BİSMİllahir-rəhmanir-rəHİM 1-ci və 5-ci cildlər



Yüklə 4,07 Mb.
səhifə24/29
tarix06.05.2017
ölçüsü4,07 Mb.
#16991
1   ...   21   22   23   24   25   26   27   28   29
    Bu səhifədəki naviqasiya:
  • SUAL 9

SUAL 8:


Görəsən, Allah zülm sifətinə, eləcə digər mənfi sifətlərə malikdirmi?

Bizim etiqadımıza əsasən, əql yaxşı və pis işləri ayıd etməyə qadirdir. İşlərin yaxşı və pisliyi əqli və zatidir. Bir sıra işlər zati olaraq yaxşı və bəyəniləndir. Bəzi işlər isə pis və xoşagəlməzdir. Bizim əqlimiz şəriət buyuruqlarını nəzərə almadan, bəzi işlərin yaxşı olub, şübhəsiz yerinə yetirilməsini, bəzi işlərin pis olub, sözsüz tərk edilməsini dərk etməyə qadirdir. Əqlin hökmü sabitdir və sabit meyara malikdir. Fellərdəki yaxşı və pislik həmişə hamı üçün sabit və eynidir. Yəni, əgər əql ədalətin yaxşı, zülmün pis iş olmasını deyirsə, deməli, bu həmişə və hamı üçün belədir.

Buna əsasən, biz Allahın ədalətli olmasına, heç kəsə zülm və haqsızlıq etməməsinə inanırıq. Allah-taala həmişə yaxşı və bəyənilən işlər görür. Ondan heç vaxt pis işlər baş vermir. Çünki əqlin hökmünə əsasən zülm, pis işlər və bəyənilməyən sifətlər pisdir, onlar mütləq tərk olunmalıdır.

Allah-taala mütləq şəkildə həkim və alim olduğundan, (zati olan, heç bir qeyd-şərt qəbul etməyən, xüsusi zamana, məkana və idrak edən şəxsə məxsus olmayan) bu işlərin pis olmasını hamıdan yaşı dərk edir və heç vaxt onları yerinə yetirmir. Başqa sözlə, insan dərk edir ki, ədalətlə davranıb, yaxşı əməllər yerinə yetirmək hər hansı bir şəxs üçün ucalıq və kamal; zülm və haqsızlıq edib, pis əməllər yerinə yetirmək isə, alçaqlıq və eybdir. Allah-taala mütləq şəkildə aqil olduğu üçün bu məsələni dərk edir. Belə bir idrakla Allah-taala çirkin, nöqsanlı, eybli və kamalın əksinə olan işlər yerinə yetirərmi?!

Şiələrin əqidələrinə və yuxarıda qeyd olunan təhlillərə görə, Allah-taala zülm kimi rəzil və çirkin sifətlərdən uzaqdır.1

***


SUAL 9:


Allah möhtacdırmı? Əgər möhtac deyilsə, (sözsüz ki, Allah-taala möhtac deyil; çünki bu ehtimal Onunqəni” (ehtiyacsız) sifətinə ziddir) üçün insanlara Öz feyz lütfünü əta edərkən, peyğəmbərlərə ehtiyac duyur?

Diqqət yetirmək lazımdır ki, biz insanlar hidayət olmaq və doğru yola yönəlmək üçün peyğəmbərlərə möhtacıq və Allahın mütləq feyzi və lütfü insanın səadətə və xoşbəxtliyə nail olması üçün peyğəmbərlər göndərməsini tələb edir.1

Lakin bu feyz və lütfün peyğəmbərlər vasitəsilə çatdırılmasının Allahın ehtiyacsız olması və Özündən başqasına möhtac olmaması ilə heç bir ziddiyyəti yoxdur. Çünki “fellərdə tovhid”də (Allahın yerinə yetirdiyi işlərdə başqasının kömək və yardımına ehtiya olmamasında) məqsəd ilahi işlərin yerinə yetirilməsində Onun zatından xaricdə olan kömək və yardıma ehtiyacın duymamasıdır. Məhz bu səbəbdən də, Allahın öz yaratdığı bir səbəb vasitəsilə bir iş yerinə yetirməsi Onun ehtiyacsız olması və “fellərdə tovhid”lə heç bir ziddiyyət təşkil etmir. Səbəblərdən istifadə etmək Onun ehtiyacsız olması ilə “Allah-taalanın Öz zatından və yaradılış çəriçivəsindən xaricdə olan səbəblərə ehtiyacı vardır!” – dediyimiz təqdirdə ziddiyyət təşkil edər. Buna əsasən, Allah-taalanın Öz yaratdığı və göndərdiyi peyğəmbərlər vasitəsilə bəndələrinə feyz, nemət və bərəkət əta etməsinin Onun ehtiyacsız olması ilə heç bir təzadı yoxdur. Ehtiyacsız olmaq və fellərdə tovhid “Allah o peyğəmbərlərə ehtiyaclıdır ki, onları özü yaratmamışdır!” – dediyimiz təqdirdə öz həqiqi mənasını itirir.2

Belə görünür ki, bu şübhələr öz aramızda işlədilən məhumların Allah-taala barəsində işlədilən məfhumlarla müqayisə etdikdə yaranır. Bu, Allahın felləri və sifətləri bölməsində daha çox müşahidə olunur. İnsan mümkün olan xarici nümunələrdən əxz edilən bir sıra məfhumları, gördüyü, yaxud tanıdığı əlaqəni bir məfhum hesab edərək, ümumiləşdirərək Allaha aid edir. Məsələn, biz “Allah dünyanın işlərini idarə edir!” – cümləsindəki “idarə etmək” ifadəsini öz aramızda işlətdiyimiz “Filankəs bir ailəni idarə edir!” – cümləsilə bir hesab edirik. Allahın ehtiyacsız olması və ya Öz feyzini, nemətini və bərəkətini bir sıra səbəblər vasitəsilə çatdırması məsələsi də bu qaydaya əsaslanır. Biz elə düşünürük ki, Allah-taalanın səbəblərdən istifadə etməsi insanın bir sıra alətlərdən istifadə edərək, öz işində həmin alətə möhtac olması kimidir. Bu vaxt insanın ani olaraq zehninə gəlir ki, Allah da Öz vasitəsilə feyzə çatan səbəblərə möhtacdır. Halbuki belə deyil. Biz öz məxluqumuz olmayan və yaratmadığımız, zatımızın və varlığımızın müqabilində olan alətlərə möhtacıq. Halbuki Allah-taala Öz feyzini, lütfünü, mərhəmətini, nemətini və bərəkətini elə alətlər, vasitələr və səbəblərlə çatdırır ki, onlar Allahın yaratdığıdır və Onun müqəddəs zatına bağlıdır.

Əlbəttə, bu məsələnin də dəlili budur ki, biz Allahın təsirlilik və yaradılış əlaqəsini, eləcə də zəruri və mümkün varlıq arasındakı əlaqəni düzgün şəkildə qavrayıb dərk etməyə qadir deyilik. Çünki insanın zehni bir sıra qeyd-şərtlərə malikdir və elmi-fəlsəfi ideyalarını təbiət aləmindən götürür. Buna görə də, Allahın dünya ilə əlaqəsini dəqiq şəkildə başa düşə bilmir.

Bizim məsələnin incəliklərinə varmağa qadir olmamağımız düşüncə və əqlimizi işlətməməyimizə səbəb olmamalıdır. Əksinə bu barədə çalışmalı, əqli mərifətimizi gücləndirməli varlıq aləminə hakim nizam-intizamı Qurani-kərimdən istifadə edərək öyrənməliyik. Əgər Quran ayələrininin Allahın varlıqlarla əlaqəsi ilə əlaqədar müxtəlif ifadələrinə diqqət yetirsək, Allahın “bütün varlıqlara (elmi və qüdrətilə) ehtiva etməsini”1, “bütün varlıqlarla birgə olmasını”2, “hər bir şeyin xaliqi (yaradanı) olmasını”3, “hər bir şeyə malik olmasını”, “varlıq aləmini hifz etməsini”4, “insanları hər bir qəm-qüssədən qurtarmasını”5, “varlıq aləminin Ona söykənməsini”6 və bu kimi təbirləri görəcəyik. Bununla da, bizim Allahın Özü qərar verdiyi və yaratdığı səbəblərlə əlaqəsinə qarşı mərifətimiz artacaq. Eyni zamanda Onun ehtiyacsız olması da aydınlaşacaq. Bu yolda Ondan kömək diləməliyik.

***


Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin