BİSMİllahir-rəhmanir-rəHİM


ƏLI IBN ƏBI TALIBƏ ITAƏT OLUNMASININ TAPŞIRILMASI



Yüklə 2,71 Mb.
səhifə19/66
tarix21.04.2017
ölçüsü2,71 Mb.
#15068
1   ...   15   16   17   18   19   20   21   22   ...   66

ƏLI IBN ƏBI TALIBƏ ITAƏT OLUNMASININ TAPŞIRILMASI


Keçən bəhsləri əsas tutaraq Allahın Rəsulu (s) Əbu Bəkr və Ömər deyil, başqa bir nəfərin canişin olmasını tövsiyə etmişdir. Sözsüz, o bir nəfər hamıdan bilikli, təqvalı, fəzilətli, islamda xidməti daha çox olmuş olmalıdır. Əhli-sünnət təhqiqçi alimləri Əli ibn Əbi Talibi (ə) fəzilət baxımından bütün səhabələrdən üstün tuturlar. Bununla belə müsəlmanların hakiminin həmişə hamıdan fəzilətli olmasını da lazım bilmirlər.

İbn Əbil-Hədid bu haqda yazır:

Camaat fəzilətdə, cihadda, elmdə, alicənablıqda böyüklükdə və şərafərdə tayı-bərabəri olmayan bir kəsdən üz döndərərək, (şərafəti və üstünlüyü olmayıb lakin) təqvalı və adil olan bir kəslə beyət etdilər... Səhabələr islamın məsləhətini nəzərə almaqla yanaşı, təkcə xilafəti deyil, üstəlik nübüvvəti də hədələyən fitnənin qorxusundan, daha fəzilətli, şərafətli və layiqli insandan üz çevirib, fəzilətli və şərafətli insana endilər.1

Əhli-sünnə alimləri yazırlar: Bir gün Əli ibn Əbi Talib məsciddə Ömər ibn Xəttabın yanında əyləşmişdi. Bir dəstə camaat da orada idi. Həzrət qalxıb oradan getdikdən sonra bir nəfər ardınca onu “özünü tərifləyən” və “böyük bilən” kimi xislətdə müttəhəm etdikdə Ömər dedi: “Onun özünü tərifləməyə və böyük tutmağa haqqı vardır! And olsun Allaha, əgər onun qılıncı olmasaydı islam ayaq üstə dura bilməzdi. O, qəzavət işlərində islam ümmətinin ən biliklisidir. Onun çox şərafətli keçmişi vardır.” O kişi dedi: “Əgər düz deyirsənsə bəs nə üçün xilafəti onun əlindən aldınız?” Dedi: “Cavanlığına və Əbdül-Müttəlib övladlarına olan məhəbbətinə görə xilafətin ona yetişməsini istəmədik.”2

Bunlardan əlavə bir çox rəvayətlərdə yazmışlar: “Allahın Rəsulu (s) Əli (ə) öz canişini təyin etmişdir.”

1. İzzuddin Əbuhamid Mötəzili yazır:

İbn Abbas deyir: Ömərin xilafətinin ilk günlərində onun yanına getdim. Mənə dedi: “Hələ də əmin oğlu xilafətə göz dikibdir?” Dedim: “Bəli. Güman edir ki, Allahın Rəsulu onun xəlifə olması haqqında söz demişdir!” Dedim: “Bəli..! Ömər dedi: Əlbəttə, bəzi vaxtlar Allahın Rəsulunun ağzından hüccət olmayıb üzrü aradan qaldırmayan bəzi sözlər eşidilirdi. Bəzi vaxtlar onun haqqında həddindən artıq sözlər deyir və bununla ümməti onun xilafətiylə imtahan etmək istəyirdi. Allahın Rəsulu xəstəliyi vaxtı onun adını çəkmək (canişin olmasını açıqlamaq) istəyirdi, lakin mən ümmət üçün qorxduğumdan və islamın hifz olunması üçün onun qarşısını aldım. Allahın Rəsulu mənim onun zehnindən keçəndən xəbərdar olduğumu bildi və öz hədəfindən qayıtdı. Allah da istədiyi və müqərrər etdiyi işdən başqa bir şeyi icra etmədi.3 O, başqa bir yerdə yazır:

İbn Abbas deyir: Ömərin Şam səfəri zamanı mən də onunla idim. Bir gün yol arası dəvə üstündə mənə dedi: “Ey Abbasın oğlu, əmin oğlundan (Əlidən) gileyliyəm ...O durmadan mənimlə düşmənçilik edir və mənə qarşı qəzəblidir. Bunun səbəbi nədir?” Dedim: “Siz özünüz daha yaxşı bilirsiniz.” Dedi: “Düşünürəm ki, hələ də xilafətin əlindən çıxmasına narahatdır”. Dedim: “Səbəbi budur. O, bu əqidədədir ki, Allahın Rəsulu xilafəti təkcə ona layiq bilirdi. Ömər dedi: “Allahın istəmədiyi yerdə Peyğəmbərin istəyinin nəticəsi nə ola bilər?! Allahın Rəsulu bir şeyi istəyirdi, Allah isə başqa bir şeyi. Bəs Allahın Rəsulunun istəyi baş tutmadı. Məgər Allahın Rəsulunun istədiyi hər şeyi Allah da istəməlidir?! Əmisinin (Əbu ləhəbin) müsəlman olması onun həmişəlik arzusu olsa da, Allah bunu istəmədi və o da müsəlman olmadı.”1

3.Onlarca yerdə,2 həmçinin ikinci xəlifənin ölümündən və (hicrətin 23-cü ilində) altı nəfərlik şuranın yaranmasından sonra Əli ibn Əbi Talib (ə) camaatın arasında özünün imamət və canişinlik məqamını xatırlaya-raq onlardan e`tiraf etmələrini istəmiş, onlar da həzrətin sözünü qəbul etməklə Əhli-beytin (ə) haqqında etdikləri təqsirə görə xəcalət çəkdiklərini bildirmişdilər. İkinci xəlifənin ölümündən sonra məsciddə camaata buyurdu: Sizi and verirəm Allaha, mənə cavab verin: aranızda məndən savayı elə bir kəs varmı ki, Allahın Rəsulu (s) onun haqqında “Mən hər kəsin mövlasıyamsa Əli də onun mövlasıdır” – cümləsini demiş olsun?” Orada olanlar dedilər: “Xeyr.” Əli ibn Əbi Talib (ə) buyurdu: “Sizin aranızda məndən savayı elə bir kəs varmı ki, Allahın Rəsulu (s) qardaşlıq əhdi bağladığı zaman onunla qardaşlıq əhdi bağlamış olsun?” Hamı bir ağızdan dedi: ”Xeyr.” Yenə əlavə edərək buyurdu: “Sizin aranızda məndən savayı elə bir kəs varmı ki, Allahın Rəsulu (s) onunda haqqında: انت منى بمنزلة هارون من موسى “Sənin Mənə olan münasibətin, Harunun Musaya olan münasibəti kimidir” demiş olsun?! Dedilər: “Xeyr.” Daha sonra Əli (ə) özünün başqalarından üstünlüyünü bildirən daha dörd fəzilətini açıqlayaraq orada olanları şahid tutdu və onlar bir nəfər kimi təsdiq etdilər.3

4. Cəməl müharibəsindən qabaq Ayişə, Ümmul-Möminin Umm Sələməni özü ilə Əliyə (ə) qarşı müharibəyə çəkmək istədikdə Umm Sələmə onun təklifini qəbul etməyib dedi: “Ey Ayişə! Yadındadırmı, səninlə birlikdə Allahın Rəsuluy (s) ilə səfərdəydik və Əli Peyğəmbərin ayaqqabılarını düzəldir və paltarlarını yuyurdu...? Bu zaman atan (Əbu Bəkr) və Ömər Peyğəmbərin yanına getdi. Onda biz pərdə arxasındaydıq. O iki nəfər Allahın Rəsuluy (s) ilə söhbətə başlayıb soruşdular: “Bizimlə nə qədər bir yerdə olacağınızı bilmirik. Sizdən sonra ümmətə rəhbərlik edəcək adamın kimliyini bilmək və ona pənah aparmaq istərdik.” Allahın Rəsulu (s) buyurdu: “...Mən hər kəsi öz canişinim təyin edib sizə tanıtdırsam belə, Bəni-İsrailin Harunun ətrsfından dağıldığı kimi, siz də onun ətrafından dağılacaqsınız. Bu zaman onlar susub heç nə demədilər və oradan uzaqlaşdılar. Sonra biz Allahın Rəsulunun (s) yanına gəldik. Sən Allahın Rəsulundan (s) az utandığın üçün həmin sualı təkrar edib soruşdun.” Allahın Rəsulu (s) buyurdu: “(Mənim canişinim) Ayaqqabı düzəltməyə məşğul olandır.” Biz baxdıqda Əli ibn Əbi Talibdən savayı bir kəsi görmədik. Sən dedin: “Əlidən savayı bir kəsi görmürəm?” Buyurdu: “Bəli, mənim canişinim də elə odur.” Bu zaman Ayişə Umm Sələmənin sözünü təsdiqləyib dedi: Əlbəttə bu xatirə yadımdadır.”4




Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə