daha  qısa  müddətdə  çatmaq  mümkündür.  Elə  o 
vaxtlar Kolumb Hindistana səyahət etmək barədəki öz layihəsi barədə fikirləşməyə 
başlamışdı. 
Portuqaliya o vaxt məlum olan dünyanın qərb qurtaracağı idi, Lissabon isə 
(bu  şəhər  Odisseyin  –  Ulissin  şərəfinə  belə  adlandırılmışdı,  qədim  yunan 
mifologiyasının  macəraçı  qəhrəmanının  adını  bütünlüklə  doğruldurdu)  yeni 
torpaqlar  kəşf  etməklə  bağlı  olan  dənizçilərin  mühüm  görüş  yeri  idi. 
Portuqaliyalılar  buradan  üzüb  Madeyranı  kəşf  etmişdilər,  Afrikanın  Atlantik 
okeanı sahillərinə gəlib çıxmışdılar. Şəhər həm də artıq incəsənət və elmlər üçün, 
xüsusən  kosmoqrafiya  və  astronomiya  üzrə  mərkəz  rolunu  oynayırdı.  Güman  ki, 

29 
 
Xristofor  da  kiçik  qardaşı  Bartolomey  ilə  bura  gəlib  çıxmışdı.  O,  dənizə  görə 
vətənini tərk etmişdi və kartoqrafçı kimi fəaliyyət göstərirdi. 
Şərqə  çatmaq  üçün  qərb  tərəfə  üzmək,  yuxarıda  deyildiyi  kimi,  ilk  dəfə 
florensiyalı  bir  kartoqrafın  ağlına  gəlmişdi.  Portuqaliyada  sahilə  çıxdıqdan  sonra 
Kolumb  İspaniyaya  üzmüşdü  və  bu  səfəri  vaxtı  artıq  Qərb  yolu  ilə  “Kataya”  (o 
vaxtlar  Avropada  Çini  belə  adlandırırdılar)  üzmək  barədə  düşünmüşdü.  Sonra  o, 
Madeyra  adalarında  məskunlaşdıqda  Cənubi  Atlantikaya  üzmək  istəmişdi,  bir  ya 
iki dəfə Qızıl sahildəki Portuqaliya ticarət postuna səfər etmişdi. Burada o, şəkər 
qamışlarını  və  şam  ağacının  gövdəsini  gördükdə  qərb  üfüqünün  arxasında 
torpaqların mövcud olmasının bəzi işarələrinin mövcudluğunu güman etmişdi. 
Lissabona  geri  döndükdən  sonra  o,  şərq  barədəki  yazıları,  Marko  Polonun 
sərgüzəştlərini  oxudu.  Baxmayaraq  ki,  o,  Ptolomeyi  öyrənmişdi  –  onun  Asiyanın 
ölçüsü  barədə  yanlış  nəzəriyyəsi  Xristoforda  möhkəm  bir  inam  yaratdı  ki,  qərb 
tərəfə səyahət etməklə Asiyaya gedib çıxmaq olar. Apokrif (dinə görə qeyri-dəqiq 
olan)  Bibliyası  peyğəmbəri  Ezdraya  görə  yer  dəyirmidir.  Qərbin  qurtaracağı 
(İspaniya  ilə)  Şərqin  qurtaracağı  (“Hindistan”,  başqa  sözlə  Asiya)  arasındakı 
məsafə  çox  uzaqdır,  lakin  İspaniya  ilə  “Hindistan”  arasındakı  dəniz  yolunun 
məsafəsi  çox  qısadır.  Kolumb  buna  uyğun  olaraq  hesablamalar  apardı.  Bu 
hesablamalara  görə  “Hindistan”  Kanar  adalarından  6,3  min  kilometr  məsafədə 
olacaqdı. Doğrudan da bir qədər çox və ya az, bu məsafədə Amerika yerləşirdi. 
Bu  sistem  Kolumbun  təxəyyülünü  alovlandırdı  və  Qərb  yolunun  açılması 
üçün onu kəşflərə səslədi. O, yeni yolla köhnə torpaqlara çatmaq istəyirdi. Lakin 
onun cəhdləri əbəs idi.  
Hindistana  getmək  üçün  Qərbə  tərəf  üzmək  barədə  müraciətini  ilk  dəfə 
1475-1480-ci  illərdə  etmişdi.  O,  bunu  doğma  Genuyasının  hökumətinə  və 
tacirlərinə ünvanlamışdı. 1483-cü ildə o, bu təklifi Portuqaliya kralı II Juana etsə 
də, monaxrdan rədd cavabı almışdı. 1485-ci ildə Kolumb öz oğlu Dieqo ilə birlikdə 
İspaniyaya gəldi. Bir il sonra o, öz layihəsi ilə hersoq Medina-Selini maraqlandıra 
bildi,  o,  isə  öz  növbəsində  Kolumbu  öz  dayısı  kardinal  Mendosa  ilə  tanış  etdi. 
Axırıncı  isə  katolik  krallar  olan  Ferdinand  və  İzabella  tərəfindən  onun  qəbul 
edilməsinə köməklik göstərdi. Kolumb eyni təkliflə 1488-ci ildə İngiltərə kralı VII 
Henriyə də müraciət etmişdi. 
1486-cı  ildəki  görüşdən  sonra  kraliça  bu  işi  baş  müsahibinə  həvalə  etdi. 
Görüşdə Kolumbun böyük səfərinə kraliça İzabella xüsusilə böyük maraq göstərdi 
və  səyyah  onu  özünün  himayəçisi  hesab  edirdi.  1504-cü  ildə  sonuncu  səfərindən 
qayıtdıqda  kraliçanın  öldüyünü  eşitdikdə  çox  məyus  oldu,  axı  o,  özünün  əsl 
himayəçisini, onun kəşflərinə xüsusi qayğı göstərən bir tac sahibini itirmişdi. 
Monarxlar  Kolumbun  təkliflərini  öyrənmək  üçün  “adamları  və  dənizçiləri” 
nəzərdən  keçirməkdən  ötəri  xüsusi  komissiya  yaratdılar.  Komissiya  onu  dörd  il 
gözlətdi,  bu  da  komissiyanın  lazımınca  baş  çıxarmaması  və  üstəlik,  onun 
üzvlərinin  baxışlarının  mühafizəkarlığı  ilə  əlaqədar  idi.  Dörd  il  ərzində  Kolumb 
sarayın  arxasınca  bir  şəhərdən  digərinə  keçirdi.  Yalnız  Salamanka  universitetinin 
professorunun  –  tacın  varisi  Don  Xuanın  müəlliminin  köməyi  ilə  saray 

30 
 
xəzinəsindən  bir  qədər  pul  aldı və 1489-cu ildə öz səyahəti  üçün nəzərdə tutulan 
məbləği saraydan çıxarmağa nail oldu.  
Lakin sonrakı ili komissiya onun xeyrinə olmayan məruzə təqdim etdi. Kral 
və kraliça onu bütünlüklə rədd etməsələr də, Kolumb hiss edə bilərdi ki, bəlkə də 
onun İspaniyada qonaq olması sona çatır. 
Sonra  Palosdakı  gəmi  sahibi  Pintson  onu  partnyorluğa  götürmək  barədəki 
xahişini qəbul etdi. Səfərin xərci olduqca böyük idi. Ona rıtsar titulu verilməli və o
böyük admiral və vitse-kral təyin edilməli idi.  
1491-ci  ildə  Kolumbun  Ferdinand  və  İzabella  ilə  görüşü  təkrar  şəkildə 
Sevilyada  baş  tutdu.  Görüşün  nəticəsi  yenə  də  ürək  açan  deyildi.  Bu  vaxt  tac 
sahiblərinin  başı  İspaniyada  axırıncı  müsəlman  dövləti  olan  Qranada  ilə 
müharibədə  qarışmışdı.  1491-ci  ildə  Kolumb  böyük  maqnat,  yüzə  qədər  ticarət 
gəmisinin sahibi Medina-Sidoniyaya müraciət etdi, lakin kömək barədə ondan da 
rədd cavabı aldı.  
1492-ci  ildə  güman  ki,  Fransaya  və  ya  İngiltərəyə  getmək  istədi,  lakin 
dostları kral və kraliçanı inandırdılar ki, mərhəmət göstərib onu yada salsınlar və 
bu vaxt onun bütün tələbləri müsbət qarşılandı. 
1492-ci ildə artıq Qranada məğlub edilmişdi. Təntənə sevincini yaşayan kral 
Kolumbun tələblərini “həddən artıq böyük və qəbul edilməyən hesab etdi”. Lakin 
ona qarşı ilk mərhəmətli addımı yenə də kraliça İzabella atdı. Kral əri ilə kraliçanın 
maliyyə işləri ayrılıqda aparıldığından, İzabella bu şansın nə Portuqaliyanın, nə də 
Fransanın  əlinə  düşməməsi  üçün  layihənin  baş  tutmasından  ötəri  hətta  “mən  öz 
daş-qaşlarımı girov qoya bilərəm” ehtimalından çəkinmədiyini də bildirmişdi. 
30  aprel  1492-ci  ildə  kral  cütlüyü  Kolumba  “don”  titulu  (bu,  onu  zadəgan 
edirdi) verdilər və onu da bildirdilər ki, okeanın o tərəfinə səyahət layihəsi uğurlu 
olsa  o,  Dəniz-okean  admiralı  və  kəşf  etdiyi  və  ya  ələ  keçirdiyi  torpaqların  vitse-
kralı olacaqdır. 
Kolumba Martin Alonso Pintson çox kömək etdi. Səyahətə çıxan gəmilərdən 
biri – “Pinta” ona məxsus idi və onu öz hesabına səfərə hazırlamışdı. 
Nəhayət,  3  avqustda  üç  gəmidə  -  “Santa  Mariya”,  “Pinta”  və  “Ninya”  adlı 
gəmilərdə  Kolumbun  komandası  Palosdan  üzməyə  başladı.  Doqquz  gün  sonra 
Kanar adalarına çatdılar və qərb tərəfə istiqamət götürdülər. Bütöv ay ərzində hava  
və əhval-ruhiyyə həm yaxşı, həm də pis tərəfə dəyişilirdi. 12 oktyabr 1492-ci ildə 
gecə yarısı o, “Pinta”nın burnundan torpağı gördü. Səhər şəfəqində bakirə gözəllik 
və  təzə  rəngli  torpaq,  tapdıqlarından  şadlanan  ispanlar  qarşısında  açıldı.  İki 
kapitanla  və  ekspedisiyanı  müşayiət  edən  qulluqçularla  birlikdə  Kolumb  kral 
bayrağını sahilə çıxardı. O, bayrağı yerə sancdı və torpağı Ferdinand və İzabellanın 
mülkiyyəti  elan  etdi.  Bu  yer  Baham  adalarından  “Quanaxani”  adası  idi,  onu 
ispanlar  San  Salvador  adlandırdılar.  O,  bu  yeni  torpaqların  Şərqi  Asiya  –  başqa 
sözlə,  Yaponiyanın  və  ya  Hindistanın  ətrafı  olduğunu  hesab  edirdi.  Sonralar 
avropalılar  bu  yeni  kəşf  edilmiş  əraziləri  Vest-İndiya,  hərfi  mənada  “Qərbi 
Hindistan” adlandırdılar. Bu Avropada uzun müddət Ost-İndiya və ya hərfi mənada 
“Şərqi  Hindistan”  adlandırılandan  fərqləndirmək  üçün  belə  söz  birləşməsi 
işlədilirdi. 

31 
 
Gördüyü  hər  şey  Kolumbu  inandırırdı  ki,  o,  xəritələrdə  aşağı  tərəfdə 
göstərilən “Şərqin qurtaracağındakı adalar” arasındadır. Yerli adamların burnunda 
qızıl nümunələrini görəndə, o, buranı tərk etdi ki, “bəlkə də Çipanqu (başqa sözlə 
Yaponiya) ətrafına gələ bilməyi” gerçəkləşdirməyə tələssin.  
Bir həftə ərzində o, ispan adları verdiyi gözəl adaların arasında var-gəl etdi, 
bu  vaxt  ümid  edirdi  ki,  “Allah  ona  qızılın  harada  olduğunu  göstərəcəkdir”.  Ona 
sahib  olmaq  müasir  dildə  iqtisadi  inkişaf  adlana  bilərdi.  O,  həm  də  quldarlıq 
barədə, çox sayda qul ələ keçirmək barədə fikirləşirdi. Hər yerdə xaç qaldırırdı. 
Hələ  ekspedisiyanın  təşkili  barədə  Kolumb  Ferdinanda  və  İzabellaya 
müraciətində yazmışdı ki, o, Çipanquya üzmək istəyir, oradan Kataya, daha sonra 
isə  oradan  hər  iki  Hindistana  getmək  niyyətindədir.  Katay  –  “Çin”  demək  idi, 
Çipanqu  adı  altında  isə  Yaponiya  başa  düşülürdü.  Yaponiya  barədə  Marko  Polo 
xatirələrində  elə  uydurmalar  söyləmişdi  ki,  bu  istənilən  adamı  ora  yollanmağa 
həvəsləndirərdi. Guya ki, orada “evlərin daşı təmiz qızılla örtülmüşdür”. Beləliklə, 
Kolumb özünün ilk məqsədi kimi, çox vaxt deyildiyi tək heç də Hindistanı deyil, 
Yaponiyanı hesab etmişdi. 
Onun  ada  sakinləri  ilə  keçirdiyi  “bal  ayı”  yeddi  yerli  məskunu  zorla 
başqalarından  ayırıb,  götürməklə  sona  çatdı.  Tuzemlər  bu  vaxt  fikirləşməyə 
başladılar  ki,  ispanlar  öz  davranışlarına  görə  kanniballardan  bir  qədər  az  tiran 
xüsusiyyətlərinə malikdirlər. Kanniballar isə cənubdakı uzaq adalardan gəlib onları 
tutub  aparır  və  yeyirdilər.  Kolumbu  inandırmışdılar  ki,  həmin  kanniballar  böyük 
bir  xanın  təbəələridir. Bu “fakt” onu  inandırmışdı ki, ada sakinlərinin  Kuba kimi 
xatırladıqları həmin böyük ada Çipanqunun özüdür. O, bir nəfər ispanı göndərdi ki, 
həmin xanla danışıqlar aparsın. 
Lakin elçi nə xanı, nə də qızıl mədənini tapa bilmədi. Lakin Kolumb böyük 
sərvət  mənbəyi  olan  tütünü  kəşf  etdi.  San-Salvador  adasında  yerli  sakinlər  olan 
aravaklar  ona  “quru  yarpaqları”  –  tütünü  hədiyyə  verdilər.  Bu  adamların 
bəzilərində qızıl qırıqları görəndə, Kolumb qiymətli metalın mənşəyini öyrənməyə 
can  atdı.  Cənuba tərəf  hərəkət edərək Baham  adalarının  tərkibinə daxil olan yeni 
adaları  kəşf  etdi.  Onların  sakinlərindən  də  Kuba  barədə  bəzi  şeylər  öyrəndilər. 
Sonra onlar Kubaya gəlib çıxdılar. Lakin burada onlar nə qızıl, nə ədviyyat, nə də 
heç bir iri şəhər tapmadılar. 
Donanma yenə üzməyə başladı, güclü şərq küləyi nəticəsində “Pinta” gəmisi 
yoxa  çıxdı.  Kolumb  isə  qorxurdu  ki,  “Pinta”  gəmisində  üzən  Pintson  qızıl 
mədənini  kəşf  edə  və  beləliklə,  şöhrəti  onun  əlindən  qopara  bilər.  İtmiş  gəminin 
kapitanını  axtaranda  indi  Haiti  adlanan  yerə  gəlib  çıxdı.  Kolumb  bu  adanın 
gözəlliyinə  valeh  olub,  onun  adını  dəyişdirərək  Espanyola  qoydu,  bu  söz  “ispan 
adası”  mənasını  verirdi.  O,  ada  sakinlərini  fərasətlərinə,  işgüzarlıqlarına  və 
gözəlliklərinə görə tərifləyirdi. 
Güclü  külək  “Santa  Mariya”  gəmisini  sahilə  atdı  və  gəmi  yararsız  hala 
düşdü.  “Pinta”  da  artıq  onun  sərəncamında  deyildi.  Adamların  hamısını  “Ninya” 
gəmisində  geri  qaytarmaq  mümkün  olmayacaqdı.  O,  Villa  de  la  Navidad 
məntəqəsini yaratdı və 38 adamı orada qoydu. Kolumb onları bir illiyə tərk edib, 
1493-cü ilin yanvarının əvvəlində İspaniyaya döndü. 

32 
 
İki  gün  sonra  “Pinta”  gəmisi  “Ninya”ya  qoşuldu.  Kolumb  Pintsonun 
izahatını  rədd etdi  və onu  qəsrin  qapısından  asmaqla hədələdi. Pintson buna belə 
cavab  verdi:  “Mən  ona  layiqəm,  çünki  səni  indi  qərar  tutduğun  şərəfə 
qaldırmışam”.  Pintson  onun  adamları  arxada,  adada  qoymasını  da  qəti  şəkildə 
bəyənmədi. Nəhayət, 16 yanvar 1493-cü ildə onlar Avropaya üzdülər. Yolda tufan 
baş verdi. Öz kəşfinin naməlum qalacağını düşünən Kolumb əhvalatı yazıb kağızı 
dənizə  tulladığı  zənbilə  qoydu.  Dörd  gün  ərzində  o,  yatmadı.  Pis  qasırğalar 
gəmilərə hücum edirdi. Martın 4-də gəmilər Taq çayına girdi. Portuqaliya kralı onu 
böyük şərəflə qəbul etdi. 
Pintson isə tezliklə Palosa gəlib çıxdı. O, krala və kraliçaya Kolumb barədə 
loyallığı əks etdirən məktub yazdı. Lakin ağır səfərdə taqətdən düşdüyündən o, 20 
martda  öldü.  Kolumb  da  krala  və  kraliçaya  məktub  yazdı.  Onlar,  nəhayət,  onu 
saraya  gəlməyə  dəvət  etdilər.  Portuqaliya  kralının  belə  bir  tədbiri  görəcəyindən 
qorxub,  ikinci  ekspedisiyanı  nə  qədər  mümkünsə  tez  göndərmək  istədilər.  Roma 
Papasından  kəşf  edilmiş  İndiyaları  onlara  verən  iki  bulla  qopara  bildilər.  Papa 
Qərbin  hələ  kəşf  edilməmiş  torpaqlarını  da  İberiyanın  iki  hakimiyyəti  arasında 
böldü.  Atlantik  okeandan  qərbdə  olan  ərazilər  İspaniyaya,  şərqdə  olanlar  isə 
Portuqaliyaya çatacaqdı. 
Aprelin  sonunda  kral  və  kraliça  onu  təntənəli  şəkildə  qəbul  etdilər. 
Monarxlar  onu  salamlamaq  üçün  ayağa  qalxdılar  və  ona  stul  təklif  etdilər.  Bu, 
imtiyazlar və şərəf axınının yalnız başlanğıcı idi. 
Onun narahatlığı “İndiya” işlərinə yepiskop Xuan de Fonsekanın başçı təyin 
edilməsi ilə başlandı. Saray məktubları Kolumbu və yeni rəisi tələsməyə çağırırdı. 
İkinci  səfərdə  17  gəmi,  1000-dən  1500-ə  qədər  adam  iştirak  edəcəkdi.  Maddi 
maneələr  kifayət  dərəcədə  qorxulu  idi,  lakin  əsas  narahatlıq  bu  iki  adamın 
arasındakı,  həm  də  onların  iki  qulluqçusunun  arasındakı  fərqlər  idi.  Kolumb 
bütövlükdə ona nəzarət edilməsinə qarşı çox səbirsiz idi.  
Kral  və  kraliça  əlavə  olaraq  İndiyaların  xristianlaşması  və  əhalinin  maddi 
rifahına nail olunması vəzifələrini qoymuşdular. 25 sentyabr 1493-cü ildə donanma 
Kadisdən  yola  düşdü.  3  noyabrda  sahili  gördülər.  Lövbər  saldıqdan  sonrakı  gün 
onlar Qvadelupa adalarını kəşf etdilər. Lakin Kolumb qitəni axtarırdı. O, həmçinin 
Espanyolada  qoyub  getdiyi  adamlar  barədə  həyəcan  keçirirdi.  Nəhayət,  ora  gəlib 
çatanda yerli başçılar tərəfindən ispanların məhv edildiyini öyrəndilər. O, göstəriş 
verdi ki, qırılmış adamların basdırdıqları qızılları axtarsınlar. Sonra o, adada daha 
yaxşı baza yaratmaq üçün üzdü, bir aya qədər hərəkət etdi və axırda bir tərəfi seçib 
orada  Yeni  Dünyadakı  ilk  Avropa  şəhəri  olan  İzabellanı  saldı  (bu  ad  sonra 
Dominikan respublikasının şimal sahilindəki yaşayış məntəqəsinə verildi). 
La Navidaddakı xəstəlik barədəki xəbərlər sarayda ona olan etimadı azaltdı. 
Kəşf belə bəlaya və ağır haqq ödənilməsinə layiq idimi? 29 martda İzabellaya geri 
dönəndə ərzağın istidən xarab olduğunu, adamların ac və hirsli olduğunu gördü. O, 
çalışdı ki, onları dəyirman tikməyə məcbur etsin, onda gətirdiyi buğda üyüdülməli 
idi. Bundan imtina edənləri o, cəzalandırdı. Kolumb bir neçə adamı dar ağacından 
asmışdı. 

33 
 
Plutarx yazır ki, onu vicdansız adlandırmaqla söyən arqoslulara Sparta çarı 
Kleomon  demişdi:  “Siz  məni  söyə  bilərsiniz,  sizin  cəzanızı  vermək  isə  mənim 
səlahiyyətimdədir”.  Kolumb  heç  də  Kleomondan  geri  qalmırdı,  daha  sərt  cəza 
növlərini seçirdi. 
Baxmayaraq ki, vəziyyət İzabellada və Santo Tomasda heç də yaxşı deyildi, 
Kolumb  üç  karavella  ilə  İspaniyaya  yola  düşdü,  yenidən  İzabellanı  qardaşının 
himayəsi altında qoydu. Kolumb Kubanı tədqiq etmək istəyirdi, lakin xristianlığa 
keçirilmiş hinduların təkidi ilə cənub tərəfə üzüb 5 mayda Yamaykanı kəşf etdi və 
onu  Santyaqo  adlandırdı.  Bir  neçə  günə  Kubaya  qayıtdı  ki,  onun  materik  olub 
olmadığını  öyrənsin.  Onun  qərarı  tezliklə  sona  çatdı,  o,  qərara  gəldi  ki,  Kuba 
qitədir.  Hər  bir  adama  and  içdirdi  ki,  onlar  bu  fikirdən  üz  döndərsələr  dillərini 
qoparıb  çıxaracaqdır.  Yamaykanın  cənub  sahilləri  boyu  üzməyə  başladı.  O, 
xəstələndi və bir neçə gün ölüm təhlükəsi altında idi. Kralın və kraliçanın buraya 
gələn nümayəndəsi Espanyolada yerli əhalinin qiyam ərəfəsində olduğunu gördü, 
çünki Kolumb onlara qızıl vergi qoymuşdu. Nümayəndə ilə Kolumbun münaqişəsi 
beş  ay  çəkdi  və  vitse-kralın  məğrurluğu  xeyli  dərəcədə  alçaldı.  Kolumb  adalar 
arasında bir neçə həftə qaldıqdan sonra Avropaya üzüb Kadisdə lövbər saldı. 
Kolumbun düşmənləri krala və kraliçaya bəzi şeyləri çatdırdılar. Lakin iyul 
ayında o,  saraydan salam  məktubu  aldı.  O, düşmənlərinə qalib gəldi, onun bütün 
imtiyazları  təsdiq  edildi,  maddi  vəziyyəti  xeyli  yaxşılaşdı.  Espanyola  royal 
malikanəsinin  ona  verilməsi,  həmçinin  hersoq  və  ya  markiz  titulu  verilməsi 
barədəki  təkliflərdən  imtina  etdi.  Çünki  hiss  edirdi  ki,  malikanə  nə  qədər  böyük 
olsa da (172 mil x 86 mil), Yeni Dünyadan çox kiçikdir. 
Maliyyə  çətinlikləri  üçüncü  ekspedisiyaya  yollanmağı  ləngidirdi.  30  may 
1498-ci ildə bu səfərə yola çıxıldı. Altı gəmi 200 adamı daşıyırdı, bura dənizçilərin 
özü  daxil  deyildi.  O,  axtardığı  qitəyə  paralel  istiqamətdə  üzürdü,  lakin  istiqaməti 
dəyişib  şimala  döndü,  Dominikaya  tərəf  üzdü.  O,  bu  yeni  torpağı  Trinidad 
adlandırdı.  O,  ada  ətrafında  üzüb  qitəyə  ayaq  basdı.  Lakin  onu  ada  hesab  edərək 
tez oranı tərk etdi, axı o, Kubanı “qitə” hesab edirdi. Pariya yarımadasında olanda 
ispanlar  yerli  qadınlarda  boyunbağı  gördükdə  sevindilər  ki,  bu,  həqiqətən  də 
onların  Şərqdə  olmalarının  sübutudur.  Kolumb  isə  müşahidə  etmişdi  ki,  boğaz 
nəhəng və güclü şirin su axını qəbul edir. Bu Orinoko çayının mənsəblərindən biri 
idi.  Bu  müşahidəsindən  belə  bir  fantastik  nəzəriyyə  qurdu  ki,  o,  cənnətdəki  dörd 
çaydan (Bibliyada təsvir olunanlardan) birinin mənsəbində dayanmışdır. Bu cənnət 
yerin yuxarısında yerləşir, yer isə dəyirmi deyildir, armud şəklindədir. 
Kolumb  Espanyolaya  gəlib  çıxanda  gördü  ki,  onun  İzabellaya  təyin  etdiyi 
mer 70-ə yaxın öz ardıcılı ilə Kolumba qarşı qiyam qaldırmışdır. 
Kral  və  kraliça  könülsüz  olaraq  və  yavaş-yavaş  belə  bir  rəyə  gəldilər  ki, 
Kolumb yaxşı admiral olsa da, pis qubernatordur. Ona görə də Espanyolaya başqa 
qubernator təyin edildi. Kolumb artıq bu qubernatora tabe olmalı idi, bütün royal 
əmlakı,  qəsrləri,  silahları  və  anbarları  ona  təhvil  verməli  idi.  Həmin  qubernator 
Bobadilla  1500-cü  ildə  Espanyoladakı  Santo  Dominqoya  gəlib  çıxdı.  Ona 
çatdırdılar  ki,  Kolumbun  qardaşı  Dieqo  bir  neçə  ispanı  dar  ağacından  asmış,  beş 
nəfər isə hələ də bu cəzanı gözləyir. Qubernator dustaqların ona verilməsini tələb 

34 
 
etdikdə,  Dieqo  imtina  etdi.  O,  qalaya  girdi  və  dustaqlara  nəzarəti  öz  üzərinə 
götürdü. Kolumbla görüşdükdə isə admiral onun təyinatını tanımaqdan imtina etdi 
və dedi ki, kral və kraliça onu vəzifədən məhrum edə bilməz. Qubernator onu və 
Dieqonu dustaq edib onları qandalladı. Kolumb onu İspaniyaya göndərəndə qorxdu 
ki,  yəqin  onu  dar  ağacına  aparırlar.  Səfər  vaxtı  ona  hörmətlə  yanaşılsa  da, 
zəncirdən azad edilməsindən imtina etdi. 1500-cü ilin noyabrında o, Kadisdə sahilə 
çıxdı. Kral və kraliça bu vaxt Qranadada idilər, bu xəbərlərdən mütəəssir oldular. 
Onun azad edilməsi əmrini verdilər, ona 2 min dukat pul göndərdilər, qardaşı ilə 
birlikdə  saraya  dəvət  etdilər.  Kolumb  öz  royal  himayəçilərini  görəndə  diz  üstə 
çökdü və göz yaşları onu boğdu. 
Kralın və kraliçanın ona yazığı gəldi, müəyyən alicənablıq göstərdilər, lakin 
admiralın  siyasi  qabiliyyəti  barədə  öz  rəylərini  dəyişdirmədilər.  Kolumbun  Yeni 
Dünyadakı arzuları puça çıxmışdı. 
Digər kəşf edənlər kütləsi onun dənizlərində üzür, onun torpaqlarında sahilə 
çıxırdılar. Kral və kraliçanın iradəsi ilə o, Espanyolaya qayıtmadı, bundan sonra o, 
digər dənizlərdə yeni kəşflər etmək barədə düşünürdü. 
Bobadillanı  yeni  qubernator  əvəz  etdi,  o,  Kolumbun  müsadirə  edilmiş 
mülkiyyətini  bərpa  etmək  göstərişini  verdi.  Kolumb  isə  yeni  səfərə  hazırlaşırdı. 
Dördüncü  səyahətinə  o,  dörd  gəmi  götürdü  və  146  adam  seçdi.  Böyük  oğlu 
Dieqonu sarayda onu təmsil etmək üçün İspaniyada saxlatdı. 1502-ci ildə Kolumb 
Kadisdən  yola  düşdü.  İyun  ayında  kəşf  etdiyi  adanı  Santo  Dominqo  adlandırdı. 
Sonra  o  Yamaykaya  üzdü,  Honduras  sahili  boyu  dolaşdı.  O,  krala  və  kraliçaya 
yazırdı ki, “buradan Qanq çayına on günlük məsafə vardır”, buranı da o, yerüstü 
cənnət kimi qəbul edirdi. 
1503-cü ilin martında Panamadakı Manqo əyalətində oldu, buranı o, Katayın 
yanı hesab edirdi. Xristofor Kolumb özünün dördüncü ekspedisiyası vaxtı hələ də 
yeni kəşf edilmiş torpaqlardan Cənubi Asiyaya, ədviyyatlar mənbəyinə yol tapmaq 
istəyirdi.  1453-cü  ildə  Osmanlı  imperatoru  Mehmet  Fateh  Konstantinopolu  işğal 
edib,  Bizansı  tarix  səhifəsindən  sildikdən  sonra,  ərəb  tacirlərinin  köməyi  ilə 
ədviyyat ticarətini  Avropaya aparan yol türklər tərəfindən  bağlanmışdı. Ona görə 
də  Hindistana  yeni  yollar  axtarışı  zərurəti  yaranmışdı.  Vasko  da  Qama  da  Xoş 
Ümid burnunu keçməklə Hind okeanına, Hindistana gedən yolu kəşf etmişdi. Xoş 
Ümid  burnuna  portuqaliyalılar  ağalıq  edirdilər,  ona  görə  də  ispanlar  başqa  yol 
tapmağa  can  atırdılar.  Bu  səbəbdən  də  Kolumb  qərbə  tərəf  üzüb,  Hindistana, 
bütövlükdə Cənubi Asiyaya yeni yol açmaq istəyirdi. Buna möhkəm inandığından 
Kolumb Yeni Dünyanı kəşf etdiyini heç ağlına da gətirmirdi.  
Bütöv  bir  il  ərzində  Kolumb  adətən  qarşılaşdığı  bütün  bəlalara  qarşı 
mübarizə apardı, səhhəti pis idi, sığınacağı və ərzağı yox idi, həm də artıq arzuları 
puç olmuşdu. 1504-cü ilin sentyabrında o, İspaniyaya yola düşdü. Artrit xəstəliyi 
ucbatından  o,  çətinliklə  hərəkət  edirdi  və  Sevilyaya  aparılmalı  idi.  Kolumb  ümid 
edirdi ki, “İndiyalardakı əldə etdiklərini bərpa edəcəkdir”. Lakin onun ümidi boşa 
çıxdı.  O,  İndiyalar  və  onların  qızılı  barədə  bir-birinin  ardınca  memuarlar  yazırdı. 
Nəhayət, 1505-ci ildə Ferdinand tərəfindən Seqoviyada qəbul edildi və xahiş etdi 
ki,  “mənim  şərəfimə  paytaxt,  hökumət  və  İndiyaların  mülkiyyəti”  bərpa  edilsin. 

35 
 
Kral  rəhmdil  idi  və  Kolumba  yaxşılıq  etmək  istəyirdi.  Lakin  məsuliyyətli  bir 
monarx  kimi  Ferdinand  ehtirasla  coşan  admiralı  yenidən  qubernator  təyin  edə 
bilməzdi.  Kolumbun  səhhəti  daha  da  pisləşmişdi.  O,  19  may  1506-cı  ildə 
Valyadoliddə  vəsiyyətini  yazdı  və  sabahısı  günü  öldü.  Kolumbun  ölümündən 
əvvəlki  axırıncı  sözləri  belə  olmuşdu:  “Allah,  öz  ruhumu  sənin  əlinə  təqdim 
edirəm”.  
Kolumbu  Amerikanı  birinci  kəşf  edən  kimi  yalnız  müəyyən  düzəlişlə 
adlandırmaq olar, axı hələ orta əsrlərdə avropalılar island vikinqlərinin timsalında 
Mərkəzi  Amerika  ərazilərində  olmuşdular.  Lakin  bu  səfərlər  barədə  məlumat 
Skandinaviyadan kənarda heç kəsə məlum deyildi. Məhz Kolumbun ekspedisiyası 
ilk dəfə həmin torpaq barədə məlumatları bütün Qərbə çatdırdı və bundan bir qədər 
sonra  Amerikanın  avropalılar  tərəfindən  məskunlaşmasına  başlandı.  Bu  gün  çox 
işlənən  dünyanın  qlobalizasiyası  prosesi  də  başlanğıcını  Kolumbdan  və 
avropalıların müstəmləkə imperiyalarını yaratmasından götürür. 
Xristofor  Kolumbun  adı  Amerikalarda  əbədiləşdirilmişdir,  Cənubi 
Amerikadakı  Kolumbiya  ölkəsi  onun  adını  daşıyır,  ABŞ-ın  paytaxtı  Vaşinqton 
şəhərinin  yerləşdiyi  mahal  da  “Kolumbiya”  adlanır.  Nyu-Yorkun  onun  adını 
daşıyan meydanında möhtəşəm heykəli qoyulmuşdur. 
Tanınmış  amerikan  yazıçısı  Vaşinqton  İrvinq  1830-cu  illərdə  İspaniyada 
olarkən  Xristofor  Kolumb  barədə  geniş  məlumat  toplamış,  onun  əsasında  böyük 
səyyahın tərcümeyi-halını bədii şəkildə yazmışdı. 
Lakin  Cənubi  Amerikada  Kolumba  münasibət  birmənalı  deyildir,  ona  görə 
də  1992-ci  ildə  onun  kəşfinin  500  illiyi  həmin  qitədə  təntənəli  qaydada  qeyd 
olunmadı.  Karakasda  Kolumbun  heykəlinin  uçurulduğunu  eşidən  Venesuela 
prezidenti  Uqo  Çaves  bu  qərarı  bəyənmiş  və  bəyan  etmişdi  ki,  beş  əsr  bundan 
əvvəl  Amerikaya  gələn  Kolumb  hindu  əhalisinin  genosidinin  başlanğıcını 
qoymuşdu.  Bu  sözlərdə  həqiqət  də  vardır,  axı  Kortesin  Meksikada,  Pisarronun 
Peruda etdiyi qırğınlara, kütləvi cinayətlərə yolu məhz Kolumbun kəşfi açmışdı. 
 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə