Bilet 1 Elektrik dövrələrinin elementləri


//Suyun UB şüalarla zərərsizləşdirilməsi



Yüklə 0,68 Mb.
səhifə5/106
tarix02.01.2022
ölçüsü0,68 Mb.
#43776
1   2   3   4   5   6   7   8   9   ...   106
elekson
1. Məqsədinə görə turizmin, 1. Ümumdünya mədəni və təbii irs, dərs 9 Yeraltı sualrın təsirindən yaranan relyef formaları
4//Suyun UB şüalarla zərərsizləşdirilməsi
Kənd yaşayış məntəqələri və heyvandarlıq binalarını su ilə təmin etmək üçün təbii su mənbələrindən istifadə edirlər. Məs: bulaqlardan, çaylardan, yeraltı quyulardan və s.

Bir qayda olaraq bu mənbələr ziyanverici və qorxulu mikroorqanizmlərlə dolu olur. Belə mənbələrdən suyun heyvanlar və insanlar tərəfindən istifadə edilməsi onlara ziyan verməklə yanaşı, müxtəlif xəstəliklər yaradır və bəzən ölümlə nəticələnə bilir. Son zamanlara qədər belə suları ziyanverici mikroorqanizmlərdən zərərsizləşdirmək üçün kimyəvi üsuldan istifadə edilirdi. Məsələn xlorlaşdırma üsulu. Belə üsul suyun keyfiyyətini aşağı salır, xoşa gəlməz qoxu yaradır, əlavə kimyəvi reaktivlər tələb etməklə səciyyələnir.

Məlumdur ki, təmiz su UB şuaları yaxşı keçirir. Təsdiq olunmuşdur ki, suya UB şüalar vasitəsi ilə təsir etdikdə oradakı xəstəlik törədici mikroorqanizmlər məhv edilərək su zərərsizləşir. UB şüalanma hər hansı su səthinə təsir etdikdə oradakı mikroorqanizmlər şüalanmanı udur, odur ki şüalanmanın miqdarı azalır

Suyu UB şüalar vasitəsi ilə zərərsizləşdirmək üçün 2 cür qurğu istifadə olunur:



  1. şüalandırıcı qurğuda şüa mənbəyi, su səthinin üzərində yerləşən;

  2. şüalandırıcı qurğuda şüa mənbəyi su qatının içərisində yerləşdirilmiş.

Birinci qurğuda şüa mənbəyi kimi bir qayda olaraq ДБ tipli qazboşalma lampaları istifadə olunur.

İkinci qurğularda ДРТ tipli lampaların istifadəsi məsləhət görülür. Bəzi hallarda ДБ lampaları da istifadə oluna bilər.

Son zamanlarda qısa dalğalı UB şüalar vasitəsi ilə kənd təsərrüfatı məhsulları saxlanılan anbarların havasını zərərsizləşdirirlər, məsələn tərəvəz anbarları, süd məhsulları saxlanılan binalar və s.

ДБ tipli lampa istifadə olunan qurğularda qurğunun xüsusi gücü 0,075...1 Vt/m3 olmalıdır.

Əgər şüalandırıcı qurğu tez xarab olan məhsullar anbarında istifadə olunursa, xüsusi güc norması 0,6 Vt/m3 olmalıdır.

Zərərsizləşdirmə üçün istifadə olunan ДБ lampalarının asma hündürlüyü 1,8...2 m olmalıdır.

Ət məhsulları saxlamaq üçün istifadə olunan şüalandırıcı qurğular aşağıdakı təlabatı ödəməlidir:

1. Ət məhsulları elə yerləşməlidir ki, bir-birinə toxunmasınlar və lampaya qədər məsafə 50 sm-dən az olmasın.

2. Şüalandırıcı qurğunun işləməsi vaxtı binanın havası elə dəyişdirilməlidir ki, havanın saatda dəyişmə dəfəliyi 3...5-ə

. bərabər olsun və binada havanın nisbi nəmliyi 95...98% saxlanılsın.

3. Şüalandırıcı qurğunun işləmə müddəti sutka ərzində 12 saat olmalıdır ( 2 dəfə 6 saat hesabı ilə ).

Əgər bina daxilində pendir saxlanılırsa, pendiri ayda bir neçə dəfə şüalandırmaq lazımdır. Şüalndırma müddəti isə sutka ərzində 1...2 saat olmalıdır. Əgər anbarda süd saxlanılırsa, onu sutka ərzində 10...30 san şüalandırmaq lazımdır. Südün saxlanılma temperaturu 50 S olmalıdır.


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə