Bilet 1 Elektrik dövrələrinin elementləri



Yüklə 0,68 Mb.
səhifə8/106
tarix02.01.2022
ölçüsü0,68 Mb.
#43776
1   ...   4   5   6   7   8   9   10   11   ...   106
elekson
1. Məqsədinə görə turizmin, 1. Ümumdünya mədəni və təbii irs, dərs 9 Yeraltı sualrın təsirindən yaranan relyef formaları
2 / Transformatorlar

Elektrotexnikada tez – tez bir gərginlikli dəyişən cərəyanı digər gərginlikli dəyişən cərəyana çevirmək lazım gəlir. Xüsusilə də elektrik enerjisini uzaq məsafəyə ötürərkən, ölçü cihazlarını qidalandırarkən və s. belə tələbat yaranır.



Bir gərginliyi digər gərginliyə çevirən elektrik aparatına transformator deyilir. Transformatorların alçaldıcı və yüksəldici, birfazlı və üçfazlı, iki dolaqlı və üç dolaqlı, güc və xüsusi, hava və yağla soyudulan növləri vardır. Transformatorun iş prinsipi qarşılıqlı induksiyaya əsaslanır.

Xüsusi transformator yağı ilə doldurulmuş dəmir örtüyün daxilinə dolaqlarla bərabər nüvəni yerləşdirirlər. Transformator yağını iş zamanı qızmış cərəyan keçirən hissələrin soyudulması və dolaqların sarğaclarının bir-birindən və örtükdən izolyasiya edilməsi üçün istifadə edirlər. Örtüyə qaynaq edilmiş xüsusi qabırğalar və içi boş borular qızmış yağın soyuma səthini artırır. Transformatorun qızmış hissələrini soyudaraq yağın özü qızır və genişlənir. Qızmış yağın axmaması üçün örtüyün qapağında genişləndirici adlanan xüsusi xırda çən quraşdırılır.

Yağla doldurulmayan başqa növ transformatorlar da mövcuddur. Onlarda soyudulmaya havanın təbii hərəkəti ilə nail olunur. Belə növ transformatorlara quru transformatorlar deyilir.

Çox böyük transformatorlarda yağla və xüsusi ventilyatorlar vasitəsilə məcburi soyudulma istifadə olunur.

Transformatorların dolaqlarının ucları xüsusi izoləedilmiş qurğu vasitəsi ilə (keçid izolyatorlar və ya çıxışlar) örtüyün qapağına çıxardılır.

Üçfazlı cərəyanın çevirilməsi üçün üçfazlı transformatorlar istifadə olunur. Mahiyətcə onlar birfazalılardan fərqli deyillər. Üçfazlı cərəyanın çevirilməsi üçün üç birfazalı transformatoru istifadə etmək olar. Birinci və ikinci tərəf gərginliklərinin dolaqlarını adətən ulduz və ya üç bucaq birləşdirirlər.

Bir neçə çıxışı olan bir dolağa malik transformatorlar eyni vaxtda bir neçə gərginliyi almağa imkan verir. Belə transformatorlarda birinci və ikinci dolaqlar birinə birləşdirilmiş olurlar. Belə transformatorlara avtotransformatorlar deyilir. Buna görə də, avtotransformatorlarda dolaqların sayı transformatorların dolaqlarının sayından iki dəfə az olur; birfazalı avtotransformatorda – bir, üçfazalıda isə - üç (hər fazaya biri). Beləliklə avtotransformatorların kütləsi, ölçüsü və qiymətinin azalmasına nail olunur.


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə