Bəşər səmasına yüksələnlər



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/20
tarix28.04.2017
ölçüsü5,01 Kb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   20

Uinston Çörçill 
Anaksandriddən  soruşduqda  ki,  niyə  spartalılar  müharibədə  təhlükədən 
qorxmurlar,  o,  dedi:  “Səbəb  orasındadır  ki,  biz  həyata  hörmət  edirik,  lakin 
başqaları kimi ona görə qorxmuruq”. 
Plutarx 
Yüksəkliklər ildırımı özünə çəkir. 
Metsenat 
Uinston Çörçill müəllif, natiq və dövlət xadimi olmaqla 1940-cı ildən 1945-
ci  ilədək  müharibə  dövründə  baş  nazir  kimi  Britaniyanı  məğlubiyyət  həddindən 
qələbəyə gətirib çıxarmışdı. Çoxları məğlubiyyətin qaçılmaz olduğunu düşündüyü 
bir vaxtda bu müdrik və cəsarətli insan nəticədə qələbə çalacaqlarına  ümidini bir 
an  da  itirməmiş,  İkinci  Dünya  müharibəsində  faşistlər  üzərindəki  zəfərin 
müəlliflərindən  biri  olmuşdu.  2002-ci  ildə  Bi-bi-si  kompaniyasının  apardığı  rəy 
sorğusuna görə Uinston Çörçill tarixdə ən böyük britaniyalı adlandırılmışdır. 
Birinci Dünya müharibəsindən əvvəl sensasiyalı qaydada həyatda görkəmli 
rol  oynamağa  cəhd  etməklə,  müharibənin  özündə  və  ondan  sonrakı  on  illikdə 
qeyri-sabit  mühakimə  yürüdən  bir  şəxs  şöhrəti  qazanmışdı.  Nəticədə  siyasi 
cəhətdən  şübhəli  olduğu  güman  edildiyindən  o,  1930-vu  illərdə  tənha  şəxsiyyətə 
çevrilmişdi. Bu, Adolf Hitlerin bütün dünyaya ünvanlanmış çağırışına qədər davam 
etdi  və  onu  1940-cı  ildə  milli  koalisiyanın  liderliyinə  aparıb  çıxardı.  Franklin 
Delano Ruzvelt və İosif Vissarionoviç Stalinlə birlikdə o, II Dünya müharibəsində 
müttəfiqlərin  strategiyasını  işləyib  hazırladı.  Müttəfiqlik  pozulduqdan  sonra  o, 
Sovet  İttifaqının  ekspansionist  xarakterli  təhlükələrinə  görə  Qərbi  dəyişdirməyə 

86 
 
girişdi. O, Mühafizəkarlar partiyasını 1951-ci ildə yenidən hakimiyyətə qaytardı və 
1955-ci  ilə  qədər  baş  nazir  oldu.  Bu  vaxt  isə  xəstəlik  ucbatından  istefa  verməyə 
məcbur oldu. 
Çörçill  30  noyabr  1874-cü  ildə  Oksfordşirdə  Blenheym  sarayında  müvafiq 
doğum  vaxtından  bir  qədər  əvvəl  anadan  olmuşdu.  Onun  damarlarında  ingilis 
dilində danışan iki xalqın qanı axırdı, sülh və müharibə dövründə onların birliyinin 
inkişafı bu siyasətçinin daimi niyyəti kimi özünü göstərəcəkdi. Atası lord Randolf 
Çörçill,  meteor  timsallı  tori  siyasətçisi  olmaqla,  birbaşa  I  Malboro  hersoqu  Con 
Çörçillin  törəməsi  idi.  Axırıncı  isə  XVIII  əsrin  əvvəllərində  Fransa  kralı  XIV 
Luiyə  qarşı  müharibədə  parlaq  qələbələr  çalmış,  onları  yalnız  yüz  il  sonra 
Napoleonun  hərbi  uğurları  ilə  müqayisə  etmək  olardı,  ona  görə  də  həmin 
müharibənin  qəhrəmanına  çevrilmişdi.  Onun  anası  Cenni  Cerom  Nyu-York 
maliyyəçisi və at qaçışı həvəskarı Leonard Y.Hersinun qızı idi. 
Gənc Çörçill bədbəxtliklərdən də keçmişdi və kədərli, həmçinin laqeydliklə 
üzləşmiş uşaqlığa malik olmuşdu, yalnız sevimli dayəsi xanım Everestin təsiri ilə 
xilas  ola  bilmişdi.  O,  daha  az  nüfuzlu  olan  Herrou  məktəbinə  daxil  oldu,  burada 
onun təhsildə nəzərə çarpan nöqsanları atasının uşağı ordu karyerasına yönəltmək 
barədəki  qərarına  haqq  qazandırırdı.  Yalnız  üçüncü  cəhddən  sonra  o,  Sand-Horst 
royal hərbi kollecinə qəbul imtahanlarından keçə bildi və təhsil illərində 130 tələbə 
arasında 20-ci dərəcəyə yüksəldi. 
1895-ci  ildə  atasının  faciəli  ölümü  ilində  o,  orduda  xidmətə  daxil  oldu.  İlk 
öncə onun fəaliyyəti Kubada başladı, buradan o, iki ay ərzində Kubanın İspaniya 
ağalığından azad olub, müstəqilliyə nail olmaq uğrundakı mübarizəsi barədə qəzetə 
məqalələr  verirdi.  1896-cı ildə onun polku Hindistana yollandı, burada  o,  şimali-
qərb sərhədində əsgər və jurnalist kimi xidmət etdi. Hindistanın şimali-qərbindəki 
dağlıq Malakand vilayətində puştun tayfalarının üsyanı yatırdılarkən (1897-ci il) o, 
hər  iki  tərəfin  qəddarlığının  şahidi  oldu.  “Malakand  cəbhə  qüvvəsinin  əhvalatı” 
kimi  yazısını  genişləndirməklə,  oranı  tərk  etməsi  onun  müəllif  karyerasının 
başlanğıcı kimi diqqəti geniş cəlb etdi. O, bu işini bütün ömrü boyu davam etdirdi. 
1898-ci  ildə  o,  “Savarola”  əsərini  yazdı,  bu,  puritan  romanı  idi,  baş  qəhrəman 
Savarola  obrazında  özünü  təsvir  edir.  Sonra  lord  Kitçenerin  Nil  ekspedisiya 
qüvvələrinə qoşuldu, yenə də həm əsgər, həm də müxbir rolunda çıxış etdi. “Çay 
müharibəsi” isə Sudanda aparılan kampaniyanı parlaq şəkildə təsvir edirdi. 
Sandhörstdən sonrakı beş il Çörçillin maraqlarının genişləndiyini və kamala 
çatdığını  göstərdi.  Hindistandakı  darıxdırıcı  həyat  onu  cana  doydururdu,  lakin 
əyləncə üçün olan vaxtını kitab oxumaq proqramını həyata keçirmək üçün yaxşıca 
istifadə  edirdi.  1899-cu  ildə  o,  öz  qələmi  ilə  dolanmaq  məqsədilə  və  siyasətə 
girmək üçün ordudan tərxis oldu. İngiltərəyə qayıtdıqdan sonra mühafizəkar kimi 
İcmalar  Palatasına  seçilmək  üçün  Oldhamda  mübarizə  apardı.  O,  seçkini  uduzdu 
və Cənubi Afrika müharibəsində “The Morning Post” (London) qəzetinə xəbərlər 
yazmaqda təsəlli tapmalı oldu. 
Cənubi Afrikaya gəlişindən sonrakı ayın içində burların tələyə saldığı zirehli 
qatarı xilas etməkdə iştirak etdiyinə görə şöhrət qazandı. Ancaq bu vaxt o, özü əsir 
götürüldü.  Lakin  bir  ay  sonra  hərbi  dustaqxanadan  qaçanda  şöhrəti  iki  qat  artdı. 

87 
 
Hərbi  qəhrəman  kimi  Britaniyaya  qayıtdıqda,  1900-cü  ildəki  “Xaki”  seçkisində 
Oldham əleyhinə mühasirə qurdu, mühafizəkarlar Cənubi Afrika müharibəsində bu 
yaxınlardakı qələbələrinə görə bunu belə adlandırırdılar. Çörçill bu dəfə məqsədinə 
nail  oldu.  İndi  o,  parlamentdə  idi,  öz  yazılarına  və  mühazirə  turuna  görə  10  min 
funt  sterlinq  qazanması  da  ona  yaxşı  köməklik  göstərmişdi  və  artıq  siyasətə  yol 
açmaq mövqeyində idi. 
Yalnız  Çörçillin  oğlan  uşağı  lətafəti  İcmalar  Palatasında  diqqəti  cəlb  etdi. 
Lakin onun nitqi qüsurlu idi və heç vaxt bu qüsuru bütünlüklə yox edə bilmədi. Bu 
qüsur  psixoloji  utancaqlığından  irəli  gəlirdi.  O,  öz  çıxışları  ilə  fərqləndiyini 
göstərirdi, onların üstündə nəhəng ağrılar keçirirdi, ekspromt çıxışları isə ona daha 
asan başa gəlirdi. Mühafizəkarların lideri lord Balfur onun haqqında demişdi ki, o, 
“ağır,  lakin  çox  mobil  olmayan  (hərbi)  topdur”.  O,  atasının  cəzbedici  tərcümeyi-
halını  “Lord  Randolf  Çörçill”  əsərində  (1906-cı  il)  yazdı.  Həm  də  göstərirdi  ki, 
onun özü toriliyi fərqli qaydada icra edir.  
1904-cü  ildə  mühafizəkarlar  hökuməti  özünün  müstəmləkə  katibi  Cozef 
Çemberlenin  tarixə  açıq  müdaxilə  etməsi  dilemması  qarşısında  qalmışdı.  Çorçill 
azad  ticarət  tərəfdarı  olmaqla,  “Azad  Ərzaq  Liqasının”  yaradılmasına  kömək 
edirdi.  1904-cü  ildə  o,  Palatanın  döşəməsi  ilə  addımlayıb,  liberallar  arasında 
oturdu,  burada  o,  Çemberlenə  və  Balfura  qarşı  öz  cəsarətli  çıxışlarını  təzələməli 
oldu.  1906-cı  il  ümumi  seçkilərində  o,  Mançesterdə  yaxşı  qələbə  çaldı  və  yeni 
liberal hökumətdə nazirlik karyerasına başladı, müstəmləkələr üzrə dövlət katibinin 
müşaviri  oldu.  O,  tezliklə  Cənubi  Afrikada  barışıq  və  özünüidarə  siyasətini 
müdafiə  etdiyinə  görə  etimad  qazandı.  1908-ci  ildə  baş  nazir  Herbert  H.Askvitin 
başçılığı  altında  hökumət  yenidən  qurulduqda,  Çörçill  Ticarət  Şurasının 
prezidentliyinə  irəli  çəkildi,  ticarət  və  sənaye  naziri  vəzifəsini  tutdu.  O,  sosial 
islahatlar  aparılmasının  yenilməz  tərəfdarı  idi,  1908-ci  ildə  o,  Minimum  əmək 
haqqı  barədə  qanunun  qəbul  edilməsinin  təşəbbüsçüsü  oldu.  Həmin  ili  o,  gözəl 
Klementina Höznerə evləndi. 
1909-cu ildə Çörçill Büdcə Liqasının prezidentinə çevrildi. Həqiqətən də o, 
öz sinfinin xaini adlanmaqla, torinin düşmənçiliyini qazandı. Onun 1910-cu ilin iki 
baş  seçkisindəki  kampaniyası  ona  geniş  populyarlıq  gətirdi.  Kabinetdə  onun 
mükafatı  daxili  işlər  katibi  vəzifəsinə  irəli  çəkilməsi  oldu.  Burada  o,  dustaqxana 
islahatında mahiyyətcə nailiyyətlər qazansa da, özünü sənaye buntlarını və zorakı 
tətilləri  yatırtmağa  həsr  etdi.  Bu  onu  ictimai  qaydanın  təşkilatçısı  olmaq 
həddlərindən uzağa apardı. Buna görə də o, ağır haqq ödəməli oldu.  
O, 1910-cu ildə Daxili işlər naziri vəzifəsini icra edəndə Londonda zərgərlik 
mağazası  qarət  edilmişdi.  Qarət  vaxtı  iki  polis  nəfəri  həlak  olmuş,  biri  isə 
yaralanmışdı.  Cinayətkarların  bir  evdə  olduqları  məlum  olduqda,  əməliyyat 
başlandı.  Onlar  qızğın  müqavimət  göstərirdilər,  bir  polis  öldürüldü,  ikisi  isə 
yaralandı.  Çörçill  hadisə  yerinə  gəlib  əməliyyata  rəhbərliyi  öz  üzərinə  götürdü. 
Evdə  sığınacaq  tapmış  cinayətkarlarla  atışma  nəticəsində  orada  yanğın  başlandı. 
Çörçill yanğını söndürməyi qadağan etdi. Ev yanıb qurtardıqda uçuqların altından 
iki yanmış cəsəd tapıldı. Bandanın başçısı isə qaçmışdı. Balfur Çörçillin qəzetdəki 
şəklini gördükdə demişdi: “O, (Çörçill) və fotoqraf özlərinin çox qiymətli həyatları 

88 
 
ilə  risq  etmişlər.  Fotoqrafın  nə  etdiyini  mən  başa  düşürəm,  görən  bu  ləyaqətli 
centlmen orada nə edirmiş?” 
1911-ci ildə o, Admiralteyə keçdi, bu keçid formal qaydada vəzifədən aşağı 
salınma  idi,  çünki  Daxil  İşlər  Nazirliyi  üç  daha  vacib  hökumət  idarələrindən  biri 
hesab olunurdu.  
1911-ci ildə Mərakeş limanı Aqadirə hərbi gəmi göndərməklə Almaniyanın 
provokasiya  xarakterli  hərəkəti,  bu  limana  Fransanın  iddiası  mövcud  idi,  Çörçilli 
inandırdı  ki,  istənilən  fransız-alman  böyük  konfliktində  Britaniya  Fransanın 
tərəfində olmalıdır. 1911-ci ilin oktyabrında Admiralteyə keçəndə, o, ləngimədən 
hərbi donanmanı hazırlıq dərəcəsinə qaldırmaq inamı ilə hərəkət etdi. Onun birinci 
vəzifəsi  donanmanın  müharibə  qərargahını  yaratmaq  idi.  Çörçill  Britaniyanın 
alman hərbi-dəniz qüvvələrini möhkəm şəkildə üstələməsi üçün Britaniya tarixində 
ən  iri  hərbi-dəniz  xərclərinə  nail  olmaqdan  ötəri  Kabinetdə  uğurlu  qaydada 
mübarizə  apardı.  Birinci  Dünya  müharibəsindən  əvvəlki  narahat  illərdə  digər 
siyasətlər üçün hökumətin məsuliyyətinə şərik olmaqdan özünü uzaqlaşdırdı. Onun 
vərəsə kimi qəbul etdiyi İrlandiyaya baxışın əksinə olaraq, daxili idarəetmədə sidq-
ürəklə liberal siyasəti həyata keçirirdi. 
Birinci  Dünya  müharibəsi  Çörçill  üçün  təəccüblü  bir  şey  deyildi.  O,  artıq 
hərbi-dəniz qüvvələrini səfərbərlik sınağından keçirmişdi. 
Almaniyaya müqavimət göstərmək lüzumuna Kabinetin bütün nazirlərindən 
ən  çox  təkid  edən  də  o,  idi.  2  avqust  1914-cü  ildə  öz  üzərinə  məsuliyyət 
götürməklə,  müharibə  elan  edilən  günə  tam  hazır  olmaq  üçün  o,  hərbi-dəniz 
qüvvələrini  səfərbər  etmək  əmrini  verdi.  Müharibə  Çörçillin  bütün  enerjisindən 
istifadə etdi. 1914-cü ilin oktyabrında Antverpen təslim olduqda o, şəxsi qaydada 
şəhərin  müdafiəsini  təşkil  etməyə  atıldı.  Şəhər  işğal  edildikdə  ictimaiyyət  yalnız 
arzuları  puç  edən  məğlubiyyəti  görməli  oldu.  Müqavimətin,  demək  olar  ki,  bir 
həftəliyə uzanması Belçika ordusunun aradan çıxmasına, həlledici La-Manş boğazı 
limanlarının xilas olunmasına şərait yatardı. 
1915-ci ildə Çörçill Dardanel ekspedisiyasının möhkəm tərəfdarına çevrildi, 
bu,  Qərb  cəbhəsində  baha  başa  gələn  pat  vəziyyətindən  çıxmaq  yolu  idi.  Birinci 
dəniz  lordu  Fişer  bu  planı  bəyənmirdi.  Kampaniya  boğazlara  hücum  etmək  və 
Rusiya  ilə  birbaşa  kommunikasiyaları  açmaq  məqsədini  güdürdü.  Donanma 
hücumu uğursuz olduqda və admiral de Robel tərəfindən geri çağırıldıqda, Askvit 
Çorçilldən çox de Robeli dəstəklədi. 
Çorçill  ağır  siyasi  hücuma  məruz  qaldı,  hücumlar  Fişer  istefa  verdikdən 
sonra  daha  da  gücləndi.  Departamentin  işləri  ilə  möhkəm  məşğul  olduğundan 
Çörçill tufan üçün tam hazır deyildi. Mühafizəkarlar Lankaster hersoqunun xeyrinə 
Çorçillin  Admiralteydən  uzaqlaşdırılmasına  israr  etdilər.  Burada  ona  Qalliopoli 
kampaniyasına görə xüsusi məsuliyyət qoyuldu (boğazlara qurudan hücuma görə), 
lakin ona birbaşa səlahiyyət verilmədi. Əlavə qüvvə olduqca az idi və çox gecikmiş 
idi. Kampaniya uğursuz oldu və itki çox ağır idi. Payızda evakuasiya əmri verildi. 
1915-ci  ildə  Dardaneldə  britaniya-fransız  hücumu  uğursuzluğa  uğradıqda, 
Uinston Çorçill Dəniz naziri vəzifəsindən getdi və hərbi xidmətə qayıtdı. Baş nazir 
Herbert  Henri  Askvit  Kabineti  yenidən  təşkil  edib,  milli  koalisiya  hökumətinə 

89 
 
çevirdi.  Çörçill  Fransada  6-cı  Royal  Şotland  Fuzilerlərinə  polkovnik-leytenant 
rütbəsində daxil oldu. 1916-cı ildə özəl üzv kimi parlamentə qayıtdı. 1917-ci ilin 
martında  Dardanel  komissiyasının  məlumatı  dərc  olundu,  sənəd  onun  biabırçı 
məğlubiyyət  üçün  ən  azı  başqa  kolleqalarından  heç  də  çox  qaydada  məzəmmət 
olunmağa layiq olmadığını nümayiş etdirdi. 
Çörçillin  1917-ci  ilin  iyununda  Hərbi  sursat  naziri  təyin  edilməsi  torilərin 
etiraz  tufanı  ilə  qarşılaşdı.  Kabinetdən  xaric  edildiyindən,  Çörçillin  rolu,  demək 
olar ki, bütünlüklə inzibatçılıq idi. Onun güclü enerjisi tank istehsalından və onun 
inkişafından  uzağa  gedirdi  (tank  istehsal  edilməsi  təşəbbüsü  ilə  o,  hələ 
Admiralteydə  olanda  çıxış  etmişdi).  Bu  həmin  silahdan  istifadəni  xeyli 
sürətləndirdi və Qərb cəbhəsindəki ağır vəziyyətə son qoydu. Müharibə qurtaranda 
Çörçill xidmət departamentinə qayıtdı. 1919-cu ilin yanvarında o, Müharibə katibi 
(Müdafiə naziri) oldu, həm də Royal Hava Qüvvələri üçün məsuliyyəti öz üzərinə 
götürdü.  Burada  o,  çox  həvəslə  çalışırdı,  “on  il  qaydası”  ideyası  üçün  işləyirdi. 
Buna  görə  Britaniya  sonrakı  on  il  ərzində  hansısa  iri  müharibə  aparmayacaqdı. 
Müdafiə naziri vəzifəsində onun əsas məşğuliyyəti inqilabi Rusiyaya müttəfiqlərin 
müdaxiləsi  idi.  Çörçill  qızğın  anti-bolşevik  idi,  Kabineti  bölünməkdən  və  sərbəst 
qaydada  təşkil  olunmaqdan  qoruyurdu.  Ona  görə  də  leyboristlərin  acı 
düşmənçiliyini  qazandı.  1920-ci  ildə  isə  axırıncı  Britaniya  qüvvələri  Rusiyadan 
geri  çəkildikdən  sonra,  Çörçill  orduları  Ukraynaya  müdaxilə  edən  Polşaya 
göndərdi. 
1921-ci ildə Çörçill Müstəmləkə Nazirliyinə keçdi, burada onun əsas marağı 
Şərqdəki  ərazilərin  mandatları  ilə  əlaqədar  idi.  Bu  zonada  baha  başa  gələn 
Britaniya  qüvvələrinin  saxlanması  əvəzinə  o,  dayaq  nöqtəsi  kimi  hərbi-hava 
qüvvələrindən  istifadə  etdi.  Ərəblərin  işlərini  həll  etməkdə  o,  məşhur  casus 
T.E.Lourensin  məsləhətinə  arxalanırdı.  Fələstin  üçün  o,  yəhudilərlə  ərəblərin 
münaqişəli  vədlərini  miras  götürmüşdü.  1922-ci  ildə  o,  “Ağ  Kağız”  yazdı,  bu, 
Fələstini  yəhudilərin  milli  vətəni  hesab  edirdi.  Bu  vaxt  həm  də  ərəblərin 
hüquqlarını tanımaqda davam edirdi. 
Hələ də davam edən İrlandiya probleminin həlli üçün Çörçill heç vaxt vəzifə 
məsuliyyətini  daşımalı  olmamışdı.  1921-ci  ildə  irland  müqaviləsinin  bağlanması 
üçün  danışıqlarda  fəal  rol  oynamışdı,  ona  görə  də  yeni  irland  hökumətinə  tam 
dəstək  verdi.  İrland  lideri  Maykl  Kollinz  demişdi:  “Uinstona  deyin  ki,  onsuz  biz 
heç vaxt heç nə etməyəcəyik”. 
1922-ci  ilin  payızında  türklərin  qiyamı  Dardanel  neytral  zonasını  yenidən 
işğal etmək vəzifəsini qoydu. Az saylı Britaniya qoşunu Çanakda (indi Çanakkala 
adlanır)  bu  zonanı  qoruyurdu.  Çörçill  onlara  qarşı  möhkəm  dayanmaq  lüzumunu 
irəli  sürürdü,  lakin  Kabinet  ictimai  rəyi  əsas  götürərək  belə  qərara  gəldi  ki,  baş 
döyüş risqli olacaqdır. Siyasi qarmaqarışıqlıq hökuməti viran qoydu, Çörçill daha 
pis itkilərdən birinə çevrildi. Əlavə qüvvələrin qəflətən hücumunu o, seçkilərə iki 
gün  qalmış  başlamağı  bacarmadı.  O,  seçkilərdə  10  min  səslə  alçaldıcı  qaydada 
məğlub  oldu.  O,  özünün  dediyi  kimi,  nəticədə  bütünlüklə  “vəzifəsiz,  kreslosuz, 
partiyasız və hətta hansısa əlavəsiz” qaldı. 

90 
 
Siyasi gücsüzlük Çörçilli fırçaya və qələmə qaytardı. Onun rəsmləri heç vaxt 
istedadlı  həvəskar  səviyyəsindən  yuxarı  qalxmadı.  Lakin  yazıları  bacarığı  ilə 
birlikdə onu siyasətin tələb etdiyi müstəqillik brendi ilə təmin etdi. Avtobioqrafik 
müharibə tarixi olan “Dünya böhranı” əsəri 20 min funt sterlinqlik qazanc gətirdi. 
Bu vaxtdan etibarən o, Keltdə yamağa başladı. O, siyasətə qayıtdıqda anti-sosialist 
səlibçi  idi,  lakin  1923-cü  ildə  Stenli  Bolduin  proteksionist  proqram  ilə  aparıcı 
mühafizəkar  olduqda,  Çörçill  Lesterdə  azad,  liberal  tacir  idi.  O,  4  min  səs  itirdi, 
azlıqdakı leyborist hökumətini dəstəkləmək barədə Askvitin qərarı Çörçillin daha 
sağ tərəfə keçməsinə səbəb oldu. 
1924-cü ilin ümumi seçkilərində o, asanlıqla qələbə çaldı. Bolduin Çörçillə 
icraiyyə kansleri vəzifəsini təklif etdi. Çörçill təklifi qəbul etdi. 
Sonrakı  beş  ildə  Çörçillin  erkən  liberalizmi  yalnız  sərt  laisser-faire 
(hökumət  müdaxilə  etmədən)  iqtisadiyyatının  tərəfdarı  olmaqda  üzə  çıxdı.  O, 
maliyyə işləri üçün təbii istedada malik  deyildi,  görkəmli iqtisadçı Con Moynard 
Keyns  onu  amansız  qaydada  tənqid  edirdi,  qəbul  etdiyi  məsləhət  isə  ortodoks  və 
zəruri  xarakter  daşıyırdı.  İlkin  hərəkəti  qızıl  standartını  bərpa  etmək  oldu.  Bu 
məhvedici  tədbir  olmaqla  deflyasiyaya,  işsizliyə  və  1926-cı  ilin  ümumi  tətilinə 
aparan şaxtaçıların tətilinə yol açdı. Çörçill ümumi tətilə kvaziinqilabi tədbir kimi 
baxırdı və danışıqlarla məsələnin həllinə böyük müqavimət göstərirdi. Onun relikt 
xüsusiyyətli  radikalizmi  həm  də  Səhiyyə  naziri  Nevil  Çemberlenə  sosial 
xidmətlərin ehtiyatlı genişlənməsi sahəsində müttəfiqlik etməsi idi, bu, əsasən dul 
qadınların pensiya təminatını əhatə edirdi. 
1929-cu ildə hökumət yıxıldıqda Çörçillə tori-liberal birləşməsi xoş gəldi və 
Bolduinin azlıqdakı leyborist hökumətini qəbul etmək qərarına təəssüfünü bildirdi. 
Hindistan  liderləri  ilə  Dəyirmi  Masa  konfransının  aparılmasını  Bolduinin  təsdiq 
etməsinə  görə  Çörçill  kölgə  kabinetindən  çıxdı  və  özünü  Hindistan  qanuni 
hökuməti  əleyhinə  ehtiraslı,  bəzən  isə  hay-küylü  kampaniyaya  atdı.  Bu  qanun 
Hindistana dominyon hüququ verirdi. 
Beləliklə,  1931-ci  ildə  milli  hökumət  formalaşdı,  buna  dəstək  verən 
olmasına  baxmayaraq,  Çörçill  onun  şurasının  qurulmasında  nə  ələ,  nə  də  yerə 
malik olmadı. 
Bu situasiyada o, yüngüllük tapdı. Bunun faydasını öz əsəri olan “Malboro: 
onun həyatı və dövrü” təsvir edir və XIX əsr tarixçisi Tomas Babinqton Makaleyin 
tənqidinə  qarşı  öz  əcdadını  güclü  surətdə  reabilitasiya  edir.  Hitler  Almaniyasının 
təhlükəsinin  böyüdüyünə  görə  də  onun  qayğısı  və  Hindistana  görə  onun  təşvişi 
artırdı.  O,  alman  təhlükəsinin  ciddi  olduğunu  ardıcıl  olaraq  qeyd  edirdi.  Royal 
Hava  Qüvvələri  ilə  Lyuftvaffenin  bərabərliyə  çatmasının  qarşısını  almağa  ciddi 
ehtiyac  olduğunu  diqqətə  çatdırırdı.  1935-ci  ildə  Bolduin  baş  nazir  vəzifəsini 
tutduqda,  o,  Çörçillin  vəzifədən  getməsini  təkid  etdi  və  ona  hava  hücumundan 
müdafiə  üzrə  məxfi  komitədə  üzvlüyün  müstəsna  imtiyazını  verdi.  Bu  onu  bəzi 
həyati  milli  problemlərin  həlli  üzərində  işləməyə  qadir  etdi.  Lakin  Çörçill  bu 
sahədəki cəhdlərində elə də böyük uğur qazanmadı. 
1935-ci  ildə  İtaliya  Efiopiyaya  müdaxilə  edəndə  böhran  xeyli  böyüdü, 
Çörçillin  isə  buna  pis  hazırlaşdığı  üzə  çıxdı.  O,  iki  istəyin  arasında  qalmışdı,  bu, 

91 
 
Millətlər Liqasının, kollektiv təhlükəsizlik konsepsiyası üzrə qurulması və Benito 
Mussolininin  Hitlerin  ağuşuna  atılmasından  irəli  gələn  qorxu  idi.  İspan  vətəndaş 
müharibəsi (1936-1939-cu illər) dövründə bu məsələyə müdaxilə etməmək fikrinə 
özünü inandırmışdı. İlk anda Fransisko Frankonun müdafiəçisi, sonralar isə onun 
tənqidçisi  oldu.  1936-cı  ildə  VIII  Eduard  taxt-tacdan  istefa  verdikdən  sonrakı 
böhran  vaxtı  o,  əbəs  yerə  Bolduinin  kral  hadisəsinin  ictimai  tərəfdarı  olmasının 
əleyhinə çıxdı. 
Nevil  Çemberlen  Bolduini  əvəz  etdi,  Kassandraya  oxşar  Çörçill  ilə 
Mühafizəkarlar partiyasının liderləri  arasındakı  uçurum genişləndi. Çörçill ardıcıl 
olaraq  Almaniyanın  təcavüzkar  qisası  haqqında  məlumat  verirdi  və  hadisələr  bu 
prosesin  getdiyinin  düzgünlüyünü  təsdiq  edirdi.  Lakin  onun  xəbərdarlıqlarına 
ardıcıl olaraq məhəl qoyulmurdu. Onun bir ovuc ardıcılı da siyasi cəhətdən kiçik 
bir  qüvvə  olaraq  qalırdı.  Çemberlen  onlara  əhəmiyyət  verməməkdə  özünü  daha 
təhlükəsiz  hesab  edirdi.  Bu  vaxt  Almaniyanın  Çexoslovakiya  üzərinə  təzyiqi 
artırdı. 
1938-ci 
ilin  sentyabrında  Hitlerlə  Münxen  sazişi  bağlandıqda, 
Çexoslovakiya  natsistlərə  qurban  verildi.  Çörçill  təkid  edirdi  ki,  bu,  “ümumi  və 
yumşala bilməyən bir məğlubiyyətdir”. Baş nazir Nevil Çemberlen və onun fransız 
kolleqası  Eduard  Deladye  Hitlerlə  belə  mənfur  sazişi  imzalamışdılar.  Çemberlen 
Londona  dönərkən  özünü  məşhur  baş  nazir  Bencamin  Dizraeli  kimi  aparmaq 
istəmiş,  sazişi  hava  limanında  nümayiş  etdirərək,  sülh  gətirdiyini  bəyan  etmişdi. 
Bu  açıq  aldanma  idi.  Dizraeli  isə  1878-ci  ildə  Berlin  konfransından  uduşla 
qayıtmışdı,  Kipr  adası  Böyük  Britaniyaya  verilmişdi  və  Londonda  o,  təntənə  ilə 
qarşılanmışdı.  
Çörçill  isə  Çemberlen  hökumətinin  Hitleri  sakitləşdirmək  siyasətini  kəskin 
tənqid  edirdi  və  Münxen  sazişi  imzalandıqdan  sonra  İcmalar  Palatasındakı 
çıxışında demişdi: “Sizin müharibəni və şərəfsizliyi seçmək imkanınız var idi. Siz 
şərəfsizliyi  seçdiniz,  indi  isə  siz  müharibəni  alacaqsınız”.  1939-cu  ilin  martında 
Çörçill və onun qrupu həqiqi milli koalisiyanın yaradılmasını təkid etdi və ölkədəki 
bu istəyə görə onu millətin sözçüsü kimi tanıdılar və onun vəzifəyə qaytarılmasını 
təbliğ etməyə başladılar. Sülh az müddət ərzində dayana bildi, Çemberlen isə bütün 
belə əqidələrə məhəl qoymurdu. 
Düşündükdə  görünür  ki,  Çörçillin  bütöv  əvvəlki  karyerası  müharibə 
dövründəki  liderliyə  hazırlanmaq  olmuşdu.  Sarsılmaz  vətənpərvər;  öz  ölkəsinin 
böyüklüyünə  və  Avropadakı,  imperiyadakı  və  dünyadakı  tarixi  roluna  inanan 
romantik; özünü fəaliyyətə həsr etməklə çağırışlar və böhranlar əsasında mübarizə 
aparan;  tələbə,  tarixçi  və  müharibə  veteranı;  uzun  müddətli  siyasi  sürgündə 
olmasına  baxmayaraq  və  ya  məhz  bu  səbəbə  görə  dəmir  bədənə  malik  olan; 
taqətdən  düşməyən  enerji  və  bütövlüklə  özünü  cəmləşdirən  bir  adam  kimi  o,  elə 
görünürdü ki, bütün qabiliyyətlərlə elə bolluqla qidalanmışdır ki, zaman gəldikdə 
Britaniyanın  və  dünyada  onun  dərdlərinin  xilası  naminə  onları  bədxərcliklə  israf 
etməkdən çəkinməyəcəkdir. 
3  sentyabr  1939-cu  ildə  Britaniya  Almaniyaya  müharibə  elan  etdiyi  gün 
Çemberlen  Çörçilli Admiralteydə  - köhnə vəzifəsinə qaytardı.  Donanmaya  siqnal 

92 
 
yollandı:  “Uinston  geri  qayıdır”.  11  sentyabrda  Çörçill  prezident  Franklin 
D.Ruzveltdən teleqram aldı və ona “Donanma personu” imzası ilə cavab verdi. Bu 
vaxtdan  onların  arasında  tarixi  yazışma  başlandı.  Nəhayət,  Çörçillin  yorulmaz 
enerjisi  bütün  administrasiyada  hiss  olundu.  Onun  bütün  cəhdlərinə  baxmayaraq, 
apatiyada  olan  ingilis-fransız  Antantasını  “telefon  müharibəsi”  kimi  adlanan  dövr 
ərzində gücləndirmək səyləri uğursuzluğa uğradı. 
Almanlar  1940-cı  ilin  mayında  Norveçi  tutmamışdan  əvvəl  Avropa 
müharibəsi  staqnasiya  (durğunluq)  mərhələsində  idi.  Narvik  və  Trondheym 
ekspedisiyaları  dəniz  qüvvələrinin  köməyindən  asılı  olduğu  və  bu  kömək 
göstərilmədiyindən uğursuzluqla üzləşdikdə, Çörçill Birinci Dünya müharibəsində 
taleyüklü  məsələ  olan  Dardanel  və  Qalliopoli  xatirələrini  yada  saldı.  Buna 
baxmayaraq bu vaxt əsasən Çemberlen məzəmmət edilirdi və Çörçill onu müdafiə 
etməyə səy göstərdi.  
10  may  1940-cı  ildə  almanların  Çökək  ölkələrə  (Niderlandlara)  müdaxiləsi 
norveç  fiaskosunun  başına  dəyən  çəkic  zərbəsinə  bənzəyirdi.  Çemberlen  istefa 
verdi. O, Xarici işlər naziri lord Halifaksın özünün varisi olmasını istəyirdi. Lakin 
Halifaks  müdrikcəsinə  bu  vəzifədən  imtina  etdi.  Bu  əvvəlcədən  məlum  idi  ki, 
yalnız  Çörçill  milləti  birləşdirə  və  ona  başçılıq  edə  bilərdi.  Həmin  zərurət  öz 
təsdiqini tapdı və Çörçill baş nazir oldu.  
Leyborist  partiyası  isə  anti-sosializminə  görə  Çörçillə  köhnə  qaydada 
inanmırdı.  Koalisiya  hökuməti  radikal  sağ  və  sol  qüvvələrdən  başqa  bütün 
elementlərdən təşkil edilmişdi. Ona beş nəfərlik müharibə hökuməti başçılıq edirdi. 
Bura  əvvəlcə  Çemberlen  və  Halifaks,  həm  də  Leyborist  partiyasının  liderləri  – 
Klement Ettli və Artur Qrinvud daxil idi. Tred-yunion lideri Ernest Bevinin əmək 
naziri təyin olunması bu həyati cəbhə ilə əlaqəyə təminat verirdi. Lloyd Corca da 
təkliflər edildi, lakin o, onlardan yayındı. 
Çörçill  özü  həm  də  üstəlik  İcmalar  Palatasında,  Müdafiə  Nazirliyində 
liderlik  edirdi.  Bu  nümunə  müharibə  vasitəsi  ilə  dəstəklənirdi.  Baş  nazir  öz 
diqqətini  cəmləşdirmişdi,  o,  heç  vaxt  kollektiv  rəy  əleyhinə  çıxmırdı.  Bütün 
bunlarda parlament həyati əhəmiyyətli rol oynayırdı. 
13 mayda Çörçill İcmalar Palatası qarşısında ilk dəfə baş nazir kimi dayandı. 
O, qarşıdakı çətin yol barədə parlament üzvlərini xəbərdar etdi. 
“Mən qandan, ağır zəhmətdən, göz yaşlarından və tərdən başqa heç nə təklif 
etmirəm”.  Çıxışında  o,  özünü  və  bütün  milləti  qazanılacaq  qələbəyə  qədər 
müharibənin  bütün  çətinliklərini  dəf  etməyə  həsr  olmağa  çağırdı.  Məqsədin 
sadəliyinin  arxasında  onun  sadiq  qaldığı  dəqiq  strategiya  dayanırdı.  Bütün 
müharibə  dövrü  diqqət  buna cəmlənmişdi. Hitler Almaniyası düşmən idi. Heç nə 
bütün  Britaniya  xalqını  almanları  məğlubiyyətə  çatdıracaq  vəzifədən  yayındıra 
bilməzdi.  Kim  qələbə  məqsədini  güdürsə,  hətta  qoy  lap  kommunistlər  olsun, 
müttəfiqlik  üçün  qəbul  ediləcəkdi.  Bu  cəhddə  heç  bir  müqayisəyə  gəlməyən 
müttəfiq isə, istər müharibə olur ya olmasın, əlbəttə ki, Birləşmiş Ştatlar idi. Onun 
dəstəyini almaq və ona tərəfdar çıxmaq Çörçill düşüncəsinin mərkəzi prinsipi idi. 
Çörçill  qələbə  mehrabına  hər  şeyi  qurban  verməyə  hazır  idi.  Parlamentin  qəbul 
etdiyi  qanuna  görə  “adamlar,  onların  xidmətləri  və  mülkiyyəti  Tacın 

93 
 
sərəncamında” olmalı idi. Bu, Britaniya tarixində hökumətə fövqəladə hakimiyyət 
vermək demək idi. 
Alman  aviasiyasının  Böyük  Britaniya  şəhərlərini  “yer  üzündən  silməyə” 
hazır  olduğu  barədə  Hitlerin  hədəsindən  bir  neçə  gün  sonra,  alman  hərbi-hava 
qüvvələri  güclü  hücuma  keçdilər.  Lakin  almanlar  ingilislərin  müqavimətini  qıra 
bilmədilər. Almaniya öz məqsədlərinə nail ola bilmədi. 
Çörçill  bu  qərara  gəldi  ki,  natsizmə  heç  bir  güzəştə  getmək  olmaz.  O, 
inanırdı  ki,  Britaniyanı  qəti  qələbəyə  apara  bilər:  “Mən  düşünürəm  ki,  bunların 
hamısı  barədə  böyük  işləri  görməyi  bilirəm”.  O,  elə  bil  ki,  Böyük  Uilyam  Pittin 
sözlərini  təkrar  edirdi.  Böyük  Uilyam  Pittə  1756-cı  ildə  başlanan  Yeddi  illik 
müharibə  bir  dövlət  xadimi  kimi  ali  imkan  verdi.  Müharibə  ağır  itkilərlə  və 
siyasətin xeyli qarışıqlığı ilə başlandı. O, bəyan etdi: “Mən əminəm ki, bu ölkəni 
xilas  edə  bilərəm  və  başqa  heç  bir  kəs  bunu  bacarmaz”.  Bu  özünə  güvənmənin 
arxasında  hər  iki  halda  yüksək  potensiala  və  ondan  səmərəli  istifadə  etmək 
bacarığına tam əminlik var idi. 
Fransanın  sürətli  məğlubiyyəti  ilə  üz-üzə  gəldikdə  Çörçill  bir  neçə  dəfə 
fransız  hökuməti  ilə  görüşmək  üçün  oraya  səfərlər  etdi  ki,  Fransanı  müharibədə 
saxlamağa cəhd etsin, bunun yüksək nöqtəsi 16 iyun 1946-clı ildə məşhur ingilis-
fransız ittifaqının təklif edilməsi oldu. Bütün bunlar uğursuz cəhdlərə çevrildikdə 
Britaniya  döyüşü  başlandı.  Çörçill  atəş  xəttində  olurdu,  qərargahlara  gedir, 
təyyarələrdən  müdafiə  batalyonlarını  və  sahil  müdafiə  qüvvələrini  yoxlayırdı, 
“blits”(ildırım  sürətli)  müharibənin  bombalarının  zərər  vurduğu  yerlərə  və  ya 
qurbanlar  səhnələrinə  nüfuz  edirdi.  Daim  siqarını  tüstülədir,  iki  barmağı  ilə 
qələbəni bildirən “V” işarəsi (victory – “qələbə”) ilə adamları salamlayır, yaxud da 
radio  ilə  xalqa  açıq  məlumatlar  verirdi.  Bu  söhbətlərində  o,  yumor  hissindən  də 
qalmırdı. Millət onu öz ürəyində gəzdirirdi: hər ikisi “özlərinin ən yaxşı saatında” 
idilər. 
Digər ağrılı və daha mübahisəli qərarlar Çörçillin üzərinə düşürdü. Fransız 
donanmasına  hücum  edildi  ki,  onun  Hitlerə  təslim  olmasının  qarşısı  alınsın. 
Müdaxilə  təhlükəsi  qorxulu  olduqda,  Şərqi  Aralıq  dənizində  qüvvələri 
gücləndirmək barədə qərar qəbul olundu. Yunanıstana da qoşunlar göndərildi, ağır 
başa  gələn  qurbanlar  verildi.  Krit  adasından  evakuasiya  digər  Qalliopolini  yada 
salırdı və belə hadisələrə görə Çörçill parlamentdə ağır atəş altına düşürdü. 
Britaniya Karib boğazını Birləşmiş Ştatlara verməyə və əvəzində lend-lizin 
tətbiq edilməsinə görə Çörçill lovğalanırdı ki, “Bizə alət verin və biz işimizi başa 
çatdıracağıq”.  1941-ci  ilin  avqustunda  Nyu-Faundlenddəki  Plasentiya  körfəzində 
Çörçillə Ruzveltin dramatik keçən görüşü münasibətləri möhkəmləndirdi. Atlantik 
Xartiyası qəbul olundu, bu, Birləşmiş Ştatlarla Britaniya arasında ümumi prinsiplər 
barədə bəyanat idi. 
Hitler  Sovet  İttifaqına  qəflətən  hücum  etdikdə,  Çörçillin  cavabı  sürətli  və 
ikibaşlı  idi.  22  iyun  1941-ci  ildəki  radio  ilə  çıxışında  kommunizmin  hansısa 
tənqidini  dilə  gətirməkdən  imtina  etdi  və  israrla  dedi  ki,  “Rusiyanın  təhlükəsi 
bizim təhlükəmizdir” və Rusiya xalqına kömək göstərmək vədini verdi. Bu “böyük 
alyans”  yaratmaq  barədə  onun  siyasəti  olmaqla,  Sovet  İttifaqını  və  Birləşmiş 

94 
 
Ştatları  birləşdirirdi.  Lakin  1942-ci  ilin  mayına  kimi  qarşılıqlı  kömək  barədə  20 
illik ingilis-sovet paktı barədə danışıqlar aparıldı. 
7  dekabr  1941-ci  ildə  yaponların  Pörl-Harbora  hücumu  Çörçillin  gözündə 
müharibənin  bütün  perspektivini  dəyişdirdi.  Nəhayət  o,  Vaşinqtona  (Kolumbiya 
mahalı)  yollandı  və  Ruzveltlə  birlikdə  ingilis-amerikan  razılaşmalarını 
möhkəmləndirdi.  Müharibənin  bütün  təhlükələrinə  qarşı  birləşmiş  komandanlıq 
yaradıldı.  Təməl  strategiya  razılaşdırıldı  ki,  Almaniyanın  məğlubiyyəti 
Yaponiyanın məğlubiyyətinə görə prioritet əhəmiyyət daşıyacaqdır. Böyük alyans 
artıq  mövcud  idi.  Çörçill  özünü  onun  memarı  hesab  edə  bilərdi.  Onun  qorunub 
saxlanması Çörçillin sonrakı üç il yarımlıq dövr üçün başlıca marağına çevrildi. 
Onunla  Ruzvelt  arasındakı  ehtiram  və  bağlılıq  həlledici  əhəmiyyətə  malik 
idi. Çörçill təkbaşına, Stalinin aramsız təzyiqlərinə baxmayaraq, “ikinci cəbhənin” 
1942-ci  ildə  açılması  təklifindən  imtina  etdi.  1942-ci  ilin  avqustunda  Moskvaya 
uçub Stalinlə görüşdü və onun narazılığının ağırlığını xeyli müddət daşımalı oldu. 
8  avqustda  Çörçill  Moskvaya  səfərinin  yekunları  barədə  Britaniya  parlamentində 
çıxış  edərkən  demişdi:  “Rusiyanın  bəxti  gətirmişdir  ki,  aqoniya  vəziyyətində 
olanda  onun  başında  belə  bir  sərt  rəhbər  dayandı.  O,  belə  ağır,  çətin  dövrlərə 
yarayan görkəmli şəxsiyyətdir. Bu adam tükənməz dərəcədə cəsarətli, hökmlü, öz 
rəylərində açıq və hətta sərtdir. Lakin o, yumor hissini də qoruyub saxlamışdır, bu 
isə bütün adamlar və xalqlar üçün, xüsusilə böyük adamlar və böyük xalqlar üçün 
vacibdir.  Stalin  özünün  soyuqqanlılığı,  müdrikliyi  ilə,  həm  də  hansısa  bir 
illyuziyasının tamamilə olmaması ilə mənə yaxşı təsir bağışladı. Mən ümid edirəm 
ki,  onu  inandırmağa  müvəffəq  oldum  ki,  bu  müharibədə  biz  sədaqətli  və  etibarlı 
silahdaşlar olacağıq, ancaq bu, nəhayət etibarilə, sözlə deyil, işlərlə sübut edilir”. 
1945-ci  il  noyabrın  əvvəlində  Çörçill  İcmalar  Palatasındakı  nitqində 
demişdi: “Mən bu həqiqətən böyük insan barədə yüksək heyranlıqdan başqa şəxsən 
hansısa digər bir şey hiss etmirəm. O, öz ölkəsinin atasıdır, dinc dövrlərdə ölkənin 
taleyini idarə etmiş, müharibə dövründə isə qalibiyyətin müdafiəçisi olmuşdur”. Bu 
sözləri o, Stalinə ünvanlamışdı. 
Tədqiqatçılar  güman  edir  ki,  Çörçillin  Stalinə  münasibəti  kəskin  qaydada 
neqativ idi. Stalin barədə tərifli sözləri isə o, müharibə vaxtı, xüsusilə 1942-ci ildə 
söyləmişdir, o vaxt isə situasiya tam başqa cür idi. 
Çörçill  vətənə  atəş  altında  döndü.  İyun  ayında  Şimali  Afrikadakı  Tobruk, 
onun Vaşinqtona ikinci səfəri vaxtı almanlara təslim oldu. 1942-ci il Kabinet sola 
tərəf bəzi dəyişikliklərə məruz qaldı. 
Müttəfiqlər Şimali Afrikada sahilə çıxdılar, Çörçill və Ruzvelt arasında yeni 
bir görüş baş verdi. Görüş 1943-cü ilin yanvarında Kasablankada keçirildi. Stalin 
Moskvada  qalmağın  vacib  olduğunu  əsas  götürərək  konfransda  iştirak  etmədi. 
Ruzvelt  və  Çörçill  müttəfiqlərin  qoşunlarının  1943-cü  ilin  iyulunda  Siciliyada 
sahilə çıxarılmasına razılaşdılar. Bu plan yalnız Çörçillə xoş gəlirdi, onun xeyrinə 
idi.  Ruzvelt  İtaliya,  Yaponiya  və  Almaniyanın  danışıqsız  təslim  olmasını  və 
ideologiyanın məhv edilməsini tələb etdi. Bu ideologiya ilə digər xalqların işğal və 
qul  edilməsi  məqsədindən  irəli  gəlirdi.  Beləliklə,  müttəfiqlər  hansısa  bir  alman 
hökuməti ilə, hətta Hitler devrilsə belə, barışıq imkanını istisna etdilər. 

95 
 
Çörçillin  uzun  müddətli  səfəri,  bura  Tripoli  və  Əlcəzair  daxil  idi,  onu  
sətəlcəmlə  xəstələndirdi.  May  ayında  o,  yenidən  Vaşinqtonda  idi,  avqustda  isə 
Kvebekdə  oldu,  burada  o,  “Overlord”  planı  üzərində  işləyirdi,  bu  La-Manşı 
keçməklə  hücum  demək  idi.  Eşidəndə  ki,  amerikanlar  1944-cü  ildə  Birmaya 
müdaxilə  planlaşdırırlar,  o,  qorxdu  ki,  birləşmiş  resurslar  “Overlordun”  uğurlu 
olması üçün adekvat olmayacaqdır. 1943-cü ilin noyabrında Qahirədə o, Ruzveltlə 
Aralıq dənizindəki sonrakı hücumların prioritet əhəmiyyət daşıdığını sübut edirdi.  
28 noyabr – 1 dekabr 1943-cü ildə Tehranda SSRİ, Böyük Britaniya və ABŞ 
hökumət  başçılarının  konfransı  keçirildi.  Burada  Almaniyaya  qarşı  müharibədə 
birgə  hərəkətlər  etmək  və  müharibədən  sonrakı  əməkdaşlıq  məsələləri  müzakirə 
edildi. 
Tehranda “böyük üçlüyün” ilk görüşündə Çörçill Ruzveltin birləşmiş ingilis-
amerikan  cəbhəsinə  tərəfdarlığını  saxlamaqda  uğursuzluğa  düçar  oldu.  Ruzvelt 
Stalinlə  özəl  qaydada  məsləhətləşməsinə  baxmayaraq,  Çörçillə  təklikdə 
görüşməkdən imtina edirdi. Onların bütün dostluğu ilə yanaşı, burada həmçinin iki 
Qərb  liderinin  arasında  rəqabət  elementi  də  var  idi  və  Stalin  bundan  məharətlə 
istifadə edirdi. 
Ümumiyyətlə  Stalin  bolşevizmə  nifrətinə,  inqilabi  Rusiyaya  müdaxilənin 
təşəbbüskarı olduğuna görə Çörçillə o qədər də loyal münasibət bəsləmirdi və daim 
onu  cırnatmağa  səy  göstərirdi.  Tehran  konfransında  Ruzveltlə  daha  yaxşı 
münasibət  quran  Stalin  Çörçilli  hövsələdən  çıxartmaq  imkanını  da  əldən 
buraxmırdı.  Baxmayaraq  ki,  Çörçill  sovet  ordusunun  Stalinqraddakı  böyük 
qələbəsinə görə kralın hədiyyəsi olan qılıncı ona təntənəli şəraitdə təqdim etmişdi 
və  xoş  sözlər  söyləmişdi,  Stalin  yenə  də  ona  sataşmaqdan  əl  çəkmirdi.  Sovet 
səfirliyində Stalin iki dövlət rəhbərinin şərəfinə ziyafət verdikdə, birdən bəyan etdi 
ki, Almaniyanı tam sülh şəraitinə qaytarmaq üçün qələbədən sonra 50 min yüksək 
rütbəli  alman  hərbi  cinayətkarını  güllələmək  kifayət  edəcəkdir.  Çörçill  buna  öz 
etirazını  bildirdi  ki,  məhkəməsiz  heç  kəsi  cəzalandırmaq,  güllələmək  olmaz.  Bu 
ədalətə ziddir və ingilislər bununla heç cür razılaşmazlar. Stalin yenə öz təklifində 
israr  etdi.  Çörçill  bildirdi  ki,  o,  buna  razılıq  verə  bilməz,  çünki  parlament 
qarşısında  məsuliyyət  daşıyır.  Bu  vaxt  Ruzvelt  söhbətə  qarışıb,  Çörçilli 
hiddətləndirmək üçün istehza şəklində bildirdi ki, 50 min yox, 49 min alman hərbi 
xadimini güllələmək kifayətdir. Bu vaxt Çörçill bildirdi ki, özünün güllələnməsinə 
razı  olar,  ancaq  belə  ədalətsizliyə  razılıq  verməz.  O,  incik  halda  zalı  tərk  edib, 
qonşu otağa keçdi, bura isə qaranlıq idi. Az sonra kiminsə əlinin çiyninə dəydiyini 
hiss  etdi,  bu  SSRİ-nin  Xarici  işlər  naziri  V.M.Molotov  idi.  Sonra  Stalin  də  ona 
yaxınlaşıb bunun zarafat olduğunu dedi və onu ziyafət süfrəsinin arxasına qaytardı. 
Çörçill  bu  hadisəni  özünün  məşhur  fundamental  əsəri  olan  “İkinci  Dünya 
müharibəsi” kitabında təsvir etmişdir. 
Tehran  konfransında  Avropanın  cənubuna  müttəfiqlərin  hücum  yürüşü 
barədəki təklif məsələsində də Çörçill təklikdə qaldı. Bu səfərdən də o, sətəlcəmlə 
qayıtdı. Sağalma tez getsə də, o, yalnız 1944-cü ilin yanvarında tam sağaldı. May 
ayında  o,  təklif  etdi  ki,  D-Day  (desant  günü)  hücumunu  döyüş  kreyserindən 
müşahidə etsin. Yalnız şəxsən kral onu bundan çəkindirə bildi. 

96 
 
Hərbi  uğurlar  Çörçillin  siyasi  məşğulluğa  heç  də  biganə  qalması  demək 
deyildi.  1944-cü  ilin  sentyabrındakı  Kvebek  konfransından  sonra  o,  Moskvaya 
uçdu  ki,  Rusiyanı  və  Polşanı  barışdırmağa  cəhd  etsin  və  Balkanlarda  nüfuz 
sferalarının  bölünməsini  razılaşdırsın.  Yunanıstanda  o,  Britaniya  qüvvələrini 
kommunistlərin  hakimiyyətə  gəlməsinə  mane  olmaq  üçün  istifadə  etdi  və  Milad 
bayramında Afinaya uçdu ki, məsələnin həllinə kömək etsin. 
1945-ci  ilin  4-11  fevralında  Yaltada  Krım  konfransı  keçiriləndə  Uzaq  Şərq 
məsələsi  həll  olundu,  bununla  yalnız  Ruzvelt  və  Stalin  razılaşdı,  Çörçill  isə 
müdaxilə  etmədi.  O,  polyakları  müdafiə  etmək  üçün  döyüşürdü,  lakin  gördü  ki, 
Sovetləri öz vədlərini yerinə yetirməyə məcbur etməyin heç bir yolu yoxdur. Sonra 
o,  Birləşmiş  Ştatlardan  xahiş  etdi  ki,  Rusiya  ordusu  girməmişdən  əvvəl  müttəfiq 
qüvvələrinin nə qədər mümkünsə o qədər Şərqi Avropaya girməsinə icazə versin, 
çünki alman hakimiyyəti oranı tərk etdikdən sonra ruslar vakuumu dolduracaqlar. 
Lakin o, nə Ruzvelti, nə sonralar Trumeni, nə də onların generallarını öz nöqteyi-
nəzərinə inandıra bilmədi. Krım konfransının rəsmi məlumatında qeyd olundu ki, 
“natsist Almaniyası məhvə məhkumdur”.  
12  aprel  1945-ci  ildə  natsist  Almaniyası  üzərindəki  qələbənin  kandarına 
çatılmış  və  militarist  Yaponiya  üzərində  isə  yaxınlaşan  qələbənin  müəlliflərindən 
biri, hərbi və maddi yardımı ilə həm Britaniyaya, həm də SSRİ-yə böyük kömək 
göstərmiş  ABŞ  prezidenti  Franklin  D.Ruzvelt  vəfat  etdi.  Müharibə  dövrünün 
ağırlığı və aramsız iş onun səhhətini pozmuşdu və artıq Yalta konfransında onun 
taqətdən düşdüyü hiss olunurdu. Ruzvelt erası “izolyasionizmdən” faşizm üzərində 
qələbəyə qədər uzanmışdı. 
Hələ  1944-cü  ildə  qələbə  perspektivi  aydın  görünəndə  İngiltərədə 
partiyaların  siyasi  fəallığı  xeyli  canlandı  və  1945-ci  ilin  mayında  müharibə 
dövründə  koalisiyada  olmuş  bütün  partiyalar  vaxtından  əvvəl  seçki  keçirilməsi 
istəklərini bildirdilər. Çörçill isə koalisiyanın ən azı Yaponiyanın  məğlubiyyətinə 
qədər  davam  etməsini  istəyirdi.  Leyboristlər  öz  müstəqilliklərini  təzələmək 
istəyirdilər.  Çörçill  qələbənin  populyar  arxitektoru  kimi  məğlubedilməz  tək 
görünürdü,  lakin  o,  seçki  kampaniyasını  aparanda  özünü  özünün  ən  pis  düşməni 
kimi  göstərdi.  Biverbrukun  dediyi  kimi,  o,  Leyborist  partiyasının  qələbəsinin 
dəhşətli  bir  nəticə  olacağı  barədə  qeyri-adi  peyğəmbərliyə  girişdi  və  özünü 
bütünlüklə  mühafizəkar  kimi  göstərdi.  Onun  seçki  kampaniyasına  həsr  olunmuş 
turları zəfər qaydasında inkişaf edirdi, lakin o, partiya lideri deyil, müharibə lideri 
idi,  onu  camaat  adətən  alqışlarla  qarşılayırdı.  Leyborist  partiyasının  isə  ehtiyatlı, 
lakin  geniş  iqtisadi  və  sosial  islahat  proqramı  milli  rəğbəti  qazanmaq  yarışında, 
Çörçillin parlaq çıxışlarından daha təsirli idi. Seçkilərdə onun partiyasının mövqeyi 
parlamentdəki  ümumi  640  yerdən  213  yeri  tutmaqla  nəticələndi.  Platon  yazır  ki, 
“İnsanlar  öz  bədbəxtliklərində  taleyi,  allahları  və  özlərindən  başqa  istənilən  hər 
şeyi günahlandırmağa meyl edirlər”. Çörçill də bu qaydadan kənara çıxmırdı. 
Alman  faşizmi  üzərində  qələbə  miqyasına  görə  müqayisə  edilməz  idi. 
Çörçillin  bəlkə  də  buna  hamıdan  çox  sevinməyə  haqqı  var  idi.  Lakin  o,  bədbin 
hisslər də yaşayırdı. Müharibə başa çatanda Çörçill yazmışdı: “İndi Avropa nədir? 
Qaraguruh yığını, qəbir,  zəhəri çoxalan və kinli torpaq”. 

97 
 
Millət tərəfindən inkar olunma Çörçillə ağır təsir göstərdi. Markiz Astolf de 
Kyustin yaxşı demişdi ki, “Tarix tərifli söz deyildir və ən böyük kişiləri də kamil 
kimi  təqdim  etmir”.  Çörçill  öz  üzərinə  parlament  müxalifətinin  lideri  rolunu 
götürməli  oldu.  O,  heç  vaxt  vətənində  bütünlüklə  bu  rolda  olmamışdı.  Daxili 
siyasətdə aparıcı rol oynayan iqtisadi və sosial məsələlər heç də onun maraqlarının 
mərkəzində deyildi. Öz imperial baxışına görə Hindistana və Birmaya müstəqillik 
verməkdə  gözə  çarpan,  özünün  “kömür  vedrəsi”  adlandırdığı  leyborist  siyasətini 
bəyənə  bilərdi.  Lakin  xarici  siyasətdə  nöqteyi-nəzərlərə  görə  skamyalar  arasında 
geniş fərqlər var idi və bu, Çörçillin əvvəldən özünü həsr etdiyi bir sfera idi. 
5  mart  1946-cı  ildə  Çörçill  ABŞ-da,  Missuri  ştatındakı  Fultondakı 
universitetdə  prezident  Trumenin  iştirakı  ilə  çıxış  edərkən  müharibədən  sonrakı 
dünyaya  baxışın  iki  mərkəzi  mövzusuna  toxundu:  Sovet  kommunizminin 
təhlükəsinə  qarşı  sülhün  mühafizəçiləri  kimi  Britaniyanın  və  Birləşmiş  Ştatların 
birliyinə  olan  ehtiyac  barədə  danışdı,  bu,  Avropanın  sifətini  çarpaz  qaydada 
bürümüş “dəmir pərdəni” aradan götürməlidir.  
Fultondakı  çıxışında  o,  “dəmir  pərdənin”  azad  dünyanı  kommunist 
imperiyasından  ayırdığını  iddia  edirdi.  Çörçill  SSRİ-ni  “müharibənin 
bəhrələrindən”  istifadə  etmək  və  öz  qüdrətinin  və  doktrinasının  qeyri-məhdud 
qaydada  yayılması  imkanını  əldə  etmək  arzusuna  görə  ittiham  edirdi.  SSRİ-nin 
ekspansiyası və onun özünə yeni müttəfiqlər cəlb etmək cəhdləri barədə Çörçillin 
ideoloji  postulatlarından  Qərb  “soyuq  müharibənin”  məqsədləri  üçün  istifadə 
edirdi. 
1941-ci ildə Uinston Çörçill demişdi: “Mən Əlahəzrətin baş naziri ona görə 
olmamışam  ki,  Britaniya  imperiyasının  ləğvinə  başçılıq  edim”.  1946-cı  ilin 
martında  isə  amerikan  auditoriyası  qarşısında  çıxış  edən  keçmiş  Britaniya  baş 
naziri  bəyan  etmişdi ki, bütün qitə boyu “dəmir  pərdə” salınmışdır,  Almaniya  və 
Avropa iki düşmən cəbhəyə bölmüşdür. Stalin Çörçillin çıxışını “Sovet İttifaqı ilə 
müharibəyə  çağırış”  kimi  qiymətləndirdi.  Bu  sözlərdən  yalnız  bir  neçə  ay  sonra 
dünya yenidən daha acı şəkildə bölünmüş kimi görünürdü. Belə bir fikir yaranırdı 
ki, görəsən Qərb sivilizasiyasının XX əsr böhranı heç vaxt qurtarmayacaqdırmı? 
Fultonda Çörçill demişdi: 
“Baltik dənizi üstündəki Ştettindən Adriatik dənizi üstündəki Triestədək qitə 
üzərinə  dəmir  pərdə  çəkilmişdir.  Xəttin  arxasında  Mərkəzi  və  Şərqi  Avropa 
dövlətləri  qalmışdır,  onların  əhalisi  sovet  sferasına  düşmüşdür.  Bu,  təkcə  sovet 
təsiri deyildir, çox yüksək və artan dərəcədə Moskvanın nəzarəti deməkdir”. 
Çıxışının  daha  təsirli  olması  üçün  o,  boyaları  tündləşdirməkdən  də 
çəkinmirdi.  Əlavə  etmişdi  ki,  “Avropanın  on  qədim  paytaxtı  indi  “dəmir  pərdə” 
arxasındadır. Qitənin böyük hissəsi asılılıqdadır. Onlar natsizmdən yalnız ona görə 
yaxa qurtardılar ki, kommunizmin ifratçılığı altına düşsünlər”. 
Hitlerin və onun dostlarının gətirdiyi alman irqi nəzəriyyəsi belə bir nəticəyə 
gəlirdi  ki,  yalnız  tam  yararlı  millət  olan  almanlar  digər  bütün  xalqlar  üzərində 
ağalıq etməli, onları idarə etməlidir. Çörçillin irəli sürdüyü ingilis irqi nəzəriyyəsi 
isə belə bir nəticəyə gəlirdi ki, ingilis dilində danışan millətlər tam yararlı millətlər 

98 
 
olmaqla,  dünyanın  qalan  digər  xalqları  üzərində  ağalıq  etməli,  onları  idarə 
etməlidir. Eyni qızğınlıqla o, Avropa birliyinin tərəfdarı kimi çıxış edirdi. 
Altı  ay sonra, 19 sentyabr  1946-cı ildə isə İsveçrədəki  Sürixdə o,  “Avropa 
Şurasının”  yaradılmasının  vacibliyini  sübut  edirdi  və  özü  1949-cu  ildə  Şuranın 
Strasburqda keçirilən ilk yığıncağına gəldi. Özəl həyatında bu vaxt o, böyük tarixi 
əsəri  olan  altı  cildlik  “İkinci  Dünya  müharibəsi”  kitabını  yazırdı  (1948-1954-cü 
illər). 
1950-ci  ilin  ümumi  seçkilərində  Çörçill  şəxsi  mandat  qazanmaq  üçün  uzun 
müddət gözlədiyi imkandan istifadə etməli oldu. 
Seçki  hücumu  leyboristləri  silkələdi,  lakin  onları  yenidən  hakimiyyətdə 
saxladı.  Bu,  Çörçillin  dediyi  kimi  “daha  bir  dəfə  qalxmaq”  olub,  1951-ci  ilin 
oktyabrında  ikinci  seçkilərdə  onları  məğlubiyyətə  apardı.  İranda  Britaniya  neft 
şirkətinin  özəlləşdirildiyinə    görə  orada  yaranan  böhran  üçün  hökumətə  təzyiq 
göstərilirdi.  
Mühafizəkarlar 26 səs çoxluğu ilə yenidən qayıtdılar və Çörçill ikinci dəfə 
baş  nazir  oldu.  Onun  təşkil  etdiyi  hökumətdə  liberal  mühafizəkarlar  üstünlüyə 
malik idi. Entoni İden Xarici işlər naziri oldu. 
Yerli  leyboristlər  və  administrasiyadakı  döyüşlər  Çörçillin  maraq 
dairəsindən  uzaq  idi.  O,  artıq  qoca  idi,  qüvvəsini  xarici  işlər,  sülh  və  müharibə 
məsələləri  üçün  qoruyub  saxlayırdı.  Britaniya  Koreya  müharibəsində  iştirak 
etmədi, diqqətini Almaniyanın yenidən silahlanmasına yönəltmişdi. 
1953-cü  ildə  kraliça  II  Elizabetə  tac  qoyulması  mərasimi  baş  verdi.  Həmin 
ili  Çörçill  iki  müxtəlif  mükafat  aldı  –  Qarter  ordeninin  sahibi  və  ədəbiyyat  üzrə 
Nobel  mükafatı  laureatı  oldu.  O,  müttəfiq  orduların  köhnə  baş  komandanı  Duayt 
Eyzenhauerin  prezident  kimi  Ağ  Evə  gəlməsinə  çox  sevindi.  İden  aprel  ayında 
xəstələndikdə Çörçill xarici işlər naziri vəzifəsini də öz üzərinə götürdü. 27 iyulda 
onu insult zərbəsi vurdu və bədəni müəyyən dərəcədə iflic oldu. Buna baxmayaraq, 
o, sağala bildi və oktyabrda yenidən işinə qayıtdı. 
1954-cü  il  Hind-Çin  müharibəsi  problemlərini  kəskin  yüksəkliyə  qaldırdı. 
Çörçillin  saziş  barədəki  müraciəti  Britaniya  qoşunlarının  Suveyş  bazasından  geri 
çəkilməsi  ilə  nəticələndi.  30  noyabr  1954-cü  ildə  onun  80  illik  yubileyi  qeyd 
ediləndə, Vestminsterdə ona ehtiram göstərilməsi şərəfinə bütün partiyaların birgə 
təntənəli  mərasimi  keçirildi.  Ehtiram  onu  göstərirdi  ki,  o,  tezliklə  istirahətə 
yollanacaqdır. 5 aprel 1955-ci ildə o, tutduğu vəzifədən istefa verdi, bir neçə həftə 
əvvəl  onun  seçilmiş  varisi  ser  Entoni  İden  Cenevrədəki  dörd  dövlət  başçısının 
konfransı qarşısında öz planlarını elan etdi. 
Çörçill  İcmalar  Palatasında  qalmaqla  “Palatanın  atasına”  çevrildi,  hətta 
1959-cu ildəki yeni seçkilərdə mübarizə apardı və qalib gəldi. Dörd cildlik “İngilis 
dilli xalqların tarixi” əsərini (1956-1958-ci illər) yazdı. 1963-cü ilin aprelində ona 
Birləşmiş  Ştatların  fəxri  vətəndaşlığı  verildi,  bu  ona  Konqressdə  fəaliyyət 
göstərmək imkanı verirdi. 
O,  24  yanvar  1965-ci  ildə  Londondakı  evində  öldü.  Dövlət  matəmində 
demək olar ki, bütün dünya ona öz ehtiramını nümayiş etdirdi. O, Oksfordşirdəki 
Pladon  kilsəsinin  həyətində  ailə  qəbiristanlığında  dəfn  edildi.  Çörçill  deyirdi  ki, 

99 
 
“Zaman  –  pis  müttəfiqdir”.  Özünə  münasibətə  gəldikdə  zamanın  əla  müttəfiq 
olduğu üzə çıxdı. 
 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə