Bilik mühəndisliyi(kollokvium)



Yüklə 87,8 Kb.
səhifə1/6
tarix02.01.2022
ölçüsü87,8 Kb.
#35088
  1   2   3   4   5   6
Bilik mühəndisliyi(kollokvium)



Bilik mühəndisliyi(kollokvium)

3.Süni intellektin qısa tarixi.

Deməli süni intellektin əsas banisi kimi müxtəlif məsələlərin həlli üçün mexaniki maşın yaratmağa cəhd etmiş ispan filosofu, riyaziyyatçısı və şairi Raymond Lulliy hesab edilir.(xııı əsr) xııı əsrdə Leybnis və Dekard bütün elmlərin təsnifatının ümumi dilini təklif etdilər və bu Sİ oblastında birinci nəzəri iş sayılır. Sİ xx əsrin 40-cı illərində elektron hesablama maşınının yaranmasından sonra inkişaf etməyə başladı. Bu vaxt Norbert Viner yeni elmi-kibernetikanın əsasını qoydu. 1956-cı ildə “süni intellekt” termini qəbul edildi. Sonra Sİ iki istiqamətə parçalandı: “neyrokibernetika” və “qara yeşiyin kibernetikası” 1. Neyrokibernetikanın əsas ideyası odur ki, düşünmə qabilliyıtinı malik yeganə obyekt insan beynidir və ona görə də istənilən “düşünən” qurğu beynin (insanın) strukturuna uyğun olmalıdır. Fizioloqlar insan beynini çoxlu sayda (10) bir-birilə birləşmiş və qarşılıqlı əlaqədə olan sinir hüceyrələrindən-neyronlardan ibarət olduğunu təyin etmişlər. Ona görə də intellektləşdirilmiş sistemlərin yaradılması zamanı neyrokibernetiklərin əsas diqqəti neyronlara oxşar (analoq) elementlərin yaradılmasına yönəltmişlər. Bu sistemlərin “neyron şəbəkələri” və ya “neyroşəbəkələr” adlandırılması qəbul edilmişdir. 1980-ci ildə Yaponiyada birinci neyro kompüter-VI nəsil kompüterlər yaradılmışdır. Bu əsasən o vaxt meydana gəlmiş çoxlu sayda paralel işləyən prosessorlardan (“neyronlar”)ibarət olan transpyuterlər əsasında yaradılmışdır. 2. “Qara yeşik” kibernetikasında “düşünən” qurğunun necə qurulmasının (strukturunun) əhəmiyyəti yoxdur. Əsas məsələ qurğuya təsir edən giriş verilənlərinə onun insan beyni kimi reaksiya verməsidir. Kibernetiklər ardıcıl olraq aşağıdakı mödelləri təklif etmişlər:


  1. Labirint axtarış modelləri (şaşki, şaxmat və s.)

  2. Evrestik proqramlaşdırma;

  3. Məntiqi riyaziyyat;

  4. Biliyə əsaslanmış sistemlər və ekspert sistemləri;

5.Simvol prosessoru (PROLOQ dilində).

5.İntellektual sistemlər oblastında tədqiqatların əsas istiqamətləri.

Sİ informatikanın əsas istiqamətlərindən biri olub, məqsədi istifadəçilərə (proqramçı olmayan) öz intellektual məsələlərini təbii dildən istifadə edərək kompüterdə həll etməyə imkan verən aparat-proqram vasitələrinin yaradılmasıdır. Tədqiqatçıların əsas diqqətini cəlb edən Sİ-in aşağıdakı istiqamətləri vardır.

1. Biliklərin təsvir edilməsi və biliklərə əsaslanmış sistemlərin (knovedge-based system) yaradılması. Bu Sİ-in əsas istiqaməti olub biliklərin təsvir modellərinin işlənməsi, ekspert sistemlərinin nüvəsini təşkil edən biliklər bazasının yaradılmasını özündə cəmləşdirir. Son zamanlar biliklərin strukturlaşdırılması və çıxarılmasının (əldə edilməsinin) üsul və modellərini əhatə edir və bilik mühəndisliyinə çevrilir.

2. Sİ-in proqram təminatı (software engineering for AI). Bu istiqamətdə intellektual məsələlərin həlli üçün xüsusi dillər yaradılır. Əsasən hesablama proseduralarinin üzərində məntiqi və simvol emalına xüsusi diqqət verilir (LİSP, PROLOG, SMALLTALK, REFAL və s.).

3. Təbii dil interfeyslərinin işlənməsi və maşın tərcüməsi (natural language processing). Sİ-in bu tədqiqat istiqaməti kompüter lingvistikası (xüsusi halda maşın tərcüməsi) adlanır. Əsasən bu halda aşağıdakı analiz fazaları tədqiqat proseslərinə çevrilirlər: leksiki analiz, morfoloji analiz, sintaksis analiz, semantik analiz və praqmatik analiz.

4. Surətlərin tanınması (pattern recongnition). Əsas tədqiqat üsulu vacib əlamətlərin müyyən qiymətləri vasitəsilə obyektlər sinfinin təsvir edilməsidir. Hər bir obyekt onun uyğun əlamətlər matrisinə görə tanınır.Bu istiqamət neyrokibernetika ilə sıx əlaqədardır.


Yüklə 87,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin