Biləsuvar rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2016-ci IL üçün illik hesabat I



Yüklə 189,17 Kb.
səhifə2/3
tarix05.05.2017
ölçüsü189,17 Kb.
1   2   3

Kitab Bayramı

c:\users\admin\desktop\13240594_221332658251223_7870991209126446968_n.jpg c:\users\admin\desktop\13245249_221333098251179_8864079678590247895_n.jpg c:\users\admin\desktop\13245444_221334348251054_7210450843054473371_n.jpg c:\users\admin\desktop\13226642_221337338250755_3774953016873725419_n.jpg

  


Biləsuvar rayon Mədəniyyət və Turizm şöbəsinin Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə 17 may 2016-cı il tarixdə Biləsuvar rayonunda VIII Kitab Bayramı keçirilmişdir. Kitab Bayramında rayonun məktəb və bağçaları, rayon ictimayyətinin nümayəndələri ,rayon İcra Hakimiyyətinin məsul işçiləri iştirak etmişlər.Tədbiri giriş sözü ilə Rayon mədəniyyət və turizm şöbəsinin müdiri açmış, aprel ayında erməni təcavüzi nəticəsində həlak olmuş şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə yeni kitablar nümayiş etdirilmiş, müxtəlif sərgilər təqdim edilmişdir. Tədbirdə vətənpərvərlik ruhu aşılayan mahnılar, şeirlər, səhnəciklər təqdim edilmişdir.
Kitab Bayramında Azərbaycan Respublikası Prezidenti aparatının məsul işçisi Bəhruz İmran oğlu Həsənov iştirak etmiş və kitabsevərlər qarşısında çıxış edərək öz tövsiyələrini söyləmişdir. Tədbirdə rayon İcra Hakimiyyəti Başçısının müavini Xəyalə Qəmbərova, rayon Gənclər İdarəsinin müdiri Aqşin Bağırov, dedektiv romanların müəllifi Müşfiq Xan iştirak etmişlər. Tədbirin sonunda məktəblilər kitabların təbliği məqsədilə fleşmob nümayiş etdirmişlər.Tədbir kütləviliyi ilə diqqəti cəlb etmiş və maraqla qarşılanmışdır

28 may- Respublika Günü

c:\users\admin\desktop\13315295_228087964242359_6162465963633045648_n.jpg c:\users\admin\desktop\13256142_228088114242344_8259595920785803123_n.jpg



28 may- Respublika günü münasibəti ilə Mərkəzi kitabxanada sərgi təşkil olunmuşdur.
1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1990-cı ildən Respublika günü dövlət bayramı kimi qeyd edilir.
1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika Azərbaycan Türklərinin tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur. Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Kitabxanaya Səyahət

c:\users\admin\desktop\13346969_234423956942093_9007281664098439034_n.jpg c:\users\admin\desktop\13325546_234423896942099_4423267352253338593_n.jpg c:\users\admin\desktop\13327474_234423130275509_1580752060863644476_n.jpg

07 iyun 2016-cı il tarixdə Biləsuvar rayon Mübariz İbrahimov adına liseyin VII sinif şagirdləri Mərkəzi kitabxananın qonağı oldu.Uşaqları maraqlandıran suallara Mərkəzi kitabxananın işçiləri cavab verdilər. Sonra uşaqlar "Nağıl otağı"nın qonağı oldu.

26 iyun Silahlı Qüvvələr Günü

c:\users\admin\desktop\13528864_247492975635191_7461180975825005946_n.jpg c:\users\admin\desktop\13537635_247493258968496_5988604157004213072_n.jpg c:\users\admin\desktop\13557872_247493262301829_2444186878671708679_n.jpg

Biləsuvar rayon Mədəniyyət və turizm şöbəsinin xətti ilə "N" saylı hərbi hissədə əsgərlərlə görüş keçirilmişdir.

Açıq kitabxana-iyul

c:\users\admin\desktop\14045947_273954326322389_8444951244449978071_n.jpg c:\users\admin\desktop\13920980_273954292989059_1230881749397326809_n.jpg c:\users\admin\desktop\14054181_273954672989021_4455633294098328627_n.jpg

17 avqust 2016-cı il tarixdə Biləsuvar rayon Mərkəzi kitabxanası H.Əliyev parkında "Açıq kitabxana" təşkil etmişdir.

18 avqust Sərhədçilər Günü-Səyyar xidmət

c:\users\admin\desktop\14063709_274654226252399_4228460715139222701_n.jpg c:\users\admin\desktop\14021628_274654576252364_1847094693146873665_n.jpg c:\users\admin\desktop\14079613_274654279585727_4740523391498450303_n.jpg

18 avqust 2016-cı il tarixdə Biləsuvar rayonun ərazisində yerləşən və Biləsuvar rayon Mədəniyyət və turizm şöbəsi tərəfindən mədəni hamiliyə götürülən Sərhəd bölmələrində bayram tədbirləri keçirilmişdir. Bədii özfəaliyyət kollektivləri tərəfindən sərhədçilər qarşısında konsert proqramı ilə çıxış edilmiş, məktəbli və gənclərin rəsm əsərlərindən ibarət rəsm sərgisi açılmışdır. Şöbə tərəfindən "N" saylı hərbi hissədə açılmış səyyar kitabxanada kitablar yenisi ilə əvəz edilmişdir.Xidmət borcunun yerinə yetirən əsgərlər üçün bayram süfrəsi təşkil edilmişdir.Hər iki hərbi hissədə keçirilən tədbir böyük razılıqla qarşılanmışdır.

Açıq kitabxana-avqust,sentyabr

c:\users\bilesuvar mvt\desktop\14440888_293401101044378_1550161208409652262_n.jpg c:\users\bilesuvar mvt\desktop\14449893_293400477711107_4693694470002383329_n.jpg c:\users\bilesuvar mvt\desktop\14330159_293400471044441_5317954599513957430_n.jpg

Biləsuvar rayon Mərkəzi kitabxananın əməkdaşları hər gün Heydər Əliyev parkında "Açıq kitabxana " xidməti təşkil edir. Bütün kitabsevərləri həmin xidmətdən istifadə etməyə çağırırıq.

Biləsuvarda əlil uşaqlarla görüş keçirilmişdir.

c:\users\bilesuvar mvt\desktop\1475751399sam_0350.jpg c:\users\bilesuvar mvt\desktop\1475751454sam_0322.jpg

05 oktyabr 2016-cı il tarixində Biləsuvar rayon Mərkəzi kitabxanasının əməkdaşları tərəfindən rayonda fəaliyyət göstərən “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda” Cəmiyyətin təşkil etdiyi İcma Əsaslı Sosial Reablitasiya Mərkəzində əlil uşaqlarla görüş keçirilmişdir. Əməkdaşlar tərəfindən əlil uşaqlara nağıllar oxunmuş, Rəsm Qalereyasının işçiləri tərəfindən rəsm cəkilməsinə marağı olan uşaqlara rəsm cəkmək üçün ilkin vərdişlər öyrədilməsinə başlanılmışdır. Tədbir orada iştirak edən valideyn və uşaqlar tərəfindən maraqla qarşılanmışdır.



Yay Məktəbi

c:\users\bilesuvar mvt\desktop\14237502_283664995351322_3595229942385958590_n.jpg c:\users\bilesuvar mvt\desktop\14199359_283665322017956_911710619628995093_n.jpg

03 sentyabr 2016-cı il tarixdə Biləsuvar rayon Mərkəzi kitabxananın əməkdaşları oxucuları kitabxanaya cəlb etmək məqsədi ilə "Yay Məktəbi " layihəsi adlı kitabxana xidməti təşkil etmişdir. Kitabxana əməkdaşlarının təşkil etdikləri layihə uşaqlar tərəfindən rəğbətlə qarşılanmışdır.

Şəxsi kitabxana

c:\users\bilesuvar mvt\desktop\14263982_286452731739215_3606843432290418468_n.jpg c:\users\bilesuvar mvt\desktop\14237667_286452968405858_6535258317992988646_n.jpg c:\users\bilesuvar mvt\desktop\14225535_286452965072525_3210975539877121986_n.jpg

08 sentyabr 2016-cı il tarixdə Biləsuvar rayon Mərkəzi kitabxananın əməkdaşları Biləsuvar rayon Bəydili kənd sakini Məmmədov Kamal Qara oğlunun evində olaraq onun şəxsi kitabxanası ilə tanış olmuşdurlar. Məmmədov Kamal Qara oğlu kitabxanası barədə məlumat verərək bildirmişdir ki, kitabxanada olan kitablar onun ana babası Mirzəcəfər Axundun kitabları olub, həmin kitablar da babasına onun atası tərəfindən verilib. Kamal Məmmədov bildirdi ki, kitabxanada 63 ədəd kitab vardır ki, onlardan fizika, kimya, tarix, astronomiya elminə aid olan kitablar çoxluq təşkil edir.Kitabxanada 1ədəd Qurani-Kərim saxlanılır. Kamal Məmmədovun dediyinə görə kitabxanada olan kitabların yaşı 250-ni ötür.

Mirzə İbrahimov-105

c:\users\boss\desktop\14702248_313769752340846_8719140222971894102_n.jpg c:\users\boss\desktop\14731302_313769515674203_4669252465943988333_n.jpg

26 oktyabr 2016-cı il tarixdə Biləsuvar rayon Mərkəzi kitabxanada Xalq yazıçısı Mirzə İbrahimovun anadan olmasının 105 illlik yubileyi münasibəti ilə tədbir keçrilmişdir.

Kitabxanada görüş



c:\users\boss\desktop\1477734234_nk.jpgc:\users\boss\desktop\14563421_315099298874558_1903000663788057087_n.jpgc:\users\boss\desktop\14563374_315098855541269_7016220422015108686_n.jpg



28 oktyabr 2016-cı il tarixdə Biləsuvar rayon Mərkəzi kitabxanasında Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsində müəllimə, Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət işçilərinin hazırlıq ixtisasartırma kursunda müəllimə, Respublika Elmi Tibb Kitabxanasında kitabsaxlayıcı şöbəsinin müdiri və həmkarlar komitəsinin sədri vəzifələrində işləyən Əlili İradə ilə dəyirmimasa arxasında görüş keçirilmişdir. Görüşdə rayonun yerli yazarları və " Region" qəzetinin məsul işçisi iştirak edirdi. Görüşdə vətənpərvərlik mövzusunda şeirlər oxundu.Sonda İradə Əlili öz kitablarını kitabxanaya hədiyyə etdi.

9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı

c:\users\boss\desktop\14440620_321638758220612_3121458308127896359_n.jpg c:\users\boss\desktop\14938401_321633351554486_2703300091993563820_n.jpg c:\users\boss\desktop\15036598_321633958221092_3079254398699510683_n.jpg

9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibəti ilə Biləsuvar rayon mədəniyyət və turizm şöbəsinin təşkilatçılığı ilə Mərkəzi kitabxana, rayon Uşaq İncəsənət məktəbləri şagirdlərinin və Dövlət Rəsm Qalereyasının iştirakı ilə Heydər Əliyev adına parkda şagirdlərin rəsm əsərlərindən ibarət sərgi təşkil edilmişdir. Sərgidə 60-a yaxın rəsm əsəri sərgilənmiş və rəssamlıq sinfinin uşaqları tamaşaçılar qarşısında çanlı olaraq rəsm əsərləri çəkmişlər. Sərgi rayon əhalisi tərəfindən çox maraqla qarşılanmışdır. Sərgini 100-dən çox adam izləmişdir.

Uşaq hüquqları aylığı

c:\users\boss\desktop\14963164_323444988039989_716783073243629612_n.jpg c:\users\boss\desktop\14956023_323445318039956_6484258250883657747_n.jpg c:\users\boss\desktop\15027923_323446334706521_5053937609303559008_n.jpg

11 noyabr 2016-cı il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin 27-ci ildönümü ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin təşəbbüsü ilə 20 oktyabr – 20 noyabr tarixlərində Respublikamızda ənənəvi olaraq “Uşaq hüquqları” aylığının keçirilməsi ilə əlaqədar bir sıra tədbirlərin keçirilməsi təşkil edilmişdir.Heydər Əliyev Mərkəzində rayon Mərkəzi kitabxana, Rayon uşaq incəsənət məktəbi,Rayon dövlət rəsm qalareyası tərəfindən təşkil olunan tədbirlər rəngarəngliyi ilə diqqəti cəlb etmişdir.İlk öncə dəyirmi-masaya dəvət olunan uşaqlar, ziyalılar dialoq aparmışlar.Dəyirmi -masada iştirak edən iştirakçıları salamlayan ləğvetmə komissiyasının sədri Rəfiqə Cəfərova ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğıdan danışaraq bu sahədə Ulu öndər Heydər Əliyevin xidmətlərindən danışmış,sevimli prezidentimiz İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsini, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın bu yöndə apardığı işləri xüsusi olaraq vurğulamışdır.
Dəyirmi-masa iştirakçıları daha sonra uşaqların yaradıcılığı ilə tanış olmuş toxuma əl işləri və rəsm əsərlərindən ibarət sərgiyə tamaşa etmişlər.Eyni zamanda uşaq hüquqları ilə bağlı kitab sərgisi də maraqla izlənmişdir.
Tədbir 100-dən çox uşağın qatıldığı konsert proqramı ilə başa çatmışdır.Rayon uşaq incəsənət məktəbinin şagirdləri balacaları gözəl konsert proqramı və rəqslə sevindirmişlər.Tədbirə fiziki cəhətdən qüsurlu və əlil uşaqlar da dəvət edilərək onlara xüsusi diqqət göstərilmişdir.Daha sonra tədbir MKS-nin uşaqlar üçün hazırlanmış Nağıl otağında davam etmişdir.

Vətənin Müdafiəsinə Hazıram!

c:\users\boss\desktop\15156832_330395187344969_8176824371539402821_o.jpg c:\users\boss\desktop\15109463_330395924011562_6193755737126025909_n.jpg c:\users\boss\desktop\15235751_330710430646778_7172174405254816597_o.jpg

25 noyabr 2016-cı il tarixdə Respublika Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşəbbüsü və Biləsuvar rayon İcra Hakimiyyəti ilə birgə Biləsuvar rayon Mədəniyyət Mərkəzində “Vətənin Müdafiəsinə Hazıram!” mövzusunda tədbir keçirildi. Tədbirdə rayonun bədii özfəaliyyət kollektivləri yaxından iştirak etdilər.Tədbir iştirakçılarına maraqlı rəqslər,mahnılar təqdim etdilər.

Əlillər günü

c:\users\boss\desktop\15232131_333335373717617_3839249911480163296_n.jpg c:\users\boss\desktop\15326352_333344720383349_936081874816904925_n.jpg c:\users\boss\desktop\15241788_333333067051181_5304816695677441442_n.jpg

Biləsuvar rayon Ləğvetmə Komissiyasının təşkilatçılığı ilə 01.12.2016-cı il tarixdə Heydər Əliyev mərkəzində “Əlillər günü” münasibətilə tədbir keçirilmişdir.Tədbirə rayonda fəaliyyət göstərən əlillər cəmiyyət UAFA təşkilatının himayə etdikləri əlil uşaqlar dəvət edilmişlər. Keçirilən tədbirdə əlil uşaqların əl işlərindən ibarət rəsm sərgisi acılmış, onların bacarıqları nümayiş etdirilmişdir. Tədbirə 50-ə yaxın uşaq və valideyn qatılmışdır. Tədbiri giriş sözü ilə Biləsuvar rayon Ləgvetmə Komissiyasının sədri Rəfiqə Cəfərova açaraq dövlət başçımız İlham Əliyevin və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın bu sahədə apardığı işlərdən danışmış, minnətdarlıq ifadə etmişdir. Tədbirə qatılan uşaqlar üçün hazırlanmış bədii proqram “ Həyat bağışlayaq “, Sən bizdən birisən” adlı başlıqlarla davam etmişdir. Rayonun bədii özfəaliyyət kollektivləri uşaqlar qarşısında rəqslər və şən mahnılar nümayiş etdirmişlər.
Çəkdiyi rəsmlərlə diqqət çəkən əlil uşaqlar Dövlət Rəsm Qalereyasının rəssamı Firudin Bağırov tərəfindən himayəyə götürülərək ona rəssamlığın sirlərini öyrədilməsinə başlanacaqdır.
Tədbirdə oxumağı bacaran bir qrup uşaq kitabxanaya üzv yazılmış, digər uşaqlara səyyar xidmət göstərilməsi üçün əlaqə yaradılmışdır. Uşaqlara şəkilli kitablar bağışlanmış,onlar üçün şirniyyat süfrəsi açlımışdır.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin nümayəndəsi Ləman Yüzbaşova, rayon Əlil Qadınlar Cəmiyyətinin sədri Firəngiz Həbibova,UAFA-nın Biləsuvar rayon üzrə nümayəndəsi Natavan Əzizova və kütləvi informasiya vasitələrinin nümayəndəsi iştirak edirdi.

Narkomaniya insanı məhv edən bəladır

http://bilasuvar.cls.az/uploads/image/513001434780507.jpg

      Bu gün bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” qəbul edilmişdir. Bu məqsədlə  Biləsuvar rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz  dövriyyəsinə  və  narkomanlığa qarşı mübarizəni təmin etmək üçün müəyyən tədbirlər həyata keçirilmişdir. Narkomaniya uzun illərdir dünyanın ən böyük problemlərindən biri kimi bəşəriyyəti düşündürür və rahatsız edir. Cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyaya meyl təəssüflər olsun ki, günü-gündən artmaqdadır. Əksərən də yeniyetmə və gənclər arasında. Yeniyetmə və gənclər arasında geniş təbliğat işləri aparılmalıdır. Çünki onlar daha çılğın və emosionaldırlar, istəklərini həyata keçirmək üçün ən gözlənilməz yollara da əl atırlar. Hazırda bəşəriyyət qarşısında duran ən mühüm məsələlərdən biri narkotiklərin qanunsuz dövriyyəsi kimi təhlükəli cinayətkarlıqla qətiyyətli mübarizə aparmaqdır.

  Belə ki, mədəniyyət və turizm şöbəsinin  hər ayın 25-də keçirilən seminar-müşavirəsində bu Sərəncamın icrası üçün kitabxana işçilərinə konkret tapşırıqlar verilmişdir. Cəmiyyətdə "Ağ ölüm" kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır, desək, yanılmarıq. Bu bəladan xilas olmaq üçün təkcə maarifləndirmə  kifayət etmir.  Kitabxanalarda zərərli  və  pis vərdiş olan narkotik vasitələrin istifadəsinin, satışının və   dövriyyəsinin  qarşısını  almaq   üçün  “Narkomaniya   insanı  məhv  edən  bəladır“, ”Gəncliyimizi  qoruyaq”,  “Narkomaniya, narkobiznes və ona qarşı mübarizə”,   “Ağ ölümə yox deyək”  başlığı altında sərgilər, foto-stendlər hazırlanmış və nümayiş etdirilmişdir.

İyun

Dilimiz Sərvətimizdir

http://bilasuvar.cls.az/uploads/image/380701437811686.jpg http://libraries.az/uploads/image/576471437811501.jpg http://libraries.az/uploads/image/684021437811448.jpg

Biləsuvar rayon Mərkəzi kitabxanada 27 iyul 2016-cı il tarixdə “1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günü” ilə əlaqədar tədbir keçirildi.

1 avqust ölkəmizdə ən əziz günlərdən biri kimi qeyd olunur. Çünki milli varlığımızın əsas atributlarından olan Ana dilimizlə bağlıdır. Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir.Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zəngiliyinin sübutudur.Bu gün Azərbaycan dilinin dövlət statuslu dillər arasında olmasına görə bu dilin mənəvi dirilik atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar göstərmiş ümummilli lider Heydər Əliyevə minnətdar olmalıyıq.Ulu öndər milli-mənəvi dəyərlərimizin ən qiymətlisi və bir millət kimi milli varlığımızın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində çox mühüm addımlar atılıb.Ölkəmizdə Azərbaycan dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ana dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.1993-cü ildə Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan dili öz inkişafında yeni mərhələyə qədəm qoydu.1995-ci ildə ümumxalq səsvermə yolu ilə qəbul edilən müstəqil dövlətimizin ilk Konstitusiyası ilə dövlət dilinin adı bərpa edildi.Bu, ulu öndərin Ana dilimizə dəyişməz mövqeyinin daha bir parlaq nümunəsi oldu.

Hər həftənin V- günləri

İnformasiya saatı



http://bilasuvar.cls.az/uploads/image/67701442037877.jpg

Mərkəzi kitabxanada hər həftənin 5-ci günü İnformasiya saatı keçrilir.10 sentyabr 2016-cı il tarixdə Mərkəzi Kitabxanada İnformasiya saatı keçirildi. İnformasiya saatında həftə ərzində respublikada aparılan işlər, daxili və xarici siyasət sahəsində baş verən hadisələr barədə məlumat verildi.Çıxış edən Mədəniyyət və Turizm şöbəsinin müdiri Rəfiqə Cəfərova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında iqtisadi məsələlər və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr olunmuş müşavirə barədə iştirakçılara geniş məlumat verdi.İnformasiya saatında Rayon İcra Hakimiyyətinin məsul işçisi Zaur Şahbazov iştirak etdi.



Azərbaycanın Dövlət Müstəqilliyi Günü

c:\users\admin\desktop\14639607_308870459497442_1246451623076461834_n.jpg c:\users\admin\desktop\14724468_308870496164105_2182748318305938709_n.jpg

18 oktyabr 2016-cı il tarixdə Biləsuvar rayon Mərkəzi kitabxanada 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə sərgi təşkil edilmişdir.

Kataloq: front -> files -> libraries -> 525 -> documents
documents -> 20 Yanvar –Azadlığa gedən yolun başlanğıcıdır.
documents -> Biləsuvar rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2015-ci IL üçün illik hesabat I
documents -> 15 fevral 2013, 21: 50 Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu
525 -> CƏFƏrqulu rüSTƏmov
525 -> К ц 1 а р в и я р (энциклопедиядин к1ват1ал)
documents -> BİLƏsuvar rayon məDƏNİYYƏt və turizm şÖBƏSİ MƏRKƏZLƏŞDİRİLMİŞ Kİtabxana sistemiNİn metodika və MƏlumat biBLİoqrafiya şÖBƏSİ
documents -> Biləsuvar rayon Mədəniyyət və Turizm şöbəsi Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Metodika və Məlumat biblioqrafiya şöbəsi xocali – qan yaddaşimizdir
documents -> Biləsuvar rayon Mədəniyyət və Turizm şöbəsi Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Metodika və
documents -> Xocalı qan ağlayır” ( metodiki vəsait ) Biləsuvar – 2017

Yüklə 189,17 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə