Bir göz qırpımı



Yüklə 275,41 Kb.
səhifə4/4
tarix04.05.2017
ölçüsü275,41 Kb.
1   2   3   4

Həmin başgicəlləndirən səfərdən həm aydın, həm də qeyri-təbii

bir xatirəm var. Qara mşın benzin götürmək üçün dayandı., biz də

arxada dayandıq, dayanmaya da bilərdhik, amma indi uzaqda ol-

san da səni gözdən qoya bilmirdim. Axşamüstü də dayandıq. Səni

“qaraja” qoydular. Ətrafında fırlanmağa başladım. Bilmirdim nə

edim, çiçəkləri sığalayırdım, əlimi tabutun üzərinə çəkilmiş qara

parçanın üstünə qoyurdum, maşına əlimi sürtürdüm, yatmaq üçün

otağa qalxa bilmirdim. Başımı itirmişdim. Heç nə anlamırdım. Sən

qarajda qalmaoısan, mən isə otaqda, isti çarpayıda; yaxud nahar

vaxtı sən qəribə bir bağçada olmalısan. Yeyirdim, içirdim, heç göz-

lərim də yaqarmırdı. Nə gələcəyi fikirləşirdim, nə də neçə gündən

bəri görmədiyim uşaqlarımızı. (Sonralar uşaqlar mənə dedilər ki,

həmin gün öz kiçik dostlarının evində oynayırlarmış).

İkinci gün gəlib qəbiristanlığa çatdıq. Burda ağlım başıma gəl-

di. Gözlərimi boz səmaya oxşayan uzaq dənizə zilləmişdim. Tabu-

tun üzərinə atılan çiçək dəstələrinin səsi yadıma gəlir, küt bir səs

idi, amma hər dəfə güclü dalğa kimi mənə toxunurdu. Az sonra

tabutun üzərinə torpaq tökdülər, qəribə güclü səs idi, yaman gu-

ruldayırdı, torpaq taxtanın üstü ilə diyirlənib aşağıda özünə yer

tapınca səs mülayimləşirdi. Dünyada təkcə ikimiz var idik, sən

uzanmışdın, mən isə ayaq üstə idim.

Baxışlarım taxtanı da, qurğuşunu da keçirdi. Bütün dünyanı,

dünyada nə varsa hamısını qurban verərdim, kaş sən qalxaydın,

həmişəki kimi təpənin üzərində ikilikdə gəzinəydik, ya da dinməzcə

dənizə tamaşa edəydik. Artıq yox, onca dəqiqə yaşayaydıq, sonra

mən də öləydim, əzab çəkəydim,nə olur-olsun təki səni görə biləy-

dim.

Ömrümdə birinci dəfə mümkün olmafan bir şeyi arzulayırdım.



Sonralar uşaqlardan biri mənə dedi: “Sən ki hər şeyi bacarırsan,

elə et ki, o bir günlük gəlsin, heç olmasa bir günlük, bayram edə-

rik, şuluğ salmarıq, görər ki, biz xoşbəxtik”. Mən bunun mümkün

olmadığını izah etdim, başa düşdüm ki, mənim körpəm əbədiliyin

mə’nasını anloayıb, amma o da mənim kimi buna inana bilmirdi.

Narın yağış yağmağa başladı, saat on ikini vurdu. Hava sakit

idi. Bir yarpaq da tərpənmirdi. Damcılar səssizcə yarpaqların üzə-

rinə və daş divarlara səpələnir, divarlarda tutqun izlər buraxırdı.

Torpaq yavaş-yavaş tabutu örtdü. Quyunun yerində çiçəklərlə

örtülmüş bir təpəcik əmələ gəlmişdi.

Paris küçələrində işğal dövründən sonra həmin yerdə bir vətən-

pərvər öldürüldüyünü göstərən lövhəciklər var. Bə’zi adamlar onla-

ra baxanda güllə dağıtmış sifət, qan gölməçəsi, yerə sərilmiş cəsədi

təsəvvürünə gətirir və bununnə olduğunu bilirəm.

Paris vağzalında idim. Vağzal dəyişməmişdi, bizim istirahətdən

qayıtdığımız vaxtdakı kimi idi (biz yayın qurtarmasına heyfsilən-

mədən, qışda nə edəcəyimizi fikirləşir, özümüzü irəlidəki fəslin ix-

tiyarına verirdik). Mən vağzalda, səkidən pilləkənə çıxmaq istədiy-

im vaxt bədənimdən soyuq gizilti keçdi, tənhalığın nə odluğunu

anladım.


Qısarğa keçib getdi, salamat qaldım. Mən döyüş gözləyirdim,

onun nə cür olacağından xəbərim yox idi, elə bir aləmə qədəm ba-

sırdım ki, onun haqqında fikirləşməyə nə vaxtım, nə də həvəsim

olmuşdu. Otaqda qəribə bir sükut var! Hər şey əvvəlki yerindədir.

Çarpayının örtüyü tərtəmizdir, başaltı dik durub, elə bil heç baş

altına qoyulmayıbmış, çiçəklər solmayıb, oxuduğumuz axırıncı

kitablar da çarpayının yanındadır. Hər şeydə yaxın bir keçmiş

görünür, dörd günlük bir keçmiş, bu keçmişin əvvəli çox uzaqda-

dır, operasiya günü başlayıb, cəmisi iyirmi bir gündür, uçurumun o

üzündə, o biri sahildə isə bizim birgə həyatımızın izləri qalıb.

Hər şey bitdi, həmişəlik qurtardı. Zaman öz addımlarını yeyin-

lədir. Ya boğulmalıyam, ya da nəfəs almalıyam, amma heç birini

istəmirdim, seçmək istəmirdim. Həyat qəddarlıq edirdi: “Ölürsən,

yoxsa yaşayırsan” deyirdi. Mən dinmiridm “Sən nə yemək istəyir-

sən, nə də yatmaq. Həm ölümləsən, həm də həyatla”. Nə qorxaq

idim, nə də cəsarətli. Uşaqlar mənə qəyyumluq edirdilər; onlar ya-

nımda olanda özümü yaxşı hiss edirdim, onların sadəlövhlüyü, sə-

nin az əvvəlki sadəlövhlüyün kimi mənə kömək edirdi. Azacıq ira-

dəm qalmışdı, əgər o da olmasaydı, tez-tez müvazinətimi itirər-

dim. Başa düşdüm ki, hərəkətsizlik ölümün başlanğıcıdır. Yatmaq,

huşsuz olmaq, qaranlığa cummaq istəyirdim, amma gözlərimi yu-

man kimi elə bil qarşımda güclü işıq yandırırdılar. Tənhalığı din-

məzcə müşahidə edirdim; o, insanı üfüqə tərəf aparan səliqəli, ha-

mar bir yoldur. Burda tənhalığın özündən başqa heç nə olmur.

Bilmirdim günləri necə başa vurum, fikrimi nəyə cəlb eləyim. Sən

məni haldan salmışdın, gözümün qabağından çəkilmirdin, boğu-

lurdum, hara baxırdım sənin xəstə çağlarını görürdüm, istəyirdim

əvvəlki günlərimizi görüm, amma ölümün məni kor eləmişdi. Ba-

şıma bir çarə qıla bilmirdim. Gərək bu bağlı qapıları itələyib açay-

dım, amma saatlar, günlər keçir, heç nə etmirdim. Özümü məcbur

edirdim ki, lazımi işləri görüm, deyiləsi sözləri deyim. Amma nə iş

görsəm yersiz çıxırdı.

Hələ musiqiyə qulaq asa bilmirdim, qorxurdum musiqi məni öz

aləmimdən ayırsın, canlı həyata aparsın. Heç duymaq da istəmir-

dim, bilmirdim axırım nə olacaq, məhv olacağam, yoxsa həyata

qayıdacağam. Həyatın özü nə etməli olduğumu öyrədirdi. Gecələrə

lə’nət oxuyurdum, amma onlardan yaxa qurtara bilmirdim, hər

gün gəlirdi. İstəyirdim insanın hələ çata bilmədiyi bir şeyi keçi b

getmiş hesab etməsinin ayıb olduğunu dərk edim. Varlılar deyirlər

ki, var-dövlət xoşbəxtlik eyil, tənbəllər fikirləşirlər ki, nə etsən vaxt

itirərsən, kobudlar deyirlər ki, mədəni olmaq insanlıq üçün şərt

deyil, soyuqqanlı qadınlar neçə-neçə odlu məhəbbətdən sovuşduq-

larına lovğalanır, zəiflər isə platonik ehtirası ən gözəl ehtiras sayır-

lar. Bu düşkünlüyə üstünlük verən, məharətlə hazırlanmış bir xəy-

anətdir. Lakin var-dövlətin xoşbəxtlik olmadığı, vaxtın itirilə bil-

diyi, savadlı adamın kobud ola biləcəyi və məhəbbətin yalnız fiziki

ehtirasdan ibarət olmadığı da doğrudur.

Mən isə, ancaq ümidsizliyin dərinliklərinə çatandan sonra

özüm-özümlə bir növ dil tapıram. Əgər bircə yolum qalırsa, o da

qaranlıqdan, bataqlıqdan keçir.

Bir yol tapmaq üçün, gərək məni tərk edib getdiyin qarma-

qarışıqlığı gəzib dolanam, başımı itirməyəm, hər şeyi öyrənəm,

heç nədən qorxmayam, xoşbəxtliyi qəbul etdiyim kimi bədbəxtliyi

də qaprşılayam.

Evdə fırlanıb məni həyəcanlandıran bir yığın əşyanın arasında

başımı itirirdim. Daha lazım olmayan diş fırçasını, üzqırxanı,

başmaqları neyləməliydim? Yandıraydım, saxlayaydım, başqasıan

verəydim, yoxsa Sena çayına ataydım? Yandırsaydım birdəfəlik

olardı. Saxlasaydım ondakı vəziyyətimlə razılaşmış olardım. Görə-

sən mən, öz keçmişinə qapanmış, xəyala dönmüş bir ərə sadiq,

köhnə məktubları oxuyan, dönə-dönə şəkillərə baxan bir qadına

dönəcəkdim? Hərdən ev əşyalarının bə’zilərini satmalı, yaxud ye-

rini dəyişməli olurdum, amma bə’zi şeyləri məsələn kitabı sənin

qoyduğun yerdən tərpətmirdim. Onun vasitəsilə otaqda sənin hə-

rəkətini, baxışını, danışığını təsəvvür edirdim. İstəyiordim vaxtı

tutub saxlayam, ötəri anları əbədiləşdioəm; boşluqda sənin heykəl-

lərini düzürdüm. Gecə düşəndə çarpayımıza uzanırdım, donub qa-

lırdım, tərpənmirdim, hardasa özümdən uzaqda sənin yanında

olurdum.

Heç nə gözləmirdim, amma nə isə gözləyirdim. Beləliklə aylar

gəlib keçdi. Varımızı hesaba alırdılar, borclarımızın cəmini hesab-

layırdılar, “daş-qaş və şəxsi əşyalardan başqa” bizim seçib aldığı-

mız hər şeyə qiymət qoyurdular. Mən var-yoxdan çıxmamışdım,

amma bir şey də qalmamışdı.

XIII

Hər şeyin tamam məhv olmadığını duyduğum gün indi yadım-



da deiyl. Bəlkə bir körpə təbəssümü, yaxud yersiz bir qüssə məni

ayıltmışdı? Bəlkə məs’uliyyət hissi? Bəlkə mən özüm ümidsizliyi

əldən salmışdım? Bəlkə də həyatın axınına qoşulmuşam. Həqiqətin

o qədər üzü var ki, yenidən yaşamağa necə başladığımı dəqiq deyə

bilmirəm. Bir gün hiss etdim ki, daha kölgə deyiləm. Hiss etdim ki,

yaşayıram, nəfəs alıram. Mən yenidən ətrafıma açıq gözlə baxmaq

istəyirdim. Yavaş-yavaş özümü ələ alır, öz vəziyyətimi öyrənirdim.

Həmin vxatdan tənhalığın əzabını çəkmədim, amma onun tə’siri

qalmışdı.

O mənə məhrəm oldu, indi bir-birimizi yaxşı tanıyırıq, onun

gözlərinin içinə də baxıram. Mən tənhalıq haqqında dostlarımla da

söhbət edirəm, onlar həmişə tənhalığı adi bir hal hesab edirlər.

Mənim üçün qoşa yaşamaq hər şeydən gözəldir. Elə ki, yanımda

sevməyi sərbəstliyin, bütövlüyün qənimi adlandırırlar, fikirləşirəm

ki, görəsən söhbət mənim tanıdığım sevgidən gedirmi?

Yadımdadır, bir axşam kitab oxuyurdum, nəzərlərim kitabdan

ayrılıb həmişə birlikdə tamaşa elədiyimiz kiçik heykəlciyə sataşdı;

bu qadın bədənidir, elə bil şən qışqırtı kimi yerdən göyə ucalır.

Donub qalmışdım, daha kitabı vərəqləmiridm. Gözlərimin qarşı-

sından köhnə xatirələrim keçdi, sonsuz bir tamaşaya baxdım, qə-

ləbə mahnısının sədalarını eşitdim; tamaşa da, mahnı da noyabr

günlərinin birində məhv olmuşdu. Elə bil torpağın altından üzə

çıxırdım. Otaqda tək idim, amma tənha deyildim, mənə elə gəldi

ki, otaq əvvəlki kimi deyil. Yenidən yaşamağa başlamışdım, gözəl-

liyi duymaq hüququ qazanmışdım.

Amma yenə əzab çəkirdim. Hər şeydən çox qoşa gəzənləri gö-

rəndə əzab çəkirdim. Onların baxışları camaatın başı üzərində hər-

lənir, bir cüt ulduz kimi qarma-qarışıq səslərin, siqaret tüstüsünün,

viski qədəhlərinin üzərindən uçub uzaqlaşırlar: başqa nə varsa

yaddan çıxır, onların görüşü dünyanı qaydaya salır, həyat gerçək-

ləşir. Kim nə deyir desin, nə eşidir eşitsin, onlar birləşiblər, başımı-

zın üzəri ilə uçurlar, sonra biz çıxıb küçədə tək gedəndə onlar cüt

olacaqlar. Mənim üçün isə həmin qoşa ulduz məhv olub, amma

başqa ulduzların uçuşuna biganə deyiləm, onları tapıb aşkar edi-

rəm.

Axırad təəccüblə fikirləşirəm ki, əbədiləşmiş cütlər çox az imiş.



Heç vaxt ölümə xoşbəxt günlərdəki qədər biganə olmamışam.

Mənim üçün ölmək və yaşamaq, demək olar ki, eyni idi. İndi ölüm

haqda çox fikirləşirəm. Küçəni keçəndə də, maşın sürəndə də ya-

dıma düşür. Yüngül bir soyuqdəymə sətəlcəmə çevirlə bilər, azacıq



arıqlayanda ağır bir xəstəlik haqda




Kataloq: 2016
2016 -> По антикоррупционной работе в поликлинике
2016 -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
2016 -> Agnela da Cruz Henriques de Barros Wilper Statement (afta 2016)
2016 -> Seks riSKƏ BƏrabər deyiL!!
2016 -> Qastroentrologiya 1 Yaşlı insanlarda qida borusunun uzunluğu təqribən nə qədərdir?
2016 -> Az Book Library Palanik Çak DÖYÜŞÇÜ klubu “Döyüşçü klubu”nun birinci qaydasında deyilir: «“Döyüşçü klubu” barədə heç kimə danışmamaq
2016 -> Az Book Library Filosof Fikri
2016 -> Ubutumire uniib iratumiye abantu, imigwi y'abantu canke amashirahamwe bose bipfuza gushikiriza inkuru hamwe/canke ivyandiko bijanye n'ihonyangwa ry'agateka ka zina muntu hamwe n'ayandi mabi yose vyakozwe I Burundi guhera mu kwezi kwa Ndamukiza

Yüklə 275,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə