Bəzi tfh ilə insanlar hələ qədim zamanlardan qarşılaşsalar da, digər bir qismi antroporgen fəaliyyətin genişlənməsi ilə yaranmış və yalnız son 100 ildə diqqəti cəlb edir


Təbii landşaftın TFH-nin meydana çıxması və inkişafının ilkin əsası kimi nəzərə alınması



Yüklə 2,03 Mb.
səhifə6/14
tarix28.04.2017
ölçüsü2,03 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   14

Təbii landşaftın TFH-nin meydana çıxması və inkişafının ilkin əsası kimi nəzərə alınması;

2. Yerli təbii şəraiti nəzərə almaqla, TFH-nin təsərrüfatın ərazi təşkilinə təsir dərəcəsindən asılı olaraq, onların zərərsizləşdirilməsi və müvafiq mübarizə tədbirlərinin hazırlanması.

TFH-nin yaranması və təzahürü landşaftın bir və ya bir neçə komponentlərinin xüsusiyyətləri ilə bilavasitə əlaqədardır. Təbii landşaftlar və TFH təbiətin planetar və ya iri regional hadisələrilə sıx bağlı olduqlarından, onların baş verməsi və inkişafı prosesləri də ardıcıllıq təşkil edir. Buna misal olaraq, səhra landşaftlarını və onlar üçün xarakterik olan TFH-nin iknişafını göstərmək olar. Hər bir landşaft zonası və növü üçün özünəməxsus TFH səciyyəvidir. Bir landşaft zonası üçün xarakterik oldan TFH çox zaman digər landşaflarda təzahür olunmur. Bəzən TFH-nin nəticələri landşaftın növündən asılı olur. Məsələn, meşəlik ərazilərdə baş verən intensiv leysan yağışları böyük dağıntılar törətmədiyi halda, torpaq sahələrinin geniş mənimsənildiyi çöllük rayonlarda bu proses güclü zərərlərə səbəb olur. .Həmçinin, buna səhralarda, qumlu və çöllük rayonlarda baş verən tozlu tüfanları, meşə landşaftlarında ağacları yararsız hala salan-yıxan, qıran tufan və qasırğaları göstərmək olar. TFH-nin bəzi növləri isə tamamilə müxtəlif təbii zonalarda özlərini eyni cür göstərirlər. Bu və ya digər landşaftların formalaşması və inkişaf xüsusiyyətlərindən asılı olmurlar. Bu cür TFH-nə ekvatorial iqlimdən mülayim iqlim qurşağına qədər davam edən səhra, çöl və meşə landşaftlarında intensiv leysan yağışlar nəticəsində baş verən və böyük fəlakətlərə səbəb olan daşqınları misal göstərmək olar. Bu proses düzənlik və dağlıq sahələrdə isə özünü başqa cür göstərir. Düzənlik və dağ landşaftları, təbiətlərinin formalaşması və inkişaf xüsusiyyətlərinə, həm də müasir dinamik fərqlərinə görə bir-birindən kəskin şəkildə seçilirlər. Ona görə də, dağ landşaftları üçün xarakterik olan TFH-nin bəzi növləri düzən və çöllük sahələrdə müşahidə olunmur. Bəzi TFH isə landşaftların hər iki növündə təzahür etsələr də, birində özlərini daha qabarıq, digərlərində isə yalnız xüsusi şəraitdə büruzə verirlər. Birinci hala dağlıq ərazilərdə alp landşaftları üçün xarakterik olan qar uçqurlarını, İkinciyə isə dağ landşaftlarında rütubətlə doymuş ərazilərdə əsasən gil, palçıqla örtülmüş və güclü parçalanmış yamaclarda geniş inkişaf etmiş sürüşmələri misal göstərmək olar. Lakin, sürüşmələr nəinki Qafqazda təbaşir və paleogen dövrünün qum-palçıq çöküntülərinin inkişaf etdiyi dağ meşələrində və subalp çəmənliklərində, eyni zamanda nisbətən az rütubətli kolluq və meşə-çöl landşaftlarında daha geniş inkişaf etmişdir. Dağlıq ərazilərdə sürüşmələr əsasən arid dağ-çöl və dağ quru çöl landşaft zonalarında da müşahidə olunur. Onlara bəzən düzənlik ərazilərdə də rast gəlinir. Düzənliklərdə sürüşmə hadisəsi oradan keçən iri çay yataqları boyunca digər komponentlərin uzlaşması şəraitində yaranır..Dağıdıcı TFH-dən biri sellər olub, onlar əsasən dağlıq ərazilərdə inkişaf etmişdir. Lakin onların yaranması üçün heç də bütün dağ landşaftları əlverişli hesab edilə bilməz. Bir qayda olaraq, daima rütubətli dağ-meşə və subalp landşaft zonalarında sel ocaqları yaranmır; hətta ümumilikdə geomorfoloji və geoloji şərait sel ocaqlarının yaranmasına əlverişli imkan yaratsa da, çox zaman bu proses baş vermir. Əksinə intensiv atmosfer yağıntıları çay vadilərinin yamaclarından və məcralarından zəif aşınma materiallarını yuyaraq, kifayət qədər fəlakət (daşqın) törətmir, ya da həmin sahılərini bitki örtüyü ilə daha da zənginləşdirir. Dağ yamaclarındakı sel ocaqlarında uzun müddət davam edən quraqlıqlardan sonra çoxlu asılı materiallar toplandığından və birdən baş verən güclü leysan yağışları böyük təlafatlar törədən sel hadisələrinin yaranmasına səbəb olur. Beləliklə, bütün dağ landşaftlarında və həmişə müəyyən vaxt və zamanda sellər baş vermir. Ümumiyyətlə, bu TFH daha çox dağ landşaftının keçid və kontinental sektorları üçün xarakterikdir. Sellərin fərqləndirici xüsiyyətlərindən biri də onların dağlarda formalaşmasına baxmayaraq, düzən ərazilərin təbiətinə və təsərrüfatlarına böyük ziyan vurmasından ibarətdir. Bu, xüsusilə, müxtəlif yüksəklik zonalarından təsərrüfat məqsədi üçün istifadə olunması ilə əlaqədardır. Belə ərazilərin qismən və ya geniş miqyasda istehsala cəlb edilməsi nəqliyyat vasitələrinə (körpülərə və yollara), yaşayış məntəqələrinə, kənd təsərrüfatına, sənaye obyektlərinə güclü ziyan yetirir. Dağ çaylarında sellərlə yanaşı, onların düzənliklərə daxil olduqları ərazilərdə daşqınlara səbəb olması təsərrüfatın ərazi təşkilinə daimi mənfi təsir göstərir. Dağ çaylarının yataqları dərin olduğundan, sellər nə qədər güclü olsa da, dərələrin hüdudlarından kənara çıxmır və böyük fəlakət törətmirlər. Düzənliklərə daxil olarkən isə, əksinə onların nəticələri daha böyük fəlakətlərlə müşayiət olunur.

Dağ landşaftlarında həmçinin daş və qar uçqunları, yarğanlar, sürüşmələr və TFH-nin digər növləri geniş inkişaf etmişdir. Onlar adətən qeyri-sabit yamaclarda, dağ silsilələrinin güclü parçalanmaya məruz qaldığı ərazilərdə, zəlzələ və tektonik hadisələr vaxtı çay sularının yuduğu meyilli yamaclarda baş verirlər. Göstərilən TFH sellər ilə müqayisədə məhdud əraziləri əhatə etsələr də, vaxtaşırı olaraq dəmir və şosse yollarını, yaşayış məntəqələrini dağıdır, insanların normal həyat və fəaliyyətlərini pozurlar.

Daş və qar uçqunları alp qırışıqlıq zonasında daha geniş inkişaf etmişdir. Dağlıq, arid iqlimin yayıldığı meyilli dağ və dağətəyiərazilərin güclü parçalandığı sıldırım yamaclarda uçqun hadisələri çox təkrarlanır. Lakin bu proses dağ-meşə landşaftları üçün xarakterik deyildir. Burada iri miqyaslı uçqun hadisələrinə yalnız sıldırım erozion və tektonik yamaclarda rast gəlinir. Bəzi TFH-nin baş verməsi üçün isə landşaftın hansı növdə olması əsas deyildir. Buna zəlzələ hadisəsini və vulkan püskürmələrini misal göstərmək olar. Düzənlik və dağlıq landşaft zonalarında iri çökmələrin tez-tez əmələ gəlməsi əsasən güclü zəlzələlər ilə əlaqədardır. Vulkan püskürmələri bilavasitə landşaftın müəyyən azonal növlərini yaradırlar. Göstərilənlərlə yanaşı yer səthində antropogen landşaftlar da geniş yayılmışdır. Coğrafi təbəqədə baş verən bütün təbii proseslər, o cümlədən, TFH digər amillərlə yanaşı ətraf mühitə antropogen amillərin təsiri nəticəsində baş verir. Ona görə də, landşaftı qiymətləndirərkən, ona TFH-nin yaranmasının ilkin əsası kimi «əzəli» şəkildə deyil, cəmiyyət tərəfindən «başqa şəklə salınmış ictimai növ» kimi baxmaq lazımdır. Məsələn, leysan yağışlar meylli yamaclarda torpağı güclü erroziyaya uğradan təbii fəlakətə çevrilirsə, bu, xam torpaqlarda isə əksinə, rütubətin toplanmasına şərait yaradan əlverişli təbii şərait kimi özünü göstərir. Antropogen amillən bir çox TFH-nin (sel, sürüşmə, eroziya, uçqun və.s) fəallaşmasına yardım göstərir. Landşaftların yeni forma alması da insan fəaliyyəti nəticəsində baş verir və hətta TFH-nin yaranma və baş vermə mümkünlüyünün azalmasına şərait yarada bilir. Məsələn, çayların yatağının dərinləşdirilməsi və onların sahillərində torpaq bəndlərinin salınması daşqınların, mənimsənilmiş yamaclarda müdafiə məqsədilə meşələrin salınması isə leysan yağışları TFH çevrilməsinə imkan vermir. F.N.Milkov (1970) antropogen landşaftların iki növünü müəyyən edir: təsərrüfat məqsədləri üçün təbii landşaftın dəyişdirilməsi və ya insan tərəfindən yaradılmış mədəni landşaftlar; təbiətdən səmərəsiz istifadə olunması nəticəsində meydana çıxan «fəal» landşaftlar. Deyilənləri ümumiləşdirərək, «fəal» landşaftların inkişafının bir sıra TFH-nin fəallaşmasına yardım etdiyini, mədəni landşaftların isə, əksinə onların intensivliyinin zəiflədilməsində və qarşısının alınmasında mühüm rol oynadığını qeyd etmək olar. Beləliklə, təbii landşaftın TFH-nin meydana çıxması və inkişafının ilkin əsasları kimi qiymətləndirilməsi iqtisadi coğrafiyaşünaslar üçün onun bu və ya digər landşaft şəraitində təzahür etməsi qanunauyğunluqunun dərk olunmasında mühüm rol oynayır. Bu, həmçinin əhalinin və təsərrüfat sahələrinin TFH-dən müdafiə olunmaları üçün təkliflər paketinin tşlənib hazırlanması və onların müxtəlif fəlakət yaradan proseslərə uyğunlaşması baxımından da zəruridir. Təbii landşaftın qiymətləndirilməsi iqtisadi və sosial coğrafiyanın fiziki coğrafiya və digər təbiət elmləri ilə əməkdaşlığının əsas istiqamətlərindən biridir. Digər istiqamət isə TFH-nin qarşısının alınması və onlardan müdafiə olunmaq üçün birgə tədbirlər planının işlənib hazırlanması və təsərrüfatın ərazi təşkilinin qiymətləndirilməsidir. Mövcud TFH-ə qarşı tətbiq olunan müdafiə tədbirlərinin dəyərinin qiymətləndirilməsi də buraya daxildir. Ona görə, TFH-nin zərərsizləşdirilməsində təbii şəraitin nəzərə alınması olduqca vacib amillərdən biridir. Bununla əlaqədar olaraq, iqtisadi-coğrafiyaşünaslar zəruri məlumatların seçilməsi problemi ilə qarşılaşırlar. Məsələn, onları metereoloji hadisələrin bütün elementləri deyil, TFH-nin müəyyən növlərinin fəaliyyəti və onlarvın intensivliyi ilə əlaqədar səciyyə, müvafiq xəbərdarlıq və müdafiə tədbirlərinin həyata kesçirilməsi üçün lazım olan məlumatlar maraqlandırır. Bu baxımdan təbii proses və hadisələrin təkrarlanmasının iqtisadi və sosial coğrafi baxımdan qiymətləndirilməsinə nail olmaq qarşıda duran mühüm problemlərdən biridir. TFH-nin təsirinə məruz qalan rayonlarda təsərrüfatların və məskunlaşma sistemlərinin səmərəli ərazi təşkilində hətta təbii fəlakətlər az təkrarlanırlarsa belə, təbii fəlakətlərin baş vermə ehtimalı və proqnozlaşjırılması nəzərə alınmalıdır. İqtisadi və sosial coğrafiyaşünaslar ərazilərin seysimik rayonlaşdırma xəritəsini öyrənərkən, bir qayda olaraq binalara, tikililərə, yaşayış massivlərinə xüsusi dağıdıcı təsir göstərməyən, gücü 4-5 bala qədər olan zəlzələləri ətraflı təhlili etmirlər. Lakin 7 ballıq zəlzələ rayonlarında zəlzələnin gücünün (bal sistemi-Rixter cədvəli üzrə) qiymətləndirilməsindən asılı olaraq tikililərin dağılması təhlükəsi və müdafiə tədbirlərinin dəyəri artdığından ərazilərin mikrorayonlaşdırılması zəruridir. Ərazilərin fiziki coğrafi səciyyəsindən, obyektlərinin müdafiə dəyərinin və TFH-nin əhaliyə və təsərrüfatlara təsirinin zəiflədilməsi, onların iqtisadi məqsədəuyğunluğunun təyin olunması, mümkün ola bilən müdafiə variantları ilə fəlakətə məruz qalan ərazilərdən istifadənin müqayisə olunması və digər tədbirlərin qiymətləndirilməsi üçün istifadlə olunur. Fiziki coğrafiya ilə sosial-iqtisadi coğrafiya və digər təbiət elmləri arasında körpü rolunu mühəndis geologiyası oynıya bilər. O, xüsusilə TFH-dən müdafiənin xarakterini və onların təbii proseslərə təsir yollarını müəyyən edir. Lakin, müvafiq müdafiə tədbirlərinin seçimi zamanı bu elm öyrənmə çərçivəsindən kənara çıxır. Fiziki və sosial-iqtisadi coğrafiya arasındakı sıx əlaqənin uğurlu nəticələrindən biri TFH qarşı birgə əsaslandırılmış elmi tədqiqatların aparılması və müvafiq mübarizə tövsiyələrinin hazırlanmasıdır.



Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə