Bəzi tfh ilə insanlar hələ qədim zamanlardan qarşılaşsalar da, digər bir qismi antroporgen fəaliyyətin genişlənməsi ilə yaranmış və yalnız son 100 ildə diqqəti cəlb edir



Yüklə 2,03 Mb.
səhifə2/14
tarix28.04.2017
ölçüsü2,03 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   14

I bölmə


TFH-nin iqtisadi-coğrafi baxımdan öyrənilməsinin nəzəri və metodiki əsasları.
I fəsil. TFH-nin coğrafi baxımdan öyrənilməsinin nəzəri və metodoloji əsasları.
1.1 Əsas anlayışlar

Elmi ədəbiyyatlarda TFH-nin həm forma, həm də məzmunca bir-birindən əsaslı surətdə fərqlənən çoxlu sayda təriflər və terminlərə rast gəlinir. Çox zaman isə bir-birinə oxşar təriflərdən istifadə olunur. Məsələn, təbii fəlakət hadisələri; təbii dağıdıcı və katostrofik hadisələr; xüsusi təhlukəli hadisələr; təbii fəlakətlər; təhlükəli hidrometeroloji hadisələr; təhlükəli təbiət və ya fiziki coğrafi proseslər; qarşısıalınmaz qısamüddətli proseslər; təbii geoloji hadisələr; ekstremal təbiət hadisələri və s.

Bəzi təbii fəlakətlərin təsviri və qiymətləndirilməsi zamanı tətbiq olunan terminologiyanın hərbi xarakter daşıdığı qeyd edirlər. Məsələn, zəlzələ, quraqlıq, qasırğa kimi TFH-ni nəinki mütəmadiliyinə, həm də təsərrüfata vurduqları maddi ziyana, bəzən də insan tələfatı təhlükəsi yaratdıqlarına görə fəlakətli hadisələr və ya faciəli hadisələr adlandırırlar. S,M Stoyko və PR Tretyak (1983) «həyat tərzi və insan əməyi üçün ilkin və əlverişli amillərin gözlənilmədən uzlaşması nəticəsində qısa zaman ərzində təbiəti müəyyən qədər dəyişən» hadisələrə böyük diqqət yetirirlər. «Qarşısıalınmaz qüvvəyə malik qısa müddətli hadisələri təbii proseslər adlandırırlar». Digər müəlliflər TFH-nin anlayışını geniş şəkildə şərh edərək, verdikləri tərifə uyğun olan hadisələrin mahiyyətini və onların səbəblərini əlavə edirlər. Məsələn, Miller təbii prosesləri bir qayda olaraq təbii amillərinin qarşılıqlı fəaliyyəti və onlara antropogen təsir nəticəsində meydana çıxan biosferinin konkret sahəsi üçün qısa müddətli, lakin böyük gücə malik qeyri tipik hadisə kimi izah edir. İ.P.Kerasimov və P.V.Zvankova (1978) TFH-in fovqəladə, dinamik proseslər ilə əlaqəsini qeyd edərək, onların qeyri-müəyyən zaman ərzində baş verməsini və nəticələrinin də eyni olmadığını göstərirlər. Tədqiqatçıların bir çoxu isə «hər hansı bir təbii prosesin və hadisənin yalnız insan və onun təsərrüfatı ilə əlaqədə katastrofik (faciəli), dağıdıcı, təhlükəli şəkil ala bilir» fikri ilə razılaşırlar.

V.M.Kotlyakovun(1977) qeyd etdiyi kimi, təbii proseslər təbiət üçün onun bütün inkişaf mərhələlərində xarakterik olub, ayrı-ayrı ərazilərin və ya landşaft komponentlərinin keyfiyyət baxımından yeni vəziyyətə keçməsində ətraf mühitinin inkişafında həmişə inqilabi rol oynayırlar. Lakin «katostrofik-faciəli» anlayışı mütləq olaraq sosial-iqtisadi xarakter daşıdığından, o təbii prosesin sərbəst gedişini izah edə bilməz.

Akademik D.V.Nalivkin (1969) də öz növbəsində bu cür nöqteyi nəzəri dəstəkləyərək, «faciə», «faciəli» terminlərinin – anlayışlarının adətən insanlara, onların həyatına, quruculuq işlərinə münasibətdə tədbiq olunduğunu qeyd edir. «Faciə həyatın normal axarının dayanması deməkdir» (Thompson,1983.). Bu baxımdan «Təbii fəlakət» anlayışına fiziki coğrafiyaya aid terminlərin dörd cildli ensiklopedik lüğətində «dağıdıcı qüvvəyə malik hər hansı bir təbiət hadisəsi» kimi tərif verilmişdir. Burada TFH-nin iqtisadi və sosial nəticələri nəzərə alınmadığından, biz bu tərifi uğursuz hesab edirik.

Ədəbiyyatlarda eksterimal təbiət hadisələri (ETH), tarixi təbiət hadisələri (TTH), təbii fəlakətlər (TF) və sair terminlərdən daha çox istifadə olunur. Onun üçün bu anlayışların qarşılıqlı əlaqəsini nəzərdən keçirək. Məsələn, ekstrimal təbiət hadisəsi (ETH) dedikdə hər hansı bir mövcud ərazi üçün tipik, səciyyəvi olan qanunauyğun coğrafi prposeslərin çoxillik təzahürünün orta göstəricilərində baş verən tərəddüdlər və ya hər hansı kənara çıxma halları nəzərdə tutulur. R.Q.Safiullin(1979) ETH-ni təsərrüfat obyektlərinin fəaliyyətinə, inkişafına və yerləşdirilməsinə təsir göstərən, lakin təbii fəlakətlərdən fərqli olaraq illərlə toplanmış maddi dəyərlərin məhvinə səbəb olmayan təbii proseslər kimi xarkterizə edir. A.T.Altunin (1976) təbii fəlakətlər anlayışını əhalinin normal həyat fəaliyyətinin gözlənilmədən pozulması, maddi dəyərləri qəflətən dağıdılması və məhv edilməsi kimi izah edir. Sovet ensiklopedik lüğətində (1984-cü il, 3-cü nəşr) TFH insan tələfatına səbəb olan və maddi ziyan vura bilən faciəli təbiət hadisələri kimi izah edilir. Bu təriflərdə təbiət hadisələri və təbii fəlakətlər kimi iki anlayış eyniləşdirilir. Fikrimizcə, anlayışların bu cür izahı göstərilən terminlərin tam mənasını əks etdirmir. Ona görə ki, hər bir təbii proses heç də TF səbəb olmur. Təbii fəlakət həmişə təbiətin böyük dağıdıcı qüvvəsi ilə meydana çıxaraq, müvafiq şəkildə maddi dəyərlərin məhvi, psixoloji pozğunluqlar, insan təlafatı ilə xarakterizə olunur. TFH, ETH kimi yalnız təbii amillərlə əlaqədar baş verdiyi təqdirdə, onlar bu təzahürlərin doğurduğu sosial proseslər ilə sıx bağlı olur. Qilbert Uayta (1978) təbii fəlakət anlayışını əhalinin qarşılıqlı təsir və təmasında baş verən təhlükə ilə bağlı olan hadisə kimi izah edir. O, insanların TFH-dən azad olmasını, onların sosial həyat tərzlərini təbiətdən istifadə sisteminə uyğunlaşdırmaqda görür. Rayonun təbiət hadisələrinə qarşı davamsızlığını təyin edən amillərə onun tarixi və sosial şəraiti, eləcə də iqtisadi inkişaf səviyyəsi şamil edilir. (İ.P.Kerasimov və T.V.Zvankova, 1978. ).

Dövlətin TFH-nə qarşı zəruri texniki müdafiə vasitələrinin mövcud olmadığı və əhaliyə iqtisadi, mənəvi və tibbi yardım göstərə bilmədiyi hallarda TFH-r TF-ə çevrilir.

Buna 1889-1892,1897,1901-ci illərdə Rusiyanın avropa hissəsində quraqlığın doğurduğu aclığı misal göstərmək olar. 1921-ci ildə gənc Sovet dövlətinin Volqaboyu rayonunun aclıq çəkən əhalisinə yardım göstərə bilməməsi nəticəsində ərazini bürüyən quraqlıq, şübhəsiz olaraq təbii fəlakət hesab edilmişdir. Lakin buna oxşar və hətta daha kəskin olan 1946 və 1972-ci illərin quraqlığı artıq əvvəlki kimi faciəli nəticələrə malik ola bilməmişlər. Buna görə də «təbii fəlakət» anlayışının 1946-1972-ci illərin quraqlığına heç bir aidiyyatı yoxdur. Başqa sözlə desək, əvvəllər olduğu kimi Rusiyanın ərazisində tez-tez nəzərə çarpan quraqlıq və qara küləklər artıq TF-ə çevrilmirlər. Onların təzahür etdikləri rayonlarda ardıcıl müdafiə tədbirləri həyata keçirilir. Quraqlıq və ya quru isti küləklər nəticəsində dəyən ziyanın dəyəri isə Dövlət və digər özəl sığorta şirkətlərinin xətti ilə ödənilir. Dəymiş zərərə görə ödəmə, xəbərdarlıq, müdafiə və «kompensasiya» vasitələri təbii hadisələrin təhlükəsini zəiflətmək, və ya təmamilə ləğv edərək, onların TF-ə çevrilməsinin qarşısı alınır. Lakin, təbii proseslər arasında gözlənilməz hallar mövcud olduğundan, onlar baş verdiyi vaxt, yer və miqyasına görə öz məcrasından çıxaraq TF-ə çevrilirlər. Buna 1948-ci ildə Aşqabadda baş vermiş zəlzəni və yaxud 1984-cü ilin iyun ayında Rusiyanın Yaroslav, Kostroma, İvanova vilayətlərini və onlara qonşu rayonları çuğlayan qasırğanı misal çəkmək olar. Bəzi hallarda TFH insanların günahı və bağışlanmaz səhvi nəticəsində TF-ə çevrilir. Məsələn, sellər yaşayış məntəqələri, təsərrüfat sahələri və insan həyatı üçün təhlükə yaradan təbiət hadisələrindən biridir. Lakin, sellərin baş verməsi antropogen amillərlə əlaqədar olduğundan, çox zaman onların fəaliyyətini proqnozlaşdırmaq mümkün olur. Sel hadisəsindən ziyan çəkən və ya bu təhlükə ilə qarşılaşan rayonlarda ərazidən istifadəyə dair müəyyən tələblərə riayət olunarsa, təbii proseslərin təsərrüfata və əhaliyə təsiretmə qüvvəsini zəiflətmək mümkündür. Lakin belə təbii proseslərdən vaxtında müdafiə olunmaq üçün zəruri tədbirlər görülmədikdə, ərazi üçün təbii sayılan sel hadisəsi TF-ə çevrilir. Fikrimizcə geniş mənada TFH dedikdə məhsuldar qüvvələrin inkişafına və yerləşdirilməsinə təsir göstərən, insan və təbiət tərəfindən yaradılmış maddi nemətləri məhv edən, əhalinin hayat və sağlamlığı üçün təhlükə yaradan, yerin coğrafi örtüyündə baş verən proseslərin məcmusu başa düşülür.

Bu kitabda əsasən TFH nəzərdən keçirilsə də, lakin buraya bir sıra hallarda xüsusi gücü ilə fərqlənən, təbiətə və təsərrüfata böyük zərərlər vuran ekstremal təbii hadisələri ETH də aid etmək mümkündür. TF terminindən kitabda mahiyyətinə görə bu anlayışa müvafiq olan təzahürlərin təsviri zamanı istifadə olunur. Xarici ədəbiyyat mənbələrindən istifadə olunması zamanı da «təbii fəlakət» termini geniş şəkildə tətbiq olunduğunu görürük. İngilis dilli ədəbiyyatlarda ən çox işlədilən terminlər «natural dizaster» və «natural hazards» (hər iki termin «təbii fəlakət» anlayışını əks etdirən ) terminləridir /Q. Uayt1978/.
1.2. TFH-nin təsnüfatı

Aparılan tədqiqatların elmi baxımdan yaxşı dərk olunmasında öyrənilən hadisələrin təsnifatının aparılması əsas mərhələlərdən biri sayılır. TFH haqqında mövcud təsəvvürlərin sistemləşdirilməsi və onlara qarşı mübarizə işlərinin yüngülləşdirilməsi üçün bu problemin ayrı-ayrı tədqiqatçılar tərəfindən təzahürlərin müxtəlif təsnifatları verilmiş və bu proses indi də davam edir. TFH-nin formalaşmasını və zərərli təsirini şərtləndirən əsas amillərdən asılı olaraq, çoxlu sayda buna oxşar təsnifatlar işlənib hazırlanmışdır. Lakin bir qayda olaraq hər bir təklif olunmuş təsnifat bütün TFH-nin məcmusunu deyil, yalnız onun bir-iki növlərini əhatə etmişdir. Ona görə də bütün əraziləri əhatə edən TFH-nin ümumi əlamətlərini özündə birləşdirən vahid təsnifat hazırlanmalıdır. Bu təsnifat ayrı-ayrı TFH-nin yaranmasına təsir göstərən amillərin müxtəlifliyinin nəzərə alınmaqla, yalnız hər hansı bir «dominant» əlamətlərin ümumiləşdirilməsi və fərqləndirilməsi zamanı mümkündür. Belə amillərin daha ətraflı şəkildə sistemləşdirilməsi üçün tədqiq olunan TFH-nin məqsədli təyinatından və xarakterindən asılı olaraq təsnifatın müxtəlif növlərinin işlənib hazırlanması məqsədəuyğundur.

Bütün TFH əksər hallarda xalq təsərrüfatının və təbii mühitinin tarazılığını pozur, mənfi iqtisadi nəticələrə səbəb olurlar. Bu ziyanın xarakteri TFH-nin fiziki mahiyyətindən, mənşəyindən, coğrafi yayılmasından, eləcə də onların müəyyən müddət ərzində inkişaf etməsindən və başa çatmasından asılı olaraq dəyişilir. Ona görə də K.Xyuit və L.Berton(1972) TFH-ni atmosfer, hidroloji, geoloji və bioloji kimi 4 kateqoriyaya bölürlər. Bu cür təsnifat əsas etibarı ilə heç bir etiraza səbəb olmasa da, TFH-nin dərin təhlili üçün çox sxematikdir. TFH-nin müxtəlifliyini onun növlərinin məhdud sayına çatdırmaq cəhti bəzən daşqınları və qar uçqunlarını geoloji qrupa daxil etməyə şərait yaratmışdır ki, bununla da razılaşmaq olmaz.

TFH-nin əsaslandırılmış şəkildə dərk olunması, öyrənilməsi və proqnozlaşdırılma metodikasının təşkili üçün daha etibarlı vasitə onların sistemləşdirilməsidir. TFH mahiyyətindən, xarakterindən, yaranmasından və zaman-məkan daxilində dəyişməsindən asılı olaraq elmi ədəbiyyatlarda ilk dəfə sistemləşdirib, təsnifatını verənlər B.Ə.Budaqov,N.A.Babaxanov(1978) olmuşlar. Müəlliflər TFH-nin aşağıdakı kimi sistemləşdirilməsini təklif edirlər. Əvvala, bütün TFH yerüstü və yerdən kənar növlərə bölünürlər. Yerdən kənar TFH kosmogen mənşəyə malik olub atmosferdə, yerüstü TFH isəYer kürəsinin coğrafi örtüyündə əmələ gəlirlər.


Təbii fəlakət hadisələrinin sistemləşdirilməsi



Tiplər

Törəmələrin şərtləri

Təbii-dağıdıcı hadisələrin növləri və təzahürlərin davamı:

1. Ani; 2. Saat, günlər; 3. Həftələr, aylar.



1

2

3

Yerdənkənar baş verən

Yer kürəsində baş verən



Kosmik

Meteoroloji-iqlim

Hidroloji

Hidrometeoroloji və geoloji-geomorfoloji


Buzlaq-meteoroloji

Buzlaq-hidroloji


Geoloji
Geoloji-tektonik

Tektonik-hidroloji


Geoloji-geomorfoloji

Meteoritlərin düşməsi 1.

Asteroidlərin düşməsi 2.

Kometalarla toqqüşma 1.

Genəş fəallığı 1.


İstilik 2. Quraqlıq 3. Qara yel 3. Tozlu tufan 2. Qum yığımı 2. Qar yığımı 2. Boran 2. Qar fırtınası 2. İldırım 1. Şiddətli külək 2. Fırtınalı külək 2. Qasırğa 1. Tufan (Tornado) 1. Şaxta 2. Güclü şaxta (soyuq dalğa) 2. Leysan 2. Çox davamlı yağış 3. Dolu 2. Duman 2.
Güclü subasma 2. Daşqın 2. Su qasırğası 1. Güclü dalğa 2.
Sel 2.

Buzlaq aşınması 1. Qar uçqunu 1. Buzlaqların hərəkəti 3.


Qalın buz 3. Çay tıxanması 2. Aysberq 1.
Yeraltı yanğın 3.
Vulkanların püskürməsi 1. Zəlzələ 1. Palçıq vulkanlarının püskürməsi
Sunami 2.

Sürüşmə 2. Uçqun 1. Daş uçqunları 1. Aşınma 2.


1.1. Cədvəldən göbründüyü kimi TFH-nin mənşəyi və inkişafına ayrı-ayrı amillər (kosmik, meteoroloji-iqlim, hidroloji və sair) və ya onların birləşməsi (hidrometeoroloji və geoloji-geomorfoloji, tektonik-hidroloji, biometeroloji) təsir göstərir. TFH-nin müəyyən zaman kəsiyi ərzində meydana çıxması, inkişaf etməsi və başa çatması göstəriciləri müxtəlifdir. Belə ki, ildırımın əmələgəlməsi və başa çatması üçün 1-10 saniyə, sellər üçün 20-30 dəqiqə, quraqlıq üçün isə 10-20 gün, bəzən isə bir neçə ay tələb olunur. TFH-nin müəyyən zaman ərzində davamlığının müxtəlifliyini nəzərə alaraq, onların təhlükəlilik dərəcəsini və müdafiə imkanını, optimal hallarda isə onların insanların həyat fəaliyyətinə təsir qüvvəsinin qarşısının alınmasını və ya zəiflədilməsini təyin etmək mümkündür. Başqa sözlə desək, təsir qüvvəsi gözlənilmədən meydana çıxıb, ani vaxtda baş verərsə, o zaman ondan xilas olmaq çətindir. Təsir qüvvəsi əksinə, proqnozlaşdırıldıqda və onun meydana çıxması ilə təzahür etmə müddəti məlum davamiyyət ilə fərqləndikdə, o zaman onun mənfi təsirini müəyyən qədər zəiflətmək olur. TFH-nin digər vacib cəhəti, onların fasilələrlə təzahür etməsidir. V.M.Kotlyakov(1977) TFH-ni qeyri-dövrülük metodu üzrə qiymətləndirərək, onları ildə bir neçə dəfə (qar və daş üçqunları, qar yığını, güclü daşqınlar), ayrı-ayrı illərdə (çayda buz yığını, daşqın, quraqlıq, sel), uzun illərdən sonra (buzlaqların əriməsi, zəlzələ, sunami küləkləri, vulkan püskürmələri) baş vermələrinə görə təsnif etmişdir.

TFH-nin T.V.Zvankov(1970) tərəfindən təklif olunmuş təsnifatı tətbiqi xarakter daşıyır. Müəllif yer səthində baş verən və müxtəlif tikililələrə mənfi təsir göstərən, müdafiə tədbirlərinin həyata keçirilməsini tələb edən fiziki-coğrafi prosesləri növbəti qruplara bölür;

1/ sellər, qar və daş uçqunları (dağlarda)

2/ torpağın donmuş halda qabarması, karst uçurumu, torpaq sürüşmələri;

3/ erroziyalı-akkumlyativ;

4/ suffozionlu, torpağın donmuş halda soliflükasiyası;

5/ qum və qar yığını, düzənlikdə buzlaşma prosesləri.

Təbii proseslərin hər bir növünə və onların dinamikliyinə dair kəmiyyət və keyfiyyət xarakteristikalarının təqdim olunması ilə əlaqədar olaraq burada həm törədilən dağıntıların,, həm də müdafiə tədbirlərinin xarakteri təsvir olunmuşdur. T.V.Zvankovun təsnifatı böyük praktiki əhəmiyyət kəsb edir.

TFH-nin növləri və onların baş vermələrinə görə sistemləşdirilməsi dağlıq ölkələrdə baş verən ekzogen proseslərin timsalında V.F.Petrov(1976) tərəfindən təsnif olunmuşdur. O, dağlarda baş verən təbii-dağıdıcı prosesləri (ümumi sayı 22) növlər, yarımnövlər, siniflər, və yarımsiniflər üzrə təsnif etmişdir. Məsələn, daş uçqunları və çökmələr planetar yarım növün qravitasiyalı sinifinə, sellər isə hidroloji növün su mənşəli yarımnövünün füllüvial sinifinin çay axımının yarım növünə aid edilir. Aridli növ, müəllif tərəfindən iki yarımnövə (planetar və eol) üç sinifə, hidroloji növ isə iki yarım növə (su və buzlaq), dörd sinifə və səkkiz yarım sinifə bölünür.

Təbii fəlakətlərin C.X.Latter(1969) tərəfindən aparılan təsnifatında tamamilə başqa əsaslandırılmış prinsipdən istifvdə olunmuşdur. O, TFH nadir hallarda baş vermiş insan tələfatının maksimal sayına görə (bütün bəşər tarixi boyu) sıralara ayıraraq, gələcəkdə bu rəqəmin maksimum həddə çatmasından asılı olaraq qiymətləndirmişdir. Onun qiymətləndirmələrinə görə daha dağıdıcı qüvvəyə malik TFH belə bölünürlər: leysan yağışlarının törətdikləri daşqınlar 1-2 milyon nəfərdən çox ; zəlzələ 830 min-1,5 milyon;; tayfun və ya qasırğa 300 min-0,5 milyon; seysmik mənşəli sunami küləkləri 215-250 min; sürüşmələr 200-250 min; vulkan püskürmələri 100 min – 2 milyon nəfər insan ölümünə səbəb ola bilər. Bu cür təsnifat TFH-nin bəşəriyyət üçün yaratdığı təhlükə haqqında ən ümumi təsəvvürlər əldə etməyə imkan verir. Artıq Letterin elmi işinin dərc olunmasından bir il sonra Banqladeşdə baş vermiş siklon iki dəfə çox, yəni 1 milyon insan həyatına son qoymuşdur. Bu hadisəni müəllif əvvəlcədən müəyyən edə bilməmişdir.

TFH-nin faciələrinin ölçülərini və onların statistik göstəricilərini qiymətləndirmək üçün E.R.Maykılzın(1983) təqdim etdiyi təsnifat xüsusi maraq kəsb edir. Müəllifə görə bədbəxt hadisəyə – 1 nəfərdən 1000 nəfərə qədər insan həyatının məhv olması və təhlükə altında qalması; fəlakətə –1000 nəfərdən 1 milyona qədər insan həyatının məhv olması və ya təhlükə altında qalması; daha geniş həcmli və ya böyük miqyaslı faciələr törədən fəlakətlərə isə-1 mln. nəfərdən çox insan həyatının məhv olması və ya təhlükə altında qalmasını aid edir.

Təbii fəlakətlərin miqyasları haqqında digər təsəvvürləri L.Şıhanın və K.Xyuitın (1983) təsnifatı əks etdirir. Onlara görə iri miqyaslı fəlakət heç olmasa, aşağıda sadalanan meyarlardan birinə cavab verməlidir: ən azı 1 milyon dollar ziyan; və ən azı 100 nəfər insan ölümü; ən azı 100 nəfərin insanın yaralanması (Şheehan, Neuitt, 1969) B.V. Şax 14 ildən sonra yeni informasiya və qiymət artımını nəzərə alaraq, öz sistemləşdirmələrində düzəliş edərək, 1 milyon dəyərində vurulmuş ziyanı 3,6 milyon dollarla əvəz etmişlər.

TFH-nin ərazidə yayılmasına görə təsnifatının aparılması onların miqyası haqqında mühakimə yürütməyə imkan verir. V.M.Kotlyakov TFH-ni miqyasına görə 3-qlobal, regional və lokal növə bölür. Bütün planeti və ya onun böyük bir hissəsini əhatə edən qlobal TFH-nə zəlzələ və sunami küləklərini, ayrıca qeydə alınan ekstremal soyuq qış və ya quraqlıq ilə müşayət olunan qızmar yay mövsümlərini, vulkan püskürmələrini, qitələrin hüdudları daxilində və ya onların ayrı-ayrı hissələrində baş verən regional təbii hadisələrə güclü küləkləri, toz burulğanını; lokal TFH-nə isə qara yel, sel, doluvurma və daşqın kimi məhdud ərazilərdə yayılmış (ayrı-ayrı vadilərdə, dağ yamaclarında) təbii prosesləri aid edilir.

Bu təsnifatın dəqiqləşdirilməsinin vacib olmasını qeyd etmək istərdik. İlk növbədə qlobal hadisələrə daxil olan bütün təbii proseslər müəyyən ərazilərdə müşahidə olunduğundan (yalnız sunami küləklərini istisna etmək şərtilə) onları regional TFH-nə də aid etmək olar. Məsələn, zəlzələlərin seysmik mərkəzi dəqiq lokal sahədə məhdudlaşsada, onun nəticələri konkret ərazilərdə təzahür etməsi ilə nəzərə çarpır. Bütün bunları vulkan püskürmələrinə də aid etmək olar. Məhdud TFH-nə ayrı-ayrı vulkan püskürmələrini, meteoritlərin yer səthinə düşməsini, uçqun, sürüşmə və selləri, ildırım zərbəsini, mədənlərdə kömürün özü-özünə od almasını və torf yataqlarının qəflətən alışmasını aid etmək olar.

Göstərilən misallar TFH-nin təsnifatına dair mövcud yanaşma və qruplaşdırma üsullarının müxtəlif olmasını göstərir. Bu yanaşma üsullarına genetik, mühəndis-coğrafi, müvəqqəti, ərazilik, statistik və digər metodlar daxildir. Lakin, bütün bunlar TFH-nin iqtisadi coğrafiya baxımdan öyrənilməsi üçün kifayət deyildir.Ona görə TFH-nin ümumi şəkildə qiymətləndirilməsi, onların təsərrüfat obyektlərinin fəaliyyətinə təsiri, proqnozlaşdırılması və onlardan müdafiə imkanları üzrə təsnifatın verilməsi zəruridir. Bizim tərəfimizdən, ilk dəfə olaraq TFH-nin dağıdıcılıq dərəcəsinə və müxtəlif təsərrüfat obyektlərinin inkişaf ritminə təsirinə, eləcə də onların normal fəaliyyətinin bərpa olunması imkanlarına görə təsnifatı tərtib olunmuşdur. (1,2. Cədvəl bax)1


Təbii fəlakət hadisələri



Sənaye obyektləri

Kənd təsərrüfatı obyektləri

Nəqliyyat obyektləri

Yaşayış məntəqələri




Dağılma dərəcəsi

Fəaliyyət ritminin pozulma dərəcəsi

Dağıntıların bərpa olunma imkanları

Dağılma dərəcəsi

Fəaliyyət ritminin pozulma dərəcəsi

Dağıntıların bərpa olunma imkanları

Dağıtma dərəcəsi

Fəaliyyət ritminin pozulma dərəcəsi

Dağıntıların bərpa olunma imkanları

Dağıtma dərəcəsi

Fəaliyyət ritminin pozulma dərəcəsi

Dağıntıların bərpa olunma imkanları


TFH, bütün obyektlərə göstərdiyi dağıdıcı təsiri

Zəlzələ xxx xxx +++ xx xx ++ xxx xx + xxx xxx +++

Daşqın xxx xx ++ xxx xx ++ xxx xx + xxx xxx ++

Sel xxx xx ++ xxx xx ++ xxx xx ++ xxx xx ++

Sürüşmə xx x + x x + xxx x + xxx x +

Uçqun xx x + x x + xxx x + xxx x +

Buz uçqunları xx x + x - - x x + xx x +

Qar uçqunları x x + x - - xx x + x x +

Leysan x x + xx xx + xx xx + x x +

Davamlı yağışlar x x + xx xx + x xx + x x +

Daş uçqunları x - + - - - xx x + x - +
Əsasən kənd təsərrüfatı obyektlərinə dağıdıcı təsir göstərən TFH

Quraqlıq və qara yel - xx - xxx x ++ - x - - x -

Toz fırtınası, qum yığımı - xx - xxx x ++ xx xx - - x -

Qar yığımı - xx - xxx xx + - xx - - x -

Dolu - - - xxx - ++ - - - - - -

Şaxta - - - xx xx + - xx - - - -


Müxtəlif obyektlərin fəaliyyətinə əsasən təsir edən TFH

Güclü şaxta - xx - xx xxx + - xxx - - xx -

Çovqun, burulğanlı külək - xx - - xx - - xx - - x -

Güclü külək (qəfl fırtına) x xx + x x + - x - - x -

Duman - - - - - - - x - - - -
Obyektlərin dağılmasi və pozulma dərəcəsi: Dağıntıların bərpa olunma müddəti:

Güclü xxx 3 ildən çox +++

Zəif xx 1-3 il ++

Cüzi x 1 ildən az +

Təsir etmir - bərpa olunmasına

ehtiyac yoxdur -

1. Dəyən zərərlərin xarakteri əsas etibarı ilə kəmiyyət göstəriciləri ilə əsaslandırılmamış təqribi qiymət əsasında müəyyən edilmişdir. Bu ilk növbədə statistik orqanların və sair təşkilatlar tərəfindən TFH-nın təsərrüfata vurduğu zərərin nəticəsində meydana çıxan itkilərin sistematik uçotunun (qeydiyyatının) aparılması ilə əlaqədarldır.
Bu təsnifatın mahiyyəti TFH-nın ayrı-ayrı növlərinin müxtəlif təsərrüfat sahələrinə göstərdiyi təsirin fərqli olmasından ibarətdir; TFH-nin bir qismi bir sıra təsərrüfat sahələrinə dağıdıcı təsir göstərdiyi halda, digər sahələr üçün təhlükəli deyil (məsələn, kənd təsərrüfatı sahələrinin məhsulunu məhv edən və sənaye üçün praktiki olaraq zərərsiz olan dolu hadisəsini göstərmək olar). Digər TFH isə dağıntılar törətməsələr də, digər sahələrin normal fəaliyyət ritminə mane olurlar (məsələn, çovğun); üçüncü növ TFH isə qarşısına çıxan hər bir canlı, cansız əşyanı məhv edirlər (məsələn, zəlzələ, sel və.s). TFH nəticəsində təsərrüfat sahələrinə dəyən dağıntıların bərpası üçün tələb olunan zaman kəsiyi də müxtəlifdir. Beləliklə, bizim tərəfimizdən hazırlanmış təsnifat TFH-nın ayrı-ayrı növlərinin vurduğu zərərləri müqayisə etməyə, hər bir ərazinin sosial-iqtisadi tutumunu və bu ərazilərdə təbii proseslərin bu və ya digər növlərinin təzahür formalarından asılı olaraq vurduqları zərərlərin təhlükəliliyini qiymətləndirməyə imkan verir. Təklif olunmuş təsnifatın coğrafi baxımdan öyrənilməsi TFH-nin proqnozlaşdırması və onların əhaliyə və təsərrüfatlara vurduqları zərərlərin zəiflədilməsi üçün istifadə oluna bilər.



Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə