Birinci fəsil


Onuncu fəsil İbadət və itaətdə tövhid



Yüklə 1,5 Mb.
səhifə19/40
tarix08.12.2016
ölçüsü1,5 Mb.
1   ...   15   16   17   18   19   20   21   22   ...   40

Onuncu fəsil

İbadət və itaətdə tövhid

(Vəhhabilərin bəhanəsi)


Bütün dövrlərdə səmavi peyğəmbərlərin dəvəti bir olan Allaha ibadət etmək olmuşdur. Yəni bütün insanlar Allaha ibadət etməli, başqa mövcudlara və məxluqlara ibadət etməkdən çəkinməlidirlər.

Bir olan Allaha ibadət etmək və ikiliyə ibadət etməyin zəncirini sındırmaq səmavi göstərişlərin əsasını təşkil etmiş və bütün ilahi peyğəmbərlərin başlıca məqsədi olmuşdur. Peyğəmbərlər sırf şirklə, xüsusi ilə də ibadətdə olan şirk ilə mübarizə aparmışlar.

Quran bu həqiqəti açıq-aşkar xatırladır:

“Biz hər ümmətə: − Allaha ibadət edin, Tağundan çəkinin! −deyə peyğəmbər göndərmişik.”1

“(Ya Məhəmməd!) Səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, Ona: “Məndən başqa heç bir tanrı yoxdur. Buna görə də, yalnız mənə ibadət edin!”− deyə vəhy etməyək2.”

Bir olan Allaha ibadət etmək bütün şəriətlərdə ən başlıca məqsəddir:

“(Ya Məhəmməd!) Söylə: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! (o kəlmə budur:) Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək...”3

İbadətdə tovhid əsl və möhkəm sütunlardan biridir və heç bir müsəlman bunun ziddinə çıxmayıbdır. Bütün tayfaların bu haqda nəzəri birdir. “Mötəzilə” dəstəsi “feldə tovhid”-i, “əşairə” dəstəsi isə “sifətdə tövhid”-i qəbul etməmələrinə baxmayaraq, bunlar hamısı ibadətdə tovhidi qəbul edirlər. Heç bir müsəlman bunu inkar edə bilməz. Əgər, bu haqda müsəlmanlar arasında ixtilaf varsa, bunlar hamısı ibadətin növlərinə aiddir. Yəni hər hansı bir əməlin ibadət olub-olmamasında ixtilaf vardır. Allahdan başqasına ibadət etmək haram və şirkdir. Buna görə də gərək biz ibadətin leksik (lüğəvi) və Quranda olan mənasını işıqlandıraq.

Daha açıq desək, ibadətdə tovhid xüsusi bir dəstəyə aid ediləsi bir əməl deyildir. Əksinə, bütün müsəlmanların nəzərində bir əməl sayılır. Lakin bəzi əməlləri bir qrup ibadət adlandırırlar. Başqa müsəlmanların nəzərində isə bu əməllər ibadət sayılmır. Buna görə də, gərək ibadətə məntiqi cəhətdən tərif verməklə əhatə dairəsini müəyyənləşdirək.

İbadətin leksik mənası və onun geniş tərifi


“İbadət” ərəb sözü olub, sitayiş etmək deməkdir. İbadətin mənasına məntiqi cəhətdən tərif vermək mümkün olmamasına baxmayaraq, sitayiş sözünün mənası bizim hamımıza aydındır.

Biz yer və göyün nə olduğunu başa düşdüyümüz bir halda ona tərif verə bilmirik. Lakin onların adları çəkilən zaman ani olaraq yer və göy gözlərimiz önündə canlanır.

İbadət və sitayiş sözləri də yer və asiman kəlmələrinə oxşayır, yəni onlara məntiqi cəhətdən tərif verə bilməsək də, mənalarını dərk edə bilirik. Həqiqi aşiq öz məşuqunun qapısını, divarını öpüb onun paltarını və köynəyini sinəsi üstünə qoyursa və yaxud onun ölümündən sonra qəbrini öpürsə, heç bir millət və məzhəbi aşiqin məşuqa qarşı bu rəftarını sitayiş və ibadət adlandırmır.

Dünyanın böyük rəhbərlərinin mumiyalanmış cəsədlərinin ziyarətinə gəlib, cəsədləri qarşısında bir neçə dəqiqə sükut edib onları yad etmək ibadət sayılmır. Burada bir çox oyanmış vicdanlara hakim ibadət və ehtiramın mənasını ayırd etmək istərdik. Əgər “ibadət”ə məntiqi cəhətdən tərif vermək istəyiriksə, ona üç formada tərif vermək olar. Bu təriflərin üçü də bir hədəfi açıqlayır. Ən əvvəl vəhhabilərin ibadət üçün söylədikləri tərifin iki nöqsanını xatırladırıq.

İbadətin iki nöqsanı:

a) İbadət kölgələnmək və özünü kiçiltmək mənasında: Lüğət kitablarında “ibadət” sözü özünü kiçiltmək və təvazökarlıq mənasında təfsir olunub.

Lüğət alimlərinin bu təfsiri “ibadət” kəlməsinin səhih və düzgün mənasını izah edə bilməz. Çünki:

1− Əgər ibadət kəlməsi özünü kiçiltmək və təvazökarlıq mənasında olsa, heç kimi müvəhhid ( təkallahlı) adlandırmaq olmaz. Bəşər fitrətən maddi və mənəvi cəhətdən məqamları yüksək olan insanların müqabilində təvazökarlıq edir. Məsələn, tələbənin müəllimə, övladın ata-anaya və yaxud aşiqin məşuqa qarşı təvazökarlığı və s. kimi.

2− Quran valideyn müqabilində təvazökarlıq etmək üçün övladlara belə göstəriş verir.1

“Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına alıb: “Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” −de.”

Əgər təvazökarlıq ibadət sayılırsa, onda gərək valideynə itaət edən təvazökar övladlar müşrik, valideynin üzünə ağ olanlar “təkallahlı” kimi tanınsınlar.

) Sonsuz təvazökarlıq.

Bəzi təfsir biliciləri lüğət alimlərinin səhv və nöqsanlarını görüb onların səhvlərini düzəltmək üçün bu kəlmələri başqa variantda təfsir ediblər:

“Mehribanlıq və məhəbbət üzündən sonsuz həddə təvazökarlıq etmək ibadət sayılır. Bu təfsirlə əvvəlki təfsir arasında heç bir fərq yoxdur. Çünki Allah mələklərə Adəm qarşısında səcdə etməyi göstəriş verir:

“Biz mələklərə: “Adəmə səcdə edin”− dedikdə İblisdən başqa (hamısı) səcdə etdi.”2

Bir məxluq qarşısında səcdə etmək sonu olmayan təvazökarlığın bir nümunəsidir. Vəhhabilərin batil fikirləri düz olsa, onda gərək mələkləri müşrik, şeytanı isə “təkallahlı” kimi qəbul edək.

Yəqubun övladları, hətta onun özü və həyat yoldaşı Yusif qarşısında səcdə etdilər:

“Onların hamısı (ata-ana və on bir qardaşı) (hörmət əlaməti olaraq) ona (Yusifə) təzim edib əyildilər. Yusif dedi: “Atacan! Bu, əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu (yuxunu) həqiqətə çevirdi.”3

Quran Yusifin uşaqlıqda gördüyü yuxunu nəql edərək buyurur:

“Bir zaman Yusif atasına demişdi: “Atacan! Mən (yuxuda) on bir ulduz və Günəşlə Ayı gördüm. Gördüm ki, onlar mənə səcdə (təzim) edirlər.”4

Bütün müsəlmanlar təkallahlıların rəhbəri olan əziz İslam Peyğəmbərinin ardıcılları olaraq “Həcərül-Əsvədi” (Kəbə evinin bir bucağında behiştdən göndərilmiş Qara daş) öpürlər və bu daşa əl sürtürlər, yəni bütpərəstlərin əməllərinə oxşar bir iş görürlər. Bununla belə, bütpərəstlərin gördüyü iş şirk, müsəlmanların gördüyü iş isə həqiqi tovhid sayılır.

İbadəti yalnız təvazökarlıq adlandırmaq olmaz. Əksinə, təvazökarlıq ibadətin bir ünsürüdür və bu, ibadətin əsasını təşkil etmir. Təvazökarlıq və özünü kiçiltmək gərək əqidə ilə birlikdə olsun. Belə olan halda, bu, əqidə sayılır. Əgər xüsusi bir əqidə olmadan təvazökarlıq olunsa, ibadət sayılmır.



Kataloq: MediaFile

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə