Bilik Fondu narkomaniyaya qarşı tədbirlərə start verib.
Aprelin 25-də Beynəlxalq Narkomaniya və Narkobizneslə mübarizə günü ilə
əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Elm və
Təhsil Mərkəzi Təfəkkür Universiteti birlikdə tədbir keçirmişdir.
Tədbiri giriş sözü ilə açan Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin
rektoru, professor Müşfiq Atakişiyev qonaqları salamlayaraq tədbirin mahiy-
yətindən söhbət açdı. Müasir dövrümüzdə insanlıq üçün böyük bəlaya çevrilən
narkomaniya ilə mübarizənin vacibliyindən, bu problemin daim ictimaiyyətin
nəzarəti altında saxlanmasının zəruriliyindən danışdı.
Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev narkomaniya və
narkobizneslə beynəlxalq mübarizənin tarixi köklərindən və hüquqi əsaslarından
danışdı və ölkəmizdə bu sahədə görülən işlər barədə ərtaflı məlumat verdi.
Sonra Daxili İşlər Nazirliyinin əməkdaşı, polis polkovnik-leytenantı
Rafiq Nəcəfquliyev narkomaniyanın gətirdiyi bəlalardan, onun istifa-
dəçilərinin qarşılaşdığı faciələrdən danışdı. R.Nəcəfquliyev dedi ki,
narkomaniya keçici xəstəliklərin sürətlə yayılmasına səbəb olur. Narkotik
maddələrin bir çoxu şprislə qana ötürüldüyündən və narkoman qrupları
daxilində eyni şprisdən istifadə edildiyindən narkomanlar arasında QİÇS
və başqa xəstəliklərə tutulma halları çox olur.
Sonda Fariz Əhmədovun narkomaniyanın bəlalarından bəhs edən
“Mayak” bədii filmi nümayiş olundu.