BİSMİllahir-rəhmanir-rəHİM


VƏFATI INKAR ETMƏNIN SIRRI



Yüklə 2,71 Mb.
səhifə9/66
tarix21.04.2017
ölçüsü2,71 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   66

VƏFATI INKAR ETMƏNIN SIRRI


Əhli-sünnənin tədqiqatçi və tarixçiləri Ömərin e`tirafını əsas tutaraq hədəfinin Əbu Bəkrin Mədinəyə yetişməsinə fürsət yaratmaq olduğunu bildirmişlər.

İbn Əbil-Hədid yazır:

Ömər bu rəftarı ilə Əbu Bəkrin gəlib yetişməsinə fürsət yaratmaq istəyirdi. Çünki sabahı günü Səqifədə Əbu Bəkrin məsciddə çıxışından qabaq keçən gün Peyğəmbərin vəfatını inkar edən sözləri barədə üzr istəyərək dedi: “Allahın Rəsulunun vəfat etməsini gördükdə, rəhbərlik üstündə qalma-qal qalxmasından, ənsar və başqalarının iş başına gələ biləcəyindən, yaxud İslamdan dönəcəklərindən qorxdum.”5

Ömərin açıqlamaları həqiqətdə Əbu Bəkr gəlib yetişənə qədər din və dövlətdən himayə etməyə görə idi. O, xilafətə görə ənsar və başqaları tərəfindən ehtimali qarşıqlığın qarşısını almaq, eləcə də islamdan dönüb mürtəd olmaq fikrin başında gəzdirənləri qorxutmaq üçün bu mətləbi demiş və bir çox düşünülmüş işlərin qarşısını almışdı. Məsləhətə görə olan belə yalana hər dində icazə verilmişdir!6

O,cammatı müəyyən qədər həzrətin dünyadan getməsi barədə şəkkə salaraq, Peyğəmbərdən sonrakı vəziyyət barədə düşünməkdən qafil etdi. 7Ömərin öz məqsədinə çatmaq üçün fikirləşməyə geniş vaxtı olmasa da, çəkdiyi planın bir neçə çəhəti vardı:

1) Bu plan Peyğəmbəri (s) istəyənlər üçün ümüdverici idi. Onlar sözün düz çıxmasını arzu edir, öz rəhbərlərini bu tezliklə əldən vermək istəmirdilər;

2) Bu planın Qurandan şahidi vardı.Mühəmməd xatəm (s) də Musa (ə) kimi Allahın görüşünə tələsmiş və tezliklə qayıdacağına ümüd verirdi;

3) Bu iddiaya əsasən Peyğəmbər diri olduğu üçün, canişin təyin etmək üçün tələsməyə heç bir ehtiyac yoxdu;

4) Peyğəmbərin ölməsinə inanan şəxs münafıqdır.1 Onun canişini ilə beyət etməyə qədəm götürmək nifaq əlaməti və müsəlmanlar arasında ixtilaf salmaqdır;

5) Peyğəmbərin ölümünə inanıb, onun canişini ünvanında bir kəslə beyət edənin əl-ayağı kəsilməlidir;

6) Ömərin Əbu Bəkr gələnə qədər heç kəsin sözünə fikir verməməsi, lakin o gələndən sonra onun bir cümləsi ilə susması ,Əbu Bəkri böyütmək üçün mahiranə atılmış bir addım idi. Bu səhnə qabaqcadan qurulmasa da bu qədər kifayətdi ki, camaata Əbu Bəkrin islam cəmiyyətində və vəziyyəti sakitləşdirməkdə rəhbərlik rolunu xəbərdarlıq etmiş olsun.

Təəccübləndirici, eyni halda təəssüfləndirici haldır ki, bəzi vaxtlar şiəyə aid olmayan kitablarda, baş vermiş rəftarı yozmaq və müdafiə etmək üçüçn yazırlar: “Ömərin bu rəftarı ,onun Peyğəmbərə olan şiddətli məhəbbətindən irəli gəlmişdir.O, Peyğəmbərin vəfatını eşitdikdə vəhşətə düşən kimi olmuşdur!” Halbuki Ömərin özü o günün sabahı məsciddə camaatın qarşısında etdiyi rəftarına görə sözlər deyir ki, bu tərəf tutulma ilə heç də uyğun gəlmir.

Bundan əlavə, soruşmaq lazımdır ki:

1) Əgər o, Peyğəmbərin ölümündən vəhşətə düşmüş və belə bir rəftar etmişdisə, onda nə üçün Əbu Bəkrin Peyğəmbərin ölümünü təsdiqləməsindən sonra onun vəhşəti daha da artmadı?! Əkisinə sakitləşərək yerə oturdu və daha sonra Səqifəyə yollandı!

2) Nəyə görə onun dəhşəti Əbu Bəkrin xəbərindən sonra aradan getdi?! Beləlikə islamı ərb yarımadasında kim möhkəmlədəcəkdi?! Əbu Bəkrin oxuduğu ayələrdən sonra onun əqidəsində dəyişiklik olmamalıdırmı?! Belə ki, ayə Peyğəmbərin də başqa adamlar kimi öləcəyini çatdırır, o isə Peyğəmbərin hələ ölməməsini və ölüm vaxtının çatmamasını deyirdi! Onun fikrincə, hələ də işlər yarımçıq və yerinə yetməmiş vəzifələr qalmışdı2

3) Peyğəmbərin vəfatını bildikdən sonra, həzrətin əzadarlığında, qüsul verilməsində və dəfnində iştirak etməyib gecikmədən Səqifəyə getdi?!

4)Nə üçün ondan başqa heç kəs qorxu və dəhşətə düşmədi?! Görəsən, onun qüssəsi Peyğəmbərin əziz qızının kədərindən artıq idi?! Nə üçün nazik qəlbli tanıtdırılan Əbu Bəkr belə bir hala düşmədi?!

5) Etdiyi rəftar Peyğəmbərə qarşı olan məhəbbətdən olsaydı, onda gərək sağlığında “sayaqlayır” nisbətini Ona verməməklə yanaşı digərlərinə də “bu kişinin fikri özündə deyil və nə danışdığını bilmir, odur ki, sözünə qulaq asmayın”deməyəydi.

6) Necə olur ki , Peyğəmbərin vəfat etməməsi şübhəsi təkcə Ömər ibn Xəttab və Osman ibn Əffan üçün qarşıya çıxır?! Onlar hansı ayə və hansı hədisə əsasən belə qənaətə gəldilər ki, Allahın Rəsulu ölməmiş və həzrət Musa kimi miqata getmişdir və tezliklə qayıdacaqdır?

7) Usamənin qoşununun hərəkət etmədə gecikməsi üçün üzr gətirərək “halını müsafirlərdən soruşmaq istəmədim” –dedikdə yaxşı olardı ki, Ömər “bu taqətsizlik nəyə görədir! Allah boynunuza minnət qoymuşdur ki verdiyi vədələr yerinə yetirməyincə Peyğəmbər dünyadan getməyəcəkdir” – deyəydi.3

8) Onun kimi bir kişiyə rəvadırmı ki, araşdırmadan və yəqin ələ gətirmədən belə bir səs-küy qaldırsın?

9) Necə olur ki, Əbu Bəkr Ömərə Peyğəmbərin (s) vəfatı haqqında olan səhvini başa salır, lakin bundan böyük olan işi həzrətə verdiyi sayıqlamaq nisbətini heç vaxt onun qulağına vurmur?

İbn Əbil-Hədidin e`tirafına əsasən bütün qışqırıqlar Əbu Bəkr yetişənə qədər vaxtı öldürməyə görə idi və bundan savayı heç bir başqa səbəb yoxdu.1

İKİNCİ FƏSİL

SƏQİFƏ HADİSƏSİ

BÖHRANIN BAŞLANMASI


Peyğəmbərin (s) qəlblər yandıran vəfatı bir dəstəni heyrətləndirdiyi kimi, digər bir dəstəni də Peyğəmbərin qabaqcadan ehtimal verdiyi kimi əl-ayağa saldı. Həzrətin xəstəliyi şiddətlənən gündən, öləcəyini ehtimal verib qüdrəti ələ keçirmək istəyənlər başlarında qorxulu fikirlər daşıyirdılar. Bu xəbər yayıldıqdan sonra Peyğəmbərin (s) dəfni haqqında azca da fikirləşməyib, həzrətin buyruqlarına azacıq e`tina etmədən ümmətin məsləhəti, xeyri ünvanıyla şura qurdular ki bu yolla Allahın son Peyğəmbərinin ümmətini rəhbərsiz yol getməkdən qoruya bilsinlər!! Onların iddiasına görə, həzrət ümmətin hidayəti üçün özündən sonra heç kəsi seçməmişdi, yaxud seçdiyi adam öz yaxınlarının içində sevilmədiyi üçün rəhbərliyin öhdəsindən gələ bilməzdi.1

O günlərin danışıqları gizli sirləri ifşa etdi. Qohumluq və qəbilə təəssüblərinə, eləcə də cəhalət düşüncələrini yenidən canlandırdı.. Məlum oldu ki, islam tərbiyəsi bəzi təzə müsəlmanların qəlb və fikirlərinə hələ də təsir etməmiş, sadəcə olaraq cahiliyyət əqidələri onların üzlərinə pərdə kimi çökmüşdür.2

Ənsarın tanınmış şəxsiyyətləri Ömərin Allahın Rəsulunun (s.ə) vəfatını inkar edən qışqırıqına fikir verməyərək, Əbu Bəkrin Mədinəyə yetişdiyi vaxta qədər Səqifədə* (Xəzrəc tayfası başçılarının məxsus danışıq yeri) bir yerə yığılaraq Peyğəmbərdən sonra müsəlmanlara başçılıq edəcək rəhbər barəsində danışığa başladılar. Onların fikrincə, hədəf barəsində düşünmək üçün əlverişli bir vaxt idi. Belə ki, Allahın Rəsulunun (s) ailəsi, seçılmiş səhabələri, o cümlədən Salman, Əbu Zərr, Miqdad və...belə bir zamanda müsibətə giriftar olmuş, Peyğəmbərin dəfninə hazırlıq işləri görürdülər. Belə bir şəraitdə şəhərin ən böyük (Ovs və Xəzrəc) tayfaları Sə`d ibn Ubadə kimi birini müsəlmanların işlərini idarə etməyə seçə bilərsə, artıq rəhbərlik fikrində olan digərləri üçün heç bir yer qalmayacaq, yaxud aşağısı hakimiyyətin bir hissəsi onların payına düşəcəkdi.

Ənsar başçıları və Mədinə əhlinin Əli ibn Əbi Talibin (ə) rəhbərliyi barədə fikirləri və belə tələsik yığıncaq təşkil verməklə hansı məqsədləri güdmələri haqda ayrıca bəhs olacaqdır. O ki qaldı burada deməyə:

1)Ovs və Xəzrəcin bəzi başçıları arasında rəhbərlik sevdasında olub Əli ibn Əbi Talibin (ə) iş başına gəlməsinin qarşısını almaq üçün Səqifə yığıncağına gələnləri nəzərdə almasaq, bir çoxu belə bir fikirdə deyildi. Ən çətin anlarda müşrüklərin qarşısında Peyğəmbəri müdafiə etmiş, evləri, malları və canlarını onun yolunda verib mühacirləri himayət edən Mədinə əhli Peyğəmbərin Əli ibn Əbi Talibə (ə) itaət etmə əmrinə fikir vermədən elə bir yığıncaqda iştirak edənlərdən deyildilər. O anda ənsarın çıxışlarına diqqət etdikdə məlum olur ki, onlar nə mühacirlərin tutuduğu işin, nə də Peyğəmbərin vəsiyyəti qarşısında hərəkət etmək istəmirdilər.

Onların Əli ibn Əbi Talibin (ə) digər səhabələrdən üstün olması barədə heç bir şəkkləri yox idi və ondan başqa heç kimi rəhbərliyə laiq bilmirdilər.1 Bundan əlavə, bəzi mühacirlərin Qədirdən Mədinəyə qədər nifaqla dolu olan rəftarı, Peyğəmbərin (s.ə) canişini məqamını ələ keçirmək üçün siyasi bir hərəkətdən də xəbər verirdi. Bundan əlavə, Allahın Rəsulundan (s) dəfələrlə eşitmişdilər ki:

ستلقون بعدى اثرة فصبروا حتى تلقون على الحوض

“Məndən sonra inhisarçılarla qarşılaşacaqsınız...Məndən sonra əzablar görəcəksiniz. (Bu zaman ) qiyamətdə Mənimlə görüşənə qədər səbr edin.”2 “Yaxın gələcəkdə qaranlıq fitnələr ümmətimə üz gətirəcək və siz ənsar öz hüquqlarınızdan məhrum olacaqsınız.”3

Elə buna görə də ənsar heç bir halda mühacirlərin qüdrətə yetişməsinə razı deyildi. Onlar Əlini (ə) mühacirlərdən bilsələr də düşmən və rəqib saymırdılar. Lakin bir baxımdan onun və digərlərinin ənsar üçün heç bir fərqi yox idi. Belə düşünürdülər ki, Peyğəmbərdən sonra ənsardan savayı iş başına gələn hər bir kəsə Əli belə olmuş olsa, onları himayə, yaxud mühacirləri ənsarın hüquqlarına riayət etməyə məcbur etmək çox çətin olacaqdır.

2) Mühacirlərin siyasi hərəkətlərini görən bir çox ənsar, Əli ibn Əbi Talibin (ə) imamət edə bilməsini qeyri-mümkün sayırdı. Belə olduqda Peyğəmbərin (s.ə) ənsar haqqında olan məqsədlərinə qiymət verməyən bir dəstə adam iş başına gələcəkdi. Onlar bu işin həyata keçəcəyinə inanır, digər tərəfdən də öz çox saylı cəmiyyətlərinə arxalanaraq Əhli-beyt və Əli ibn Əbi Talibin (ə) himayəsi ilə qüdrət eşqində olan nüfuzlulara üstün gələ biləcəklərinəsə inanmırdılar. Sonradan da bu işi həyata keçirməyə baş qoşmamalarına səbəbi də bu idi.

Onlar belə düşünürdülər ki, Əli ibn Əbi Talib iş başına keçmədikdə, mühacirlərin iş başına gəlməsi üşün ənsardan heç bir üstünlüyə malik deyildir. Digər tərəfdən, peyğımbərin (s) ənsar haqqında dediyi təriflər bu fikri təsdiqləyirdi. Həzrət dəfələrlə onların haqqında dua edərək: “İlahi, ənsarı, övladlarını və gələcək nəsillərinə rəhmət et!”4 Əgər camaat bir yolla, ənsar başqa bir yolla gedərsə, Mən ənsarın getdiyi yolla gedərəm!” (buyurmuşdu.)5

Elə buna görə də özlərini xilafətə başqalarından irəli bilir, lakin bu məsələyə diqqət etmirdilər ki, ilk növbədə Peyğəmbərin canişini mövzusu insanların öhdəsinə buraxılmayıb, digər tərəfdən özləri möhtac və islamdan qabaq bir-birləri ilə düşmən olmuş, islamın onların boynunda olan haqqı, onların Peyğəmbərin boynunda olan haqqındandan qat-qat böyükdür və yaxşı olmazdımı ki, bu gün Onun canişini məqamını kəsb etməklə öz müzdlərini islam və Allahın Rəsulundan geri istəmiş olsunlar?!

3) ənsar belə bir qərar qəbul etmək üçün özünü yad bilmirdi. Onlar belə göstərirdilər ki, Peyğəmbərin canişinini məsələsi digər ictimai işlər kimi, tayfanın başçıları arasında olan danışıqla baş tutmalıdır. Dəlilləri də Peyğəmbərin (s) böyük işlərdə Mühacir və ənsarla məşvərət etməsi idi. İndi də tayfa başçıları öz aralarından başçı seçməklə hökumətin taleyini həll edə bilərdilər.

Ovs və Xəzrəc tayfalarının çox qaranlıq və acı keçmişi vardı. Lakin indi müştərək mənfəət, yaxud rəqib qarşısında müştərək müdafiə onları Bəni-Saidə kölgəliyinə yığmışdı, onlar qorxduqları gələcək üçün qərar qəbul etmək istəyirdilər.

Hər halda, onların olduqları mövqelərini və mənfəətlərini qorumaq üçün atdıqları düşünülməmiş addımı, islam tarixində ən böyük fitnənin və müsəlmanlar arasında heç zaman birləşməyən ictimai ayrılığın təməlini qoydu. Buna görə də Allahın Rəsulunun (s) buyuruğunun əksinə atdıqları düşünülməmiş addıma görə xilafətdən həmişəlik məhrum oldular.



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə