Birinci fəsil


Süleyman Bilqeyisin taxtını istəyir



Yüklə 1,5 Mb.
səhifə30/40
tarix08.12.2016
ölçüsü1,5 Mb.
1   ...   26   27   28   29   30   31   32   33   ...   40

Süleyman Bilqeyisin taxtını istəyir

Həzrət Süleyman Bilqeyisin taxtını yanına gətirmək üçün məclisdə oruranlardan bəşər qüdrətindən xaric olan bir iş görməyi istədi.

“(Süleyman) dedi: “Ey əyanlar! Onların müti vəziyyətdə (müsəlman olaraq) yanıma gəlməmiş hansınız onun (Bilqeyisin) taxtını mənə gətirə bilərsiniz?” Cinlərdən olan (çox qüvvətli bir nəhəng) bir ifrit dedi: “Sən yerindən (taxtdan) qalxmamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüvvətliyəm, etibarlıyam! Mən taxtın üzərində qızıl, gümüş, ləl-cəvahirata əlimi belə vurmaram, ondan heç bir şey götürmərəm!)”

(Süleyman taxtın daha tez gətirilməsini istədi) Kitabdan (Allahın kitabından, yaxud Xızır və ya Süleymanın çox ağıllı və tədbirli vəziri Asəf ibn Bərxiya) dedi: “Mən onu sənə bir göz qırpımında gətirərəm.” (Süleyman) onu (taxtı) yanında hazır durmuş görüncə dedi: “Bu, Rəbbimin lütfündəndir (mərhəmətindəndir).”2

Əgər bu nəzəriyyə düzgündürsə, onda gərək bütün əsrlər boyu peyğəmbərlik iddiası edən şəxslərin əməlləri şirk və küfr sayılsın. Çünki insanlar bəşər qüdrətindən xaric olan möcüzəni peyğəmbəri göndərəndən yox, əksinə, peyğəmbərlik iddiası edən şəxsdən tələb edərdilər. Peyğəmbərlik iddiası edən şəxsə belə deyirdilər: “Əgər möcüzə ilə gəlmisənsə və doğru danışanlardansansa, onu gətir, göstər.”3

Bütün dünya millətləri bu yol ilə həqiqi peyğəmbərləri yalançı peyğəmbərlərdən ayırd etmişdi. Peyğəmbərlər həmişə bütün dünya millətlərini gətirdikləri möcüzəni müşahidə etmək üçün dəvət edərdilər. Quran da insanların peyğəmbərlik iddiası edən şəxslərlə danışığını və onlardan möcüzə istəmələrini nəql edir.

Əgər insanlar həzrət Məsihin yanına gəlib onun doğru peyğəmbər olub-olmadığını yoxlamaq üçün ondan kora və yaxud cüzam xəstəliyinə tutulanlara şəfa verməsini istəyirdiləsə, onlar müşrik sayılmır, əksinə, bu işin əslini öyrənmək istəyənlərdirlər. Həzrət Məsihin olmadığı bir zamanda insanlar onun pak ruhundan hər hansı bir xəstəyə şəfa verməyi istəyirlərsə, onlar nəyə görə müşrik sayılmalıdırlar? Halbuki ölüm və həyatın şirk və tovhid baxımından heç bir fərqi yoxdur.4

Bir sözlə, Quran Allah bəndələrinin insan qüdrətindən xaric olan qüdrətə malik olduğunu açıq-aşkar təsdiq edir. Onlar bəzi vaxtlarda və yaxud onlara müraciət etdikdə bu qüdrətdən istifadə edirdilər. Əgər vəhhabilər bu işə Allahdan başqa heç kimin qüdrəti çatmadığını deyirlərsə, onda qeyd olunan ayələr onların fikir və əqidələrinin əleyhinə şəhadət verir.

Əgər hər hansı bir işin bu yolla tələb olunmasının şirk olduğunu iddia edirlərsə, bəs onda nə üçün Süleyman (s) və başqa peyğəmbərlər hər hansı bir işi bu yolla tələb edirdilər? Əgər qeyri-adi şəkildə övliyalardan hacət diləmək üçün onların hökmən qeyb aləmi ilə əlaqəli olmalarının lazım olduğunu deyirlərsə, onlara belə cavab veririk: qeyb aləmi iki növdür: biri tovhidin özü, digəri isə şirkin yaranmasına səbəb.

Əgər diri övliyalardan yox, dünyasını dəyişmiş övliyalardan bu kimi istəkləri diləməyi haram hesab edirlərsə, demək lazımdır ki, ölüm və həyat tovhidlə şirk arasında heç bir fərqləndirici ölçü deyildir.

Əgər xəstənin sağalmasını və ya borcun qaytarılmasını fövqəladə üsullarla istəməyi Allaha məxsus olan işi başqasından diləmək kimi qələmə verirlərsə, deməliyik ki, şirkin əsas meyarı dilənilən şəxsi Allah və ya İlahi işlərin başlanğıcı kimi hesab etməkdir. Çünki işin fövqəladə olub-olmaması Allaha məxsus olan işlər üçün meyar hesab edilə bilməz. Deməli, bu kimi diləyişlər Allaha məxsus olan işləri başqasından diləmək deyildir. Allaha məxsus olan işlərin meyarı isə icraçının onu yerinə yetirməsində müstəqil olmasıdır, (yəni icraçının bu işləri yerinə yetirməkdə heç kimdən asılı olmaması və heç kimdən kömək almamasıdır). Amma istər adi və istərsə də qeyi-adi (fövqəladə) işlərdə icraçı ilahi qüvvəyə arxalanarsa, belə işlərin ondan (icraçıdan) dilənilməsi Allaha məxsus olan işlərin başqasından dilənilməsi deyildir.

Allah bəndələrindən şəfa istəmək haqqında isə deyirik:

Bəzi vaxtlar övliyalardan şəfa və yaxud buna oxşar istəkləri diləmək Allahın işini başqasından istəmək kimi təsəvvür olunur. Quran buyurur:

“Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir,”(Şuəra surəsi, 80-cı ayə).

Bununla belə necə deyə bilərik ki, ey Allahın Peyğəmbəri, mənə şəfa ver. Başqa xariqüladə işlərin dilənilməsi də eynilə bunun kimidir.

Burada da vəhhabilər yenə də Allahın işi ilə bəşərin işini ayırd edə bilməmiş, belə təsəvvür etmişlər ki, xariqüladə işlər Allaha, adi və təbii işlər isə bəşərə məxsusdur.

Bunlar Allaha və başqasına məxsus olanları tanımaq istəmirlər. Allah və bəşərin işində bir əməlin qeyri-adi və yaxud adiliyi heç vaxt əsas ölçü ola bilməz. Ona görə ki, murtazların (yoqların) gördükləri işləri də Allahın işi adlandırmaqla onları Allah hesab edərik.

Əksinə, Allahın işində əsas ölçü budur ki, icraçı gərək yalnız və yalnız özünə arxalansın və heç kimdən kömək istəməsin. Belə bir əməl Allahın işi adlanır. Yəni bir şəxs öz işində Allahın qüdrətinə arxalanıb, ondan kömək istəməklə iş görürsə, bu əməl Allahın işi adlanır. İstər bu iş adi olsun, istərsə qeyri-adi.

Bəşər hər bir adi və qeyri-adi işi yerinə yetirərkən Allahdan kömək istəməklə yanaşı, onun qüdrətinə arxalanır. Allahdan aldığı qüdrəti nəticəsində öz işlərini həyata keçirir. Belə bir qüdrətə sahib olmaq, öz məqsədləri yönündə bu kimi əməlləri yerinə yetirmək və yaxud istək diləmək şirk ola bilməz. Çünki bütün mərhələlərdə bu qüdrətin ona Allah tərəfindən verilməsini və Allahın izni ilə bu işləri görməsini etiraf edirik.

Böyük ustad Həzrət Ayətullahul-Üzma Xomeyni (Allah ona rəhmət eləsin) Allahın işini tanımaq üçün belə deyir:

“Başqasından kömək almamaqla müstəqil olaraq icraçının gördüyü işə Allahın işi deyilir.”

Başqa sözlə desək, iş görən öz əməlində müstəqil olub, başqalarına ehtiyacı olmazsa, onun gördüyü iş Allahın işi adlanır. Bunun əksi isə bəşərin işi adlanır. Allah-taala heç kimdən kömək və qüdrət istəmədən dünyanı yaradır, ruzi yetirir, şəfa verir və s. edir. Və heç kəsin Onun işinə qarışmağa haqqı yoxdur. Allah heç kimdən qüdrət və kömək almır.

Lakin Allahdan başqası bir iş görərkən adi və qeyri-adiliyindən asılı olmayaraq, Allahın köməyi olmazsa, bunu həyata keçirə bilməz.

Allahdan kömək istəməklə bu işləri yerinə yetirmək olar.1 Başqa bir sözlə desək, əgər bir varlığı müstəqil hesab etsək, tovhid yolunu azmış olarıq. Çünki bir varlığın müstəqil olmasına inansaq, belə çıxır ki, onun varlığının ehtiyacsız olması Allahla bərabər olur. Belə bir varlıq da yalnız və yalnız Allah özü ola bilər ki, heç bir şeyə ehtiyacı yoxdur və Onun vücudu ancaq özünə aiddir.

Həmçinin, əgər bir şəxsi Allahın məxluqu bilib, lakin asan və qeyri-adi işlərdə onun müstəqil olduğuna inansaq, burada da şirklə üzləşmiş oluruq. Çünki, yalnız və yalnız Allah öz işində müstəqil ola bilər. Cahil ərəblər dünyanın və bəndələrin işlərinin bütlərə tapşırılmasına və bütlərin bu işlərdə müstəqil olmasına inandıqlarına görə müşrik adlanırdılar.

Cahiliyyət dövründə İslam parıldayan zaman bir çox müşriklərin əqidəsi bundan ibarət idi. Onlar mələklərin və ulduzların məxluq (yaradılmış) olduqlarına inanmaqla yanaşı, dünya işlərinin idarəedicisi1 və yaxud Allah işlərindən olan “bağışlanmaq” və “şəfa” kimi işlərin bunlara tapşırılmasına və bu işlərdə müstəqil olmasına inanırdılar.

Mötəzilə dəstəsi insanı yaradılış cəhətdən Allahın məxluqu bilir, lakin əməl, iş, fel və təsir baxımından müstəqil olduğunu deyirlər. Əgər onlar öz sözlərinə diqqət yetirsələr, belə bir əqidənin gizli şirk olduğunu anlayarlar. Düzdür, bu müşriklərin etdiyi şirkə oxşamır. Bu iki şirkin fərqi açıq-aşkar bilinir. Birinci şirk Allah və dünya işlərində, ikincisi isə insan işlərində müstəqillik olduğunu iddia edir.


Kataloq: MediaFile

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə