Bəzi tfh ilə insanlar hələ qədim zamanlardan qarşılaşsalar da, digər bir qismi antroporgen fəaliyyətin genişlənməsi ilə yaranmış və yalnız son 100 ildə diqqəti cəlb edir



Yüklə 2,03 Mb.
səhifə11/14
tarix28.04.2017
ölçüsü2,03 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   14

3.4. Sürüşmə


Azərbaycan iqtisadiyyatına hər il külli miqdarda zərərlər yetirən, dağıntılıra səbəb olan təbii fəlakətlərdən biri də sürüşmələrdir. Dağların və dağətəyi ərazilərin yamaclarını təşkil edən süxurların ağırlıq qüvvəsinin təsiri və s. amillərin nəticəsində onların yamac boyu yerini dəyişməsi sürüşmələrə səbəb olur. Abşeronda isə buna səbəb Xəzər dənizində səviyyə tərəddüdləri və s. amillər səbəb olur. Sürüşmələrin baş verməsinə yamacların meyillik dərəcəsi, yamacları təşkil edən süxurların növü (yura, tabaşir, üçüncü və dördüncü dövrün gillərindən, gilli şistlərdən qum və əhəng daşlarından formalaşan ərazilərdə) iqlimi və onun rütubətləndirmə dərəcəsi, meşəörtüyü, kolluqlar və bitki örtüyünün qorunub saxlanılma dərəcəsi, ətraf mühitə insanların düşünülməmiş müdaxiləsi, ərazinin seysmikliyi və s. amillər də səbəb ola bilər.

Sürüşmələr əkin sahələrini, bağları, meşələri yararsız hala salır, yolları, komunikasiya sistemlərini təsərrüfat tikilililərini , yaşayış evlərini, kəndləri və s. dağıdır və digər təbii fəlakətlərin baş verməsinə, bəzən də digər təbii fəlakətlərin: zəlzələlər, tektonik hadisələr, lehsan yağışları, sellər və öz növbəsində sürüşmələrin baş verməsinə və ya fəallaşmasına səbəb olurlar.

Sürüşmələr əksərən Azərbaycanın Böyük və Kiçik Qafqazın, Talış dağlarının dağətəyi və dağlıq sahələrində, Abşeron yarmadasında, Qusarçay, Qüdialçay, Qaraçay, Vəlvələçay, Ataçay, Qozluçay, Çikiliçay, Pirsaat, Girdmançay, Gəncəçay, Kürəkçay, Şəmkirçay, Göyçay, Ağsuçay, Mazımçay, Şinçay və s. hövzələrində yerləşən Quba, Qusar, Dəvəçi, Siyəzən, Xızı, İsmayıllı, Şəki, Zaqatala, Qax, Şamaxı, Ağsu, Qazax, Tovuz, Daşkəsən, Gədəbəy, Xanlar, Kəlbəcər, Şahbuz, Yardımlı, Lerik, Lənkəran, Əskəran, Şuşa, Ordubad və s. inzibatı rayonlarında rast gəlinir. Əfsuslar olsun ki, hal-hazırda Azərbaycanda mövcud olan sürüşmələrin sayı tam dəqiqləşməyib və onlar pasportlaşdırılmayıb.

Azərbaycanda sürüşmələri Y.V. Kozin (1941), A.A.Əlizadə, M.A.Qoşqay; M.D Zairi (1943), N.K. Kərimov, (1955-59), B..A.Budaqov (1957-65-69-82 və s.), D.M. Süleymanov ; R.A.Hacıyev (1966) A.Ş Qayıbov,F.S Səndəliyev,A.M Məmmədov(1976) və başqaları öyrənmişlər. Bu tədqiqatçıların əsərlərində ayrı-ayrı sürüşmələr və onların başvermə səbəbləri və sürüşmələrə qarşı mübarizə tədbirləri göstərilir. B. Budaqovun, M.Süleymanovun, A.Məmmədovun və s. sürüşmələrə dair işlərində sürüşmələrin yayılmasına və intensivliyinə görə əldə əsas tutaraq Azərbaycanın ərazisinin rayonlaşdırılması təklif olunur.

Akademik B.A.Budaqovun (1983) təklif etdiyi rayonlaşdırma daha çox informasiya bazasına əsaslanaraq Azərbaycanı iki çox aktiv, dörd orta, iki aşağı dərəcəli sürüşmə rayonlarına bölür. Bu iş elmi praktik cəhətdən daha çox maraq doğurur və hər bir sürüşmə rayonu fiziki-coğrafi cəhətdən daha ətraflı xarakterizə edilir.

Tarixi coğrafi mənbələr də Azərbaycanda baş vermiş dağıdıcı sürüşmələr haqqında ətraflı məlumat verilir. Belə ki, 1920-21-ci illərdə Dəvəçi rayonundaki Bəy-Əhmədyurd kəndi baş vermiş sürüşmə nəticəsində dağılmış və başqa yerə köçürülmüş, 1943-cü ilin aprelində Yuxarı Fındığan kəndində sürüşmə nəticəsində 50 ev və 40 ha-dan çox əkin sahəsi dağılmış, Tumarxanlı kəndi dağılmışdır. Uzunlğu 5 km, eni 2,5 km olan sürüşmə 3-gün ərzində Böyük Qafqazın cənub yamacında yerləşən Tircan kəndini dağılmışdı, 12 may 1963-cü ildə sürüşmə nəticəsində yenidən bərpa edilmiş Tircan kəndində 35 ev, Varna kəndində 15, Murdu kəndində isə 47 ev dağılmışdır. (Mustafayev 1975, səh 148) 1973-cü ildə Nohurlar kəndi yaxınlığında Girdiman çayın sol sahilində Aqşin adlı sürüşmə hərəkətə gəlmiş və bunun nəticəsində 70-80 yaşlı ağaclar məhv olmuş, çay yatağına küllü miqdarda asılı materialları doldurmuşdu. 80-ci illərdə İsmayıllı, Qəbələ, Oğuz, Şəki və s. inzibatı rayonlarını qısa məsafədə Bakı şəhəri ilə billəşdirmək üçün çəkilmiş Muğanla-İsmayılı avtomobil yolunun on km sahəsi ən qədim və passiv fəaliyyətdə olan sürüşmə ərazisindən çəkilmişdir. Yolun çəkilişi üçün 6,2 mln. rubl sərf olunsada, yol çəkilərkən onun keçdiyi ərazilərdə meşə və kolluqlar qırılmış sürüşmələrə qarşı heç bir mühəndis texniki tədbirlər görülmədiyindən yol istifadəyə verildiyi ildən sürüşmələrə məruz qalmış və onun bir hissəsi istifadə üçün yararsız hala düşmüşdür. Göstərilən yol son 20 illikdə demək olar ki, hər il sürüşmələr baş verir və uzun müddət istifadəsiz qalır, yalnız 9 may 2002-ci ildə yolun 1,5-2 km-k sahəsi tam yararsız hala düşmüşdü. Bu yolda sürüşmələrə qarşı əsaslı mühəndis-müdafiə tədbirləri görülmür, yalnız müvəqqəti təmir işləri aparılır və buna küllü miqdarda dövlət vəsaiti sərf olunur. Göstərilən üsulla bu yolu sürüşmələrdən qorumaq olmaz. Abşeronda, Bakıda baş verən sürüşmə nəticəsində ayaqqabı fabriki, məktəb, çoxlu yaşayış evləri, heyvanxana, Neftçilər prospekti, keçmiş Saraykin küçəsi fasilələrlə dağılmış və yararsız hala düşmüşdü. Burada son dağıdıcı sürüşmə 6-7 mart 2000-ci ildə Bakı şəhərinin Bayıl sahəsində baş vermiş sürüşmə nəticəsində Gəmi təmiri zavodunun yardımçı binalarını, Lukoyl yanacaq doldurma məntəqəsini, 27 fərdi evi və s. tikililəri, əsas magistral yol, kommunikasiya sistemlərini dağıtmış və bunun nəticəsində dövlətə 50 mln. ABŞ dolları məbləğində zərər dəymişdir. Sürüşmə ilə əlaqədar Bakı şəhərinin bir hissəsində işıq, qaz, su, telefon təminatında uzunmuddətli fasilələr yaranmışdır. Bayıl sürüşməsinin son yüz illikdə 5 dəfə belə fəallaşmasını müşahidə etmək olar. Bayıl sürüşməsi Azərbaycanda olan sürüşmələr içərisində ən çox zərərlər vurmuş sürüşmə hesab edilə bilər.

Azərbaycanda sürüşmələrin ən çox fəallaşması 1943, 1963, 1973,1981, 2000,2003-cü illərdə müşahidə edilmişdir. Araşdırmalar göstərir ki, göstərilən illərdə sürüşmələrin belə fəallaşmasına respublika ərazisinə yaz və yayın əvvəllərində yağıntıların normadan 1,5-2 dəfə artıq düşməsi və s. amillər səbəb olmuşdur.

Gələcəkdə Azərbaycanda sürüşmələrin aktiv və ya passiv olmaları haqqında uzun müddətli proqnozlar vermək imkanlarının olmamasını nəzərə alaraq, sürüşmələrin ən çox yayıldığı və tez-tez təkrarlandığı ərazilərdə sürüşmələrə qarşı nə kimi tədbirlərin görülməsini tövsiyyə etmək istərdik. Bu məqsədlə Azərbaycanda ən aktiv sürüşmə rayonu olan Girdiman çayı hövzəsində yerləşən əraziləri nəzərdən keçirək. Bu ərazi 8-9 ballıq seysmik zonada yerləşməklə burada 1828, 1859, 1872, 1902, 1981, 1982 illərdə olmuş dağıdıcı zəlzələlər sürüşmələrin, daş uçqunlarının, sellərin və s. təkrarlanmasını və intensivliyini artıdmış, əhali məskunlaşmasına, istehsalın ərazi təşkilinə çox mənfi təsir göstərmişdir. Göstərilən rayonunu köçəri heyvandarlığının əsas yem bazasını təşkil edən dağlıq və yüksək əraziləri, dağ ətəyi və düzən ərazilərə nisbətən zəif məskunlaşmış, burada yerləşmiş 27 kənddə cəmi 5000 min əhali yaşayır kəndlər çox kiçik olmaqla burada evlər əsasən çay daşlarından inşa edilib, təbii fəlakətlər tam nəzərə alınmadan və onlardan qorunmaq üçün yalnız tarix boyu yiyələndikləri vərdişləri tətbiq etsələr də burada yerləşən kəndlər Varna, Ximran, Zərgəran və s. yaşayış evləri daima dağıntılıra məruz qalır, yollar, kommunikasiya sistemləri dağılır, əhalinin çətin sosial iqtisadi problemləri səbəbindən əhalinin bir qismi bu əraziləri tərk edir və bu ərazilərdə «əhalisizləşmə» prosesi çox sürətlə gedir.

Ərazinin dağlı xarakterli relyefini, sərt keçən qışı vaxtaşırı təkrarlanan təbii fəlakətləri, burada yaşayan əhalinin müasir sosial-iqtisadi durumunu nəzərə alaraq dövlət göstərilən ərazilərə təxirə salınmadan əhalinin burada daimi yaşayışı üçün təxirə salınmaz tədbirlər görməlidir. Bu ərazilər üçün çox böyük həyatı əhəmiyyəti olan Lahıc qəsəbəsinə gedən avtomobil yolunun il boyu fəaliyyəti təmin edilməlidir. Bu yol Azərbaycanda avtomobil yolları içərisində ən çox daş və qar uçqunlarına məruz qalmaqla qismən yaz və qış aylarında fasilələrlə öz fəaliyyətini dayandırır. Təssüflər olsun ki, bu yolu təbii fəlakətlərdən qorumaq üçün dünya praktikasında işlədilən üsullar olan tunellər, beton keçidlər, koridorlar, yamaclara metal torlar çəkmək və s. istifadə edilməklə bu yolun tam təhlükəsizliyini və il boyu fasiləsiz işləməsini təmin etmək olardı. Bu isə öz növbəsində mütəmadi müxtəlif növ təbii fəlakətlərə məruz qalan və göstərilən avtomobil yolundan istifadə edən onlarca yaşayış məntəqələrinin İsmayıllı və Bakı şəhərləri ilə fasiləsiz əlaqələrini təmin edərdi.

Son yüzillikdə Azərbaycanda sürüşmələr elmi istiqamətdə daha ətraflı öyrənilsədə onlara qarşı görülən müdafiə tədbirləri haqda işlər çox məhduddur. Sürüşmələrə qarşı müdafiə tədbirləri Respublikada Bakı şəhərinin Bayıl yamacında, qismən Şamaxı-Ağsu avtomobil yolunun Ağsu aşrımında, Yevlax-Balakən dəmir yolunda, keçmiş və hal-hazırda fəaliyyətdə olmayan Ağdam-Xankəndi-Naxçıvan magistral qaz kəmərində, ayrı-ayrı yaşayış binalarında və s. sahələrdə nəzərə alınsada Azərbaycan kimi sürüşmələrin geniş yayıldığı, bir ölkə bu sahədə görülmüş işlər üçün çox azdır. Onu da nəzərə alsaq ki, Azərbaycan ərazisinin 60 faizini təşkil edən dağlar və dağətəyi ərazilərin bir hissəsi potensial sürüşmə olan ərazilər olduğundan, Azərbaycanda hələlik sürüşmələrin sayı, pasportlaşdırılması onların əhatə etdiyi ərazilər haqda tam dürüst məlumatlar olmaması, sürüşmə olan ərazilərin mənimsənilməsini məskunləşmasını çox çətinləşdirir. Bütünlüklə Respublikada sürüşmələrin yayılmasına dair böyük miqyaslı xəritə indiyə qədər tərtib olunmayıb, sürüşmələri elmi cəhətdən öyrənən və onlara qarşı mübarizə tədbirləri həyata keçirə bilən vahid bir təşkilatın olmaması sürüşmələrə qarşı səmərəli mübarizə tədbirlərini həyata keçirilməsinə imkan vermir.

Nəzərə alınmalıdır ki, Respublika əhalisinin 100 min nəfərdən çoxu, 150-yə qədər yaşayış məntəqələri daima sürüşmə təhlükəsi altındadır.

2000-2003-cü illərdə respublikanın dağətəyi və dağlıq ərazilərində yerləşən bütün inzibatı rayonlarda baş vermiş sürüşmələr dağıntılara səbəb olmuş, Azərbaycan iqtisadiyyatına küllü miqdarda zərər vurmuşdur. Bunlara: 11-12 may 2002-ci ildə İsmayıllı rayonunun 8 kənddə olan dağıntı; 7 sentyabr, 2001-ci ildə Şəki şəhərində; 29 aprel, 2002-ci ildə Qusarın Nəcəf kəndində; 8 may, 2002-ci ildə Şamaxı rayonun Çobanı kəndində; 14 may, 2002-ci ildə Ağsu rayonun Cəgərək və Sanqalay kəndində; və s. rayonlarda olmuş sürüşmələri göstərmək olar. Göstərilən 3 ildə son 50 illikdə Azərbaycanda sürüşmələrin ən aktiv olduğu illər hesab edilə bilər.

Sürüşmələri daha ətraflı öyrənmək və onlara qarşı səmərəli mübarizə tədbirlərini həyata keçirmək üçün Azərbaycanda tam müstəqil, bir elmi istehsalat mərkəzi yaradılmalı, bu mərkəzin maddi texniki, maliyyə imkanları tələb olunan səviyyədə olmalıdır ki, bütün respublika ərazisində sürüşmələrə qarşı mübarizə imkanlarını həyata keçirə bilsin. Yüksək seysmik ərazilərdə yerləşən sürüşmə ərazilərində qorunması tam təmin edilməklə yalnız mühüm dövlət əhəmiyyətli və stateji obyektlərdən başqa yerdə qalan bütün tikinti, inşaat işlərinə qadağa qoyulmalı və belə ərazilərdən yalnız meşə, park sahələri kimi istifadə edilməlidir.

Təklif etdiyimiz elmi istehsalat mərkəzi gələcəkdə yaradılması, nəzərdə tutulan fövqaladə hallar üzrə nazirliyin bir struktur bölməsi ola bilər.

Sürüşmələrin geniş yayıldığı ərazilərdə yaşayan əhalinin sürüşmələrə dair, istehsalın ərazi təşkilinə, tikinti quraşdırma işlərinə dair əsaslandırılmış tövsiyyə xarakterli məlumatlarla təmin edilməsini təşkil etmək lazımdır.

Əgər sürüşmənin hərəkətretmə surəti gün ərzində mm və ya bir neçə santimetrlə ölçülürsə belə ərazilərdə (binalarda) müvəqqəti yaşamq olar. Əgər hərəkət etmə surəti gün ərzində metrlə ölçülürsə belə şəraitdə yaşayış yerlərini vaxt itirmədən tərk etmək lazımdır. Yazın sonu və yayın əvvəllərində sürüşmələrlə daha ehtiyatlı olmaq lazımdır.

Bina və yardımçı tiklilərdə baş vermiş çatların evin hansı hissəsində olmasına, onların ölçülərinə, xüsusi diqqət vermək lazımdır və imkan daxilində çatların artma və genişlənməsinin müəyyən eiməklə sürüşmənin intensivliyini müəyyən etmək olar

Əəgər hiss etsəniz ki, yaşadığınız ev və ya onu əhatə edən ərazidə intensiv sürüşmə baş verir, çalışın birinci növbədə qiymətli əşyalarınızı, sənədləri, dava-dərman məmulatını, qısa müddət üçün qida məhsullarınızı, pal-paltarınızı, yorğan-döşəyi, ən axırda isə mebellərinizi əvvəlcədən müəyyən edilmiş təhlükəsiz müvəqqəti məskunlaşma ərazisinə daşıyın.

Yaşayış məntəqəsi sürüşməyə meyillidirsə, əgər əvvəllər burada sürüşmə baş veribsə, buna uyğun siz özünüzün həyat fəaliyyətinizi tənzimləməlisiniz. Bir qayda olaraq sürüşmələr quraqlıqdan sonra uzun sürən aramsız yağan yağışlardan sonra yazın axırında, yayın əvvəllərində, çox nadir hallarda isə payızın əvvəllərində baş verdiyini bilməniz çox vacibdir. Bunu bilməklə siz göstərilən vaxtda sürüşmə ehtimalına qarşı özünüzü hazırlamalısınız.Yaşadığınız yerin yaxınlığı və ətrafında yerləşən meşə, kolluqlar və bitki örtüyü çox ciddi surətdə mühafizə edilib qorunmalısınız. Sürüşməyə meyilli ərazilərdə yerləşən yaşayış evləri və təsərrüfat obyektləri yüngül konstruksiyalı tikinti materiallarından inşa edilməlidir. Yaşayış yerlərinə gələn kommunikasiya xəttləri ələxüsus elektrik və qaz xəttləri ən təhlükəsiz ərazilərdən çəkilməlidir. Yaşayış məntəqəsində icra hakimiyyəti və bələdiyyə nümayəndələri sürüşmə oldğu təqdirdə bu işlərə bilavasitə rəhbərlik edən bir nəfər müəyyənləşdirməlidirlər. Bu şəxs hələlik ictimayi əsaslarla kənddə fövqaladə hallar komisiyasının nümayəndəsi rolunu oynamalı, gələcəkdə isə fövqaladə hallar üzrə nazirliyin ştatında olan işçisi ola bilər. Göstərilən şəxs kənddə əvvəlcədən inventarlaşma işi aparmalı, əhalinin sayı, xüsusi olaraq uşaqlar, xəstələr, qocalar müvvəqqəti evakuasiya ediləcək yerin, xəstəxana, poçt-rabitə xidmətinin ünvanları əvvəldən dəqiqləşdirilməli.

Sürüşmə fəaliyyətini dayandırdıqda ilkin olaraq yaralı və zərərçəkənləri müəyyən etməli və onları tam təhlükəsiz ərazilərə çıxarılmalarını təmin etməli.

Uçmuş və yararsız hala düşmüş (binaları) yaşayış evlərini müəyyən etməli, dağıntılar altda adamların olub-olmamasını şəxsən ya da sorğlu yolu ilə müəyyən etməli.

Kəndin ilkin olaraq rabitə, işıq xidməti sahələrinin bərpasını təmin etməli. Dövlət və yerli təşkilatlar sürüşmələrə qarşı təklif edilmiş tədbirləri həyata keçirərlərsə, əhali göstərilən tövsiyyələrə rayət edərlərsə öz həyatlarını dağıdıcı sürüşmələrdən qoruya bilərlər.


3.5. Doluvurma

Azərbaycanın dağlıq və dağətəyi ərazilərində tez-tez, düzən ərazilərində isə nadir halda baş verən və respublika kənd təsərrüfatına hər il zərərlər vuran təbii fəlakətlərdən biri də doludur.

Respublika ərazisində dolunun əmələ gəlməsinin, düşməsinin əsas səbəbi, onun relyefi və hava kütləsinin güclü konveksiyasına səbəb olan örtüyün yüksək temperatrlu olmasıdır.

Azərbaycanda dolunu A.Məmmədzadə 1957; Qonçarov, 1964; Mütəlibov 1964; Babayev–Qonçarv, 1968; Qiqineişvili 1973 və başqa tədqiqatçılar tərəfindən müxtəlif nöqteyi-nəzərdən öyrənilmişdir. Bu işlərdən A.A.Mədətzadənin «Azərbaycanda doluvurmasının yayılması və təkrarlanması görə rayonlaşdırılması» işi daha böyük maraq doğurur (1957).

Bu rayonlar dolu hadisələrinə görə aşağıdakı kimi xarakterizə edilə bilər.


  1. Kiçik Qafqazın şimal hissəsində ildə dağlarda 4-7, dağətəyində 2-3, düzənliklərdə dolunun təkrarlanması ildə bir gündən artıq olmur.

  2. Kiçik qafqazın şərq hissəsində yüksək dağlıq (2000m dən yuxarı) ərazilərində ildə 6-8 günə, dağlıq ərazilərdə 3-5 günə, düzənliklərdə 1-2 günə bərabərdir.

  3. Ovalıq və dəniz sahili ərazilər daxil olmaqla Talış dağlıq ərazisində doludüşən günlərin sayı ildə bir gündən artıq olmur, amma 200 m –dən 1000 m qədər olan ərazilərdə 2 gündən 4 günədək dolu müşahidə edilir.

  4. Azərbaycan ərazisində Böyük Qafqazda dolunun orta düşmə müddəti cənub yüksək dağlıq hissəsində (2000m-dən yuxarı) 4-5 günə, dağlıq hissələrdə (1000-1500m) 1-2 günə, düzənlik hissədə 1 günə, dağlıq ərazilərin şimali-şərq tərəfində 2-3 günə bərabərdir.

  5. Naxçıvanın dağlıq ərazilərində dolu düşməsi ildə 4-5 günə, düzənliklərdə isə 2-3 günə bərabərdir.

  6. Azərbaycaqnın düzənlik ərazilərində dolunun düşməsi 4-5 idə 1 dəfə, qərb rayonlarda isə 2 ildə 1 dəfə müşahidə edilir.

Dolunun 60-70%-i əsasən may və iyun aylarında, dağlıq ərazilərdə, Kür-Araz düzənliyində və dənizkənarı ərazilərdə dolu düşmə hallarının 60%-i aprel-may aylarına təsadüf olunur.

Dolu əsasən meyvə ağaclarından albalı, gilas, armud, alma, ərik, üzüm vəs. çiçəklənmə və bar verməsi vaxtı həm də pambıq və qarğıdalının cücərməsi taxılın yetişməsi vaxtı daha təhlükəli olur. Dolu bəzən ev quşlarını və xırdabuynuzlu heyvanlarıda öldürə bilir. İri dolu yaşayış evlərinə və s. təssərrfat tikintilərinə də ziyan vurur.

Qafqazda o cümlədən, Azərbaycanda doludüşmənin öyrənilməsi XIX əsrin ortalarından aparılır.1851-ci ilin «Qafqaz təqvimində» 1845-1850-ci illərdə doluvurmaların siyahısı verilmişdir. Göstərilən mərkəzdə vaxtaşırı dağıdıcı təbii fəlakətlər həmçinin də doluvurmalar təsnifatı verilmişdir.

Məsələn. 1852–ci il tarixli «Qafqaz Təqvimində» oxuyuruq: "6 avqustda. Kür çayı sahilində, Eymir kəndindən Katovana qədər 40 verstlik bir məsafədə güclü göy gurultusundan sonra, 1 /4 saat ərzində güclü yağışla bərabər və çəkisi 1- 20 fut çatan müxtəlif ölçülü, müxtəlif formalı buz parçaları yağmışdır, bunun da nəticəsində bağlar, bostan sahələri məhv olmuş, meşələrdə böyük ağacların bütün budaqları sınmış, çəkil bağlarında isə ağaclar kökünə qədər məhv edilmişdir."

"Qafqaz haqqında məlumatlar məcmuəsi"ndə (VII cild, səh 465-535) 1859-1878-ci illər ərzində dolu haqqında çox səhih məlumatlar 70 səhifəlik cədvəllər şəklində verilir, burada dolu vurmanın (düşməsinin) siyahısı, yeri və vaxtı göstərilməklə itkilərin miqdarı göstərilir. Bizim tərəfimizdən öyrənilən heç bir mənbədə dolu haqda bu qədər zəngin və ətraflı məlumatlara rast gəlməmişik. Ümumiyyətlə, göstərilən dövr ərzində Qafqazda 451 dəfə dolu düşməsi qeydə alınıb. Bunun 333 dən dəyən zərər 5,5, mln rubla bərabər olmuşdu. Göstərilən dolunun 249-u Zaqafqaziyanın payına düşməklə dəymiş zərər 3 mln rubl təşkil etmişdir. Azərbaycanda göstərilən müddətdə 49 dəfə dolu düşüməsi qeydə alınmışdır. Yelizavetpol və Bakı quberniyalarda doludan dəymiş ziyan 0,5 mln rubla bərabər olmuşdur.

Sonraki dövrlər üçün doluvurmalar 1891 – 1895 və 1912 – 1916 – cı il tarixli «Qafqaz təqvimi»nin ayrı-ayrı cildlərində rast gəlinir. Axırıncı 5 kitabda doludan quberniyalara, qəzalara, uyezdlərə, şəhərlərə dəyən ziyanı göstərən cədvəl verilib. Ümumiyyətlə, Qafqazda beş il ərzində doluvurmadan dəyən ziyan 22,4 mln rubl, Azərbaycanda isə 2,5 mln rubl olmuşdur. Ən çox ziyan çəkən Yelizavetpol quberniyası, qəzalar arasında Zəngəzur – 489 min rubl, Gəncə – 380 min rubl, Karyagin – 370 min rubl olmuşdur.

Sonrakı illərdə isə dolu vurma ilə əlaqədar aparılan işlərin nəşri tam və sistemli olmamışdır. Ancaq bu məsələyə həsr olunmuş bəzi qiymətli işlər də çap olunub. Bunlardan Antadzenin Zaqafqaziyada təbii fəlakətlərə həsr olunmuş məqaləsi (1926 səh 73-80) və Qamxaraşvilin dolu ilə mübarizəyə həsr olunmuş məqaləsində (1926 səh 107-114) 1927 – ci ildə Zaqafqaziya ərazisində baş vermiş doluvurmaya həsr olunub. O, vaxt doluvurma nəticəsində 35 qəzada müxtəlif kənd təsərrüfatı bitkiləri zərər çəkmişdir. 1927 – ci il doluvurmasından zərərçəkənlərin sayı 1911 – ci ildəkindən az fərqlənirdi. O vaxt doluvurma Zaqafqaziyada 800 yaşayış məntəqəsini əhatə etmişdi lakin 1927 ci il dolouvurma bütün əvvəlkilərdən daha intesiv olmuşdur. O dövrdə Dövlət Sığorta İdarəsinin məlumatına görə doluvurmadan Gəncə qəzasında, Dağlıq Qarabağda və Kürdstanda 60 məntəqə doludan zərər çəkmişdir. Həqiqətdə isə Azərbaycanda doluvurma daha çox olmuşdur, ancaq başqa qəzalarda sığorta haqqında məlumat olmadığına görə, dolu və digər təbii fəlakət hadisələri qeydə alınmayıb. O vaxtlar doludüşmə nəticəsində əhaliyə dəyən ziyanın miqdarını torpaq komissariatı aparmalı idi, ancaq əfsuslar olsun ki, bu məsələlərə lazımi diqqət yetirilməmişdir.

Azərbaycanda doluvurma ilə mübarizəyə İ. Fiqurovskinin çox maraqlı işi həsr olunub (1927). Müəllifin yazdığına görə doluvurma ilə mübarizə işlərinə XIX əsrin axırlarından başlayıb. O, 1909–1910–cu illərdən Zaqafqaziyada, 1926 – cı ildən Azərbaycanda istifadə olunan doludan müdafiə üçün raket metodunu xarakterizə edir.

1960-cı ilin ortalarına qədər vurulmuş ziyanın qiymətləndirmək üçün biz bütün təbii fəlakətləri qismən qeydiyyatı aparılan Azərbaycan Dövlət Sığorta İdarəsinin materiallarrından istifadə etmişik. Bu materiallarda rayonlarda, təbii fəlakətin baş vermə tarixi, zərər çəkmiş kənd təsərrüfatı bitkilərinin, sahəsi və həmçinin dəymiş ziyanın miqdarı göstərilirdi. (məcburi və könüllü sığorta növlərinə görə).

Bu göstəricilərin olması ilə əlaqədar dəymiş ziyanın xarakteri haqqında nəticə çıxarmağa imkan verir. Məsələn, 3 il ərzində (1964 - 1966) respublikada müxtəlif təbii fəlakətlər nəticəsində 120 min ha kənd təsərrüfatı bitkiləri, bağlar və üzümlüklər məhv olmuşdur ki, bunun da yarısı doluvurmanın payına düşürdü. Doludan zərər çəkmiş sahələrdən yarıdan çoxu dənli bitkilərin, 1 /6 hissəsi isə pambıq və tütün kimi texniki bitkilərin payına düşürdü.

Ancaq 1966 – cı ildən sonra yuxarıda göstərilən formada hesabat aparılmayıb. Ona görə də Azərbaycan hidrometeorologiya İdarəsinin buraxdığı meteoroloji aylıq məcmuələrinə müraciət etməli olduq. Burada doluvurmanın tarixi, müddəti və yeri göstərilir. Ziyana gəldikdə isə onun olub – olmaması qeyd olunur, ancaq konkret miqdarı göstərilmir. Bu mənbədən verilən məlumtalara görə 1969–1970–ci illərdə doludan 30 rayon zərər çəkmişdir.

Təəsüf ki, həmin məcmuədə bütün dolu düşmələri qeydə alınmamışdır. Məsələn, Qazax rayonun 10 təsərrüfatında 1969 – 1973 –cü illər ərzində dolu nəticəsində 600 ha dənli, 100 ha çoxillik yem bitkiləri sahəsi məhv olmuş və Ziyan 500 min rubl məbləğində qiymətləndirilir. Belə misalları başqa rayonlar üzrə də çəkmək olar.

Doluvurmadan ən ağır nəticələr Zakatala rayonunda 1970 ci ilin aprel – may aylarında, Qazax rayonunda 1972-ci ilin sentyabr ayında, Saatlı rayonunda isə 1973-cü ilin yanvar ayında qeydə alınmışdır. Zakatala rayonunda 1970 – cı ilin aprel – may aylarında düşmüş dolu nəticəsində 318 ha tütün (əkinin 100%) 801ha taxıl, 115ha arpa, 202 ha qoz ağacları, 21ha çay plntasiyası, 180 ha çoxillik yem otları sahəsi, 5 ha bostan bitkiləri məhv edilib. Beləliklə, təkcə bir rayonda 1805 ha əkin sahələri və bağlar zərər çəkmiş, 600 min rubl məbləğində ziyan dəymişdir.

Sonrakı illərdə də dolu respublika təsərrüfatına böyük ziyan vurmuşdur. Məsələn, 1982 –ci ilin iyun ayında Tovuz və Şamxor rayonlarnıda kənd təsərrüfatı sahələri leysan yağışları ilə bərabər doluya məruz qalmışdı. Bunun nəticəsində pambıq tarlaları, üzümlüklər, dənli bitki sahələri böyük zərər çəkmişdir. Yalnız 2002-ci il 25 mayda baş vermiş dolu Qazax, Tovuz, Ağstafa, Qax rayonlarının təsərrüfatına 100 mlrd manatlarla zərər vurulmuşdu. Qax rayonunda düşmüş dolunun hündürlüyü 0,5 m olub.

Qeyd edildiyi kimi, Azərbaycanda doludann müdafiə işi vaxtı ilə yaxşı qurulmuşdu. Dolu yeganə təii fəlakət növü idi ki, onunla mübarizə üçün vaxtı ilə ixtisaslaşmış təşkilat–Azərbaycanda dolu ilə mübarizə etmək üçün Hərbiləşdirilmiş xidmət yaradılmışdır.

Başqa təbii fəlakətlərdən fərqli olaraq, dolu ilə mübarizə üsulu birdir, onun mahiyyəti buludun tərkibinə kristal reagentlərin daxil edilməsi ilə zərərləşdirilmiş süni dolu yaratmaqdan ibarətdir. Bu üsulun reallaşması üçün doluyağdıran buludlara təsir edən üç müstəqil üsul mövcud olmuşdu.

- artilleriya üsulu–artilleriya qurğuları vasitəsilə reagent birbaşa dolunun yaranma və artma mərkəzinə daxil edilir.

- raket üsulu–raketlər vasitəsilə, buludun soyumuş hissələri reagentlərlə aşılanır.

- qarışıq üsul–artilleriya mərmiləri vasitəsilə buludun isti hissəsinə hidroskopik maddə, soyumuş hissəsinə isə kristal reagent daxil edilir, yəni əvvəlki iki metodla buludun isti hissəsi aşılanır.

Vaxtıilə Azərbaycanda doludan müdafiə olunan sahələr 1 mln ha olmaqla doludan qorunan sahənin 90% artilleriya, qalan 10% isə raket üsulu ilə həyata keçirilir.

Azərbaycan SSRİ-də Hərbiləşdirilmiş doludan müdafiə xidmətinin tərkibinə 7 dəstə: Kirovabad, Şamaxı, Naxçıvan və b daxil idi.

Doludan müdafiənin effektliyi 1974 cü ildən 1982 ci ilə qədər artıb 13 mln –dan 20 mln rubla çatsada sonrakı illərdə Azərbaycanda baş vermiş hadisələr nəticəsində bu lazımlı təşkilatın fəaliyyəti dayandırılmış oldu.

Bizim fikrimizcə son 10 ildə öz fəaliyyətini dayandırmış doluya qarşı mühafizə dəstələrinin fəaliyyətləri bərpa edilməlidir, çünki dolu hər il Azərbaycan iqtisadiyyatına yenə də küllü miqdardazərərlər vurur.



Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə