Beynəlxalq diabet federasiyasi, 2013



Yüklə 470,14 Kb.
Pdf görüntüsü
səhifə1/6
tarix25.12.2016
ölçüsü470,14 Kb.
  1   2   3   4   5   6

BEYNƏLXALQ DİABET FEDERASİYASI, 2013 

 

 



 

 

 



 

 

MƏHDUD RESURSLARA MALİK ÖLKƏLƏRDƏ 



UŞAQLARDA VƏ YENİYETMƏLƏRDƏ DİABETİN 

TƏNZİMLƏNMƏSİNƏ DAİR CİB KİTABI 



 

 

 



 

 

 



 

 

 



 

 

              ISPAD                             UŞAQLAR ÜÇÜN HƏYAT                   Beynəlxalq              



 Uşaq və Yeniyetmələrdə                   Beynəxalq Diabet                                 Diabet  

Diabet Beynəlxalq Cəmiyyəti      Federasiyasının Proqramı                   Federasiyası         

 


Cib  Kitabı  aşağıda  adları  qeyd  edilən  müəlliflər  tərəfindən  hazırlanmış  və  redaktə 

olunmuşdur: 

 



 



Graham  Ogle,  Avstraliya  Kral  Tibb  Kollecinin  üzvü,  həkim-cərrah,  Beynəlxalq 

Diabet Federasiyasının “Uşaqlar üçün Həyat” Proqramının baş meneceri, Sidney, 

Avstraliya 

 



 

Angela Middlehurst, tibb bacısı, diabet xəstəliyi üzrə pedaqoq, Beynəlxalq Diabet 

Federasiyasının “Uşaqlar üçün Həyat” Proqramının təhsil üzrə meneceri, Sidney, 

Avstraliya 

 



 



Martin  Silink,  Avstraliya  Kral  Tibb  Kollecinin  üzvü,  həkim-cərrah,  Sidney 

Universitetinin  Pediatrik  Endokrinologiya  Kafedrasının  Professoru  və  Rəhbəri, 

Beynəlxalq Diabet Federasiyasının “Uşaqlar üçün Həyat” Proqramının təhsil üzrə 

meneceri, Sidney, Avstraliya  

 



 



Ragnar  Hanas,  həkim,  dosent,  tibb  elmləri  doktoru,  Uddevalla  Hospitalı,  NU 

Hospital Group, Uddevella, İsveçrə (ISPAD üçün) 

 

 

Beynəlxalq  Diabet  Federasiyasının  “Uşaqlar  üçün  Həyat”  Proqramı  barədə  daha  ətraflı 



məlumat  əldə  etmək  üçün  14-cü  Fəslə  və  eyni  zamanda 

www.lifeforachild.org

 

veb


 

səhifəsinə nəzər salın.  

 

Cib  Kitabı  Leona  M  və  Harry  B.  Helmsley  Xeyriyyə  Cəmiyyətinin  maliyyə  dəstəyi  ilə 



hazırlanaraq nəşr olunub.   

 

Bu  kitab  Əhmədov  Gündüz  Əhməd  oglu  və  Süleymanlı  Aysel  Azer  qızı  tərəfindən 



tərcümə olunub.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

GİRİŞ 

 

Bu  bələdçi  kitab  inkişaf  etməkdə  olan  ölkələrdə  şəkərli  diabet  xəstəliyindən  əziyyət 



çəkən uşaqlara və yeniyetmələrə tibbi yardım göstərilməsinə birbaşa təsir göstərən resurs 

və 


maddi 

məsələlər 

nəzərə 

alınmaqla 



təkmilləşdirilmişdir. 

Səhiyyənin 

maliyyələşdirilməsi  və  əlverişli  ixtisaslaşma  aparılması  ölkədən  ölkəyə  və  bir  çox 

hallarda  ölkə  daxilində  də  fərqlənir  və  bu  səbəbdən  də  bu  tələblərin  qarşılanması 

məqsədi ilə bələdçi sənədin hazırlanmasına zərurət yaranır.  

 

Bu  bələdçi  kitabda  öz  əksini  tapan  məlumatlar  inkişaf  etməkdə  olan  ölkələrin  tibb 



mütəxəssislərinin  xüsusi  mərkəzlərdə  tətbiq  etdikləri  kliniki  təcrübənin  daha  da 

təkmilləşdirilməsinə yardım məqsədi daşıyır. Bir çox hallarda, tibb mərkəzlərinin köklü 

ixtisaslaşdırılmaqla yönləndirilməsi daha məqsədə müfafiqdir.  

 

Dünyada  təqribən  490,000  15  yaşından  aşağı  uşaq  1-ci  tip  diabet  xəstəliyindən  əziyyət 



çəkir.  Hər  il  70,000  yeni  hal  müəyyən  edilir  və  il  ərzində  rəqəmlər  3-5%  arasında  artır 

(Beynəlxalq Diabet Federasiyası Atlas, Brussel 2010).  

 

İnkişaf  etmiş  ölkələrdə  şəkərli  diabet  xəstəliyindən  əziyyət  çəkən  uşaq  və  gənclərin 



insulin  və  xəstəliyin  müalicəsi  üçün  nəzərdə  tutulan  digər  vasitələrdən  tam  şəkildə 

yararlanmaq  imkanları  mövcuddur,  bu  səbəbədən  də  onlar  normal  sağlam  həyat  tərzi 

sürürlər. Lakin bəzi ölkələrdə uşaqların bir çoxu insulin, qanda qlyukozanın səviyyəsinin 

tənzimlənməsi,  ixtisaslaşdırılmış  tibbi  qayğı  və  diabet  barədə  maarifləndirmə  kimi 

məsələlərdə məhdud imkanlara malikdirlər. Qeyd edilənlərin səbəbi güman ki, bahalılıq 

yaxud  da  həmin  ərazidə  ixtisaslaşdırılmış  tibbi  yardımın  mövcud  olmamasıdır.  Qeyd 

edilən  halların  nəticəsi  isə  daha  dərindir.  Bəzi  uşaqlar  xəstəliyi  müəyyən  edilməmiş 

yaxud  da  xəstəlik  müəyyən  edildikdən  sonra  tezliklə  öləcək.  Qanda  şəkərin  aşağı  və 

yaxud yüksək səviyyədə olması həyatı təhdid edən hallara meyilli olmaq anlamına gəlir. 

Zamanla qanda qlyukozanın qeyri-qənaətbəxş tənzimlənməsi bir çox hallarda korluq və 

böyrək çatışmazlığı da daxil olmaqla bir sıra ciddi fəsadlara gətirib çıxarır. Bir çox insan 

məktəbi  tərk  etmək  məcburiyyətində  qalır,  ailə  quracağı  insan  və  iş  tapmaq  üçün 

mübarizə aparmalı olur.  

            

Uşaq  və  Yeniyetmələrdə  Diabet  Beynəlxalq  Cəmiyyəti  (ISPAD)  1991,  2000  və  2009-cu 

illərdə 


“Kliniki Təcrübəyə dair Razılaşdırılmış Təlimatlar”

 

adlı bir neçə müfəssəl bələdçi 



kitab nəşr etmişdir. Bu təlimatlardan yararlanaraq, Beynəlxalq Diabet Federasiyası (IDF) 

və Uşaq və Yeniyetmələrdə Diabet Beynəlxalq Cəmiyyəti (ISPAD) 2011-ci ildə 

“Uşaq və 

Yeniyetmələrdə Diabetə dair Qlobal Təlimat”

 

adlı bələdçi kitab dərc etmişdir. 2011-ci ildə 



Uşaqlarda  Dəyişkən  Diabet  Proqramı  (CDiC)  və  Uşaq  və  Yeniyetmələrdə  Diabet 

Beynəlxalq  Cəmiyyəti  (ISPAD)  də 

“Uşaq  və  Yeniyetmələrdə  Diabet  –  İnkişaf  Etməkdə 

olan Ölkələrin Səhiyyə Mütəxəssisləri üçün Əsas Təlim Dərsliyi”

ni nəşr etmişdir.  

 

Beynəlxalq  Diabet  Federasiyasının  “Uşaqlar  üçün  Həyat”  Proqramı,  Uşaq  və 



Yeniyetmələrdə  Diabet  Beynəlxalq  Cəmiyyəti  (ISPAD)  uşaqlarda  şəkərli  diabetin 

tənzimlənməsinin  ixtisaslaşdırılmasına  rəvac  verən,  fövqəladə  hallarda  və  klinikalarda 



praktiki istifadə məqsədilə bu təlimatların qısaldılmış buraxılışının təkmilləşdirilməsinin 

daha  münasib  olacağı  qərarına  gəlmişdir.    Bu  Cib  Kitabı  uşaqlarda  şəkərli  diabetə  dair 

başlıca zəmin və diabetik ketoasidozun ilkin tənzimlənməsi, insulin terapiyasının davam 

etdirilməsi, fəsadların tədqiq edilməsi və tibbi yardımın digər əsas komponentləri barədə 

bariz tövsiyələrlə təmin edir – daha ətraflı kitabın məzmunu ilə tanış olun.    

 

Cib  Kitabının  veb  səhifədə  çap  versiyasını,  smartfonlar  üçün  (Android  və  Apple)  isə 



tətbiqetməsini əldə etmək mümkündür. 

 

Yuxarıda qeyd edilən üç müfəssəl təlimata geniş formada mənbə kimi istinad edilmişdir. 



Bəzi  məlumatlar 

“Diabet  Xəstəliyindən  Əziyyət  Çəkən  Uşaq  və  Yeniyetmələrə  Qayğı”

 

(Uşaq Diabet Xidməti, Avstraliya 2010) mənbəsindən əldə edilib.  



 

Qeyd edilən dörd əsərin müəlliflərinə təşəkkürümüzü bildiririk: 

 



 



Dr. Ragnar Hanas, tibb elmləri doktoru, Uddevalla Hospitalı, NU Hospital Group, 

Uddevalla, İsveçrə (1,2) 

 



 



Prof.  Kim  C.  Donaghue,  həkim-cərrah,  tibb  elmləri  doktoru,  Sidney  Universiteti,  

Sidney Uşaq Hospitalları Şəbəkəsi, NSW, Avstraliya (1,2) 

 



 



Prof.  Georgeanna  Klingensmith,  həkim,  pediatriya  kafedrasının  professoru, 

Kolorado  Universiteti  Tibb  Məktəbi,  The  Barbara  Davis  Mərkəzi,  Avrora, 

Kolorado, ABŞ (1,2) 

 



 

Dr. Peter G.F. Swift, həkim, Pediatriya və Uşaq Sağlamlığı Kral Kollecinin üzvü, 

Uşaq Hospitalı, Lester Kral Xəstəxanası, Lester, Böyük Britaniya (1,2) 

 



 

Prof.  Stephen  Colagiuri,  həkim-cərrah,  Avstraliya  Kral  Tibb  Kollecinin  üzvü, 

Sidney Tibb Məktəbi, Şişmanlıq, Qidalanma, Bədən Tərbiyəsi & Qida Pozuqluğu 

Boden İnstitutu, Sidney, Avstraliya (2) 

 



 



Dr.  Stuart  J.  Brink,  həkim,  Tibb  Məktəbi  Universiteti,  Yeni  İngiltərə  Diabet  & 

Endokrinologiya Mərkəzi (NEDEC), Massaçusets, ABŞ (1,3) 

 



 



Dr. Warren Lee Wei Rhen, həkim-cərrah, M.Med (Pediatriya), Pediatriya, İnkişaf 

& Diabet Mərkəzi, Sinqapur (1,3) 

 



 



Dr.  Kubendran  Pillay,  həkim-cərrah  (Natal),  kliniki  hipnoterapevt  (Cənubi 

Afrika), FCPaed (Cənubi Afrika), Vestvill Hospitalı, Durban, Cənubi Afrika (3) 

 



 



Dr. Line Kleinebreil, həkim, Xroniki Xəstəliklərin Tədqiqi və Tədrisi Təlim Fondu 

(3) 


 

 

Prof.  Geoffrey  R.  Ambler,  həkim-cərrah,  Avstraliya  Kral  Tibb  Kolleci,  Sidney 



Universiteti, Sidney Uşaq Xəstəxanaları Şəbəkəsi, NSW, Avstraliya (4) 

 



 

Prof.  Fergus  J  Cameron,  tibb  elmləri  doktoru,  həkim-cərrah,  Avstraliya  Kral 

Ginekologiya  Kolleci,  Avstraliya  Kral  Tibb  Kolleci,  Murdok  Uşaq  Tədqiqat 

İnstitutu, Kral Uşaq Hospitalı, Melburn, Avstraliya (1,4) 

 

1.

 



Kliniki Təcrübəyə dair Razılaşdırılmış Təlimatlar, Uşaq və Yeniyetmələrdə Diabet 

Beynəlxalq Cəmiyyəti (ISPAD) 2009 

 

2.

 



Uşaq  və  Yeniyetmələrdə  Diabetə  dair  Qlobal  Təlimat,  Beynəlxalq  Diabet 

Federasiyası (IDF) 2011 

 

3.

 



Uşaq  və  Yeniyetmələrdə  Diabet  –  İnkişaf  Etməkdə  olan  Ölkələrin  Səhiyyə 

Mütəxəssisləri üçün Əsas Təlim Dərsliyi, Novo Nordisk 2011  

 

4.

 



Diabet  Xəstəliyindən  Əziyyət  Çəkən  Uşaq  və  Yeniyetmələrə  Qayğı,  Uşaq  Diabet 

Xidməti (Avstraliya) 2010  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


MÜNDƏRİCAT  

 

Məhdud Resurslara Malik Ölkələrdə Uşaqlarda və Yeniyetmələrdə Diabetin 



Tənzimlənməsinə dair Cib Kitabı  

 

 



 

1     Müəyyən etmə və Diaqnoz………………………………………………….... 

 

2     Diabetik Ketoasidozun Tənzimlənməsi……………………………………... 



10 

 

3     İnsulin Terapiyası…………………………………………………………….... 



21 

 

4     Hipoqlikemiya ……………………………………………………………….... 



30 

 

5     Xəstəliyin Tənzimlənməsi…………………………………………………….. 



33 

 

6     Qanda Qlyukozanın Səviyyəsinə Nəzarət…………………………………... 



35 

 

7     Qidalanmanın Tənzimlənməsi……………………………………………….. 



39 

 

8     Fiziki Aktivlik…………………………………………………………….......... 



40 

 

9     Diabet barədə maarifləndirmə……………………………………………….. 



42 

 

10   Davamedici Qayğı, Fəsadların Tənzimlənməsi…………………………….. 



43 

 

11    Psixoloji Yardım…………………………………………………………......... 



47 

 

12    Diabet və Yeniyetməlik…………………………………………………........ 



48 

 

13    Diabet və Məktəb …………………………………………………………...... 



49 

 

 



14    Diabet və Hamiləlik…………………………………………………….......... 

50 


 

15    2-ci Tip Diabet də daxil olmaqla, Uşaqlarda Diabetin Digər Növləri…… 

51 

 

16    Beynəlxalq Diabet Federasiyası (BDF) Uşaqlar üçün Həyat Proqramı…. 



53 

 

 



 

 

 



 

01.

 

MÜƏYYƏN ETMƏ VƏ DİAQNOZ  

 

Diabet  qanda  qlyukozanın  səviyyəsinin  (QQS)  davamlı  yüksəlişi  ilə  xarakterizə  olunan 



xəstəliklərdən biridir.   

 

Simptom və Əlamətlər 



 

Daha Çox Rast Gəlinən  Daha Az Rast Gəlinən

 

Ağır 

(Diabetik ketoasidoz) 

Çəki itkisi 

Həddindən artıq aclıq 

hissi çəkmə 

Tez-tez qusma və qarın 

nahiyəsində kəskin ağrılar 

 

Poliuriya



 – yatağı 

islatma hallarına 

azyaşlı uşaqlarda çox 

rast gəlinir 

Bulanıq görmə 

Yanaqların 

qızarması 

Nəfəsdə 


aseton 

qoxusu 


Həddindən artıq 

susama 


Əhval dəyişikliyi 

Poliuriya ilə müşaiyət olunan 

Dehidratasiya 

 

Yorğunluq – oyun 

oynamaq və ya işləmək 

istəyinin olmaması 

Dəri infeksiyaları 

Şüurun itməsi 



 

Oral və yaxud vaginal 

iltihab 

Kussmaul tənəffüsü 

(dərin, sürətli, iç çəkmə) 

 

Qarın nahiyəsində 

ağrılar 

Koma 


Şok 

 

 



Şəkərli diabet xəstəliyində insan orqanizmi qlyukozanı tam şəkildə mənimsəyə bilmir və 

yağ  və  əzələlər  zəifləməyə  başlayır,  nəticədə  çəki  itkisi  müşahidə  olunur.  Böyrəklər 

filtrasiya  olunmuş  qlyukozanı  reabsorbsiya  etmə  qabiliyyətini  itirir.  Qlyukoza  sidiklə 

ifraz  olunur  (

qlyukozuriya

), 


poliuriya

  (həddindən  artıq  sidiyə  çıxma)  və  polidipsiya 

(həddindən artıq su içmə) ilə nəticələnərək su ilə kənarlaşdırılır. Azyaşlı uşaqlarda tez-

tez yatağı islatma halları müşahidə olunur.  

 

Orqanizimdə  yığılmış  yağların  parçalanması  nəticəsində  keton  cisimcikləri  yaranır  və 



qana daxil olur (asidoz). Əgər diaqnoz qoyulmayıbsa, qlyukoza və keton cisimciklərinin 

səviyyəsi  həddindən  artıq  yüksəlir  və  kəskin  dehidratasiya  və  elektrolit  itkisi  ilə 

nəticələnir.  Bu  diabetik  ketoasidoz  adlanır  (DKA).  Keton  cisimciklərinin  yaranması  və 

asidoz ilə müşaiyət olunma nəfəsdə şirin/aseton qoxusu, qusma, qarın nahiyəsində ağrı, 

şüurun  itməsi  və  Kussmaul  tənəffüsü  adlanan  dərin  sürətli  tənəffüs  kimi  simptomları 

əmələ  gətirir.  Xəstəlik  müalicə  olunmadığı  təqdirdə,  şok,  beyin  şişi,  koma  və  ölümlə 

nəticələnir.  

 

Körpə və azyaşlı uşaqlarda simptom və əlamətlər daha asanlıqla müəyyən olunur.  



Uşaqlarda  şəkərli  diabet  xəstəliyinə  çox  vaxt  –  pnevmaniya  yaxud  asma  (tənəffüs 

çətinliyi),  appendisit  yaxud  qastroenterit  (qarın  nahiyəsində  ağrı,  qusma),  malyariya, 

HIV/AIDS kimi ciddi infeksion xəstəlik, vərəm yaxud meningit (koma və s.), sidik yolu 

infeksiyaları (tez-tez sidiyə getmə), və ya yanlış qidalanma (çəki itkisi, yorğunluq) kimi 

yanlış diaqnozlar qoyulur.  

 

 



Şəkərli diabet diaqnozu aşağıdakı hallarda qoyulur: 

 

Simptomlar + Qanda Qlyukozanın Səviyyəsinin (QQS) nizamsız olması 



≥ 11.1 mmol/L (≥ 200 mq/dl) 

 

(və ya) 

 

Ac ikən Qanda Qlyukozanın Səviyyəsi (QQS) ≥ 7 mmol/L (≥ 126 mq/dl) 

 

(və ya) 

 

2 saat qlyukoza verdikdə 

≥ 11.1 mmol/l (≥ 200 mq/dl) oral qlyukozaya tolerantlıq testi zamanı 

Aclıqdan sonra şirin içki kimi 75 qr qlyukoza verilir  

 

 



 

Aşkar  simptomlar  mövcud  olmadıqda,  növbəti  gün  diaqnostik  testlər  təkrarən 

aparılmalıdır.  

 

Əgər imkanlar məhduddursa və qlyukoza testini aparmaq mümkün deyilsə, qlyukoza və 



keton  cisimciklərinin  yüksək  səviyyəsini  müəyyən  etmək  üçün  sidik  testi  aparılmaqla 

diaqnoz qoyula bilər.  

 

 

 



Diabetin Növləri  

 

Uşaqlarda daha çox 1-ci tip diabet xəstəliyinə rast gəlinir ki, bu da xəstəlikdən ömürlük 

asılılıq ilə nəticələnir. Uşaqlarda (xüsusilə yeniyetmələrdə) 2-ci tip diabet xəstəliyinə də 

təsadüf  olunur.  Şəkərli  diabetin  nadir  rast  gəlinən  növləri  xüsusilə  də  yeni  doğulmuş 

körpələrdə müşahidə oluna bilər.  

 

Daha ətraflı: 



 

1-ci Tip Diabet  

 


1-ci  tip  diabet  uşaqlarda  və  yeniyetmələrdə  daha  çox  rast  gəlinən  avto  immun 

xəstəlikdir.  Fərdi  riski  müəyyən  etməkdə  həm  irsi,  həm  də  ekoloji  faktorlar  zəruridir, 

lakin mexanizmlər hələ də tam olaraq mənimsənilməyib. Əhatə dairəsi ölkədən ölkəyə, 

ölkə daxilində və hətta müxtəlif etnik tərkibli əhali arasında belə geniş formada fərqlənir. 

Finlandiyada    hər  il  15  yaşdan  aşağı  olan  hər  100.000  uşağa  1-ci  tip  diabet  ilə  64  uşaq, 

digər ölkələrdə isə hər il 15 yaşdan aşağı olan hər 100.000 uşağa 1-ci tip diabet ilə 1 uşaq 

düşür. 1-ci tip şəkərli diabet xəstəliyi ildə 3-5% artmaqdadır.  

 

Doğulduqdan  sonrakı  dövr  ərzində  xəstəliyə  tutulma  istənilən  yaşa  təsadüf  edə  bilər, 



lakin xəstəlik əsasən uşaqlıq və yeniyetməlik dövründə daha geniş yayılmışdır. 

Kliniki  əlamətlər  dehidratasiya,  şok  və  diabetik  ketoasidoz

  (DKA) 

(6-cı  səhifədəki 

cədvələ  bax)

 

ilə  müşaiyət  olunan 



ağır  və  qeyri-təcili

 

(daha  geniş  yayılmış  simptomlar 



barədə məlumat üçün 6-cı səhifədəki cədvələ bax)

 

əlamətlərdən fərqlənə bilər.  



Mümkün  olduğu  təqdirdə,  yeni  diaqnoz  qoyulmuş  uşaqlar  pediatrik  diabet  xəstəliyi 

sahəsində ixtisaslaşmış mərkəzə yerləşdirilməlidir.    

 

Şəkərli diabet xəstəliyinin müalicəsi qeyd edilənlərdən ibarətdir: 



 

 



Ömürlük insulin asılılığı, gün ərzində bir neçə dəfə inyeksiya olunmalıdır 

 



 

sağlam qidalanma planı 

 



 



müntəzəm fiziki fəallıq. 

 

Uşaqlarda və yeniyetmələrdə bu balansın qorunub saxlanması onların dəyişkən inkişafı, 



aktivliyi və qidalanma vərdişlərindən dolayı müəyyən çətinliklər yarada bilər.  

 

Mümkün olduğu təqdirdə, diaqnoz zamanı antitel analizi aparılmalıdır. 



 

Daha  ətraflı  məlumat  üçün  Uşaq  və  Yeniyetmələrdə  Diabet  Beynəlxalq  Cəmiyyətinin 

(ISPAD) 2009-cu il tarixli Təlimatının 1-ci Fəslinə bax.  

 

2-ci Tip Diabet  



 

2-ci  tip  diabet  xəstəliyi  adətən  40  yaşından  yuxarı  insanlar  arasında  müşahidə  olunur, 

ailə  üzvləri  arasında  yayılır  və  bir  çox  hallarda  artıq  çəkidən  irəli  gəlir.  Getdikcə 

artmaqda olan statistic məlumatlara əsasən qeyd edə bilərik ki, xəstəliyin bu növü çəkisi 

yüksək  və  qeyri-aktiv  olan,  ailə  üzvləri  arasında  2-ci  tip  diabet  xəstəliyindən  əziyyət 

çəkən  və  ya  mənsub  olduqları  etnik  mənşəyə  əsasən  yeniyetmələrin  2-ci  tip  diabet 

xəstəliyinə meyilli olduğu yaşca böyük uşaqlarda, xüsusilə də yeniyetmələrdə müşahidə 

olunur.  

 


2-ci tip diabet xəstəliyindən əziyyət çəkən insanlara insulin verilsə də insulin müalicəsi 

effektiv  olmur  (“insulin  müqaviməti”).  2-ci  tip  diabet  xəstəliyindən  əziyyən  çəkən 

xəstələr  ilkin  olaraq  sağlam  qidalanma  planı,  müvafiq  fiziki  məşqlər  və  çəkinin 

azaldılmasına yönəlmiş cəhdlərə müsbət cavab verirlər. Lakin, metformin tez-tez tətbiq 

olunmalıdır (+/- insulin həssaslaşdıran preparat), daha sonra insulin tətbiq oluna bilər.  

 

Daha  ətraflı  məlumat  üçün  Uşaq  və  Yeniyetmələrdə  Diabet  Beynəlxalq  Cəmiyyətinin 



(ISPAD) 2009-cu il tarixli Təlimatının 3-cü Fəslinə bax.  

 

Diabetin Digər Növləri 



 

Şəkərli diabetin digər nadir növləri: 

 



 



Yanlış  qidalanma  ilə  əlaqəli  diabet  və  xroniki  pankreatit  xəstəliklərinin 

mahiyyətinin natamam tədqiq edilməsi həm də dünyanın bir sıra inkişaf etməkdə 

olan  ölkələrində  müşahidə  olunur.  Xroniki  pankreatit  adətən  qarın  nahiyəsində 

ağrılar və mədəaltı vəzin çapıqlaşması ilə müşaiyət olunur və rentgen və ultrasəs 

müayinəsi ilə aşkar olunur.  

 



 

Diabetin  bəzi  növləri  1-ci  və  2-ci  tip  diabet  xəstəliyi  ilə  uyğunlaşmır  –  “atipik 

diabet” 

 



 

Neonatal  Diabet  (körpəliyin  ilk  altı  ayında  təzahür  edir)  əsasən  pankreasın  beta 

hüceyrələrinin funksiyasına təsir edən bəzi  proteinləri kodlaşdıran bir sıra genin 

mutasiyası  səbəbindən  baş  verir  (monogenik  diabet).  Əgər  xəstəliyin 

mövcudluğuna  şübhə  varsa,  genetik  test  aparılmalıdır,  əks  təqdirdə  xəstəliyin 

tənzimlənməsinə  təsir  edə  bilər.  Bu  tip  testlər  Böyük  Britaniya  və  ya  digər 

ölkələrin  mərkəzlərində  pulsuz  aparılır. 

Daha  ətraflı  məlumat  üçün  Uşaq  və 

Yeniyetmələrdə  Diabet  Beynəlxalq  Cəmiyyətinin  (ISPAD)  2009-cu  il  tarixli 

Təlimatının 4-cü Fəslinə bax.  

 



 



Neonatal  dövrdən  sonrakı  monogenik  diabet.  Şəkərli  diabetin  bu  növü  həm  də 

Yetkinlik  Yaşının  Diabeti  –  MODY  kimi  də  tanınır.  Monogenik  diabet  xəstəliyi 

autosomal  dominant  transmissiya  və  auto-anticismlərin  təyin  edilməməsi  ilə 

xarakterizə olunan irsi xəstəlikdir. 

 



 



Daun Sindromu, Prader – Uill Sindromu kimi sindromlarla əlaqəli diabet  

 



 

Gənc qadınlarda hamiləlik zamanı hamiləlik diabeti müşahidə oluna bilər.  

 

Daha  ətraflı  məlumat  üçün  Uşaq  və  Yeniyetmələrdə  Diabet  Beynəlxalq  Cəmiyyətinin 



(ISPAD) 2009-cu il tarixli Təlimatının 1-ci Fəslinə bax. 

 


02.

 

DİABETIK KETOASIDOZUN TƏNZİMLƏNMƏSİ 

 

Diabetik Ketoasidoz (DKA) qanda kəskin insulin çatışmazlığı nəticəsində yaranır. DKA 



daha  çox  diaqnoz  zamanı,  eyni  zamanda  şəkərli  diabet  xəstəliyindən  əziyyət  çəkən 

uşaqlarda və yeniyetmələrə insulin terapiyası tətbiq olunmursa yaxud da kəskin xəstəlik 

zamanı qeyri-kafi insulin inyeksiya olunduğu zaman meydana gəlir.   

 



Yüklə 470,14 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə