Elmi redaktor
Q.Quliyev, biologiya elmləri doktoru
Ümumi təhsil pilləsinin dövlət standartları və
proqramları (kurikulumları) əsasında
hazırlanmışdır.
Biologiya – 7.
Ümumtəhsil məktəbləri üçün dərslik.
Y.Seyidli, X.Əhmədbəyli, N.Əliyeva
Bakı. “Bakınəşr” – 2014, 144 səh.
www.bakineshr.az
ISBN 978-9952-430-15-8 (1)
Dil redaktoru
K.Abbasova
Korrektor
K.Cəfərli
Dizayn
“TM” group
Rəssamlar
M.Hüseynov, E.Məmmədov
© Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2014
Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan
bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən
çap etdirmək, surətini çıxarmaq, elektron
informasiya vasitələri ilə yaymaq qanuna ziddir.
Format 70x100
1
/
16
.
Fiziki çap vərəqi 9.
Çapa imzalanmışdır 08.08.2014.
Tiraj 113 450, pulsuz.
Elmi redaktor
Q.Quliyev, biologiya elmləri doktoru
Ümumi təhsil pilləsinin dövlət standartları və
proqramları (kurikulumları) əsasında
hazırlanmışdır.
Biologiya – 7.
Ümumtəhsil məktəbləri üçün dərslik.
Y.Seyidli, X.Əhmədbəyli, N.Əliyeva
Bakı. “Bakınəşr” – 2014, 144 səh.
www.bakineshr.az
ISBN 978-9952-430-15-8 (1)
Dil redaktoru
K.Abbasova
Korrektor
K.Cəfərli
Dizayn
“TM” group
Rəssamlar
M.Hüseynov, E.Məmmədov
© Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2014
Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan
bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən
çap etdirmək, surətini çıxarmaq, elektron
informasiya vasitələri ilə yaymaq qanuna ziddir.
Format 70x100
1
/
16
.
Fiziki çap vərəqi 9.
Çapa imzalanmışdır 08.08.2014.
Tiraj 113 450, pulsuz.
DƏRSLİYİNİZLƏ TANIŞ OLUN!
Dərslikdə mövzu üzrə olan materiallar xarakterinə
görə bu ardıcıllıqla yerləşdirilmişdir:
CANLILAR ALƏMİNİN MÜXTƏLİFLİYİ VƏ
ONUN ÖYRƏNİLMƏSİ
1-ci fəsil
Canlı orqanizmlər və onların öyrənilməsi
1. Canlı orqanizmləri öyrənən elm sahələri
İnsanlar tərəfindən yaradılan qurğuların, cihazların bir çoxu bitki və heyvanların quruluşuna
və ya xüsusiyyətlərinə əsaslanır. Məsələn, təyyarənin uçuşu quşları, həşəratları və uçan
məməliləri xatırladır. Paraşütün uçuşu isə zəncirotunun uçağanlı meyvəsinin havada uçuşuna
oxşayır.
Hansı biliklər ixtiraçılara bu kimi cihazları yaratmağa kömək etdi?
Fəalliyət
Canlı orqanizmləri öyrənən biologiya elmi bir çox sahələrə ayrılır. Bitkiləri öyrənən botanika,
heyvanları öyrənən zoologiya, göbələkləri öyrənən mikologiya vəs. kimi elm sahələri sizə
tanışdır.
Canlı orqanizmlərin həm xarici, həm də daxili quruluşunu morfologiya (yun. morfe – forma, logos
– elm) adlanan elm sahəsi öyrənir. Məsələn, yarpaq – yarpaq ayası və saplaqdan, qurbağanın
bədəni isə baş, gövdə və ətraflardan ibarətdir.
Anatomiya (yun. anatome – yarıram) morfologiyanın tərkib hissəsi olub, orqanizmlərin daxili
quruluşunu öyrənir. Belə ki, ağac gövdəsi qabıq, kambi, oduncaq və özəkdən ibarətdir. İnsanın
ürəyi 4 kameralı – iki qulaqcıq və iki mədəcikdən təşkil olunmuşdur. Botanikada bitki
anatomiyası, zoologiyada heyvan anatomiyası sahələrini ayırırlar.
Quş və
kəpənəyin
oxşar və
fərqli
cəhətlərini
sadalayın.
Nəticəni müzakirə edin:
Sizcə, bütün
əlamətləri
göstərə bildinizmi?
Canlı orqanizmləri
öyrənən
elm sahələri
Orqanizmlərin həyat fəaliyyətlərini öyrənən elm sahəsi fiziologiya (yun. fizis – təbiət, logos –
elm) adlanır. Bitkilərdə gedən fotosintez, tənəffüs və s. kimi fizioloji prosesləri bitki
fiziologiyası, heyvanlarda baş verən fizioloji prosesləri isə (qan dövranı, tənəffüs, ifrazat və s.)
heyvan fiziologiyası öyrənir.
Canlı obyektləri öyrənmək üçün bioloqlar vaxtaşırı digər elm sahələrinə müraciət edirlər. Belə
ki, canlı orqanizmlərdə maddələrin analizinin aparılması üçün kimyanın köməyinə ehtiyac
duyulur. Bunun nəticəsində biokimya elmi meydana gəldi. Canlı orqanizmlərə xas olan, məsələn,
işığın gözə və yaxud da yarpağa təsiri kimi fiziki hadisələri biofizika elmi tədqiq edir. Bu elm
sahələri bioloji prosesləri daha yaxşı araşdırmağa kömək edir.
Öyrəndiklərinizi yoxlayın
1. Dərslikdəki mətndən istifadə edərək cədvəli tamamlayın.
Bioloji elmlər
Nəyi öyrənir?
Nümunə
Fiziologiya
Anatomiya
Morfologiya
2. Verilənləri hansı elm sahələri öyrənir?
1. Balığın tənəffüsünü
2. Ürəyin işini
3. Üzgəcin quruluşunu
4. Balığın skeletini
Öyrəndiklərinizi tətbiq edin
Mətndən istifadə edərək canlılar haqqında elm
sahələrinin adını müəyyən etməklə krossvordu
tamamlayın.
1. Canlı orqanizmlərin həyat fəaliyyəti əsasında
baş verən kimyəvi prosesləri öyrənən elm
sahəsi.
2. Orqanizmlərin daxili quruluşunu öyrənən elm
sahəsi.
3. Orqanizmlərin həyat fəaliyyətlərini öyrənən elm
sahəsi.
4. Bioloji sistemlərdə baş verən fiziki prosesləri
və müxtəlif fiziki amillərin bioloji obyektlərə
təsirini öyrənən elm.
2. Biologiyanın tədqiqat üsulları
İngilis alimi Ç.Darvin bir dəfə bağda gəzərkən soxulcan gördü. Onun hərəkətlərini bir müddət
müşahidə edərək belə qənaətə gəldi ki, soxulcan torpağı yumşaldaraq onun məhsuldarlığını
artırır.
Ç.Darvin hansı yolla soxulcanın təbiətdə rolunu müəyyən etdi?
Biologiyada daha hansı üsullardan istifadə edilə bilər?
Fəalliyət
Fotosintezin getmə sürətinin
karbon qazının havadakı
konsentrasiyasından asılılıq
qrafikini diqqətlə nəzərdən
keçirin. Burada X oxu üzərində
karbon qazının konsentrasiyası, Y-
də isə fotosintezin nisbi sürəti
göstərilir.
Qrafikə əsasən suallara cavab verin:
1. Karbon qazının konsentrasiyası 0,1% və 0,18% arasında olarsa, fotosintezin
sürətində nə baş verər? 2. Əgər istixana havasında karbon qazının miqdarı 0,03% və
ya 0,08% olarsa, fotosintezin sürəti nəyə bərabər olar?
Canlı varlıqların öyrənilməsi üçün müxtəlif metodlardan (yun. methodos –
yol, tədqiqat, dərketmə yolu) istifadə edilir. Bunların ən əsası müşahidə,
eksperiment və ölçmədir.
Müşahidə. Hər hansı bir obyektin və ya hadisənin duyğu orqanlarının köməyi
ilə öyrənilməsinə əsaslanır. Canlı orqanizmlər üzərində müşahidələr
aparmaqla onların təsvir edilməsi bir çox məsələləri aydınlaşdırmağa kömək
edir. Məsələn, alma ağacı ilin hansı ayında çiçəkləyir, yarpaqların tökülməsi,
yəni xəzan nə vaxt baş verir? Canlıların müşahidəsini həm təbii, həm
laboratoriya şəraitində aparmaq mümkündür.
Təbiətdə belə müşahidələr zamanı binokldan, videokameradan,
laboratoriyada isə lupa, mikroskop və digər avadanlıqdan istifadə edilə bilər.
Müşahidə zamanı məlumatlar toplanır. Onların əsasında elmi mülahizələr
Müşahidə
Eksperiment
Ölçmə
irəli sürülür. Bunların təsdiq edilməsi üçün isə eksperiment aparılır.
Eksperiment (lat. experimentum – təcrübə, sınaq). Bu üsuldan müşahidə
nəticəsində irəli sürülən mülahizəni yoxlamaq, onu təsdiq və ya inkar etmək
üçün
istifadə olunur. Məsələn, təcrübələr nəticəsində müəyyən olunmuşdur ki, azot duzları bitkinin
gövdə və yarpaqlarının böyüməsini sürətləndirir.
Ölçmə. Bir çox hallarda müşahidə və eksperimentlər ölçmə ilə müşayiət olunur. Belə ki,
gübrələrin bitkilərə təsirini onların boylarını ölçərək gübrə verilməyən bitkilərlə müqayisə
etməklə müəyyənləşdirmək mümkündür.
Beləliklə, müşahidə, eksperiment və müvafiq ölçmələr nəticəsində tədqiqatçı öyrəniləcək obyekt
və ya hadisə barədə müəyyən elmi biliklər əldə edir.
Öyrəndiklərinizi tətbiq edin
Cədvəli tamamlayın.
Tədqiqat üsulları
Misallar
İstifadə olunan avadanlıq
Öyrəndiklərinizi yoxlayın
1. Aşağıdakı qənaətə gəlmək üçün hansı metodlardan istifadə olunmuşdur?
– Ətirli tütün bitkisinin çiçəkləri gecə açılır, gündüz bağlanır.
– Amöbün yerləşdiyi su damlasına duz kristalı əlavə etdikdə, o, yalançı ayaqlarını yığır
və dəyirmi forma alır.
2. Tədqiqatçı yeni buğda sortunun böyümə sürətinə işıqlanma müddətinin təsirini öyrənmək
istəyir. O, bu zaman hansı tədqiqat metodlarından istifadə edə bilər? Tədqiqatçının
işinin gedişini təsvir edin və mülahizələrinizi əsaslandırın.
3. Mikroskopiya
Qədim zamanlardan insanlar gözlə çətin görünən cisimləri görmək üçün müxtəlif cihazlardan
istifadə etmişlər. Məsələn, münəccimlər göy cisimlərinə baxmaq üçün sadə teleskoplardan,
dənizçilər uzaq məsafələrə baxmaq üçün isə durbinlərdən istifadə edirdilər.
Bəs mikroaləmin obyektlərini necə müşahidə etmək olar?
Onlar nə üçün və necə öyrənilir?
Mikroskopiya – tədqiqat üsulu. Mikroskopiya üsulu mikroskopun köməyi ilə müxtəlif
obyektlərin öyrənilməsinə əsaslanır. Onun əsasını işıq və elektron mikroskopu ilə aparılan
tədqiqatlar təşkil edir. Bu üsul adi gözlə seçilməyən mikroskopik obyektlərin quruluşunu
öyrənməyə imkan verir.
Fəaliyyət – Laboratoriya işi
Müvəqqəti preparatların hazırlanması qaydası
Təchizat: İşıq mikroskopu, əşya və örtük şüşələri, Petr fincanı, içərisində su olan stəkan,
pinset, filtr kağızı, pambıq lifi və ya saç tükü.
İşin gedişi: 1. Əşya şüşəsini kənarlarından tutaraq ehtiyatla götürün.
2. Bir neçə pambıq lifi və ya saç tükünü əşya şüşəsinin mərkəzinə qoyun. 3. Obyektin üzərinə
pipetlə 1-2 damcı su tökün. 4. Örtük şüşəsinin kənarlarından ehtiyatla tutaraq onun bir tərəfini
damcının içərisinə salın və sonra onu ehmalca əşya şüşəsinin üzərinə yerləşdirin.
Əşya və örtük şüşələri arasında hava qabarcığı qalmamalıdır!
– Suyun artığını filtr kağızı ilə götürün.
– Preparata əvvəl mikroskopun kiçik, sonra böyük böyüdücüsündə baxın.
– Mikroskopda gördüyünüzü dəftərinizə çəkin.
Bu üsuldan həm cansız, həm də canlı mikroskopik obyektlərin tədqiqində istifadə etmək
mümkündür. Biologiyada mikroskopla aparılan tədqiqatlarda, adətən, canlının müəyyən nazik
kəsiyindən və ya hissəciyindən hazırlanmış preparatlardan istifadə edilir.
İşıq mikroskopu ilə işləmək qaydası
1. Mikroskopu ştativi özünə tərəf olmaqla stolun kənarından 5-8 sm aralı qoyun.
2. Güzgünün köməyi ilə işığı əşya kürsüsündə olan dəliyə yönəldin.
3. Preparat düzəldərək əşya kürsüsünün üzərinə qoyun.
4. Preparatın əşya şüşəsini sıxacların köməyi ilə kürsüyə bərkidin.
5. Vintdən istifadə etməklə tubusu ehmalca endirin və elə edin ki, obyektivin aşağı kənarı
preparatdan 1-2 mm məsafədə olsun.
6. Okulyardan baxmaqla əşyanın preparatda aydın surəti görünənə qədər tubusu yavaş-yavaş
qaldırın.
Öyrəndiklərinizi tətbiq edin
1. Preparatların hazırlanması mərhələsini düzgün
ardıcıllıqla göstərin.
2. 1-dən 7-yə qədər nə
işarə olunmuşdur?
1. __
2. __
3. __
4. __
5. __
6. __
7. __
Öyrəndiklərinizi yoxlayın
1.
6-cı sinifdə siz soğan dəriciyinin hazır
preparatına baxmısınız. Şəklə baxaraq preparatın hazırlanması prosesinin ardıcıllığını
uyğun rəqəmlərlə göstərin və hər mərhələni təsvir edin.
2.
“İşıq mikroskopu ilə işləmək qaydası” mətnindən istifadə edərək düzgün cavabları
seçin:
1. Mikroskopu, ştativi özünüzdən kənara olmaqla yerləşdirin. 2. Mikroskopun
ştativini özünüzə tərəf qoyun. 3. İş üçün mikroskopun görünüş sahəsi güclü
işıqlandırılmalıdır. 4. Mikroskopun görünüş sahəsi zəif işıqlandırılmalıdır. 5. Hazır
preparatı əşya kürsüsünün altına yerləşdirin. 6. Hazır preparatı əşya kürsüsünün üzərinə
qoyun və onu sıxaclarla bərkidin. 7. Okulyardan baxmaqla böyük vinti aydın təsvir
görünənə qədər fırladın. 8. Bunu ehtiyatla edin ki, preparatı zədələməyəsiniz.
4. Canlı orqanizmlərin müxtəlifliyi
Heyvanlar kimi, üzvi maddələrlə qidalanan göbələklər və əksər bakteriyalar üzvi maddələri
qeyri-üzvi maddələrdən sintez edə bilmirlər. Digər tərəfdən, bəzi ibtidai heyvanlar da
xlorofilin olmasına görə işıqda bitkilər kimi qidalanırlar. Lakin qaranlıqda onlar məhv olmur
və heyvanlar kimi hazır üzvi maddələrlə qidalanırlar.
Bütün canlı orqanizmlər üçün hansı əlamətlər ümumi sayılır?
Canlı təbiətin nümayəndələri hansı xarakterik əlamətlərə malikdir?
Fəaliyyət
Anlayışların adlarını cədvəlin müvafiq sütunlarına yazın:
fotosintez, ürək, heterotrof, xlorofil,
mədə, qidalanma, ələyəbənzər borular, ağızcıqlar, tənəffüs, avtotrof, görmə, hüceyrə, qan
Bitkilər
Heyvanlar
Orqanizmlərdə oxşar əlamətlər. Yer üzərində yaşayan canlılar geniş müxtəlifliyə malikdirlər.
Onların arasında birhüceyrəlilərdən başlayaraq, çoxhüceyrəlilər kimi formalar mövcuddur. Bütün
bu orqanizmlər xarici görünüşcə müxtəlif olsa da, onları ümumi bir cəhət – hüceyrəvi quruluşa
malik olmaları birləşdirir. Orqanizmlərin digər ümumi xüsusiyyətləri onların qıcıqlara cavab
verməsi, irsi əlamətlərini nəslə ötürmələri, onlarda gedən maddələr və enerji mübadiləsidir.
Canlı orqanizmlərin fərqli xüsusiyyətləri
Bitki və heyvanlar. Bitki hüceyrəsi qalın hüceyrə divarı, plastidlər və iri vakuolun olması ilə
heyvan hüceyrələrindən fərqlənir. Bitkilərə nisbətən heyvanlarda hərəkət formaları daha
müxtəlifdir. Heyvanlarda olan sinir sistemi, əzələ və hiss orqanları bitkilərdə olmur. Bitki və
heyvanlarda olan fərqlər onların qidalanma xüsusiyyətlərinə də aiddir. Bitkilərin əksəriyyəti
avtotrof hesab olunur. Bu xüsusiyyət onlara xaricdən yalnız qeyri-üzvi maddələr – su, mineral
duzlar, karbon qazı almağa və günəş enerjisindən istifadə edərək üzvi maddələr yaratmasına
imkan verir. Heyvanlar isə digər heyvan və bitkiləri yeməklə yalnız hazır üzvi maddələrlə
qidalanır.
Göbələklər. Göbələklərdə həm bitkilərin, həm də heyvanların əlamətlərinə rast gəlinir. Onların
hüceyrələrində, bitkilərdəki kimi, qalın hüceyrə divarı və iri vakuol olur. Lakin heyvanlardakı
kimi, ehtiyat qida maddəsi qlikogendir və hüceyrələrində plastidləri olmur. Göbələklər də əksər
heyvanlar kimi heterotrof yolla qidalanırlar.
Bakteriyalar. Birhüceyrəli orqanizmlərdir. Formalaşmış nüvəsinin və bir çox hüceyrə
orqanoidlərinin olmamasına görə bitki və heyvan hüceyrəsindən fərqlənir. Orqanizmlərdə bu cür
müxtəlifliyin yaranması onların həyat şəraitinə uyğunlaşmaları ilə əlaqədardır.
Öyrəndiklərinizi tətbiq edin
“Canlı orqanizmlərin əsas xüsusiyyətləri” cədvəlinin uyğun xanalarını tamamlayın.
Əsas xassələri
Heyvanlar
Bitkilər
Göbələklər
Qidalanma
Hərəkət
Qıcıqlanma
İfrazat
Böyümə
Hüceyrənin quruluşu
Öyrəndiklərinizi yoxlayın
1. Düzgün cavabı seçin:
1. Hüceyrəsində formalaşmış nüvəsi olmayan canlılar:
а) bitkilər b) bakteriyalar c) heyvanlar.
2. Xloroplastlar yerləşir:
а) canlı orqanizmlərin bütün hüceyrələrində;
b) bitkilərin bütün hüceyrələrində;
c) bitkilərin yalnız yaşıl hüceyrələrində;
d) yalnız göbələk hüceyrələrində.
3. Göbələklər heyvanlara ona görə oxşayırki:
а) hərəkətsizdirlər; b) qidanı soraraq udurlar; c) heterotrofdurlar.
2. Məntiqə əsasən sual işarəsinin yerinə uyğun gələn anlayışı müəyyən edin:
Anatomiya – quruluş / Fiziologiya – ... ?
Heyvanlar – zoologiya / Bitkilər – ... ?
Yarpaq – orqan / Fotosintez – ... ?
Bitkilər – avtotrof / Göbələklər – ... ?
Qidalanma – proses / Mədə – ... ?
ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR
1. Düzgün cavab variantını seçin:
a) Orqanizmin və onun orqanlarının daxili quruluşunu
öyrənən elm anatomiyadır/fiziologiyadır. b) Orqanizmlərin müxtəlifliyi və təsnifatı ilə
məşğul olan elm mikologiya/sistematika adlanır. c) “Zoologiya”/ “botanika” sözünün yunan
dilindən tərcüməsi “bitki” deməkdir. d) Orqanizmlərin həyat fəaliyyətini öyrənən elm sahəsi
fiziologiyadır / morfologiyadır. e) Biologiyanın heyvanlar aləmini öyrənən elm sahəsi
“zoologiya” / “botanika” adlanır.
2. Düzgün cavabı seçin:
“Soğan dəriciyindən mikropreparatın hazırlanması” laboratoriya işi
zamanı hansı əməliyyatı birinci yerinə yetirmək lazımdır?
1) Preparat iynəsinin köməyi ilə əşya şüşəsi üzərində soğan dəriciyini yerləşdirmək; 2)
Vinti hərəkət etdirərək tubusu preparatdan 1-2 mm məsafəyə qədər ehmalca endirmək; 3)
Təmiz silinmiş əşya şüşəsinin üzərinə bir-iki damсı su tökmək; 4) Okulyara baxaraq
təsvirin dəqiqləşdiyi ana qədər vinti asta-asta hərəkət etdirmək; 5) Soğan dəriciyinin
üzərini örtük şüşəsi ilə örtərək mikroskopun əşya kürsüsünün üzərinə qoymaq.
3. Hansı tədqiqat metodları ilə bu faktlar müəyyən olunmuşdur:
a) Yeni doğulmuş uşağın
nəbzi dəqiqədə 140 ürək döyüntüsünə bərabərdir. 1-2 yaşında uşaqlar üçün bu göstərici 100-
ə, 8-14 yaşında isə 80-ə bərabərdir. b) Bəzi həşəratlar yarpaqlara və ya budaqcıqlara
bənzəyir. Belə oxşarlıq onları quşlar tərəfindən yeyilməkdən qoruyur.
4. Bitkilərə, göbələklərə və heyvanlara uyğun əlamətləri seçərək cədvəlin müvafiq
sütunlarında qeyd edin.
1. Əsasən heterotrof qidalanma, 2. Möhkəm hüceyrə divarı, 3.
Plastidlərin olması, 4. Fəal hərəkət, 5. Əsasən avtotrof qidalanma, 6. Həzm sistemi, 7. İri
hüceyrə vakuolu, 8. Böyümə, 9. Tənəffüs sistemi, 10. Tozlanma.
Bitkilər
Heyvanlar
Göbələklər
5. Nə üçün göbələkləri ayrıca aləmə aid edirlər?
BİTKİLƏR, BAKTERİYALAR VƏ GÖBƏLƏKLƏR ALƏMİNİN
MÜXTƏLİFLİYİ
2-ci fəsil
İbtidai və ali sporlu bitkilər
5. Yosunlar – ibtidai bitkilərdir. Birhüceyrəli yaşıl yosunlar
Yay günlərində yaşıllaşmış durğun gölməçə suyunu ovcunuza alsanız, onun içərisində kiçik
yaşıl kürəcikləri görərsiniz. “Suyun çiçəkləməsi” deyilən bu hadisəyə səbəb xlаmidomonada
və xlorella adlanan yosunların suda kütləvi surətdə çoxalmasıdır.
Yosunlar haqqında nə bilirsiniz?
Müasir sistematikada bitkilər aləmi iki yarımaləmə – ibtidai və ali bitkilərə bölünür. İbtidai
bitkilərdə ali bitkilərə xas olan orqanlar (kök, gövdə, yarpaq) yoxdur.
İbtidai bitkilərə təbiətdə geniş yayılan yosunlar aiddir və əksər hissəsi su mühitində yaşayır.
Lakin onların nümayəndələrinə nəm torpaqda, ağac gövdəsində və hətta qar üzərində də rast
gəlinir. Yosunlar qrupuna yaşıl, qonur, qırmızı və digər yosun şöbələri daxildir. Bunların
içərisində birhüceyrəli və çoxhüceyrəli formalara rast gəlinir.
Fəaliyyət
Şəklə əsasən birhüceyrəli yosunlar olan
xlamidomonada və xlorellanın quruluşunu müqayisə edin.
Nəticəni müzakirə edin: Bu canlıların hansı ümumi və fərqli cəhətləri var?
Birhüceyrəli yaşıl yosunlar. Xlorella və xlаmidomonada yosunların ən geniş yayılmış
nümayəndələridir. Hüceyrələri xaricdən qalın və şəffaf qılafla örtülmüşdür. Xlаmidomonada
qamçıların köməyi ilə fəal hərəkət edə bilir. Xlorella isə ondan fərqli olaraq, su axını vasitəsilə
bir yerdən başqa yerə aparılır. Onların hüceyrələrində nüvə, sitoplazma, iri vakuol və həmçinin
yaşıl xlorofil piqmentinə malik tək xromatofor (yun xro matofor – rəngdaşıyan) var.
Xlаmidomonada hüceyrəsində bunlardan başqa işığa həssas “qırmızı gözcük”, yığılıb-açılan iki
kiçik vakuol olur.
Yaşıl yosunların qidalanması. Yosunlar, əsasən, avtotrof yolla qidalanır. Xlamidomonada və
bəzi başqa yosunlar qida üçün bəzən hazır üzvi maddələrdən istifadə edir.
Birhüceyrəli yaşıl yosunların çoxalması. Yosunlar həm cinsi, həm də qeyri-cinsi yolla çoxalır.
Əlverişli şəraitdə onlarda qeyri-cinsi, əlverişsiz şəraitdə (su hövzəsinin soyuması, quruması və
s.) isə cinsi çoxalma müşahidə edilir. Xlamidomonadadan fərqli olaraq, xlorella yalnız qeyricinsi
yolla – ikiyə bölünməklə çoxalır.
Birhüceyrəli yaşıl yosunların çoxalması
Xlamidomonadanın çoxalması. Bölünmədən əvvəl xlamidomonada qamçısını itirir və
hərəkətsizləşir.
Öyrəndiklərinizi tətbiq edin
Düzgün variantı seçin:
1. Yosunlarda orqanlar olur/ orqanları olmur. 2. Yosunun hüceyrəsi
bakteriya hüceyrəsindən formalaşmış nüvənin olması/olmaması ilə fərqlənir. 3.
Xlorella/amöb birhüceyrəli yosunlara aiddir. 4. Xlamidomonadada işıq qıcığını qəbul edən
qamçılardır/qırmızı “gözcükdür”. 5. Yaşıl yosun hüceyrələrində xlorofil
xromatoforda/xloroplastlarda yerləşir.
Öyrəndiklərinizi yoxlayın
1. Hecalardan keçilmiş mövzu üzrə anlayışları qurub onların tərifini verin:
– Qeyri-cinsi çoxalması. Xlamidomonadanın daxili
möhtəviyyatı bir neçə dəfə bölünərək – 4, bəzən 8 ədəd
hərəkətli kiçik hüceyrə – zoosporlar (yun. zoon – heyvan,
spor – səpin, toxum) əmələ gətirir. Onlar xaricə çıxaraq
müstəqil yaşayan yeni yosunlara çevrilir.
a
Qeyri-cinsi çoxalma (sxem)
1. Yetkin 2. İlkin mərhələ
(zoosporların yaranması). . Zoosporlardan
yeni fərdlər yaranır. 4. xlamidomonada.
Cavan xlamidomonada.
– Cinsi çoxalması. Xlamidomonadanın möhtəviyyatının
bölünməsinəticəsində çoxlu sayda ikiqamçılı qametlər
(cinsiyyət hüceyrələri) yaranır. Onlar başqa fərdin
qametləri ilə suda cüt-cüt birləşir və ziqot əmələ gətirir. Ziqot
qalın qılafla örtülərək qışlayır. Yazda ziqotun bölünməsi
nəticəsində yaranan zoosporlardan cavan xlamidomonadalar
əmələ gəlir.
b
Cinsi çoxalma (sxem)
1. Yetkin xlamidomonada.
2. Ana hüceyrədə qametlər yaranır. 3.
Qametlər suya tökülərək başqa fərdin
qametləri ilə cüt-cüt birləşir. 4. Yaranan
ziqot qalın qılafla örtülür. 5. Ziqotdan 4
ədəd yeni zoosporlar əmələ gəlir.
“spor – zoo ”, “qot – zi”, “ma – xro – for – to”, “ met – qa”, “rel – la – xlo”
2. Uyğunluğu müəyyən edin:
A) Xlamidomonadanın hərəkətində iştirak edir
B) Yosun hüceyrəsində işığa həssas hissəcik
C) Xlamidomonadaya yaşıllıq verən struktur
D) Hüceyrə şirəsi ilə dolu olan hüceyrə strukturu
1. Xromatofor
2. Vakuol
3. Qamçılar
4. “Qırmızı gözcük”
6. Çoxhüceyrəli yaşıl yosunlar
Mikroskopik yosunlarla yanaşı, uzunluğu onlarla metrə çatan yosunlar da var.
Çoxhüceyrəli yosunlar birhüceyrəli yosunlardan nə ilə fərqlənir?
Fəaliyyət – Laboratoriya işi. Sapşəkilli yosunların quruluşu.
Məqsəd: Sapşəkilli yosunların quruluşunun öyrənilməsi.
Təchizat: Canlı yosun (spirogira yosunu) və ya hazır preparat, mikroskop, əşya və örtük
şüşələri, preparat iynəsi, pipetlər, bir stəkan su.
İşin gedişi: 1. Mikroskopla yosunun yenicə hazırlanmış və ya hazır mikropreparatına baxın. 2.
Yosun hüceyrəsinin qılafına, sitoplazmasına, xromatoforuna, nüvəsinə, vakuoluna diqqət
yetirin. 3. Gördüklərinizi spirogiranın böyüdülmüş şəkli ilə müqayisə edin və onun bir
hüceyrəsinin strukturlarını qeyd etməklə şəklini çəkin. 4. Spirogiranın quruluşu barədə nəticə
çıxarın.
Nəticəni müzakirə edin: 1. Yosunun sapı nədən təşkil olunub? 2. Spirogira yosunu
xlamidomonada və ya xlorelladan nə ilə fərqlənir?
Çoxhüceyrəli yaşıl yosunlar. Çoxhüceyrəli yaşıl yosunların nümayəndələrində bədən sapşəkilli,
lövhəşəkilli və ya digər formalı tallomdan (yun. tallos – cücərti) ibarətdir. Onların əksəriyyətinin
toxuma və orqanları olmur. Çoxhüceyrəli yaşıl yosunlara misal olaraq durğun və sakit axan
sularda rast gəlinən – ulotriks, spirogira və dənizlərdə yaşayan ulvanı misal göstərmək olar.
Çoxhüceyrəli yaşıl yosunların quruluşu
Ulotriksin tallomu sapşəkilli olub,
bir cərgədə düzülmüş çoxlu
hüceyrələrdən ibarətdir. Aşağıda
yerləşən hüceyrəsi vasitəsilə
substrata birləşir.
Spirogira yosununun isə sapları heç yerə birləşmir.
Suda passiv üzən pambığabənzər yaşıl topalar
şəklində olur. Uzunsov və üzəri seliklə örtülmüş
hüceyrələrə malikdir.
Ulvanın tallomu lövhəşəkilli, parlaq-
yaşıl rəngli olub, kənarları
1. Qılaf. 2. Sitoplazma. 3. Nüvə.
4. Qapanmayan halqaşəkilli
xromatofor.
burulmuşdur. Tallomun alt hissəsində
suyun dibinə yapışmaq üçün qısa
“saplaq” olur. Xəzər dənizində də
rast gəlinir.
Çoxhüceyrəli yaşıl yosunların çoxalması. Çoxhüceyrəli yaşıl yosunlar da qeyri-cinsi və cinsi
yolla çoxalır.
Ulotriks yosununun çoxalması. Ulotriksin substrata yapışan hüceyrəsindən başqa hər bir
hüceyrəsi dördqamçılı hərəkətli zoospor əmələ gətirə bilir. Onlar suya çıxaraq üzür və əlverişli
yer taparaq suyun dibinə çökür. Bölünərək yeni yosun saplarına başlanğıc verir.
Qeyri-cinsi çoxalma bəzən sapın təsadüfən hissələrə parçalanması – vegetativ yolla da baş verir.
Çoxhüceyrəli yaşıl yosunların çoxalması
Ulotriks yosununun çoxalması
1. Qametlərin yaranması.
2. Qametlərin birləşməsi.
3. Ziqot.
4. Qamçısız sporlar.
5-6. Yetkin yosun.
7. Zoosporun yaranması.
8. Zoosporlar.
9. Yeni yosun.
Əlverişsiz şəraitdə ulotriks yosunu çoxlu miqdarda ikiqamçılı kiçik qametlər əmələ gətirir. Onlar
suya çıxaraq eyni növə mənsub başqa fərdin qametləri ilə cüt-cüt birləşir və mayalanma baş
verir. Mayalanmadan sonra qalın qılaflı ziqot əmələ gəlir. Əlverişli şəraitdə ziqot 4 ədəd
qamçısız sporlara bölünür. Onların hər birindən yeni ulotriks yosunları əmələ gəlir.
Spirogirada isə cinsi çoxalma konyuqasiya (lat. conjugatio – birləşmə) yolu ilə baş verir. Bu
zaman iki yosun tallomu bir-birinə yaxınlaşır. Onların hüceyrələrinin möhtəviyyatları bir-birinə
qarışır. Nüvələri birləşir və nəticədə ziqot əmələ gəlir. Ziqotdan yeni spirogira sapı inkişaf edir.
Ulva yosunu da qeyri-cinsi və cinsi yolla çoxalır.
Öyrəndiklərinizi tətbiq edin
Düzgün fikirləri müəyyən edin:
a) Çoxhüceyrəli yosunların bədəni tallom şəklindədir. b)
Yosunların hamısında toxuma və orqanlar olmur. c) Qidalanma xarakterinə görə əksər
yosunlar avtotrofdur. d) Yosunların hüceyrəsinin formalaşmış nüvəsi olur. e) Yosunlar
əlverişsiz şəraiti spor halında keçirir.
Öyrəndiklərinizi yoxlayın
1. Düzgün variantı seçin:
a) Çoxhüceyrəli yosunların bədəni gövdə və yarpaqlardan/tallomdan təşkil olunub. b)
Ulva/xlorella birhüceyrəli yosunlara aiddir. c) Yaşıl yosunların hüceyrələrində xlorofil
xromatoforda/vakuolda yerləşir. d) Spirogira/ulotriks yosunu tallomun aşağı hissəsi ilə
substrata birləşir.
2. Cədvəli doldurun:
Hüceyrəsinin quruluşu, qidalanması,
yaşayış mühiti, orqan və toxumaları
Yosunlar
Çiçəkli bitkilər
Nüvə
Qılaf
Sitoplazma
Xlorofil
?
?
Əsas qidalanma tipi
?
Avtotrof
Yaşayış mühiti
?
?
Orqanlar
+
7. Qonur və qırmızı yosunlar. Yosunların əhəmiyyəti
Qırmızı və qonur yosunlara dəniz və okeanlarda daha çox rast gəlinir. Suyun içərisində
cəngəlliklər yaradan belə yosunları bəzən “canlı maneə” də adlandırırlar. Bu yosunlar gəmi
pərlərinə ilişərək onun hərəkətində çətinliklər yaradır.
Qırmızı və qonur yosunlar yaşıl yosunlardan nə ilə fərqlənir?
Fəaliyyət
Şəkildəki yosunları bir neçə əlamətə görə qruplaşdırın.
Nəticəni müzakirə edin: 1. Qruplaşdırdığınız bitkilərin hansı oxşar cəhətləri var? 2. Hansı
əlamətlərinə görə yosunları ibtidai bitkilərə aid edirlər?
Qonur və qırmızı yosunların əksəriyyəti dərin sularda yaşayan dəniz bitkiləridir. Nümayəndələri
mikroskopik ölçüdən nəhəng formalara qədər olur. Tallomları sapşəkilli, kürəşəkilli, lövhəşəkilli
və s. olur. Yosunlar suyun dibinə sapşəkilli çıxıntıların – rizoidlərin (yun. rizo – kök, eydos –
bənzər) və ya tallomun aşağısında olan lövhəşəkilli çıxıntıların köməyi ilə birləşir. Qonur və
qırmızı yosunlar avtotrof yolla qidalanır və suda həll olmuş oksigenlə tənəffüs edir.
Qonur yosunlar. Tallomu sarımtıl-qonur rənglidir. Tallomunun qonur rəngli olmasının səbəbi
hüceyrələrinin xromatoforunda yaşıl piqment olan xlorofillə yanaşı narıncı, sarı və qonur
piqmentlərin də olmasıdır. Laminariya (“dəniz kələmi”) – qonur yosunların geniş yayılmış
nümayəndəsidir. Tallomu lentşəkilli olub rizoidlər vasitəsilə suyun dibinə yapışır.
Qırmızı yosunlar. Qonur yosunlardan fərqli olaraq, qırmızı yosunların hüceyrələrində
xlorofildən başqa qırmızı və göy piqmentlərə də rast gəlinir. Tallomun rəngi piqmentlərin
nisbətindən asılıdır. Qırmızı piqmentin suyun dərin qatlarına keçən işıq şüalarını qəbul etmək
qabiliyyəti bu yosunlara 200 m və daha dərinlikdə yaşamalarına imkan verir. Dərinlik artdıqca
tallom daha da qırmızı olur. Porfira – qırmızı yosunların geniş yayılmış nümayəndələrindəndir.
Yosunların təbiətdə və insan həyatında əhəmiyyəti. Yosunlar sudan karbon qazını udaraq suyu
oksigenlə zənginləşdirir və suda yaşayan orqanizmlərin tənəffüsünü təmin edir. Onlar bəzi
balıqların və su heyvanlarının qidasını təşkil edir. İnsanlar qida kimi laminariyadan, ulvadan və
porfiradan istifadə edirlər. Yosunlardan sənayedə yod, kalium duzları, sellüloza, spirt, sirkə
turşusu və digər məhsullar istehsal olunur.
Qırmızı və qonur yosunlardan alınan aqar-aqar maddəsindən isə qənnadı sənayesində,
mikrobiologiyada istifadə edilir. Bəzi yosunlardan təbabətdə dərman kimi, məsələn, laminariya
yosunundan sarılıq, raxit və s. xəstəliklərin müalicəsində istifadə olunur.
Öyrəndiklərinizi tətbiq edin
Öyrəndiklərinizi yoxlayın
1.
Səhv fikirləri düzəldin:
a) Qırmızı yosunlarda xlorofil olmur
b) Xlorella suda həll olmuş oksigendən istifadə edir
c) Spirogiranın xromatoforu kasaşəkillidir
d) Laminariyadan qida kimi istifadə olunur
2. Yosunların təbiətdə və insan həyatında əhəmiyyəti barədə elektron təqdimat hazırlayın.
Uyğunluğu müəyyən edin:
1. Toxuma və orqanlara bölünməmiş
yosun bədəni. 2. Yosunlarda fotosintezi təmin edən hüceyrə
strukturu. 3. Qonur yosun. 4. Yosunu sualtı obyektlərə birləşdirən
sapşəkilli çıxıntılar. 5. Daha dərində yaşayan yosunlar. 6.
Fotosintezdə iştirak edən yaşıl piqment.
a) Rizoidlər
b) Qırmızı
yosunlar
c) Laminariya
d) Xromatofor
e) Xlorofil
f) Tallom
8. Ali sporlu bitkilər. Mamırlar şöbəsi
Mamırlar insanlara daha az tanış olan bitkilər qrupudur. Onlar torpağı, bitkilərin gövdəsini və
ya daşların üzərini yaşıl xalı kimi örtür. Əksəriyyəti kiçik ölçülüdür. Hündürlüyü bir neçə
santimetrə çata bilir. Onların toxumları, çiçək və meyvələri olmur.
Mamırlar barədə nə bilirsiniz?
Ali bitkilərin xüsusiyyətləri. Ali bitkilər ibtidai bitkilərdən orqanların olması ilə fərqlənir. Hər
bir orqan müəyyən funksiyaları yerinə yetirir. Orqanlar bu funksiyaları təmin edən toxumalardan
təşkil olunub.
Ali bitkilər iki böyük qrupa – sporlu və toxumlu bitkilərə bölünür. Mamırlar – sporlu bitkilərə
aiddir.
Fəaliyyət – Laboratoriya işi. Mamırların xarici quruluşu
İşin məqsədi: Quş mamırının və sfaqnumun quruluş
xüsusiyyətlərinin öyrənilməsi.
Təchizat: Quş mamırının və sfaqnumun herbariləri və şəkilləri.
İşin gedişi: Mamırların herbarisinə və şəkillərinə diqqətlə baxıb, onların xarici görünüşünü
verilmiş plan üzrə təsvir edin: ölçüsü; gövdəsi; yarpaqları; rizoidləri; sporlu qutucuğu;
qutucuğun ayaqcığı
Nəticəni müzakirə edin:
1. Bu bitkilərin ümumi və fərqli cəhətləri hansılardır?
2. Hansı əlamətlərinə görə mamırları ali bitkilərə aid edirlər?
Mamırlar. Mamırlar rütubətsevən bitkilərdir. Onlara, əsasən, bataqlıqlarda, rütubətli
çəmənliklərdə, meşələrin kölgəli yerlərində rast gəlinir. Yosunlardan fərqli olaraq, mamırların
əksəriyyətinin gövdə və yarpağı olur. Mamırların kökü olmur. Onların bəziləri gövdələrini
rizoidlərin köməyi ilə torpağa bərkidir, su və mineral duzları udur. Mamırlar avtotrof
orqanizmlərdir. Onların xloroplastları yaxşı inkişaf etmişdir. Sporlar vasitəsilə çoxalır.
Yaşıl quş mamırı. Çoxillik bitkidir. Bataqlıqlaşmış və nəm yerlərdə rast gəlinir. Gövdəsi dik
qalxır, budaqlanmır, üzərində sıx yerləşən və ucu şiş yarpaqlar olur. Bitkini torpağa gövdənin
aşağı hissəsində yerləşən nazik sapşəkilli rizoidlər bərkidir. Quş mamırı bədən səthi ilə
atmosferin rütubətindən də istifadə edə bilir və öz çəkisindən təxminən 4 dəfə çox su udur.
Sfaqnum (yun. sphagnos – süngər). Meşə və bataqlıqlarda budaqlanmış gövdəsi olan sfaqnuma
təsadüf edilir. Yetkin bitkinin rizoidi olmur. Gövdə və yarpaqlarında fotosintez prosesini həyata
keçirən xloroplastlara malik hüceyrələrlə yanaşı, içərisi boş , ölü iri hüceyrələrə də rast gəlinir.
Yarpaq və gövdədə olan ölü hüceyrələrin hesabına sfaqnum öz çəkisindən 20-25 dəfə çox su uda
bilir. Nəticədə sfaqnum bitən torpaq tədricən bataqlığa çevrilir. Belə şəraitdə digər bitkilər yaxşı
inkişaf edə bilmir. Bataqlıqlarda sfaqnum bakteriyaların inkişafına mane olan maddələr ifraz edir.
Ona görə də bataqlığa düşmüş orqanizmlərdə çürümə prosesləri zəif gedir.
Sfaqnumun gövdəsi hər il 2-3 sm böyüyür. Eyni zamanda, gövdənin aşağı hissəsi tədricən məhv
olur. Tələf olmuş hissə oksigen az olan yerdə yavaş-yavaş parçalanır və torfa çevrilir.
Öyrəndiklərinizi tətbiq edin
Öyrəndiklərinizi yoxlayın
1. Düzgün variantı seçin:
a) Mamırlar ali bitkilərə aiddir. Onların rizoidləri/ kökləri olur. b)
Yetkin sfaqnum mamırı/quş mamırı torfun yaranma mənbəyidir. c) Yetkin sfaqnum quş
mamırından yarpaqların/rizoidlərin olmaması ilə fərqlənir. d) Ölü hüceyrələrin hesabına
sfaqnum suyu bədəninə hopdurur/qidalı maddələri ötürür.
2. Suallara cavab verin:
a) Sfaqnum mamırının yarpaqlarının, quş mamırından fərqli olaraq,
ağımtıl rəngdə olmasının səbəbi nədir? b) Müharibə zamanı pambıq çatışmayanda həkimlər
yaraları sarımaq üçün quru sfaqnum mamırından istifadə edirdilər. Bu zaman bitkinin hansı
xüsusiyyətləri nəzərə alınırdı?
Çoxhüceyrəli yosunun və mamırın
quruluşunu müqayisə edin. Əlamətlərin
olub-olmamasını “+” və ya “–” ilə işarə
edərək, cədvəli doldurun.
Quruluş
hissələri
Yosun
Mamır
Tallom
Gövdə
Yarpaq
Rizoidlər
Kök
9. Mamırların çoxalması və əhəmiyyəti
Yaponiyanın qədim paytaxtı Kioto şəhərində çoxlu sayda cəlbedici mamır bağlarına rast
gəlmək olar. Belə bağlar yapon ənənələrinin ayrılmaz hissəsinə çevrilmişdir. Yaşıl məxmərə
bənzəyən mamır örtüyü burada daş körpülərin və kiçik adacıqların üzərini bəzəyir.
Mamırların təbiətdə əhəmiyyəti nədir?
Fəaliyyət – Laboratoriya işi. Quş mamırının qutucuğunun quruluşu
İşin məqsədi: Qutucuğun quruluşunun öyrənilməsi.
Təchizat: Quş mamırının qutucuğu və ya hazır preparat, lupa, preparat iynələri.
İşin gedişi: 1. Quş mamırına lupa ilə diqqətlə baxıb, içərisində sporlar olan qutucuğu tapın və
şəklini çəkin. 2. Qutucuğu əzərək lupa ilə içərisindən çıxan sporlara baxın. 3. Sporların çoxlu
miqdarda yaranmasının əhəmiyyəti barədə nəticə çıxarın.
Quş mamırının çoxalması. İkievli bitkidir, onun çoxalma prosesində cinsi nəsillə qeyri-cinsi
nəsilləri növbələşir. Quş mamırının erkək və dişi bitkiləri yanaşı bitir və cinsı nəsil sayılır.
Üzərində cinsiyyət hüceyrələri əmələ gələn orqanizm cinsi, üzərində spor yaranan isə qeyri-cinsi
nəsil hesab olunur.
Mamırların təbiətdə və insan həyatında rolu. Mamırlar torpağın üzərini örtərək ora havanın
keçməsini çətinləşdirir. Bu isə torpağın turşulaşmasına və bataqlıqlaşmasına səbəb olur.
Sfaqnumun çürüməsi nəticəsində torf əmələ gəlir. Torfdan insanlar yanacaq, gübrə və xalq
təsərrüfatında xammal kimi istifadə edirlər. Ondan, həmçinin, ağac spirti, plastmas, izolyasiya
materialı, qətran və digər qiymətli məhsullar alınır.
10. Qıjıkimilər. Qıjıların çoxalması
Qıjıkimilər ali sporlu bitkilərə aiddir. Qədim rəvayətə görə, qıjı ildə bir dəfə çiçək açır.
İnsanlar meşələri gəzərək çiçəkləyən qıjı axtarırdılar. İnanırdılar ki, onun çiçəyini görən
xəzinə tapıb dövlətli və xoşbəxt olacaq. Bu, ona görə rəvayət adlanır ki, əslində, qıjı heç vaxt
çiçək açmır.
Sizcə, qıjının çiçək açmamasına səbəb nədir?
Fəaliyyət – Laboratoriya işi. Qıjının quruluşu
Öyrəndiklərinizi tətbiq edin
Şəkildə dişi və erkək bitkiləri
göstərin. Rəqəmlərlə işarələnən
hissələri adlandıraraq fikrinizi
əsaslandırın.
Öyrəndiklərinizi yoxlayın
1. Açar sözlərdən istifadə edərək cümlələri
tamamlayın:
Qutucuq, ziqot, spermatozoid,
ayaqcıq, su, protonema, yumurtahüceyrə, spor,
rizoidlər.
Erkək bitkilərin yuxarı hissəsində içində erkək
qametlər –__ yetişən erkək cinsiyyət orqanları
əmələ gəlir. Onlar __iştirakı ilə sərbəst hərəkət
edə bilir. Dişi bitkilərdə dişi cinsiyyət hüceyrəsi
– __ yetişən dişi cinsiyyət orqanları yerləşir.
Yumurta hüceyrənin mayalanması nəticəsində __
yaranır. Ondan uzun__ üzərində yerləşən qutucuq
əmələ gəlir. Sporlar __ içində inkişaf edir. Onlar
yetişdikdə__qapaqcığı açılır və __ tökülür.
Rütubətli torpağa düşdükdə __ yaşıl sap – __
inkişaf edir. Onun üzərində __ və tumurcuqlar
olur. Tumurcuqlardan cavan zoğlar inkişaf edir.
2. Yosun və mamırların oxşar və fərqli
əlamətlərini qeyd edin.
İşin məqsədi: Qıjı bitkisinin quruluş xüsusiyyətlərini aydınlaşdırmaq.
Təchizat: Lupa, canlı qıjı bitkisi.
İşin gedişi: 1. Qıjının zahiri görünüşünə nəzər salın.
Kökümsovun üzərindəki kökləri tapın. Bu, hansı köklərdir? 2. Yarpağın alt səthində
içərisində spor olan qonur qabarcıqlara diqqət yetirin. Qıjının həyatında sporların əhəmiyyəti
nədir? 3. Bitkinin şəklini çəkin və onun orqanlarının adlarını qeyd edin.
Qıjıkimilərin əlamətləri. Mamırlardan fərqli olaraq, qıjıkimilərin gövdə və yarpaqdan başqa
inkişaf etmiş kökləri də olur. Onlar sporlar vasitəsilə çoxalır. Mayalanma prosesi, mamırlardakı
kimi, suyun iştirakı ilə gedir.
Qıjıkimilərin müxtəlifliyi. Qıjıkimilərə qıjılar, qatırquyruğular və plaunlar aiddir. Qədim
bitkilər olan qıjıkimilərə rütubətli və kölgəli yerlərdə, xüsusən meşə örtüyü altında rast gəlinir.
Əksəriyyətinin gövdəsi otşəkillidir, lakin tropik Asiya, Avstraliya, Mərkəzi və Cənubi Amerika
kimi zonalarda bəzi ağacşəkilli formalara da təsadüf edilir. Qıjıkimilər arasında lianlara da rast
gəlinir.
Qıjılar. Qıjıların bədən ölçüləri bir neçə mm-dən bir neçə metrə qədər olur. Geniş yayılmış
nümayəndəsi olan erkək qıjı çoxillik bitkidir, yerüstü gövdəsi olmur. Yeraltı gövdəsi
kökümsovdur. Kökümsovlardan əlavə köklər və yerüstü yarpaqlar çıxır. Erkək qıjının cavan
yarpaqlarının ucları spiralvari burulur və zoğ kimi uc hissədən böyüyür. Fotosintez nəticəsində
yaranan üzvi maddələrin bir qismi kökümsovda ehtiyat halında toplanır.
Çoxalması. Qıjıların çoxalması zamanı qeyri-cinsi nəsil cinsi nəsillə əvəz olunur. Mamırlardan
fərqli olaraq, yetkin qıjı bitkisi qeyri-cinsi nəsil hesab edilir. Əgər qıjının yarpağına baxsaq, onun
alt hissəsində kiçik, qonur qabarcıqları görmək mümkündür. Onların daxilində sporangilər
adlanan kisəciklər yerləşir. Bunların içərisində sporlar yetişir.
Yetişmiş sporlar külək vasitəsilə yayılır. Cücərən spordan əlverişli şəraitdə kiçik, yaşıl rəngli
cinsi nəsil – protal inkişaf edir.
Protal sərbəst halda yaşayır və torpağa rizoidlər vasitəsilə yapışır. Onun alt hissəsində yerləşən
xüsusi orqanlarda spermatozoid və yumurta hüceyrə inkişaf edir. Spermatozoidlər qamçılarının
köməyi ilə yağış suyu və ya şeh damcısında hərəkət edərək yumurta hüceyrə ilə birləşir. Bu zaman
mayalanma baş verir və nəticədə ziqot əmələ gəlir. Ziqotdan inkişaf edən yeni cücərti özü
fotosintez edənə qədər protalın hesabına qidalanır. Müəyyən dövrdən sonra ondan yetkin bitki
inkişaf edir.
Öyrəndiklərinizi tətbiq edin
1. Uyğunluğu müəyyən edin:
Öyrəndiklərinizi yoxlayın
1. Təqdim olunmuş anlayışlardan bir cütünü seçib, onların arasında qarşılıqlı əlaqəsi olan
cümlələr düzəldin.
Portal, sporangi, rizoidlər, yumurtahüceyrə, sporlar, spermatozoid,
ziqot
Məsələn, sporlar yarpağın alt tərəfində yerləşən sporangilərdə yetişir.
2. Qijinin inkişaf mərhələlərinin düzgün ardıcıllığını müəyyən edin:
А) yetkin bitki → protal → sporlar → cavan bitki
В) yetkin bitki → sporlar → protal → cavan bitki
С) protal → sporlar → yetkin bitki → cavan bitki
11. Qatırquyruğular və plaunlar. Qıjıkimilərin əhəmiyyəti
Sporlu bitkilərin digər nümayəndələri qatırquyruğu və plaunlardır. Onların sporlarından və
yarpaqlarından dəri yanıqları zamanı, böyrək xəstəliklərinin müalicəsində istifadə edirlər.
1. Yarpaq
2. Kökümsov
3. Protal
4. Sporangi
A) Üzvi maddələrin bir qismini ehtiyat halında
toplayır.
B) İçərisində sporlar yetişir.
C) Alt hissəsində cinsi hüceyrələr inkişaf edir.
D) Ucları spiralvari burulur və uc hissədən böyüyür.
Qatırquyruğu və plaunların qıjılarla hansı oxşarlığı ola bilər?
Fəaliyyət – Laboratoriya işi. Qatırquyruğunun quruluşu
İşin məqsədi: Qatırquyruğunun quruluş xüsusiyyətlərini aydınlaşdırmaq.
Təchizat: Lupa, qatırquyruğu bitkisi və ya onun herbarisi.
İşin gedişi: 1. Qatırquyruğunu diqqətlə nəzərdən keçirin. 2. Onun orqanlarını müəyyən edin
və bitkinin şəklini çəkin. 3. Mamırlarla qatırquyruğunun quruluşu arasında hansı fərqlər var?
Qatırquyruğular. Çoxillik ot bitkiləridir. Tarlalarda, meşə və bataqlıqlarda, adətən, nəm
torpaqlarda yaşayır. Daha geniş yayılmış nümayəndəsi çöl qatırquyruğudur. Onun torpaqda
budaqlanan uzun, şaxələnmiş kökümsovu olur. Kökümsovdan iki tip zoğ – yay və yaz zoğu əmələ
gəlir. Yaşıl rəngli yay zoğu budaqlanan buğumlu gövdəyə malikdir. Onun hər buğumundan
üzərində pulcuqşəkilli yarpaqlar olan budaqcıqlar çıxır. Yay zoğu fotosintez edir və onun
kökümsovunda ehtiyat qida maddəsi toplanır. Yay zoğu quruduqdan sonra kökümsovlar qışlayır.
Yazda onlardan qonur rəngli yaz zoğları inkişaf edir. Onlar fotosintez etmir və kökümsovlarda
toplanmış ehtiyat qida maddəsinin hesabına qidalanır. Qonur zoğların təpəsində spordaşıyan
sünbülcüklər əmələ gəlir. Sünbülcüklərdə sporlar yetişir. Yetişmiş sporlar külək vasitəsilə ətrafa
səpələnir.
Plaunlar. Əsasən, iynəyarpaqlı meşələrdə rast gəlinir. Çoxillik və həmişəyaşıl bitkidir. Geniş
yayılmış nümayəndəsi sancaqşəkilli
plaundur. Onun uzun və sürünən
gövdəsi dik qalxan və haçavari budaqlanan budaqcıqlar əmələ gətirir. Gövdəsi başdan-başa açıq-
yaşıl rəngli kiçik yarpaqcıqlarla örtülür. Plaunun dikduran gövdəsində yayda kiçik və sarı sporlar
yaranır. Sporlar küləklə ətrafa yayılır. Plaunların bir çox növləri azsaylıdır və qorunur.
Qatırquyruğuların və plaunların çoxalması, qıjılarda olduğu kimi, suyun iştirakı ilə gedir.
Qıjıkimilərin əhəmiyyəti. Məhv olmuş qədim qıjıkimilərin qalıqlarından daş kömür yataqları
əmələ gəlmişdir. Daş kömürdən yanacaq kimi istifadə edilir. Ondan, həmçinin, metaləritmədə
istifadə edilən koks qazı, anilin boyası, ətriyyat sənayesində istifadə olunan maddələr və s. alınır.
Qıjıkimilərdən həm də dərman bitkisi kimi istifadə edilir. Məsələn, təbabətdə qıjıların
kökümsovundan qurd xəstəliklərinin müalicəsində, çöl qatırquyruğundan isə böyrək
xəstəliklərinin müalicəsində və qankəsici kimi istifadə olunur.
Öyrəndiklərinizi tətbiq edin
Səhv cümlələri müəyyən edin:
1. Erkək qıjının yarpaqları, kökümsovlu gövdəsi, kökləri və
rizoidləri olur. 2. Çöl qatırquyruğunun sporları yaz zoğları üzərində əmələ gəlir. 3. Çöl
qatırquyruğu birillik bitkidir. 4. Daş kömür yataqları məhvolmuş qədim qıjıların
qalıqlarından əmələ gəlmişdir. 5. Mamırların, plaunların, qatırquyruğuların və qıjıların
cinsiyyətli çoxalmasında əsas amil suyun olmasıdır.
Öyrəndiklərinizi yoxlayın
1. Bitki ilə bitki qrupları arasında uyğunluğu müəyyən edin:
1. Ulva, 2. Sfaqnum, 3.
Xlamidomonada, 4. Qatırquyruğu, 5. Erkək qıjı, 6. Plaun, 7. Quş mamırı, 8. Spirogira, 9.
Laminariya, 10. Xlorella.
А) Qıjıkimilər; В) Mamırlar; С) Yosunlar.
2. Bitki qruplarına uyğun gələn termin və anlayışların nömrələrini cədvəlin müvafiq
sütunlarına yazın:
1. Kökümsov, 2. Protonema, 3. Tallom, 4. Sporangi, 5. Zoosporlar, 6.
Xromatofor, 7. Qutucuq, 8. İşığahəssas gözcük, 9. Spordaşıyan sünbülcük.
Yosunlar
Mamırlar
Qıjıkimilər
ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR
1. Şəkildə gördüyünüz hansı yosundur? Rəqəmlərlə
onun hansı hissələri göstərilmişdir?
2. Düzgün anlayışları seçin:
1) Mamırın qeyri-cinsi və cinsi nəsli ayrı-ayrılıqda inkişaf edir.
2) Yetkin sfaqnum bitkisinin rizoidləri olmur. 3) Qıjının cavan yarpaqlarının ucu spiralvari
burulmuşdur. 4) Qatırquyruğular birillik bitkilərdir. 5) Bitkilərin əksəriyyəti heterotrof hesab
olunur.
3. Spirogira, sfaqnum və qatırquyruğu bitkiləri üçün ümumi əlaməti göstərin:
А) rizoidlərin
olması, В) köklərin olması, С) gövdənin olması, D) sporlarla çoxalma, Е) toxumla çoxalma.
4. Göstərilən əlamətlərin hansıları yetkin mamırlar və ya qıjıkimilər üçün səciyyəvidir?
1) Gövdəsi torpağa rizoidlər vasitəsilə bərkidilir. 2) Kökümsovu torpaqda yerləşir. 3)
Sporları qutucuqda əmələ gəlir. 4) Sporları yarpağın alt tərəfində yerləşən sporangilərdə
yaranır. 5) Spordan cücərti inkişaf edir. 6) Torpağın bataqlıqlaşmasına səbəb olur. 7)
Mayalanmadan sonra ziqotdan xüsusi orqan – qutucuq inkişaf edir.
5. Cədvəli tamamlayın:
Yosunların əhəmiyyəti
Təbiətdə
İnsan həyatında
Mamırlar
Qıjıkimilər
Dostları ilə paylaş: |