BƏYLƏr aslanov qravi-KƏŞFİyyat kursu


§3. QRAVİMETRİK MÜŞAHİDƏ METODLARI



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/6
tarix28.04.2017
ölçüsü2,8 Kb.
1   2   3   4   5   6
§3. QRAVİMETRİK MÜŞAHİDƏ METODLARI 
Qravimetriyada  axtarış-kəşfiyyat  və  elmi-tədqiqat  işləri 
zamanı  nöqtələrin  sıxlığı 
km
20
-dən 
m
6
-ə  qədər  dəyişir. 
Planalmanın  sıxlığı  əvvəlcədən  təqribi  məlum  olan  və  ya 
təsəvvür olunan geoloji obyektin ölçüləri, yatma parametrləri və 
fiziki əlamətləri ilə bağlıdır. 
Neft-qaz axtarışında orta qiymətlə 
2
6
,
km
-na 1-2 müşahidə 
nöqtəsi  düşür.  Amma  bu,  neft-qaz  yataqlarının  ölçülərindən 
daha  çox  asılıdır.  Neft-qazlı  strukturların  ölçüsü  adətən  böyük 
olur  və  bu  cür  obyektlərdən  qravitasiya  effekti  müşahidələrdən 
yayına  bilmir.  Qravimetrynın  köməyi  ilə  neft-qaz  axtarışında 
müşahidə  məntəqələri  arasındakı  məsafə  bərabər  götürüldükdə 
effekt daha diqqə təlayiq olur. Qravimetriyada müşahidə sistemi 
„ilgəh“ prinsipi ilə yaradılır. Bu prinsipin əsas mahiyyəti ondan 
ibarətdir  ki,  müşahidələr  cazibə  qüvvəsi  təcilinin  mütləq 
qiyməti  məlum  olan  məntəqədən  başlanır,  naməlum  nöqtəyə 
davam  etdirilir  və  müşahidələr  yenidən  məlum  nöqtədə  başa 
çatdırılır.  Bütün  qravimetrik  müşahidələr,  istər  dayaq 
şəbəkəsində,  istərsə  də  sıravi  şəbəkədə,  eləcə  də  istər  regional 
işlərdə,  istəsə  də  mükəmməl  işlərdə  bu  prinsip  mütləq 

 
95 
gözlənilir,  çünki  qravimetriyada  hər  hansı  bir  nöqtədə  cazibə 
qüvvəsi təcilinin qiyməti nisbi hesablanır. 
Filiz  yataqlarının  qravimetrik  müşahidələrlə  axtarışında 
nöqtələr  arasındakı  məsafə  öyrənilən  sahədə  eyni  götürülmür. 
Əvvəlcə  tədqiqat  sahəsində  müəyyən  eyni  məsafəli  nöqtələrdə 
müşahidə aparılır və ilkin xəritə tərtib olunur. Bu xəritədə qeyd 
olunmuş  müsbət  anomaliyaların  ölçülərindən  və  bu 
anomaliyaları yarada biləcək fiziki mühitin yatma dərinliyindən 
asılı olaraq daha kiçik məsafəli nöqtələrdə müşahidələr aparılır. 
Bu  cür  planalmada  müşahidə  nöqtələri  arasındakı  məsafə 
m
30
20

, hətta bəzən daha az götürülür. Heç bir planalma işləri 
aparılmayan  və  ya  geoloji  quruluş  haqqında  təqribi  təsəvvür 
olunan rayonlarda bu işlər bir neçə mərhələdə aparılır. 
Müasir 
qravimetrik 
planalmada 
müşahidələrin 
aparılmasında  heç  bir  problem  meydana  çıxmır,  belə  ki,  Yer 
səthində insan ayağının dəymədiyi sahə yoxdur və „qravimetr“ 
adlanan  cihaz  digər  geofiziki  cihaz  və  avadanlıqlara  nisbətən 
çox  yüngül  və  istismar  şərtləri  çox  asandır  və  eyni  zamanda 
qravimetrik  işlərə  çəkilən  cərclər  daha  sərfəlidir.  Bununla 
bərabər  qravimetrik  planalmada  digər  problemlər  mövcuddur. 
İlk növbədə bu problemlərdən biri qravimetrin özünün və ölçmə 
yükünün  tarazlıq  vəziyyətinə  gətirilməsindən  ibarətdir. 

 
96 
Yuxarıda  qeyd  etmişdik  ki,  cazibə  qüvvəsi  təcilini  ən  dəqiq 
ölçən  qravimetrlər  astazirli  qravimetrlərdir.  „Astazir“  sözü 
„qeyri-stabil tarazlıq“ mənasını daşıyır. Bu o deməkdir ki, hər 
hansı  bir  xarici  təsir  qravimetrin  tarazlığını  poza  bilər.  Bu 
təsirlər, planalma zamanı qravimetri əldə, avtomobildə, gəmidə, 
təyyarədə  və  s.  apararkən  silkələnmə  ola  bilər.  Bütün  bu 
amillərdən  başqa,  qravimetrlərlə  müşahidə  zamanı  ölçü 
götürməzdən  əvvəl  qravimetrin  ölçü  yükünü  mütləq  horizontal 
taraz  vəziyyətinə  gətirmək  lazımdır.  Qravimetrn  bu  vəziyətinə, 
yəni ölçü yükünün taraz vəziyyətdə olmsına qravimetrin taraz 
halı  deyilir  və  bu  halda  qravimetrn  göstərişi  onun  „sıfır“ 
nöqtəsinin  qiymətidir.  Ancaq  qravimetrin  „sıfır“  qiyməti  sabit 
qalmır,  müşahidə  nöqtəsinə  görə  dəyişir,  yəni  hər  bir  nöqtədə 
qravimetrin  „sıfır“  qiymətini  qeyd  etdikdən  sonra  ölçü 
götürmək  lazımdır.  Qravimetriyada  planalmanın  problem  idə 
buradan, yəni qravitmetrin taraz halına gətirilməsindən başlanır. 
Bu problemi aradan götürmək üçün bir neçə üsullar mövcuddur. 
Bunlardan ən sadəsi və ən dəqiqi qravimetrn „sıfır sürüşməsi“-
ni  təyin  etməkdir.  Qravimetrin  „sıfır  sürüşməsi“  müşahidə 
nöqtələrində „sıfır“ göstəricisinin fərqidir.  Məhz buna görə də 
qravimetrlə  müşahidə  zamanı  onun  „sıfır  sürüşməsi“ni  mütləq 
təyin etmək və materialların emalında nəzərə almaq lazımdır. 

 
97 
Şəkil 24. Dayaq şəbəkəsinin 
düzləndirilməsi sxemi. a – dayaq şəbəkəsi 
nöqtələri və nömrələri; б – aöırlıq qüvvəsi 
qiymətlərinin artma istiqamətləri; в – 
poliqonların düzləndirmə istiqaməti; 
I,III – poliqonlar.  
3.1. Dayaq şəbəkəsi 
Qravimetrik kəşfiyyat  işlərində əsas amillərdən biri  dayaq 
şəbəkəsinin  yaradılması  işləridir  (şək.  24).  Dayaq  şəbəkəsi 
1971-ci il Potsdam sisteminə, sıravi nöqtələr şəbəkəsi isə dayaq 
nöqtələrinə  bağlanılır.  Dayaq  şəbəkəsi  planalma  qiymətlərinin 
ümumdövlətlər  sisteminə  və  reyslərdə  (gedişlərdə)  qravimetrin 
«sıfır-sürüşməsi»nin  nəzərə  alınmasına  xidmət  edir.  Dyaq 
şəbəkəsi  I,  II  və  III  kateqoriyalarından  ibarətdir  və  bu 
kateqoriyalar  qarşıda  qoyulmuş 
geoloji-geofiziki  məsələlərdən 
asılıdır.  Qravimetriyada  axtarış-
kəşfiyyat  və    elmi-tədqiqat 
işlərində 
yaradılmış 
dayaq 
şəbəkəsi  dövlət  qravimetrik 
şəbəkəyə  bağlanılır.  Bundan 
başqa,  müəyyən  müddətdən 
sonra 
eyni 
bir 
ərazidə 
aparılmış  planalma  işlərində 
yaradılmış 
dayaq 
şəbəksi 
arasında  da  mütləq  bağlanma 
aparılır.  Əgər  bu  proses  aprılmayıbsa,  planalma  işləri  qəbul 
olunmur.  I  kateqoriyalı  dayaq  şəbəkəsi  dövlətlərarası,  II 

 
98 
kateqoriyalı vilayətlərarası, III kateqoriyalı dayaq şəbəkələri isə 
sahələrarası  statusuna  malikdir.  Dayaq  şəbəkəsində  ölçmələrin 
dəqiqliyi sıravi şəbəkəyə nisbətən 1,5-2 dəfə yüksək olmalıdır. 
 Dayaq  şəbəkəsinnə  reyslərin  1–2–1…–n–1  sxemi  üzrə 
işlənməsi  üsul  çox  geniş  yayılmışdır,  yəni  müşahidələr  hansı 
dayaq  məntəqəsindən  başlanırsa,  orada  da  başa  çatmalıdır.  Bu 
cür  reyslərdə  müşahidə  məntəqələrinin  sayı  istifadə  olunan 
qravimetrin  «sıfır-sürüşməsi»  müddətindən  aslıdır.  Dayaq 
şəbəkəsində  müşahidələr mərkəzi  müşahidə, iki pilləli, poliqon 
və ilgəh-düyün nöqtəli sistemi ilə işlənilir.  
Mərkəzi  müşahidə  sistemi  digər  müşahidə  sistemlərindən 
bütün  dayaq  məntəqəlirinin  relyef  şəraitindən  asılı  olaraq 
əvvəlcədən  müəyyənləşdirilmiş  mərkəzi  dayaq  məntəqəsinə 
bağlanması ilə fərqlənir. Mərkəzi dayaq məntəqəsi isə planalma 
işlərindən  əvvəl  və  planalma  işləri  başa  çatdıqdan  sonra 
təkrarən dövlət kateqoriyalı dayaq məntəqəsinə bağlanılır. 
İki  pilləli  müşahidə  sistemi  karkas  və  tamamlayıcı  dayq 
məntəqəlrindən  ibarətdir.  Bu  sistemdən  istənilən  dayaq 
məntəqəsini  mərkəz  kimi  qəbul  etdikdə  və  yüksək  dəqiqlikli 
planalma 
işlərində  istifadə  olunur.  Tamalayıcı  dayaq 
məntəqələri  mütləq  bir  neçə  karkas  dayaq  məntəqəsinə 
bağlanılır. 

 
99 
Poliqonal  müşahidə  sistemində  dayaq  şəbəkəsi  çox 
bucaqlı  poliqonları  (minimum  üç  bucaq)  və  onların  tərəflərini 
özündə  cəmləşdirir.  Dayaq  şəbəkəsinin  hər  bir  müşahidə 
məntəqəsi 1–2–1 sxemi üzrə bir-birindən asılı olmayan reyslərlə 
işlənilir,  yəni  ağırlıq  qüvvəsinin  mütləq  qiyməti  məlum 
olmayan  məntəqə,  ağırlıq  qüvvəsinin  mütləq  qiyməti  məlum 
olan  məntəqəyə  bu  sxemlə  bağlanılır.  Bu  müşahidə  sistemində 
poliqonlar  tərəfinin  az  olması  müşahidələrin  dəqiqliyinə  və 
müşahidə  şəbəkəsinin  düzlənməsinə  xidmət  edir.  Müşahidə 
məntəqələrinin sıxlığı qarşıda qoyulmuş geoloji məsələdən asılı 
olaraq  miqyasdan  və  istifadə  olunan  qravimetrin  «sıfır» 
sürüşməsinin  zaman  intervalından  asılıdır.  Msələn,  əgər 
qraimetrin  «sıfır»  sürüşməsi  üç  saat  müddətində 
mQal
3
,
0
 
dəyişirsə,  dayaq  müşahidə  məntəqələri  elə  seçilməlidir  ki,  üç 
saat 
müddətində 
1–2–1 
sxemi 
işlənilsin. 
Müşahidə 
məntəqəlrində 
müşahidələrin  sayı  isə  istifadə  olunan 
qravimetrin  dəqiqliyindən,  yəni  bir  müşahidənin  orta  kvadratik 
xətasından asılıdır. 
İlgəh-düyün nöqtəli müşahidə sistemi iki pilləli müşahidə 
sisteminin  müxtəlif  formalarıdır.  Belə  ki,  ilgəh  nöqtələri  –  hər 
hansı  dayaq  məntəqəsinə  istinad  olunmuş  bir  və  ya  bir  neçə 
sıravi  reyslərin  kəsişmə  nöqtələridir.  Müşahidə  sistemi  istifadə 

 
100 
olunan  qravimetrlərin  «sıfır»  sürüşməsi  zamanını  təmin 
etməlidir,  yəni  ilgəh-düyün  nöqtələri  elə  seçilməlidir  ki,  sıfır 
sürüşmə  zamanı  ərzində  bütün  məntəqələrdə  qapalı  müşahidə 
aprıla  bilsin.  Reyslərin  kəsişmə  nöqtələrinin  sayı  planalmanın 
dəqiqliyindən  asılıdır.  İlgəh  nöqtələri  müəyyən  şəbəkə 
fomasında olmalıdır və bu şəbəkə mütləq düzləndirilir və ilgəh 
nöqtələri  dayaq  məntəqəsi  kimi  istifadə  olunaraq  müşahidə 
qiymətləri yenidən emal olunur. 
 
3.2. Sıravi şəbəkə 
Sıravi  şəbəkə  –  əsas  müşahidə  nöqtələridir,  yəni 
qravimetrik  planalmada  alınmış  nəticələr  məhz  bu  şəbəkəyə 
görə  tərtib  olunur.  Əlbəttə,  hər  hansı  bir  reduksiyada  tərtib 
olunmuş  xəritələrdə  izoxətlər  keçirilərkən  dayaq  şəbəkəsi 
məntəqələrinin  də  aonomal  qiymətləri  nəzərə  alınır.  Planalma 
ərazisinin  relyefindən  asılı  olaraq,  sıravi  şəbəkənin  forması 
düzbucaqlı  formasında  olmasına  üstünlük  verilir.  Bu,  tərtib 
olunmuş  xəritənin  interpretasiyası  üçün  transformasiyanın 
əlverişli  olmasından  irəli  gəlir.  Öyrənilən  sahənin  düzbucaqlı 
formada olması vacib deyil. Əsas şərt qarşıda qoyulmuş geoloji 
məsələnin  hərtərəfli  həll  olunmasıdır.  Sıravi  şəbəkənin 
müşahidə  nöqtələri  profillər  boyunca  aparılarsa,  profillər 

 
101 
arasındakı  məsafə  ilə  müşahidə  nöqtələri  arasındakı  məsafənin 
nisbəti  iqyasdan  asılı  olmayaraq  5:1-ə  olan  nisbətdən  çox 
olmamalıdır. Sıravi şəbəkənin sıxlığı planalmanın məqsədindən 
və  geoloji  şəraitdən  asılıdır.  Ancaq,  gözlənilən  və  ya  aşkar 
olunan anomaliya,  miqyasdan asılı olmayraq, mütləq  minimum 
üç  sıravi  nöqtə  ilə  müşahidə  olunmalıdır  və  bu  nöqtələr  bir-
ğirindən  asılı  olmayan  reyslərlə  işlənilməlidir.  Bu  əlamət  də 
sıravi şəbəkənin sıxlığına təsir edir. Sıravi şəbəkədə anomaliya 
o  zaman  etibarlı  hesab  olunur  ki,  bu  anomaliyanın  amplitudu 
planalmanın dəqiqliyindən minimum üç dəfə çox olsun. 
Sıravi  şəbəkənin  bir  sıra  müşahidə  üsulları  mövcuddur: 
birqatlı müşahidə üsulu, əks gedişdə təkrar müşahidə üsulu, düz 
gedişdə  təkrar  müşahidə  üsulu  və  «sıfır»  sürüşmənin 
paylanması üsulu. 
 Birqatlı  müşahidə  üsulu  ən  geniş  yayılmış  müşahidə 
formasıdır və ona görə birqatlı müşahidə adlanır ki, bir nöqtədə 
minimum  iki  dəfə  eyni  vaxda  müşahidə  aparılır.  Bu,  iki  və  ya 
daha  çox  qravimetrdən  istifadə  etməklə  və  ya  eyni  bir 
qravimetrlə bir neçə dəfə müşahidə aparmaqla həyata keçirilir.  
Sıfır sürüşmənin qiyməti reysin hər bir düyün nöqtəsinə və 
mütləq istinad oluqmuş dayaq məntəqələrinə görə verilir. Əgər 
bir  neçə  reys  müddətində  sıfır  bölgünün  dəyişməsi  stabil 

 
102 
qalarsa,  onda  sıfır  sürüşmənin  qiyməti  sıravi  reysin  kənar 
nöqtələrinə  (başlanğıc  və  son  nöqtə)  görə  də  vnrilə  bilər.  Bu 
üsulda bəzən, sıfır sürşmənin xətti olmasını yoxlamaq üçün, hər 
hansı dayaq məntəqəsi sıravi nöqtə kimi işlənilir. Hər bir reysin 
sıfır bölgüsünün dəyişmə qrafiki tərtib olunur. Bu qrafikin tərtib 
olunmasında  məqsəd,  alınmış  nəticənin  hansı  müşahidə 
nöqtəsində  uyğun  olmamasını  yoxlamaqdır.  Əgər,  alınmış 
nəticə  sıfır  bölgünün  dəyişmə  qrafikindən  kənara  çıxarsa,  onda 
həmin  nöqtədə  müşahidə  asılı  olmayan  digər  reysdə  yenidən 
aparılır.  Sıfır  bölgünün  dəyişmə  qrafiki  miqyasdan  asılı 
olmayaraq,  planalmada  iştirak  etmiş  iki  qravimetrin  nəticələri 
arasında  fərqə  görə  (
mQal
-a  uyğun  olaraq)  tərtib  olunur. 
Qravimetrlər arasında kəskin fərq alınan nöqtə yenidən işlənilir.  
Əks gedişdə təkrar müşahidə üsulu birqatlı müşəhidədən 
fərqli  olaraq  istehsalat  işlərində  çox  az  tətbiq  olunur.  Çünki 
sıravi  reys  mütləq  əks  gedişlə  təkrar  olunmalıdır.  Bu  isə 
planalmanın istehsalını aşağı salmaqla  yanaşı, qravimetrin sıfır 
bölgüsünün kobud dəyişməsinə gətirir. 
Düz  gedişdə  təkrar  müşahidə  üsulu  yuxarıda  şərh 
olunmuş üsulların vəhdətidir. Birqatlı müşahidə aparılır və 1–2–
3–1, 1–4–5–1, 1–6–7–1 və s. ilgəhlərlə işlənilir, yəni reysin bir 

 
103 
neçə  nöqtəsi  təkrarlanır.  Bu  üsul  da  istehsalat  işlərində  çox  az 
tətbiq olunur. 
«Sıfır»  sürüşmənin  paylanması  üsulu  yuxarıda  şərh 
olunmuş  hər  üç  üsuldan  onunla  fərqlənir  ki,  alınmış 
müşahidələr arasında fərq tapılır və planalmaya nəzarət olunur. 
Nəzarət  sıfır  bölgünün  dəyişmə  qrafiki  və  ya  nəzəri  olaraq  ilə 
həyata keçirilir. 
Bütün üsullarda qravimetrin sıfır bölgüsünün dəyişməsinin 
xətti  olması  nəzərdə  tütulur.  Bu  dəyişmə  qeyri-xətti  olduqda, 
bəzən artımların ayrılqda müşahidəsi üsulu tətbiq olunur. Bu 
üsulun digərlərindən fərqi orasındadır ki, hər bir sıravi nöqtə 1–
2–1 sxemi ilə, yəni dayaq məntəqəsi kimi işlənilir. 
3.3. Qravimetrlə dənizdə müşahidə 
Qravimetriyada axtarış-kəşfiyyat işlərinin böyük bir həcmi 
dəniz  akvatoriyasında  aparılır.  Müşahidə  bilavasitə  dəniz 
sularının altında və ya üstündə aparılır. Dəniz planalmasında bir 
çox  problemlər  ortaya  çıxır:  müşahidə  nöqtələrinin 
koordinatlarının  təyini,  dənizin  dalğalanması  nəticəsində 
qravimetrin  tarazlıq  vəziyyətinə  gətirilməsi,  hərəkətdə  olan 
gəminin sürəti və s. Bu problemlərdən birincisi,  yəni  müşahidə 

 
104 
nöqtəsinin koordinatlarının təyini son illərdə xüsusi sputniklərin 
xeyli asanlaşmış və dəqiqləşdirilmişdir.  
Qravimetrik  planalma  bir  neçə  mərhələdə  həyata  keçirilir. 
Birinci mərhələ vəya hazırlıq pilləsinddə riyazi emal üçün vacib 
oln,  istifadə  olunan  avadanlığın  texniki  parametrləri  yoxlanılır. 
Əyilmə  üsulu  ilə  qravimetrlər  etalonlaşdırılır,  yəni  ölçü 
şkalasının  bir  bölgüsünün 
mQal
-la  qiməti  təyin  olunur, 
qeydiyyat  qurğuları  tənzimləndirilir.  Xüsusi  metodik  üslublarla 
qravimetrlərin dinamik əlamətlərini xarakterizə edən bütün ölçü 
parametrləri sınaqdan keçirilir.  
İkinci 
mərhələ 
– 
dayaq 
şbəkəsində 
aparılan 
müşahidələrdir. Bu müşahidələr lövbər atmış gəminin üstündə – 
meta  (inersiya)  mərkəzində  reysə  çıxmazdan  əvvəl  aparılır. 
Dayaq  şəbəkəində  müşahidələrin  məqsədi,  sıravi  müşahidə 
sistemində istifadə olunan ağırlıq qüvvəsi  mütləq qiymətlərinin 
mümkün  qədər  dəqiq  təyin  olunması,  eləcə  də  gəmidə 
quraşdırılmış  qravimetrlərin  ölçmə  qabiliyyətinin  dəqiqliyini 
müəyyənləşdirməkdir. 
Üçüncü  mərhələ  –  dənizdə  aparılan  planalma  işlərdir. 
Qarşıda  qoyulmuş  geoloji  məsələdən  asılı  olaraq  dənizdə 
plnalma  işləri  digər  okeanoloji  tədqiqatlarla  kompleks  olaraq 
əvvəlcədən  müəyyənləşdirilmiş  poliqonlarda  həyata  keçirilir. 

 
105 
Dəniz qravimetrik planalmanın əsas dəqiqlik əlamətlərindən biri 
radionaviqasiya 
üsulu 
ilə 
müşahidə 
nöqtələrinin 
koordinatlarının təyin olunmasıdır.  
Dənizdə qravimetrik planalma işləri, avadanlıqdan istifadə 
etmədən asılı olaraq dib  üst qravimetrik üsullara ayrılır. 
Dib  qravimetrik  planalmada,  qravimetr  dənizin  dibinə 
buraxılır  və  xüsusi  qurğularla  tam  şaquli  vəziyyət  verildikdən 
sonra  və  «blik»  sıfır  vəziyyətinə,  yəni  tam  horizontal  hala 
gətirilərək 
gəmidə 
quraşdırılmış  ekrandan  qravimetrin 
göstəricisi qeyd olunur. Bu zaman, təbii olaraq, istifadə olunan 
gəmi  müşahidə  nöqtəsində  dayanır.  Şübhə  yoxdur  ki,  müəyyən 
sürətlə hərəkət edən gəmi inersiya nəticəsində istənilən nöqtədə 
lazım  olan  anda  dayanmır.  Bu  proses  aradan  götürmək  üçün 
mütləq  və  minimum  iki  motorlu  gəmidən  istifadə  olunur. 
Müşahidə  nöqtəsində  motorlar  əks  koherent  işləyir,  nəticədə 
müəyyən  zaman  anında  gəmi  sanki  «donur»  və  müşahidə 
aparılır.  Dib  planalmada  müşahidə  dənizin  şelf  zonalarında 
helihopper  (vertolyot)  vasitəsi  ilə  həyata  keçirilir.  Müşahidə 
nöqtəsində  helihopper  «hava  yastığı»  yaratdıqdan  sonra 
qravimetr dənizin dibinə buraxılır və ölçü götürülür. 
Üst  qravimetrik  planalmada  istifadə  olunan  avadanlıq 
gəminin  üstündə  quraşdırılır  və  müşahidə  zamanı  gəmi 

 
106 
əvvəlcədən  müəyyənləşdirilmiş  düz  xətli  profillər  boyueca 
mümkün  olan  qədər  dəyişməz  sürətlə  hərəkət  edir.  Sürətin 
dəyişməz olması Etveş düzəlişinin dəqiq olması üçün zəruridir. 
Bu  zaman  dinamik  qravimetrlərdən  istifadə  olunur,  yəni 
qravimetrin göstərişi xüsusi qurğu ilə fasiləsiz qeyd olunur. Bu 
xüsusi 
qurğunun 
qeydiyyat 
sürəti 
gəminin 
sürətinə 
uyğunlaşırılır, əks halda planalmanın lazım olan miqyası inhiraf 
oluna  bilər.  Müşahidə  nöqtəsindən  keçdikdə  radionaviqatorun, 
yəni  operatorun  göstərişi  ilə  müşahidə  nöqtəsi  qeyd  olunur. 
Materialların emalı prosesində xüsusi paletka (çərçivə) vasitəsi 
ilə  qravimetrin  ölçü  şkalasının  qiymətinə  görə 
mQal
-a  çevrilir. 
Üst  qravimetrik  planalmada  reysə  çıxmazdan  əvvəl,  sahildə 
əvvəlcədən  müəyyən  olunmuş  dayaq  nöqtəsində,  lövbər  atmış 
gəmidə  minimum  2-3  saat,  xüsusi  motordan  idarə  etməklə 
fasiləsiz  qeydiyyat  aparılır,  sonra  reysə  çıxılır.  Dənizin 
planalma  sahəsinə  çatdıqdan  sonra  gəmi  dpyandırılır  və  yenə 
minimum  2-3  saat  qeydiyyat  aparılır.  İstifadə  olunan 
avadanlığın  işləmə  qabiliyyəti  tam  yoxlanıldıqdan  sonra, 
əvvəlcədən müəyyən olunmuş profillər üzrə və dəyişməz sürətlə 
müşahidələr  aparılır.  Sahədə  planalma  işləri  başa  çatdıqdan 
sonra  gəmi  sahilə  qayıdır,  reysdən  qabaq  aprılan  işlər  təkrar 
olunur.  Bu  proses  qravimetrin  sıfır  qiymətinin  dəyişməsini 

 
107 
müəyyən etmək üçün həyata keçirilir. Düzxətli profillər mütləq 
bir-birini  kəsməlidirlər  və  hər  bir  kəsişmə  nöqtəsi  də  operator 
vasitəsilə  qeyd  olununr  və  bu  nöqtələrdəki  qiymətlər 
müşahidələrin dəqiqliyinin hesablanmasında istifadə olunur. Üst 
qraimetrk  planalmada,  imkan  daxilində,  sahə  elə  seçilir  ki,  bu 
sahə dib planalma sahəsini müəyyən qədər təkrarlasın. Planlma 
işləri  başa  çatdıqdan  və  ilkin  anomaliyalar  xərtəsi  tərtib 
olunduqdan  sonra,  xəritələr  müqayisə  olunur  və  interpolyasia 
dəqiqliyi 
hesablanır.  İnterpolyasiya  dəqiqliyi  planalma 
dəqiqliyindən yüksək olmalıdır.  
Dördüncü 
mərhələ 
– 
dayaq 
nöqtələrində 
son 
müşahidələrdir. Bu müşahidələrlə planalmanın dəqiqlyi bir daha 
yoxlanılır.  Dəniz  qravimetrik  planalma  işlərində  reyslərin 
müddəti  bəzən  2-3  ay  çəkir.  Belə  olan  hallarda  dördüncü 
mərhələnin  aparılması  tərtib  olunmuş  son  anomaliyalar 
xəritəsinin  dəqiqliyinin  miqyasa  uyğun  olmasında  əsas  rol 
oynayır. 
Nəhayət  beşinci  mərhələ  –  laboratoriya  şəraitində  istifadə 
olunmuş avadanlığın texniki parametrləri bir daha yoxlanılır və 
kameral  işlər  həyata  keçirilir:  son  variantda  lazımi  xəritə  tərtib 
olunur,  transformasiya  aparılır,  kəsilişlər  tərtib  olunur  və  son 
hesabat tərtib olunur. 

 
108 
Qarşıda  qoyulmuş  geoloji  məsələdən  və  planalma  işləri 
aparılan  sahənin  coğrafi  yerləşməsindən  asılı  olaraq  dəniz 
qravimetrk  planalma  işləri  təyyarələr  vasitəsilə  də  aparılır  və 
aeroqraviplanalma  adlanır.  Planalmanın  metodu  üst  planalma 
işlərinin  eynidir.  Yeganə  fərq  xüsusi  simli  qravimetrlərdən 
istifadə  olunmadır.  Bu  qravimetrin  ölçü  sistemi  xüsusi 
dempferləyici mayedə yerləşdirilir. 
3.4. Müşahidələrin  kəmiyyətcə qiymətləndirilməsi 
Planalmanın  keyfiyətcə  qiymətləndirildməsinin  əsas 
əlaməti,  aşağıdakı  ifadə  ilə  hesablanan,  müşahidələrin  orta 
kvadratik xətasıdır, yəni 
2
2
sir
day
g






       (3.1) 
Burada 
day


sir


dayaq 
və 
sıravi 
şəbəkənin 
düzləndirilməsindən sonra müşahidələrin orta kvadratik xətadır. 
Əgər  müşahidələr  düzləndirilmirsə,  dayaq  şəbəkəsinin  orta 
kvadratik xətası təxmini formulalarla hesablanılır. 
Mərkəzi müşahidə sistemi zamanı orta vkadratik xəta  
ort
day
N




                (3.2) 

 
109 
formulu  ilə  hesablanır.  Burada   

 –  hər  hansı  bir  məntəqədə 
müşahidələrin  orta  kvadratik  xətası, 
n
N
N
ort

 –  hər  hansı  bir 
məntəqədə  müşahidələrin  orta  sayı, 
N
 –  dayaq  şəbəkəsində 
müşahidələrin  ümumi  sayı, 
n
 –  mərkəzi  dayaq  məntəqəsi 
nəzərə  alınmamaqla  dayaq  məntəqələrinin  sayıdır. 

 -nin 
qiyməti aşağıdakı foromulla hesablanır: 
n
N




2


           (3.3) 
İki  pilləli  müşahidə  sistemi  zamanı  orta  kvadratik  xəta 
aşağıdakı formula qiymətləndirilir: 
2
2
t
t
k
t
k
day
n
n
n








             (3.4)  
burada 
3
n
n
k
–  karkas  və  tamamlayıcı  dayaq  məntəqələrinin 
sayı, 
t
k


,
–  (3.6)  fomulası  ilə  hesablanan  karkas  və 
tamalayıcı  dayaq  məntəqələrində  ağırlıq  qiymətlərinin 
hsablanmasında orta kvadratik xətalardır. 
Poliqonal  müşahidə  sistemi  zamanı  orta  kvadratik  xəta 
aşağıdakı formula qiymətləndirilir: 
M
day





        (3.6) 

 
110 
burada  ədədi  artım  qiyməlri  ilə  ifadə  olunmuş  dayaq 
məntəqələri arasındakı orta artım qiymətidir. 

-nin qiyməti  
S
N




2


             (3.7) 
formulu  ilə  hesablanır.  Burada 
S
–  dayaq  şəbəkəsi 
poliqonlarının tərəfləri sayıdır. 
3.5. Anomaliya dəqiqliyinin hesablanması 
Qravimetriyada  planalmanın  dəqiqliyi  əsas  əlamətlərdən 
biridir. Dəqiqlik aşağıdakı formula ilə hesablanır: 
2
2
2
2
2
2
T
L
B
day
m
a












         (3.8) 
burada 
m

–  müşahidə  olunmuş  qiymətlərdə, 
day

–  dayaq 
şəbəkəsində, 
B

–  Buge  anomaliyalarının  hesablanmasında, 
L

–  normal  qiymətlərin  hesablanmasında  və 
T

–  topoqrafiya 
işlərində  alınan  xətalardır.  Göründüyü  kimi  qravimetriyada 
planalmanın  dəqiliyi  iş  prosesində  bir-birindən  asılı  olmayan 
beş  əsas  parametrdən  asılıdır.  Buradn  aydındır  ki,  qravimetrik 
planalma nə dərəcədə kamillik tələb edir. 
 
Sahəvi  planalmanın  nəticələri  izoanomallarla  (eyni 
qiymətli anomaliya xətləri) ifadə olunmuş, qarşıda qoyulmuş 

 
111 
 
Qravi-kəşfiyyat işlərində tərtib olunan xəritələrin miqyası 
və izoxətlərin uyğun keçirilməsi 
Cədvəl 2. 
Miqyas 
İzoxət-
lərin 
addımı, 
mQal 
Buge 
anomaliya-
larının 
hesab-
lanmasında  
yol verilən 
xəta, mQal 
Müşahidə  
qiymətlərinin 
hesablanmasın
də yol verilən 
xəta, mQal 
Tam inter-
polyasiya, 
mQal 
Düzənlik ərazilərdə 
1:500 000 


1,5 

0,5 

2,0 
1:200 000 


0,8 

0,4 

1,0 
1:100 000 


0,4 

0,3 

0,5 
1:50 000 
0,50 

0,20 

0,15 

0,35 
 
0,25 

0,10 

0,07 

0,20 
1:25 000 
0,25 

0,10 

0,06 

0,20 
 
0,20 

0,08 

0,06 

0,15 
1:10 000 
0,20 

0,08 

0,06 

0,15 
 
0,10 

0,04 

0,03 

0,07 
1:5 000 
0,10 

0,04 

0,030 

0,07 
 
0,05 

0,02 

0,015 

0,03 
Dağlıq ərazilərdə 
1:500 000 


2,0 

0,5 

3,0 
1:200 000 


1,0 

0,40 

1,50 
1:100 000 


0,50 

0,25 

0,70 
1:50 000 


0,50 

0,25 

0,70 
 
0,50 

0,25 

0,12 

0,35 
1:25 000 
0,50 

0,25 

0,12 

0,35 
 
0,25 

0,12 

0,06 

0,20 
1:10 000 
0,20 

0,10 

0,06 

0,15 
1:5 000 
0,10 

0,05 

0,03 

0,07 
məsələnin  xarakterindən  asılı  olaraq,  müxtəlif  reduksiyalı 
xəritələrlə  və  profillər  boyunca  planalmalarda  isə  qrafiklərlə 
təqvim  olunur.  Xəritələrə  müəyyən  diskret  məsafələri  ilə 

 
112 
müşahidə məntəqəlrinin nömrələri və hər bir nöqtədə anomaliya 
qiymətləri  qeyd  olunur.  Dayaq  və  sıravi  nöqtələrin  müşahidə 
qiymətlərinə  görə  xəritələr  interpolyasiya  olunmaqla  poliqon 
üsulu  ilə  tərtib  olunur,  yəni  minimum  üç  nöqtə  arasında 
izoxətlər  miqyasa  uyğun  keçirilir.  Aşağıdakı  cədvəldə  axtarış-
kəşfiyyat  və  elmi-tədqiqat  qravimetriya  işlərində  tərtib  olunan 
xəritələrin miqyası və izoxətlərin uyğun keçirilməsi verilir. 
3.5.1. Çöl müşahidələrinə görə sıxlığın hesablanması 
Qeyd  etdik  ki,  süxur  və  mineralların  sıxlığını  bilavasitə 
təyin  etmək  mümkün  olmur.  Yuxarıdakı  cədvəllərdə  verilənlər 
isə  ümumən  götürülmüş  qiymətlərdir.  Bundan  bəşqa  süxur  və 
minerallar  çox  nadir  hallarda  bəsit  halda  olurlar.  Onlar  qarışıq 
halda  olduğundan  qravimetrə  hansı  süxurun  sıxlığının  təsiri 
yox,  ümumi  kütlənin  təsiri  öyrənilir.  Bu  təsir,  yəni  iş  aparılan 
ərazinin  mühitin  real  sıxlığı  qravimetrik  müşahidələrə  görə 
təyin edilir.  
   Sıxlığın  yeraltı  müşahidələrə  görə  təyini.  Əgər 
qravimetrik 
müşahidələr 
Yerin 
müəyyən 
dərinliyində 
(quyularda, 
şaxtalarda) 
aparılarsa, 
bu 
müşahidələrin 
qiymətlərinə  görə  qravimetriyada  çox  səmərəli  olan  sıxlıqların 
təyin  olunmasını  həyata  keçirmək  olar.  Müşahdələr  bir-birinin 

 
113 
altında  olan  (yer  səthi  və  quyunun  hər  hansı  bir  dərinliyində) 
nöqtələrdə  aparılarsa,  onda  bu  iki  müşahidənin  fərqi  aşağıdakı 
kimi hzesablanır: 


T
g
h
h
g








0838
,
0
3086
,
0
       
Burada 
h
-  şaquli  məsafə  (müşahidə  nöqtələri  arasındakı 
məsafə), 
T
g
- topoqrafiyaya görə düzəlişdir. Bu ifadədən sıxlığı 
aşağıdakı kimi hesablamaq olar:   


h
g
g
h
T






0838
,
0
3086
,
0

           (3.9) 
T
g
-  düzəlişi 

-  dan  asılı  olduğundan  (1.45)  bərabərliyi  ardıcıl 
yaxınlaşma üsulu ilə həll oluna bilər. Ardıcıl yaxınlaşma üsulu 
ilə  təyin  olunan  sıxlıq  ən  real  sıxlıqdır,  ancaq  tətbiq  olunması 
çox vaxt aparır. Bundan başqa, müəyyən bir istiqamətdə sıxlığın 
qiyməti,  bu  itiqamətə  ortoqonal  istiqamətdə  tamailə  başqa 
qiymət  alır.  Bu  axtarış-kəşfiyyat  və  ya  elmi-tədqiqat  işləri 
aparılan  ərazidə  süxurların  sıxlığının  izometrik  dəyişməsi  ilə 
izah oluna bilər.  
Nettlton  üsulu  ilə  sıxlığın  təyini.  Bu  üsulla  sıxlıq 
haqqında  kafi  məlumat  əldə  etmək  olar.  Lakin  bu  üsul  relyefi 
mürəkkəb  formada  olan  ərazilrdə  daha  effektivlidir.  Tədqiqat 
sahəsindən  diaqonal  xarakterli  profil  keçirilir  və  Buge 
anomaliyalarının  qiyməti  sıxlığın  bir  neçə  qiymətlərində 

 
114 
hesablanılır  (əlbəttə,  tədqiqat  sahəsinin  geologiyasına  uyğun 
gələn).  Profil  boyunca  alınmış  Buge  anomaliyaları  əyrisinin 
forması  relyefin  formasını  əks  etdirdikdə  istifadə  olunan  sıxlıq 
real sıxlıq kimi qəbul olunur.  
Parasonis    üsulu  ilə  sıxlığın  təyini.  Bu  üsul  Nettltonun 
qrafiki  üsulunun  riyazi  formasıdır.  Əgər  (1.44)  bərabərliyində 
hədlərin yerini dəyişsək,        















T
h
g
h
dg
g
g
B
L
R
m
0419
,
0
3086
,
0
 


T
h
g
h
dg
g
g
B
L
R
m









0419
,
0
3086
,
0

       (3.10) 
alınar.  Bir  halda  ki,  süxurların  orta  sıxlığından  istifadə  olunur, 
onda  Buge  anomaliyasının  orta  qiyməti  sıfır  qəbul  edilir.  Bu 
halda  (3.10)  bərabərliyi 
b
x
m
y



 düz  xətt  tənliyinə  çevrilir. 
Əgər 
düzbucaqlı 
koordinat 
sistemində 
y
oxunda 


h
dg
g
g
L
R
m




3086
,
0
-nin 
qiymətlərini, 
x
 oxunda 


T
h


0419
,
0
-nin  qiymətlərindən  dəyişən  funksiya  kimi 
(istənilən  miqyasda)  qeyd  edib,  alınmış  nöqtələrdən  düz  xətt 
keçirsək,  bu  düz  xəttin 
x
 oxuna  nisbətən  əyilməsi 

-nın 
qiymətiolacaq. Aydındır ki, bu nöqtələr düz  xətt üstündə Yerin 
bircins olduğu halda daha səlis  yığılacaqdır. Ancaq Yer bircins 
olmadığından nöqtələr çox az hallarda düz xətt üstündə yığışır. 

 
115 
Belə  olmayan  hallarda  ən  kiçik  kvadratlar  üsulundan  istifadə 
etmək lazımdır. 
Sıxlığın bu üsulla hesablanması regional tədqiqat işlərində 
yaramır.  Kiçik  ölçülü  sahələrdə  yüksək  miqyaslı  yüksək 
dəqiqlikli  qravii-kəşfiyyat  işləri  apardıqda  bu  üsulla  sıxlığın 
öyrənilməsi vacibdir. 
3.5.2. Qravimetrik  metodla  sixliğin  təyin olunmasina  
şaquli  qradiyentin  təsiri 
Qravimetriyada 
ağırlıq  qüvvəsinin  anomal  şaquli 
qradiyenti  –  Yerin  mərkəzinə  doğru  cazibə  qüvvəsi  hər  bir 
metrdə  müəyyən  qiymətlə  təsir  edir,  yəni  normal  təcil  yaranır. 
Bu  qiymət 
m
mQal
3086
,
0
-dir.  Yuxarıda  qeyd  olunmuşdur  ki, 
qravimetrik  məlumatlara  görə  sıxlığın  hesablanmasında 
m
mQal
3086
,
0
 kəmiyyətinə  bərabər  olan  ağırlıq  qüvvəsi  şaquli 
qradiyentinin 
ZZ
V
 normal  qiymətindən  istifadə  olunur. 
Həqiqətdə  isə  şaquli  qradiyent  planalma  sahəsində  heç  vaxt 
sabit  qiymət  almır,  həm  regional,  həm  də  lokal  işlərdə 
ZZ
V
-in 
anomal  qiymətləri  müşahidə  olunur. 
ZZ
V
-in  lokal  anomaliyaları 
üst  qatların  təsiri  ilə  əlaqədardır  və  bu  təsir 
B
g
 əyrisinin 
inhirafına  səbəb  olur,  bu  halda  verilmiş  Buge  düzəlişi  dəqiq 

 
116 
olmaz. 
ZZ
V
-in  regional  anomaliyaları  isə  qradiyentin  gətirilmə 
səthinin  inhirafına  səbəb  olur  və  hesablanmış  Buge  düzəlişi 
müəyyən 

 xətası  ilə  hesablana  bilər,  yəni  hər  iki  halda 
ZZ
V
 
müəyyn 
ZZ
V

 qiymətini  alar.  Bu  prosesi  nəzərə  almaq  üçün 
yerüstü və ya quyu qravimetrik müşahidələrin emalında istifadə 
olunan  Buge  düzəlişində 
H
k




0419
,
0
3086
,
0
 sabitinə 
ZZ
V

 
xətasını əlavə etmək vacibdir, yəni 










0419
,
0
3086
,
0
0419
,
0
3086
,
0
ZZ
H
V
k
      (3.11) 
Buradan 
ZZ
V

-i hesablamaq mümkündür, yəni  
0419
,
0
ZZ
H
V





 


H
ZZ
V





0419
,
0
                   (3.12) 
burada 
ZZ
V

 - şaquli qradiyentin normal qiymətdən fərqi, 
H

və 

-  uyğun  olaraq 
ZZ
V
-in  hesablanmasında  istifadə  olunan 
normal  və  real  sıxlıqlardır. 
ZZ
V

-in  hsablanması  aktiv  tektonik 
rayonlarda xüsusən vacibdir.    
 
 
 
 

 
117 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə