Beyn
əlxalq kommersiya işində reklam,sərgilər,
yarmarkalar v
ə texniki xidmətlər
Fransızca “Reclama” latınca “reclamo” kimi ifadə olunan bu terminin sırf mənası
“qışqırıram, çağırıram” deməkdir. O, maliyyələşdirmə mənbəyi göstərməklə
informasiyanın yayılmasının pullu həyata keçirilməsində ümsiyyət formalarından
biridir. Reklam işi bütün dünya ölkələrində, dünya təsərrüfatlarında geniş tətbiq olunur.
Ticarət və alış-veriş məqsədilə reklamın məzmunu
Ticarət reklamı tələb oyatmaq və satışı həyata keçirmək üçün mal, yaxud xidmətlər
haqqında bədii, texniki və psixoloji üsullar vasitəsilə kütləvi surətdə məlumat
verilməsinə deyilir. Məqsədlərindən asılı olaraq reklamın aşağıdakı növləri vardır:
a) İlkin reklam. Bu reklamın məqsədi öncədən mümkün istehlakçılar dairəsini həmişə
bazar üçün yeni olan malların və xidmətlərin keyfiyyəti, qiyməti, istehlaketmə üsulu,
satış yeri və s. haqqında tanışlıq verməkdir;
b) Rəqabət reklamı. Bu növ reklam rəqib firmanın buraxdığı analoji mal kütləsindən
reklam edəcəyi malı ayıraraq onun fərqləndiyini göstərir və alıcını inandırmağa çalışır
ki, məhz bu mal onun tələbini ödəməyə qadirdir və daha əlverişlidir.
c) Etibarlı reklam. Bu cür reklamın məqsədi əvvəllər reklam olunmuş mala olan tələbi
qoruyub saxlamaqdır. Buna görə də o yada salmaq xarakteri daşıyır. Bəzi hallarda bu
növ reklam satıcının yığılıb artmış mal ehtiyatını azaltmaq üçün alıcıya müvəqqəti təsir
göstərmək üçün də istifadə olunur.Tətbiqi məkanından asılı olaraq reklam daxili bazar
və ixracat, yaxud beynəlxalq bazar reklamları kimi fərqləndirilir. Beynəlxalq reklamın
öz xüsusiyyətləri vardır. Ümumilikdə isə dünya bazarında malların reklam edilməsi
prinsipləri və vasitələri çox hallarda milli ticarətdəki kimi olur. Bununla belə
ixracatçılar reklamı həyata keçirərkən nəinki xarici bazarın spesifik xüsusiyyətlərini,
eyni zamanda topdansatış ticarətlərin və istehlakçıların tələblərini də
bilməlidirlər.Reklamın məzmunu və istiqamətləri həmçinin malların daxili, yaxud da
xarici bazarlara aidiyyatından asılıdır. Məsələn, ixracat mallarının reklamına xüsusi
tələblər qoyulur. Bu cür reklam mal göndərilən ölkənin iqtisadi, mədəni və məişət
şəraitinə daha dəqiq uyğunlaşdırılmalıdır. Belə ki, inkişaf etməkdə olan ölkələrdə
iqtisadi quruluşundan, maddi həyat səviyyəsindən, əhalinin əsas hissəsinin savadlılıq
dərəcəsindən, milli tarixi adət ənənələrindən və sair irəli gələn xüsusiyyətlər nəzərə
alındığı halda bir sıra Asiya və Afrika ölkələrində dini etiqatların reklam
vasitələrindən istifadəyə məhdudiyyətlər qoyulmuşdur.Müasir dünya ticarət reklamı
təcrübəsi onun məzmunu qarşısında bir sıra effektli tələblər qoyur. Bu tələblər
aşağıdakılardan ibarətdir:
- bir qayda olaraq reklam müəyyən alıcılar qrupuna ünvanlanır. Odur ki, reklam edən
firma nəzərdə tutduğu məqsədi dəqiq müəyyənləşdirilməlidir;
- reklam nəinki ölkənin qanunlarına uyğun olmalıdır, eyni zamanda onun tətbiq
olunduğu ölkənin mənəvi və etik normalarını da nəzərə almalıdır;
- reklam iqtisadi və sosial effekt verməlidir;
- reklam həqiqi, doğru və düzgün olmalıdır;
- öz reklamında rəqib mallar və xidmətlər barədə pis, lüzumsuz rəy verilməməlidir;
- reklam daim ardıcıl və fasiləsiz aparılmalıdır.
Reklamlar böyük məbləğdə məsrəflər tələb edir. Onun maliyyələşdirilməsi risklə
də bağlıdır. Hesablamalar göstərir ki, inkişaf etmiş ölkənin ümumi reklam xərclərinin
cəmi 500 mlrd. dollardan artıqdır.
Reklamın əsas vasitələri
Bu vasitələr bunlardır: dövrü mətbuatda və arayış kitabçalarında reklam; çap
edilmiş reklam; telereklam; radioreklam; kinoreklam; xarici reklam satış yerlərində
reklam; şey reklamı; malın qəti formalaşması ilə bağlı reklam; nüfuzetmə reklamı.
Reklam vasitələrinin seçilməsi bir sıra amillərdən asılıdır. Bu amillərin hər birinin
ayrılıqda nəzərdən keçirək.Dövrü mətbuatda və arayış kitabçalarında reklam
vasitələriBu reklam vasitələri ən çox yayılmışdır. Orta hesabla bunun payına ümumi
reklam xərclərinin təqribən yarısı düşür. Bunun üstünlüyü geniş oxucu kütləsinə dərhal
çatdırılmasındadır. Bu növ reklam dövri mətbuatda elan və kiçik məqalə şəklində
yerləşdirilir.Reklam elanları iki cür olur: təsnifatlı və alış-verişli elanlar. Bunlardan
birincisi tematik xarakter daşıyır və güzəştli qiymətlərlə ödənilir. Ikincisi alış–veriş
elanı isə malın, onun tətbiqinin, satış yerinin, qiymətinin istehsal edən firmanın
xarakterik cəhətlərini ətraflı və dəqiq təsviri şəklində mətbuatda yerləşdirilir.Bundan
əlavə reklam yuxarıda qeyd edildiyi kimi, arayış kitabçalarında da verilir. Burada
teleqraf, ünvanlar, firma, teatr proqramları, qatar, gəmi və avia hərəkəti cədvəlləri, yol
bələdçisi və bu kimi sair sahələrin sorğu kitabçaları aiddir.Çap reklamı. Buna
topoqrafik üsulla nəşr olunmuş reklam növləri aiddir. Bu inkişaf etmiş ölkələrdə
reklam xərclərinin məcmu məbləğində ikinci yeri tutur. O, öncədən dəqiq
müəyyənləşdirilmiş istehlakçıların dairəsi üçün nəzərdə tutulur və onların arasında
müftə paylanır. Məzmununa görə çap reklamı aşağıdakı növlərdən ibarətdir:
kataloqlar, reklam vərəqi və buket, reklam məktubu, yaxud poçt partoçkası, reklam
qoşa vərəqi , reklam müraciətnaməsi.Telereklam. Bu televizor reklamıdır. Müasir
reklam vasitələri arasında müstəsna yer tutur. Xarici məmləkətlərin bir çoxunda onun
tətbiqi 1950-ci illərin ortalarından başlayıb və həmin illərin ilk onilliyində inkişaf
edərək geniş yayılmışdır. Reklamın ən bahalı növüdür. ABŞ televizoru vasitəsilə
verilən 30 saniyəlik reklam 100 min dollara başa gəlir. Bu növ reklam ABŞ da,
İngiltərədə, Yaponiyada və bir sıra Qərb məmləkətlərində , habelə Azərbaycan
Respublikasında daha çox yayılmışdır. Televizor vasitəsilə verilən reklamın bir çox
növləri vardır. Bunlara reklam elanları, ticarət reklam verilişlərini reklam
reportajlarını, diapozitivlər, yaxud diapozitiv filmlər aiddir. Radioreklam. Bu reklam
heç də məmləkətlərin hamısında tətbiq edilmir. Hətta bəzi məmləkətlərdə dövlətə
məxsus olan radio şəbəkəsində reklam qadağan edilmişdir. Bu hal Skandinaviya
ölkələrində, Fransada, Belçikada, Danimarkada, İsveçrədə müşahidə olunur. Ingiltərə
və Almaniyada radio reklamı hökumət tərəfindən ciddi məhdudlaşdırılmışdır.
Hindistanda və İndoneziyada da radio verilişi şirkətə məxsus olduğundan radio reklam
tətbiq edilmir. Bunların əksinə olaraq ABŞ-da, Yaponiyada, İtaliyada bu reklam geniş
yeyılmışdır. Lakin Amerika məmləkətlərində, Yunanıstanda da radioreklama heç də
az yer verilməmişdir.Kinoreklam. Kino vasitəsilə reklam geniş yayılmışdır. Bu reklam
növü Qərbi Avropa ölkələrində geniş yayıldığı bir halda, ABŞ-da və Yaponiyada
demək olar ki, heç tətbiq olunmur. Reklam kinofilmlərin əsas obyektləri hər hansı bir
firmanın satacağı mal, xidmətlər, o cümlədən məişət , nəqliyyat, səhiyyə, təhsil və s.
turizm marşurutları , sənaye və ticarət firmaları, univermaqlar, restoranlar, şadlıq
evləri, banklar , sığorta cəmiyyətləri və s. ola bilər. Həyata keçirilməsindən asılı olaraq
kinoreklamı bilavasitə müntəzəm , təmiz və bilavasitə vasitəli , yəni harada vasitə
olmaq şərtilə reklam kimi fərqləndirmək olar.
Dostları ilə paylaş: |