BƏYLƏr aslanov qravi-KƏŞFİyyat kursu


§4. QRAVITASIYA SAHƏSININ TRANSFORMASIYASI



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/6
tarix28.04.2017
ölçüsü2,8 Kb.
1   2   3   4   5   6
§4. QRAVITASIYA SAHƏSININ TRANSFORMASIYASI 
Cazibə qüvvəsi təcilinin izoxətlərlə ifadə olunmuş xəritəsi 
maqnit  sahəinin  tam  vektorunun  və  ya  şaquli  təşkiledicisinin 
xəritəsinə  çox  oxşayır.  Ancaq  qravitasiya  sahəsinin  xəritəsi 
maqnt sahəsinin xəritəsinə nisbətən „hamar“ və  ya „axımlı“dır. 
Bu,  qravitasiya  sahəsinə  təsir  edən  əsas  arqumentlərdən  biri 
olan  süxurların  sıxlıqlar  fərqinin  dəyişməsinin,  süxurların 
maqnit  nüfuzluğunun  dəyişməsinə  nisbətən  az  olması  ilə  izah 
olunur.  Qravitasiya  xəritəsinin  sadə  və  axımlı  olması  onun 
geoloji  interpretasiyasını  çətinləşdirir,  belə  ki,  bir  çox  geoloji 
obyektlər  qravitasiya  sahəsində  əsasən  daha  böyük  və  dərində 
yatan  strukturlar  əks  olunurlar.  Analoji  olaraq  nəhəng 
strukturların təsiri kiçik ölçülü strukutrların qravitasiya effektini 
azaldır. Ancaq qravitasiya sahəsinin təfsilati analizi sahədə əks 
olunmuş  bütün  obyektlrəi  geoloji  interpretasiya  etməyə  imkan 
verir.  Qravimetriyada  müşahidə  işlərinin  maya  dəyəri 
interpretasiya işləri ilə birlikdə, digər geofiziki və geoloji işlərə 
nisbətən 
çox  ucuzdur.  Bununla  bahəm,  qravimetrik 
materialların  interpretasiyasından  alınan  məlumatlar,  öyrənilən 
ərazinin  geologiyası  haqqında  digər  geofiziki  və  geoloji  işlərə 
nisbətən  daha  zəngindir.  Bu  həqiqətən  belədir.  Ancaq  çox-çox 
əfsuslar  olsun  ki,  geofizikanın  seysmik  metodundan  az  və  ya 

 
118 
çox  xəbəri  olan  da  olmayan  da  geofizikanın  digər  metodlarını, 
xüsusən  qravimetriyanı,  tanımaq  belə  istəmirlər.  Bu,  ilk 
növbədə, metodun qavranılmamasından, başa düşülməmsindən, 
idrakın  qəbul  etməməsindən  irəli  gəlir.  Digər  tərəfdən,  haqq-
ədalət  naminə  qeyd  etsək,  neft-qaz  tələlərinin  öyrəniməsində 
seysmik  metodu  heç  bir  geofiziki  metod  əvəz  edə  bilməz. 
Bundan  başqa,  bütün  dünyada  seysmik  metoda  çəkilən  xərclər, 
digər geofiziki metodlara çəkilən xərclərdən müqayisə olunmaz 
dərəcədə  çoxdur.  Buradan  da  aydındır,  hər  hansı  bir  problemin 
həllinə  sərf  olunmuş  maliyə  miqdarını  nə  olur  olsun  çıxarmaq 
lazımdır.  Bu  səbəblərdən  dünya  geofizikləri  arasında 
xoşagəlməz  „seysmoşovinizm  dalğası“  tüğyan  edir.  Etiraf 
etmək  lazımdır  ki,  bu  cür  „dalğalar“  digər  geofiziki  əsas 
metodların  (qravimetriya,  maqnitometriya,  elektrometriya) 
inkişaf olmasına ciddi maneçilik yaradır. 
Qravimetrik  materialların  geoloji  interpretasiyasını  daha 
dəqiq  həyata  keçirilməsi  üçün  əsasən  Buge  və  ya  Fay 
reduksiyalarında  qravimetrik  xəritə  son  variantda  tərtib 
edildikdən  sonra  istifadə  olunur.  Bu,  ilk  növbədə  qarşıya 
qoyulmuş  geoloji  məsələdən  asılıdır.  Qravimetrik  materialların 
geoloji  interpretasiyasında  birinci  və  vacib  məsələ  qravimetrik 
xəritənin  transformasiyasıdır.  Transformasiya  –  bir  formadan 

 
119 
başqa bir formaya çevrilmə mənasında işlədilir. Qravimetriyada 
çevrilmə  xəritənin  əsasən  iki  formada:  regional  fon    lokal 
anomaliya formasında ifadə olunması başa düşülür.  
4.1. Regional fon, lokal və qaliq anomaliyalar 
Yuxarıda  qeyd  olunduğu  kimi,  qravimetrik  xəritədə  əks 
olunmuş  anomaliyalar  dərinlikdə  yerləşən  nəhəng  strukturlarla 
əlaqədardırlar.  Qravimetrik  məlumatların  bu  əlaməti  regional 
fon  adlanır.  Regional  fonu  qravimetrik  xəritədən  ayırmaq  çox 
ciddi  problemdir.  Problemin  mahiyyəti  ondan  ibarətdir  ki, 
öyrənilən  ərazinin  geoloji  və  tektonik  əlamətlərindən  asılı 
olaraq, qravimetrik xəritədə regional fon özünəməxsus formada 
əks  olunur.  Regional  fonu  qravimetrik  xəritədən  ayırmaq  üçün 
trnsformasiyada  istifadə  olunan  parametrlər,  bu  fonu  yaradan 
geoloji obyektlərin yatım elementlərinə, yəni yatma dərinliyinə, 
sıxlığına  və  həndəsi  ölçülərinə  uyğun  olmalıdır.  Parametrlər 
düzgün  verilmədikdə  ayrılmış  regional  fon,  lokal  və  qalıq 
anomaliyaların  geoloji  interpretasiyası  tamamilə  yanlış 
nəticələrə gətirib çıxara bilər. Başqa bir tərəfdən, hətta ola bilsin 
əsas əlamətlərin biri olan, regional fonun ayrılmasında planalma 
işlərinn  miqyası  da  müəyyən  rol  oynayır.  Ola  bilsin  ki,  bir 
miqyasda  ayrılmış  fon,  digər  miqyasda  lokal  və  ya  qalıq 

 
120 
anomaliya  kimi  qəbul  olunsun.  Bu  əlamət  lokal  və  ya  qalıq 
anomaliyalar  üçün  də  doğrudur,  yəni  müəyyən  bir  miqyasda 
olan lokal və ya qalıq anomaliya digər miqyas üçün regional fon 
ola  bilər.  Bundan  başqa,  axtarış-kəşfiyyat  işlərində  öyrənilən 
obyektlər  də  rol  oynayır,  yəni  neft-qaz  yataqlarının  axtarışında 
tədqiq  olunan  lokal  və  ya  qalıq  anomaliya  filiz  yataqları  üçün 
regional  fon  ola  bilər.  Ona  görə  də  regional  fon,  lokal  və  ya 
qalıq anomaliya dedikdə tədqiqat işləri aparılan əraziyə xas olan 
geoloji və tektonik əlamətlər əsas rol oynayır. Bu faktordan asılı 
olaraq transformasiyanın aparılması da düzgün seçilməlidir.  
Qravimetriyada  potensial  sahənin  transformasiyasının  bir 
neçə  metodu  övcuddur.  Onlardan  bir  neçəsinin  mahiyyəti 
aşağıda verilir. 
4.2. Ortalaşdırma və qrafiki metod 
Transformasiyanın  ən  sadə  üsulu  „ütülənmə“  prinsipinə 
əsaslanır.  Bu, ilk növbədə cazibə sahəsinin axımlılığından irəli 
gəlir.  Yuxarıda  qeyd  olunmuşdur  ki,  cazibə  potensialının  bir 
səviyyədən  digər  səviyyəyə  kəskin  keçirmək  olmaz  və  bu  asan 
problem deyil. Ortalaşdırma və qrafiki metodun əsas mahiyyəti 
bu əlamətdən irəli gəlir və transformasiya metodları arasında ən 
geniş  yayılan  metoddur.  Planalmanın  profil  və  sahəvi 

 
121 
aparılmasından  asılı  olaraq  ortalaşdırma  metodu  profillər 
boyunca və sahəvi aparılır. Qeyd etmək lazımdır ki, ilk dəfə rus 
alimi  V.R.  Qriffin  tərəfindən  bu  metod  riyazi  yolla  təklif 
olunduğu üçün Qriffin ortalaşdırma metodu da adlanır.  
Regional fon anomaliyaları ortalaşdırma nəticəsində alınan 
qravieffekdir.  Qalıq  və  ya  lokal  anomaliyalar  isə  müşahidə 
məntəqələrində  qravimetrlə  müşahidə  olunan  qiymətlərlə 
ortalaşmış  qiymətlər  arasındakı  fərqlərdir.  Potensial  sahələrin 
bu metodla traansformasiyasının mahiyyəti aşağıdakı kimidir.  
Profillər  boyunca  aparılan  işlərin  nəticələrinə  görə 
verilmiş  miqyasda 
B
g

 anomaliyaları  əyrisi  tərtib  olunduqdan 
sonra  diskret  addımı  seçilir.  Diskret  addımı  qrafikin  tərtib 
olunduğu  miqyasdan  asılı  olmayaraq,  əsasən 
sm
1
 götürülür. 
Miqyasdan  asılı  olaraq, 
sm
1
-in  sabiti  olur,  məsələn 
sm
1
-də 
mQal
5
.  Diskret  addımı  seçiləndən  sonra  planalmanın  miqyası 
və  qarşıda  qoyulmuş  geoldoji  məsələdən  asılı  olaraq 
transformasiya  parametri  seçilir.  Transformasiya  parametrinin 
seçilməsi  üçün  tədqiqat  işləri  aparılan  sahənin  geologiyası 
haqqında  aprior  məlumatlar  əsas  götürülür.  Transformasiya 
parametri  ilə  öyrənilən  dərinlik  haqqında  aşağıdakı  emprik 
fomula məlumdur: 









k
R
7
,
0
5
,
0
 

 
122 
Burada 
k
-  transformasiya  parametri, 

-  öyrənilən  dərinlikdir. 
Transformasiya  parametri  qəbul  edildikdən  sonra  profil 
boyunca  hər  bir  müşahidə  nöqtəsindəki 
g

 anomal  qiymətdən 
transformasiya  parametrinə  uyğun  qiymətlərin  orta  ədədi 
qiyməti  çıxılır.  Transformasiya  parametrinə  uyğun  qiymət 
dedikdə müşahidə nöqtəsindən 
R
 diskret addımı qədər sağda və 
solda 
B
g

 qrafikindən  interpolyasiya  olunmuş  qiymətlər  başa 
düşülür. Orta ədədi qiymət 
 
 
2
.
.
R
g
R
g
g
qiym
ort







 
ifadəsi  ilə  hesablanır.  Burada 
 
R
g


-  müşahidə  nöqtəsindən 
sağda, 
 
R
g


-  isə  müşahidə  nöqtəsindən  solda 
B
g

 
qrafikindən interpolyasiya olunmuş qiymətlərdir.  
.
.qiym
ort
m
lok
g
g
g





 
İfadəsidən lokal anomaliyalar hesablanır. 
Sahəvi 
planalma 
işlərində  isə  xüsusi  paletkadan 
(çərçivədən) istifadə edilir. Qarşıya qoyulmuş geoloji məsələyə 
uyğun  olaraq    transformasiyada  istifadə  olunan  paletkalar 
müxtəlif  formalı  olurlar:  dairəvi,  kvadratik,  düzbucaqlı, 
ellipsoid  və  s.  Əgər  bircinsli  mühit  üçün,  yəni  izotrop, 
transformasiya  həyata  keçirilirsə,  paletka  kvadratik  və  ya 
kvadratik  götürülü,  əksinə  əgər  qeyri-bircins  götürülürsə,  yəni 

 
123 
anizotrop,  onda  paletka  düzbugaqlı  və  ya  ellipsvari  götürülür. 
Axtarış-kəşfiyyat  və  elmi-tədqiqat  işlərində  ən  çox  istifadə 
olunan 
paletka 
dairəvi 
fomalıdır.  Paletkanın  radiusu 
transformasiyanın  parametri  rolunu  oynayır  və  onun  seçilməsi 
eynilə  profil  boyunca  olduğu  kimidir.  Profil  boyunca 
ortalaşdırma anomaliyaların intensivliyi və amplitudları məlum 
olduqda aparılır. Profil boyunca transformasiyada məqsəd lokal 
və  regional  anomaliyaların  geoloji  təşkiledicilərinin  ölçülərini 
dəqiq  öyrənməkdir.  Sahə  boyunca  transformasiya  lokal  və 
regional  fon  anomaliyalarının  müşahidə  olunmuş  qravitasiya 
sahəsində  görünməz  olduğu  halda  aparılır.  Məsələn,  müşahidə 
olunmuş sahə çox mürəkkəb formalı (xoatik, kəskin qradiyentli 
və  s.),  eyni  zamanda,  müşahidə  olunan  sahə  sadə  formalı 
olduqda belə onun onun lokal təşkilediciləri görünməz olur. Hər 
iki halda sahə boyunca transformasiya apararkən istifadə olunan 
paletkanın  mərkəzi  müşahidə  nöqtəsində  yerləşdirilir. 
Paletkanın  düyün  nöqtələrinə  düşən 
B
g

interpolyasiya 
qiymətləri qeyd olunur və onların orta ədədi qiyməti hesablanır. 
Yuxarıda  göstərilən  formulalarla  lokal  və  regional  fon 
anomaliyaları hesablanır. 

 
124 
Paletkanın  düyün  nöqtələrindəki  qiymətlər  transformasiya 
parametrindən asılıdır, yəni paletkanın formasından asılı olaraq 
düyün nöqtələrinin sayı da dəyişir. 
Sahəvi  transformasiya  ilk  dəfə  olaraq  V.P.Qriffin  (Griffin 
W.R.,  1949)  və  L.A.Andreyev  tərəfindən  təklif  olunub.  Ona 
görə  də  bu  üsula  qravimetriyada  Andreyev-Qriffin  üsulu  da 
deyilir.  Bu  üsulun  fiziki  və  riyazi  mənası  ondan  ibarətdir  ki, 
müşahidə  olunmuş 
B
g

 qiymətlərindən  regional  fon  və  lokal 
anomaliyaları  ayırmaq  üçün  müşahidə  olunmuş 
B
g

 
anomaliyaların 
ikinci 
tərtib 
törəməsi  hesablanır.  Bu 
transformasiya  üsulunda  regional  fon  müşahidə  nöqtəsi 
ətrafında orta qiymətdir, yəni 
 






d
R
g
R
g


2
0
1
,
2
1
                       (3.13) 
Burada 
R
-  paletkanın  parametri, 

-  düyün  nöqtəsinə  doğru 
R
parametrnin  azimutudur.  Bu  formulada  iştirak  eliyən 
inteqralı,  paletkanın  parametrlərinə  uyğun  düyün  nöqtələrində 
B
g

 interpolyasiya qiymətlərinin cəmi kimi qəbul etsək, 
  
 



n
R
g
R
g
R
g
R
g
n



,
...
,
,
2
1
1




                (3.14) 

 
125 
alınar.  Təcrübədə 
 

,
R
g
 qiymətləri  qravimetrik  xəritədə 
interpolyasiya  üsulu  ilə  paletkanın  düyn  nöqtələrindən 
götürülür. 
Bu üsulla alınmış fon anomaliyasına görə lokal anomaliya 
hesablanır  və  beləliklə  hər  iki  anomaliya  müşahidə  olunmuş  
B
g

 anomaliyasının ikinci tərtib törəməsi hesab olunur. Alınan 
nəticələrin daha inamlı olmaı üçün palekanın ölçülərinin düzgün 
seçilməsi vacib problemdir. Paletkanın parametri kiçik olduqda 
regional  fon  müşahidə  qiymətlərinə  yaxın  alınır,  əksinə 
parametr  böyük  lduqda  regional  fon  daha  uzaqdakı  obyektlərin 
təsirini  özündə  cəmləşdirəcək  və  hesablanmış  fon  və  lokal 
anomaliyaların  inhiraf  səviyəisini  qaldıragaq  və  geoloji  obyekt 
haqqında yanlış təsəvvür yaranacaq. 
4.3. Qalıq  və  üçüncü  tərtib  törəmə anomaliyaları 
Hər  hansı  bir  analitik  funksiyanın 
 


x
f
n
 yüksək  tərtibli 
törəməsi  özündən  əvvəlki  tərtibdən  olan 
 


x
f
1

 törəmənin 
nəzərə  almadığı  effektləri  daha  qabarıq  büruzə  vermək,  üzə 
çıxarmaqdır. Bu mənada, cazibə qüvvəsi təcilinin yüksək tərtibli 
törəmələrinin  hesablanmasının  böyük  əhəmiyyəti  var.  Cazibə 
qüvvəsi  təcilinin  yüksək  tərtibli  törəməsinin  hesablanmasının 
fiziki  mənası  –  müşahidə  nöqtəsi  yaxınlığında  yerləşmiş 

 
126 
obyektlərdən  alınan  qravitasiya  effektləri  daha  qabarıq  büruzə 
verməklə  yanaşı,  uzaqda  yerləşmiş  obyektlərin  qravitasiya 
effektini  azaltmaqdır.  Başqa  sözlə,  regional  fon  və  lokal 
anomaliyaların  intensivliyini  daha  da  gücləndirir.  Ancaq  bu 
güclənmə  müəyyən  hədd  daxilindədəir,  yəni  müəyyən 
hesablamadan  sonra  əks  proses  baş  verir,  bu  zaman  geoloji 
interpretasiyaya xüsusi fikir verilməlidir. 
Beləliklə,  belə  bir  nəticə  alınır  ki,  müxtəlif  tərtiblərdən 
alınan  regional  fon  və  ya  lokal  anomaliyaların  arasında  fərq 
olmalıdır.  Qravimetriyada  bu  fərqə  qalıq  anomaliya  deyilir. 
Qalıq anomaliyaların ən sadə forması transformasiyada istifadə 
olunmuş  paletkanın  radiusları  arasında  olan  fərqə  görə 
hesablanmış  anomaliyalardır.  Bu  anlayışı  ilk  dəfə  olaraq  bir-
birindən  asılı  olmayaraq  Saksov  və  Niqard  təklif  etdiyinə  görə 
qravimetriyada  Saksov-Niqardın  qalıq  anomaliyaları  adlanır  və 
aşağıdakı emprik formula ilə hesablanır: 
   
1
2
2
1
.
.
R
R
R
g
R
g
g
a
q




                       (3.15) 
burada 
 
1
R
g
 və 
 
2
R
g
 radiuslarında  alınan  lokal  anomaliya, 
1
R
 
və 
2
R
 isə  planalmanın  miqyasına  uyğun  olan  ədədi 
qiymətlərdir. 

 
127 
Yuxarıda  qeyd  olunmuşdur  ki,  cazibə  təcilinin  yüksək 
tərtibli  törəməsi  sətyanı  amillərin  təsirini  daha  da  gücləndirir. 
Belə  olan  halda  qalıq  anomaliya  ilə  yüksək  tərtbli  törəmə 
arasında  fərq  olmalıdır.  Həqiqətən,  yüksək  tərtibli  törəmənin 
fiziki  mənası  törəmə  hesablanan  nöqtədə  müşahidə  olunmuş 
B
g

 əyrisinin  əyilmə  ölçüsüdür,  yəni  şaquli  törəməsidir. 
Əyilmə qiymətinin dəyişməsi isə qalıq anomaliyalarla bilavasitə 
əlaqədardır.  Bu  mənada  qalıq  anomaliyaların  fiziki  mənası 
müşahidə  nöqtəsində 
B
g

 əyrisinin  toxunan  və  ya  horizontal 
törəməsidir.  Təbii  olaraq,  yüksək  tərtibli  şaquli  və  horizontal 
törəmə arasında fərq olmalıdır. Belə bir mülahizənin üstündə ilk 
dəfə  nəzəri  olaraq,  Elkins  (Elkins  T.A.,  1955)  işləmişdir  və  bu 
nəzəriyyəinin əsas mahiyyəti aşağıdakı kimidir. 
Məlum  olduğu  kimi 


z
y
x
g
,
,
 funksiyası  hər  hansı  bir 
oblastda  hormonikdir,  yəni  bu  funksiyanın  verilmiş  oblastda 
kəsilməz yüksək tərtibli törəməsi var və Laplas tənliyini ödəyir. 
0

z
 olduqda,  yəni  qravimetrik  xəritənin  tərtib  olunduğu 
müstəvi, aşağıdakı funksiya doğrudur, 
 







d
r
r
g
r
g




2
0
0
,
sin
,
cos
2
1
               (3.16) 
çünki  bu  funksiya 
0

z
 olmaqla 
z
 radiuslu  sferik  fəzanın  hər 
hansı  müşahidə  nöqtəsində  və  müşahidə  nöqtəsi  sferanın 

 
128 
mərkəzində  olmaq  şərti  ilə 


z
y
x
g
,
,
 cazibə  təcilinini  orta 
qiymətidir.  Bu  funksiya 
0

z
 ətrafında  yığılan  və  hormonik 
olan aşağıdakı sıraya ayırmaq olar: 
 
n
n
r
a
r
a
r
a
a
r
g








...
4
4
2
2
0
           (3.17) 
Göründüyü  kimi  bu  ifadədə 
r
-in  tək  qüvvətləri  nəzərə 
alınmayıb.  Ona  görə  ki,  (1.62)  ifadəsində 

m
sin


n
cos
 
hədlərini 
n
m
r

 həddinə  vurmaq  lazım  gələrdi.  Belə  olduqda  isə 

2
0

 intervalında  inteqrallandıqda 
n
m

 cüt  ədəd  olduğundan 
inteqral sıfır qiymətini alar. 
Laplas tənliyini aşağıdakı kimi yazıb 















2
2
2
2
2
2
y
g
x
g
z
g
 
 
y
x,
 müstəvisində polyar koordinat sisteminə keçib 


sin
,
cos




r
y
r
x
  
və  Laplas  tənliyinin  hər  iki  tərəfini   

-ya  görə 

2
0

 
intervalında inteqrallasaq 







d
g
r
d
g
r
r
r
d
z
g























2
0
2
2
2
0
2
2
2
2
0
2
2
1
1
   (3.18) 
alarıq.  Bu  bərabərliyin  sağ  tərəfinin  ikinci  həddi 
inteqrallandıqdan sonra 


2
0
2
1









g
r
 ifadəsini alır və sıfra çevrilir. 
(1.64) bərabərliyini 
0

z
 olmaqla hər iki tərəfini 

2
-yə bölsək  

 
129 


 
r
g
r
r
r
d
z
z
r
r
g
z




























1
sin
,
cos
2
1
2
2
0
2
0
2
2





   (3.19) 
alınar. 
0

r
 yaxınlaşmaqla 
 
r
g
-in  (1.62)  ifadəsindəki 
qiymətini nəzərə alsaq,  


2
0
,
0
2
0
2
2
4
,
sin
,
cos
2
1
a
d
z
z
r
r
g
z
r

























    (3.20) 
alınar.  Əgər  (3.20)  bərabərliyini 
0

z
 olmaqla 
2
z
-na  görə 
differensiallasaq 
 
2
2
a
r
g



 
alarıq.  Bu  o  deməkdir  ki, 
0


z
r
 oduğu  halda  cazibə 
potensialı  təcilinin  dəyişməsinin  yüksək  tərtibli  törəməsini 
qrafiki yolla da hesablamaq olar. Əgər hər hansı bir nöqtə üçün 
bir  neçə  radiusda 
 
r
g
-i  hesablasaq  və 
2
z
-dan  asılı  olaraq 
düzbucaqlı  koordinat  sistemində  qeyd  etsək,  nəticəvi  əyrinin 
koordinat mərkəzinə görə əyilməsi 
2
a
-na bərabər olacaqdır. Bu 
kəmiyyəti 
4

-ə  vursaq 
2
2
z
g


-ni  alarıq.  Digər  nöqtə  üçün 
0

r
 
koordinat  mərkəzi  olmaqla 
0

z
 müstəvisini  diskret  addımı 
qədər sürüşdürürük. 
Yüksək tərtibli törəmənin qrafiki yolla hesablanması üçün 
çox  vaxt  tələb  olunur  və  dəqiq  olmur,  eyni  zamanda  çox 

 
130 
sadədir.  Yüksək  tərtibli  törəmə  daha  dəqiq  bir  neçə  müxtəlif 
radiuslu  analitik  çevrədən  istifadə  etməklə  hesablanır.  Hər 
çevrədə alınan effekt ölçü sabitinə vurulur. Bu üsul bir-birindən 
asılı  olmayaraq  bir  neçə  alim  tərəfindən  irəli  sürülmüşdür  və 
nəzəri olaraq aşağıdakı kimi ifadə olunur. 


1
2
2
1
1
0
0
2
2
2
...












n
n
g
k
g
k
g
k
g
k
S
k
z
g
  (3.21) 
burada 
0
g
-  müşahidə  nöqtəsində  cazibə  potensialının  təcili 
(çevrənin  mərkəzində), 
,
1
g
2
g
-  ardıcıl  olaraq  məntəqələrdə 
cazibə  potensialı  təcilinin  orta  qiyməti, 
0
k

1
k
-  ölçü  sabitləri 








n
i
k
0
0

k
-  ədədi  vurğu, 
S
-  müşahidə  nöqtələri  arasındakı 
məsafə  və  ya  diskret  addımıdır  və  bu  parametr  miqyasa  uyğun 
olaraq 
km
-lə ifadə olunur.  
Çevrənin  radiusu  müşahidə  şəbəkəsinin  ölçülərindən 
asılıdır. Msələn, əgər planalma kvadratik şəbəkə üzrə 
S
 addımı 
ilə  aparılıbsa,  onda  çevrənin  uyğun  radiusları 
S

S
2

S
5
 və 
s. olar. Bu sahədə ən sadə və dəqiq formula R.G. Henderson və 
J. Zeyts (Henderson R.G. Ziets J., 1949) tərəfindən irəli sürülüb 
və aşağıdakı kimidir: 


2
1
0
2
2
4
3
2
g
g
g
z
g





                (3.22) 

 
131 
Yuxarıda qeyd etmişdik ki, 
k
- ədədi vurğudur. Bu ədədi vurğu 
regional  dəyişkəndir,  yəni  öyrənilən  ərazinin  geologiyası  ilə 
əlaqədardır.  Əsasən,  süxurların  stratiqrafiyası  ilə  izah  olunur. 
Azərbaycan  ərazisi  üçün  bu  vurğu  vahid  qəbul  olunub  və 
aşağıdakı  formulaya  görə  mərhum  professor  T.S.  Əmiraslanov 
tərəfindən  yüksək  tərtibli  törəmənin  hesablanması  üçün  xüsusi 
proqramlar toplusu tərtib edilib (Allah rəhmət eləsin). 


4
3
2
1
0
2
2
2
97
,
0
24
,
0
28
,
0
59
,
0
69
,
0
1
g
g
g
g
g
S
z
g












 (1.68) 
burada 
2
1
1
1



g
g
g

2
2
2
2



g
g
g

2
3
3
3



g
g
g

2
4
4
4



g
g
g
 

 
132 
N Ə T İ C Ə  
Beləliklə,  bu  dərs  vəsaiti  müəllifin  şəxsi  cəhdi  və  əməyi 
nəticəsində  tərtib  olunmuş  və  Bakı  Dövlət  Universiteti, 
“Seysmologiya  və  Yer  təkinin  fizikası”  kafedrasında  “Qravi-
kəşfiyyat”  fənnin  pqoqramı  əsasında  apardığı  müzahirə  və 
seminar  məşğələlərində  rast  gəldiyi  əsas  məqamlar  nəzərə 
alınmışdır.  Müəllif  əmindir  ki,  kitab  oxucuların  irad  və 
tövsüyyələrinə  məruz  qalacaq.  Oxucuların  bütün  irad  və 
tövsüyyələrinə müəllif əvvəlcədən öz minnətdarlığını bildirir. 
 
Qeyd: 
Kitabın  üz  qabığında  verilmiş  qrafiki  təsvirlər 
Rusiya  Elmlər  Akademiyası,  Yerin  Maqnetizmi  İnstitutunun 
əməkdaşı  V.A.Blednovun  “Gizlənmiş  kütlə  və  cazibə  haqqında” 
məqaləsindən  götürülmüşdür.  Nyutonun  ümumdünya  cazibə 
qanununa  görə  “qarşılıqlı  cazibə  qüvvəsi  mövcud  kütlə 
hesabına”  həyata  keçirilir.  V.A.Blednov  hesab  edir  ki,  bu 
“mövcud  kütlə”  Qalaktikanın,  ulduz  və  planetlər  sisteminin, 
eləcə də planet peyklərinin fırlanması nəticəsində yaranan xəyali 
varlıq və ya fəza strukturudur. Bu fəza strukturu hər bir planetə 
və  onun  peykinə  (əgər  peyk  varsa)  xasdır,  ancaq  onlar  öz 
aralarında  oxşardırlar.  Bu  cür  fəza  strukturlarını  müəllif 
“gizlənmiş  kütlə”  adlandırır  və  hesab  edir  ki,  cazibə  sahəsini 
kütlə yox, fırlanma nəticəsində yaranmış fəza strukturu yaradır. 
Bu  elmi  nəticə  böyük  QURAN-la  əhyə  olunan  “Kainatın 
yaranması  haqqında”  ayələrə  çox  yaxındır  və  bir  daha  təsdiq 
edir ki, QURAN-da verilənlər kainat həqiqətləridir...    

 
133 
Ə D Ə B İ Y Y A T  
1.  Лукавченко  П.  И.,  Гравиметрическая  разведка  на 
нефть и газ, М., 1956;  
2.  Веселов  К.  Е.,  Сагитов  М.  У.,  Гравеметрическая 
разведка, М., 1968; Справочник геофизика, т. 5, М., 1968. 
3.  Веселов  К.Е.  Гравиметрическая  съёмка.  Москва: 
„Недра“, 1986, 312с. 
4.  Гравиразведка  (справочник  геофизика).  Москва: 
„Недра“, 1981, 397с. 
5.  Гравиразведка  (справочник  геофизика).  Москва: 
„Недра“, 1990, 607с. 
6.  Грушинский  Н.П.  Основы  гравиметрии.  Москва: 
„Наука“, 1983, 350с. 
7.  Грушинский  Н.П.,  Грушинский  А.Н.  В  мире  сил 
тяготения. Москва: „Недра“, 1985, 150с. 
8.  Мудрецова  Е.А.,  Баронов  А.С.,  Филатов  В.Г., 
Комарова  Г.М.  Интерпретация  данных  высокоточной 
гравиразведки  на  неструктурных  месторождениях  нефти. 
Москва: „Недра“, 1979, 196с. 
9.  Маловичко  А.К.,  Костицын  В.И.,  Тарунина  Л.Л. 
Детальная  гравиразведка  на нефть и газ.  Москва: „Недра“, 
1979, 367с.  
10.  Шрайбман  В.И.,  Жданов  М.С.,  Витицкий  О.В. 
Корреляционные  методы  преобразования  и  интерпретации 
геофизических аномалий. Москва: „Недра“, 1977, 237с. 
11. Грушинский H. П., Tеория фигуры Земли, 2 изд., M., 
1976;  
12. Пеллинен Л. П., Bысшая геодезия, M., 1978;  
13.  Бурша  M.,  Oсновы  космической  геодезии,  пер.  c 
чеш., ч. 2, M., 1975.    

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə