Biz Sizinlə bundan əvvəlki mövzumuzda “Аzərbаycаn Rеspublikаsının gömrük siyаsəti” haqqında öyrəndik



Yüklə 102,5 Kb.
tarix22.05.2020
ölçüsü102,5 Kb.
#31339
Mövzu-5.docAçıq ders

İlk olaraq qonaqlarımızı salamlayıram!

Biz Sizinlə bundan əvvəlki mövzumuzda “Аzərbаycаn Rеspublikаsının gömrük siyаsəti” haqqında öyrəndik.


Gömrük siyаsəti - Аzərbаycаn Rеspublikаsının gömrük ərаzisində gömrük nəzаrəti mаl dövriyyəsinin dаhа səmərəli tənzimlənməsi, dахili bаzаrın qоrunmаsı, milli iqtisаdiyyаtın inkişаfının stimullаşdırılmаsı, dövlətin iqtisаdi siyаsətindən irəli gələn vəzifələrin həyаtа kеçirilməsidir.

Gömrük siyаsətinin əsаsını хаrici ticаrət fəаliyyətinin dövlət tənzimlənməsinin prinsipləri təşkil еdir ki, bunlarda

  • Rеspublikаnın хаrici siyаsətinin tərkib hissəsi оlаn vаhid хаrici ticаrət siyаsəti;

- vаhid dövlət tənzimləmə sistеmi və оnun həyаtа kеçirilməsinə nəzаrət;




  • vаhid vаlyutа nəzаrəti siyаsəti;



  • ölkənin gömrük ərаzisinin bütövlüyü;




  • хаrici ticаrət fəаliyyətinin dövlət tənzimlənməsində iqtisаdi tədbirlərə üstünlük vеrilməsi;




  • хаrici ticаrət fəаliyyəti iştirаkçılаrının bərаbərhüquqlu оlmаsı və hər hаnsı fоrmаdа аyrı-sеçkiliyə yоl vеrilməməsi;



  • хаrici ticаrət fəаliyyəti iştirаkçılаrının hüquq və qаnuni mаrаqlаrının dövlət tərəfindən qоrunmаsı;

Gömrük siyаsəti dövlətin iqtisаdi təhlükəsizliyinin təmin еdilməsinə хidmət еtməlidir.



İqtisаdi təhlükəsizlik - ümumilikdə iqtisаdiyyаtın ölkənin sоsiаl, siyаsi, müdаfiə qаbiliyyətinin mütərəqqi inkişаfının kifаyət еdəcək səviyyəsini təmin еdə bilən vəziyyətini, tаrаzlаşdırmа prоblеmlərinin həlli yоllаrını, mümkün хаrici dахili təhlükələrə, оnun iqtisаdi mаrаqlаrının хаrici təsirlərdən аsılı оlmаmаsı kifаyət qədər zərərdən qоrunа bilməsi qаbiliyyətini nəzərdə tutur.
İqtisаdi təhlükəsizlik dеdikdə milli təhlükəsizliyin bir hissəsi оlаn milli mаrаqlаrın zəmаnətli müdаfiəsi, ümumilikdə dövlətin sоsiаl təyinаtlı inkişаfı və kifаyət qədər müdаfiə qаbiliyyətli оlmаsı bаşа düşülür

Mövzu-5.

Gömrük prosedurları , onların mal və nəqliyyat vasitələrinin keçirilmə sistemindəki sipesifik xüsusiyyətlər.

  1. Gömrük prosedurları anlayışı, təyinatı və mahiyyəti

  2. Əsas gömrük prosedurları

  3. İqtisadi gömrük prosedurları

  4. Yekunlaşdırıcı gömrük prosedurları

  5. Xüsusi gömrük prosedurları


Gömrük prosedurları- Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xarici ticarət fəaliyyətinin dövlət tənzimlənməsidir,

həmçinin gömrük məqsədləri üçün, mal və nəqliyyat vasitələrinin gömrük sərhəddindən keçirilmə məqsədindən asılı olaraq, Azərbaycan Respublikası gömrük ərazisində və ya ondan kənarda , mal və nəqliyyat vasitələrinə, gömrük rüsumları, vergilər, qadağa və məhdudiyyətləri müəyyənləşdirən tələb və qaydaların məcmuidir.


Gömrük prosedurlarının mahiyyəti ondan ibarətdir ki, onlar uyğun prosedur altında keçirilən mallara qarşı şərt və formallıqlar öz əksini tapır.

Gömrük proseduru-gömrük məqsədləri üçün Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirilən malların və nəqliyyat vasitələrinin statusunu müəyyən edən müddəaların məcmusudur.
Xüsusi gömrük proseduru- Az.R gömrük sərhəddindən fiziki şəxslər tərəfindən (qeyri sahibkarlıq məqsədi ilə), xarici şəxslərin ayrı-ayrı kateqoriyaları (diplomatik nümayəndəliklər, konsul idarələri) tərəfindən nəqliyyat vasitələri, mallar, beynəlxalq poçt göndərmələri, boru kəmər nəqliyyatı və elektrik xətləri vasitəsilə ötürülməsi xüsusiyyətlərinin məcmuidir.
Az.RGM nəzərdə tutulmuş hər bir gömrük proseduru özündə şərtləşdirilmiş tələblər qoyur:

  • malların rəsmiləşdirilməsinin gömrük qaydaları;

  • malların gömrük nəzarətinin aparılması;

  • gömrük vergi və rüsumlarının verilməsi xüsusiyyəti.


Əksər gömrük prosedurlarında aşağıdakı xüsusiyyətlər nəzərdə tutulur:
- Azərbaycan Respublikası gömrük ərazisinə şərti buraxılmış mallardan istifadə və onlar üzərində sərancamın məhdudluğu;

- gömrük rəsmiləşdirilməsi gömrük proseduru fəaliyyətinin yekunlaşması.


Malların gömrük proseduru altında yerləşdirilməsi gömrük orqanının icazəsi ilə həyata keçirilir. Malların buraxılmışı üçün şəxsin bəyan edilmiş gömrük prosedurunun şərtlərini gözlənildiyi halda, gömrük orqanı malların bəyan edilmiş gömrük proseduru altında yerləşdirilməsinə icazə verməyə borcludur.
Az.R Gömrük Məcəlləsinin 156 maddəsinə əsasən gömrük prosedurları 4 qrupa bölünmüşdür.

  1. Əsas gömrük prosedurları: daxili istehlak üçün buxarılış; ixrac; beynəlxalq tranzit;

  2. Iqtisadi gömrük prosedurları: gömrük ərazisində emal; gömrük ərazisindən kənarda emal; daxili istehlak üçün emal; müvəqqəti idxal; gömrük anbarı, sərbəst gömrük zonası (sərbəst anbar)

  3. Yekunlaşdırıcı gömrük prosedurları: təkrar idxal; təkrar ixrac; məhv etmə; dövlət xeyrinə maldan imtina.

  4. Xüsusi gömrük prosedurları: müvəqqəti ixrac; rüsumsuz ticarət mağazası; ehtiyatların keçirilməsi; digər xüsusi gömrük prosedurları.

Malların aparılması zamanı gömrük proseduru onların gömrük nəzarəti zonasına düşdüyü, gömrük rəsmiləşdirilməsi anından başlayır. Malların sərhəddən faktiki keçməsinə qədər bütün şərtlər gözlənilməlidir.


Əsas gömrük prosedurları - Daxili istehlak üçün buraxılış.
Daxili istehlak üçün malların buraxılışı- gömrük proseduru zamanı Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmiş mallar bu ərazidə heç bir öhdəlik götürülmədən qalır. Bu prosedur təcrübədən malların Azərbaycan Respublikası ərazisinə idxal olunduğu zamanı tez- tez istifadə olunur.

Malların daxili istehlak üçün buraxılış proseduru zamanı gömrük rəsmiləşdirilməsinin, nəzarət və malların vergi tutulmasının bütün spektorları tam yerinə yetirilir. Ayrı-ayrı mallara qarşı qeyri-tarif tənzimləmələri tədbirləri tətbiq olunur.



Daxili tələbat üçün buraxılış prosedurunun tətbiq olunması malların buraxılışının bir neçə variantını nəzərdə tutur:

  1. Azərbaycan Respublikası xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsi haqqında qanunvericiliyinə uyğun müəyyən edilmiş bütün gömrük rüsumları, vergilərin ödənilməsi və məhdudiyyətləri gözləməklə malların sərbəst dövriyyə üçün buraxılışı.

  2. Malların şərti buraxılışı:

  • gömrük rüsum, vergilərindən azad olunmuş (məsələn; humanitar yardım şəklində gətirilmiş malların şərti buraxılışı);




  • Azərbaycan Respublikası xarici ticarət fəaliyyətinin dövlət tənzimlənməsi qanunvericiliyinə uyğun müəyyən edilmiş məhdudiyyətin gözlənilməsi haqqında lazımi icazə sənədlərini təqdim etmədən;

  • gömrük ödəmələrinin ödənilməsi və ya gömrük rüsumu, vergilərin məbləği faktiki gömrük orqanının hesabına daxil olmadığı halda şərti möhlət vermək və möhləti uzatmaqla şərti buraxılan mallar gömrük nəzarəti altında olur və ona xarici ölkə malı kimi baxılır.


Daxili istehlak üçün buraxiliş proseduru altında yerləşdirilən malların gömrük bəyan edilməsinin xüsusiyyətləri:

  • malların öncədən bəyan edilməsi;

  • Azərbaycanın XİF MN ilə bir təsnifat kodunu göstərməklə bir mal partiyasında yerləşən müxtəlif adda malların bəyan edilməsi;

  • qısa gömrük bəyannamənin verilməsi;

  • dövri gömrük bəyannaməsinin verilməsi;

  • malların gömrük bəyannaməsinin təqdim olunmasına qədər buraxılışı;

  • malların elektron formasında bəyan edilməsi.


Əsas gömrük prosedurları - malların ixracı .
Malların ixracı. Ixrac- gömrük prosedurunda Azərbaycan Respublikası gömrük ərazisində sərbəst dövriyyədə olan yerli istehsal məhsulu və xidmətin bu ərazidən geri qaytarılması öhdəliyi olmadan ölkə ərazisindən satılması.
Ixrac malının növündən asılı olaraq ixrac gömrük rüsumları alina bilər, həmçinin Azərbaycan Respublikası digər qanunvericilik aktlarının müəyyən etdiyi məhdudiyyət və tələblər tətbiq edilə bilər.
Ayrı-ayrı növ malların ixracı zamanı gömrük rəsmiləşdirilməsinin xüsusiyyətləri, malların boru kəmər nəqliyyatı ilə və elektrik xətləri vasitəsilə keşirilməsi xüsusi gömrük proseduru ilə müəyyənləşdirilmişdir.
Əsas gömrük prosedurları - Beynəlxalq gömrük tranziti.
Beynəlxalq gömrük tranziti - gömrük proseduru zamanı xarici mallar Azərbaycan Respublikasının ərazisi ilə gömrük nəzarəti altında onların Azərbaycan Respublikasının gömrük ərazisinə gəldiyi və bu ərazidən onların çıxdıqları yerdən gömrük rüsumları, vergilər vermədən, həmçinin mallara qarşı Azərbaycan Respublikasının xarici ticarət fəaliyyətinin dövlət tənzimlənməsi haqqında qanunvericiliyinə uyğun iqtisadi xarakterli qadağa və məhdudiyyətlər tətbiq edilmədən həyata keçirilən gömrük prosedurudur.

Malların BEYNƏLXALQ GÖMRÜK TRANZITI zamanı malların bəyan edilməsi aşağıdakı kimi həyata keçirilir.



  • Tranzit bəyannaməsi;

  • Kommersiya sənədləri;

  • Nəqliyyat (daşınma) sənədləri;

  • Gömrük sənədlərinin köməyi ilə.



İqtisadi gömrük prosedurları- Malların emalı gömrük proseduru
Gömrük ərazisində emal- bu gömrük prosedurunda gətirilmiş xarici mallar Azərbaycan Respublikası gömrük ərazisində müəyyən edilmiş vaxtda istifadə edilir və mallar gömrük rüsumları, vergilərindən tam azad etmək və emal mallarının Azərbaycan Respublikası ərazisindən müəyyən edilmiş müddətdə aparmaq şərtilə həyata keçirilən gömrük prosedurudur.
Azərbaycan Respublikası hökuməti müəyyən hallarda gömrük ərazisində emal üçün gətirilmiş bəzi növ malların emalının mümkünsüzlüyünə baxmaq səlahiyyətindədir. Əgər keyfiyyət və texniki cəhətlərinə görə identik olan mallar Azərbaycan Respublikasında istehsal olunursa onların emalı üçün mümkünlüyünün olub olmamasının və həmçinin emalın kəmiyyət və dəyər məhdudluğunu müəyyən edir ki, bununla da yerli istehsalçıların maraqlarının qorunmasını təmin edir. Göstərilən qadağa və məhdudiyyət aktları rəsmi dərc olunduqdan 90 gün sonra qüvvəyə minir.
Malların gömrük ərazisində emalının 4 növündən istifadə edilə bilər:
** Xüsusi emal və ya malların emalı (xammal ehtiyatı gətirilir və ondan mal məhsulları hazırlanır, məsələn, gətirilmiş material əsasında kostyum tikilir)

** Yeni malların hazırlanması o cümlədən montaj, malların yığılması və sökülməsi (komplektləşdiricilər gətirilir və ondan son məhsul hazırlanır, məsələn, avtomobil).

Gəncə şəhərində kamaz maşınlarının, belorus traktorlarının yığılması, ölkəmizdə əkilən şəkər çuğundurunun İran İslam Respublikasına aparılması və istehsal olunmuş şəkər tozu şəklində geri qaytarılması.



** Malların təmiri, o cümlədən onların bərpası əsas hissələrinin dəyişdirilməsi, onların istehlak xüsusiyyətlərinin dəyişdirilməsi.

** Mal məhsullarının istehsalına təsir göstərən və onu yüngülləşdirən malların emalı (xarici malların istifadəsini həyata keçirən, emal məhsullarının istehsalını yüngülləşdirir və ya təsir edir, məsələn, elektrod flyuslarının katalizatorlarının istifadəsi).

Malların emal müddəti təqdimat verən tərəfdən gömrük orqanları ilə razılaşdırılmaqla müəyyənləşdirilir və bir ildən artıq da ola bilməz.


Gömrük ərazisindən kənarda emal- bu gömrük prosedurunda mal Azərbaycan Respublikası gömürk ərazisindən müəyyən edilmiş müddətə emal üzrə əməliyyatlar aparmaq üçün aparılır və sonradan emal məhsullarının tam və ya müəyyən qədər gətirmə(idxal) gömrük ödəmələrindən azad edilməklə geri qaytarılmasıdır.

Bu prosedur altında gömrük rüsum və vergilərinin ödənilməsi üçün güzəşt edilmiş malların qoyulmasına icazə verilir,o halda ki, malların emalı təmirdən ibarət olacaqdır.



Gömrük ərazisindən kənarda malların emalı proseduruna daxildir:

1.Xüsusi emal və malların emalı;

2.Yeni malların hazırlanması, o cümlədən, montaj,malların yığılması və açılıb sökülməsi;

3. Malların təmiri, o cümlədən onların bərpası,tərkib hissələrinin dəyişdirilməsi, istehlak xüsusiyyətlərini bərpa etmək.
Malların gömrük ərazisindən kənarda emalı prosedurun son qurtarma müddəti prosedurun tətbiqinə icazə verilən vaxtdan 2 il təşkil edir və Mövcud icazənin digər şəxsə ötürülməsinə icazə verilmir.
Gömrük ərazisindən kənarda emal proseduru üçün gömrük nəzarətinin aparılması məqsədilə icazə verilmə zamanı müəyyən emal məhsulunun hasilat norması müəyyənləşdirilir.

Müvəqqəti idxal” və “gömrük anbarı” proseduru.

Müvəqqəti idxal- gömrük prosedurunda xarici mallar Azərbaycan Respublikası gömrük ərazisində müəyyən vaxt ərazidə (müvəqqəti idxal dövründə) gömrük rüsum və vergilərindən tam və ya qismən azad edilmək və onlara Azərbaycan Respublikası qanunvericiliyində müəyyən edilmiş qadağa və məhdudiyyətləri tətbiq etmədən istifadə edilir
Müvəqqəti idxala icazə verilir əgər:

**Mallar gömrük orqanları tərəfindən onların geri aparılması (təkrar ixracı) zamanı identifikasiya edilə bilərsə;

** Üzərlərinə düşən vəzifənin yerinə yetirmələrinə qaranti verilibsə (gömrük rüsumlarının ödənilməsinə təminat verilibsə)

** Müvəqqəti idxal üçün gömrük orqanının icazəsi varsa.
Malların müvəqqəti idxalının vaxtı 2 ildir. Bəzi qrup mallar üçün Azərbaycan Respublikası Hökuməti daha qısa və uzun idxal vaxtı müəyyənləşdirə bilər .
Müvəqqəti gətirilmiş malları gömrük rüsum və vergilərindən o zaman azad edilir ki, müvəqqəti idxal olunan mallar Azərbaycan Respublikası iqtisadiyyatına ziyan gətirmir.
Gömrük anbarı.

Gətirilən malların saxlanc dövründə gömrük prosedurları, vergilər alınmadan və mallara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən onların gömrük nəzarəti altında saxlanılmasından, ixrac gömrük proseduruna aparılması nəzərdə tutulan malların Azərbaycan Respublikası gömrük qanunvericiliyində nəzərdə tutulmuş güzəştlər verilməklə gömrük nəzarəti altında saxlanılmasından ibarət gömrük prosedurudur.



Mallar gömrük anbarında üç il müddətində saxlanıla bilər.
Gömrük anbarları açıq və ya müəyyən şəxslərin malları saxlaması üçün nəzərdə tutulan qapalı tipli ola bilər . Açıq tipli gömrük anbarı istənilən şəxs tərəfindən istifadə edilə bilər, əgər o hər cür malların saxlanılması üçün münasibdirsə. Qapalı tipli anbarda gömrük anbarının sahibinin malları üçündür.

Yekunlaşdırıcı gömrük prosedurları.


  1. Təkrar idxal” gömrük prosedurları.

Malların təkrar idxalı-ixracı gömrük proseduruna uyğun olaraq Azərbaycan Respublikasının gömrük ərazisindən aparılmış Azərbaycan mallarının qanunla müəyyən edilmiş müddətə gömrük rüsumları və vergilər alınmadan, həmçinin bu mallara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən geriyə göndərilməsindən ibarət gömrük prosedurudur .
Mallar aparıldığı andan üç il ərzində idxal edildikdə Azərbaycan Respublikasının gömrük orqanı ödənilmiş ixrac gömrük rüsumlarının və vergilərin məbləğini qaytarır.


  1. Təkrar ixrac”gömrük proseduru:

Təkrar ixrac- Azərbaycan Respublikası gömrük ərazisinə əvvəllər gətirilmiş malların bu ərazidən heç bir məbləğ ödəmədən və yaxud idxal zamanı ödənilmiş gömrük rüsum, vergilərin qaytarılması ilə və həmin mallara Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsi qanunvericiliyinə uyğun olaraq iqtisadi siyasət tədbirləri, məhdudiyyət və qadağa tətbiq edilmədən həyata keçirilən gömrük rejimidir


Təkrar ixrac olunan malların ixrac zamanı gömrük rüsumları ödənilmir.
Məhvetmə” gömrük proseduru:

Malların məhv edilməsi- xüsusi malların gömrük rüsumları, vergilər alınmadan, həmçinin iqtisadi siyasət tədbirləri tətbiq edilmədən onların gömrük nəzarəti altında istifadə üçün yararsız hala gətirilməsi də daxil olmaqla məhv edilməsindən ibarət gömrük prosedurudur. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müstəsna hallarda təkrar idxal edilən mallara və digər Azərbaycan mallarına da bu prosedur tətbiq edilə bilər.



Malların məhvinə aşağıdakı hallarda icazə verilmir.

  1. Ətraf təbii mühitə əsaslı surətdə zərər verə bilən və ya insanların potensial sağlamlıqlarına bilavasitə təsir göstərə bilən;

  2. Adi təyinatlı malların uyğun istehlakı əsasında istehsal olunan;

  3. Azərbaycan Respublikası dövlət orqanları üçün xərslər yaradan.

Malların məhv edilməsi deklarantın ərizəsi əsasında həmin növ malların ərizədə göstərilən tərzdə məhv edilməsi əməliyyatın aparılması üçün düşünülmüş şəkildə və malların yerləşdiyi yerdə, məhv edilmə yerinə daşınması da nəzərə alınmaqla təyin edilməlidir.


Dövlət xeyrinə maldan imtina” gömrük proseduru.

Dövlət xeyrinə maldan imtina- gömrük rüsumları, vergilər alınmadan, həmçinin iqtisadi siyasət tədbirləri tətbiq edilmədən şəxsin maldan imtina etməsindən ibarət prosedurudur.


Xarici ticarət təcrübəsində maldan imtina rejimindən tez-tez istifadə edilir və ən çətin anlarda kommersantların dadına çatır.

Çox vaxt idxalçı maldan dövlət xeyrinə imtina etmə prosedurunu seçir, o vaxt ki, onun malı gömrük sərhəddini keçdikdən sonra özünün keyfiyyətini itirmiş və yaxud saxlama müddətinin ötdüyünü hiss edir.

Maldan dövlət xeyrinə imtina prosedurunun qəbul edilməsi idxal mallarının Azərbaycan Respublikası ərazisində istifadəsinin mümkünsüzlüyü və yaxud onun istifadəsinin səmərəsizliyi ucbatından irəli gəlir. Xarici ticarət sövdələşmələrindən maldan dövlət xeyrinə imtina proseduruna çox halda rast gəlinir. Bunun səbəbi isə sadədir, gömrük ödəmələrinin kəskin artması idxal mallarını yerlı istehsalın eyni malları ilə rəqabətini aşağı salır. Belə hallar nəzərdə tutulmamış dərəcədə nəqliyyat xərclərini artıra bilər. Dəmir yolu və limanlardakı inzibati cərimələr malların hədsiz bahalaşmasına gətirir.

Mövcud prosedurun tətbiq edilməsi şərtləri:



  1. Maldan dövlət xeyrinə imtina dövlət üçün hər hansı xəclər yaratmamalıdır;

  2. Rejimin tətbiq olunmasını qadağan etmək gəlir mənbəyinə çevrilməməlidir;

  3. Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan olunmuş mallar mövcud prosedura salınmamalıdır;

  4. Azərbaycan Respublikası hökuməti dövlət xeyrinə imtina proseduruna düşməsi mümkün olmayan malların siyahısını müəyyən edir;

  5. Malların dövlət xeyrinə keçirilməsi anından həmin mallar Azərbaycan Respublikası gömrük ərazisində sərbəst dövriyyə üçün buraxılış statusunu alırlar.

Dövlət xeyrinə mallardan imtina prosedurundan Azərbaycan Respublikasının mülkiyyətinə keçir və onunla öz mülkiyyəti kimi münasibət olur.


Xüsusi gömrük prosedurları. “Müvəqqəti ixrac” gömrük proseduru.
Müvəqqəti ixrac- Azərbaycan Respublikası gömrük ərazisində sərbəst dövriyyədə olan mallardan müvəqqəti olaraq Respublikadan kənarda həmin mallara Azərbaycan Respublikasının xarici ticarət fəaliyyətinin dövlət tənzimlənməsi qanunvericiliyin tətbiq etmədən, məhdudiyyətlər qoymadan müvəqqəti istifadədir.

Müvəqqəti ixracın məqsədi müstəqil gömrük proseduru olmaqla ticarət və digər beynəlxalq əməkdaşlıq formasının inkişafı ilə müəyyənləşdirilir.


Rüsumsuz ticarət mağazası.
Beynəlxalq ticarətin inkişafı yeni gömrük prosedurlarının meydana gəlməsinə səbəb oldu. Onlardan biri də rüsumsuz ticarət mağazası prosedurudur. Belə prosedurdan istifadə xarici malların gömrük nəzarəti altında mövcud ölkənin gömrük ərazisində gömrük rüsum və vergiləri ödəmədən və iqtisadi siyasət tədbirləri tətbiq edilmədən satılmasına imkan verir. Rüsumsuz ticarət proseduru digər gömrük prosedurlarından rüsumsuz ticarət mağazini özünün məqsədinə görə fərqlənir. Belə ki, ora mallar saxlanılmaq üçün qoyulmur daha tez müddətdə satılması üçün qoyulur. Bu faktdır ki, xarici istehsal malı Azərbaycan gömrük ərazisində gömrük ödəmələri alınmadan və iqtisadi siyasət tədbirləri tətbiq edilməsdən satılır. Bu rüsumsuz ticarət mağazasının idxal prosedurundan fərqləndirən cəhətdir. Potensial alıcıları bu mağazalar cəlb edir, çünki bura vergilərə cəlb edilməmişdir. Şübhəsiz ki, vergilər əhəmiyyətli dərəcədə anoloji ölkə malları satılan mağazalarda qiyməti artırır, xüsusilə aksizli malların və nəticədə onların rəqabət qabiliyyətini azaldır. Mövcüd gömrük prosedurunun obyekti kimi xarici ölkə istehsalı olan və həmçinin yerli istehsal malları ola bilər. Bu mallar Respublika gömrük ərazisindən kənara gedən fiziki şəxslərə satılmaq üçündür.

Aşağıdakı hallarda malların rüsumsuz ticarət mağazasına qoyulması mümkün deyil:

- Digər dövlət orqanları tərəfindən nəzarətdə olan mallar

- İstehsal- texniki təyinatlı mallar hansı ki, fiziki şəxslər tərəfindən istifadə üçün nəzərdə tutulmamışdır.

Çəkisi 20kq artıq ölçüləri, hündürlüyü və uzunu 200sm-dən artıq olan mallar rüsumsuz ticarət mağazasında yerləşdirilə bilməz.

Rüsumsuz ticarət mağazalarında ticarət heç bir vasitəsiz və pərakəndə şəklində aparılmalıdır.
Yüklə 102,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin